Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naşide Göktürk
Naşide Göktürk (1 aprel 1965, İstanbul – 30 avqust 2016, Bodrum, Muğla ili) — türk pop musiqisi müğənnisi.
Nadiyə
Nadiyə (d. 19 iyun, 1973, Tur) fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Nadilə Sultan
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nadiyə Murad
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه‎; 1993, Koço[d], Neynəvə mühafəzəsi) Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi. 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən tutulur.Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq və yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır. 2018-ci ildə insan haqları üzrə fəallar Nadiyə Murada və Denis Mukveqeyə "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh Mükafatına layiq görüldülər. == Erkən həyatı və İŞİD tərəfindən tutulması == Murad, İraqın Səncər qəzasının Koço kəndində anadan olub. Ailəsi, yezidi azlığından olan əkinçi ailəsi idi. 19 yaşında, İraq Şam İslam Dövləti döyüşçüləri kənddəki Yezidi camaatını yaxaladıqda, Murad İraqın şimalındakı Səncar qəzasının Koço kəndində yaşayan bir tələbə idi, Nadiyənin altı qardaşı və ögey qardaşları da daxil olmaqla 600 nəfər öldürülür və gənc qadın və qızlar kölə kimi aparılır. Həmin il, Murad İraq Şam İslam Dövləti tərəfindən İraqda əsir götürülmüş 6.700-dən çox yezidi qadın və qızlarıdan biri idi. O,15 avqust 2014-cü ildə tutuldu. O, Mosul şəhərində, döyülərək, siqaretlə bədəninə xəsarətlər yetirilərək, təcavüzə məruz qalaraq, qul kimi tutuldu.
Nahidə Babaşlı
Nahidə Babaşlı (22 sentyabr 1996, Zərdab) — Azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayan Nahidə, səsi ilə diqqəti özünə cəlb etmişdir. == Həyatı və fəaliyyəti == 22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır. Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır.Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır. İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir. Həmçinin, Azərbaycan dilində musiqi oxuduğunda problem yaşadığını bildirmişdir.
Nahidə Orucova
Orucova Nahidə Mülük qızı (18 iyul 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirmişdir. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışmışdır. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak etmişdir. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunmuşdur. Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım, Ramiz Musafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır»da katibə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik”də Lalə, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Qəmər xanım, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Zuzu xanım, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik»də Nailə xanım, Ü. Hacıbəyli "Ər və arvad”da Minnət xanım, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Çiçək xanım, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Nazlı Qəmzəli, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Milyonçunun dilənçi oğlun”da Kübar qadın və Mələk, Üzeyir Hacıbəyli "O olmasın bu olsun”da Sənəm, Ramiz Mirişli , Marat Haqverdiyev "Qısqnc ürəklər”də Natella, Faiq Sücəddinov, Tamara Vəliyeva "Mən dəyərəm min cavana”da Sevda, Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu”nda Gülcahan, Rauf Hacıyev "Talelər qovuşanda”da Nazpəri, İmre Kalman "İdialı qaraçı”da Qrafinya İrini, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Cahan xala, Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Tekle və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalmışdır. "Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, "Ayrılıq imiş” ( 2008) Xidmətçi, " Biz qayıdacağıq” ( 2007) Həkim, "Xüsusi vəziyyət” (1986) Şikayətçi, "Kişiləri qoruyun” (2006) Rübabə, "Qız qalası” (2000), "Qızlar” (2007) Sədaqət, "Moskva-Bakı qatarı” (2005) Satıcı, "Nə gözəldir bu dünya... (1999) Asim Əliyeviçin arvadı, "Pəncərədə işıq” (film-tamaşa) Bardakı qadın, "Spasibo” (1998) Yengə, "Tam məxfi” (2004) Səbinənin anası, "Yanmış körpülər” (2007) Qreta, "Yük” (1995) Qulluqçu Kübra, "Yurd yeri” (1997) Hüsniyyə və s.
