Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mandazi
Mandazi həmçinin "Şahili Kokos Doghut" (Şahili: Mandazi, Maandazi) — bu yemək Şahili sahillərində kərf edilib. Afrika böyük gölü ətrafında Şahili xalqının mətbəxinin əsas yeməyidir. == Xarakteri == Mandazi dougnats ilə bir-birinə çox oxşayır. Yeməyin hazırlanmasında müxtəlif inqredentlərdən istifadə edilir. Ancaq əsasən az şirin olur. Serviz edilən zaman soyuq həmçinin buz şəkildə verilməlidir. Adətən oval və yumru şəkildə olur. == Hazırlanması == Mandazi xəmir yeməyidir. Onu yağda bişirillər. Mandazinin tərkibinə su, şəkər, düyü, maya və süd əlavə edilir.
Melanj maddəsi
Melanj — raket yanacağlarıının oksidləşdirici komponentidir və son dərəcə ekoloji təhlükəli, yüksək aqressiv və toksiki kimyəvi maddədir. Qatılaşdırılmış azot turşusunda həll olunmuş 22 % nitrat oksidindən ibarətdir, üzvi və yanan maddələrlə əlaqədə olaraq alışmağa və partlayışa gətirib çıxarır. Nitrat turşusunun və nitrat oksidinin raket mühərrikinin kommunikasıyasına, korroziyadan qorumaq məqsədilə yod və ftor tərkibli inhibitorlar əlavə olunur. Oksidləşdirici komponentin insan orqanizminə təsiri — dəriyə və selikli qişaya düşərsə ağır kimyəvi yanığa gətirib çıxarır, eləcədə nəfəs yollarına təsir etdikdə iltihabi proseslərə, hətta ciyərlərin toksiki şişkinliyinə də gətirib çıxara bilər. Nitrat turşusunun əsasında oksidləşdirici komponentlər qiqroskopik və tərkibində 65% reaksiyaya qabilliyyətli oksigen olan yüksək təsirli zəhərli maddələrdir. Bu komponentlərin fiziki xassələri tərkiblərində nitrat oksidlərinin və suyun olması ilə təyin edilir. Əsas xassələri açıq sarıdan qonur rəngə qədər, sıxlığı 15,60C şəraitində 1,511–1,575q/sm3 — , qaynama temperaturu – 66–860C. Hal-hazırda məlumdur ki, melanjin utilizasiyası 2 istiqamətdə aparılır: Ləğv etmə (yandırma yolu ilə) bu üsul iqdiqadi və ekoloji səbəblərdən sənaye miqyasda reallaşa bilməz Melanjin neytrallaşması üsulu ilə texniki təyinatlı məhsulun alınması Melanjın utilizasiyası nəticəsində alınan, xalq təsərrufatı sahəsində istifadə oluna bilən məhsul , geniş və maraqlı perspektivlərə səbəb olur. Мельников Н. Н., Новожилов К. В., Пылова Т. Н. Химические средства защиты растений. Справочник, М.1980, с.255–56 Pashkov, V. İ. Kuzmin, Yu. S. Filatov, S. G. Bogdanov.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
Yeni Mandayi dili
Yeni Mandayi dili (ərəb. رطنة,(Raṭnah)‎; fars. مندائی نو ,(Mandā'i-ye no)‎) Sami dil ailəsinə daxil olan dil. İranın Xuzistan ostanında və İraq ərazilərində yayılmış dildir.
