Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marağan (Sərdəşt)
Marağan (fars. مراغان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər. yaşayır (78 ailə).
Çırağan hadisəsi
Çırağan hadisəsi (Türkcə: Çırağan baskını) — Çırağan sarayında gözaltında tutulan Osmanlı sultanı V Muradı qaçırma təşəbbüsü. Əqli səhhətinin pozulması səbəbilə taxta çıxdıqdan 3 ay sonra devrilərək (31 avqust 1876) Çırağan sarayında yaşamağına icazə verilən V Murad müxtəlif zamanlarda buradan qaçırılmaq istənsə də, bunlar arasında ən qanlısı və şiddətlisi Əli Suavinin tərtiblədiyi Çırağan hadisəsi və ya Çırağan basqınıdır (20 may 1878). V Muradın anası Şevkefza Qadınəfəndi oğlunun səhhətinin yaxşı olması və Sultan Əbdülhəmidin haqsız yerə taxtı ələ keçirməsi haqqında şayələr yaymağa başlamışdı. Sultan Əbdülhəmid bu şayələrə son qoymaq üçün qardaşını yerli və əcnəbi həkimlərə müayinə etdirərək həqiqətən də əqlən zəif olmasını və müalicəsinin mümkünsüz olduğunu sübut etsə də, 3 ay sonra sabiq padşahın Çırağan sarayından qaçırılması üçün bir cəmiyyətin qurulduğu meydana çıxdı (noyabr 1876). Belə ki, aralarında İngiltərə səfirliyinin keçmiş işçilərindən yunan əsilli İstavridislə polyak əsilli Julinin də olduğu cəmiyyət üzvləri qadın geyimində saraya daxil olarkən ələ keçirildilər. Aparılan məhkəmə prosesinin sonunda ələ keçirilənlərin hamısı ömür boyu sürgün məhkum edilsələr də, Sultan Əbdülhəmid tərəfindən bağışlandılar (27 aprel 1877). Onlarla eyni təşkilata mənsub olması baxımından Sultan Muradın səhhəti və aqibəti ilə yaxından maraqlanan massonların etimadını qazanan İbrahim Əthəm Paşanın sədrəzəmlikdən alınmasından sonra (11 yanvar 1878) İstanbuldakı masson təşkilatı tərəfindən V Muradla bağlı yeni bir gizli cəmiyyət quruldu. Komitənin qurucusu isə məşhur masson Kleanti Skaliyeri idi. Yunan əsilli bir tacir olan Kleanti Sultan Muradı hələ vəliəhdlik illərində 18-ci dərəcədən massonluğa qəbul etmiş, onunla sıx dostluq əlaqəsi qurmuşdu. Sultan Muradın kənizlərindən Naqşıbənd Kalfa, hökumət işçilərindən Əli Şöfkət bəy və Əziz bəy bu cəmiyyətin sonradan bilinən üzvləri idilər.
Çırağan sarayı
Çırağan sahilsarayı — İstanbulun Beşiktaş və Ortaköy rayonları arasında yerləşən Osmanlı sarayı. 1910-cu ildə baş verən yanğın nəticəsində tamamilə yanıb, günümüzə sadəcə xarici cəbhəsi qalan Hünkar dairəsi sarayın əsas binalarından biridir. XVII əsrdə bu ərazi Qazançıoğlu bağçası adıyla tanınırdı. Övliya Çələbinin qeydlərinə görə, Osmanlı sultanı IV Murad (1623–1640) qızı Əsməhan Qaya Sultana hədiyyə etdiyi bu bağçada bir köşk inşa etdirmişdi. Daha sonra burada Nevşəhərli İbrahim Paşa, xanımı Fatma Sultan üçün böyük bir saray inşa etdirmişdir. Bağçasında, dövrün Osmanlı sultanı III Əhməd (1703–1730) və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın da iştirak etdiyi təntənəli şənliklər keçirilən saray əhali tərəfindən Lalə dövrü boyunca Çırağan (farsca işıq deməkdir) adlanmağa başlandı. Osmanlı sultanı I Mahmudun (1730–1754) ilk illərində gözdən düşən saray daha sonra padşahın əmriylə bərpa edilərək xüsusilə də, əcnəbi elçilərin qonaq edilməsi üçün təsis edildi. Saray, eyni əsrin sonlarında III Səlimin (1789–1807) bacısı Beyhan Sultana hədiyyə edilsə də, Beyhan Sultan sarayı bəyənməmiş, padşah isə sarayın strukturunu böyüdərək səltənətinin son 2 ilini burada keçirmişdir. II Mahmud dövründə də (1808–1839) yay sarayı olaraq istifadə edilən saray, 1836-cı ildə daha da böyüdüldü. Memar Karpet Balyanın taxtadan inşa etdiyi əlavə binalar mərmər saraya fərqli görünüş qazandırdı.