Nahidə Rostovskaya
Aktrisa == Həyatı == 2002-ci ildə Bakı xoreoqrafiya məktəbinin xalq rəqsi şöbəsini və 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2003-cü ildən S.Vurğun ad. Rus Dram teatrın aktrisasıdır. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış edib: Qız və Tibb bacısı (Elçin "Mənim ərim dəlidir"), Ferri (J.Patrik "Strannaya missis Sevidj"), Qız (S.Vurğun "Fərxad və Şirin ") və s. Uşaqlar üçün tamaşalarda: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Şahzadə qız (Y.Şvars "Snecnaya koroleva"), Feya (V.Reznikova "Zoluşka")və s.
Naidə Məmmədxanova
Məmmədxanova Naidə Camal qızı (01.05.1968) — filologiya elmləri doktoru, professor, Dünya ədəbiyyatı kafedrasının müdiri. Professor Camal Məmmədxanovun və professor Səidə İbrahimovanın qızı, akademik İbrahim İbrahimovun nəvəsi və ŞHK-nun kapitanı, millət vəkili Anar Məmmədxanovun bacısıdır. Məmmədxanova Naidə BDU-nun Filologiya fakültəsinin məzunudur. 1991-ci ildə «Azərbaycan-rus ədəbi əlaqələri» adlı namizədlik, 2003-cü ildə isə «XX əsrin 70-90-cı illərdə fransız romanı. Həyatın və qəhrəmanın yeni konsepsiya axtarışı» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Məmmədxanova Naidə Avropa ədəbiyyatı üzrə mütəxəssisdir. “Dünya ədəbiyyatı tarixi”, “Müqayisəli ədəbiyyatşünaslıq (rus-xarici ədəbi əlaqələr)” fənlərini tədris edir. Ədəbiyyat problemlərinə həsr olunmuş 100-dən artıq elmi əsərlərin, o cümlədən “Романтизм в зарубежной литературе ХIХ века” və “Турецкая проза 20-40-х годов ХХ века” adlı metodik vəsaitlərin, dörd monoqrafik araşdırmanın: “Французский роман 70-90 годов ХХ века. Поиски новой концепции жизни и героя”, “Восприятие искусства и искусство восприятия (русско-азербайджанские литературные связи рубежа веков)”, “Müasir fransız ekzistensialist romanı” (fransız dilində), “Fransız postmodernizmin xüsusiyyətləri” (ingilis dilində), həmçinin bir dərsliyin “Зарубежная проза II половины ХХ века” və dərs vəsaitin “Взаимосвязь реализма Л.Н.Толстого и Д.Голсуорси” müəllifidir. Məqalələri həm respublikada, həm də bir sıra xarici ölkələrdə, məs.
Cahide
Gadidae
Treskalar (lat. Gadidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Nahidə-Leyla Məmmədova
Məmmədova Nahidə-Leyla Səid qızı — Azərbaycanlı musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru, AR-nın əməkdar müəllimi. == Həyatı == Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir. 1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas müsiqi məktəbində müəllim işləmiş N.Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub. Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə orta ixtisas musiqi məktəbi statusunu almış və onun məsləhəti ilə də N.Məmmədova bu təhsil ocağına direktor təyin olunmuşdur. 1972-ci ildən N.Məmmədova Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib. 1977-ci ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N.Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib. Bakı Musiqi Akademiyasında çalışan bir sıra dosent və müəllimlər də Naidə xanımın yetirmələridir.
Naşidə Gözdə Durmuş
Naşidə Gözdə Durmuş (türk. Naşide Gözde Durmuş; 1985, İzmir) — Türkiyə genetiki. == Bioqrafiya == 1985-ci ildə İzmirdə dünyaya gəlib. 2003-cü ildə Orta Doğu Teknik Üniversitesinin Molekulyar biologiya ixtisasına daxil olmuşdur. Fulbright kursunu qazanaraq Amerika Birləşmiş Ştatlarında oxumağa gedir. 2014-cü ildə Stantord Universitetində doktorluq işini müadifə edir. 2015-ci ildə mükafata layiq görülür. İnsan genetikası öyrənmiş və prof. Ronald Deyvislə birlikdə araşdırma aparmışdır. == Karyera == 1985-ci ildə İzmirdə anadan olmuşdur.
