Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mətəle (Askın)
Mətəle (başq. Мәтәле, rus. Матала) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kubiyaz kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 23 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 134 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (57%) üstünlük təşkil edir.
Mətə-mətə
Mətə-mətə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bəzən bu oyunu "Mətə qorudu"də adlandırırlar. Bir neçə uşaq bir yerə cəm olub sanama üsulu ilə "işçi" seçirlər. İşçi seçildikdən sonra düzəngah bir yerdə 15-20 sm dərinlikdə, 12-18 sm diametirlikdə mətə (çala) qazılır. Mətənin ətrafında mətədən 1 metr radiusda dairə cızılır. Çəkilmiş cızıq üzərində oyunçuların (işçidən başqa) sayına uyğun bir-birindən eyni məsafədə aralı, diametri 25 sm olan dairələr cızılır. Mətədən ən azı 3-4 metr aralıda isə işçi üçün diametri 25 sm-lik dairə cızılır. Oyunçuların (işçidən başqa) sayına uyğun bir ucu əyri dəyənək və işçi üçün 5-7 sm uzunluğunda çilik (taxta və ya ağac parçası) düzəldilir. Bundan sonra oyun başlayır. Oyunçular ağaclarını götürüb mətə ətrafında öz yerlərini (cızılmış dairəyə bir ayağnı qoymaq) tutur.
Məsəl
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. Elçin. Seçilmiş əsərləri.
Mətlə
Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti. Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Kətəl Kötül
Kətəl Kötül (və ya Kətəl Köhül) — İranın Zəncan ostanında yerləşən mağara. Kətəl Kötül mağarası Khudabəndə bölgəsində yerləşir. Bu mağara 1924-cü ildən əvvəl tapılıb, hicri tarixi ilə 1330-uncu ildə Jamaliy-e Zanjani adlı şəxs tərəfindən qeydə alınmışdır .
Məşəl (jurnal)
"Məşəl" — 13 noyabr 1919-cu ildə nəşr olunan satirik jurnal. 1919-cu il noyabr ayinin 13-də Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi. Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur. Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar satqın müsavat hökumətinin çirkin əməllərini, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular. Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır. Həqiqətən də jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək müsavat hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi. "Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan Amerika və Yaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi: Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır.
Məşəl savaşı
Məşəl savaşı və ya Niyazabad döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı. Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi.
Şətəl qalası
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Əbədi məşəl
Əbədi məşəl — həlak olan qəhrəmanların, azadlıq və vətənin şərəfi uğrunda döyüşənlərin xatirəsini simvolik olaraq anan, daim yanan od. Davamlı yanma, müəyyən bir yanma sahəsinə qaz verməklə əldə edilir. Adətən xatirə kompleksinin daxilində olur. Alovu saxlamaq üçün ildə 12 ton maye qaz və ya təxminən 5,5 min kubmetr təbii qaz tələb olunur.
"Məşəl" Əməliyyatı
Metal
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2O Eynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Motel
Motel (ing. motor hotel) — Avtoturistlər üçün xidmət göstərən mehmanxana.
Zəfər–Məşəl strukturu
“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır. Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir. Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır.
Əbədi Məşəl abidəsi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Datura metel
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Mezel
Mezel (fr. Mézel, oks. Mesèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04121. 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 387 nəfərdən (15–64 yaş) 284 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 73,4%, 1999-cu ildə 69,6%) idi. Fəal 284 nəfərdən 250 nəfər (134 kişi və 116 qadın) işləyir, 34 nəfər işsizdir (13 kişi və 21 qadın).
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
"Gənclik" məşəl yandırır (film, 1965)
"Gənclik" məşəl yandırır — 1965-ci ildə Z. Savaneli tərəfindən çəkilmiş film. == Məzmun == Film Abşeronda tikilmiş "Gənclik" beynəlxalq gənclər düşərgəsinin açılışı haqqındadır.
Ethno metal
Çox da geniş yayılmayan etno metal janrı Hard rok ritmləri ilə ənənəvi xalq musiqisinin sintezindən yaranmışdır. Bu mənada onu folk metalın törəməsi ya da alt-janrı saymaq olar. Amma etno metal bəzi fərqləndirici xüsusiyyətlərə malikdir. İlk növbədə bu janra mənsub mahnılar folk metalda olduğu kimi şən və hərəkərli yox, adətən qaranlıq yaxud qorxulu əlval-ruhiyyədə olur. Folk metal qrupları aid olduqları xalqın folklorundan təsirləndiyi halda ethno metal dünyanın ucqar ölkələrindəki müxtəlif etnik qrupların yaradıcılığından və çalğı alətlərindən istifadə edir, bu mənada tipik folk-metaldan daha mürəkkəb və zəngindir. Ən məşhur qruplara Spi-Ritual (və onun sələfi Betray My Secrets), Dilum Tverem, Balkandji, Tenochtitlan, Senmuth misal göstərmək olar.
