Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cogito, ergo sum
Latınca cogito, ergo sum , adətən Azərbaycan dilinə "Mən düşünürəm, deməli mövcudam" kimi tərcümə olunur, Rene Dekartın fəlsəfəsinin "birinci prinsipidir". O, latın dilinin icazə verdiyindən daha geniş auditoriyaya çatmaq üçün onu ilk olaraq 1637-ci ildə “Metod haqqında diskurs” əsərində je pense, donc je suis kimi fransız dilində nəşr etdirdi. Daha sonra o, latın dilində Fəlsəfənin prinsipləri kitabında çıxdı və oxşar ifadə onun İlk fəlsəfə haqqında meditasiyalarında da diqqəti cəlb etdi. İfadə bəzən kogito kimi də adlandırılır. Dekartın bir kənar qeydində izah etdiyi kimi, "şübhəli olduğumuz halda varlığımıza şübhə edə bilmərik." Dekartın ölümündən sonra nəşr olunan "Təbii işıqla həqiqət axtarışı" əsərində o, bu fikri dubito, ergo sum, vel, quod idem est, cogito, ergo sum ifadə etdi. ("Şübhə edirəm, ona görə də mövcudam - və ya eyni olan şey - düşünürəm, deməli, mövcudam"). Antuan Léonard Tomas, 1765-ci ildə Dekartın şərəfinə yazdığı essedə onu dubito, ergo cogito, ergo sum kimi təqdim etdi. ("Şübhə edirəm, deməli düşünürəm, deməli mövcudam"). Dekartın bəyanatı radikal şübhələr qarşısında bilik üçün müəyyən zəmin yaratmağı nəzərdə tutduğu üçün Qərb fəlsəfəsinin əsas elementinə çevrildi. Digər biliklər təxəyyül, aldatma və ya səhv məhsulu ola bilsə də, Dekart iddia edirdi ki, insanın öz varlığına şübhə ilə yanaşması, ən azı, öz ağlının reallığına sübut kimi xidmət edir; düşüncənin olması üçün düşünən varlıq - bu halda mənlik - olmalıdır.
Sum qalası
Sum qalası — Culfa rayonunda, Nehrəm dəmiryolu stansiyasından şərqdə, hündür dağın üzərində yerləşən arxeoloji abidə. Qala hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Onun şərqdən və qərbdən olan girişləri daşlardan hörülmüş qala divarları ilə möhkəmləndirilmişdir. Divarın eni 1.8–2.3 m arasında dəyişir. Bəzi yerlərdə divar qalıqları 1.8 m hündürlüyündə qalmışdır. Qala divarı relyefə uyğun olaraq inşa edilmişdir. Qalanın içərisində təsərrüfat məqsədilə istifadə olunan irihəcimli binaların qalıqları da vardır. Keramika məmulatı başlıca olaraq çəhrayı rəngdə bişirilmiş şirsiz saxsı məmulatlarından ibarətdir. Onlar qapaq, bardaq və küpə tipli qabların parçaları ilə təmsil olunmuşdur. Naxçıvan MR-in ərazisindən keçən qədim ticarət-karvan yollarının, eləcə də strateji cəhətdən çox mühüm və əlverişli olan keçidlər üzərində e.ə.
Civis romanus sum
Civis romanus sum (lat. ˈkiːwɪs roːˈmaːnʊs ˈsũ)- latın dilində olan hüquqi termin. == Haqqında == Azərbaycancada "Mən Roma vətəndaşıyam" mənasına gələn Roma dövrünə aid hüquqi termindir. Roma sərhədləri içində Roma vətəndaşı statusunda olan şəxs hər hansı bir problemlə qarşılaşdığında bu sözü deyərək bütün haqlarının təmin edilməsini və Roma vətəndaşı statusuna uyğun şəkildə mühakimə edilməsini təmin etmiş olurdu. Siseron adlı əsərindı Roma vətəndaşlığı haqqında bilgi vermişdir. Birləşmiş Krallıq baş nazirlərindən Henri Con Templ Don Pasifiko məsələsinin danışıqlarında bu sözü işlətmişdir. Con Kennedi 26 iyun 1963-cü il tarixində "Ich bin ein Berliner" sözünü dediyi məşhur nitqində bundan əlavə sözünü də demişdir. İncilin Elçilərin İşləri kitabının XXII hissəsində Pavlus doğuşdan Roma vətəndaşı olduğunu demişdir.
Arqo
Arqo – müəyyən təbəqənin şərti dilidir. Bu dildən hamı tərəfindən qəbul edilmiş əxlaq və mənəviyyatı, yaxud qanunları tez-tez inkar edən müəyyən sosial qruplar arasında istifadə olunur. Arqo bəzən cəmiyyətdə, mühitdə rast gəlinən nihilizmlə mübarizədə real həyatın təmsilçisi kimi nüfuzlu mövqedən istifadə edir. Jarqonla qarşılıqlı təsirdə olaraq onun leksik ehtiyatından daim bəhrələnir. Bu dil vasitəsilə müəyyən peşə, alət, vərdişlərin adlandırılması ilə bağlı çoxlu sayda sözlər yaranmışdır. Üzüyola danışıq tərzi Arqoda başlıca məqsədə çevrilir. Xüsusi leksikası ilə ümumxalq dilindən fərqli olur. Müxtəlif arqolardan ədəbi dilə keçmiş söz və ifadələr (arqotizm) ümumi nitqdə işlənir.