Mandi Ceyms
Mandi Ceyms (9 dekabr 1978) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Mandi Ceyms Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Vudro Vilsonun 14 maddəsi
Ön dörd maddə — Birinci Dünya müharibəsinə son qoymaq üçün sülh danışıqları üçün istifadə edilməli olan sülh prinsipləri haqqında bəyanat. Prinsiplər prezident Vudro Vilsonun ABŞ Konqresində müharibə məqsədləri və sülh şərtləri ilə bağlı 8 yanvar 1918-ci il tarixli çıxışında qeyd edilmişdir. Bununla belə, onun əsas müttəfiq həmkarları (Fransada Corc Klemenso, Böyük Britaniyadan Devid Lloyd Corc və İtaliyadan Vittorio Emanuele Orlando) Vilson idealizminin tətbiqinə şübhə ilə yanaşırdılar. ABŞ 6 aprel 1917-ci ildə İttifaq dövlətlərinə qarşı mübarizədə Antantaya qoşulmuşdu. Onun müharibəyə girməsi qismən Almaniyanın Fransa və İngiltərəyə gedən ticarət gəmilərinə qarşı sualtı müharibəni bərpa etməsi və həmçinin Zimmermanın teleqramı ilə bağlı idi. Bununla belə, Vilson Avropada böyük güclər arasında uzun müddətdir davam edən gərginlikdə ABŞ-ın iştirakından yayınmaq istəyirdi. O həmçinin Amerikanın müharibədə iştirakını millətçi mübahisələrdən və ya ambisiyalardan ayırmağa çalışmaq istəyirdi. Rusiya hökumətinin süqutundan sonra bolşeviklər müttəfiqlər arasında bağlanmış gizli müqavilələri ifşa etdikdə mənəvi məqsədlərə ehtiyac daha da aktuallaşdı. Vilsonun çıxışı həmçinin 1917-ci il Oktyabr inqilabından dərhal sonra Vladimir Leninin 1917-ci il noyabr Sülh haqqında fərmanına cavab verirdi. Vilsonun çıxışı bir çox daxili mütərəqqi ideyaları götürdü və onları xarici siyasətə (azad ticarət, açıq razılaşmalar, demokratiya və öz müqəddəratını təyin etmə) çevirdi.
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s.
Mançega
Mançega qoyunu İspaniyanın Yeni Kastilya bölgəsindəki La Manchadan gələn bir entrefino qoyunudur. Süd və yun üçün yetişdirilən Mançega qoyunların südündən Mançego pendiri əldə edilir. Alcarreña (Manchega pequeña) qoyunu Mançega'nın kiçiyi. Valdepeñasda təcrübi olaraq nadir görülən qara Mançega yerləşdirildi. Meksikanın Sacjol qoyunlarının mənşəyi qara Mançega ola bilər. Seguerña qoyunun köken də Mançega. Toledonun talaveranası isə Merino, Merinolandschaf və Mançega hibridi.
Lepechinia ganderi
Lepechinia ganderi (lat. Lepechinia ganderi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lepechinia cinsinə aid bitki növü.
Mandela Eqbo
Mandela Çinveyzu Eqbo (17 avqust 1997-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Borussiya M. === Eqbo Borussiya akademiyası vasitəsilə inkişaf etmişdir. Eqbo öz peşəkar karyerasında debütünü 24 fevral 2018-ci ildə Hannover klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Denis Zakarianı əvəz etmişdir. Həmin görüşdə Borussiya liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 25 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Mandela effekti
Mandela effekti — yalnız bir və ya bir neçə nəfər deyil, dünyadakı bir çox insanın mövcud məlumatları tamamilə səhv xatırlamasıdır. == Tarixi == 2009-cu ildə Fiona Brum keçmiş CAR prezidenti Nelson Mandelanın 1980-ci illərdə həbsxanadakı ölümünü necə xatırlaması haqqında bir konfransda danışırdı. Ancaq Mandela 1980-ci illərdə deyil, 2013-cü ildə vəfat etmişdir. Brum xatirələri haqqında başqalarıyla danışanda məlum oldu ki, Brum tək deyil. Digərlərinin iddialarına görə, Mandelanın 1980-ci illərdə ölüm xəbərini və dul arvadının ölümlə bağlı nitqini xatırlayırlar. Brum belə əhəmiyyətli bir hadisənin bu qədər geniş auditoriya tərəfindən səhv xatırlanması və olmamış bir hadisə haqqında təfərrüatları ilə danışılmasından şok oldu. Sonralar "Mandela effekti" adını verdiyi bu fenomeni və buna oxşar hadisələri müzakirə etmək və araşdırmaq üçün bir sayt qurdu.