Fank-metal
Fank metal, ağır metal musiqisini fank və pank rok elementləri aşılayan fank rok və alternativ metalın birləşmə janrıdır. Alternativ metal hərəkətinin bir hissəsi olaraq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində yayılmışdır. == Xüsusiyyətləri və mənşəyi == AllMusic-ə görə, fank metal "yüksək səsli gitaraları və ağır metalların riflərini alır və onları yaranan bas xəttlərinə və sinxronlaşdırılmış ritmlərə keçirir". Fank metal, 80-ci illərin ortalarında Red Hot Chili Peppers və Fishbone kimi alternativ qrupların hibridini metaldan daha güclü bir fankla oynamağa başladığı zaman inkişaf etdiyi deyilir. İki musiqi üslubunu birləşdirmək üçün erkən cəhdlər 1975-ci ildə Welsh ağır metal qrupu Budgie Bandolier albomunu buraxdıqda mövcud idi. Ardınca gələn qruplar vəhşi bas xəttlərini qoruyub saxlasa da, fankdan daha çox metala güvənirdi. " Janrın adına baxmayaraq veb sayt onu ağır metal musiqisindən çox alternativ rok üslubu kimi təsnif edir. Düşməninizi bilin kitabında Metala qarşı qəzəb hekayəsində, Joel Mclver bunu yazırdı: "fank metal "səksəninci illərin sonlarında bas ifaçısı slep üslubundan istifadə edən hər hansı bir rok qrupuna tətbiq olunan bir az yöndəmsiz bir termindir." Daha sonra o yazırdı: "Ən tanınmış fank-metalçılar Red Hot Chili Peppers (daha sonra daha pop yönümlü bir yanaşma ilə qlobal müvəffəqiyyətə imza atdılar) və Living Color'dur (imkansız dərəcədə istedadlı oyunçular qrupundan çox üstün idilər) . Red Hot Chili Peppers-in 1984-cü ildə özünə məxsus debüt albomu ilk fank metal və ya punk-fank versiyası olaraq göstərilmişdir. 1980-ci illərin ortalarında populyarlıq qazanan başqa bir Kaliforniya qrupu olan Faith No More, rep-metalla da məşğul olan fank metal qrupu olaraq xarakterizə edildi.
Folk metal
Folk metal — Heavy metal və xalq musiqisi elementləri özündə əks etdirir, xalq çalğı alətləri geniş şəkildə istifadə edilir. Folk metal tərzində olan ilk qrup,Skyclad adında bir İngilis qrupudur. Onların ilk albomları 1991-ci ildə "The Wayward Sons of Mother Earth" adlı albomları olmuşdur. Folk metal üslubu 2000-ci ildən sonra inkişaf etmişdir,Finlandiyalı Finntroll, Ensiferum, Korpiklaani, Turisas və Moonsorrow qrupların sayəsində. Folk metaldan törəyən tərzlər Pagan metal, Viking metal, Celtic metaldır. Bu üslubdaki sözlər əsasən xalqlarının tarixi, atalarının tarixindən yazılır. Hal hazırda bu üslublada olan ən çox qruplar Böyük Britaniya,Almaniya,Rusiya və Skandinaviya ölkələrində geniş surətdə yer almışdır.
Gothic metal
Qotik metal ya da Qot metal. Doom metal və Heavy metal ın, Gothic tərzi ilə görüşüdür. ABŞ və Avropada yaranıb. Celtic Frost, bir neçə il sonra isə Paradise Lost və Theatre Of Tragedy kimi melodik keyboard və ağır Doom riffli gitara işlədən qruplardan yaranıb. Type O Negative, My Dying Bride və Anathema adətən insana böyük təsir göstərən ağır və hüznlü atmosferi ilə cəlb edir. İlk Goth Metal mahnısı, Paradise Lost qrupunun "Gothic" albomunun eyni adlı mahnısı sayılır. Death və famale vokallarla... Bu albom bir çox qruplara ilham mənbəyi olmuşdur, eləcə də Paradise Lost`un özünə. Theatre Of Tragedy, Tristani və Sins Of Thy Beloved kimi qruplar, bu tərzə daha qaranlılıq və daha da daxili əzabvericili əlavə edərək daha yüksəltdilər Goth Metal`ı. Orta əsrlərə xas olan musiqi əlamətləri, Gregorian xorları, kilsə orqları, fleytalar, skripkalar və qadın vokallar əlavə edilərək, Doom metal riffləri ilə bəzədildi və nəticədə çox sevilən bir tərz kimi qəbul edildi.
