Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saleh
== Saleh peyğəmbər == Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya, Səmud ibn Adın övladları hesab olunur. Saleh peyğəmbərin də Səmudun nəslindən olduğu iddia olunur. Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdə yaşayırdılar. Səmud qövmünün orada qalıb məskunlaşması barədə aşağıdakı fikirlər mövcuddur: Onlar yəhudilərdən olan bir tayfa idilər və Fələstin deyilən yerə gedib orada məskunlaşmışdılar, Onlar Fərat çayının qərbindən köçüb gələn Əmaqilə adlı tayfadandırlar, Misirin Əmaqilə tayfasından olmuş və Misir sultanı Əhməs tərəfindən qovulublar, Onlar Ad qövmünün qalıqları idi və dövlətləri də o qövmün istismar etdiyi dövlətlərdən idi.Sonuncu fikir Quran ayələrinə daha uyğundur. == Səmud qövmünün mədəniyyəti == Quran ayələrindən Səmud qövmünün çox mədəni bir xalq olduğu anlaşılır: "Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?) Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?" Həmçinin ayələrdən onların əsas məşğuliyyətinin əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək olduğu və güzəranlarının xoş və rahat keçdiyi anlaşılır. Təbərsi Şüəra surəsinin bu ayələrinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma, qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun. Rəvayətlərdə həmçinin qeyd olunur ki, Səmud qövmü uzunömürlü bir xalq idi.
Male
Male(mald. މާލެ) — Maldiv Respublikasının ən böyük şəhəri və paytaxtı. Male və Valingile adalarında yerləşir. Ənəvi olaraq adada kral sarayı yerləşirdi. == Adın mənşəyi == Ad महालय (Mahaalay) sözündən yaranıb, "böyük" deməkdir. Qədimdə kral sarayı "Mahaalay" adlanırdı, sonradan ad şəhərə keçdi. == Əhalisi == 104 403 nəfərdir. (2006). == Nəqliyyat == Əsasən taksi növü üstünlük təşkil edir. Şəhərdə Beynəlxalq Male Aeroportu vardır.
Aşıq Valeh
Aşıq Valeh (Kərbəlayi Səfi Valeh) (1722, Gülablı – 1822, Gülablı) — XVIII–XIX əsrlərin görkəmli Azərbaycan aşığı. == Həyatı == Yaradıcılığı ustad aşıqlar tərəfindən yüksək dəyərləndirilən, xalqın, elin-obanın dilindən düşməyən ustad aşıqlardan biri də Abdal-Gülablı Aşıq Valehdir. Aşıq Valeh 1722-ci ildə Ağdamın Gülablı kəndində anadan olub. Əsl adı Səfidir. Kərbəlanı ziyarət etdiyi üçün xalq arasında Kərbəlayi Səfi kimi də tanınıb. Səkkiz yaşlarında atası onu öz kəndlərində yaşayan Molla Mahmudun yanına qoyur, mükəmməl savad verməsini xahiş edir. Sonra təhsilini Şuşa qəriyəsində alır. 14 yaşlarında ikən Quranı başa vurur, lakin molla olmaqdan imtina edir. İlk sənət dərsini dövrünün tanınmış sənətkarlarından olan doğma babası şair Məhəmməddən və Aşıq Güllü ilə Aşıq Cünundan almışdır. Atasının razılığı ilə dövrünün hörmətli sənətkarlarından olan Aşıq Səmədin yanına gedir və ona şəyirdlik edir.
Bədəlov Valeh
Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub.
Bərham Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Bərhəm Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Dmitri Saleh
Dmitri Sergeyeviç Saleh (3 noyabr 1989) — Belarusu, əvvəl isə Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Dmitri Saleh 1989-cu il noyabrın 3-də anadan olub. Dmitri Salehin qardaşı Roman Saleh də üzgüçüdür. == Karyerası == Dmitri Saleh 2008-2012-ci illərdə Belarusu Paralimpiya Oyunlarında təmsil edib. Dmitri Saleh 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu. Daha sonra Dmitri Saleh 2012-ci ildə baş tutan London Paralimpiadasında mübarizə aparsa da, medala sahib ola bilmədi. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında isə Dmitri Saleh və qardaşı Roman Saleh Azərbaycanı təmsil elədi. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu.
