Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Operator
1. PAL (Dünyada bu sistem geniş yayılıb.) 2. CCAM (Bu sistem hal-hazırda Fransa işlədir.) 3. MULTYSİSTEM 4. NTS (Bu sistem hal — hazırda ABŞ — da işlədilir.) PAL sistemi yayımda 625 sətir, NTS sistemi isə yayımda 525 sətir təsvir ötürə bilir. PAL sisteminin bir — birindən fərqlənən çoxlu qolları var: 1. PAL 2. PAL N 3. PAL M TRANSKADYOR — Bir sistemdən digərinə keçmək üçün istifadə olunan qurğudur. 1.
CADD operator
Operator sənəti
1. PAL (Dünyada bu sistem geniş yayılıb.) 2. CCAM (Bu sistem hal-hazırda Fransa işlədir.) 3. MULTYSİSTEM 4. NTS (Bu sistem hal — hazırda ABŞ — da işlədilir.) PAL sistemi yayımda 625 sətir, NTS sistemi isə yayımda 525 sətir təsvir ötürə bilir. PAL sisteminin bir — birindən fərqlənən çoxlu qolları var: 1. PAL 2. PAL N 3. PAL M TRANSKADYOR — Bir sistemdən digərinə keçmək üçün istifadə olunan qurğudur. 1.
Radio-operator
Radio-operator (radist, radioçu, radiorabitəçi) — radio stansiyasında mesajların ötürülməsi və qəbulu üzrə mütəxəssis. Bu müddət oxşar bir peşə, ixtisas, hərbi ixtisas, vəzifə və hərbi mövqe də adlanır. Bəzən bu peşə başqası ilə birləşdirilir, məsələn: radio-operatoru, naviqator, radio-operatoru və s. Bu peşə radio ixtirası ilə əlaqələndirilir. Radio-operatoru peşəsi insan fəaliyyətinin bir çox sahəsində — dənizdə, çayda, havada, kosmosda, quruda tələb olunur. Radio-operatoru radio stansiyasında işləyir və radio mesajları qəbul etmək, ötürmək və ona texniki xidmət göstərməklə məşğuldur. SSRİ-nin fəxri radio-operatoru — nişan Üstümüzdə Cənubi Xaç Bütün dünyanın adamları olsa … Krenkel E. T. Dörd yoldaş. M .: Bədii ədəbiyyat, 1940. — 316 s. Krenkel E. T. RAEM — çağırışım.
Radio operator
Radio-operator (radist, radioçu, radiorabitəçi) — radio stansiyasında mesajların ötürülməsi və qəbulu üzrə mütəxəssis. Bu müddət oxşar bir peşə, ixtisas, hərbi ixtisas, vəzifə və hərbi mövqe də adlanır. Bəzən bu peşə başqası ilə birləşdirilir, məsələn: radio-operatoru, naviqator, radio-operatoru və s. Bu peşə radio ixtirası ilə əlaqələndirilir. Radio-operatoru peşəsi insan fəaliyyətinin bir çox sahəsində — dənizdə, çayda, havada, kosmosda, quruda tələb olunur. Radio-operatoru radio stansiyasında işləyir və radio mesajları qəbul etmək, ötürmək və ona texniki xidmət göstərməklə məşğuldur. SSRİ-nin fəxri radio-operatoru — nişan Üstümüzdə Cənubi Xaç Bütün dünyanın adamları olsa … Krenkel E. T. Dörd yoldaş. M .: Bədii ədəbiyyat, 1940. — 316 s. Krenkel E. T. RAEM — çağırışım.
Smooth Operator
Smooth Operator – Məşhur ingilis musiqi qrupu olan Sadenin debüt albomu olan Diamond Life albomundan çıxardığı dördüncü və sonuncu sinql. Billboard Hot 100 hit paradında 1985-ci ilin may ayında iki həftə beşinci yerdə qalan mahnı Sadenin ABŞ-da ilk onluğa yüksələn birinci mahnısı olmuşdur. Mahnı ulduz həyat tərzi sürən və səfərləri zamanı onu sevən bir çox kişinin könlünü sındıran qadın haqqındadır. Mahnı Sade qrupundan sonra bir çox məşhur müğənnilər tərəfindən ifa edilmişdir.
