Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələm
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Xalq təbabəti == Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Qələm
Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitə. Aşağıdakılar qələm nümunələridir: Diyircəkli qələm Mürəkkəbli qələm Uclu qələm Divit Stres İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər. Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu. 1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi. Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və «günahkar» sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil lövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyniadlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Avtomat qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Diyircəkli qələm
Diyircəkli qələm - Dəftərxana ləvazimatı. 1938-ci il də Macar ixtiraçı Lazlo Biro, biro da deyilən, gündəlik həyatımızın imtina edilməz parçası olan diyircəkli qələmin həyata keçməsini təmin etdi. Diricəkli qələmi ilk dəfə Böyük Britaniya hərbi aviasiyası üçün hazırlamışdılar (yüksəklikdə digər qələmlərdən mürəkkəb çıxmırdı). 1945-ci ildə, Nyu-Yorkda ilk diyircəkli qələmlərin bir partiyası satışa çıxarılan zaman, elə bir sayda insan toplaşıb ki, şəhərin bütün polis işçiləri işə cəlb olunub. Bir günün içində 10 min qələm satılıb, halbuki, o zaman bir qələm elədə ucuz başa gəlməyib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əmək haqqının dəyərində olub.
Doldurma qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Gül kələm
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Kələm (Vərziqan)
Kələm (fars. كلم‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (10 ailə).
Kələm dolması
Kələm güvəsi
Kələm güvəsi (lat. Plutella maculipennis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinə aid olan növ. == Həyat tərzi == === Zərərvericiliyi === Azərbaycanda kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəlikləri haqda 1960-cı ilin icmalı və 1961-ci ildə proqnoz məlumatlarına əsasən 1960-cı ildə Abşeronda kələm bitkisinin kələm güvəsi ilə zədələnməsi 60-90% olmuşdur. === Nəsilvermə və inkişaf === Kələm güvəsinin kütləvi çoxalmasını Q.Y.Bey-Byenko səciyyələndirərək yazır ki, bir cüt kələm güvəsinin orta məhsuldarlığı 200 yumurta olarsa, 3-4 nəsil verdikdən sonra 1003 və ya 1004 ola bilər. Şübhəsiz ki, nəsildən-nəsilə bu növün miqdarı sürətlə artırır. Kələm güvəsi pup mərhələsini toxuduğu barama içərisində keçirir və orada da qışlayır. Qışlama məhsul qalıqları və yabanı xaççiçəkli bitkilər üzərində gedir. Aprel ayında puplardan çıxan kəpənəklər həmin bitkilərin üzərinə yumurta qoymağa başlayır. Bir dişi fərd hər topada 3-4 ədəd yumurta olmaqla 300-ə qədər yumurta qoya bilir. Yumurtadan çıxan I yaş tırtıllar yarpaq toxumasına girib onun içərisində açdığı lağımda yaşayır.
Kələm kəpənəyi
Kələm kəpənəyi-(lat. Pieris brassicae) Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinə aid olan növ == Xarici quruluşu == Açılmış halda qanadlarının uzunluğu 55–60 mm-dir. Üstdən ağ, ön qanadlarının zirvəsində oraqşəkilli qara haşiyə və iki qara ləkə (dişilərdə ləkələr daha tünddür), altdan isə yaşılımtıl-sarıya çalır. Bığcıqları sançaqşəkillidir. Ön qanadlarının yuxarı küncləri qaradır. Yumurtaları sarı rəngdə olub, uzununa istiqamətdə 16 qırışı vardır. Uzunluğu 1,25 mm-dir. Tırtılın 3 cüt döş, 5 cüt qarıncıq ayağı vardır. Bədəni üst tərəfdən yaşıl, alt tərəfdən sarı rənglidir. Pupu sarımtıl-yaşıldır, üzərində qara, nöqtə şəkilli ləkələr vardır.
