Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Billava kahaları
Billаvа kаhаlаrı — Billаvа kəndinin cənub-qərbində təpənin yаmаcındа yеrləşir. Bir-birinin yахınlığındа qаzılаn kаhаlаrın uzunluğu 8–12 metr аrаsındа hündürlüyü isə 1,8–2 metr аrаsındаdır. Kаhаlаrın girişi və tаvаnı tаğvаri fоrmаdаdır. Оnlаrın birinin dib tərəfində çırаq qоymаq üçün kiçik tахçа düzəldilmişdir. Kаhаlаrın içərisi uçqun nəticəsində dаğılmış, bəzilərinin girişi isə tаmаmilə örtülmüşdür. Kаhаlаrı XVIII–XX əsrlərə аid еtmək оlаr.
Kahalabad (Xudabəndə)
Kahalabad (fars. كهل اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (118 ailə).
Çeşmə başı kahaları
Çеşmə bаşı kаhаlаrı — Аzа kəndinin şimаl-şərqində yеrləşir. Kаhаlаr ətrаf yеrlərə nisbətən bir qədər hündürlükdə оlаn təpənin cənub-şərq tərəfində qаzılmışdır. Оnlаrın girişi tаğvаri fоrmаdаdır. Tоrpаğın аşınmаsı zаmаnı kаhаlаrın girişi uçаrаq içəriyə оlаn kеçidi kəsmişdir. Tədqiqаt zаmаnı kаhаlаrın ətrаfındаn Sоn Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Kаhаlаrı 18-19 əsrlərə аid еtmək оlаr.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Kanal
Kanal (lat. canalis – boru) — hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s.
Mahal
Mahal — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Kamal Cabbarov
Kamal Camalov
Kamal Həsən oğlu Camalov (5 dekabr 1973, Qıvraq, İliç rayonu) — yazıçı, pedaqogika elmləri doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kamal Camalov 5 dekabr 1973-cü ildə Naxçıvan MSSR-in Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dil-ədəbiyyat ixtisası üzrə məzunudur. Təhsil aldığı illərdə "Abbas Zamanov adına təqaüd"ə layiq görülmüşdür. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasında müəllim, 2001-ci ildən isə baş müəllim kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına (qiyabi şöbəsinə) daxil olmuş ("Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi" ixtisası üzrə) və 2004-cü ildə "Hüseyn Cavidin pedaqoji ideyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1999–2010-cu illərdə Naxçıvan Dövlət Universiteti "Gənc Alimlər Şurası"nın sədri vəzifəsini daşımışdır. 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yanvar 2012-ci il tarixli (protokol № 01–k) qərarı ilə ona dosent elmi adı vermişdir.
Kamal Cəfərov
Kamal Cəfərov (icra başçısı) — Şərur rayonu İcra hakimiyyətinin başçısı (1 iyun 2017-ci ildən)
Kamal Doğan
Kamal Doğan (1879, Üskub – 1951, İstanbul), türk əsgər və siyasətçi. == Həyatı == Anası Pembe xanım, atası maliyyə işçilərindən olan İbrahim Bəy olmuşdur. Ailə 1885-ci ildə Kırklarelinə köçmüşdür. 1897-ci ildə Topçu Məktəbinə daxil olmuşdur. 1900-cu ildə baş leytenant rütbəsiylə məzun olaraq Ədirnədə 2. Ordunun 2. Topçu firqəsinin 4. Livası köməkçisi təyin edilmişdir. Daha sonra Topçu Alayı 7. Bölgə 5.
