Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Misrabad (Xudabəndə)
Misrabad (fars. مصراباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 499 nəfər yaşayır (100 ailə).
Misradaxili bölgü
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Misrata
Misurat (ərəb. مصراته‎) — Liviyada şəhər. Enyi adlı vilayətin paytaxtıdır. Tripoli və Benqazi sonra Liviyanın üçüncü böyük şəhərdir.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin]Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Misrəddin Sadıqov
Sadıqov Müsrəddin (tam adı: Sadıqov Misrəddin Allahverdi oğlu; 10 yanvar 1952 və ya 10 dekabr 1954, Çəmbərək rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Misrəddin Sadıqov 1954-cü il, dekabrın 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub. 1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, üç övladı var. 20 Yanvar şəhidi Yusif Sadıqovun qardaşıdır. Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın qardaşıdır. == Təhsili, elmi dərəcə və elmi adları == 1972-1977,tələbə, Mexanika-riyaziyyat fakültəsi,BDU 1981-1984,dissertant, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1984, f.-r.e.n., «Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi» 1993, f.-r.e.d., «Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi» == Əmək fəaliyyəti == 2008- h/h , professor, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1998-2008, professor, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1997-1998, baş müəllim,Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1994-1998, şöbə müdiri, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1987-1993, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1985-1987, kiçik elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1981-1985, proqramçı-riyaziyyatçı, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1979-1981, mühəndis-proqramçı, Azərbaycan EA-nın Kibernetika İnstitutu 1978-1979, baş laborant, Azərbaycan EA-nın Kibernetika İnstitutu == Apardığı dərslər == Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə. 94 elmi məqalənin və 5 monoqrafiyanın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfranslar iştirakçısı, 99 seçilmiş əsərləri, 8 kitabın müəllifidir.
Zu-n-Nun Misri
Zu-n-Nun Əbu Faid Savban ibn İbrahim Misri (ərəb. ذو النون المصري‎; 796, Ahmim[d], Misir, Abbasilər – 859, Qahirə, Misir, Abbasilər və ya Cizə) — Misir sufi alimi. == Həyatı == Onun həyatı haqqında çox da məlumat yoxdur. "Zu-n-Nun" ləqəbi "balıq sahibi" mənasındadır "Misri" nisbə onun əslən Misirdən olduğunu bildirir.Zu-n-Nun Suriya və Ərəbistanda çoxlu səyahətlər etmiş, bir çox sufi müdriklərinin, o cümlədən Səhl Tustərinin tələbəsi olmuşdur. 829-cu ildə bidət ittihamı ilə həbs edilmiş və Bağdad həbsxanasına göndərilmişdir, lakin sonra xəlifə Mütəvəkkilin müdaxiləsi sayəsində sərbəst buraxılmışdır. Azadlığa çıxandan sonra Qahirəyə getmiş və orada vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dho'l-Nun al-Mesri. Muslim Saints and Mystics. London: Routledge & Kegan Paul. trans.
Əl-Misri
"Əl-Misri" (ərəb. المصري‎; mənası – misirli) — 1936–1954-cü illərdə Misirin Qahirə şəhərində nəşr olunan ərəbdilli qəzet. Qəzet mövcud olduğu dövrdə ən çox oxunan qəzetlərdən biri olmuşdur. "Əl-Misri" 4 may 1954-cü ildə Misir hakimiyyəti tərəfindən bağlanmışdır. == Tarix və profil == "Əl-Misri" 1936-cı ildə Kərim Sabit, Məhəmməd Əl Taba və Mahmud Əbu Əl-Fəth tərəfindən yaradılmışdır. Qəzetin yaradılmasında aparıcı yəhudi iş adamı Eli Politi də köməklik etmişdir. "Əl-Misri" fəaliyyətə başladıqdan bir müddət sonra Mahmud Əbu Əl-Fəth qəzeti bir neçə min dollara satın almış və onu "Vəfd" partiyasının rəsmi media orqanına çevirmişdir. Mahmud Əbu Əl-Fəthin kiçik bacıları qəzetdə işləyirdilər: Hüseyn Əbu Əl-Fəth idarəedici redaktor, Əhməd Əbu Əl-Fəth "Əl-Misri" jurnalının redaktoru idi.1954-cü ilin mayında "Əl-Misri"də Camal Əbdül Nasirdən Nasserdən "Vəfd" partiyasının siyasətinə əməl etməsini tələb edən bir neçə məqalə dərc edildikdən sonra Fəth qardaşları milli maraqlara sədaqətsizlikdə ittiham edilmişdir. Qəzet 4 may 1954-cü ildə qadağan edilmişdir. "Əl-Misri" bağlandıqdan dərhal sonra onun nəşriyyat imkanları həmin il nəşr olunan dövlət qəzeti "Əl-Cümhuriyyə" nəşri üçün istifadə edilmişdir.