Nelson Mandela
Nelson Holilala Mandela (kosa. Nelson Rolihlahla Mandela; 18 iyul 1918[…], Mfezo[d], Keyp əyaləti[d], Cənubi Afrika İttifaqı[…] – 5 dekabr 2013[…], Hafton-Esteyt[d], Qautenq vilayəti) — Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994–1999). Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmışdır (1963–1990). 1993-cü il Nobel Sülh mükafatı laureatı. 1918-ci ildə Rolihlahla Dalibhunga adı ilə Cənubi Afrikanın kiçik kəndində Madiba klanında doğulub. Cənubi Afrikada çox vaxt onu klanının adı — Madiba ilə çağırırdılar. İngilis Nelson adını isə ona məktəbdəki müəllimi vermişdi. Onun atası Thembu kral ailəsinin məsləhətçisi olub və Nelson Mandelanın doqquz yaşı olanda ölmüşdü. Bundan sonra ona Thembu xalqının icraçı naibi Jongintaba Dalindyebo atalıq edib. Mandela Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub.
Robert Mandell
Robert Mandell (ing. Robert Alexander Mundell; 24 oktyabr 1932[…], Kinqston, Ontario – 4 aprel 2021) — kanadalı iqtisadçı. Vankuver şəhərindəki Britaniya Kolumbiya Universitetinin məzunudur. Robert Mendell 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir. 1999-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 1974-cü ildən Kolumbiya Universitetində iqtisadiyyat bölməsində professor olaraq işləyir.
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10–15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.
Yuyçzülyü Manqeti
Manqeti — atasının və qardaşının dövründə qərb komandanı idi. Ban dağında Vey orduları ilə vuruşarkən öldürülmüşdü. Yerinə böyük oğlu Xedoxan keçdi.
Əhd sandığı
Əhd sandığı. Onun başqa bir adı “Tabutu-Səkinə”dir. Bu barədə Müqəddəs Kitabımız Qurani-Kərimdə də ayə var. Bu günə qədər Əhd Sandığı barədə saysız araşdırmalar aparılıb, müxtəlif məqalələr yazılıb, bir çox iddialar, versiyalar irəli sürülüb. Bu məqalədə bəzi alimlərin fikirlərinə yer verməyə çalışacağıq. Sandıq miladdan öncə 587-ci ildə Babil qoşunlarının Qüdsü işğalından sonra yoxa çıxır. O gündən bəri qeybə çəkilən bu əşya bir çox əfsanəyə səbəb olub. Tarix boyu krallar, hakimlər, alimlər, din xadimləri tərəfindən araşdırılan sandıq günümüzdə hətta xüsusi xidmət orqanları tərəfindən də axtarılır. Hətta deyilənlərə görə, CİA və MOSSAD-ın onu tapmaq vəzifəsi daşıyan şöbələri də var. Hətta Hitlerin də Əhd Sandığını tapmaq üçün ekspedisiya təşkil etdiyi iddia edilir.
Mandaq (Xudabəndə)
Mandaq (fars. منداق‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (60 ailə).
Maneki-neko
Maneki-neko (招き猫, hərf. çağıran pişik) – sahibinə uğur gətirdiyinə inanılan yapon pişik heykəlcikləri. == Görünüşü == Əsasən plastikdən və keramikadan hazırlanan maneki-neko bir pəncəsini yuxarı qaldırmış yapon bobteyl pişiyini əks etdirir. Bu pəncə önə və geriyə doğru hərəkət edə bilir. Maneki-nekolar müştəriləri qarşılamaq məqsədilə adətən iş yerlərinin girişlərinə qoyulur. Maneki-neko adətən Edo dövrünə aid sikkə olan kobanla birlikdə təsvir edilir və üzərində "sen man ryo" (千万両, hərf. 10 milyon qızıl) ifadəsi yazılır. Sağ pəncənin yuxarıda təsvir olunması daha çox müştəri, sol pəncənin yuxarıda təsvir olunması isə daha çox pul arzusunu bildirir. Maneki-neko sahibinin əldə etməyə çalışdığı uğurun növündən asılı olaraq müxtəlif rənglərdə ola bilər: ağ rəng xoşbəxtliyi, qara rəng təhlükəsizliyi, qırmızı rəng sağlamlığı, qızılı rəng varlılığı, çəhrayı rəng romantikanı, göy rəng yaxşı təhsili və yaşıl rəng ailə təhlükəsizliyini arzu etməyi bildirir. Maneki-neko adətən qırmızı taxma ilə təsvir olunur. Bunun səbəbi "Yastıq kitabı" və "Gencinin hekayəsi" kimi yapon klassikalarında qadınların belə pişiklərlə təsvir olunmasıdır. Edo dövründə gözəl qadınlar əsasən qırmızı taxmalı pişiklərlə təsvir olunurdular.