Groove metal
Qruv-metal (ing. groove metal), heavy metaldan yaranmış bir tərzdir. Groove metal, thrash metalın səs xüsusiyyətlərini də daşıyır, orta temp və sürətli temp ilə ifa olunur. Bu üslubun yaradıcıları Pantera və Exhorder qrupları qeyd edilir. == Yaranışı və tarixi == Pantera qrupunun 1990-cı ildə çıxmış "Cowboys from Hell" adlı albomu groove metalın yaranışı deyilir. Həmiçinin həmin ildə Sepulturanın da, "Chaos A. D." adlı albomu bu yaranışa aid edilir. === Əsas qruplar === Groove metal üslubun da ifa edən məşhur qruplar Pantera, Lamb of God, Sepultura, Soulfly, Cavalera Conspiracy, Gojira, Throwdown və Machine Head qrupu.
Heavy Metal
Metal (və ya Hevi-metal; ing. Heavy Metal, ağır metal) — aqressiv ritmlər və həddən artıq distorsiyalı gitaralarla xarakterizə edilən rok musiqi növüdür. Bu növün kökləri 1964–1967-ci illərdə blüz və roku birləşdirərək yeni hard-rok növünü yaratdı. Bu musiqi növü daha çox gitara və baraban əsaslıdır. Metal öz məşhurluğunu 1980-ci illərdə daha çox növün ortaya çıxmasıyla artırdı. Ticari məqsədli olmayan bu musiqi növü, dünyada böyük bir dinləyici kütləsinə malikdir. Ən məşhur metal qrupları Black Sabbath, Iron Maiden, Judas Priest, Manowar, Metallica, AC/DC, Eric Burdon, Led Zeppelin və Deep Purpledur. == "Heavy metal" ifadəsinin mənşəyi == Ehtimallardan birinə görə Uilyam S. Borrousun 1962-ci ildə yazdığı "The Soft Machine" adlı romanının obrazlarından biri olan "Uranlı Villi, ağır metal uşaq"dan götürülüb. "Blue Oyster Cult"un prodüseri, meneceri, bəstəkarı və şairi olan Sendy Perlman 1970-ci ildə "ağır metal" ifadəsini ilk dəfə roka daxil etdi. Başqa versiyaya görə 1960-cı illərin axırında Led Zeppelin, Black Sabbath, The Move kimi qrupları olan Birmingem şəhəri sənayenin ürəyi sayılırdı və bəziləri "ağır metal" ifadəsinin buradan yarandığını ehtimal edir.
Metal Church
Metal Church — "Sharapnel" adıyla 1981-ci ildə gitaralarda Kurdt Vanderhoof və Craig Wells, bas gitarada Duke Erickson, zərb alətlərində Kirk Arrington və vokalda Mike Murphy'dən ibarət heyət ilə quruldu. Mike Murphy qrupdan ayrılıb "Rogues Gallery"-yə qatılınca, Craig yoldaşı David Wayne'i qrupa dəvət etdi. Sharpnel barlarda, məktəblərdə fürsət tapdıqları hər yerdə səhnəyə çıxır və ağırlıqlı metal cover'ları edirdi. 1983-cü ildə "Sharpnel" adını dəyişdirdi və Kurdt'un, San Fransiskoda qurduğu qrupun adı olan Metal Church'ü seçdi. 1984-cü ildən artıq öz mahnılarını yazmağa başlayan qrup ilk konsertini Aberdeen'dəki D&R Theater'da verdi. Daha sonra öz adlarını daşıyan "Metal Church" albomunu Ground Zero vasitəçiliyi ilə çıxartdı. 1985-ci ildə albomun yaxşı satması nəticəsində Elektra Records, Metallicadan James Hetfield və Lars Ulrich'in də təzyiqləri qrupu öz təsirinə alarkən qrup ilk dövrünə hazırlaşırdı. 1986-cı ildə qrup "The Dark" albomunu çıxardı və ən başda öz bateristleri olacaq olan Lars Ulrich və qrupu Metallica ilə turneyə çıxdı. Kurdt qrupda çalmağı kəsdi və turnelərə getməyi buraxdı. Lakin qrupun mahnılarını yazmağa davam edirdi.