Ələvi Misri duası
Ələvi Misri duası (ərəb. دعاء علوي مصري‎), Seyid Məhəmməd Ələvi Misri Seyid Şucaəddin oğlundan(ərəb. سیدشجاع‌الدین‎) nəql olunmuş dua.Seyid Bin Tavus Məhəcül Dəəvat kitabında bu duanı iki yolla nəql etmişdir.ilk yol: bir əski kitabda onun yazanı, adını Hüseyn bin Əli bin Hind deyən şəxsdən nəql edir: bu duanı Ələvi Misri 396h.q ilinin Şəvval ayında yazıb və onun sənədini belə zikr edir:<ref>مهج الدعوات و منهج العبادات,Kitab (ərəb.
Misrətdin İsgəndərov
Misrətdin İsgəndərov (14 yanvar 1995, Sumqayıt) — Azərbaycan şahmatçısı, şahmat qrosmeysteri. == Karyerası == 2021-ci ilin dekabrında son raundda Məsud Mosadeqpuru məğlub edərək "Beynəlxalq Bicapawn Open" yarışının qalibi oldu.2022-ci ilin mayında üçüncü turdan sonra "Şarja Masters" turnirini lider kimi bitirdi.2023-cü ilin may ayında "Dubay Açıq Şahmat Turniri"nin dördüncü raundunda Hans Nimanna məğlub oldu.Misrətdin İsgəndərov 2023-cü ildə keçirilən Şahmat üzrə Dünya Kubokunun birinci raundunda daha yüksək reytinqli Bobbi Çenqi məğlub etsə də, ikinci turda Qukeş D-yə məğlub olub. == Şəxsi həyatı == Azərbaycanlı şahmatçı Nərmin Kazımova ilə ailə həyatı qurub.
Misir
Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir. E.ə.
Miso
Miso şorbası (yap. 味噌) — Yapon şorbası. Düyü, arpa, dəniz duzu, mərcinin birləşməsindən əmələ gələn şorba. Əslində şorbadan duz dadı gəlir ancaq bəzi məmulatlar qatıldığı üçün şorba dadını dəyişib. Yemək miso ilə hazırlanmışdır. Miso şorbası şirində ola bilər. Həmçinin dieta üçündə əlverişlidir. == Tarixi == Miso şorbasının yaranmasının səbəbi uzun sürən müharibələrdir. Yaponiya tarixində Edo dövrünü incələyən alimin iddiasına görə misonun kökü Çinə qədər gedib çıxır. O dövrdə miso, hişio və kuki olaraq adlandırılırdı.
Mir
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986 -cı ildən 2001 -ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986 -cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-ci il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi. == Tarixi == Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi. ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax.
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element.Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur. Xlorofilin əmələ gəlməsi üçün mis istənilən bitkiyə lazımdır və onu başqa element ilə əvəz etmək olmaz.