Ergo Proxy
Ergo Proxy (エルゴプラクシー, Eruqo Purakuşi:, azərb. Erqo Proksi‎) — kiberpank, müəmma, macəra, döyüş janrında olan, Manglobe tərəfindən istehsal olunmuş, ssenarisi Day Sato tərəfindən yazılmış, rejissoru Şuuko Murase olmuş anime serialı. Anime serialı 25 fevraldan 12 avqust 2006-cı ilə qədər WOWOW peyk şəbəkəsi ilə yayımlanmışdır və 23 seriya davam etmişdir. Hadisələr gələcəkdə baş verir: insanlar və avtoreyv androidləri birlikdə sülh içərisində yaşayırlar. Ta ki avtoreyvlərə iradə vermək qabiliyyətinə malik virus peyda olana qədər. Robotlar üsyan edirlər və bir sıra cinayətlər işləyirlər. İnspektor Riel Meyer bu işi araşdırmaq üçün işə cəlb olunur. Amma Riel işi araşdırdıqca daha qarmaşıq faktlarla tanış olur: hökumətin gizli tədqiqat planına daxil olan xüsusi humanoid növü — Proksilərlə qarşılaşır. Qnostisizm və fəlsəfədən təsirlənən anime serialı 2D rəqəmsal animasiyasının, 3D kompüter modelləşdirməsinin və xüsusi rəqəmsal effektlərin kombinasiyasından istifadə edilərək çəkilmişdir. Anime serialı Yaponiyada yayımlandıqdan sonra ABŞ-da Geneon Entertainment USA tərəfindən DVD formatında yayımlanması üçün lisenziyalaşdırılmışdır.
Ergo decedo
Ergo decedo, Latınca "çıx get" və ya "tərk et" mənasına gəlir, argumentum ergo decedo və ya xain tənqidçi səfsətəsi, tənqidçinin tənqidin özünə cavab verməkdənsə, tənqidçinin hansısa bir qrupa bağlılığını və ya mənsubiyyətindən qaynaqlandığını irəli sürərək tənqidçinin tənqid etdiyini deyir tənqidə cavab verməmək, boyun qaçırmağa deyilir. Səfsətə, tənqidçinin tənqid olunan qrupun dəyərlərini və adətlərini qiymətləndirmədiyini və ya vətənə xəyanət etdiyini dolayısıyla iddia edir və beləliklə, tənqidçinin ümumiyyətlə tənqid olunan qrupdan çıxaraq sualdan və ya mövzudan tamamilə çəkinməsini təklif edir. Argumentum ergo decedo ümumiyyətlə təsnif edilməsinə görə səfsətənin bir növü kimi təqdim edilir, daha dəqiq desək ad hominem səfsətəsinin alt sinifinin bir növü olaraq təsnif edilir. == Siyasətdə == Argumentum ergo decedo birbaşa tu quoque səfsətəsinə bağlıdır siyasi tənqidlərinə cavab verərkən. Kənar tənqidlərə qarşı whataboutism istifadə edilərkən, ergo decedo daxili tənqidə qarşı istifadə olunur. == Nümunələr == Tənqidçi : "Düşünürəm ki, Azərbaycanın vergi sistemini təkmilləşdirmək üzərində işləməliyik. Mövcud sistem, Gürcüstan və Türkiyə kimi digər ölkələrdə həll edilmiş bir çox problemdən əziyyət çəkir. " Cavabdeh "Yaxşı əgər Azərbaycanı bəyənmirsənsə, niyə tərk edib daha yaxşı olduğunu düşündüyün bir yerə getmirsən?" Tənqidçi : "Ofisimizin atmosferi şirkətin gələcəyi üçün islahatlar haqqında konstruktiv söhbətlərə başlamaq üçün uyğun deyil. Bir sıra təkmilləşdirmələrə ehtiyac var ". Cavabdeh "Korporativ sistemdən xoşunuz gəlmirsə, onda niyə buradasınız?
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877, Oradea[d] – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. == Həyatı == İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Anni Erno
Anni Erno, (fr. Annie Ernaux; 1 sentyabr 1940[…], Lilbon[d], Fransa) — Fransalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2022). == Həyatı == Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məktəbdə ədəbiyyat fənnini tədris edib. == Yaradıcılığı == Anni Erno "Boş rəflər" (fr. "Armoires vides") adlı ilk romanından etibarən şəxsi təcrübə və sosial tarixlə birləşən elementləri ortaya qoymağa başlayıb. O, təkmilləşmə, evlənmə, qadın azadlığı, cinsəllik, abort, xəstəlik, qocalıq və ölüm kimi məsələləri öz təcrübələri ilə nəql edib, əsərlərinin arxa planında daima ictimai həyat və onu təşkil edən mədəni, siyasi və tarixi hadisələrə yer verib. Onun yaradıcılığı "sosial yaddaş ədəbiyyatı" olaraq təsvir edilə bilər. Ədəbi fəaliyyətə 1974-cü ildə "Boş rəflər" adlı avtobioqrafik romanla başlayıb. Bu roman müəllifin sonrakı yaradıcılığına da təsirsiz ötüşməyib.
Erço gölü
Ertso- (oset. Ерцъо, gürc. ერწო [ɛrt͡sʼɔ])- Cənubi Osetiyanın Dzausko rayonunda Kvirila çayının hövzəsinə aid karst mənşəli göl. Ölkənin sahəsinə görə ikinci böyük gölü hesab edilir. == Xarakteristikası == Bu göl Kudarsk yarğanında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1711 m-dir. Daxili kanalları mövcuddur. Gölün sahəsi-0,41 km², uzunluğu isə-940 m-dir. Gölün dərinliyi məlum deyil, çünki suyunun səviyyəsi daimi olmur. Göl öz mənşəyinə görə unikal hesab edilir, çünki, Qafqazda ən iri karst mənşəli göldür.
Serqo Mindiaşvili
Serqo Mindiaşvili (2 iyul 1940, Sarabuk[d], Cənubi Osetiya Muxtar Vilayəti – 21 sentyabr 2011, Sxinval) — Osetiya və gürcü şairi, nasir, tərcüməçi, Cənubi Osetiya Respublikasının əməkdar mədəniyyət işçisi. Cənubi Osetiyada yaşayıb işləyir. Əsərlərini osetin, gürcü və rus dillərində yazmışdır. Osetiya və gürcü dillərində bir çox şeir məcmuələrinin müəllifidir. İllər keçdikcə onun şeir məcmuələri nəşr olunur: "Qardaşı oğlunun vergisi" (oset. «Хæрæфырты хуын»), "Günəşlə söhbət" (oset. «Ныхас хуримæ»), "Gün duruşumun düşüncələri" 1981, "Atom yoxsa boru?" 1988, "Ekzotik Nağıl" 1989, "Ümid zəngi" 1990, "İkiqat bədbəxtlik" (oset. «Дывыдон арты») 2011 və s. Ölümündən sonra 2017-ci ildə "Səni Sevirəm" (oset. «Уарзын дæ») kolleksiyası hazırlanmışdır.