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli malumata görə,- yaşayış mantəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Paide
Paide (Paide), keçmiş Vaissenştayn (alm. Weißenstein‎ — Ağ daş) — Estoniyanın mərkəzində şəhər, Yarvamaa bölgəsinin inzibati mərkəzi. Soyuq müharibə zamanı, burada Koigi sovet aviabazası yerləşirdi. Şəhərdə eyniadlı Livon ordeni tərəfindən tikilmiş qəsr ucalır. == Qardaşlaşmış şəhərlər == Paide 8 şəhərlə qardaşlaşıb: Almaniya Annaberg-Buchholz İsveç Håbo Finlandiya Hamina Çexiya Havirjov Litva Majeykyay Ukrayna Pereyaslav Latviya Saldus ABŞ Vestminster (Merilend) == Etimologiya == Paydenin alman adı Weissenstein (əslində aşağı alman dilində Wittenstein və ya Wittensten) "ağ daş" deməkdir. Bu ad Payde qalasının inşasında istifadə olunan əhəng daşından götürülmüşdür. Latın tərcüməsi Albus Lapis də istifadə edilmişdir. Estoniya adı Payde ilk dəfə 1564 -cü ildə Payda olaraq qeyd edildi və paas, pae "kireçtaşı" sözündən yarandığı düşünülür. == Görməli yerlər == Livoniya Ordeninin ustası Konrad von Mandernin əmri ilə Paide şəhərində 1265 və ya 1266 -cı illərdə bir qala tikilmişdi. Əvvəldən yerli Tall Hermann qülləsi və ya Vallitorn olaraq bilinən mərkəzi qüllənin ətrafında inşa edilmişdir.
Davide Kalabria
Davide Kalabria (it. Davide Calabria ; 6 dekabr 1996, Breşiya, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. "Milan" klubunun və İtaliya milli komandasının cinah müdafiəçisi. == Klub karyerası == Futbolçunun peşəkar idman karyerası ancaq "Milan" klubu ilə bağlıdır. Breşiyada doğulmuş futbolçu 2006-cı ildə "Milan"ın futbol akademiyasına qoşulur. 2013-cü ildə "Milan" klubunun gənclər komandasına dəvət edilir. "Milan"ın əsas heyətində debütu isə, 30 may 2015-ci ildə "Milan"ın "Atalanta" klubuyla göruşunə təsaduf edir. 15 iyul 2015-ci ildə daimi olaraq "Milan"ın əsas komandasına keçirilir.2021-ci ilin iyul ayında futbolçu Milan ilə müqaviləsini 2025-ci ilə qədər uzadır.
Davide Plebani
Davide Plebani (24 iyul 1996) — İtaliyalı peşəkar kişi trek velosipedçisi. Davide Plebani İtaliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Davide Plebani 2016 UEC Avropa Trek Çempionatında seçmə yarışında iştirak etmişdir. O, Fransada baş tutan yarışlarda 17-ci yeri tutdu.
Hikari Nakade
Hikari Nakade (d. 6 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nadili (Azərşəhr)
Nadili (fars. ناديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,116 nəfər yaşayır (821 ailə).
Nadiya Mimoun
Nadiya Mimun (28 dekabr 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Nadiya Mimun Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Nadiya Mimun
Nadiya Mimun (28 dekabr 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Nadiya Mimun Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Nadiya Murad
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه‎; 1993, Koço[d], Neynəvə mühafəzəsi) Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi. 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən tutulur.Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq və yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır. 2018-ci ildə insan haqları üzrə fəallar Nadiyə Murada və Denis Mukveqeyə "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh Mükafatına layiq görüldülər. == Erkən həyatı və İŞİD tərəfindən tutulması == Murad, İraqın Səncər qəzasının Koço kəndində anadan olub. Ailəsi, yezidi azlığından olan əkinçi ailəsi idi. 19 yaşında, İraq Şam İslam Dövləti döyüşçüləri kənddəki Yezidi camaatını yaxaladıqda, Murad İraqın şimalındakı Səncar qəzasının Koço kəndində yaşayan bir tələbə idi, Nadiyənin altı qardaşı və ögey qardaşları da daxil olmaqla 600 nəfər öldürülür və gənc qadın və qızlar kölə kimi aparılır. Həmin il, Murad İraq Şam İslam Dövləti tərəfindən İraqda əsir götürülmüş 6.700-dən çox yezidi qadın və qızlarıdan biri idi. O,15 avqust 2014-cü ildə tutuldu. O, Mosul şəhərində, döyülərək, siqaretlə bədəninə xəsarətlər yetirilərək, təcavüzə məruz qalaraq, qul kimi tutuldu.
