Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anar Niftəliyev
Babək Niftəliyev
Babək Muğan oğlu Niftəliyev (29 may 1985, Kəlbəcər) — Azərbaycan muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2014). == Həyatı == Niftəliyev Babək Muğan oğlu 29 may 1985-ci ildə Kəlbəcərdə anadan olub. Kəlbəcərdən çıxanda 8 yaşı olub. Gəncədə 5 nömrəli musiqi məktəbində Sərdar Bağırovdan musiqi təhsili alıb. Bakıda 6 saylı musiqi məktəbində isə Məmmədbağır Bağırzadə müəllimi olub. Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) da Canəli Əkbərov ona dərs deyib. Ailəlidir, 3 övladı var.
Ceyhun Niftəliyev
Cəmil Niftəliyev
Cəmil Niftəliyev (5 oktyabr 1968, Yardımlı – 29 mart 1992, Şelli, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur. == Döyüşlərdə iştirakı == Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı.
Elnur Niftəliyev
Elnur Niftəliyev (18 iyul 1983, Bakı) — fəlsəfə doktoru, "Tərəqqi" medalı mükafatçısı. == Həyatı == Elnur Niftəliyev 18 iyul 1983-cü ildə Bakı şəhərində anadan olub, azərbaycanlıdır. Filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var. == Təhsili == 2004-cü ildə Elm Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006–2009-cu illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspirantı olub. == Fəaliyyəti == Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən 2016-cı ildə Antalyada təşkil edilən 4-cü Beynəlxalq Media Təhsil Proqramının iştirakçısı olub. 2000-cil ildən etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist kimi fəaliyyət göstərib. 2004–2006-cı illərdə "Azad Azərbaycan" Teleradio şirkətində "Son Xəbər" proqramında müxbir vəzifəsində çalışıb. 2006-cı ildən ""Lider" TV və "Radio Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışıb.
Mehrab Niftəliyev
Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985; Quba rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Mehrab Niftəliyev 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Niyamin Niftəlizadə
Rafiq Niftəliyev
Rafiq Niftəliyev (tam adı: Rafiq Həbibulla oğlu Niftəliyev; 21 sentyabr 1945, Qusar) — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı (1993–2002), Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı (2002–2012). Niftəliyev Rafiq Həbibulla oğlu 1945-ci il sentyabrın 21-də Qusar rayonunda anadan olmuşdur. 1963-cü ildə Qusar şəhər orta məktəbini, 1975-ci ildə isə Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildən l.Şmidt adına Maşınqayırma Zavodunda başlamışdır. 1964-cü ildən Bakı Çayçəkici Fabrikində, 1968-ci ildən Azərbaycan "Neftlahiyə" Elmi-Tədqiqat İnstitutunda çalışmışdır. 1975-ci ildən Xaçmaz rayonunun Qoçaqlı kənd 8 illik məktəbində, 1977-ci ildən İnqilab kənd orta məktəbində müəllim və direktor müavini, 1987-ci ildən Xaçmaz Rayon Xalq Təhsili Şöbəsi müdirinin müavini işləmişdir. 1970–1990-cı illərdə Bakı və Xudat Şəhər Xalq Deputatları Sovetlərinə deputat seçilmişdir. 1991-ci ildən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, 1993–2002-ci illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2012-ci illərdə isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Vüqar Niftəliyev
Xanım Niftəliyeva
Ümüd Niftəliyev
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
İlqar Niftəliyev
İlqar Vahid oğlu Niftəliyev (26 may 1972) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, dosent, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini. İlqar Niftəliyev 1972-ci il mayın 26-da anadan olmuşdur. O, 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. İlqar Niftəliyev 2002-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda işləyir. O, 2003-2006-cı illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almışdı. İ.V.Niftəliyev 2007-ci ildə “Azərbaycan SSR-ə qarşı ermənilərin ekspansiya planlarının həyata keçirilməsi (XX əsrin 20-ci illərinin birinci yarısı)” adlı dissertasiya işi müdafiə etmiş, tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Niftəliyev 2015-2017-ci illər ərzində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin, 2017-2023-cü illərdə isə "Azərbaycanın Sovet dövrü tarixi"şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, AMEA Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının üzvüdür, 2005-ci ildən 2016-cı ilədək Tarix İnstitutunun Gənc alimlər və mütəxəssislər Şurasının sədri olmuşdur. 2021-2024-cü illərdə İlqar Niftəliyev AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun İcraçı direktoru vəzifəsində çalışmışdır. Hazırda həmin institutunda elmi işlər üzrə direktor müavinidir.