Serqo Orconikidze
Qriqori (Serqo) Konstantinoviç Orconikidze (12 (24) oktyabr 1886, Qareşa[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 18 fevral 1937[…], Moskva, RSFSR, SSRİ) — gürcü siyasi-ictimai xadimi, inqilabçı. Serqo Orconikidze 1905-ci ildə Tiflisdə məktəbi bitirdikdən sonra artıq iki il əvvəl qoşulduğu RSDRP fraksiyasında fəaliyyətini davam etdirmişdir. Çoxsaylı təqiblərə məruz qalan Orconikidze 1909-cu ildə Bakıya qaçmış, RSDRP-nin Bakı komitəsinin qərarı ilə 1909-cu ilin payızında İrana inqilabi işi yaymaq üçün göndərilmişdir. Sonralar Stalinlə inqilabi işini davam etdirən Orconikidze dəfələrlə həbs olunmuşdur. 1912-ci ildə isə ona 3 il həbs cəzası verilmiş, 1915-ci ildə Sibirə sürgün edilmişdir. 1917-ci il inqilabında yaxından iştirak edən Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olmuşdur. Bundan sonra o müxtəlif rəhbər vəzifələr tutmuşdur. Stalinin çox yaxın adamı olan Orconikidze son illər onun köhnə bolşevikləri "aradan götürməsi" ilə razılaşmırdı və bəzən ona qarşı çıxırdı. Ona görə də onun ölümü indiyə qədər müəmmalı olaraq qalır. Rəsmi olaraq infaktdan öldüyü bildirilmiş, cənazəsi təntənəli şəkildə Kremlin divarında dəfn edilmişdir.
Serqo Vardosanidze
Serqo Vardosanidze(ing. Sergo Vardosanidze; 3 dekabr 1955)— gürcü tarixçi, professor və Gürcüstanın Müqəddəs Endryu Universitetinin rektorudur. Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib. Tarix və Etnologiya İnstitutunda, Gürcüstan Elmlər Akademiyasında Gürcüstan tarixi üzrə ixtisaslaşmışdır. Tarix elmləri doktoru, professor Serqo Vardosanidze İnstitutu bitirdikdən sonra 1 saylı eksperimental məktəbdə çalışdı. Tarix müəllimi, direktorun tədris işləri üzrə müavini kimi işləmişdir. Tbilisi Pedaqoji Universitetində Gürcüstan tarixi kafedrasının professoru, tarix fakültəsinin dekanı, elmi işlər üzrə prorektor idi; Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının müdiri vəzifəsində də çalışmışdır. Kyrion II, His Holiness and Beatitude, Catholicos-Patriarch of all Georgia. Orthodox Cypsela Publishers (Greece), 1993, 30 pages Georgian Church (in English), Tbilisi, 1999, 14 pages Georgian Church (in German), Tbilisi, 1999, 15 pages Textbook of Georgian History, co-authors – Roin Metreveli|R.Meterveli, I.Antelava Methods of Teaching History (Course of lectures, co-authors – Z.Chimakadze, I.Tskitishvili) Leonid, His Holiness and Beatitude, Catholicos-Patriarch of all Georgia. Tbilisi, 2000, 45 pages Georgian Orthodox Apostolic Church in 1917–1952.
Serqo Zakariadze
Serqo Aleksandroviç Zakariadze (gürc. სერგო ზაქარიაძე; 18 iyun 1909, Bakı – 12 iyul 1971 və ya 13 aprel 1971, Tbilisi) — Sovet və gürcü aktyoru, SSRİ xalq artisti (1958). Serqo Zakariadze 1 iyul 1909-cu ildə Bakıda anadan olmuşdur. Tbilisi Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1926-cı ildə yardımçı heyətin əməkdaşı kimi Rustaveli adına teatra daxil olur. 1928-1930-cu illərdə Kutaisidə K.A. Marcanişvilinin təşkil etdiyi teatrın aktyoru olur. 1930-cu ildə teatr kollektivi ilə birlikdə Tiflisə köçmüşdür. 1956-cı ildə isə o, yenə də Rustaveli adına teatra qayıdır. 1955-1960-cı illərdə Gürcüstan teatr institutunda səhnə danışığı mövzusunda pedaqoji iş aparmışdır. Serqo Zakariadze yaradıcılığında öz fikirlərini inadla və cəsarətlə həyata keçirirdi.
Alter eqo
Alter eqo (azərb. başqa bir mən‎) — həqiqi və ya alternativ uydurma insan şəxsiyyəti. Latınca bir termin olan "alter ego" anlayışına son illərdə filmlərdə, kitablarda daha çox rast gəlinir. Alter eqo çox zaman eqo anlayışıyla qarışdırılsa da mənası çox fərqlidir. Eqo sözünün əvvəlinə artırılan "alter" ifadəsi "bir başqası" mənasını verir. Bu "Mənim içimdə bir mən var, məndən başqa" kimi izah edilə bilər. Alter eqo şəxsin öz şəxsiyyətindən fərqli olduğuna inanılan alternativ şəxs mənasına gəlir. == Yaranması == Bu termini ilk dəfə Kitiyalı Zenon işlətmişdir. "Alter eqo" adı isə XIX əsrin əvvəllərində psixoloqlar tərəfindən təsdiqləndi və geniş işlənməyə başlandı.
