Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müsəbbe
Müsəbbe (ərəbcədən tərcüməsi: yeddilik) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Müsəbbenin hər bəndi 7 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 6 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyələnməsi aaaaaaa, bbbbbba, vvvvvva şəklindədir. Az yayılmış şeir formasıdır. Müsəddəs Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Vəhb ibn Münəbbih
Əbu Abdullah Vəhb ibn Münəbbih əl-Yəməni (ərəb. وهب بن منبه‎; 655, Damar[d], Yəmən, Rəşidi xilafəti – 738, Səna, Yəmən, Əməvilər xilafəti) — ənənəçi alim və tarixçi. O, Məhəmməd həyatı və İsrailiyyat haqqında hədislər toplamışdır. Hədisləri birbaşa Məhəmmədin səhabələrindən nəql etmişdir. Tam adı Əbu Abdullah Vəhb ibn Münəbbih ibn Kamil ibn Siracuddin əl-Cimari əl-Sənani əl-Yəmənidir. Atası Münəbbih İran padşahlarının nəslindən olmuş, Məhəmmədin sağlığında islamı qəbul etmişdir. Anası Himyardan idi və "Himyar dili"ndə danışırdı. Başqa bir versiyaya görə, islamı yalnız onun oğlu Vəhb qəbul etmişdir. Rəvayətə görə, onun əcdadları əslən Heratdan olmuşdur. İsrailiyyatı yaxşı bilməsi bəzi tarixçilərin onun yəhudi mənşəli olduğuna inanmasına səbəb olmuşdur, baxmayaraq ki, o, bu biliyi müəllimi İbn Abbasdan almışdı.
Aşıq Müseyib
Aşıq Müseyib (Nəsibov Müseyib Qasım oğlu; d. 1909 – v. ?) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Müseyib 1909-cu ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Göyçə mahalının Cil kəndində dünyaya gəlmişdir. Aşıqlar nəslinin nümayəndəsi olan Aşıq Müseyibin daha üç qardaşı Aşıq Oruc, Aşıq Kazım və Aşıq Əli bu sənətin, yəni atası Aşıq Qasımın sənət davamçıları olmuşlar. Aşıq Müseyibin müəllifi oldugu "Qaragöz" mahnisi və öz ifasında yüksək zil səslə oxuduğu bir çox belə mahnıları hələ də xalq tərəfindən sevilməkdədir. O, 1988-ci ildə ermənilər tərəfindən başlanmış siyasi münaqişələrdən sonra Azərbaycana köçmüşdür və Bakıda yaşayıb dünyasını dəyişmışdir.
Museyib Daşdəmirov
Museyib Daşdəmirov-papaqçı Museyib Məmmədbağır oğlu 1874-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Əvvəl ticarətlə, sonra papaqçılıqla məşğul idi. Onun tikdiyi papaqlar, kürklər, kürdülər nəinki Qarabağda, bütün Azərbaycanda məşhur idi. Museyib əvvəlcə Fatışla, sonra Fatma Məşədi Məcid qızı Səfərova (İsmixanova) ilə ailə qurmuşdu. Yusif, Əlipaşa, Cahid adlı oğlanları, Səltənət, Əzizə, Sona, Mahirə, Rəmziyyə adlı qızları vardı. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Müseyib Allahverdiyev
Allahverdiyev Müseyib Abdulla oğlu (22 aprel (5 may) 1909, Dağ Kəsəmən, Qazax qəzası – 19 may 1969, Qazax) — Sovet İttifaqı Qəhrəmanı. Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır. 1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir. Böyük Vətən müharibəsində batalyon komandiri olub. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir. Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M. Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir. Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır.
