Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Billava kahaları
Billаvа kаhаlаrı — Billаvа kəndinin cənub-qərbində təpənin yаmаcındа yеrləşir. Bir-birinin yахınlığındа qаzılаn kаhаlаrın uzunluğu 8–12 metr аrаsındа hündürlüyü isə 1,8–2 metr аrаsındаdır. Kаhаlаrın girişi və tаvаnı tаğvаri fоrmаdаdır. Оnlаrın birinin dib tərəfində çırаq qоymаq üçün kiçik tахçа düzəldilmişdir. Kаhаlаrın içərisi uçqun nəticəsində dаğılmış, bəzilərinin girişi isə tаmаmilə örtülmüşdür. Kаhаlаrı XVIII–XX əsrlərə аid еtmək оlаr.
Kahalabad (Xudabəndə)
Kahalabad (fars. كهل اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (118 ailə).
Çeşmə başı kahaları
Çеşmə bаşı kаhаlаrı — Аzа kəndinin şimаl-şərqində yеrləşir. Kаhаlаr ətrаf yеrlərə nisbətən bir qədər hündürlükdə оlаn təpənin cənub-şərq tərəfində qаzılmışdır. Оnlаrın girişi tаğvаri fоrmаdаdır. Tоrpаğın аşınmаsı zаmаnı kаhаlаrın girişi uçаrаq içəriyə оlаn kеçidi kəsmişdir. Tədqiqаt zаmаnı kаhаlаrın ətrаfındаn Sоn Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Kаhаlаrı 18-19 əsrlərə аid еtmək оlаr.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal AbdullayevKamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) —Kamal ƏhmədovKamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam.Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev —Yaşayış məntəqələri ErmənistanKamal (Abaran) — Abaran mahalında kənd.
Kanal
Kanal (lat. canalis – boru) — Hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu), təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s. şəklində olur.
Mahal
Mahal — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Balaka (mahal)
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Bengütürk (kanal)
Bengütürk — Türkiyədən yayımlanan milli bir xəbər kanalıdır. 2007-ci ildə sınaq yayımına başlayıb. Kanal Milliyyətçi Hərəkat Partiyasına yaxınlığı ilə tanınır. == Tarixi == 1 mart 2016-cı il tarixində Türksat ilə müqavilənin yaratdığı problem səbəbindən Türksat peykində yayımlar kəsilmişdir. Murat İde bunu öz Facebook-hesabında söyləmişdi. Kanal 11 mart 2016-cı il tarixində Türksat peykindəki yayımlarına qayıtmışdır. İdarə heyətinin sədri Murat İde 2017-ci ildə Türkiyədə keçirilən referendum konstitusiya dəyişikliyində "xeyr" oyunun istifadə ediləcəyi səbəbiylə kanaldan çıxarılıb. Buna cavab olaraq kanalın tanınmış üzvləri vəzifələrindən istefa etmişdir. == Azərbaycan rüzgarı == Kanalda 1 avqust 2018-ci ildən "Azərbaycan rüzgarı" veriliş yayımlanır. Verilişin aparıcısı Səidə Ömərovadır.
Blantir (mahal)
Blantire — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Blantire ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Blantire şəhəridir. Dairə şərqdə Çiradzulu, cənubda Tayolo, şimal-şərqdə Zomba, şimal-qərbdə Mvanza, cənub-şərqdə Çikvava dairələri ilə qonşudur. == Əhali == Blantire dairəsində 999,491 nəfər yaşayır.
Blantire (mahal)
Blantire — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Blantire ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Blantire şəhəridir. Dairə şərqdə Çiradzulu, cənubda Tayolo, şimal-şərqdə Zomba, şimal-qərbdə Mvanza, cənub-şərqdə Çikvava dairələri ilə qonşudur. == Əhali == Blantire dairəsində 999,491 nəfər yaşayır.
Blantyre (mahal)
Blantire — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Blantire ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Blantire şəhəridir. Dairə şərqdə Çiradzulu, cənubda Tayolo, şimal-şərqdə Zomba, şimal-qərbdə Mvanza, cənub-şərqdə Çikvava dairələri ilə qonşudur. == Əhali == Blantire dairəsində 999,491 nəfər yaşayır.
Chikwawa (mahal)
Çikvava — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Çikvava ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Çikvava şəhəridir. Mahal şərqdə Tayolo mahalı, şimal-şərqdə Blantire mahalı, şimalda Mvanza mahalı, cənub-şərqində Nsane mahalı, qərb və cənubunda isə Mozambik ilə qonşudur. == Əhali == Çikvava mahalında 438,895 nəfər yaşayır.