Ero (departament)
Ero (fr. Hérault [eʁo],, oks. Erau [eˈraw], kat. Erau) — Fransa cənubunda yerləşən Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 34. İnzibati mərkəzi — Monpelye. Əhalisi — 1,062,617 nəfər (departamentlər arasında 21-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6101 km². Şimalda Sevenna dağ massivi yerləşir. Od, Orb, Ero, Vidurl və s.
Ero kavaiy
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. == Tarix == Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.
Ero kavayi
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. == Tarix == Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.
Erq-Şeş
Erq-Şeş (ing. Erg Chech) — Saxaranın qərbində olan qumlu səhra. Əlcəzairin cənub-qərbi, Malinin şimal ərazilərini əhatə edir. Erq-Şeş öz növbəsində maksimal hündürlüyü 300 m olan düzənlikdən ibarətdir. Şimalında hündürlüyü 300 m olan dyunlər, cənubda 50 metrə enir. Saura vadisində çay deltası yerləşir. İllik yağıntının miqdarı 10 mm təşkil edir. İyul ayının orta temperaturu 35 °С təşkil edir. Səhra ərazisində demək olar ki, su quyu yoxdur. 7 aprel 1942-ci ildə Erq-Meşə ekspedisiya zamanı geoloq Andrey Feofiloviç Meyendorf vəfat etmişdir.
Ero (dəqiqləşdirmə)
Ero:
Ergo Proxy seriyalarının siyahısı
Ergo Proxy cizgi serialının seriyalarının siyahısı — Yaponiya anime serialı "Ergo Proxy"-nin 23 seriyasının siyahısı. "Ergo Proxy" anime serialı Manglobe tərəfindən istehsal olunmuşdur və anime serialının rejissorluğunu Şuko Murase etmişdir. Anime serialının yayımlanmasına 25 fevral 2006-cı ildə WOWOW peyk televiziyasında başlanılmışdır. Animenin ingilis versiyası Geneon Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. 9 iyun 2007-ci ildə animenin ingilis adaptasiyasının ilk seriyası Fuse TV kanalından göstərilmişdir. Serialın açılış mahnısı olan və Monoral rok qrupu tərəfindən ifa olunan "Kiri" mahnısı ilk dəfə 3-cü seriyada səsləndirilmişdir. "Paranoid Android" mahnısı isə anime serialının bağlanış mahnısı olmuşdur.
İd, eqo və super-eqo
İd, eqo və supereqo — Ziqmund Freydə məxsus psixikanın struktur modelini təşkil edən 3 psixi aparatdan biri. Bu üç aparatın fəallığı və qarşılıqlı əlaqəsi insanın psixi həyatını təsvir edir. Bu psixi modelə əsasən "İd" özündə bir-birinə bağlı olmayan instinktiv meylləri cəmləşdirir, "supereqo" tənqidi və nəsihət verici rol oynayır, "eqo" isə mütəşəkkil və real hissə olmaqla, "id"-in istəkləri ilə "supereqo" arasında aralıq rola malikdir. "Supereqo" insanın istədiyi hərəkəti etməsinin qarşısını almaq gücünə malidkir. Bu konsepsiya Freydin yaradıcılığının daha gec mərhələlərində yaranmış və 1920-ci ildə nəşr edilmiş əsərində müzakirə edilmişdir. İd şəxsiyyətin quruluşunun qeyri-mütəşəkkil hissəsi olmaqla, özündə insanın başlıca instiktiv meylləri ehtiva edir. İd şəxsiyyətin yeganə elementidir ki, doğuşdan etibarən mövcud olur. Bu, insanın fiziki tələbatlarının, arzu, istək və impulslarının, xüsusilə, insanın seksual və aqressiv istəklərinin mənbəyidir. İd, özündə obyektiv reallığın tələblərindən asılı olmayan instiktiv hərəkətin ilkin mənbəyi hesab edilən libidonu ehtiva edir. İd "həzz prinsipi" (hər hansı impulsun dərhal təmin edilməsinə çalışan hərəkətlərin stimullaşdırması) əsasında fəaliyyət göstərir.
Arqo (film, 2012)
Arqo (ing. Argo) — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudmen də filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. == Filmin xülasəsi == 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər.
Böyük Qərbi Erq
Böyük Qərbi Erq (ərəb. العرق الغربي الكبير‎, Əl-Qarbi-əl-Qəbir — sahəsinə görə ikinci ən böyük erqə sahib səhra. Saxaranın tərkibini təşkil edir. Səhrada insan yaşayış məntəqəsi yoxdur. Burada nə kəndə nə də yola rast gəlmək mümkün deyil. == İstinadlar == == Əlavə ədəbiyyat == Francis Tack, Paul Robin: Dünen: Sandmeere der Wüsten. National Geographic 2003, ISBN 3934385966, стр.
Böyük Şərqi Erq
Böyük Şərqi Erq (ərəb. العرق الشرقي الكبير‎, Əş-Şarki-əl-Qəbir — ən böyük erqə sahib səhra. Saxara səhrasının tərkibinə daxildir. Şimal-şərq hissəsi Tunis ərazisinə daxildir.
Jan-Mark Ero
Jan-Mark Ero (fr. Jean-Marc Ayrault; d. 25 yanvar 1950, Molevre) — Fransa dövlət xadimi və siyasətçisi, Fransa Sosialist partiyasının üzvü, 14 mart 1977-ci ildən 20 mart 1989-cu ilədək San- Erbelanın Meri, 20 mart 1989- 21 iyun 2012-ci ilədək Nantın Meri, 15 may 2012-ci ildən 31 mart 2014-cü ilə qədər Fransanın Baş Naziri, 11 fevral 2016-cı ildən 10 may 2017-ci ilədək Fransanın Daxili İşlər Naziri vəzifəsində çalışmışdır. == Bioqrafiyası == Jan-Mark Ero 1950-ci ildə yanvarın 25-də Molevrədə dünyaya gəlib. O, elə Molevrədəki Müqəddəs İosif(xristian müqəddəslərinin adı) məktəbində erkən təhsil aldı və 1961-1968-ci illər arasında Kolbera liseyini bitirdi. Sonralar Nantes Universitetində almanca təhsil alır. 1969-1970-ci illərdə isə Cənubi Amerikanın Vürzburq şəhərində təhsil alır. O bir il sınaq müddəti üçün Nant bölgəsində qalır. 1973-cü ildə Milli Məclisə üzv seçilir. 1986-cı ildə qonşu San-Erblen şəhərində Alman dili müəllimi işləmişdir..
