Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lütf Kapellası
Lütf Kapellası (alm. Gnadenkapelle‎) Bavariyada Müqəddəs Məryəmə həsr olunmuş milli ziyarətgahdır. Məryəmin şəklinin yerləşdiyi səkkizguşəli ibadətgah təxminən 660-cı illərə aiddir və Almaniyadakı ən qədim Məryəmə həsr edilmiş ziyarətgahdır. Məryəmin siması cökə ağacından oyulmuş antik dövrə aid Qara Madonnadır (ehtimal ki, təxminən 1330). Ziyarətgah 1489-cu ildə boğulan gənc bir oğlan uşağının anası cəsədini heykəlin qarşısına qoyub Məryəmdən möcüzə üçün dua etdikdən sonra möcüzəvi şəkildə sağalması ilə məşhurlaşıb. Əsrlər boyu ziyarətgaha verilmiş adaqların çoxu kilsəni əhatə edən eyvanda nümayiş etdirilir. Burada müxtəlif alman zadəganlarının, həmçinin Bavariya kralı III Lüdviqin ürəkləri kiçik gümüş qablarda saxlanılır. Kapella əsrlər boyu Kapuçin keşişləri tərəfindən xidmət edilmişdir. Ordenin bir üzvü, Parcamlı Konrad (1818-1894) 40 ildən çox orada xidmət etmişdir. Xidmət etdiyi müddətdə o, müqəddəslik və möcüzəvi şəfaları üçün şöhrət qazanlb və Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilib Kapella 1980-ci ilin noyabrında Papa II İohann Pavel tərəfindən ziyarət edilib.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Lütfi Məmmədbəyli
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir. Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.
Lütfi Məmmədbəyov
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir. Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.
Lütfi Nəzəroğlu
Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564[…], 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Lütfi Zadə
Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə; 4 fevral 1921, Novxanı, Bakı qəzası və ya Bakı – 6 sentyabr 2017, Berkli, Kaliforniya, ABŞ) — azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya texnologiyaları problemləri" və "İnformasiya cəmiyyəti problemləri" jurnallarının fəxri baş redaktoru olmuşdur Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olub.
Lütfi Şahverdiyev
Lütfü Məmmədbəyli
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir. Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.
Lütfü Məmmədbəyov
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir. Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.
Lütfi Kaşıkçı
Lütfi Kaşıkçı (1982, Hatay ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Lütfi Kaşıkçı 1982-ci ildə Hatay ilinin Kırıhan ilçəsində anadan olub. Hatay Mustafa Kamal Universiteti İnşaat Bölməsindən məzun olub. Ankara Universitetinin Elm və Texnologiya İnstitutunun İnşaat mühəndisliyi şöbəsində magistr dərəcəsi alıb. Səlcuq Universitetində isə inşaat mühəndisliyi sahəsində PhD dərəcəsi alıb. MHP üzvüdür. 2015-2018-ci illərdə MHP Hatay il şöbəsinin sədri olub. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Hatay ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28 çağırışlarda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifələrində təmsil olunub. İngiliscə bilir.
Lütfi Kırdar
Mehmed Lütfi Kırdar (türk. Mehmet Lütfi Kirdar; 15 mart 1887, Kərkük – 17 fevral 1961, Yassıada) — Türk həkim, dövlət xadimi və hərbçisi. Manisa və İstanbul valisi, millət vəkili və səhiyyə naziri. == Gəncliyi == Lütfi Kırdar 1889-cu ildə Kərkükdə Əbdüsəməd bəylə Ayşə xanımın ailəsində anadan olub. 1925-ci ildə ailə quran Lütfi bəyin həyat yoldaşı Hayrunnisə (1904-1960) xanım olub. Onların Ərdəm (1927) və Ünər (1933) adlı iki oğulları dünyaya gəlib. İbtidai təhsilini Kərkükdə alan Lütfi bəy orta təhsilini isə Bağdadda tamamlamış, 1908-ci ildə İstanbula gələrək Tibb fakültəsinə daxil olmuşdur. Balkan müharibəsi başlayanda könüllü olaraq müharibəyə qatılan Kırdar, müharibədən sonra Darülfünun Tibb fakültəsini (1917) bitirir. Əmək fəaliyyətinə Nəcəf Bələdiyyəsinin həkimi olaraq başlayan Lütfi Kırdar Birinci Dünya müharibəsinin başlaması ilə könüllü olaraq orduya qatılır. Müharibədən sonra Ərzurum konqresinin keçirildiyi günlərdə Atatürkün komandanlığı ilə Ərzurumda mühacirlər üçün Ümumi Sağlamlıq Xidməti müdiri və Qızıl Aypara Sağlamlıq Komitəsinin sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Müəmmər Lütfi Bəxşi
Müəmmər Lütfi Bəxşi (1903, Ödəmiş, İzmir ili – 30 iyun 1947, İzmir) — Türkiyə şairi. Mədrəsə təhsili aldığı üçün qüvvətli bir islam mədəniyyətinə sahibdir. 18–19 yaşlarında əruzla və əski tərzdə şeirlər yazmışdır. Sonralar hecaya və ən sonunda da sərbəst nəzmə keçmişdir. Şeirləri "Ahəng", "Sədayi-həqq", "Yeni gün", "Məhfəl", "Naziktər", "Hilal", "Anadolu", "Şərq", "Yanıq", "Yurd", "İctihad", "Sərvəti-fünun" və "Yeni səs" kimi dövri nəşrlərdə çıxır. Antalyada olduğu zaman Antalya xalq evi dərgisi olan "Türk Akdəniz"i idarə edir. Şeirləri kitablaşmadı. Dörd dəftər dolusu şeiri olduğu söylənir. Şeirlərində daha çox milli mövzulara və eşqə yer vermişdir. Tokadizadə Şəkib, Tahir ül-Mövləvi, Əhməd Haşim, hecanın beş şairi, Kamaləddin Kamu kimi şairlərin təsirində qalmışdır.
