Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çürütmə
Çürütmə Təbrizin ən dadlı və əski ənənəvi şiriniyyatlarından biridir ki onun hazırlanma qaydası Eris kimindir, ancaq Erisdən daha bərk və quru olmalıdır.Eramızda Çürütmənin az hazırlamasına görə Təbrizin az tapılan və bahalı şiriniyyatlarından biri sayılır.
Alman məsələsi
Alman məsələsi (alm. Deutsche Frage‎) — XIX-XX əsrlərin Avropanın ən mühüm geosiyasi problemlərindən biri olub, Almaniyanın siyasi statusu və sərhədləri məsələsi ilə bağlı müxtəlif formalarda 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləğvindən 1990-cı ildə Almaniyanın yenidən birləşməsinə qədər mövcud olmuşdur. Rəsmi alman tarixşünaslığında alman məsələsinin 1806-cı il avqustun 6-da “Birinci İmperiya” (Müqəddəs Roma İmperiyası) dağıldıqdan sonra yarandığı hesab edilir. İkinci Reyxin yaranmasına qədər Alman məsələsinin həllinin iki variantı rəqabət aparırdı: kiçik Alman (Prussiyanın rəhbərliyi altında) və Böyük Alman (Avstriyanın rəhbərliyi altında). İkinci variant Avstriyada yaşayan digər xalqlarla birlikdə çoxlu sayda ərazilərin daxil edilməsi zərurəti, habelə Avstriya İmperiyasının alman dövlətləri ilə müqayisədə daha mürtəce siyasəti ilə əlaqədar daha az populyar idi. Almaniya Birinci Dünya müharibəsindən məğlub olaraq çıxdı, bu da alman millətçiliyinin artmasına şərait. İmperatorun devrilməsindən sonra yaranmış ilkin hökumət siyasi cəhətdən çox zəif idi ki, bu da sağçı alman millətçilərinin inkişafına və onların ideologiyasının sadə əhali və cəmiyyətin yuxarı təbəqələri arasında daha da yayılmasına imkan verdi. İkinci Dünya müharibəsinin mərkəzi nöqtəsi yenə pangermanizmlə Almaniya məsələsi idi. Belə ki, almanları slavyanlardan qorumaq bəhanəsi ilə Münhen sazişinə uyğun olaraq Çexoslovakiyanın Sudet vilayəti işğal olundu. İkinci Dünya Müharibəsindən sonra alman məsələsi yenidən aktuallaşdı.
Bakı məsələsi
Bakı məsələsi — Osmanlı imperiyası, Almaniya və Sovet Rusiyası arasında Bakı nefti uğrunda 1918-ci ilin yayında gedən diplomatik mübarizənin şərti adı. == Bakı nefti == Bakı neftinə yiyələnmək uğrunda mübarizə Dördlər ittifaqı ilə Antanta dövlətləri arasındakı qarşıdurmanın əsas səbəblərindən biri idi. S.Şaumyanın başçılıq etdiyi Xalq Komissarları Sovetinin (XKS) hakimiyyəti altında olan Bakının azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran başlıca vəzifə idi. XKS-nin hərbi qüvvələri ilə Bakını əldə saxlaya bilməyəcəyini nəzərə alan Rusiya diplomatik təzyiqi gücləndirdi. Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) Berlindəki səfiri A.İoffe Almaniyaya nota verərək, Brest-Litovsk müqaviləsinin şərtlərinin pozulmasına etirazını bildirmiş və Osmanlı ordusunun Bakı istiqamətində hərəkətini dayandırmaq üçün işə qarışmasını tələb etmişdi. Müttəfiqi Osmanlı imperiyasının ona neft vəd etməsinə baxmayaraq, Almaniya bu təklifdən yararlanmaq qərarına gəldi və Sovet Rusiyasının ona neft verəcəyi təqdirdə Osmanlı ordusunun hücumunu dayandırmaq üçün işə qarışacağını bildirdi. Almaniya ilə Rusiya arasında ilkin razılıq əldə edildi. Almaniyanın müdaxiləsi ilə Osmanlı ordusunun fəal hərbi əməliyyatları müvəqqəti dayandırılsa da, iyulun sonlarında Osmanlı - Azərbaycan hərbi qüvvələrinin Bakıya yaxınlaşması Almaniya - Rusiya danışıqlarını yenidən canlandırdı. "Bakı məsələsi" ilə bağlı Berlində və Moskvada danışıqların davam etdiyi müddətdə Bakı uğrunda hərbi əməliyyatlar kəskinləşdi. Bakı XKS-nin L.Biçeraxovun köməyindən istifadə etməsi də uğurla nəticələnmədi.