"Arqo" əməliyyatı (film, 2012)
Arqo (ing. Argo) — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudmen də filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. == Filmin xülasəsi == 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər.
Ergi
Ergi — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisində yerləşən Mərzili kəndinə aid olan yaşayış məntəqəsi.
Komino
Komino (malta Comino, malta Kemmuna) — Malta arxipelaqına daxil olan kiçik ada. Aralıq dənizinin suları ilə əhatələnir. Qozo və Malta adaları arasında qərarlaşır. Ümumi sahəsi 3,5 km²-dir. 2017-ci il məlumatına görə ada əhalisinin sayı 3 nəfərdir. == Tarixi == Adanın adı Maltada geniş yayılmış yaban toxumunun adından gəlir. Roma hakimiyyəti dövründə Kominoda kəndlilər yaşayırdılar, lakin uzun müddət ada zəif məskunlaşmış və ya hətta tərk edilmişdir. Adanın sahilləri əhəng daşları ilə kəsilmiş və orta əsrlərdə quldurlar və qaçaqmalçılar arasında çox populyar olan dərin mağaralarla kəsilmişdir. Daha sonra Malta cəngavərləri bu adadan ov və istirahət üçün istifadə edirdilər. 1285-ci ildən bəri Kominoda yəhudi mistiki və kabbalisti İbrahim Əbulafiyanın evi olmuşdur.
Kosido
Kosido (isp. cocido) — İspan mətbəxinin məşhur yeməyi. Kosido lobyadan və ya noxuddan, tərəvəzdən, ətdən hazırlanan şorbadır. Mahiyyətcə özündə iki yeməyi; birinci və ikinci yeməyi birləşdirir və xüsusi qablarda bişirilir. Kosido qədim tarixə malikdir və ənənəvi İspan yeməklərindən biridir. İspaniyanın, demək olar ki, bütün vilayətlərinin kosidonun bişirilməsinə dair öz reseptləri vardır, lakin onların arasında ən geniş yayılanı Madrid variantıdır. (İspan dilində:cocido madrileño). İspaniyanın şimal əyalətlərində kosido lobya, cənub əyalətlərində isə noxudla bişirilir. Kosido ilə oxşar yeməklər alman ayntopfu və Asturiya fabadası hesab olunur.
Mohito
Mohito (ispan. Mojito) rom və nanə yarpaqlarına əsaslanan spirtli kokteyldir. Kuba adasında yaranıb, 1980-ci illərdə ABŞ-da məşhurlaşdı. Kokteyl Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) “müasir klassiklər” siyahısına daxil edilib və mütəmadi içki kimi təsnif edilir. Mohito ənənəvi olaraq dörd inqrediyentdən ibarətdir: qazlı su, şəkər, laym və nanə. İçkini sərinləmək üçün əzilmiş buz əlavə edin. Beşinci tərkib hissəsi kimi rom isə spirtli mojitoya əlavə olunur. Son zamanlarda kokteylin hazırlanmasını sürətləndirmək üçün ayrıca soda və şəkər əvəzinə "Sprite" kimi müxtəlif şirin qazlı içkilərdən istifadə olunur. Havanadakı bəzi otellər də mojitolara Anqostura əlavə edir. Mohitoda şirin və təravətləndirici sitrus və nanənin birləşməsidir, romun sərtliyini azaltmaq üçün tərkibinə əlavə edilmiş, bu kokteyli ən məşhur yay içkilərindən birinə çevirmişdir.
Moxito
Mohito (ispan. Mojito) rom və nanə yarpaqlarına əsaslanan spirtli kokteyldir. Kuba adasında yaranıb, 1980-ci illərdə ABŞ-da məşhurlaşdı. Kokteyl Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) “müasir klassiklər” siyahısına daxil edilib və mütəmadi içki kimi təsnif edilir. Mohito ənənəvi olaraq dörd inqrediyentdən ibarətdir: qazlı su, şəkər, laym və nanə. İçkini sərinləmək üçün əzilmiş buz əlavə edin. Beşinci tərkib hissəsi kimi rom isə spirtli mojitoya əlavə olunur. Son zamanlarda kokteylin hazırlanmasını sürətləndirmək üçün ayrıca soda və şəkər əvəzinə "Sprite" kimi müxtəlif şirin qazlı içkilərdən istifadə olunur. Havanadakı bəzi otellər də mojitolara Anqostura əlavə edir. Mohitoda şirin və təravətləndirici sitrus və nanənin birləşməsidir, romun sərtliyini azaltmaq üçün tərkibinə əlavə edilmiş, bu kokteyli ən məşhur yay içkilərindən birinə çevirmişdir.
Nolito
Manuel Aqudo Duran və ya qısaca Nolito Laiqa komandalarından olan Seviliyanın şərəfini qoruyur . Nolito 15 Oktyabr 1986-cı ildə İspaniyada doğulub .