Kamal Faruqi
Kamal Faruqi (27 avqust 1910, İstanbul – 27 yanvar 1988, Qahirə) —Türkiyənin keçmiş milli futbolçusudur. == Həyatı və karyerası == Kamal Faruqi 27 avqust 1906-cı ildə İstanbul şəhərində anadan olmuşdur. === Klub komandalarında karyerası === İstanbul Futbol Liqasının 1924–25 mövsümündə "Qalatasaray" ilə debüt edən Kamal 3 matçda meydana çıxdı. 1925–26 mövsümündə daha sonra 3 oyuna daxil edildi. 1926–27 mövsümündə komandasının oynadığı 7 liqa oyununun yalnız birində oynadığı zaman, irəli mövqedə Rəbii Ərkal, Muslihiddin Peykoğlu və Mehmet Ləbləbi arxasında ehtiyat oyunçular skamyasında oturdu. 1928–29 mövsümündə Billi Hanter rəhbərliyində komandada mütəmadi olaraq oynamaq şansı qazanan Kamal 8 qol vuraraq liqanı bombardir olaraq başa vurdu və komandasının çempionluğuna töhfə verdi. 1929–30 mövsümündə komandanın yenilənməsi və genişlənməsi sayəsində cəmi 2 matçda iştirak etdi və qol vurdu. 1930–31 mövsümündə, Qalatasarayın çempion olduğu dövrdə komandanı digər üç komanda yoldaşı Lətif Yalınlı, Rəbii Ərkal və Mehmet Ləbləbi ilə meydana gətirən Kamal, 14-də 13 qolla ikinci dəfə liqanın "bombardiri" adını qazandı. 1931–32 mövsümündə liqanın təşkil olunmadığı üçün komandası ilə yoldaşlıq görüşləri keçirdi. 1932–33 mövsümündə genişlənən və gəncləşən komandada özünə yer tapa bilməyən və yaşı irəliləyən Kamal, 1932–33 mövsümündə cəmi 2 matç oynadı, 1 qol vurdu və futbol karyerasına 32 yaşında son verdi.
Kamal Hüseynov
== Əsas elmi nailiyyətləri == Koaqulyasiya tənliyinin, ilk dəfə olaraq fərqli nüvələr üçün həllini tapmışdır. Asteroid zonasındakı cisimlərin Yupiterlə rezonans həyəcanlamalar asteroid qurşağının yaranmasında əhəmiyyətli rol oynamışdır. == Elmi əsərlərinin adları == Просветление планетезимальных дисков около звезд типа Т-тельца. Возможная роль резонансов в формировании пояса астероидов. Решение уравнения коагуляции с разностным ядром. О возможности образования комет in situ. Growth of planetesimals and clearence of disks around T-Tauri stars.
Kamal Həsənov
Həsənov Kamal Nəsrulla oğlu (1925, Bakı) — Azərbaycan sənətşünası və baletmeysteri, sənətşünaslıq namizədi, Azərbaycanın əməkdar mədəniyyət işçisi. == Həyatı == Kamal Həsənov 1925-ci ildə Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olaraq 1948-ci ildə neft konstruktoru ixtisasını bitirib. Həmçinin 1944–1950-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb (ritmika). 1946–1966-cı illərdə Azərbaycan Dövlət Lenin ordenli M. F. Axundov adına Opera və Balet Teatrında balet artisti işləyib. Repertuarda olan klassik və Azərbaycan baletlərində bir sıra partiyaları ifa etmişdir. İşlədiyi dövrdə, yəni 1948–1952-ci illərdə -Xoreoqrafiya məktəbində oxumuşdur. 1966-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr (Mədəniyyət və İncəsənət Universiteti) İnstitutuna müəllim vəzifəsinə qəbul edilmiş,1969-cu ildə baş müəllim təyin edilmişdir. 1974-cü ildə "Azərbaycanın xalq rəqsləri" adlı dissertasiya müdafiə etmiş, sənətşunaslıq namizədi elmi dərəcə almışdır. 16 iyun 1976-cı ildə 230/27№ protokola əsasən səhnə hərəkəti üzrə Dosent vəzifəsinə kecirilmişdir.