Neft boy maddəsi (film, 1963)
Film akademik Hüseynov tərəfindən neft boy maddəsinin kəşf olunması, bu kəşfdən təsərrüfatda, heyvandarlıqda, tibb sahəsində istifadə edilməsi haqqında bəhs edir.
Mandell-Fleminq modeli
"Mandell-Fleminq" modeli (ing. Mundell–Fleming model) — açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır. Bu modelin yaradıcısı Nobel mükafatı laureatı RRobert Mandelldir. "Mandell-Fleminq" modeli "IS-LM" modelinin inkişaf etdirilmiş formasıdır. Belə ki, hər iki model də pul və əmtəə bazarlarının arasındakı əlaqəyə əsaslanır və qiymətlərin sabit olduğu qısamüddətli dövrdə məcmu gəlirdəki dalğalanmalara nəyin səbəb olduğunu araşdırır. İki model arasındakı əsas fərq “IS-LM” modelinin qapalı iqtisadiyyatı, "Mandell-Fleminq" modelinin isə açıq iqtisadiyyatı tətqiq etməsidir. "Mandell-Fleminq" modeli kiçik açıq iqtisadiyyatı tətqiq edir ki, burada sözügedən iqtisadiyyat dünya maliyyə bazarlarında istədiyi qədər borc ala və istədiyi qədər borc verə bilər. Nəticə etibarı ilə iqtisadiyyatdakı faiz dərəcəsi dünya faiz dərəcəsi ilə eynidir. R. Mandell 1963-cü ildə yazdığı əsərində bu fərziyyəni niyə etdiyini göstərir: “Əldə etdiyim nəticələri mümkün olan ən sadə şəkildə əks etdirmək və siyasi məsələləri ən kəskin şəkildə önə çıxarmaq üçün, bir iqtisadiyyatın dünya səviyyəsində müəyyənləşən faiz dərəcəsindən fərqli fazi dərəcəsi təqdim edə bilmədiyi vəziyyətdəki tam kapital h’r’k’tliliyi fərziyyəsini irəli sürürəm. Bu fərziyənin vəziyyəti şişirtdiyi düşünülə bilər, amma bu beynəlxalq maliyyə əlaqələrinin təsirinin əhəmiyətini ən yaxşı şəkildə göstərir”.
Uenlok və Mandevil
Uenlok və Mandevil (ing. Wenlock and Mandeville) — 2012-ci il London Yay Olimpiya Oyunlarının talismanları 2012-ci il London Yay Olimpiya Oyunlarının ilk talismanları metal rəngdə Venlok və Mendevill adlı iki təkgözlü məxluqlar seçilmişdir. Maç Venlok kəndində XIX əsrdə idman oyunları keçirilib. Həmin oyunlar Pyer de Kuberteni Ümumdünya Olimpiya Oyunlarının yaradılmasına ruhlandırıb. Bukinhemşir qraflığında yerləşən Stouk Mandevill hospitalı isə Paralimpiya Oyunlarının dünyaya gəldiyi yer kimi göstərilir. Olimpiadanın talismanı olan kimi Venlok əllərində olimpiya halqalarının sayı qədər — 5 qolbaq gəzdirir. Mendevill isə öz baş forması ilə Paralimpiya Oyunları simvolunu təkrarlayır. Hər iki məxluqun alnında sarı fonarlar yanır. Bu isə London taksilərinin üstündəki analoji işarəni əks etdirir. Bu talismanları rəssam Maykl Morpuqro hazırlamışdır.