Boğazlar məsələsi
Boğazlar məsələsi - XVIII əsrin sonlarında Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından xarici gəmilərin keçməsi qaydaları ilə bağlı Osmanlı dövləti ilə Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransa arasında münaqişəyə səbəb olmuş və sonralar davam etmiş beynəlxalq siyasi məsələ . Qara dənizlə Aralıq dənizi arasında ticarət və hərbi gəmilərin hərəkəti üçün boğazların mühüm əhəmiyyəti var idi. XVIII əsrin son rübünədək boğazlara Osmanlı imperiyası nəzarət edirdi. 1774-cü ildə Rusiya-Türkiyə arasında bağlanmış Kiçik Qaynarca sülhünə görə, Rusiya Qara dəniz boğazlarından ticarət gəmilərini, 1779-cu ildə isə hərbi gəmilərini keçirmək hüququnu aldı. 1805-ci ildə imzalanan müqavilə Rusiyanın bu hüquqlarını təsdiqlədi. Lakin 1806-cı ildə başlanan Rusiya-Türkiyə müharibəsi nəticəsində Osmanlı dövləti bu müqavilələri ləğv etdi. Boğazlar məsələsini həll etmək üçün 1841-ci ildə Londonda beynəlxalq saziş imzalandı. Osmanlı dövləti Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransanın imzaladığı bu razılaşmaya görə, bütün ölkələrin yalnız ticarət gəmiləri boğazlardan keçə bilərdi. Boğazlar məsələsini sonralar beynəlxalq konvensiya həll etməli idi. Beləliklə, Osmanlı dövləti boğazlara təkbaşına nəzarət hüququnu itirdi.
Dərbənd məsələsi
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. == Zəmin == 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Gürcüstan məsələsi
Gürcüstan hadisəsi – Rusiya imperiyasında baş verən Oktyabr inqilabı və Rusiya Vətəndaş müharibəsinin ardınca 1922-ci ildə Gürcüstan torpaqlarında sosializmin gərəkdirdiyi sosial və siyasi dəyişikliklərin necə reallaşdırılacağına dair bolşevik rəhbər heyəti arasında çıxan siyasi anlaşmazlıq və bunun ardınca baş verən hadisələr nəzərdə tutulur. Gürcü torpaqlarının Qırmızı Ordu tərəfindən məcburiyyətlə Sovet hakimiyyətinə daxil edilməsindən sonra yerli gürcü rəhbərlər Filib Maharadze və Polikarp Mdivani ilə onların mərkəzdəki rəhbərləri mövqeyindəki İosif Stalin və Orconikidze arasında fikir ayrılıqları yaşanmışdı. Fikir ayrılığının kökləri qarışıq idi. Gürcü bolşeviklər Moskvadan muxtar olmaq istəyərkən, mərkəzdəkilər gürcü, azəbaycanlı və erməni torpaqlarını bir araya alacaq olan Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikasını qurmaq istəməkdə idilər. Gürcüstan hadisəsi eyni zamanda ölmək üzrə olan bolşevik lider Vladimir Leninin məsələyə daxil olması ilə qarmaşıq hala gəlmişdir. Sonunda Stalin-Orconikidze xətti partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası pozulacaq, bu vəziyyət Lenin Vəsiyyəti də daxil olmaqla, son yazılarına təsir etmişdir. == Arxa planı == Gürcüstan torpaqlarında Sovet hakimiyyəti Qırmızı Ordunun fevral-mart 1921-ci il dövründəki hərbi hərəkatı nəticəsində təmin edildi. Bu hərbi səfər əsasəən Sovnarkomun Millətlər üzrə komissarı olan Stalin ilə Cənubi Qafqaz Bölgə Komitəsinin rəhbəri olan Orconikidze tərəfindən həyata keçirildi. Qırmızı Ordunun bölgəyə gəlməsindən əvvəl yerli bolşevilər arasında Gürcüstanla necə davranmalı məsələsində fikir ayrılıqları mövcud idi. Stalin və Orconikidze menşevik hakimiyyətindəki Gürcüstanın dərhal sovetləşdirilməsini istəyərkən, Trotski Gürcüstanın daxilində hazırlanacaq üsyan ilə oranın sovetləşdirilməsini istəyirdi.