Kamal Kamallı
Kamal Karpat
Kamal Karpat (15 fevral 1923, Babadağ – 20 fevral 2019, Madison) — tarixçi. == Həyatı == Türkiyəli tarixçi professor Kamal Karpat ABŞ-dən dəvət aldıqdan sonra bu ölkəyə yollanaraq, Birləşmiş Ştatların Viskonsin Universitetində "Osmanlı tarixi" kafedrasını qurub. K. Karpatın bəzi əsərləri "kitabxanlarda zəruri olan ən yüksək səviyyəli kitablar" arasında göstərilir. Alimin 20 ölkədə 130-dan çox məqaləsi dərc olunub. == Əsərləri == Osmanlı’dan Günümüze Kimlik ve İdeoloji Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine İslamın Siyasallaşması Osmanlı Geçmişi və Bugünün Türkiye'si Osmanlı Nüfusu (1830–1914) Demografik ve Sosyal Özellikleri Osmanlı'dan Günümüze Elitler ve Din Arxivləşdirilib 2011-09-01 at the Wayback Machine Osmanlı'da Değişim Modernleşme ve Uluslaşma Ottoman Borderlands: Issues, Personalities, and Political Changes (Robert Zens ile beraber) Ortadoğu'da Osmanlı Mirası ve Ulusçuluk Ottoman Population 1830–1914. Demographic and Social Characteristics. Türkiye'de Siyasal Sistemin Evrimi 1876–1980 Osmanlı Modernleşmesi Toplum, Kurumsal Değişim ve Nüfus Osmanlı ve Dünya Osmanlı Devleti ve Dünya Tarihindeki Yeri.
Kamal Kazımov
Kamal Kərim oğlu Kazımov (22 dekabr 1924, Qarayeri, Gəncə qəzası – 27 mart 1976, Xanlar rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Kamal Kazımov 1924-cü ildə Göygöl rayonunun Cırdaxan kəndində (Qarayerli qəsəbəsi) anadan olmuşdur. Böyük vətən müharibəsinin iştirakçısı olmuşdur.`Azərbaycan" üzümçülük sovxozunda fəhlə, təsərrüfat müdiri, Şəmkir konyak zavodunda baş şərabçı, Xanlar şərab zavodunun, "Azərbaycan" sovxozunun və Xanlar Sovxoz — istehsalat birliyinin direktoru (1952–1976) işləmişdir. 1955-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuş və 1956-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Kamal Kılıçdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Kamal Kərimov
Kamal Həmid oğlu Kərimov (20 fevral 1925, Bakı – 13 yanvar 1995, Bakı) — Azərbaycan opera müğənnisi (lirik tenor), vokalçı-aktyor, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Kamal Kərimov 20 fevral 1925-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə olarkən "Koroğlu" operasında Nadir roluna dəvət olunub. Böyük Vətən müharibəsinə yollanan K.Kərimov ali musiqi təhsilini müharibədən qayıtdıqdan sonra başa vurmuşdur. Lirik tenor səs tembrinə sahib olan Kamal Kərimov təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. 1949-cu ilin əvvəllərində, teatr bağlananda Filarmoniyanın nəzdindəki musiqili komediya ansamblında və daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. Bir müddət sonra müəllimliyə keçərək uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. Kamal Kərimov 13 yanvar 1992-ci ildə Bakıda vəfat edib. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 may 1960 == İfa etdiyi əsas rollar == Musiqili Komediya Teatrında Opera Teatrında == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli.
Kamal Mahmudov
Kamal Mirzəliyev
Kamal Musayev
Kamal Yusif oğlu Musayev – Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü (1971– 1989) == Həyatı == Respublikanın əməkdar hüquqşünası Musayev Kamal Yusif oğlu 10 may 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı şəhəri 161 saylı orta məktəbi bitirdikdən sonra V.İ.Lenin adına Tiflis Dəmiryol Mühəndisləri İnstitutuna daxil olmuşdur. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq, təhsilini yarımçıq qoyub öz xahişi ilə cəbhəyə yollanmışdır. O, uzun bir döyüş yolu keçmiş, Volxov, Leninqrad və II Pribaltika cəbhələrində vuruşmuşdur. Sovet ordusu sıralarından tərxis olunub 1945-ci ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dəmiryol İdarəsində şöbə rəisinin köməkçisi işləmişdir. 1946-cı ildə Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1951-ci ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan SSR Ədliyyə Nazirliyinin sərəncamına göndərilmişdir. Kamal Musayev 1951 – 1953–cü illərdə 2 saylı Bakı notariat kontorunda məsləhətçi, Bakı vilayət maliyyə şöbəsində şikayətlər üzrə Baş müfəttiş işləmişdir. K.Musayev 1953-cü ildən 1960-cı ilədək ikinci dəfə Sovet Ordusu sıralarında xidmət edmişdir. Tərxis olunduqdan sonra Bakıya qayıtmış və həmin il Yardımlı rayonunun Xalq Məhkəməsinin hakimi seçilmişdir. Bacarıqlı hüquqşünas 1963-cü ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir, 1971-ci ildən isə Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü kimi çalışmışdır.