Aqop Dilaçar Martayan
Aqop Dilaçar Martayan (22 may 1895, Konstantinopol – 12 sentyabr 1979, İstanbul) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Qədim türk dili ilə əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi. == Həyatı == 1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr. == Fəaliyyəti == Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada qədim türk dili və qədim uyğur türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə qədim türk dili araşdırma fəaliyyətlərinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir.
Miraqoan
Miraqoan (fr. Miragoâne, h.kreol Miragwàn) — Haiti Respublikasının cənub-qərbində yerləşən liman şəhəri, Nip departamentinin inzibati mərkəzi. Mütləq hündürlük — dəniz səviyyəsindən 0 metr. Şəhərin bir kilometr cənubunda, Haiti Gölü ən böyük şirin su gölü Miraqoan gölüdür. 2013-cü ildə əhalinin sayı 5586 nəfər təşkil edirdi.
Mirhavan
Mirhavan — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Mirzağa Əliyev
Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883, Hövsan – 24 oktyabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı laureatı (1943, 1948). Mirzəağa Əliyev 1883-cü ildə kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir. 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi.
Mirağa Ağayev
Mirağa Mirzağa oğlu Ağayev (9 oktyabr 1993, Ucar) — İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq Pyemont regionunda beynəlxalq usta adını alan ilk şahmatçı olaraq tarixə düşmüş azərbaycan əsilli İtaliya şahmatçısı. M.Ağayev 1993-cü ildə Ucar rayonunda anadan olmuşdur. Orta məktəbdə oxuyarkən şahmat üzrə zona və respublika yarışlarında iştirak etmişdir. 2003-cü ildə on yaşından ailəsi ilə birlikdə İtaliyaya köçmüş, Milanda da şahmat məktəbinə getməyə başlamışdır. Sonradan oyunlarını intensivləşdirmiş və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib olmuşdu, daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etmişdir. 2013-cü ildə İtaliyanın ən yüksək təhsili sayılan "Liceo Scientifico Galileo Galilei" bitirmiş, 2014-cü ildə "Università La Sapienza di Roma"nın "Scienze Politiche e relazioni internazionali" fakültəsinə qəbul olmuşdur. 5 dildə (azərbaycan, türk, rus, İtalyan, ingilis) danışa bilən, 2 dildə (fransız, ispan) başa düşən şahmatçı eyni zamanda şahmat üzrə dərslər keçir. İndiyədək əllidən çox seans vermişdir. 2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak etmişdir. Beləki, axırıncı turda rəqibi Ermənistanın baş məşqçisi və qrosmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan idi.