Sen-Mande
Sen-Mande (fr. Saint-Mandé) — Fransanın şəhər və kommunası. İl-de-Frans regionunun Val-de-Marn departamentində yerləşir. Sen-Mande kantonunun mərkəzi. Dairəsi — Nojan-sür-Marn. Kommunanın INSEE kodu 94067. Sen-Mande 1790-cı ildə kommuna olmuşdur. 2009-cu ildə kommuna əhalisinin sayı 22 627 nəfər təşkil edirdi. Sen-Mandenin əhali sıxlığı Avropada ən yüksək dərəcələrindən biridir. Notr-Dam kilsəsi (1883—1885 illər).
Lez-Andeli (rayon)
Lez-Andeli (fr. Les Andelys) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Er. Suprefektura — Lez-Andeli. Rayon əhalisi 2014-cü ildə 182 161 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 98 nəf / km². Rayon sahəsi — 1 854 km².
Praqa qəsrinin maneji
Praqa qəsrinin maneji (çex. Jízdárna Pražského Hradu və ya Hradní jízdárna) — Praqa qəsrinin yaxınlığında və məşhur Kral bağının girişinin qarşısında yerləşən tarixi bir bina. Manej ərazisinə həmçinin tövlələrin yerləşdiyi geniş həyət və II Rudolf tərəfindən qırqovulların yetişdirilməsi üçün 1600-cü ildə inşa etdirilmiş məkan da daxildir. Müasir ağır bina (92 x 40 metrə) memar Jan-Batist Matenin hazırladığı layihəyə uyğun olaraq, I Leopoldun əmri ilə 1694-cü ildə inşa edilmişdir. Yeni manej ondan daha kiçik və köhnə binanın yerində inşa olunmuşdu. Hal-hazırda manejin fasadında Üçüncü reyxin emblemi yoxdur; belə ki, bərpaçılar tərəfindən aparılan sonuncu yenidənqurma işləri zamanı bu emblemin çıxarılması qərara alınmışdır. 1760-cı ildə binada yanğın hadisəsi baş verir, o dövrdə aparılan rekonstruksiya işləri zamanı, yanmış köhnə dam yenisi ilə əvəz edilmiş və bu cür də qorunub saxlanılmışdı. Məhz manej kimi, bina yalnız 103 il fəaliyyət göstərmişdi, növbəti 150 il isə o yalnız anbar kimi istifadə olunurdu. 1948-49-cu illərdə çex memarı Pavel Yanak bina bərpa edir. Binanın sərgi salonu olacağı planlaşdırılmışdı, buna baxmayaraq Yanak onun çoxfunksiyalı bir məkana çevirməyi istəyirdi.
Maneki-neko muzeyi
Maneki-neko Muzeyi (招き猫ミュージアム, Maneki-neko Myuciamu) – Yaponiyanın Ayçi prefekturasının Seto şəhərində yerləşən muzey. Maneki-nekolara həsr olunmuş ən böyük muzeydir. == Tarixi == Muzeyin əsası 2000-ci ildə Yaponiya Maneki-neko Klubu tərəfindən Qunma prefekturasının Tsumaqoy qəsəbəsində qoyulmuşdur. Muzey 2004-cü ilə qədər burada fəaliyyət göstərdikdən sonra 2005-ci ilin martında indiki yerinə – Ayçi prefekturasının Seto şəhərinə köçürülmüşdür. == Xüsusiyyətlər == Muzey kolleksiyasının böyük hissəsini Hiroşi Bando və Çihiro Arakava tərəfindən toplanılmış minlərlə maneki-neko təşkil edir. Muzeyin kolleksiyasına tarixi maneki-nekolar ilə yanaşı oyuncaq kimi istifadə olunmuş və ya məbədlərdən götürülmüş maneki-nekolar daxildir. Burada həmçinin başqa oyuncaqlar da sərgilənir, daimi və xüsusi sərgilər təşkil olunur. Muzeyin birinci mərtəbəsində yerləşən "Məkan 29"-da müasir maneki-neko sənətçilərinin işləri sərgilənir. Yaradıcılıq guşəsində ziyarətçilər öz maneki-nekolarını hazırlaya bilərlər. Muzey binası Qərb üslubunda olub Tayşo dövrünün memarlığını əks etdirir.