Ləzgi Saleh
Ləzgi Saleh (XVI əsr, Yuxarı Yaraq[d] – XVI əsr) — XVII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Yuxarı Yaraq kəndində anadan olub. == Həyatı == Saleh XVII əsrdə Yuxar-Yaraq kəndində anadan olub. O, ilk təhsilini kənd mədrəsəsində alıb. Saleh daha sonra burada işləməyə başlayıb. == Yaradıcılığı == Salehin məhəbbət lirikasının bir xüsusiyyəti ondan ibarətdir ki, onun şeirlərində aşiqin təsviri, mədhiyyəsi əsas yer tutur. Onlarda lirik qəhrəmanın hissləri gizlidir. Məşuqun vəsf və mədhində əsas təsvir vasitələri şairin ənənəvi şərq poeziyasından, farsçılıqdan və ərəbizmdən götürdüyü müqayisələrdir. Şairin "Çəkərəm tabı" və "Olmuşam müştaq" misraları ikihecalı müqayisə sistemi ilə səciyyələnir. Hər sətirdə iki müqayisə var.
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Mədain Saleh
Mədain Saleh(ərəb. مدائن صالح, madāʼin Ṣāliḥ‎), Əl-Hicr və ya Hegra — Səudiyyə Ərəbistanın Əl-Mədinə bölgəsinin Əl-Ula sektorunda yerləşən İslamdan öncə arxeoloji kompleks.
Nabil Saleh
Qustav Maler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
Roman Saleh
Roman Sergeyeviç Saleh (27 fevral 1994) — Azərbaycanı, əvvəl isə Belarusu təmsil edən üzgüçü. == Həyatı == Roman Saleh 1994-cü il fevralın 27-də anadan olub. Roman Salehin qardaşı Dmitri Saleh də üzgüçüdür. == Karyerası == === 2016-ci il Paralimpiadası === Roman Saleh və qardaşı Dmitri Saleh qardaşları 2016-cı ildə XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu. Nəticədə həm Dmitri Saleh, həm də Roman Saleh final mərhələsinə adladı. Final mərhələsində Roman Saleh 58.11 saniyə nəticə göstərdi və dördüncü pillədnin sahibi oldu. Dmitri Saleh isə 58.16 saniyə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.Sentyabrın 10-da isə 200 metr məsafəyə qarışıq üsulla üzmə turniri baş tutdu.
Sadıq Saleh
Sadıq Saleh Xəlil oğlu Bağırov (6 (19) mart 1907, Bakı – 27 sentyabr 1977, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Üçsinifli şəhər, sonra üç il 9 saylı, 1920–1922-ci illərdə sovet fəhlə məktəblərində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərməyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppaya götürülüb. == Yaradıcılığı == === Səhnə həyatı === Sadıq Saleh sənətə 1925-ci ildə gəlmişdir. Teatra məhəbbət Sadıq Salehdə çox gənc yaşlarında yaranmışdır.
Saleh Ağayev
Saleh Nurəddin oğlu Ağayev (30 aprel 1992, Günəşli, Biləsuvar rayonu – 12 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Ağayev 1992-ci il aprelin 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Ailəli idi. == Hərbi xidməti == Saleh Ağayev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2012-ci ildən "kiçik gizir" rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Saleh Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Ağayev oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Günəşli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Saleh Bağırov
Saleh Ramiz oğlu Bağırov (10 mart 1981, Bakı) — teleaparıcı. == Həyatı == Saleh Bağırov 10 mart 1981-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Ramiz Sadıq Saleh oğlu Bağırov uzun illər Azərbaycan Dövlət Televiziyasında ali dərəcəli səs rejissoru olmuşdur. Anası Nərgiz xanım Nəsirova ingilis dili müəllimidir. Saleh Bağırovun babası Sadıq Saleh Bağırov tanınmış teatr aktyoru Azərbaycan Respublikasının əməkdar artisi, həmçinin əmisi Pərviz Bağırov da aktyordur. Saleh uşaq yaşlarından etibarən teatra səhnəyə maraq göstərirdi. Hələ orta məktəbə getməmişdən öncə evlərinin həyətində uşaqları ətrafına toplayar, improvizə edilmiş səhnə qurar onlar üçün tamaşalar oynayardı. 1987-ci ildə evlərinin üzbəüz səkisində yerləşən 132 saylı məktəbə qədəm qoydu. Elə ilk gündən səliqəsi, dərsə davamiyyəti ilə ibtidai sinif müəllimi Cəmilə müəllimənin sevimlisinə çevrilən Saleh məzəli əhvalatları, zarafatları ilə bir müddət sonra sinif yoldaşlarının da rəğbətini qazanır. Məktəb illərindən etibarən Gənc Tamaşaçılar teatrında səhnələşdirilən tamaşalarda iştirak edir.