Ömər Lütfi Paşa
Ömər Lütfi Paşa (türk. Ömer Lütfi Paşa; 24 noyabr 1806 – 18 aprel 1871, Konstantinopol) — serb əsilli Osmanlı sərkərdəsi, generalissimus. Ömər Lütfi Paşa o dövrdə Habsburq monarxiyasının tərkibində olan Hərbi Sərhəd ərazisində olan Canja Gora şəhərində anadan olub. O, Qospiç şəhərindəki orta məktəbdə cəmi bir il müəllim işləmişdir. 1827-ci ildə kadet məktəbini bitirdikdən dərhal sonra ailə problemləri səbəbindən (atası oğurluğa görə ordudan təqaüdə çıxmağa məcbur oldu, bu, praktiki olaraq hərbi karyerasının sonu demək idi) Bosniyaya, Qlamoka mühacirət etməyə məcbur oldular. Oradan tezliklə pul qazanmaq üçün Banya Lukaya köçdü. Banya Lukada müsəlman müdirinin tövsiyəsi ilə İslamı və Ömər adını qəbul edir. İki ildən sonra Vidinə köçür. Orada qala komandirinin övladlarına rəsm müəllimi işləyirdi və işindən razı qalaraq Öməri İstanbula tövsiyə edirlər. Ömər bu tövsiyə ilə Osmanlı Hərbi Texnikomunda ilk rəsm müəllimi, sonra isə Şahzadənin (taxtın varisi) I Əbdülməcidin müəllimi olur.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Getmək fikrində deyiləm
Getmək fikrində deyiləm (ing. Don't Make Me Go) — 2022-ci ildə ekranlara çıxan ABŞ filmi. == Süjet == Beyin xərçəngi diaqnozu qoyulan ata yeniyetmə qızını heç vaxt görmədiyi anasına qovuşdurmaq üçün yol səyahətinə başlayır.
Uzaqdan müəyyən etmə
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.
Lut
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Lut peyğəmbər
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
UTF-8
UTF-8 — elektronik kommunikasiya üçün istifadə olunan dəyişən uzunluqlu simvol kodlaşdırma standartı. Unicode Standartı tərəfindən müəyyən edilmiş ad Unicode (və ya Universal Kodlu Simvol Dəsti) Transformasiya Formatından – 8 bitdən götürülüb. UTF-8 Unicode-da birdən dördə qədər bir baytlıq (8-bit) kod vahidlərindən istifadə edərək bütün 1,112,064 etibarlı simvol kodu nöqtələrini kodlamağa qadirdir. Daha tez-tez baş verən daha aşağı ədədi dəyərlərə malik kod nöqtələri daha az baytdan istifadə etməklə kodlanır. ASCII ilə əvvəlki versiyalara uyğunluq üçün hazırlanmışdır. ASCII-yə bir-bir uyğun gələn ilk 128 Unicode simvolu, ASCII ilə eyni ikili dəyəri olan bir bayt istifadə edərək kodlanır, beləliklə etibarlı ASCII mətni də UTF-8 kodlu Unicode mətnidir. UTF-8 qismən ASCII uyğunluğu ilə təklif olunan dəyişən uzunluqlu kodlaşdırma olan UTF-1-in üstün alternativi olaraq hazırlanmışdır. Bu kodlaşdırmada bəzi xüsusiyyətlər, o cümlədən özünü sinxronizasiya və drop (/) kimi simvolların tam ASCII-yə uyğun işləməsi yoxdur. Ken Tompson və Rob Payk 1992-ci ilin sentyabrında Plan 9 əməliyyat sistemi üçün ilk tətbiqi yayımladılar. Bu, ilk dəfə 1993-cü ilin yanvarında USENIX-də rəsmi olaraq elan olunan və internet standartları üzrə gələcək iş üçün RFC 2277-də (BCP 18) IETF tərəfindən qəbul edilən FSS-UTF üçün bir spesifikasiya olaraq X/Open tərəfindən qəbul edilməsinə səbəb oldu.