Eldar Məmmədov (operator)
Məmmədov Eldar Teymur oğlu — Əməkdar mədəniyyət işçisi (1989). Humay" (1994), "Tərəqqi" medalı (2006). Operator. Bir çox film və teletamaşaların operatorudur. == Həyatı == 1964-cü ildən Azərbaycan Dövlət radio və Televiziya Komitəsində teleoperator, 1969-1983-cü illlər ərzində bütün dövlət əhəmiyyətli translyasiyalarda aparıcı operator işləyib. 50-dən yuxari televiziya filmi və tamaşalarının quruluşçu operatorudu. 1998-ci ildə Hollivud yaradıcı qrupu ilə birlikdə çəkilən prezident Heydər Əliyevə həsr olunmuş. "Ömur, tale və epoxa" filminin operatoru olub. Hal-hazirda AzTV-də operator qrupunun bədii rəhbəridir. Azərbaycan Kinematoqrofçular İttifaqinin üzvüdür.
Etibar Şirinov (operator)
Etibar Şirinov (19 yanvar 1965, Bakı) - operator. == Həyatı == Etibar Şirinov 1965-ci il 19 yanvarda Bakı şəhərinin Lökbatan qəsəbəsində doğulmuşdur. Uşaqlıq illərindən kino sənətinə böyük marağı olan Etibar C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında operator köməkçisi kimi işə başlamışdır. O, burada müxtəlif filmlərin çəkilişində iştrak etmişdir. 1993-cü ilə qədər burada işlədikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində Sənədli Filmlər Kinostudiyasının Bədii rəhbəri işləmişdir. Qarabağ muharibəsinin ən qızğın səhnələrini lentə almışdır. 2014-cü ildən mayor rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. 2014-cü ildən Baku media center də işə başlamışdır. == Filmoqrafiya == Şeytan göz qabağında (film, 1987) - operator Pəncərə (film, 1991) - operator Qətldən yeddi gün sonra (film, 1991) - operator assistenti Qəzəlxan (film, 1991) - operator Qayalarda qalan səs (film, 1995) - ikinci operator Heydər Əliyev.
Kənan Məmmədov (operator)
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Nar (Mobil Operator)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2014-cü ildə 4G'ni tətbiq elədi.
Rafiq Quliyev (operator)
Rafiq Səfər oğlu Quliyev (27 fevral 1957, Bakı) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, prodüser və montaj rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2005), "Şöhrət" ordeni laureatı (2018). Rafiq Quliyev 27 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Kinooperatorluq" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Rejissor M. Kosırevlə çəkdiyi "Gənc Mixailin görüntüsü" adlı diplom filmi xüsusi diqqət çəkərək Monreal film festivalında "Ən yaxşı film" və "Ən yaxşı fantaziya" mükafatlarına layiq görülüb və festival rəhbərliyi tərəfindən "Tələbə Filmlərinin Ümumdünya Proqramı"na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib. 1991-ci ildən bədii filmlərin ali dərəcəli quruluşçu operatorudur. Kinostudiyada çalışmaqla yanaşı 1999–2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb və Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran "Xəzərdən dünyaya" verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil edib. 2001-ci ildə "Lider" televiziyasında "Azərbaycan" redaksiyasını yaradıb və 2001–2004-cü illər ərzində müxtəlif səpkili 237 televiziya filminin ərsəyə gəlməsinə rəhbərlik edib. 1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-Televiziya Sənətləri" kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2005-ci ildən həmin kafedranın dosentidir.