Metal Musiqi
Metal (və ya Hevi-metal; ing. Heavy Metal, ağır metal) — aqressiv ritmlər və həddən artıq distorsiyalı gitaralarla xarakterizə edilən rok musiqi növüdür. Bu növün kökləri 1964–1967-ci illərdə blüz və roku birləşdirərək yeni hard-rok növünü yaratdı. Bu musiqi növü daha çox gitara və baraban əsaslıdır. Metal öz məşhurluğunu 1980-ci illərdə daha çox növün ortaya çıxmasıyla artırdı. Ticari məqsədli olmayan bu musiqi növü, dünyada böyük bir dinləyici kütləsinə malikdir. Ən məşhur metal qrupları Black Sabbath, Iron Maiden, Judas Priest, Manowar, Metallica, AC/DC, Eric Burdon, Led Zeppelin və Deep Purpledur. Ehtimallardan birinə görə Uilyam S. Borrousun 1962-ci ildə yazdığı "The Soft Machine" adlı romanının obrazlarından biri olan "Uranlı Villi, ağır metal uşaq"dan götürülüb. "Blue Oyster Cult"un prodüseri, meneceri, bəstəkarı və şairi olan Sendy Perlman 1970-ci ildə "ağır metal" ifadəsini ilk dəfə roka daxil etdi. Başqa versiyaya görə 1960-cı illərin axırında Led Zeppelin, Black Sabbath, The Move kimi qrupları olan Birmingem şəhəri sənayenin ürəyi sayılırdı və bəziləri "ağır metal" ifadəsinin buradan yarandığını ehtimal edir.
Metal dalğaötürən
Metal dalğaötürən — dalğaötürən, alüminiumdan hazırlanmış və içərisində gümüş və ya digər yaxşı keçirici metal ilə örtülmüş dalğa aparıcı.Bölmədəki dalğa dirəkləri dəyirmi, düzbucaqlı, eliptik ola bilər. Dalğa bələdçilərini əymək mümkündür. Dalğa qurğularının kəsişməsi istifadə olunan tezlik aralığından asılıdır. Məsələn, Ku-bant üçün 16 × 8 mm ölçülü bir kəsik. 2 tərəfdən dalğa bələdçiləri, dalğa cihazı texnikasının digər elementlərinə yapışdırmaq üçün flanşlara malikdirlər. Flanşlarda vida delikləri var. Flanşlar dəyirmi və ya düzbucaqlı ola bilər. Dalğa bələdçiləri mikrodalğalı tezlik diapazonunda istifadə olunur. Kabellər yüksək tezlik diapazonundakı dalğalandırıcıların ən böyük kəsişməsinə görə aşağı tezlik diapazonunda istifadə olunur. Dalğa dirijorlarının seqmentlərini bir-biri ilə bağlayarkən, mikrodalğalı enerji itkisini azaltmaq üçün metal qatlardan istifadə olunur, flanşlarda rezonans doğuran dalğa yivləri hazırlanır.
Metal rabitəsi
Metal rabitəsi-metal ionları arasında və sərbəst elektronlar arasında yaranan rabitə. Metal rabitəsinin təbiətinin xarakteristikasında metallara xas olan iki xüsusiyyət əsas rol oynayır: Metallar elektrik cərəyanını keçirir; Metal kristallar adətən böyük koordinasiya ədədinə malik olur. Metallar üçün tipik quruluş həcmdə mərkəzləşmiş kubik, üzdə mərkəzləşmiş kubik və sıx yerləşmə prinsipi əsasında əmələ gələn heksaqonaldan ibarətdir. Metalların birinci xarakter xassəsindən görünür ki, onların elektronlarının bir hissəsi kristal boyu öz yerini sərbəst dəyişə bilir və elektrik sahəsinin təsiri altında müəyyən istiqamətdə hərəkət edir. Metalların ikinci xarakter xassəsi isə göstərir ki, onlarda kimyəvi rabitə digər rabitə növlərindən fərqlənməlidir. Çünki heç bir atom eyni vaxtda 12 kovalent rabitə əmələ gələ bilməz. Metallarda ion rabitəsinin mövcudluğu da az ehtimallıdır. Çünki eyni bir metalın bütün atomları eyni növlüdür. Metal atomları arasındakı qüvvə ona nisbətən çox zəif olan Van-der-Vaals qüvvəsinin təbiəti ilə də eyni ola bilməz. Bunlara əsasən metallarda, metal rabitəsi adlanan yeni növ qüvvənin mövcudluğu qəbul edilmişdir.