Luts Diter Şmadel
Luts Diter Şmadel (alm. Lutz Dieter Schmadel‎; 2 iyul 1942, Berlin – 21 oktyabr 2016) — Almaniya astronomu və asteroidləri kəşf edən. == Həyatı == O, Heydelberq Universiteti yanında Astronomik Hesablamalar İnstitutunda işləmişdir və asteroidlərin orbitlərinin öyrənilməsində ixtisaslaşmışdır. 1990-1993-cü illərdə və qismən olaraq 1960-cı ildə onun tərəfindən 244 asteroid aşkar edilmişdir ki, onların bir hissəsi Fraymut Börngen və Raynor Stoss (ing. Reiner M. Stoss) ilə birgə tapılmışdır. 12.804 (2006-cı ilin mart ayına qədər) kiçik planetin aşkarlanması və adlandırma xüsusiyyətləri haqqında məlumatları ehtiva edən "Dictionary of minor planet names" lüğətinin müəllifidir. Xidmətlərinə görə (2234) Şmadel asteroidi onun adını daşıyır. == Kitabları == Dictionary of minor planet names (5th Edition). Springer Verlag, Berlin/Heidelberg 2003, ISBN 3-540-00238-3 Dictionary of minor planet names (Addendum to the 5th Edition: 2003—2005). Springer Verlag, Berlin/Heidelberg 2006, ISBN 3-540-34360-1 Dictionary of minor planet names (Addendum to the 5th Edition: 2006—2008).
Məhəmməd Rza Lütfi
Məhəmməd Rza Lütfi (fars. محمدرضا لطفی‎; 7 yanvar 1947, Qorqan – 2 may 2014, Tehran) — tar və setarda ustalığı ilə tanınan İran klassik musiqiçisi. O, Məhəmməd Rza Şəcəryan, Hengame Axavan, Şəhram Nazeri və Əlirza Şahməhəmmədi kimi sənətçilərlə əməkdaşlıq edib. Məhəmməd Rza Lütfi 1947-ci il yanvarın 17-də Qorqan şəhərində, hər iki valideyninin müəllim olduğu kültürlü ailədə anadan olmuşdur. Böyük qardaşının təşviqi ilə o, tar çalmağı öyrəndi və 1964-cü ildə İranın Gənc Musiqiçilər Festivalında birinci yerə layiq görülərək istedadını nümayiş etdirdi. Növbəti il ​​Tehranda İran Milli Musiqi Konservatoriyasında Həbibullah Salehi və Ustad Əli Əkbər Şahnazi ilə təhsil almağa başladı. O, Hüseyn Dəhləvinin rəhbərliyi ilə İncəsənət İdarəetmə Orkestrində (Səba Orkestri) tar çalıb. Rədif çalmağı öyrəndiyi Abdullah Davami və setar çalmağı öyrətdiyi Ustad Səid Hörmozi onun digər mühüm müəllimləridir. Məhəmməd Rza Lütfi 2014-cü il mayın 2-də prostat xərçəngindən vəfat edib. Həmid Dabaşının fikrincə, Lütfinin vəfatı "klassik fars musiqisi tarixində mühüm dönüş nöqtəsi və onun xalq sənəti kimi möhtəşəm yüksəlişi və enişi" oldu.
Lota lota
Lota lota (lat. Lota lota) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növü.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Eynək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Eşitmək
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Çələbi Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564[…], 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Ömər Lütfi Barkan
Ömər Lütfi Barkan (türk. Ömer Lütfi Barkan; 1902, Ədirnə – 23 avqust 1979, İstanbul) — Türkiyə tarixçisi , Osmanlı imperiyasının iqtisadi tarixi üzrə mütəxəssis. == Həyatı == Ömər Lütfi Barkan 1902-ci ildə Ədirnədə anadan olmuşdur. Barkanın Fatma adlı bir bacısı var idi. Orta məktəbi Ədirnədə, sonra oradakı pedaqoji liseyi bitirmiş, oranı bitirdikdən sonra üç il məktəb müəllimi işləmişdir. Sonra İstanbula köçmüşdür. Orada Darülfünunda fəlsəfə təhsili almışdır. Evli idi və üç oğlu var idi. 23 avqust 1979-cu ildə İstanbulda vəfat etmişdir.