Müseyib Bağırov
Müseyib Bağırov (tam adı: Bağırov Müseyib Bağır oğlu; 30 iyun 1915 - 17 may 1981) — Sovet İttifaqı Qəhrəmanı. Gəncə şəhərində dünyaya göz açmış, Bakı dənizçilik texnikumunu qurtarmış (1933) və 1941-ci ildə orduya xidmətə getmişdir. Hərbi məktəbi 1943-cü ildə bitirərək 4-cü ordu tərkibindəki 69-cu qvardiya atıcı diviziyasında bölmə komandiri olmuşdur. Qvardiya baş leytenant M.Bağırov Paltava vilayətinin Zenkov şəhəri ətrafındakı döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş, düşmən səngərinə birinci girərək onlarla faşisti məhv etmiş və ağır yaralansa da döyüş meydanını tərk etmişdir. 1944-cü ilin 22 fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Kapitan M.Bağırov 1945-ci ilin oktyabrında hərbi xidmətdən tərxis edilərək Bakıda işləməyə başlamışdır.
Müseyib Cəfərov
Müseyib Cəfərov — cüdo üzrə dəfələrlə Azərbaycan çempionu və məhkum qatil. Müseyib Cəfərov 11 oktyabr 1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə yeniyetmələr arasında Azərbaycan çempionudur. 2000-ci ildə Ankara turnirində II yer, Avropa Birinciliyində III yer, İzmir turnirində I yer, Gürcüstan turnirində III yer. 2002-ci ildə Azərbaycan Birinciliyinin qalibi olub.
Müseyib Dadaşov
Müseyib Mirzə oğlu Dadaşov (23 mart 1896, Balaxanı, Bakı qəzası – 13 avqust 1981, Bakı) — Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı, Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon, Astara Rayon və Gədəbəy Rayon komitələrinin birinci katibi. Müseyib Dadaşov 1896-cı ildə Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1912–ci ildən Xəzər-Qara dəniz mexaniki emalatxanalarının çilingəri olaraq işləməyə başlamışdır. 1957-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Müseyib Dadaşov 13 avqust 1981-ci ildə vəfat etmişdir. Vəfatı ilə bağlı "Kommunist" qəzetinin 14 avqust 1981-ci il tarixli nəşrinin 2-ci səhifəsində məlumat verilmiş, məlumatın sonunda Heydər Əliyev, Kamran Bağırov, Həsən Seyidov, Süleyman Tatlıyev, Lidiya Rəsulova, Ramiz Mehdiyev, Həsən Həsənov kimi dövlət xadimlərinin imzası əlavə olunmuş idi. O, Fəxri Xiyabanda dəfn olunmuşdur. Müseyib Dadaşov 1917-ci ilin mart ayında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına daxil olmuşdur. Fevral inqilabından sonra Balaxanı Rayon Deputatları Sovetinin deputatı olmuşdur. Bakı Kommunası dövründə Müseyib Dadaşov Balaxanı Rayon Qızıl Qvardiya Qərargahının üzvü olmuşdur.
Müseyib Dilbazi
Müseyib Osman ağa oğlu Dilbazi (9 sentyabr 1923, Musaköy, Qazax qəzası – 9 sentyabr 2011, Qazax) — Qazax şəhər sovetinin deputatı, Qazax Rayon Veteranlar Şurasının sədri. 1923-cü il sentyabrın 9-da Xanlıqlar kəndində anadan olmuşdur. Gəncədə 5-ci komsomol məktəbini bitirmişdir. Bu şəhərdə Tibb Texnikumunda diş həkimliyi ixtisasına yiyələnmişdir. Atası Osman ağa 1938-ci ildə basmaqəlib "xalq düşməni" ittihamı ilə həbs edildikdən sonra ailəliklə çətin günlər görmüşdür. Texnikum təhsilini başa vurduqdan sonra bir müddət Qazaxdan aralı yerlərdə — 1939-cu ildən 1941-ci ilin iyun ayınadək Bərdədə həkim, o mahalın Şirvanlı kənd həkim məntəqəsinin müdiri işləmişdir. Böyük Vətən müharibəsi başlanandan bir neçə gün sonra — iyunun 26-da könüllü olaraq cəbhəyə yollanan Müseyib Dilbazi Qərbi Ukraynada döyüşlərə qatılır, onun xidmət etdiyi hərbi hissə İvanovo-Frankovskdan Kiyevə qədər ağır müdafiə döyüşləri apara-apara geri çəkilir. "Diviziyamız canlı qüvvə sarıdan böyük itkilər vermişdi. Kiyev ətrafından bizim hissəni götürüb Tula ətrafında gedən vuruşmalar rayonuna atdı- lar, orada yaralandım. Sağaldıqdan sonra yenidən öz hissəmə — 151-ci diviziyaya gəldim", — deyə Müseyib Dilbazi xəyalən o illərə qayıdaraq danışırdı.