Kəşmir məsələsi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Naxçıvan məsələsi
Naxçıvan məsələsi - çar Rusiyasının Cənubi Qafqazı işğal etməsi prosesində və bundan sonrakı dövrdə erməniləri İrandan və Osmanlı imperiyası ərazilərindən kütləvi surətdə Azərbaycan torpaqlarına köçürməsi nəticəsində yaranmış beynəlxalq problem. İlk mənbələrin sübut etdiyi kimi, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Bu torpaqlar Gülüstan müqavihsi (1813) və Türkmənçay müqaviləsi (/828) ilə Azərbaycanın şimal hissəsinin Rusiya tərəfındən işğalının başa çatmasından, İrəvan xanlığının ləğvindən sonra ermənilərə verilmişdi. Naxçıvan, Zəngəzur, Qarabağ ərazilərinə göz dikən ermənilərin əcdadları bu qədim yurda 1828 ilin martında Rusiyanın yaratdığı xüsusi komissiya tərəfındən köçürülmüş, 2 il içərisində Naxçıvana əvvəlcə 434, sonra 2285 ailə (10 mindən çox erməni) gətirilmişdi. Köçürmə kampaniyası çarizmin zorakılıq siyasəti nəticəsində baş tutmuşdu. Köçürmə siyasətinin reallaşmasından sonra tarixi Azərbaycan torpaqlarında məskunlaşan və "Dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə yaşayan üzüdönük məkrli erməni qəsbkarları ərazi iddialarına başladılar. Bu proses 20 əsrdə daha da genişləndi. Ermənilərin təqsiri üzündən istər 20 əsrin əvvəllərində, istərsə də 1918-20 illərdə Naxçıvan, Şərur, Dərələyəz, Culfa və Ordubadda baş verən ictimai-siyasi hadisələr, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətləri dəhşətli, faciəli şəkil aldı. Bunlar Cənubi Qafqaz sərhədləri çərçivəsindən çıxaraq, beynəlxalq aləmi düĢündürən mühüm bir problemə çevrildi. Naxçıvan məsələsi 1918 ildə bir neçə dəfə Zaqafqaziya seymində, 1918-20 illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində, Ermənistanın, Türkiyənin parlamentlərində, Təbriz bələdiyyə idarəsində, Maku xanlığında, Paris sülh konfransında (1919-20), 1919-20 illərdə ABŞ-nin Ermənistan və Naxçıvandakı nümayəndəliklərində, 1920-21 illərdə Azərbaycan Sovet Respublikası və Ermənistan Sovet Respublikasının inqilab komitələrində, 1921 il martın 16-da Rusiya Kommunist (bolşeviklər) Partiyasının siyasi bürosunda, 1920-21 illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetində müzakirə olunsa da, Naxçıvanın əsl mənada tarixi taleyini - Azərbaycanın tərkibində muxtar respublika statusunu yalnız Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) təsbit etdi.
Quba məsələsi
Quba məsələsi — Dağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası. Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə Azərbaycan və Gürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi Osetiya və Abxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər. Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü. Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi.
Şərq məsələsi
Şərq məsələsi — XVIII əsrin ikinci yarısında Rusiya və bir sıra Qərbi Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq cəhdi "Şərq məsələsi"nin yaranmasına səbəb oldu. "Şərq məsələsi"nin əsasını Osmanlı dövlətini parçalamaq və onun ərazilərini bölüşdürmək planı təşkil edirdi. Bu məsələnin həyata keçirilməsində Rusiya başlıca rol oynayırdı. Rusiyanın xarici siyasətinin ana xəttinə çevrilən "Şərq məsələsi" XVIII əsrin II yarısında rəsmən daxil edildi və beynəlxalq münasibətlər sisteminə bir problem kimi əlavə olundu. Beləliklə, XVIII əsrin sonlarından etibarən "Şərq məsələsi" rəsmi ideoloji və diplomatik bir problemə çevrilir. "Şərq məsələsi"ni Rusiya, İngiltərə, Fransa və Avstriya dövlətləri yaratmışdılar. Ancaq başlıca maraqlı tərəflər Rusiya və İngiltərə idi. Rusiya imperatoru I Pyotr xarici siyasət məsələlərini işləyib hazırlayarkən Boğazlar məsələsinə, isti dənizlər məsələsinə, İstanbulun ələ keçirilməsinə və bütövlükdə "Şərq məsələsi"nə xüsusi diqqət verirdi ki, bu məsələnin öz xeyrinə həllində erməniləri öz tərəfinə çəkmək üçün yollar axtarırdı. Bilirdi ki, erməniləri vədlər hesabına ələ almaq çox asandır. "Şərq məsələsi"nin əsas hədəfi orta əsrlərin ən qüdrətli dövləti olan Osmanlı imperatorluğuna qarşı çevrilmişdir.
Erməni məsələsi
Erməni məsələsi — 1878-ci ildə Berlin konqresindən sonra Osmanlı imperiyasında ermənilərə necə münasibət göstərilməsi ilə bağlı müzakirələr. Bu termin diplomatik dairələr arasında və populyar mətbuatda adi hala çevrilmişdir. Konkret olaraq, erməni məsələsi ermənilərin qonşu icmalardan müdafiəsi və azadlıqlarına aid edilir. Erməni məsələsi 40 illik erməni–Osmanlı tarixini 1877–1914-cü illər arasında Britaniya, Almaniya və Rusiyanın siyasəti kontekstində izah edir. 1915-ci ildə Osmanlı hökumətinə nəzarət edən İttihad və Tərəqqi Komitəsinin rəhbərliyi Erməni soyqırımında əksər erməniləri qətlə yetirərək və imperiyadan qovaraq erməni məsələsinə həmişəlik son qoymaq qərarına gəlmişdir. == Zəmin == Fransa inqilabından sonra XIX əsrdən etibarən Osmanlı imperiyasında da qlobal miqyasda milliyətçilik hərəkatları meydana çıxmış və regionda sabitliyi pozmuşdur. Əvvəlcə yunanlar, ardınca albanlar və ərəblər böyük dövlətlərin köməyi ilə üsyana qalxmış, hər biri öz milli dövlətlərini qurmağı hədəfləmişdilər. Bu dövrdə yunanlar, serblər, bolqarlar və digər qeyri-müsəlman qruplar müstəqillik əldə etmişdilər. Orada Avropanın böyük dövlətləri ən azı 1870-ci illərdən bəri Osmanlı erməniləri kimi etnik qrupların manipulyasiyası da daxil olmaqla, qənimətləri istismar etmək üçün strategiya qurmuşdular. Buna baxmayaraq, xristian əhali arasında ermənilər heç bir regionda çoxluq təşkil etmədikləri üçün müstəqillik əldə edə bilməmişdilər.