İlyas Niftəliyev
Ədəhim Niftəliyev
Ədəhim Niftəliyev (7 sentyabr 1976-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan milli futbol komandasında müdafiəçi kimi çıxış edən keçmiş peşəkar Azərbaycanlı futbolçudur. Niftəliyev bir müddət İran təmsilçilərindən olan Mes Kerman klubunda çıxış etmişdir.
Azər Niftəliyev
Ciftəli
Ciftəli və ya Qayqulu Ciftəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Qayqulu Ciftəli kəndinin adı erməni mənbələrində Ciftəli kimi qeyd edilmişdir. Mənbədə Çiftəli kimidir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuzların qayı etnonimindən, Qulu şəxs adından və mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu "mal-qoyun bəslənən yer" mənasında işlənən cift sözündən əmələ gəlib " qayı tayfasından olan Quluya mənsub mal-qoyun bəslənildiyi yer" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə kəndin adı dəyşdirilib Zuyqaxpyur (Tsuqaxpuyr) qoyulmuşdur.
Aşıq Niftalı
Göyçəli Aşıq Niftalı — Azərbaycanlı aşıq. == Həyatı == Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1911-ci ildə Göyçənin Ardanış kəndində anadan olub. Atası Kərbəlayı İsmayıl, əmisi Məhəmməd aşıq olmasalar da, sənətə yüksək qiymət verər, sənətkara sonsuz hörmət bəsləyərmişlər. Belə bir mühitdə böyüyən Niftalı da meylini saza-sözə salır. Oğlunun bu həvəsini görən Kərbəlayı İsmayıl Niftalını Qızılvəng kəndində yaşayan, dövrünün tanınmış sənətkarı Aşıq Quluya şəyirdliyə verir. Ərəb-fars dillərini mükəmməl bilən Niftalı beş il Aşıq Qulunun yanında şəyirdlik edir, fitri istedadı, qabiliyyəti, güclü hafizəsi sayəsində tezliklə saz-söz sənətinin sirlərinə bələd olur, səsi, ifası ilə tanınır, məşhurlaşır. Aşıq Niftalının şaqraq səsinin, gur zənguləsinin səsi-sorağı tezliklə Göyçədən Tovuz, Gədəbəy, Qazax, Borçalı mahalınacan yayılır. Ustad aşıq Qazaxıstana, Özbəkistana, İrana səfər edir, yaddaqalan məclislər aparır. Aşıq Niftalı dövrünün tanınmış saz-söz ustadları Aşıq Əsəd, Aşıq İmran, Aşıq Mahmud, həmçinin Aşıq Əkbər, Aşıq Hüseyn Saraclı ilə dostluq edib. O, ömrü boyu dost olduğu Cilli Aşıq Yunusla çoxlu toylar, məclislər yola salmışdı.