Müseyib Müseyibov
Müseyib Ağababa oğlu Müseyibov (5 may 1927, Qaraxanlı, Tovuz rayonu – 4 sentyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi. Müseyib Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Orta və ali məktəbi İkinci dünya müharibəsi illərində bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspiranturaya daxil olmuş, 1954-cü ildə "Ceyrançölün geomorfologiyası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1954-cü ildən ADU-nun Fiziki coğrafiya kafedrasında çalışmış, 1955-ci ildə dosent vəzifəsinə seçilmiş və 1960-cı ildən həmin kafedraya rəhbərlik etməyə başlamışdır. Müəllimləri Heydər Əfəndiyev, Məmmədəmin Salayev, Hadı Əliyev, Abdulla Şahbazov və başqalarının əhatəsində elmi fəaliyyətini davam etdirərək, 1963-cü ildə "Orta Kür əyilməsinin geomorfologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1964-cü ildə professor elmi adı almışdır. Ötən əsrin 70-ci illərindən keçmiş SSRİ Ali Təhsil Nazirliyinin Ali Coğrafiya Təhsili elmi-metodik şurasının (hazırda Rusiya Federasiyasında) üzvü, Azərbaycan SSR Ali Təhsil, sonralar Təhsil Nazirliyi elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən BDU-nun Coğrafiya fakültəsinin dekanıdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvüdür. Onun rəhbərliyi ilə 20-dən artıq elmlər doktoru və elmlər namizədi yetişmişdir.
Müseyib Zeynalov
Müseyib İlyasov
Müseyib İlyasov (1884, Oğuldərə, Laçın rayonu – 1944, Karaqanda vilayəti) — Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri. Müseyib İbrahim oğlu İlyasov 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur. M. İlyasov Minkənd kəndində olan Rus-Tatar məktəbində təhsil almağa başlamış sonra isə Şuşa şəhərində təhsilini davam etdirmişdir. Burda təhsilini tamamladıqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olmuş 1912-ci ildə Seminariyanı bitirmişdir. Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın minlərlə zəkalı və istedadlı oğullar kimi, maarif fədaisi olan Müseyib İlyasovu da ədalətsizlik məngənəsinə salmışdır. O, 1941-ci ilin sentyabr ayında cinayətkarcasına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş, cinayəti sübut olunmasada, 8 il həbs cəzası ilə azadlıqdan məhrum edilmişdir. 1944-cü idə 60 yaşında Karakanda şəhərində həbsdə vəfat etmişdir. 1956-cı ildə onun cinayət işində heç bir cinayət tərkibi olmadığı aşkar edilmiş və Müseyib İlyasova ölümündən sonra bəraət verilmişdir. Müseyib İlyasov Seyid Əzim Şirvaninin nəvəsi olam Mir Fazilin müdir olduğu məktəbə müllim təyin edilmiş və 1920-ci ilədək Bakıda,Qubada məktəbdə işləmişdir. 1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının dərilmüllimin yaradıcılarından olmuş və 1925-ci ilədə Seminariyanın direktoru olmuşdur.
Müseyib Şahbazov
Müseyib Əli oğlu Şahbazov (oktyabr 1898, Petrovsk-Port, Dağıstan vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, inqilabçı, Azərbaycan SSR xalq maarif komissarı (1932–1933, 1935–1937). Azərbaycan Respublikasının əməkdar rəssamı Müseyib Arif oğlu Əmirovun babasıdır. Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Dağıstan vilayətinin Petrovsk-Port şəhərində (hazırkı Mahaçqala) xırda tacir ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində aldıqdan sonra atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirmişdir. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq etmişdir, onda ictimai işlərlə maraqlanmağa başlamışdır. Məktəb yaşlarından ictimai həyatla yaxından maraqlanaraq bədii dərnəklərə qoşulmuş və qadağan edilmiş kitablar oxumuşdur. Tədricən marksist ədəbiyyatını öyrənməyə, fəhlə yığıncaqları və mitinqlərə getməyə başlamışdır. Onun inqilabi fəaliyyətinin ilk dövrləri Dağıstanda keçmişdir. Sonra hökumət tərəfindən təqiblərə məruz qalmış və Həştərxana getmişdir. 1918-ci il aprelin əvvəlində Həştərxana gələn Müseyib Şahbazov, Nəriman Nərimanovun başçılıq etdiyi RK(b)P quberniya komitəsi yanında təşkil edilmiş müsəlman bölməsi ilə əlaqə yaratmış və partiya sıralarına qoşulmuşdur.