Saleh Güllücinski
Saleh Məşədi Teymur oğlu Güllicinski (1899, İrəvan – 3 yanvar 1938, Bakı) — Ermənistan SSR və Azərbaycan SSR dövlət və partiya xadimi, Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri, Azərbaycan K(b)P MK yanında Partiya Məktəbinin rektoru. == Həyatı == Saleh Güllücinski 1899-cu ildə İrəvanın sayılıb seçilən Məşədi Teymur və Leyli xanımın ailəsində doğulub. Onlar 5 övlad böyüdüblər: Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət. Ailə o zamanın maarifpərvər, ziyalı ailəsi olduğundan övladlarının hamısına təhsil verib.Saleh Güllicinski erkən yaşında A. S. Puşkin adına İrəvan rus-tatar məktəbini, daha sonra 1916-cı ildə 17 yaşında İrəvan Müəllimlər Seminariyasını bitirir.1918-ci ildə Qərbi Azərbaycanda qətliamlar törədən daşnaklara qarşı mübarizəyə qoşulur. Ailəsi dəfələrlə qırğınlardan qurtulmaq üçün Türkiyəyə getmək məcburiyyətində qalsada sonradan yenidən geri evlərinə dönürlər.Saleh Güllücinskinin bacısı Rübabə xanımın qızı Rəfiqə xanımın dediklərindən: 1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulan zaman daşnaklara qarşı daha fəal mübarizə aparmaq üçün İrəvanın bir çox gənc ziyalıları kimi Saleh də inqilabi mübarizəyə qoşulur. Əli Əkərəkli, Cahangir Ələkbərbəyov, Abasqulu bəy Şadlinski kimi vətənini sevən insanlarla birlikdə mücadilə edir. Ermənistanda Sovet hakimiyyəti uğrunda azərbaycanlıların mübarizəsi Ermənistan KP MK-da şöbə müdiri, Xalq Komissarları Sovet sədrinin müavini, Maarif nazirinin birinci müavini vəzifələrində işləmiş Rza Vəlibəyovun 1969-cu ildə İrəvanda nəşr etdirdiyi "Keçmişdən səhifələr" aldı kitabında geniş şərh olunmuşdur. Müəllif azərbaycanlı mübarizlərdən Cahangir Ələkbərbəyov, Saleh Güllücinski, Hüseyn Salmanov, Musa Vəlibəyov, Rza Axundov, Məmməd Yusifzadə, Məmmədəli Nasir, Bala Əfəndiyev, Yusif Abbasov, Abbasqulu bəy Şadlinski, Əli Tağızadə, Ələmdar Həşimov və başqalarının xidmətlərini təfsilatı ilə şərh etmişdir.1921-ci il noyabrın 29-da Ermənistan Hərbi İnqilab Komitəsi Ermənistan SSR-in yarandığını elan edir. 1921-ci ilin fevralında daşnaklar yenidən İrəvəna daxil olurlar. Bu zaman bir çox inqilabçılar rus qoşunuyla bərabər İrəvanı tərk edir, ancaq Saleh Güllücinski, Əli Əkərəkli, Həsənəli Axundov şəhərdən çıxmırlar.
Saleh Hacıyev
Saleh Hacıyev (nazir) — nazir. Saleh Hacıyev (fizik) — fizik.
Saleh Həsənov
Saleh Valeh oğlu Həsənov (1986, Qızılhacılı, Qasım İsmayılov rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == 1986-cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Pakistan Xüsusi Əməliyyat Məktəbini, 2017–2018-ci illərdə Rusiya Ryazan Hava Desant Məktəbini bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru Saleh Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. == Təltifləri == "Kəlbəcərin azad olunmasına görə" medalı "Şuşanın azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013) " yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008) " yubiley medalı.