Niftalı Göyçəli
Niftalı Göyçəli (azərb. Yusifov Niftalı Puta oğlu‎; 21 mart 1951, Basarkeçər rayonu) — Azərbaycan şairi, yazıçı. Niftalı Göyçəli 21 mart 1951-ci ildə Göyçə mahalının Basarkeçər rayonuun Babacan kəndində anadan olmuş, 1 yaşından sonra ailəsi ilə birlikdə Dərə kəndinə köçmüşlər. Dərə kənd səkkizillik məktəbini bitirdikdən sora IX–X sinifləri Ardanış kənd orta məktəbində oxumuşdur. 1967-ci ildə Bakı şəhərində ali məktəbə daxil ola bilməyib, inşaat fəhləsi kimi işləməyə başlamışdır. Hərbi xidmətə çağırılarkən hərbi göndərişlə avtomobil məktəbində sürücülük kursunu bitirmişdir. İrəvan, Tbilisi, Gəncə şəhərlərində hərbi sürücü kimi inşaat batalyonunda işləməklə xidməti başa vuraraq, Bakı şəhərinə qayıtmışdır. 1974-cü ildə ADU-nun kitabxanaçılıq fakültəsinə (qiyabi) daxil olub, 1981-ci ildə oranı bitirmişdir. 1976-cı ildən Şəki rayonuna köçməklə əvvəlcə kənd mədəniyyət evinin direktoru və iki il də S. Vurğun adına rayon mədəniyyət evinin direktoru işləmişdir. 1990-cı ildə ailəlikcə Bakı şəhərinə köçməklə ARDNŞ "Geofizikakəşfiyyat" idarəsində 1992-ci ilə kimi fond rəisi vəzifəsində işləmişdir.
Niftalı Mehdili
Niftalı Qocayev
Niftalı Qocayev (biofizik)
Niftalı Quliyev
Niftalı Quliyev — Azərbaycan Respublikasının dünyaca tanınmış boks idman hakimi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ İdman ustası, Boks üzrə Beynəlxalq dərəcəli (EABA) hakim, Boks üzrə Beynəlxalq dərəcəli hakim. Avropa Boksçular İttifaqının hakimlər kollegiyasının üzvü. Niftalı Tanrıverdi oğlu Quliyev 1948–ci ildə Zəngəzur mahalının Qafan bölgəsinin Çanaqçı kəndində ziyalı ailəsində anadan olmuşdur. Niftalı Quliyev idmana olan marağı gənc yaşlarından yaranıb. O, məşqçisi milliyyətcə alman olan Boris Moordandan sənətin sirlərini öyrənməyə başlayıb. Sumqayıt şəhər 13 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra 1971–1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda təhsil almış və dəfələrlə Azərbaycan, Ümumittifaq yarışlarının qalibi və mükafatçısı olmuşdur. Niftalı müəllim 1975–ci ildə “SSRİ İdman ustası” adına layiq görülmüşdür. O, 1984–1997–ci illərdə Sumqayıt şəhəri Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin sədri, 1997–2000–ci illərdə Təhsil Nazirliyi Respublika İdman Mərkəzinin direktor müavini, direktor əvəzi, 2000–ci ildən Təhsil Nazirliyi Respublika Bədən Tərbiyə Mərkəzində direktor vəzifələrində işləmişdir. Niftalı Quliyev 1987–ci ildən Azərbaycan Boks Federasiyasının vitse–prezidenti seçilmişdir. Dövlətimiz tərəfindən əməyi yüksək qiymətləndirilmiş və 1998–ci ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına layiq görülmüşdür.
Niftalı Qocayev (biofizik)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır. 1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır.
Niftalı Qocayev (professor)
Qocayev Niftalı Mehralı oğlu (18 oktyabr 1936, Göyərçin, İcevan rayonu) — fizika-riyaziyyat elmləri doktoru (2003), professor (1979). Niftalı Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olan Niftalı Qocayev 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, təyinatla universitetdə saxlanılmış və bir il Molekulyar fizika kafedrasında laborant vəzifəsində çalışmışdır. 1959-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının Sant-Peterburq şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuşdur. O, akademik M.V.Volkenşteynin elmi rəhbərliyi altında molekulyar fizika ixtisası üzrə elmi fəaliyyətini davam etdirmişdir. 1963-cü ildə "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik alim olaraq məzun olmuşdur. Niftalı Qocayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Molekulyar fizika kafedrasında müəllim olaraq başlamışdır. 1979-cu ildə professor elmi adını almışdır.