Rafiq Əliyev (operator)
Rafiq Cəfər oğlu Əliyev — Azərbaycan kinooperatoru, prodüser. Rafiq Əliyev 1953-cü ildə Bakıda anadan olub. 1972-1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskvada Dövlət Kino Komitəsi nəzdində ixtisasartırma kurslarında iştirak edib. 1980-1985-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində Aleksandr Qalperinin emalatxanasında təhsil alıb. Bir neçə bədii və sənədli filmin quruluşçu operatorudur. ANS televiziyasının baş operatoru çalışmışdır. Hazırda "Aranfilm" Yaradıcılıq Mərkəzinin baş operatorudur. Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) - operator assistenti Yolda adamlar (film, 1986) (sənədli film) - operator Araqarışdıran (film, 1987) (tammetrajlı bədii film) - quruluşçu operator Monoloq (film, 1987) (sənədli film) - operator Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987) (sənədli film) - operator "Neftçi"-87 (film, 1987) (sənədli film) - operator Yol hərəkətinin təhlükəsizliyi (film, 1988) (sənədli film) - operator Sahilsiz gecə (film, 1989) (tammetrajlı bədii film) - quruluşçu operator Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film) - quruluşçu operator İmam Mustafayev.
Şərif Şərifov (operator)
Şərif İsmayıl oğlu Şərifov (12 oktyabr 1938, Bakı – 26 sentyabr 2007) — Azərbaycan operatoru. Şərif Şərifov 13 oktyabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun hələ uşaqlıq illərindən foto sənətinə böyük marağı var idi. 1964–1970-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil almışdır. Orada oxuduğu müddət ərzində tanış olduğu məşhur kinooperatorlar onun kamil bir sənətçi kimi püxtələşməsinə, gələcək həyat yolunu müəyyənləşdirməsinə güclü təsir etmişlər. Şərif Şərifov həm də gözəl ailə başçısı idi. O, ömür-gün yoldaşı Məhinbanu xanım, qızı Nəcibə və nəvəsi Rəsul ilə birlikdə özünü xoşbəxt hesab edirdi. Lakin vaxtsız əcəl onun arzularını yarımçıq qoydu. Şərif İsmayıl oğlu Şərifov 2007-ci il sentyabrın 26-da gözlərini əbədi olaraq yumdu. Şərif Şərifov ömrünün 42 ilini Azərbaycan kinosunun inkişafına həsr etmişdir.
Əsgər İsmayılov (operator)
Əsgər Cəfər oğlu İsmayılov (1 aprel 1905, Tiflis – 13 noyabr 1983) — Azərbaycan kinooperatoru, ssenaristi, əməkdar incəsənət xadimi. Əsgər İsmayılov 1 aprel 1905-ci ildə Tiflisdə anadan olub. ÜDKİ-də təhsil alıb. Əməkdar incəsənət xadimi Əsgər İsmayılov 1983-cü ildə vəfat edib. Almaz (film, 1936) Arazın sahillərində (film, 1953) Axırıncı namaz (film, 1963) Bakıdan Göy-gölədək (film, 1947) Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1942) Bəxtiyar (film, 1955) Bir ailə (film, 1943) Direktiv bant (film, 1932) Əyri yolla qazanc (film, 1960) Xəzər neftçiləri (film, 1951) "Kazbek" qutusu (film, 1958) Kəndlilər (film, 1939) Kölgələr sürünür (film, 1958) Qara daşlar (film, 1956) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Zəfər bayramı (film, 1945) Qəribə əhvalat (film, 1960) Sabahın xeyir, Bakı! (film, 1964) Sabir (film, 1962) Sevil (film, 1929) Səbuhi (film, 1941) Səhər (film, 1960) Sən bunu bilməlisən (film, 1961) Sovqat (film, 1942) Əsgər İsmayilov M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Azərbaycan operator və provayderlərinin siyahısı
Azərbaycan operatorlar və provayderlər siyahısı — Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operatorları və provayderlərin təsnifat və siyahısı bərəsində məlumatı əhatə edən siyahı. Məqalədə ölkədə mövcud olan əsas operator və təminatçıların adları, təklif etdiyi xidmətlər və şəbəkə əhatəsi kimi məlumatlar verilir. Bu siyahı telekommunikasiya sahəsindəki təzahür edən dinamikaya və ölkədəki operator və provider sahəsindəki inkişafa uyğun olaraq daim yenilənir. Təsdiq edilmiş 427 saylı Qərar əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təyin etdiyi tədbirlər çərçivəsində, internet telekommunikasiya xidməti təmin edən operatorlar və provayderlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək uçot tətbiq etməlidirlər. Bu prosesi yerinə yetirmək üçün "Elektron Hökumət" portalından istifadə edilir. Həmçinin, operatorlar və provayderlər özlərini bu uçot tətbiqinə əlavə etmək və işlətmək üçün "Elektron Hökumət" portalına müraciət edə bilərlər. Bu, ölkədə elektron hökumət xidmətlərinin sürətli və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə təyin edilmişdir. Əməliyyatın rahat və sürətli aparılması üçün operatorlar və provayderlər bu prosesdə müvafiq sənədləri və təsdiq edilmiş məlumatları əks etdirməlidirlər. Bu, səlahiyyətli orqanlar və təşkilatlar üçün əhəmiyyətli məlumatları təmin edir və texnologiya sahəsində daha geniş inkişaf üçün əsaslı bir addım təşkil edir. == Terminlər == Operator, provayder, host provayderləri və internet provayderləri telekommunikasiya və informasiya texnologiyaları sahəsində müxtəlif rolları ifadə edən anlayışlardır.
Kvant kompüteri
Kvant kompüteri (ing. quantum computer, ru. квантовый компьютер) – kvant mexanikası əsasında işləyən hesablama qurğusu. Kvant kompüteri klassik mexanikaya əsaslanan klassik kompüterlərdən prinsip etibarilə fərqlənir. Tam miqyaslı kvant kompüteri hələlik hipotetik qurğudur. Onun qurulması kvant mexanikasının çoxlu zərrəciklər sahəsində ciddi inkişafı və mürəkkəb eksperimentlərlə bağlıdır. Məhdud (128 kubit’ədək) kvant kompüterləri artıq qurulub. Klassik kompyuterlərin yaddaşı bitlərdən təşkil olunur. Hər bir bit 1 və ya 0 qiyməti alır. Kvant kompyuterləri isə məlumatı qubitlər vasitəsilə (“quantum bits”) emal edir.
Meynfreym kompüteri
Meynfreym kompüteri(İng.mainframe computer (= mainframe), ru. мейнфрейм )-daha intensiv hesablamalar tələb edən məsələlər üçün işlənib hazlırlanmış yüksək güclü kompüter. Meynfreymlər, adətən, ona qoşulmuş terminallarda eyni vaxtda işləyən çoxlu istifadəçilər tərəfindən istifadə olunur. Superkompüter adlandırılan ən güclü meynfreymlər çox mürəkkəb və uzun müddətli hasablamaları yerinə yetirir, həm sırf elmi, həm də tətbiqi araşdırmalarda alimlər, iş adamları və hərbiçilər tərəfindən çox intensiv istifadə olunur. Meynfreym – ümumi məqsədli yüksək məhsuldarlığa malik universal elektron-hesablama maşınıdır (EHM). Bu kompyuterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompyuterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompyuterlərin istehsalı ilə IBM kimi nəhəng şirkətlər məşğul olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əl kompüteri
“Əl” kompüteri (en. handheld computer) – ölçüləri kiçik olan elə kompüterdir ki, onu bir əldə saxlamaq, o biri əllə isə işləmək olar; adətən, onlardan yükdaşıma xidmətlərində və səfərlərlə (yollarla) bağlı başqa fəaliyyət sahələrində istifadə edirlər. Əl kompüteri, adətən, ovuciçi kompüterdən (PALMTOP) daha ensiz, daha uzun və daha qalın olur; bu kontekstdə belə qurğulara bəzən “əl terminalları” da deyirlər. Bundan başqa, əl kompüterləri bəzən kiçik ölçülü displeylərlə təchiz olunurlar, çünki onların istifadə edildikləri işlərin xarakteri elədir ki, çətin ki, hər bir anda böyük həcmli informasiyaların göstərilməsi (əks etdirilməsi) tələb olunsun. Əl kompüterlərinin çoxunda onların tətbiq olunduqları sahələr üçün spesifik olan patentli proqramlar işləyir; bu proqramlar, adətən, daimi yaddaşda (ROM) saxlanılır. Əl kompüterləri bir qayda olaraq onları mərkəzi kompüterlə birləşdirən rabitə vasitələri ilə təchiz olunurlar və onların bir çoxunun özəl periferiya quğuları, məsələn, verilənləri tez daxil etmək üçün istifadə olunan zolaqlı kodları (strixli kodları) oxuyan qurğusu olur. Əl kompüterlərin demək olar ki, hamısının klaviaturası (ölçüləri çox böyük olan QWERTY tipli adi klaviatura yox) olmasına baxmayaraq, onların nadir hallarda yumşaq disklər kimi daşıyıcıları olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Handheld kompüter nədir?