Kamal Muxtarlı
Kamal Camal oğlu Muxtarlı (3 oktyabr 1958, Qax – 27 dekabr 2020) — Qax Rayon İcra Hakimiyyətinin başçısı, Qax Şəhər Bələdiyyəsinin üzvü, Qax Şəhər Sovetinin üzvü və sədri. == Həyatı == Kamal Muxtarlı 3 oktyabr 1958-ci ildə Qax şəhərində anadan olmuşdur.1975-ci ildə Qax şəhər 1 saylı orta məktəbi, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1975–1978-ci illərdə Qax konserv zavodunda fəhlə işləmişdir. 1978–1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1980–1987-ci illərdə Qax Tarix-Diyarşunaslıq Muzeyində fond müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildən Qax şəhər 2 saylı orta məktəbində tarix müəllimi, direktor müavini işləmişdir. 1993–1995-ci illərdə Turan İstehsal-Kommersiya firmasının direktoru işləmişdir. 1995-ci ilin yanvar ayından Qax Peşə Liseyinin direktoru olmuşdur. Kamal Muxtarlı 27 dekabr 2020-ci ildə vəfat etmişdir. O, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir.
Kamal Məmmədbəyov
Kamal Hüseynağa oğlu Məmmədbəyov (20 mart 1924 – 2 sentyabr 1997) — görkəmli SSRİ və Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki (1993), Azərbaycan SSR əməkdar memarı (1975). == Həyatı == == Elmi tədqiqatları == Sumqayıt şəhərinin şəhərsalma və memarlıq üzrə ilk tədqiqatlar Azərbaycan alimi Kamal Məmmədbəyov tərəfindən keçirilib. Aparılan araşdırma nəticəsi sayılan çoxsaylı elmi əsərlər və monoqrafiya Sumqayıt şəhərinin memarlıq və şəhərsalma inkişafına həsr olunmuşdur. 1988-ci nəşr olunmuş kitabı Sumqayıt şəhərinin memarlığına və şəhərsalmasına həsr olunub. Sumqayıt Tarix Muzeyinin arxiv fonduna Məmmədbəyov tərəfindən böyük həcmdə yaradılmış qrafiki-illüstrativ material təmənnasız bağışlanmışdır. == Həmçinin bax == Tofiq Məmmədbəyovun və Leyla Məmmədbəyovanın qardaşıdır.
Kamal Məmmədov
Kamal Qarani
Mustafa Kamal Karan və ya Kamal Qarani (1923, Amasya – 2008, Ankara) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Hacı Mahmud Əfəndinin nəvəsidir. == Həyatı == Azərbaycan əsilli Kamal Məhəmməd oğlu Karan 1923-cü ildə Osmanlı İmperiyasının Amasya şəhərində anadan olmuşdur. İstanbul İqtisadiyyat və Ticarət Universitetinin Diplomatiya və Beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Universiteti bitirdikdən sonra Türkiyə ordusunda xidmət etmişdir. Təbiət etibarilə məqsəd yönlü şəxs idi. Elmli, siyasi məsələləri bilən, dəyanətli və müdrik bir siyasətçi idi. Atası Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Təqaüdə çıxdıqdan sonra Ankarada yaşamışdır. 2008-ci ildə Ankara şəhərində vəfat etmişdir.
Kamal Quliyev
Kamal Quliyev — Azərbaycan futbolçusu, məşqçi. Kamal Quliyev Sumqayıt futbol məktəbinin yetirməsidir.
Kamal Qılıncdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Çahar-Mahal və Bəxtiyari ostanı
Çahar-Mahal və Bəxtiyari ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Şəhrikürd şəhəridir . Ostanın ərazisi 16.201 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 857.910 nəfər əhali yaşayır .