Fəhlə məsələsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Yunan dili məsələsi
Yunan dili məsələsi və ya sadəcə dil məsələsi ( yun. το γλωσσικό ζήτημα ) — Yunanıstanda ədəbi dil normasının seçilməsindən ibarət mürəkkəb mədəni proses. Ümumiyyətlə, dil məsələsi ətrafında mübahisələr kitab dili adlanan dil arasında seçimə qədər qarışıq olmuşdur. Seçimlər arasında qədim yunan dili, danışıq dili dimotika və aralıq kafarevusa variantı var idi. Yunan dilinin nə olması ilə bağlı nəzəri mübahisə XVIII əsrin ikinci yarısında yaranmış və Yevgeni Vulqaris tərəfindən qaldırılmışdır.
Allahın varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. == Tanrının mövcudluğunu təsdiqləyən dəlillər == === "Boşluqların tanrısı" === Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. === (Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı === İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Tanrının varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Trabzon məsələsi (1461)
Trabzon məsələsi — Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında yaşanmış gərginlikdir. 1461-ci ildə baş vermiş bu hadisə Osmanlı sultanı II Mehmedin Ağqoyunlu dövlətinin müttəfiqi olan və Qara dənizə çıxış vasitəsi olan Trabzon imperiyasını tutması zamanı yaşanmışdır. IV səlib qüvvləri 1204-cü ildə İstanbulu ələ keçirdikdən sonra Trabzona sığınan Komninlər sülaləsi mənsublarının qurduğu Trabzon-Rum imperiyası bütün zəifliklərinə və böyük ərazi itkilərinə baxmayaraq Anadolu Səlcuqlarına qarşı varlığını davam etdirə bilmişdi. Fallmerayerin dediyi kimi, Səlcuqlu ölkəsinin sərhədlərində dolaşan hər bir düşmənlə daim birləşən bu kiçik dövlət, Hülakü dövləti Yaxın Şərqdə göründüyü zaman monqolların hökmranlığını tanıyaraq işğaldan xilas ola bilmiş, hətta Cəlaləddin Xarəmşahın hücumlarından da qorunmuşdu. Lakin XIII əsrin sonu, XIV əsrin ilk illərində Səlcuqlu dövlətinin dağılması və qısa müddət sonra Monqol-İlxani hökmranlığının zəifləməsi ilə Anadolunun siyasi mənzərəsi tamamilə dəyişdi. Beləliklə “Tevâif-i Mülük” dövrü başladı. Trabzon İmperiyasının vəziyyətində ciddi dəyişiklik oldu. Həqiqətən də Anadolunun digər yerlərində olduğu kimi Trabzon torpaqlarını əhatə edən bölgələrdə də fərqlənmiş bir çox bəylər ətraflarında olan döyüşkən qüvvələrlə Trabzonlular üçün böyük təhlükə yaratmağa başladılar. Bəziləri Anadolu Səlcuqlu dövlətinin vassalları, digərləri isə sərbəst hərəkət edən və özlərinə ev axtaran türkmən boylarının başçıları olan bu bəylər tez-tez Trabzon torpaqlarına şiddətli basqınlar etməyə cəhd edirdilər. Onların arasında xüsusilə Ağqoyunlu bəyləri seçilirdi.
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətində qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. == Baş vermiş hadisələr == 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Dərbənd məsələsi
Dağıstanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi — Dağıstanın Azərbaycanla birləşmək uğrunda mübarizəsi. == Zəmin == 1919-cu il aprelin əvvəlində Denikinin Könüllü ordusu Terek vilayətinin işğalını əsasən başa çatdırdı. Bundan sonra Dağıstanda Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı. Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə gizlicə bunu arzu edirlər. Dağıstanlı zabitlər, o cümlədən Dağlı Respublikasında hərbi nazirin müavini olmuş general H.M.Xəlilov da bu mövqedən çıxış edirdilər. Könüllü ordunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycanla birləşmək tərəfdarları sürətlə artırdı. Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar. Aprelin 29-da Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar Respublikası parlamenti üzvlərinin, zabitlərinin, ruhanilərinin və ziyalılarının birgə iclasında müzakirə edildi. Zabitlər Könüllü orduya qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2–5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Azatağac meşələri
Azatağac meşələrinin (lat. Zelkova Spach) - Hirkan azatağacı (lat. Z.hyrcana A.Grossh.) iqlim şəraitinə münasibəti baxımından bir qədər plastik ağac cinsi olub dəniz səthindən müxtəlif hündürlüklərdə və müxtəlif iqlim rejimlərində bitərək Lənkəranın düzən ərazisində, quru subtropik Muğan düzündə, həmçinin Talışın quru kontinental dağlıq hissəsində bitir. Lənkəran zonasında sırf və qarışıq azatağac meşələrinə az təsadüf etmək olar. Burada azatağaclar 160-200 yaşında 36–40 m hündürlüyə və 1-1,5 m diametrə, 1 ha-da oduncaq ehtiyatı 600–800 m3-ə çatır. Tək-tək 300-400 yaşlı azat ağaclarına rast gəlinir, onların yoğunluğu 2,0-2,6 m-ə çatır. Belə ağaclar Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında, əsasən qəbirstanlıqlarda qalmışdır. == Qorunması == Dövlət tərəfindən qeydə alınıb qorunması vacib sayılan çoxyaşlı azatağaclarının sayı bu rayonlarda 209 ədəddir (Təhməzov, Yusifov. Əsədov, 2004). Onlardan 46-sı Masallı, 161-i Lerik, 9-u Lənkəran, 2-si Yardımlı rayonunun payına düşür.