Mir Tağı Mir
Mir Tağı Mir (28 may 1723 – 20 sentyabr 1810, Lakhnau, Britaniya Hindistanı) — Urdu ədəbiyatının tanınmış şairi və təzkirəçisi. == Həyatı == Hicazdan Hindistana köç etmiş bir ailəyə mənsub olub Aqrada (Əkbərabad) dünyaya gəlmişdi. Doğum iliylə ilgili olaraq 1134 (1722), 1135 və 1137 kimi dəyişik tarixlər zikr edilməkdəysə də dördüncü divanında qardaşı oğlu Məhəmməd Hüseynin yazdığı, Ləknəvdə doxsan yaşında ikən öldüyünə dair qeyddən 1135-ci ildə (1723) doğulduğu anlaşılır. Mir Məhəmməd Tağı, 1146-cı (1733-cü) ildə mütəsəvvif olan atası Mir Əli Müttağı və atasının yaxın dostu Əmanullah Dərviş bir-biri ardınca vəfat edincə çeşidli çətinliklərlə qarşılaşdı. Bir müddət Aqrada iş aradıysa fərli bir nəticə alamayınca Dehliyə getdi (1147/1734). Burada atasının dostu Nəvvab Samsamüddövlə Əmirülüməra ona maaş bağladı. Ancaq onun da Nadir şah Qırxlı-Avşarla aparılan savaşda ölməsinə görə (1151/1738) bu gəlirdən məhrum qaldı. Bu hadisədən sonra Aqraya gedən Mir Məhəmməd qarşılaşdığı sıxıntılar səbəbiylə yenə Dehliyə döndü (1152/1739) və ögey qardaşı Məhəmmədhəsənin əmisi şair Siracüddin Əli xan Arzunun yanında qalmağa və ərəbcə, farsca və şeir dərsləri almağa başladı. Bəzi qaynaqlarda, bu dönəmdəki müəllimləri arasında olan Seyyid Səadət Əlinin Mir Məhəmmədi Urduca şeir yazmağa təşviq etdiyi bildirilirsə də onu bu mövzuda yönləndirən şəxsin Əli xan Arzu olduğunu qeyd edən çalışmalar da vardır. Sünni olan Əli xan Arzunun, Şiə olması səbəbiylə ona qarşı arzuolunmaz bir tövr sərgiləməsi və ya başından keçən bir eşq məcərası üzündən Əli xan Arzunun evindən ayrıldı.
Axill (Misir)
Axill (q.yun. Ἀχιλλᾶς; e. ə. I minillik – e.ə. 48, İsgəndəriyyə) — Qədim Misir hərbi xadimi. O, Misir fironu XIII Ptolemey Teos Filopatorun qəyyumlarından biri olmuşdur. Axill e.ə. 48-ci ildə Pompey Misirə qaçdığı zaman fironun qoşunlarının komandanı olmuşdur. Yuli Sezar Axilli qeyri-adi cəsarətə malik bir insan adlandırmışdır. O, xədim Potin və Xioslu Teodatın təklifi əsasında Lusi Septimi ilə Pompeyi öldürmüşdür.
Aşağı Misir
Aşağı Misir(ərəb. الدلتا‎ al-Diltā) Misirin ən şimalında yerləşən regiondur: münbit Nil vadisi, Yuxarı Misirin və Aralıq dənizi arasında. == Tarixi == Aşağı Misir Ta-Mehu kimi tanınırdı ki papirus torpağı deməkdir.Aşağı Misirin paytaxtı Memfis şəhəri idi.
Başqırd MSSR
Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (Başkiriya, Başqırdıstan, Başqırd MSSR, BASSR, Muxtar Sovet Sosialist Başqırdıstan Respublikası; başq. Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь, Başqortostan ASSR-ь) — RSFSR tərkibində muxtar respublika. Respublika 20 mart 1919-cu ildə Sovet hakimiyyəti ilə Başqırdıstan hökuməti arasında imzalanmış anlaşma nəticəsində təşkil edilmişdir. Başqırdıstan MSSR RSFSR tərkibində daxil olan ilk muxtar respublika olur. Bu həmdə anlaşma ilə təşkil edilən ilk muxtar respublika olur. 11 oktyabr 1990-ci ildə Başqırdıstan MSSR Ali Soveti Başqırdıstan Dövlət Suverenliyi haqqında Deklarasiyanı imzalayır. Bununlada respubliksnın adından muxtar sözü silinir. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatlar Soveti bu qərarı təstiqləyir və 1978-ci ildə qəbul edilmiş RSFSR konstitutsiyasının 71-ci bəndinə dəyişiklik edir. Respublikanın adı 16 may 1992-ci ildə Başqıdıstan Respublikası olaraq dəyişdirilir. == Təşəkkül tarixi == === Muxtariyyatın təşkili === Fevral inqilabından sonra 1917-ci ildən regionda Başqırd milli hərəkatı milli-ərazi muxtariyyatı uğrunda mübaizəyə başlayır.