Saleh Kamrani
Saleh Kamrani — Cənubi Azərbaycanlı hüquq müdafiəçisi, vicdan məhbusu, Azərbaycan Mərkəzi Partiyasının və "AzNews TV" televiziyasının təsisçisi. == Həyatı və fəaliyyəti == Saleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. Bu dövrdə aktiv fəaliyyət göstərən o, "Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası"-nın və türkcə, farsca çıxan "Savalan" qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir. Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib.Fəaliyyətinə görə dəfələrlə təhdidlər almış güc strukturları tərəfindən təqib olunmuşdur. 2005-ci ildə növbəti milli mədəni fəalın hüquqlarını qorumaq üçün qardaşı ilə birgə Urmiyaya gedir. Urmiyada gecə yarısı İran xüsusi xidmət orqanları evə basqın edərək onu qardaşı ilə birgə həbs edirlər.
Saleh Musayev
Saleh Sabir oğlu Musayev (7 aprel 1970, Yevlax – 14 noyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, şəhid. == Həyatı == Saleh Musayev 7 aprel 1970-ci ildə Azərbaycan SSR-in Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Yevlax şəhər 4 nömrəli məktəbə daxil olmuş, 1985-ci ildə bitirmişdir. 1985-ci ildə Bakıda yerləşən fizika-riyaziyyat təmayüllü liseyə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbi bitirmişdir. 1987-ci ildə Ukrayna SSR-in Poltava şəhərində yerəşən general N. F. Vatutin adına Zenit-Raket Komandirlər məktəbinin Quru qoşunlarının havadan taktiki müdafiəsi ixtisasına qəbul olmuş, 1991-ci ildə radio mühəndisi ixtisası ilə leytenant rütbəsində məktəbi bitirmişdir. Elə həmin il 23 iyun tarixində SSRİ Müdafiə Nazirliyinin 0641 nömrəli əmri ilə Poltavada 35705 saylı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilmişdir. === Döyüş yolu === 26 fevral 1992-ci il Xocalı soyqırımıdan sonra Saleh Musayev Azərbaycana gəlmək qərarı alır. Təyinatını Gəncə şəhərində yerləşən 732 saylı hərbi hissəyə alır və baş leytenant rütbəsində batalyon komandiri olaraq ön cəbhədə döyüşlərə yollanır. İlk döyüşlərini Goranboy cəbhəsindən başlayan Saleh Ağcakənd, Başkənd və bir sıra məntəqələrinon azad edilməsində fəal iştirak edir.
Saleh Müslüm
Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed‎; ərəb. صالح مسلم محمد‎‎, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur. == Həyatı == === İlk illəri === Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır.Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur. O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir. === Demokratik Birlik Partiyası (PYD) === Saleh Müslüm 2003-cü ildə yeni qurulan Demokratik Birlik Partiyasına (PYD) qoşulur, icra şurasının üzvü olur və 2010-cu ildə partiyanın sədri seçilir.
Saleh Məcidzadə
Saleh Nəriman oğlu Məcidzadə (16 iyul 1994; Nəsimikənd, Biləsuvar rayonu, Azərbaycan — 11 oktyabr 2020; Daş Veysəlli, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Məcidzadə 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Saleh 2011-ci ildən universal idman növü ilə məşğul olmağa başlayıb. Ölkədə keçirilən qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib. == Hərbi xidməti == 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib. O, 2016-cı il Aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə komandanlıq tərəfindən təltif edilib. 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olub. 12 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı kəndlərində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Saleh Məhərrəmov
Saleh Heydər oğlu Məhərrəmov (25 sentyabr 1965, Alışar, İliç rayonu) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Məhərrəmov Saleh Heydər oğlu 25 sentyabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1982–1987-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1990-cı illərdə aspiranturada oxumuş, 1991-ci ildə Moskvada Ümumittifaq Helmintologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1999–2000-ci illərdə NDU-da Zoologiya kafedrasının, 2000–2013-cü illərdə Təməl tibb fənləri kafedrasının, 2013-cü ildə yenidən Zoologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə AMEA Zoologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 may 2013-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. ABŞ, Türkiyə, Rusiya və Ukraynada rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.
Saleh Məmmədov
Saleh Məmmədov (maliyyə naziri) (d. 1956) — Azərbaycan Respublikasının maliyyə naziri (1992–1993). Saleh Məmmədov (inşaatçı-mühəndis) (d. 1958) — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Əməkdar Mühəndis. Saleh Məmmədov (baş çavuş) (1995—2020) — II Qarabağ müharibəsi şəhidi.
Farg Qaləh
Farg Qaləh — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanı şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,519 nəfər və 1,411 ailədən ibarət idi.