Nadiya Muşka
Nadejda Sementsova (2 noyabr 1985; Donetsk, Ukrayna SSR) — 2010-2015-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. 2010 və 2011-ci illərdə Avropa Çempionatının qalibi olub. == Həyatı == Nadejda Sementsova 1985-ci il noyabrın 2-də anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. 2008-ci ildən şəxsi məşqçisi Sergey Latışevdir. Ailəlidir, bir oğlu var. == Karyerası == Nadejda Sementsova beynəlxalq səviyyədə birinci uğurunu 2002-ci ildə Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qazandı. Sementsova final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, bir müddət idmandan uzaqlaşdı. 2010-cu ildə isə Nadejda Sementsova Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Psychotria madida
Psychotria madida (lat. Psychotria madida) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Abide Pərvin
Abide Pərvin (20 fevral 1954, Larkan, Sind əyaləti) - Pakistanlı sufi müsəlman, bəstəkar və musiqiçi. O həm də rəssam və pedaqoqdur. Abide Pərvin Pakistanın ən çox qazanan müğənnilərindən biridir. İfası və musiqisi ona xeyli sayda mükafatlar qazandırmış və o, "Sufi musiqisinin şahzadə"si adlandırılmışdır. Abide Pərvin Larkanda sindli-sufi ailəsində anadan olmuşdur. O atası Ustad Qulam Heydərdən ilk təhsilini almışdır (bu şəxsi bəstəkar Qulam Heydərlə səhv salmayın). O çoxsimli musiqi aləti olan Sitarda, Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi alətində ifa etməyi bacarırdı. Pərvin ifa etməyə 1970-ci ildə başlamış və dünyada 1990-cı ildə tanınmışdır. 1993-cü ildə Pərvin bütün dünya üzrə qastrol səfərinə çıxmış və Kaliforniyada Buena Parkda ilk beynəlxalq konsertini vermişdir. O bir neçə dəfə kilsələrdə çıxış etmişdir.
Adice çayı
Adice (it. Adige; alm. Etsch‎; ven. Àdexe‎; romanş Adisch; lat. Athesis; q.yun. Ἄθεσις və ya Ἄταγις, Atagis)) — İtaliyanın şimalında çay. == Xüsusiyyətləri == Adice çayının uzunluğu 410 kilometr, hövzəsinin sahəsi 14,7 min kilometr2-dir. Adriatik dənizinə tökülür. == Tarixi == Adice çayı tarixdə bir çox müharibələrə şahid olmuşdur. 1799-cu ildə fransız general Bartelemi Lui Jozef Şerer Avstriyanı bu çayın sahilində məğlub etmişdir.
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Aşide Bengü
Aşide Bengü və ya Aşide Benqü ( d.? – ö. 5 dekabr, 681) – Göytürk dövlətinin dağılmasından sonra göytürklərin 50 illik müstəqillik üsyanının təhrik edicisi olan göytürk əsilzadəsi. Çin qaynaqlarında adı Venfu olaraq keçir. == Həyatı == Türk əsilzadəsi olduğu bilinən Bengü haqqında dəqiq məlumatlar yoxdur. Çin qaynaqlarına görə, Bengü 679-cu ildə Sanyu canişinliyi himayəsində çalışan üst səviyyəli türk idarəçi olmuşdur. Onunla birlikdı, Aşide Fenzi adında başqa türk general da olmuşdur. Bengü və Fenzi Tanq sülaləsinin gücsüz anını gözləmiş və gözlədikləri an gəldiyində Aşina Nişufunu xaqan edərək Tanqa qarşı üsyan qaldırmışdırlar. Lakin, 680-ci ildə Pei Xinqcian komandanlığındakı Çin ordusu Nişufuyu məğlub etdi. Bengü Çin ordusundan qaçmağı bacardı, lakin Nişufu Çin təərfindən cəzalandırımaqdan qorxan ordusu tərəfindən qətlə yetirildi.