Dağıstan MSSR
Dağıstan Muxtar Sovet Sosialist Respublikası (qısaca: Dağıstan MSSR) — RSFSR tərkibində 1921–1993–cü illərdə mövcud olmuş Dağıstan Respublikasının adı.
Erigeron miser
Erigeron miser (lat. Erigeron miser) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Komi MSSR
Komi Respublikası (rus. Республика Коми, komi Коми Республика) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 415.9 min kvadrat kilometrdir .
Marağa (Misir)
Marağa və ya Əl-Marağa- Yuxarı Misirin Sövhac mühafəzəsində şəhər. Nil çayının qərb sahilində yerləşir.
Memfis (Misir)
Memfis (yun. Μεμφις, lat. Memphis, q.misir jnbw-HD, mn-nfr, Hwt-kA-ptH, mexAt-tA-wj, anx-tA-wj) — Aşağı Misirin paytaxtının adı, eyni zamanda Aşağı Misirin I nomu İnbu-hecin mərkəzi şəhəri. Memfis indiki Qahirədən cənubda yerləşmişdir.
Misir lotusu
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi.Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. == Etimologiyası == Bitkinin hazırki Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. == İqtisadi əhəmiyyəti və tətbiqi == Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir. Bu rizomlardan un istehsalı və nişasta istehsalı üçün xammal kimi istifadə oluna bilir.
Misir manqustu
Misir Manqustu və ya Fironsıçanı (lat. Herpestes ichneumon) qədim Misirlilərin müqəddəs heyvanı kimi tanınır. Misirdə, çaylar sahillərində və tarlaları əhatə edən sıx yığınlarda yaşayır.Afrika xaricində olan Sina yarımadasında, həmçinin İsrail, Livanda da yaşayır. == İstinadlar == == Xarici keçidlər == Жизнь животных / Под ред. В. Е. Соколова. — М.: Просвещение, 1989. — Т. 7. Млекопитающие. — С. 312. — 558 с.
Misir mifologiyası
Qədim Misir mifologiyası — Qədim Misirdə Xristianlığa qədərki dövrdə etiqad edilən dini baxışların məcmusu. Misir mifologiyasında əsas elementlər doğum, ölüm, yenidən canlanma, və bərəkət idi. İnsanlar tayfaların hamisi hesab olunan heyvana - totemə sitayiş edirdilər. Ona görə də tanrılar təsvir olunarkən heyvan bədənlərinin hissələrindən (baş, bütöv bədən, ayaqlar və s.) istifadə olunurdu. Bir çox tanrının boyundan aşağısı insan, başı isə müxtəlif heyvan başı (çaqqal, meymun, timsah, aslan və s.) şəklində təsvir olunurdu. Tanrılar insanlar kimi təsəvvür edilirdi. Onlar yeyir, içir, müharibə edir, ovçuluqla məşğul olurdular. Tanrılar arasında kəskin ierarxiya mövcud deyildi və daha çox hakimiyyətdə olan firona görə dəyişirdi. Misir mifologiyasında adlar çox mühüm idi. Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir.
Misir mətbəxi
Misir mətbəxi — ənənəvi Misir mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Misirin müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Misir mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Misir mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. == Tarixi == Tarixçilərin qənaətinə görə soba, xəmir mayası, çörək və oladye məhz qədim Nil sahillərini ölməz ölkəsi Misirdən gəlib. Misirlilər 5 min il əvvəl soğan becərməyə başlayıblar. İngilis arxeoloqu Qovard Karter Tutanxamonun sərdabəsində qazıntı apararkən oradan içində qurumuş şərab izləri olan çoxlu gil qablar dünyanın mətbəx reseptləri yazılmış papiruslar tapmışdı. Papirusda fironun ən xoşladığı yemək qeyd edilmişdi Misir mətbəxində orta əsrlərdən müasir günümüzə kimi çox dəyişiklər olub. Bu gün Misir Ərəb Respublikasında İslam dininə görə şərab pivə və donuz əti qadağandır.
Misir piramidaları
Misir ehramları və ya Firon təpələri — dünyanın yeddi möcüzəsindən biri. Misir ehramları hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir. Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz. Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra qatığa çevrilir. Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər. Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.
Misir sesbaniyası
Sesbania sesban (lat. Sesbania sesban) — paxlakimilər fəsiləsinin sesbaniya cinsinə aid bitki növü.