Kələm milçəyi
Kələm milçəyi (lat. Hylemyia brassicae) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Əsl milçəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Şəffaf qanadlı, nisbətən orta ölçülü milçəklərdir. == Həyat tərzi == Zərərverici pup mərhələsində torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın 10-15 sm dərinliyində qışlayır. Yazda torpağın qızması ilə laqədar 12-14 °C temperaturda qışlama yerlərindən çıxırlar. Qışlama yerlərində çıxış müddəti kələm bitkisinin vegetasiya dövrünə düşür. Qışlamadan çıxan milçəklər qidalanmaq üçün nektarlı bitkilərin üzərinə qonur və həmin bitkilərin çiçək tozcuqları və şirəsi ilə qidalanırlar. Bir neçə gün (2-3) qidalandıqdan sonra cütləşməyə başlayırlar. Cütləşmədən 8-10 gün sonra dişilər yumurta qoymağa başlayırlar.
Kələm mənənəsi
Kələm mənənəsi (lat. Brevicoryne brassicae) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin fərdin uzunluğu 2 mm-dək, rəngi yaşılımtıl olur. Erkəkləri qanadlı, dişiləri qanadlı və qanadsızdır. Ziyanverici cücülərdir. Kələmi və şalğamı zədələyir. Yazda və yayda çoxalır. Payıza yaxın yarpağın altına 1—3 yumurta qoyur. Qışı yumurta mərhələsində keçirir. İldə 8—20 nəsil verir.
Kələm sovkası
Kələm taxtabitisi
Kələm taxtabitisi (lat. Eurydema ventralis) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar dəstəsinin Qalxancıqlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qara rəngli, beli və qanadları qırmızı naxışlı böcəklərdir. Yetkin fərdin ön kürəciyi qırmızı rəngdə olmaqla, üzərində 6 qara ləkə vardır. Qalxancıq və qanadüstlüyündə zolaq, qara və qırmızı rəngdə naxışlar vardır. Qarıncıq üst tərəfdən qırmızıdır. Uzunluğu 8–10 mm-dir. Yumurtası silindrvari, çəlləkşəkillidir. Yanlarında yumru ləkələr vardır. Böyüklüyü 1 mm-dir.
Kələm turşusu
Kələm turşusu — bir çox mətbəxdə geniş istifadə olunan, kələmdən hazırlanan turşu növü. Əsasən qış aylarında daha çox istifadə olunur. == Tarixi == Qədim Roma yazıçıları Böyük Katon və Kolumella əsərlərində kələm turşusundan bəhs etmişdirlər. Kapitan Ceyms Kuk səyahətləri zamanı özü ilə kələm turşusu ehtiyatları götürürdü. == Yayılması == Kələm turşusu Şərqi Avropa ölkələrindən Azərbaycan, Rusiya, Belarus, Estoniya, Latviya, Litva, Moroviya, Polşa, Ukrayna mətbəxlərində geniş istifadə olunur. Rusiya mətbəxində bəzən piraşkinin içərisinə kələm turşusu qoyulur. Polşada biqos yeməyinin inqredientidir. Almaniya və Avstriyada kələm turşusu giləmeyvələrlə dadlandırılır. Çilidə kələm turşusu hotdoq və sendviçlərdə istifadə olunur. Pensilvaniyada Yeni il ərəfində kələm turşusu yemək ənənəsi mövcuddur.
Kələm yarpaqyeyəni
Kələm yarpaqyeyəni (lat. Phaedon cochleariae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin yarpaqyeyən cinsinə aid heyvan növü. == Xarici quruluşu == Formaca şar şəkilli olan bu həşəratın uzunluğu 3–5 mm-dir. Qabaq kürəyi və üst qanadları tünd yaşıl rəngli, başı balaca, bığlarının qurtaracağı qalındır. Sarı rəngli yumurtaları hamar və oval şəklindədir. Uzunluğu 1 mm, eni isə 0,5 mm-dir. Sürfənin arxa hissəsi nazik, sarı, başı isə parlaq, qara rənglidir. Bədəni dörd cərgədə yerləşən tünd rəngli cod tüklərlə örtülmüşdür. Uzunluğu 5,5 mm-dir. Pupu sarı rənglidir.