Azərbaycan meşələri
Azərbaycan meşələri — Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir.
Azərbaycanın meşələri
Azərbaycan meşələri — Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir.
Dağ meşələri
Dağlıq rayonlarda meşə bitkisi yüksəklik qurşaqlığı ilə səciyyələnir. Respublikanın ayrı-ayrı dağ sistemlərində bitki qurşaqlığı qanunauyğunluğunda müəyyən oxşarlıq olsa da onları bir-birindən fərqləndirən cəhətlər də var. Böyük Qafqazda və Kiçik Qafqazın şimal, şimal-şərq makroyamaclarında aşağı dağ meşə qurşağında (600(900–1000)m) vələslə qarışıq iberiya palıdı (lat. Quercus iberica) meşələri, orta dağ qurşağında şərq fıstığı (lat. Fagus ]) meşələri, yuxarı dağ-meşə qurşağında isə şərq palıdı (lat. Q. macranthera), tozağac (lat. Betula) və yüksək dağ (trautvetter) ağcaqayını (lat. Acer trautvettery) meşələri yayılmışdır. Lənkəran regionu rayonlarında aşağı meşə qurşağında şabalıdyarpaq palıd, Qafqaz vələsi və bir sıra hirkan tipli relikt ağac cinslərinin iştirakı ilə mürəkkəb tipli dəmirağac meşələri yayılmışdır. Lənkəran regionunun aşağı meşə qurşağında meşələr üçüncü dövrün relikt və endem növlərinin zənginliyi ilə seçilir.
Düzən meşələri
Azər­bay­ca­nın dü­zən me­şə­lə­ri­nə bir-bi­rin­dən kəs­gin fərq­lə­nən qu­ru və rü­tu­bət­li sub­tro­pik iq­lim şə­ra­i­tin­də rast gə­li­nir. Ona gö­rə də bu me­şə­lər müx­tə­lif ağac və kol cins­lə­rin­dən təş­kil olun­muş­dur. Dü­zən me­şə­lə­ri res­pub­li­ka­nın me­şə ilə ör­tü­lü sa­hə­si­nin 10%-ni təş­kil edir. Res­pub­li­ka­mı­zın dü­zən me­şə­lə­ri­nin aşa­ğı­da­kı təs­ni­fa­tı­nı tək­lif edi­rik: Rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Lən­kə­ran ova­lı­ğı); Ya­rım­rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Qa­nıx - Əyriçay va­di­si); Də­niz iq­li­mi şə­ra­i­tin­də dü­zən me­şə­lər (Sa­mur-Də­və­çi ova­lı­ğı); Qu­ru iq­lim şə­ra­i­tin­də dü­zən me­şə­lər (Kür-Araz dü­zən­li­yi); Tu­qay me­şə­lə­ri. == Lənkəran ovalığı meşələri == Lən­kə­ran ova­lı­ğı­nın spe­si­fik rü­tu­bət­li iq­li­mi və əra­zi­si­nin buz­laş­ma­ya mə­ruz qal­ma­ma­sı bu­ra­da bir çox is­ti­se­vər qə­dim re­likt ağac və kol bit­ki növ­lə­ri­nin qal­ma­sı­na im­kan ya­rat­mış­dır. Den­drof­lo­ra­sı­nın zən­gin­li­yi­nə gö­rə Lən­kə­ran ova­lı­ğı (Ta­lış) Qaf­qaz­da bi­rin­ci ye­ri tu­tub, özün­də 150-dən ar­tıq ağac və kol nö­vü cəm­ləş­di­rir, on­la­rın 36-sı en­dem nö­vü olub, tə­bii hal­da yal­nız bu əra­zi­də bi­tir. Ta­lı­şın üçün­cü döv­rə a­id olan əsas ağac və kol növ­lə­rin­dən ipək, ya­xud Lən­kə­ran aka­si­ya­sı, də­mi­ra­ğac, aza­ta­ğac, şa­ba­lıd­yar­paq pa­lıd (lat. Qucras castaneifolia), xə­zər lə­lə­yi, hir­kan pır­ka­lı (İlex Hyrcana Arxivləşdirilib 2017-01-16 at the Wayback Machine), ürək­yar­paq qı­zı­la­ğac (lat. Alnussubcordata) və s. gös­tər­mək olar.