Niftalı Qocayev (əsgər)
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir. ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb. Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu.
Nöqtəli (Qoşaçay)
Nöqtəli (fars. نخطالو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (38 ailə).
Nöqtəli parabüzən
Nöqtəli parabüzən lat. Stethorus punctillum WS.-Qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var. Qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var. Sarımtıl başında iri mürəkkəb qara gözləri aydın nəzərə çarpır. Ağız hissəsi sarımtıldır. Buğumlu həssas bığcıqları aydın görünür. Forması uzunsovdur. Kiçikdirlər, 1-1,5 mm-dir, yabanı bitkilərdə və bütünlükdə aqrosenozlarda yayılıb. Əsasən aran zonada isti günlərdə daha çox və kütləvi olaraq müşahidə olunur. İldə iki nəsil verir.
Nöqtəli vergül
Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir. Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər.
10 nöqtəli kalvia
10 nöqtəli kalvia (lat. Calvia decimguttata L.) — Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. == Biologiyası == Mənənələrlə qidalanırlar. Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. Qanadüstlüyü tünd sarıdır, bəzilərində solğunlaşmış da olur. Qanadın hər tayında 5 ədəd solğun ağ ləkələr var. Bədənin son ucunda yerləşən ləkələr daha solğun olur, hətta bəzən tam görünməz də olur, hətta bəzən tam görünməz də olur. Lakin çiyin tərəf getdikcə ləkələr tündləşir. Baş hissə köndələn duruşlu olub, sarımtıldır. Bəzi fərdlərdə uzun tükcüklərlə örtülür.
12-nöqtəli vibidiya
12-nöqtəli vibidiya (lat. Vibidia duodecimguttat Poda.) — Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var. == Biologiyası == Azərbaycanda azsaylı növdür. Əsasən Naxçıvan (Şahbuz və Ordubad), Şəki-Zaqatala və Talış zonalarında bir neçə fərd toplanmışdır. Qoz ağacı üzərində mənənə ilə qidalanır. Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var. Simmetrik olaraq ardıcıl düzülmüşdür. Bəzi populyasiyalarda ləkələr solğunlaşıb. Uzunluğu 3,5–4 mm-dir. Noyabrın sonundan başlayaraq ağacın qabığının günəşə tərəf hissəsində qışlayır.
7 nöqtəli parabüzən
Yeddinöqtəli parəbüzən (lat. Coccinella septempunctata) — Parəbüzənlər fəsiləsinin parabüzən cinsinə aid heyvan növü. Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar == Biologiyası == Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar. Tədricən aqresonozlara və bağlara miqrasiya edirlər. Miqrasiyanın başlanması bunların spesifik qidasını təşkil edən mənənələrin, fitonomuslar, yastıcaların və tor gənəciyinin yayılması və çoxalması ilə əlaqədardır. Hər böcək gün ərzində 200-300-ə qədər mənənə yeyir, sürfələr isə daha intensiv qidalanır. Sürfələr qida axtarmaqda kifayət qədər aktiv olurlar. Qida çatışmaqda sürfələrdə hannibalizm (bir-birini yemək) baş verə bilər. Sürfələrin inkişafı metamorfozdur, 4 dövr keçirirlər. Bu proses qabıqdəyişmə yolu ilə gedir.
Dörd nöqtəli ayıca
Dördnöqtəli ayıca (lat. Collimorpha dominula) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Qısa məlumat == Qanadları açılmış halda 50-52 mm uzunluğa malikdir. Ön qanadının uzunluğu 27-29 mm arasında dəyişir. Ön qanadları tünd qəhvəyi qara, yaşılımtıl rəngə çalır. Üzərində "v" şəklində sarımtıl ağ zolaq var. Arxa qanadları bir qədər açıq qırmızı rəngdədir. Qanadın yuxarı xarici kənarında uzunsov qara ləkə, altda isə qanadın ortasınada iki yumru qara rəngli ləkə mövcuddur. Sinə üzərində uzun qara zolaq keçir. Qarın nahiyəsi açıq qırmızıdır.