Metil qrupu
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2O Eynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Metil spirti
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Nyu-metal
Nu metal – 1990-cı ilin əvvəlində yaranan törəmə musiqi tərzi. Heavy metalın törəməsi kimi yaranmışdır. Nu metal musiqi tərzində daha çox musiqi qrupları fəaliyyət göstərir. Nu metalda bir, iki və daha çox vokal ifa edən musiqiçi, iki və daha artıq gitaraçı, zərb alətçi, və DJ fəaliyyət göstərir. Nu metalın metaldan fərqi elə DJ effektlərini olmasıdır. Nu metalın tarixi o qədər də qədim deyildir. 1990-ci illərin əvvəlində bəzi qruplar (Korn, Deftones və s.) yaranan gündən daha dəyişik musiqi tərzlərini axtarmaq qərarına gəldilər. Bunun nəticəsində ortaya qulağa daha yaxşı gələn bir musiqi tərzi NU METAL çıxdı. Nu metalın atası Ross Robinsondur. Çünki nu metal qruplarının ilk albomlarının prodüserliyini o etmişdir.
Dəjəl
Dəjəl — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. == Toponimikası == Düzənlikdədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi şıxalıağanın qardaşı Əhmədxan salmışdır. Kəndin adı 1917-ci ildə Dejaq variantında qeydə alınmışdır. Dəjək sözü dialektlərimizdə "nişangah" mənasında işlənir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mədən
Mədən— faydalı qazıntılar istehsalı və zənginləşdirilməsi ilə məşğulı olan dağ-sənaye müəssisəsi. Mədən sənayesi faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin emal edən (zənginləşdirən) istehsal sahələri kompleksidir. Mədən sənayesi aşağıdakı əsas qruplara bölünür: Yanacaqçıxarma (neft, təbii qaz, kömür, şist, torf); Filizçıxarma (dəmir filizi, manqan filizi, əlvan, nadir və nəcib metal filizləri, radioaktiv elementlər); Qeyri-metal qazıntılar və yerli tikinti materialları sənayesi (mərmər, asbest, qranit, dolomit, təbaşir, kaolin, gips, əhəng və s.); Mədən kimyası (apatit, kalsium duzları, nefelin, selitra, kükürd kolçedanı və s.); Hidromineral (yeraltı mineral sular, su təchizatı və digər məqsədlər üçün su). Respublikamızda daha çox neft, qaz, dəmir filizi, mərmər, tikinti daşı, mineral sular və s. çıxarılması inkişaf etmişdir.
Məftil
Məftil adətən nazik, uzun və əyiləbilən, en kəsiyi dairəvi olaraq hazırlanmış metal və ya süni materialdır. Digər en kəsik formaları dördbücaqlı,altıbucaqlı,və ya oval şəklində ola bilir. Uzun olduğundan məftillər dolağa yığılır və dəst şəklində saxlanır. Məftillərin hazırlanması üçün tətbiq olunan materiallar polad, mis, bürünc, alüminium, gümüş, qızıl və paslanmayan poladdır. Son vaxtlar kiçik miqdarda avtomobil və aviasiya sənayesində maqnezium məftillərdən də istfadə olunur. Məftil hazırlama texnologiyası çəkmə üsuluna əsaslanr. Emal zamanı dartma-sıxma prosesində yonqar ayrımadığndan metalda baş verən deformasiya istiliyin ayrılması ilə müşqaiyət olunur. Proses zamani soyuq və isti çəkmə, yayma və elektrolit emalı fərqləndirilir. Məftilin çəkilməsində öncə ştamplama və ya yayama yolu ilə hazırlanmış pəstah çəkmə daşının deşiyindən keçirilir və çəkilir. Çəkmə zamanı pəstah material itkisi olmadan uzanır və nazilir.
Məktəb
Məktəb — müasir cəmiyyətdə məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməkdə əsas rol oynayır. O həm də uşaqların təlim və tərbiyəsi ilə məşğul olur. Məktəblərdə təhsil və tərbiyə cəmiyyətin iqtisadi və mədəni inkişafından asılıdır. Məktəblərdə mövcud olan problemlər islahatlarla həll olunur. Məktəbdə nizam-intizam, qayda-qanun və tərbiyə əsas amillərdəndir. Məktəblərdə uşaqların təhsildə davamiyyəti və səviyyəsi 5 ballıq sistemlə qiymətləndirilir. Qeyri qənaətbəxş 1 və 2 ilə qiymətləndirilirlər. Qənaətbəxş 3 qiymətinə uyğun gəlir. Bu ən aşağı qanedici qiymətdir. 4 qiyməti yaxşı oxuyanlara verilir və orta qiymət sayılır.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Məməli
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir. Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.