Erga omnes
Erga omnes — beynəlxalq hüquq konsepsiyası, ona görə beynəlxalq münasibətlərin iştirakçısı kimi hər hansı bir suveren dövlət ümumdünya xarakterli olan bütün dünya ictimaiyyəti qarşısında müəyyən sayda öhdəlik daşıyır və hər bir dövlətin maraqlandığını təmin edir. == Konsepsiyanın yaranması == Beynəlxalq hüququn müvəqqəti normalarının inkişafında keyfiyyətcə yeni bir mərhələ, beynəlxalq hüquq doktrinası olaraq geniş tanınan və beynəlxalq hüquq doktrinası kimi tanınan Barselona Traction işində BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hazırlanmış dövlət məsuliyyəti konsepsiyasının qəbul edilməsi ilə başladı, yəni bütövlükdə bütün icma qarşısında öhdəliklər erga omnes xarakteri ilə baş tutdu. Beynəlxalq Ədalət Məhkəməsinin qərarında aşağıdakılar qeyd edildi: "Xüsusilə, bir dövlətin bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında olan vəzifələri ilə diplomatik qoruma sahəsində başqa bir dövlətə nisbətən vis-à-vis (bir-birinə) qarşı ortaya çıxan vəzifələr arasında bir fərq qoyulmalıdır. Birincisi, təbiətinə görə bütün dövlətlərin işidir. Bu hüquqların vacibliyini nəzərə alaraq, bütün dövlətlər bu hüquqların qorunmasında qanuni bir maraq sahibi sayıla bilər; bunlar bütün öhdəliklərdir. Müasir beynəlxalq hüquqda bu cür öhdəliklər, məsələn, təcavüz və soyqırımı aktlarının qadağan edilməsindən, həmçinin köləlik və irqi ayrı-seçkilikdən qorunma da daxil olmaqla əsas insan haqları ilə əlaqəli prinsip və müddəalardan qaynaqlanır. ". Beləliklə, Məhkəmə beynəlxalq hüquq öhdəliklərinin müstəsna ikitərəfli xarakterini inkar etdi və əvvəlki məhkəmə hüququnu dəyişdirdi. Həqiqətən, hələ 1966-cı ildə, Cənubi Qərbi Afrika hadisəsində, Efiopiya və Liberiyadan Cənubi Afrikanın aparteid siyasətini yürütən Namibiyada varlığına qarşı şikayət vermək hüququ, bu məsələnin həllində tərəf olmayan üçüncü dövlətlər olaraq rədd edildi. Barcelona Traction qərarında, Beynəlxalq Ədalət Məhkəməsi, "bütün dövlətlərin işi" olan və bütün dövlətlərin qanuni mənafeləri olan, xüsusi əhəmiyyətə və ümumbəşəri əhəmiyyətə sahib hüquqları təsir etdikləri üçün qaydaların mövcudluğunu qəbul etdi.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Şam-sür-Drak
Şam-syur-Drak (fr. Champ-sur-Drac) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38071. Kommunanın 2005-ci il üçün əhalisi 3152 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 269 до 1281 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 13 km cənubda yerləşir.
I Kosimo
I Kosimo Mediçi (12 iyun 1519, Florensiya – 21 aprel 1574, Florensiya) – Mediçi ailəsindən olan Florensiyanın son hersoqu və Böyük Toskana hersoqluğunun ilk hersoqu. Allessandro qanuni bir gəlişi tərk etməmişdi. Florensiya Ducun yeni olacağı kobud bir problem olduğu ortaya çıxdı. Florensiyada dövlət idarəçiliyi, o cümlədən ən yüksək səviyyəli olanlar, Cosimo de Medici I-ni Florensiyanın yeni Dükü olmasını istədi. Bu xəbər yayıldığı zaman, Flornsa'nın kənarında olan Strozzi Subtlety üzvləri Florensiyanı ələ keçirərək Cosimo'yu atmağa çalışdılar, amma müvəffəq olmadılar. İdarəçiliyi tamamilə işdən çıxaran ilk Cosimo De 'Medici, ilk növbədə dövlət qulluqçusunun bürokratiyasını və dövlətin fəallığını özünə uyğun olaraq araşdıran və ona qarşı olanları aradan qaldırdı. 1542-ci ildə Florensiyadakı qarnizonda imperiya əsgərləri şəhərdən tamamilə geri çəkildi. 1548-ci ildə Cosimo onları Cenova Respublikasına bağlı olan Elba adasını alıb. O, orada yeni Florens filosunu qurmağa başladı. Sonra Cosimo ana quruda bir liman şəhəri olaraq yeni Livorno şəhərini qurdurdu, Bu yeni şəhərə gəlib yerleşenlere istədikləri dini təqib etmələrinə icazə verib bu şəhərə yerleşenlere din hüriyeti imtiyazları tanıdı, Fransa ilə bir ittifaq razılaşması edən Siena Respublikası əleyhinə İspaniya Krallığı və Müqəddəs Roma İmperatorluğu ilə ittifaq edərək 2 Avqust 1554'de Marcianao Muharebesi'nde Sienalıları məğlub etdi.
I Kozimo
I Kosimo Mediçi (12 iyun 1519, Florensiya – 21 aprel 1574, Florensiya) – Mediçi ailəsindən olan Florensiyanın son hersoqu və Böyük Toskana hersoqluğunun ilk hersoqu. Allessandro qanuni bir gəlişi tərk etməmişdi. Florensiya Ducun yeni olacağı kobud bir problem olduğu ortaya çıxdı. Florensiyada dövlət idarəçiliyi, o cümlədən ən yüksək səviyyəli olanlar, Cosimo de Medici I-ni Florensiyanın yeni Dükü olmasını istədi. Bu xəbər yayıldığı zaman, Flornsa'nın kənarında olan Strozzi Subtlety üzvləri Florensiyanı ələ keçirərək Cosimo'yu atmağa çalışdılar, amma müvəffəq olmadılar. İdarəçiliyi tamamilə işdən çıxaran ilk Cosimo De 'Medici, ilk növbədə dövlət qulluqçusunun bürokratiyasını və dövlətin fəallığını özünə uyğun olaraq araşdıran və ona qarşı olanları aradan qaldırdı. 1542-ci ildə Florensiyadakı qarnizonda imperiya əsgərləri şəhərdən tamamilə geri çəkildi. 1548-ci ildə Cosimo onları Cenova Respublikasına bağlı olan Elba adasını alıb. O, orada yeni Florens filosunu qurmağa başladı. Sonra Cosimo ana quruda bir liman şəhəri olaraq yeni Livorno şəhərini qurdurdu, Bu yeni şəhərə gəlib yerleşenlere istədikləri dini təqib etmələrinə icazə verib bu şəhərə yerleşenlere din hüriyeti imtiyazları tanıdı, Fransa ilə bir ittifaq razılaşması edən Siena Respublikası əleyhinə İspaniya Krallığı və Müqəddəs Roma İmperatorluğu ilə ittifaq edərək 2 Avqust 1554'de Marcianao Muharebesi'nde Sienalıları məğlub etdi.