Mirağa Cəfərquliyev
Mirağa Cəfərquliyev — hüquq elmləri doktoru, professor, ədliyyə general-mayoru (1987). Mirağa Əşrəf oğlu Cəfərquliyev 8 noyabr 1940-cı ildə Lerikdə anadan olmuşdur. 1957-ci ildə Lerik qəsəbə orta məktəbini bitirmişdir. 1959-cu ildə hərbi xidmətə çağrılan M. Cəfərquliyev hərbi xidmətini başa vurduqdan sonra Sverdlovski şəhərindəki Hərbi-texniki məktəbin hüquq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirərək Sverdlovski şəhər Dİİ-nin xidmət şöbəsində inspektor vəzifəsində çalışmışdır. M. Cəfərquliyev 1965-ci ildə Azərbaycan Respublikasına qayıdaraq Sumqayıt şəhərinin daxili işlər orqanlarında əməliyyat-axtarış sahəsində fəaliyyət göstərmişdir. 1966-cı ilin sentyabr ayından SSRİ DİN Akademiyasına daxil olan Mirağa Cəfərquliyev 1969-cu ildə akademiyanı fərqlənmə diplomi ilə tamamlamışdır. Həmin il burada əyani aspiranturaya qəbul edilmiş, aspirant olarkən Akademiyada cinayət prosesi fənnindən dərs demişdir. O, 1972-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq, Bakı şəhər Daxili İşlər İdarəsinə baş müfəttiş təyin edilir, sonra Bakı şəhər Daxili İşlər İdarəsinin partiya komitəsinin katibi seçilir və 1977-ci ilin avqustuna qədər bu vəzifədə çalışır. Bu dövrdən Azərbaycan KP MK-nın İnzibati Orqanlar Şöbəsində təlimatçı vəzifəsinə dəvət edilən Mirağa Cəfərquliyev 1983-cü ilin dekabrına qədər orada çalışmış, həmin ilin dekabrından Bakı şəhər Partiya Komitəsinin İnzibati Orqanlar Şöbəsinə müdir təyin edilmişdi.
Mirağa Qasımov
Mirağa Hafiz oğlu Qasımov (1 avqust 1995, Moranlı, Cəlilabad rayonu – 12 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Mirağa Qasımov 1995-ci il avqustun 1-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Moranlı kənd, sonra isə Qara Kazımlı kənd tam orta məktəbində almışdır. Mirağa Qasımov 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamına əsasən Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Mirağa Qasımov "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirağa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirağa Qasımov oktyabrın 26-da Zəngilanın azad edilməsi zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 20 gün Koma vəziyyətində qaldığdan sonra noyabrın 12-də şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub.
Mirağa Əliyev
Mirağa Əli oğlu Əliyev (1912, Çardaqlı, Zəngəzur qəzası – mart 1973) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini (1954–1955), Azərbaycan Kommunist Partiyasının Qubadlı (1948–1951), Duvannı, İmişli, Qasım İsmayılov rayon komitələrinin və Kirovabad Şəhər Komitəsinin birinci katibi, Azərbaycan KP Gəncə Vilayət Komitəsinin ikinci katibi. Mirağa Əli oğlu Əliyev 1912-ci ildə Zəngəzur qəzasının Çardaqlı kəndində anadan olmuşdur. 1926-cı ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikumuna oxumağa göndərilmişdir. O, burada komsomol üzvü olmuş və texnikumun ilk komsomol təşkilatının katibi seçilmişdir. 1930-cu ildə təhsilini bitirdikdən sonra Qubadlı və Laçın rayonlarında müəllim işləmiş, heyvandarlıq texnikumunun direktoru, Azərbaycan SSR Xalq Torpaq Komissarlığının inspektoru olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Böyük Vətən müharibəsiin ilk günlərindən müharibə iştirakçısı olan Mirağa Əliyev bir sıra komandir vəzifələrində çalışmış, minamyot divizionunun komissarı, atıcı polku komandirinin siyasi hissə üzrə müavini olmuşdur. Döyüş xidmətlərinə görə "Qırmızı bayraq" ordeni, iki "Qırmızı ulduz" ordeni və medallarla təltif edilmişdir. Fəhlə-Kəndli Qırmızı Ordusu sıralarında mayor rütbəsinədək yükləsən Mirağa Əliyev 1944-cü ilin fevral ayında Dnepr çayından keçərkən ağır yaralanaraq ordudan tərxis edilmişdir. 1945-ci ilin yanvar ayında Mirağa Əliyev Bakı Kənd Təsərrüfatı Texnikumunun direktoru təyin edilmiş və 1948-ci ilin fevral ayınadək bu texnikuma başçılıq etmişdir.
Mirzağa Əliyev (leytenant)
Mirağa Əliyev (əsgər)
Mirağa Əliyev (dəqiqləşdirmə)
Mirağa Əliyev (dövlət xadimi)