Kosovo meşələri
Kosova meşələri — Kosovo Respublikasının meşə təsərrüfatına aid olan ərazilər. Meşələr ölkə ərazisinin 41 %-ni təşkil edir. Meşələr əsasən ölkənin cənub-qərb zonasında cəmləşib. Bundan başqa meşələr Peç, Deçan, İstok, Yunik və Caykov şəhərləri ətraflarında da mövcuddur. Bu ərazilər ölkə qanunvericiliyi əsasında qorunur. Kosovoda bir neçə meşə tipi mövcud olsa da, daha çox şam meşələri üstünlük təşkil edir. Kosovo meşələri zəngin flora və faunaya malikdir. Balkan yarımadası üçün böyük əhəmiyyətə malik bu meşələrdə balkanların flora ehtiyatının 25 % cəmləşib. Biomüxtəliflik baxımdan Şar dağları və Albaniya alpları daha zəngindir. Kosovo meşələri zaman zaman baş verən meşə yanğınlarından və qanunsuz meşə qırımından əziyyət çəkir.
Qarmaqvari meşələri
Qarmaqvari şam meşələri (Pinus sosnowskyi D. Sosn.) — Şam meşələri respublikamızda olduqca cüzi sahə tutub ümumi meşələrimizin yarım faizini belə təşkil etmir. Dünya miqyasında isə şam iynəyarpaqlı meşələrin ən geniş yayılan nümayəndəsidir. Şamın 100-ə qədər növü məlumdur. Qarmaqvari, Sosnovski və ya Qafqaz şamı — Pinus sosnowskyi. Boyu 20–35 m-ə çatan dəyirmi və ya piramida çətirli ağacdır. Böyük Qafqazın cənub yamacında qarmaqvari şam Filizçay (Balakənçayın qolu) hövzəsində dəniz səthindən 800–1000 m yüksəklikdə bitir. Burada 10 hektara yaxın sahədə olan şam ağacları qayalı aşırımları və dik, çılpaq qayalıqları tutur. Bizim fikrimizcə, Filizçaydakı şamlar buzlaq dövründən bizə qalan yadıgarlardır. Belə dik qayalı yamaclarda şamları əhatə edən və tək-tək ona qarışan enliyarpaq ağac cinsləri (fıstıq, vələs) şamla rəqabətə girə bilmir, belə şəraitdə pioner ağac cinsi sayılan şam mübarizədə qalib gəlir. Belə şəraitdə şam meşələri seyrək bitir, burada ot örtüyü də zəif inkişaf edir.
Tuqay meşələri
Toğay — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Hazırda Kürqırağında meşə ilə örtülü sahə 23 min ha təşkil edir. Bu meşələrin 8 min ha qovaq meşələridir, lakin onların çoxusu bu və ya digər dərəcədə pozulmuş vəziyyətdədir. Nisbətən normal doluluqlu qovaq meşələrinin sahəsi cəmi təşkil edir. Vaxtilə palıd, qarağac və saqqızağac meşələri Kürboyu ərazidə geniş sahə tuturmuş, indi palıd meşəsinin Qarayazı qoruğu ərazisindədir, lakin onlar da lazımi səviyyədə qorunmayıb pozulmaqda davam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada — Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr "Tuqay" meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Tuğay meşələri
Toğay — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Hazırda Kürqırağında meşə ilə örtülü sahə 23 min ha təşkil edir. Bu meşələrin 8 min ha qovaq meşələridir, lakin onların çoxusu bu və ya digər dərəcədə pozulmuş vəziyyətdədir. Nisbətən normal doluluqlu qovaq meşələrinin sahəsi cəmi təşkil edir. Vaxtilə palıd, qarağac və saqqızağac meşələri Kürboyu ərazidə geniş sahə tuturmuş, indi palıd meşəsinin Qarayazı qoruğu ərazisindədir, lakin onlar da lazımi səviyyədə qorunmayıb pozulmaqda davam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada — Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr "Tuqay" meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Çaparral meşələri
Çaparral meşələri- Mülayim iqlim şəraitində formalaşır. Aralıq dənizi sahili rayonlarında, Avstraliyanın cənub sahilləri boyu, Kaliforniya və Meksikada yayılmışdır. Yumşaq, mülayim iqlimi olan ərazilərdə yayılmışdır. İllik yağıntıların miqdarı 500-700 mm olub isti qış dövründə düşür. Çapparal qruplaşmaları ağaclardan dəfnə, həmişəyaşıl palıd növləri və qalın sarı rəngli həmişəyaşıl yarpaqlı kollardan ibarətdir. Avstraliyanın meşələrində evkalipt ağacları və kolluqlar dominantlıq edir. Burada qaraquyruqlu maral və bir çox quşlar burada yaşayır. İsti quru yay dövrü başlayan zaman onlar şimala dağ rayonlarına köçürlər. Bu meşelərin daimi sakinləri azdır: Bəhmən kiçik dovşanı, ağac siçovulları, burunduklar, kərtənkələlər, xırda sərçələr daha xarakterikdir. Vegetasiya dövrünün sonunda çoxalan quş və həşərat populyasiyalarının sıxlığı azalır; yayın sonunda bitkilər quruduqda da populyasiyaların sayı azalır.