Misir söyüdü
== Ümumi yayılması: == Orta Asiya (Kopetdağ), Türkiyə, İran, İraq, Əfqanıstan və Pakistanda təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması: == Quba rayonunda, Talışda, Kür-Araz ovalı-ğında, Qarabağ və Naxçıvan MR-nın dağlarında təbii halda yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr: == Orta dağ qurşağınadək rütubətli meşələrdə çay və suların kənarlarında, dərələrdə yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 4-6 m olan hündür kol və ya ağacdır. Bitkinin budaqlаrı qaramtıl-qоnur və ya boz rəngli olub, sıx tük-lüdür. Qabığı soyulmuş oduncağında düyünlər vardır. Tumurcuqları iri olub, 0,7-0,9 sm uzunluğundadır və tüklüdür. Yarpaqlarının uzunluğu 1 sm-ə qədər olur.
Misir vağı
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Misir xidivliyi
Misir xidivliyi — 1867-ci ildən 1914-cü ilə qədər tarixi dövlət. Mərkəzi Qahirə idi.
Misir yazısı
Misir heroqlif yazısı — dünyanın ən qədim yazı sistemlərindən biridir. == Yaranması == Misirdə dövlət meydana gələndən sonra yazı qəti şəkildə yarandı. Əvvəlcə misirlilər demək istədikləri şeyin sadəcə şəklini çəkirdilər. Məsələn, içərisinə nöqtə qoyulmuş dairə "günəş", yay-oxlu insan isə "döyüşçü" demək idi. Buna piktoqrafiya deyilir. Yazının heroqriflərdən təşkil olunması Qədim Misirdəki səsli danışığın araşdırılmasını çətinləşdirir. Sonralar hecaları və ayrı-ayrı səsləri də işarələrlə göstərməyə başladılar. Bu cür işarə şəkillərə heroqlif deyilir. Yazı yazmaq üçün Nil çayının dayaz yerlərində bitən papirus adlı qamışdan istifadə edirdilər. Papirusun gövdəsini nazik zolaqlar şəklində kəsir və bunları kağıza oxşayan vərəqlər şəklində bir-birinə yapışdırırdılar.
Misir şəhərləri
Misir şəhərlərinin siyahısı
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Andre Mişo
Andre Mişo (fr. André Michaux, 1746—1802) — XVIII əsrin ikinci yarısında fransız səyyahı və botaniki. == Ədəbiyyat == H. Savage and E. J. Savage, André and François-André Michaux, University Press of Virginia, 1986. (ing.) The Proceedings of the André Michaux International Symposium, in Castanea, The Journal of the Southern Appalachian Botanical Society, Occasional Papers number 2, December 2004 (printed May 2006) (ing.) Régis Pluchet, André Michaux : le laboureur et l'explorateur, in Hommes et Plantes, Hiver 2005, Paris. (fr.) Régis Pluchet, François-André Michaux : l'homme des arbres, in Hommes et Plantes, Automne 2007, Paris. (fr.) Joseph Philippe François Deleuze, Notice historique sur André Michaux, Annales du Muséum National d'Histoire Naturelle, tome 3, An XII (1804). (fr.) Brummitt R. K.; Powell C. E. (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew. ISBN 1-84246-085-4.
Aşina Mişe
Aşina Mişe (titulu Bağatur yabqu 莫賀咄葉護) — Tan sülaləsinin işğalından sonra qərb göytürklərinə təyin olunan xaqan. İmperator tərəfindən verilən titulu Hsinqhsivanq xan 興昔亡可汗 (Məhv olunmuşu yüksəldən xan) idi. == Ailəsi == Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın və Aşina Buçjenin qardaşı idi. === Oğulları === Aşina Yuankin Aşina Babu - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır. Aşina Poluo - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır. == Hakimiyyəti == 657-ci ildə Sağ Mühafizlərin sərkərdəliyinə gətirildi. 660-cı ildə Koreyaya qarşı yürüşdə yer almışdı. 662-ci ildə Kuça şəhərinə yürüşdə məğlub olduğu üçün qardaşı Aşina Buçjenin istəyi üzərinə edam edildi. İmperator onun yerinə Aşina Yuankini təyin etdi.