Dörd nöqtəli şibyəyeyən
Dördnöqtəli şibyəyeyən (lat. Litosia quadra) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyi aurita növündən çox böyükdür. Qanadları açılmış halda 50–52 mm-dir. Ön qanadlar erkəklərdə sarı-boz, zirvəsi bir qədər tünddür. Dişilərdə mavi rəngdə ləkələr vardır. Arxa qanadlar boz rəngdə, bütün bədəni sarı rəngdədir. Erkəklərdə baş və döş narıncı sarı rəngdə olur. Tırtılı boz-qonur və ya qara rəngdə olub, qara-sarı tüklərlə örtülmüşdür. Üzərində qırmızı ziyilləri vardır, yan xətti sarı rəngdədir.
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibətilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.
Qırmızı nöqtəli ayıca
Qırmızınöqtəli ayıca (lat. Utetheisa pulchella) — pulcuqluqanadlılar dəstəsinə aid nadir növ. Qanadları açılmış halda 38-40 mm-dir. Ön qanadları sarımtıl-ağdır, bəzən ağ rəngdə olur. Üzərində səpələnmiş halda kiçik qara nöqtələr və onların arasında bir qədər iri qırmızı nöqtələr var. Qanadların zirvəsində aypara şəklində qara rəngli ləkə, onun altında aşağıya doğru 6 ədəd qara rəngli kiçik nöqtələr düzülmüşdür. Arxa qanadlar tamam ağdır, ətrafı qara rənglə haşiyələnmişdir, haşiyənin yuxarı və orta hissəsi enlidir. Qanadın kənarlarında olan saçaqlar ağdır. Başı və döşü sarımtıl-ağ rəngdədir. Qarıncığı ağdır, azacıq tutqundur.
İki nöqtəli xilokorus
İki nöqtəli xilokorus lat. Chilocorus bipustulatus L.-Ovalşəkilli, yığcam bədəni olmaqla, başı qaradır, iri mürəkkəb gözləri aydın görünür. Ovalşəkilli, yığcam bədəni olmaqla, başı qaradır, iri mürəkkəb gözləri aydın görünür. Ağız tərəfi sarımtıldır. Qaramtıl-qırmızıya çalan rəng çalarları var. Ətraflarında dırmanmaq üçün caynaqları var. Əsasən meyvə bağlarında və qovaq ağacında yastıcalarla qidalanır. Əsas qidasını yastıcalar fəsiləsinin (Diaspididae) növləri təşkil edir. İl ərzində iki nəsil verir: Birinci nəsil iyun ayının sonunda, ikinci nəsil sentyabrın əvvəllərində başa çatır. İsti yay günlərində bükülmüş yarpaqlar arasında və ağacların qabığı altında sükunət dövrü keçirir.
Niğdəli Mustafa Paşa
Niğdəli Mustafa Paşa (v. 12 mart 1632, Konstantinopol, Osmanlı imperiyası) — II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. İndiki Niğdə bölgəsindən devşirilərək yeniçəri ocağına alınmış, burada yetişmişdir. Müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 1620-ci ildə yeniçəri ağalığına yüksəldi. Bu vəzifədə ikən II Osmanın Lehistan səfərinə qatıldı. Ancaq Sultan Osmanın səfər boyunca yeniçərilərdən narazılığı səbəbilə, səfərin ardından 1621-ci ilin dekabrında kaptan-ı dərya təyin edilərək yeniçəri ocağından uzaqlaşdırıldı. Bu vəzifədə cəmi 6 ay qalan Mustafa Paşa Sultan Osmanın taxtdan endirilərək öldürülməsi və əmisi Sultan Mustafanın yenidən taxta çıxarılmasının ardından vəzifədən alındı. 1629-cu ildə dəftərdar, 1631-ci ildə isə vəzirlik rütbəsilə baş dəftərdar təyin olundu. Qısa zamanda Sultan Muradla yaxın əlaqələr saxladı və onun ən yaxın adamlarından birinə çevrildi.