Hirkan meşələri
Hirkan meşələri (fars. جنگل های هیرکانی‎) təxminən 55.000 km2 ərazini əhatə edən, İran və Azərbaycanın Xəzər dənizi sahillərinə yaxın sulu aran və dağ meşələri zonası. Meşə qədim Hirkan bölgəsinin adını daşıyır. Ümumdünya Təbiəti Mühafizə Fondu ekoregionu Xəzər Hirkan qarışıq meşələri adlandırır. 5 iyul 2019-cu ildən Hirkan meşələri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. == Coğrafiya == İranda Hirkan ekoregionu Xəzər dənizinin cənub sahili və Əlborz dağlarının şimal yamacları boyunca uzun bir zolaqdan ibarətdir. O, şərqdən qərbə qədər beş vilayətin bir hissəsini əhatə edir: Şimali Xorasan, Gülüstan (421,373 hektar onun cənub və cənub-qərbi və Qorqan düzünün şərq bölgələri), Mazandaran, Gilan və Ərdəbil .
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. == Baş vermiş hadisələr == 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İtalyan mandatlığına verilməsi məsələsi
Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. == Arxa plan == Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. Frank-Qafqaz komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi. Əslində, Azərbaycan hökuməti də öz növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki Birinci Dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək cəhdləri[Azərbaycan siyasi dairələrinə məlum idi.
Qafqaz qarışıq meşələri
Qafqazın qarışıq meşələri ekoregionu Qərbi Asiya və Şərqi Avropanın florasına yaxındır. Onlar bütün Qafqaz dağlarını örtür. Qafqaz dağları Avropa və Asiyanın sərhəddində yerləşməsi burada qarışıq meşələrin yaranmasına səbəb olur. Ən yüksək nöqtəsi Elbrus zirvəsidir. Qafqazın florası Lagpdekdə, Brojomi-Xaraqaulidə, Tuşeti Milli parklarında və Zaqatala qoruqlarında qorunur. Ekoregionun sahəsi 170,300 kv.km-dir.
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Məməsəni eli
Məməsəni eli—İranda Fars ostanında yaşayan el. El öz adını Məhəmmədhəsən bəydən götürüb. Məmməsəni eli Fars ostanının Məməsəni şəhristanında və Rüstəmdarda məskunlaşıb. El əhli öz kökünü Lurlara bağlayır. Məməsənilər Rüstəm, Bəgəş, Cavid və Düşmənziyari tayfalarına bölünür. Maldarlıq heyvandarlığın ən geniş yayılmış sahəsidir. Maldarlıq məməsənilərin yüksək keyfiyyətli südə və ətə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Məhsuldar ev heyvanları içərisində qaramal özünə xüsusi bir yer tutur. Qaramal el əhalisi üçün ən qiymətli məhsullar (süd, ət), sənaye üçün isə yüksək keyfiyyətli gön, heyvan kəsildikdə alınan məhsullar: sümük, buynuz, qan, bağırsaq, tük və s. verir.
Məməsəni şəhristanı
Məməsəni şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nurabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 117,317 nəfər və 26,011 ailədən ibarət idi.
Meşəbəyi
Meşəbəyi — peşə, meşə təsərrüfatı üzrə mütəxəssis, meşə təsərrüfatının və ya rayon meşə təsərrüfatının rəhbəri. Meşəbəyi həm direktor-meşəçi vəzifəsi olan bütün meşə təsərrüfatını , həm də rayon meşə təsərrüfatını (meşəçi, böyük rayon meşəçisi) idarə edə bilər. Meşəbəyi meşə mühafizəsi üzrə köməkçiyə və dövlət müfəttişinə (bir və ya bir neçə nəfər) tabedir. Meşəbəyi vəzifəsinə ali və orta texniki meşə təhsili və meşə təsərrüfatında təcrübəsi olan şəxslər təyin edilir. Meşəbəyi məhəllələri təkcə meşə təsərrüfatı sahəsində deyil, həm də xüsusi mühafizə olunan təbiət ərazilərində formalaşdığından meşəbəyilər də qurumun direktoruna tabe olan milli park və qoruqların işçiləri sırasındadırlar. Meşəbəyi meşələrin yanğından mühafizəsinə və meşə pozuntularından mühafizəsinə rəhbərlik edir , meşələrin zərərvericilərdən və xəstəliklərdən mühafizəsi tədbirlərini planlaşdırır, meşə yanğınlarının söndürülməsinə nəzarət edir, yerli sakinlər arasında meşələrin mühafizəsi ilə bağlı maarifləndirmə işləri aparır, məktəb meşə təsərrüfatının işinə rəhbərlik edir. Meşəbəyi vəzifə təlimatlarına uyğun olaraq qırma və meşəbərpa işlərinə nəzarət edir, meşələrdən istifadə üzrə digər işlərə nəzarət edir, meşə təsərrüfatı ərazilərinin dolama yollarını və emalatxanalarını yoxlayır. Həmçinin, meşəbəyi tabeliyində olan köməkçilər, meşəçilər, meşəçilər üçün təlim və ixtisasartırma işlərini həyata keçirir. Rəhbərliyin tapşırığı ilə meşəbəyi meşə pozuntuları və meşə yanğınları ilə bağlı işlərə baxılarkən inzibati və məhkəmə orqanlarında nümayəndə kimi çıxış edə bilər. Mövcud qanunvericiliyə əsasən meşəbəyinin hüququ vardır: 1.meşə təsərrüfatı qanunvericiliyinin, o cümlədən meşələrdən istifadə etməyən şəxslər tərəfindən törədilən pozuntuların qarşısını almaq; 2.səlahiyyətli federal icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq meşələrə nəzarət etmək; 3.vətəndaşların istifadə, mühafizə, meşəbərpa və meşəsalma hüquqlarını təsdiq edən sənədlərini yoxlamaq; 4.