Chiradzulu (mahal)
Çiradzulu — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Çiradzulu ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Çiradzulu şəhəridir. Mahal şərqdə Mulane mahalı, cənubda Tayolo mahalı, şimalda Zomba mahalı, qərbdə Blantire mahalı ilə qonşudur. == Əhali == Çiradzulu mahalında 290,946 nəfər yaşayır.
Chitipa (mahal)
Çitipa — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. == Coğrafiya == Çitipa ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aid olub ölkənin ən şimal mahalıdır. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Çitipa şəhəridir. Mahal şərqdə Karonqa mahalı, cənubda Rumfi mahalı, şimalda Tanzaniya, qərbdə Zambiya ilə qonşudur. == Əhali == Çitipa mahalında 16,628 nəfər yaşayır. Əhali baxımından Malavi mahalları arasında ən az əhalisi olan mahallardan biri sayılır.
Dedza (mahal)
Dedza — Malavinin 28 dairəsindən biri. Mərkəz regionuna aiddir. == Coğrafiya == Dedza ölkənin üç regionundan biri olan Mərkəz regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Dedza şəhəridir. Dairə şərqdə Malavi gölü və Manqoçi dairəsi, cənubda Ntçeu dairəsi və Mozambik, şimalda Salima, qərbdə Lilonqve dairələri ilə qonşudur. == Əhali == Dedza dairəsində 623,789 nəfər yaşayır.
Dova (mahal)
Dova (ing. Dowa) — Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Dova ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Dova şəhəridir. Mahal şərqdə Salima mahalı, şimalda Ntçisi mahalı və Kasunqu mahalı cənub-qərbdə Lilonqve mahalı ilə qonşudur. == Əhali == Dova mahalında 556,678 nəfər yaşayır.
Falombe (mahal)
Falombe — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Falombe ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Falombe şəhəridir. Mahal şərqdə Mozambik, cənub-qərbində Mulane mahalı, şimalda Zomba mahalı ilə qonşudur. == Əhali == Falombe mahalında 313,227 nəfər yaşayır.
IRC kanal
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat‎) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır. Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. == İzahı == IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər.
Kahaq (Marağa)
Kahaq (fars. كهق‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,600 nəfər yaşayır (425 ailə).
Kamal (Qırxbulaq)
Kamal — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, kənd. == Tarixi == Kənd 1918-ci ildə dağıdılmışdır.
Kamal (naviqasiya)
Kamal, həmçinin kəşəbə kimi də adlanan coğrafi enliliyi göstərən astronomik naviqasiya cihazı.[1] İlk dəfə IX əsrdə ərəb dənizçiləri tərəfindən tərtib edilən cihaz, Hind okeanında geniş istifadə olunub.[4][2] Daha sonra hind və çin dənizçiləri tərəfindən də XIX əsrə gədər geniş istifadə olunub.[3] Kamal quruluşca çox sadə bir cihaz olub, amma eyni zamanda çox effektli bir cihaz olub və məhz buna görə də Vasko de Qama tərəfindən bu cihaz istifadə edilərək Afrikanı dolayıb Hindistana gedib çıxa bilmişdir. Kamalın kəşf olunması vaxtında məlum olan ən geniş dənizdə enlikdə üzmə səyahətinin həyata keçirilməsinə imkan vermişdir və beləliklə naviqasiyada kəmiyyət hesablamaların ən birinci addımlarından oldu.[3] == Təsvir == Cihaz taxta parçasınından və ortasına bağlanmış müəyyən məsafələrdən düyünləri olan iplikdən ibarətdir. Taxta parçası ölçüləri təxminən 5,1 sm x 2,5 sm olan dördbucaqdır. Kamal istifadə olunarkən ip ağızda tutulur, taxta parçasının bir yanı yerə paralel tutulur və sonra aşağı tərəfi üfüqlə üst-üstə düşməsi halına gətirilir, yuxarı tərəfi ilə isə adətən Qütb ulduzu örtülür, çünki Qütb ulduzunun üfuqla olan bucağı vaxtla, coğrafi uzunluqla dəyişmir. Daha sonra düyünlərin sayına görə bucağı ölçmək olur və ya bəlli bir enlikdə səyahət edilirsə məxsus düyün də bağlamaq olur. Düyünlər adətən bir barmaq məsafəsində bağlanır. Barmaq tam uzadılmış qol məsafəsində tutulan zaman, barmağın eni çox vaxt insanlarda eyni olan bucaqla ölçülür. Bu ərəbcə إصبع ― isabah kimi, çin dilində 指 ― çji kimi tanınan (hər ikisi barmaq mənasını verir) kobud ölçmələr üçün çox geniş istifadə olunurdu (günümüzə gədər də istifadə olunur). İndiki günümüzdə bu təxminən 1 dərəcə 36 dəqiqə 25 saniyədir və ya 1,5 dərəcədən bir az çox.[6]Kamal hələ də günümüzə gədər dəniz kayakinqində istifadəsi tövsiyə olunan cihazlardan sayılır. Bu cür tədbiqdə onu sahilə gədər olan məsafəni ölçmək üçün istifadə etmək olar.