Fərq operatoru
Fərq operatoru — riyaziyyatda bir ƒ(x) funksiyasını fərqli bir ƒ(x + b) - ƒ(x + a) funksiyasına bərabərləşdirən sxem. İrəli fərq operatoru Δ f ( x ) = f ( x + 1 ) − f ( x ) {\displaystyle \Delta f(x)=f(x+1)-f(x)\,} sonlu fərq hesablamalarında geniş istifadə olunur və törəmənin davamlı situasiyalar üçün götürdüyü vəzifəni keçici funksiyalar üçün yerinə yetirir. Geri fərq operatoru isə ∇ f ( x ) = f ( x ) − f ( x − 1 ) {\displaystyle \nabla f(x)=f(x)-f(x-1)\,} formasında təyin olunur. Çoxhədlilərlə müqayisə edildiyində irəli fərq əməliyyatı bir delta operatoru vəzifəsinə sahib olur.
Fərdi cib kompüteri
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. == Tarixi == PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
PDA (cib kompüteri)
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
İnternet xidməti operatoru
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə və idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.
Ailə TV kabel televiziyası operatoru
Ailə TV — Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin brendidir. 1997-ci ildən bu sahədə fəaliyyət göstərir.
Moderator
Moderator (ing. moderator, ru. модератор )- ictimai (sosial) şəbəkələrdə (gaplarda, forumlarda, video-konfranslarda) adi istifadəçidən daha çox hüquqa malik olan istifadəçi. Məsələn, moderatorun aşağıdakı hüquqları var: • başqalarının məlumatlarını uzaqlaşdırmaq; • başqalarının məlumatlarını redaktə etmək; • istifadəçilərin səhifələrini uzaqlaşdırmaq; • istifadəçilərin sayta baxmaq və onu redaktə etmək hüququnu məhdudlaşdırmaq. Moderatorun səlahiyyət və vəzifələrinin dəqiq siyahısı hər saytda fərqli olur. Çox zaman moderator istifadəçilərin saytın qaydalarına əməl etməsinə cavabdehlik daşıyır İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Operativ
Operativ tibdə operasiya yolu ilə, operasiya vasitəsi ilə; əməli, canlı, cəld. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İmperator
İmperator (lat. imperātor — "rəis", "hökmdar", həmçinin "hərbi rəhbər", "sərkərdə") — imperiyanın rəhbəri, monarx, titul. İmperatiça — imperatorun arvadı, yaxud imperiyanı idarə edən qadın hökmdar. Некрасов Г. А. Международное признание российского великодержавия в XVIII в. // Феодальная Россия во всемирно-историческом процессе. Сб. статей, посвященный Льву Владимировичу Черепнину. М.: Наука, 1972. С. 381—388; Флоровский А. В. Страница истории русско-австрийских отношений XVIII в. // Там же.