Klaudio Lotito
Klaudio Lotito — İtaliyalı iş adamı və Latsio FK-nın sahibi. 2004-cü ildə Latsio FK-nın səhmlərinin əksəriyyətini əldə etdikdən sonra klubun sahibinə və prezidentinə çevrilmişdir. İtaliya futbol skandalındakı iştirakına görə Lotito 2006-cı ildə 2 il yarım müddətinə futboldan uzaqlaşdırılmışdır. Bir müddət sonra iş adamı Mauro Sarate və Rikardo Kruzun üçüncü tərəf sahibliyinə görə yenidən futbol qadağası ilə üzləşmişdir. Onun 10 aylıq cəzası isə apelyasiyadan sonra iki aya qədər azaldılmışdır.
Kozimo Tura
Kozimo Tura (it. Cosimo Tura və ya it. Cosmè Tura, təq. 1430, Ferrara - 1495, orada) - İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin yaradıcılarından biri. == Bioqrafiya və yaradıcılığı == Paduada təhsil alan Kozimo orada Skvarçone, Krivelli, Paxer kimi rəssamların yaradıcılığı ilə tanış olmuş, Mantenya və Pyero della Françeskanın güclü təsiri altına düşmüşdü..1460-cı ildən o, Ferrara sarayında d'Este ailəsi üçün işləmişdir. Həmin dövrdə Tura, son qotika dövrünə aid elementlərdən istifadə edərək eklektik stil yaratmışdı. Kozimo Turanın əsərlərinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Ferraradakı kafedralın orqan qapaqları (1469) və Roverella poliptixinin (1470-1474) hissələri hal-hazırda sökülüb və müxtəlif muzeylərdə saxlanılır. Ferrarada Palazzo Skifanoyadakı bir neçə freskanın müəllifi olduğu iddia edilir. (Turanın müəllifliyi qətiliklə sübut olunmayıb.) Kozimo həyatının sonunu yoxsulluq içində keçirmişdi.
Tura, Kozimo
Kozimo Tura (it. Cosimo Tura və ya it. Cosmè Tura, təq. 1430, Ferrara - 1495, orada) - İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin yaradıcılarından biri. Paduada təhsil alan Kozimo orada Skvarçone, Krivelli, Paxer kimi rəssamların yaradıcılığı ilə tanış olmuş, Mantenya və Pyero della Françeskanın güclü təsiri altına düşmüşdü..1460-cı ildən o, Ferrara sarayında d'Este ailəsi üçün işləmişdir. Həmin dövrdə Tura, son qotika dövrünə aid elementlərdən istifadə edərək eklektik stil yaratmışdı. Kozimo Turanın əsərlərinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Ferraradakı kafedralın orqan qapaqları (1469) və Roverella poliptixinin (1470-1474) hissələri hal-hazırda sökülüb və müxtəlif muzeylərdə saxlanılır. Ferrarada Palazzo Skifanoyadakı bir neçə freskanın müəllifi olduğu iddia edilir. (Turanın müəllifliyi qətiliklə sübut olunmayıb.) Kozimo həyatının sonunu yoxsulluq içində keçirmişdi.
Kociro Serizava
Kociro Serizava (芹沢光治良, Serizava Kociro, 4 may 1897 – 23 mart 1993, Nakano) – Yaponiya romançısı. == Həyatı == Kociro Serizava 1897-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. Tokio Universitetini bitirdikdən sonra Kənd Təsərrüfatı və Ticarət Nazirliyində işləmişdir. 1925-ci ildə nazirlikdəki işindən çıxmış və təhsil almaq məqsədilə Fransaya səyahət etmişdir. 1929-cu ilə qədər Paris Universitetində iqtisadiyyat üzrə təhsil almışdır. Serizava vərəm xəstəliyindən müalicə almaq məqsədilə İsveçrədə yerləşən bir sanatoriuma yollanmış və yaşadığı təcrübələr əsasında "Burucoa" (1930) adlı hekayə yazmışdır. Bu onun ədəbi yaradılığının başlanğıcı olmuşdur. 1931-ci ildə "Asu o ote" romanını, 1932-ci ildə isə "İsu o saqasu" romanını yazmışdır. Bu romanlar Yaponiyadakı proletar ədəbi hərəkatına mənsub intellektuallar arasında baş verən münaqişələri təsvir edir. Serizava 1931-ci ildə Çuo Universitetində iqtisadiyyat dərsləri deməyə başlamışdır.
Bonito Generation
Bonito Generation — Böyük Britaniyanın indi-pop qrupu Kero Kero Bonito-nun debüt studiya albomu. 21 oktyabr 2016-cı ildə Double Denim Records tərəfindən buraxılıb.