Kələm yarpağı
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Xalq təbabəti == Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Qələm Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
İşıq qələm
İşıq qələm (ing. light pen) – karandaş və ya qələm şəklində düzəldilmiş və kompüterlə elastik kabel vasitəsilə bağlanmış göstərici, koordinat qurğu. Onun köməyilə ekranda lazım olan elementləri və komandaları göstərmək, yaxud seçmək olar. Seçim, ya işıq qələmin kənarında olan düyməni basmaqla, ya da qələmin ucunu ekranın səthinə sıxmaqla (“sıçanın” çıqqıtısının ekvivalenti) gerçəkləşdirilir. Qələmin işıq vericiləri var və hər dəfə onlara işıq düşdükdə (məsələn, ekranla yaxın kontakt zamanı işıqlı piksellər qələmin ucunun altına düşdükdə) onlar kompüterə siqnal göndərir. Elektron şüa ekranı sətir-sətir keçərək ekranın bütün piksellərini 1/60 saniyədə işıqlandırır, buna görə də qələmin göstərdiyi anı və yeri dəqiq qeyd etmək olar. İşıq qələm, sensor ekranda olduğu kimi, xüsusi ekran və ya onun örtüyünü tələb etmir, lakin onunla uzun müddət işləmək üçün əlverişsizdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ələm (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Ələm Hüseynov
Məhəmməd Siyah Qələm
Məhəmməd Siyah Qələm (türk. Mehmed Siyah Kalem) — XIV əsrin sonu və XV əsrin əvvəllərinə aid rəsm albomunundakı bir çox şəkillərin müəllifi olduğu ehtimal edilən rəssam. Onun şəkillərinə türkmən, Çin, fars və monqol mədəniyyətlərinin xüsusiyyətləri təsir edib. Siyah Qələm rəsmləri XIV əsrin sonu və XV əsrin əvvəllərinə aiddir. Albomdakı şəkillərin çoxu Mehmet və ya Məhəmməd Siyah Qələm adı ilə imzalanıb. Bu rəsmlər dövrün mədəni və dini ritual normalarını təsvir edərək, o dövrün əhalisi və coğrafiyası haqqında məlumat verir. Ümumiyyətlə, rəsmlər İrana aid edilir və Çin sənəti və texnikasının güclü təsiri ilə yanaşı, İslamın gəlməsindən əvvəl Orta Asiya regionunda əsas inanclar olan buddizm və şamanizmin simvollarını daşıyır. Tarixi mənbələrdə adına rast gəlinməyən bu rəssam haqqında yeganə mənbə Topqapı muzeyində saxlanılan və "Fateh albomu" adlandırılan rəsm kolleksiyasındakı bir neçə rəsmin üzərindəki "Ustad Məhəmməd Siyah Qələmin işi" imzasıdır. Şərq ölkələrində sənətçinin özünü "ustad" kimi təqdim etməsinə adətən rast gəlinmədiyi üçün bu qeydin sonradan edilmiş ola biləcəyi də güman olunur. Həmin rəsmlər ilk dəfə 1910-cu ildə Münhendə Maks van Berxemin dəstəyi ilə nümayiş etdirilmiş və sonrakı illərdə unudulmuşdur.
Qırmızı Qələm (1971)
Film vaxtilə "Qırmızı qələmlər" poetik birliyinin yaradıcısı, tanınmış Azərbaycan şairi Süleyman Rüstəmin həyat və yaradıcılığına həsr olunmuşdur.
Belém
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Belem qalası
Belem qalası (port. Torre de Belém)- Portuqaliyanın paytaxtı Lissabonun Belem bölgəsində 16-cı əsrə aid tarixi bir qaladır. Qotik stilin dəvamı olan Manuelin stilində olan qala 16. əsrin başlarında Portuqaliyalı səyyah Vasko da Qama şərəfinə tikilmişdir.
Fəşəm
Fəşəm (Farsca: فشم‎, Fasham) — İranın Tehran ostanında şəhər. == Ümumi məlumat == Tehran ostanının Şimiranat şəhristanının Rudbar-i Qəsran bəxşində olan və bu bəxşin idarə mərkəzi olan şəhərin 2006-cı il rəsmi əhalisi 6.895 nəfər və 2.019 evdir.
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.