Hadisə
Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Hayidə
Hayidə (10 aprel 1942, Tehran – 20 yanvar 1990, San-Fransisko, Kaliforniya) — İran müğənnisi. İranın Tehran şəhərində anadan olub və 1990-cı ildə vəfata yetişib. Müğənninin mahnılarının İranda çoxlu pərəstişkarı var.
Nahiyə
Nahiyə — Tarixən Azərbaycan və Şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər.
Naminə
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Nаşiçе
Nаşiçе (xorv. Našice) — Xorvatiyanın Оsiеçkо-Bаrаnskаya vilayətində yerləşən şəhər. == Tarixi == Şəhər ilk dəfə 1229-cu ildə "Nekche" adı ilə xatırlandı. 13-cü əsrdə Məbəd cəngavərləri Naşiçeyə gələrək kilsə qurdular. Şəhər 1945-ci ilə qədər Pejaçeviç ailəsinin feodal mülkü idi. 1541-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edildi və 1687-ci ildə Avstriyanın fəthinə qədər Poyeqanın Sanyak hissəsi oldu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Naşiçe, Xorvatiya-Slavoniya krallığının Virovititsa qraflığında bir paytaxt rayonu idi. 1991-ci ilin sentyabrında Xorvatiya qüvvələri Naşiçedə Yuqoslaviya Xalq Ordusunun hərbi kazarmalarını ələ keçirdilər. == Əhalinin məskunlaşması == 2011-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 7,888 əhali var, bütün bələdiyyədə isə 16,224 nəfər. Əhalinin 88%-ni xorvatlar təşkil edir.
Validə
Validə — Azərbaycanlı qadın adı. Validə Əlizadə — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru. Validə Tutayuq — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949) Validə Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların,hadisələrin,obyektlərin,ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili,qurğu,oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Maddə
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq , fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Maddədən cisimlər əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranmışlar.Onları xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardı. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur. == Maddələrin xassəsi == Maddələr tərkibi, quruluşu və xassələrinə görə bir-birindən fərqlənirlər.
Amavratik hadisə
Amensalizm — özü xeyir verməyən və başqa populyasiyaya birtərəfli ziyan vuran yaşayış forması. == Ümumi məlumat == Su hövzələrinin dibində yaşayan xərçənglər çox vaxt torpağı qarışdırmaqla oradakı yosunların inkişafına mənfi təsir göstərirlər. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsirdə olan növlərdən biri üçün birgə yaşama mənfi nəticə göstərir. Digər növ isə ondan nə fayda alır, nə də zərər çəkir. Daha çox bu formada olan qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə «qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır.
Azərbaycan naminə
Azərbaycan naminə!
Cahidə Sonku
Cahidə Sonku (türk. Cahide Sonku; d. 27 dekabr 1919, Yəmən, Osmanlı İmperiyası – ö. 18 mart 1981, İstanbul, Türkiyə) — Türkiyə kino aktrisası; türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüsseri. == Həyatı == Əsl adı Cahidə Sərab olan bu aktrisa 27 dekabr 1919-cu ildə Yəməndə anadan olmuşdur. Hələ uşaq vaxtlarından sənətə həvəsli olmuşdur. Əvvəl xalq evlərində, sonra isə İstanbul şəhər teatrında fəaliyyət göstərmiş, epizodik rollarda çıxış etmişdir. Uilyam Şekspir, Lev Tolstoy, Anton Çexov kimi məşhur yazıçıların əsərlərinin səhnə quruluşunda rol almışdır. 1933-cü ildə rejissor Muhsin Ərtoğrulun "Yeddi kəndin Zeynəbi" tamaşasındakı rolu ilə özünün nəyə qadir olduğunu göstərə bilir. Ərtoğrul gənc qızın potensial imkanlarını qiymətləndirərək, onu filmdə çəkilməyə dəvət edir.