Koşiro Tanaka
Koşiro Tanaka (田中小四郎, Tanaka Koşiro, 1940, Taqava[d], Fukuoka prefekturası) – Yaponiya döyüş sənətləri ustası. 1985-ci ildə könüllü şəkildə Yaponiyanı tərk edərək Əfqanıstan müharibəsində sovet əsgərlərinə qarşı döyüşməyə yollanmışdır. Bu səbəbdən "Əfqan samuray" ləqəbini qazanmışdır. == İlk illəri == Koşiro Tanaka 1940-cı ildə Fukuoka prefekturasının Taqava şəhərində doğulmuşdur. Kiçik yaşlardan etibarən döyüş sənətlərini öyrənməyə başlamış və kyokuşin karatedə qara kəmər qazanmışdır. Eyni zamanda döyüş sənətləri üzrə müəllim kimi işləmişdir. Cüdo, cukendo, kendo, kunqfu kimi döyüş sənətlərini öyrənmiş, hiko ryu adlı döyüş üslubunu yaratmışdır. Kanaqava Universitetinin hüquq və iqtisadiyyat fakültəsindən məzun olmuşdur. === Əfqanıstan müharibəsi === İkinci Dünya müharibəsindən sonra Kuril adaları SSRİ-nin tərkibinə daxil olmuş, Yaponiya ilə SSRİ arasında mübahisəli əraziyə çevrilmişdir. Bu səbəbdən Tanaka SSRİ-ni düşmən ölkə kimi görürdü və Yaponiyanın torpaqları uğrunda döyüşməli olduğu fikrini müdafiə edirdi.
Bozkurt Ergör
Bozkurt Ergör (1927, Niğdə ili – 23 may 2009) — türk alpinist. == Həyatı == Bozkurt Ergör Niğdənin Bor mahalında anadan olub. 1969-cu ildə Sönməz Targan ilə birlikdə Demirkazık zirvəsini, 21 fevral 1970-ci ildə isə Ararat dağının ilk qış çıxışlarını reallaşdırmışdır. Adı Kaçkar dağlarındakı Ergör buzlaqlarına verilmişdir.
Ergi düzü
Ergi düzü — Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Ergi düzü toponiminin mənası haqqında müxtəlif fikir və mülahizələr var. Əslində Erki (Ərki) olmalıdır. Ərk sözü İran və Türk dillərində "iç qala", "möhkəm hasar" anlamındadır. Düz coğrafi termini mənfi relyef forması bildirir. Düz termini "düzənlik" mənasındadır. Bu düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntüləri ilə örtülmüş və qobu yarğan şəbəkəsi ilə zəif parçalanmışdır. Ergi düzənliyindən qış otlaqları kimi istifadə edilir.
Ernö Rubik
Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur. == Həyatı == Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958–1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962–1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin "interyer və dizayn" fakülətsinə daxil oldu. == Karyerası == 1971–1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.
Alter Ego
Alter Ego (azərb. Digər Mən‎) — Kiprin 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Minus One qrupu "Alter Ego" mahnısı ilə Kipr adasını İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı qrupun 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Yoşito Harada
Yoşito Harada (原田淑人, Harada Yoşito, 5 aprel 1885, Tokio – 23 dekabr 1974) – Yaponiya arxeoloqu və tarixçisi. Yoşito Harada 1885-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. O, Tokio Universitetində Asiya tarixi sahəsi üzrə dərəcə əldə etmiş və universitetin fakültəsinə qoşulmuşdur. Saytobaru qəbirlərində aparılan qazıntı işlərində iştirak etdikdən sonra 1921–23-cü illərdə ABŞ və Avropada arxeologiya üzrə təhsil almışdır. Harada mədəniyyət tarixi tədqiqatları ilə məşğul olmuş, Uzaq Şərqdə arxeologiya elmini inkişaf etdirmək məqsədilə 1925-ci ildə arxeoloq Kosaku Hamada ilə birlikdə Uzaq Şərq Arxeologiya Cəmiyyətini qurmuşdur. O, Muyan kimi Han sülaləsinə aid qala ərazilərində, Bohay dövlətinin şərq paytaxtında, Çinin Koreya yarımadasında yerləşən Lolan mahalında qazıntı işləri apararaq Mərkəzi Asiya, Han və Tan sülalələri aid geyimləri, eləcə də, aksessuarları tədqiq etmişdir. "Kan rikuço no fukuşoku" (1937, "Han və Altı sülalənin geyim və aksessuarları") "Toa kobunka kenkyu" (1940, "Şərqi Asiya mədəniyyəti üzrə tədqiqatlar") Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983.
Yoşito Okubo
Yoşito Okubo (9 iyun 1982[…], Fukuoka prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 60 oyun keçirib, 6 qol vurub.
Yuzo Koşiro
Yuzo Koşiro (古代 祐三, Koşiro Yuzo, 12 dekabr 1967, Tokio[d]) — Yaponiya bəstəkarı və Ancient oyun inkişaf etdirmə şirkətinin prezidenti. O, tez-tez haus, elektro, texno, trans və hip-hop kimi müxtəlif elektron janrlarda, eləcə də caz, rok, simfonik musiqi kimi müxtəlif janrlarda musiqi istehsal edən çiptun və videooyun musiqisinin ən nüfuzlu yenilikçilərindən biri kimi qəbul edilir. Koşiro və onun bacısı Ayano 1990-cı ildə Ancient oyun şirkətini qurdular. O, Nihon Falcom-un Dragon Slayer və Ys seriyaları, eləcə də Sega-nın The Revenge of Shinobi və Streets of Rage seriyaları kimi oyunlara töhfə verən 1980 və 1990-cı illərin ən yaddaqalan oyun musiqilərini yaratmış şəxs kimi qəbul edilir. Yuzo Koşiro 12 dekabr 1967-ci ildə Tokioda anadan olub. Anası Tomo Koshiro pianoçu idi. Üç yaşında ona fortepianoda ifa etməyi öyrətdi və beş yaşına qədər o, bu sənətə güclü hakim oldu. 1975-ci ildə o, məşhur film bəstəkarı Co Hisayşidən (sonralar Hayao Miyazakinin filmlərinə saundtrekləri ilə tanınıb) musiqi dərsləri almağa başladı və üç il onunla təhsil aldı. Bundan sonra Oqi özü-özünü öyrədək inkişaf edib. 1980-ci illərin əvvəllərində hələ orta məktəbdə oxuyarkən, Koshiro NEC PC-8801-də Namco, Konami və Sega-dan erkən arkada oyun musiqilərinin mokapları daxil olmaqla hobbi kimi musiqi bəstələməyə başladı.