Kamal Abdulla
Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev; 4 dekabr 1950, Bakı) — Azərbaycan alimi, yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (2019) və əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri. Bakı Slavyan Universitetinin ilk rektoru (2000–2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014–2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin, Ural Federal Universitetinin və Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür. == Həyatı == Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib. === Təhsili === 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973–1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. 1977–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.
Kamal Abdullayev
Kamal Abdullayev (energetik) — energetik, texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — === Digər === Kamal Abdulla — yazıçı, professor.
Kamal Almuradlı
Kamal Axundov
Kamal Axundov (tam adı: Axundov Kamal (Hüseyn) Yusif oğlu; 1924 - 1986) — görkəmli azərbaycanlı dövlət xadimi. Azərbaycanın Sumqayıt şəhərinin icra katibi vəzifəsində çalışmışdır. Saray qəsəbəsində anadan olmuşdur. Babası Fətullah əslən İranın Xoy şəhərindəndir. İkinci Dünya Müharibəsi zamanı 18 yaşı tamam olmadığından mərhum qardaşı Hüseynin sənədləri ilə 18 yaşı olduğunu iddia edərək cəbhəyə yollanır. Berlinə qədər getmişdir. Dneprin forslanması əməliyyatı zamanı faşist təyyarəsini yerdən pulemotla güllələyib iki güllə yarası almışdır. Buna görə fərqlənmə və təşəkkür almışdır. Kamal Axundovun Sumqayıt şəhərinin salınmasında müstəsna xidmətləri var. Böyük qardaşı Vəli Axundov Sovet Azərbaycanının rəhbəri olmuşdur.
Kamal Ağayev
Kamal Ağayev (azərb. Ağayev Kamal Əlibala oğlu‎; 15 iyul 1930, Ucar rayonu – 27 noyabr 2006, Bakı) — Azərbaycan Kommunist Partiyası Cəbrayıl Rayon və Qubadlı Rayon Komitəsinin birinci katibi, Ucar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Ağayev Kamal Əlibala oğlu 15 iyul 1930-cu ildə Azərbaycan SSR Ucar rayonunun Qarabörk kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə daxil olmuşdur. 1952-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Dövlət Təhlükəsizlik Komitəsinə işə dəvət olunmuşdur. 1954-cü ilə kimi DTK-də müxtəlif vəzifələrdə işləmiş, atasının ölümü ilə əlaqədar həmin ildə öz ərizəsi ilə DTK-dən istefa vermişdir. Doğma rayonuna qayıdan Kamal Ağayev 1961-ci ilə kimi Ucarda müxtəlif vəzifələrdə (rayon komsomol komitəsinin 1-ci katibi, Rayon icrayyə Komitəsinin sədri, Rayon Partiya Komitəsinin 3-cü katibi) işləmişdir. 1963–64-cü illərdə Moskvada Ali Partiya məktəbində təhsil aldıqdan sonra Qubadlı Rayon Partiya Komitəsinin 1-ci katibi seçilmiş və 1970-ci ilə kimi həmin vəzifədə işləmişdir. 1970–80-ci illərdə Cəbrayıl RPK-nin 1-ci katibi işləmişdir. 1980-ci ildən 2002-ci ilə kimi Bakı şəhərində bir sıra məsul vəzifələrdə (Ət-süd sənaye nazirliyində şöbə müdiri,"Bakmoloko" İB-də Baş direktor müavini, Respublika Kolxoz Bazarlarının Baş Direktoru, "Azərittifaq" Sənaye Birliyinin sədrinin müşaviri və s.).
Kamal Babayev
Kamal Babayev (fotoqraf) — Azərbaycanlı fotoqraf. Kamal Babayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.
Çahar-Mahal və Bəxtiyari ostanı
Çahar-Mahal və Bəxtiyari ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Şəhrikürd şəhəridir . Ostanın ərazisi 16.201 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 857.910 nəfər əhali yaşayır .