Neftli-qazlı hövzə
Neftli-qazlı hövzə — böyük geostruktur elementi daxilində məhdudlaşan neft və qaz akkumulyasiyasının struktur zonalarının məcmusu. Bu ərazilər geoloji təkamülü karbohidrogenlərin generasiya və miqrasiyasını, sənaye yığımlarının əmələ gəlməsini və həmçinin onların uzun geoloji müddət ərzində konservasiyasını təmin edir. Kənardan hövzəyə gələn karbohidrogen axınları hövzənin ehtiyatlarında nəzərə çarpacaq rol oynamır. Tektonik parametrlərə görə neftli-qazlı hövzələr platforma hövzələrinə, mütəhərrik zolaq hövzələrinə və keçid hövzələrinə bölünür. Mütəhərrik vilayətlərdə qırışıqlıq və ya özül komplekslərinin səthə çıxması ilə hüdudlandığına görə neftli-qazlı hövzə ayırmaq çətinlik törətmir (Vyana, Fərqanə və başqa neftli-qazlı hövzələr). Neftli-qazlı hövzələrinin sahəsi bir neçə onlarla kvadrat kilometrdən bir neçə yüz kvadrat kilometrə qədər dəyişə bilər.
Neftli-qazlı süxurlar
Neftli-qazlı süxurlar – məsaməli qum, qumlu-gil, qumdaşları, əhəngdaşlarından ibarət neft və qaz yataqları saxlayan süxurlar. Əsasən çökmə və qismən vulkanogen-çökmə süxur hövzələri ilə əlaqədardır. Burada mövcud olan endogen, ekzogen və biokimyəvi proseslər nəticəsində C və H elementlərinin sintez dəyişmələri baş verir. Süxurlarda çatlılığın az olması və yaxud heç olmaması səbəbində qaz materialının da toplanması üçün şərait yaranır. Kimyəvi elementlərdən Ca, Ba, Mo, Br, S, Cs və s. ilə zəngin və əksinə Mg, Si, P və Sr elementləri ilə kasıb olur. Nefli süxurlardan fərqli olaraq neftli-qazlı süxurlarda C elementinin də toplanması müşahidə olunur. Neftli süxurlarda ən çox Br elementi axtarış əhəmiyyəti daşıdığı halda, neftli-qazlı süxurlarda S elementi aparıcı əlamət hesab olunur. Biofil elementlərdən K, C və J birləşmələrinin miqrasiyası yüksəkdir. Ba / Al nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Tefteli
Tefteli - çəkilmiş ətdən kürəciklər şəklində hazırlanan yeməkdir, dünyanın bir çox xalqlarının mətbəxində müəyyən adlarla adlandırılır. Məsələn, İsveçdə bu yemək ölkənin mülli yeməklərindən biri hesab olunur və İsveç frikadelki adlandırılır.
10 nöqtəli adalia parabüzəni
10 nöqtəli adalia parabüzəni (lat. Adalia decimpunctata) — parabüzənlər ailəsinin Coccinellinae yarımfəsiləsinə aid böcək növü. == Quruluşu == Bədən formaları yumru, qanadlarının üzəri sarımtıl və bir az da qırmızıya çalır. Üzərində simmetrik olaraq 10 ədəd eyni böyüklükdə qara nöqtələri var. Qoz və qovaq mənənəsi ilə qidalanırlar. == Biologiyası == Yüksək temperatur şəraitində yaşlı və sürfə formaları daha fəal olurlar. Bir qayda olaraq yumurtalarını qoz ağaclarının aşağı yerlərində olan yarpaqlarının alt tərəfinə, mənənə koloniyasının arasına qoyurlar. Qoz ağacının qurumuş hissəsində qabıq altında, Günəş düşən tərəfdə qışlayırlar. Qış sığınacaqlarına oktyabr ayının ikinci yarısından çəkilirlər. Aprel ayının ortalarından ağaclarda yayılmağa başlayırlar.