Kamal Əjdər oğlu Mirzəliyev (30 avqust 1996; Çarhan, Şamaxı, Azərbaycan — 17 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Kamal Mirzəliyev | |
---|---|
Kamal Əjdər oğlu Mirzəliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çarhan, Şamaxı, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Lökbatan Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021 |
Mirzəliyev Kamal 30 avqust 1996-cı ildə Şamaxının Çarhan kəndində anadan olub. Sonradan ailələri Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinə köçmüşdür. Kamal orada 273 saylı məktəbdə orta təhsil almışdır. Məktəbi bitirdikdən sonra Kamal 2016-cı ildə hərbi xidmətə gedib.[2][3] Ordudan tərxis olunduqdan sonra Bakı Gəmiqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb.
Kamal Mirzəliyev Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamal Mirzəliyev Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. 17 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. Lökbatan Şəhidlər xiyabanında dəfn edilmişdir.[4][5][6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Mirzalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamal Mirzəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[9]