Meşələr
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Binə (yaşayış məskəni)
Binə — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer. == Ümumi məlumat == Toplanılan etnoqrafik materiallardan aydın olur ki, binə XIX əsrdə Azərbaycanın dağlıq bolgələrindəki kəndlərin əksəriyyətində movcud olmuşdur. Əsasən maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında salınan təsərrufat tikililəri (yataq, tovlə, pəyə, xalxal, at damı və s.) binə adlanırdı. Binədə ailələrin sayı artdıqca tədricən təsərrufat tikililəri və ya yaşayış evləridə inşa edilirdi. Təsərrufat tikililəri və ya yaşayış evlərinin sayı artdıqca binə daimi yaşayış məntəqəsinə cevrilir və həmin yer ya orada ilk məskən salmış adamın adı ilə, ya da maldarlıq təsərrufatının ustun sahələrindən birinin adı ilə adlandırılırdı. (Qasımbinəsi, Məmməduşağı binəsi, Baxış binəsi, Malbinəsi, Qoyunbinəsi və s.) == Mənbə == Binə // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. 608 səh.
Sunja yaşayış məskəni
Sunja qala şəhəri — XVI əsrin sonu XVII əsrin I yarısında Kısık bölgəsində, Sunja çayının Terek çayına (Şimali Qafqaz) qovuşduğu yerdə mövcud olmuş kumık şamxallarına məxsus yaşayış məntəqəsi-qalası. Dəfələrlə sökülüb bərpa edilib. Qala şəhəri “Osmanlı yolu” deyilən yerdə salınıb. Sunja şəhərinin Terekdəki başqa bir rus yaşayış məntəqəsi - Terek şəhəri ilə sıx əlaqələri var idi, ətrafındakı ərazi Braqun kumuklarının yaşadığı yer idi. Sunjalıların digər yaxın qonşuları Okotskaya torpağı idi, onların yaşayış məntəqələri Sunja ərazisindən iki günlük piyada və ya bir günlük at ilə məsafə uzaqlığında idi. Bundan əlavə, okokların torpaqları ilə Sunjadan yol Avar xanlığı və "Qara Knyazın"ın mülklərindən keçməklə Kaxetiyə gedirdi.. Belə bir fikir var ki, bu yol - Kumıkiyadan Kabardaya Sunja çayı üzərindəki keçid "Kabarda yolu" da adlanırdı, çünki kabardalılar və "çərkəzlər" burada "araba ilə duz" ticarəti edirdilər, dağlılar çuvallarda “çörək” daşıyırdılar. 1635-ci ildə yenidən qurulan Sunja qəsəbəsində "Kumıkdan Kabardaya və Kabardadan Kumıka olan karvan yolu" tacirlərindən tamqa vergisi toplanılırdı. Mənbələrdə rüsumun məbləği “bir paketdən kindyakuya və taydan kumaçuya” (pambıq parçalar nəzərdə tutulur, yəqin ki, Azərbaycan mənşəli) deyə qeyd olunur.. 1590-cı ilə qədər Sunjanın mənbəyindəki qala yaşayış məntəqəsi ruslar tərəfindən iki dəfə tikilmişdir.
NP-tam məsələ
NP-tam məsələ (NP-complete problem ) - alqoritmlər nəzəriyyəsində: NP sinfindən olan məsələnin polinomial zaman müddətində aparılıb çıxarıldığı NP sinfindən olan məsələ. Beləliklə, NP-tam məsələlər müəyyən mənada NP sinfində “ən mürəkkəb” məsələlərin altçoxluğunu əmələ gətirir; və əgər onlardan hər hansı birinin “sürətli” həll alqoritmi tapılarsa, onda NP sinfindən olan istənilən başqa məsələ də belə “sürətlə” həll edilə bilər . İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çətin Məsələ (1988)
Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.