Müseyib Əmirov
Müseyib Arif oğlu Əmirov (24 dekabr 1963, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006). Müseyib Əmirov 1963-cü ildə Bakıda rəssam Arif Əmirovun ailəsində dünyaya gəlmişdir. 1979-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1996-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam müəyyən müddət Azərbaycan Rəssamlıq Akademiyasında "Eksperimental rəsm" sinfi üzrə dərs demişdir. Rəssam bir çox beynəlxalq layihələrdə, eləcə də Parisdə, Vaşinqtonda, Lüksemburqda keçirilmiş sərgilərdə iştirak etmişdir. Onun bir sıra fərdi sərgiləri keçirilmişdir. Bunlardan 2014-cü ildə Bakıda "YARAT" Müasir İncəsənət Məkanında, 2015-ci ildə Müasir İncəsənət Muzeyində, həmçinin 2019-cu ildə Moskvada təşkil olunmuş sərgiləri qeyd etmək olar. Rəssamın əsərləri bir sıra muzey və qalereyalarda, Azərbaycan, Rusiya, ABŞ, İsveç, Fransa, Almaniya, Litva, Böyük Britaniya, Türkiyə, İtaliya, Danimarka və Norveçdə şəxsi kolleksiyalarda saxlanılır. Müseyib Əmirov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülmüşdür.
Museyib bəy Naibov
Museyib bəy Həsən bəy oğlu Naibov (1868-?) - katib, mirzə Museyib bəy Həsən bəy oğlu 1868-ci ildə Şuşa qəzasının Ağdam kəndində anadan olmuşdu. 9 iyun 1910-cu ildə Ağdam kənd məktəbini bitirmişdi. 1910-cu ildə qəza idarəsində katib köməkçisi kimi işə başlamışdı. 1913-cü ildə qəza idarəsinə dəftərxana xidmətçisi, sonra mirzə təyin olunmuşdu. Sonra Tiflis şəhərinə dəyişilmişdi. Canişinlikdə və Qafqaz ruhani idarəsində çalışmışdı. Ənvər Çingizoğlu, Naibovlar, "Soy" dərgisi, 9 (29), 2009.
Müseyib bəy Əxicanov
Müseyib bəy Əxicanov, Axıcanov və ya Axıcanlı (Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov; 12 oktyabr 1892, Tomarxanlı[d], Cəlilabad rayonu – 6 iyun 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Zaqafqaziya seyminin üzvü, Bakı şəhərinin qubernatoru. Əxicanov Müseyib bəy Qəhrəman bəy oğlu 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində anadan olub. 1912-ci ildə Kiyev Müqəddəs Vladimir Universitetində hüquq fakültəsini bitirib. 1918-ci il fevralın 23-dən mayın 26-a qədər Zaqafqaziya seymində Müsəlman fraksiyasının üzvü olub. Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1918-ci il noyabrın 19-da verilmiş Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib. "Müsavat" və bitərəflər fraksiyasının üzvü olub. 1918-ci il sentyabrın 15-də Bakının azadlığı ilə nəticələnən Bakı döyüşündən sonra Bakının qubernatoru olan Fəthi bəyin müavini olub. Daha sonra isə 1918-ci ilin noyabr ayından 1919-cu il fevralın 5-ə qədər Bakının qubernatoru vəzifəsini icra edib. Aprel işğalından sonra həbs edilib və 1920-ci il iyunun 6-da Nargin adasında güllələnib.