Qaranlıq günəş: Həyat sandığı
Üçlüyün çöküşündən artıq beş il keçib. Günəş döyüşçüsünün gəlişilə bütün təhlükənin geridə qaldığını düşünsələr də əslində müharibə hələ təzə başlayırdı. Bir neçə ay davam edən qarışıqlığın qarşısını vaxtında alan Elion, indi daha böyük bir təhlükə ilə üz-üzə dayanmışdı. Və bunun öhtəsindən gəlmək üçün təlimi hələ davam edən Günəş döyüşçüsünün köməyinə ehtiyacı vardı. “Qaranlıq Günəş: Həyat sandığı” Azərbaycanda bu janrda yazılmış Qaranlıq Günəş: Xeyrin çöküşü romanının ardıdır.
Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi Avropa İnsan Hüquqları Konvensiyasının ilk maddəsidir. Burada qeyd olunur ki, "Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər." == Yurisdiksiya == Yurisdiksiyanın nə dərəcədə ərazi xarakteri daşıması baxımından üzv dövlətlərin "yurisdiksiyası" Məhkəmədə bir neçə dəfə mübahisələndirilmişdi. Məhkəmə Konvensiyaının ərazi təbiətindəki istisnaların tanınması arasında bir yol seçdi və Loizidou Türkiyəyə qarşı işində (İlkin Etirazlar) (1995) 20 AHRR 99 İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müəyyən etdi ki: Konvensiyanın məqsədini nəzərə alaraq, Razılığa gələn Tərəfin məsuliyyəti, hərbi əməliyyat nəticəsində — qanuni və ya qanunsuz — milli ərazisi xaricindəki əraziyə təsirli nəzarət həyata keçirdiyi zamanda da yarana bilər. Konvensiyada göstərilən hüquq və azadlıqların belə bir ərazidə təmin edilməsi öhdəliyi, birbaşa, silahlı qüvvələri və ya tabe olan yerli idarəetmə vasitəsi ilə həyata keçirilməsindən asılı olmayaraq, bu cür nəzarət faktından irəli gəlir. Bu səbəbdən, Türkiyənin öz nəzarətində olan Şimali Kiprdəki hərəkətləri Konvensiyanın tətbiq dairəsinə düşür.
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi — Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi, "qanunauyğun" və " demokratik cəmiyyətdə zəruri" olan bəzi məhdudiyyətlərə tabe olaraq, ifadə və məlumat azadlığı hüququnu təmin edir. Bu hüquqa fikir sahibi olmaq, məlumat və fikir almaq və yaymaq azadlığı daxildir. == Mətn == Maddə 10 – İfadə azadlığı 1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. == Lisenziyalaşdırma istisnası == "Televiziya, yayım və ya kino müəssisələrinin lisenziyalaşdırılması" ilə bağlı müddəa, yəni dövlətin media şirkətlərini lisenziyalaşdırmaq hüququ mövcud tezliklərin sayının məhdud olması və o dövrdə Avropa dövlətlərinin əksəriyyətinin televiziya və yayım inhisarına sahib olması səbəbindən daxil edilmişdir. Daha sonra məhkəmə qərarına əsasən, "son onilliklərdəki texniki irəliləyiş səbəbiylə bu məhdudiyyətlərin əsaslandırılması mövcud tezliklərin və kanalların sayına istinad edilməyəcəyini bildirdi." Audiovizual mediadakı ictimai inhisarlar məhkəmə tərəfindən 10-cu maddəyə zidd olaraq görülmüşdür, çünki bunlar bir çox məlumat mənbəyini təmin edə bilməzlər.
Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi — yaşamaq hüququnun qorunmasını nəzərdə tutur. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır. Maddə özündə qanunla nəzərdə tutulmuş edam halları ilə bağlı məhdudlaşdırılmış bir istisnanı əks etdirir və bununla yanaşı, həyatdan məhrumetmənin əsaslandırıla bilən olması ilə bağlı nəzarət edilməli hallar göstərilir. Qanunda nəzərdə tutulmuş edamların məhdudlaşdırılması ilə bağlı nəzərdə tutulmuş istisna Konvensiyaya əlavə olunmuş aşağıda göstərilən Protokolları imzalayan dövlətlər üçün daha sonra Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı ( ölüm cəzasının ləğvi) və 13 saylı ( bütün hallarda ölüm cəzasının ləğvi) Protokolları ilə məhdudlaşdırıldı. Qeyd etmək lazımdır ki, 6 saylı saylı protokolun 2-ci maddəsində göstərilir ki, dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər; bu cür cəza yalnız qanunla müəyyən olunmuş hallarda və qanunun müddəalarına müvafiq olaraq tətbiq edilə bilər. Dövlət həmin qanunun müvafiq müddəaları haqqında Avropa Şurasının Baş katibinə məlumat verir. 13 saylı Prokol isə sonrasında ölüm cəzasının artıq bütün hallarda ləğvi nəzərdə tutulurdu. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, "2-ci Maddə, Konvensiyanın ən əsas müddəsı kimi öz yerini alır." 2-ci maddənın adı altında, bir dövlətin üzərinə götürdüyü öhdəliklər üç əsas aspektdən ibarətdir: qanunla nəzərdə tutulmayan həyatdan məhrumetmədən çəkinmək vəzifəsi; şübhəli ölümləri araşdırmaq vəzifəsi; və müəyyən hallarda, qarçınılmaz həyat itkilərinin qarşısını almaq üçün addımlar atmaq öhdəliyi (pozitiv öhdəlik). == Məzmunu == Yaşamaq hüququ, Maddə 2 1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur.
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi — Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir. Maddə 3 — İşgəncələrin qadağan olunması. Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. == Qəbuledilənlik == Bu hüquqa heç bir istisna və ya məhdudiyyət yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi 3-cü maddənin əsas mahiyyətini qadağanın "qurbanın davranışından asılı olmayaraq" mütləq şərtlərlə edildiyini qəbul edərək vurğulamışdır. Məhkəmə, eyni zamanda, dövlətlərin qəbul edən dövlətdə işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcək şəxsləri ekstradisiya edə və ya təhvil verə bilməyəcəyinə qərar vermişdir. Məhkəmə daha sonra bu müddəanın bir şəxsin qəbul edilən dövlətdə işgəncəyə məruz qalma ehtimalının olduğu təqdirdə xarici dövlətə verilməsini qadağan etdiyini qeyd etmişdir. Bu maddə şəxsin ölüm cəzasına məruz qalma ehtimalı olduğu təqdirdə bir dövlətin başqa bir dövlətə təhvil verməsini qadağan etdiyi kimi şərh edilmişdir. Bununla belə, bu maddə bir dövlətin öz ərazisində ölüm cəzası verməsini qadağan etmir. == İşgəncə == Məhkəmə 1996-cı ildə Aksoy Türkiyəyə qarşı (1997) əlləri arxasına bağlı şəkildə qolları üzərində dayandırılan bir məhbusun işində Türkiyəni işgəncə faktına görə təqsirli hesab etdi.
Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi — azadlıq və şəxsi toxunulmazlıq hüququnu nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyası və ya İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır. == Məzmunu == Maddə 5 — Azadlıq və toxunulmazlıq hüququ 1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz: (a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması; (b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması; (c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; (d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması; (e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması; (f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması; 2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. 3. Bu maddənin 1-ci bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər. 4.
Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi — şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyası və ya İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır. == Məzmunu == Maddə 8 - Şəxsi və ailə həyatına hörmət hüququ 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyət orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. === Şəxsi həyat === Avropa İnsan Haqları Məhkəməsi hesab edir ki, şəxsi həyat geniş anlayışdır və onu tam əhatə etmək mümkün deyil.1992-ci ildə Məhkəmə bildirirdi ki, === Ailə həyatı === Məhkəmə "ailə həyatı"nın mövcudluğu məsələsini hər bir konkret işdəki faktlar əsasında və münasibətin iştirakçıları arasında sıx şəxsi əlaqələrin mövcudluğuna dair ümumi prinsip əsasında həll edir. Məhkəmənin fikrincə, 8-ci maddə istər "qanuni", istərsə də "qanunsuz" uşaqların olduğu ailələrə tətbiq edilir. Müvafiq surətdə, tənha ana ilə onun uşağı arasındakı münasibətlər həmişə 8-ci maddənin təsir dairəsinə düşür. === Mənzil === 8-ci maddənin mənası baxımından "mənzil" insanın daimi yaşadığı yerdir.