Kompüterin arxitekturası
Arxitektura anlayışı geniş bir anlayış olub, sistemin komponentlərinin birləşmə konstruksiyasını ifadə edir. Bu termin adətən prosessorlara, hesablama sistemlərinə və eynilə istənilən mürəkkəb sistemə tətbiq oluna bilər- məsələn, "əməliyyat sisteminin arxitekturası", "mikroprosessorun arxitekturası", "kompüterin arxitekturası" və s. Baxılan mövzuda "arxitektura" termini iki məna kəsb edir. Onun birincisi mikroprosessorun icra edə biləcək əmrlər toplusu və əmr sisteminin mikroprosessorda icra olunmasının texnologiyasını əks etdirirsə, ikinci halda o, operativ yaddaşın və sistem şininin strukturu, giriş/çıxışın təşkili prinsiplərini və ümumiyyətlə hesablama sisteminin əsas hissələrinin əlaqələndirilmə prinsiplərini əks etdirir. "Kompüterin arxitekturası" dedikdə, onun hesablama sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur. == Mənbə == M.A. Camalbəyov, R.Ə. Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh.
Kompüterin gücü
Kompüterin gücü (ing. computer power) – kompüterin müəyyən işi görə bilmək bacarığı (imkanı). Əgər kompüterin gücünü, onun müəyyən zaman aralığında yerinə yetirdiyi komandaların sayı kimi təyin etsək, onda gücü bir saniyədə milyon komandalarla (million instructions per second, MIPS) və ya bir saniyədə sürüşkən nöqtəli milyon əməliyyatlarla (MFLOPS) ölçmək lazımdır. Maşının imkanlarını qiymətləndirərkən, qarşıya qoyulan məqsəddən asılı olaraq, onun gücünü başqa üsullarla da ifadə etmək olar. İstifadəçilər və ya alıcılar gücü çox zaman operativ yaddaşın həcmi, prosessorun işləmə sürəti və ya kompüterin bir dəfəyə emal etdiyi bitlərin sayı (8, 16, 32 və s.) kimi terminlərlə xarakterizə edirlər. Beləliklə, bu cür qiymətləndirmələrə çox zaman başqa amillər də cəlb olunur; onlardan ən önəmli ikisi bunlardır: kompüterin komponentləri nə dərəcədə birgə işləyə bilər və onlardan tələb olunan funksiyalara nə dərəcədə uyğundurlar. Kompüter çoxlu elementlərdən ibarət olduğundan, onun gücü hər bir komponentdən, o cümlədən istifadəçidən də asılı olur. == Güc mənbəyi == Güc mənbəyi (ing. power supply) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğudur. Güc mənbəyinin bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Ventilyatoru vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Güc mənbəyi kompüterin müxtəlif komponentləri içərisində elektriklə təchiz etmənin əsas komponenti sayılır.Onun funksiyalarına elektrik enerjisinin dəyişdirilməsi ilə yanaşı mütləq müəyyən edilmiş ötürücü kompüterin hər hansı komponentinə ötürülməsidir.Ona görə də güc mənbəyi ilə bağlı olan hər hansı problemlər sonda bütün sistemin nasazlığına gətirib çıxara bilər.
Imperator sovkası
İmperator sovkası — (lat. Schinia imperialis) Pulcuqluqanadlılar dəstəsinin növüdür. Çox nadir növdür, Qafqazın yüksək dağları üçün endemikdir. Qanadları açılmış halda 23–25 mm-dir. Ön qanadları al-qırmızıdır, ön kənarları enli, yaşılımtıl-qırmızı, azacıq göyümtülə çalan eninə uzanmış sarımtıl-boz rəngli sarğı vardır. Arxa qanadları məxməri-qara, ətrafı və orta hissəsi qırmızımtıl-sarıdır. Bədəni yaşılımtıl-bozdur və azacıq albalı rəngindədir. Şimali Qafqaz, Gürcüstan, Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağlıq və yüksək dağlıq hissəsində yayılmışdır. Nəsli kəsilmək üzrədir. Cəmi 2 kəpənəyi tutulmuşdur.
Feofil (imperator)
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi." Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Komputer
Kompüter (əvvəlki yazılışı: kompüter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.