Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Conatan Nolan
Conatan Nolan (6 iyun 1976, London) — ingilis-amerikalı rejissor, prodüser və ssenarist == Həyatı və fəaliyyəti == Conatan Nolan Londonda anadan olub, lakin Çikaqoda böyüyüb. 1994-cü ildə İllinoys ştatındakı "Loyola Akademiyasını", 1999-cu ildə Vaşinqtondakı "Corctaun Universitetini" bitirib. Universitetdə oxyarkən "Memento Mori " adlı kiçik bir hekayə yazır. Qardaşı Kristofer Nolan həmin hekayənin motivləri əsasında "Memento" (2000) adlı film çəkir. Sonralar Conatan Nolan, "Prestij", "Qaran cəngavər" və "İnterstellar" ( Ulduzlararası ) filmlərində ssenarist kimi qardaşı ilə birlikdə çalışır. 2011-ci ildən Amerikan "CBC" kanalında yayımlanan "Person of Interest" serialının prodüseri, ssenaristi və yaradıcısıdır. Şəxsi həyatı Prodüser və ssenarist Lisa Coy ilə evlidir.
Kristofer Nolan
Kristofer Nolan (ing. Christopher Jonathan James Nolan; 30 iyul 1970[…], London) — Böyük Britaniya və ABŞ rejissoru, ssenarist, prodüser, kinematoqraf və redaktor == Həyatı == Kristofer Nolan son dövrlərdə Hollivuddan çıxan azasaylı fərqli rejissorlardandır. Nolan ilk öncə ssenariləri yaxşı işləyir, sonradan isə filmlərdə öz məharətini göstərir. Bu filmdə dövrün ab-havasını çox gözəl yaradıb. Kristofer Nolan 1970-ci il iyulun 30-da İngiltərənin paytaxtı London şəhərində anadan olmuşdur. Kiçik yaşlarından film çəkməyə marağı olan Nolan, atasının ona video-kamera alması ilə bu hobbisinin artıq daha real olmasını istəyir. Nolanın ilk fimi 1997-ci ildə reallaşdırığı qısa-metrajlı Doodlebug filmi olur. Nolan bu filmi ilə Hollivudda gələcək vəd edən rejissor kimi tanınmağa başlayır. Filmdə qismən fantastik məcrada psixoloji gərginliyi düzgün əks etdirən Nolan, sonda verdiyi mesaj ilə filmin yekununu süjetə tam uyğun şəkildə ifadə edir. Növbəti filmində də birlikdə işləyəcəyi Ceremi Teobald bu filmdəki yeganə aktyor idi.
Nolan Buşnell
Nolan Buşnell (5 fevral 1943, Klirfild[d], Yuta) — mühəndis. == Həyatı == Buşnell 5 fevral 1943-cü il Yuta ştatı (ABŞ) Klervill şəhərində doğulub. Kiçik yaşlarından elektronika sahəsinə maraq göstərib. Loqan şəhərindəki kolleci bitirən Buşnell bir neçə il sonra Yuta ştatının universitetinə daxil olur. Mühəndislik elmlərindən başqa, o, maraqla iqtisadiyyatı, fəlsəfəni, riyaziyyatı və biznesin təşkilini öyrənirdi. Nolan təhsil aldığı dövrdə universitetdə Devid Evans və İvan Sazerlend elektron qrafikləri kursunu tədris edirdilər. Onlar Buşnellin gələcək uğurlu karyerasının bünövrəsini qoydular. O, bu kurslarda həvəslə iştirak edir və elektronika sahəsinin incəliklərini öyrənməyə və tətbiq etməyə səy göstərirdi. Buşnel kompüterlərə, xüsusilə videooyunlara heyran qalmışdı. O zaman "Ulduzlu müharibələr" adlı oyun xüsusilə məşhur idi.
Nolan Nort
Nolan Nort (ing. Nolan North; 31 oktyabr 1970, Nyu-Heyven[d]) — ABŞ film və səs aktyoru. == Həyatı == Nyu-Heyvendə anadan olmuşdur. Şimali Karolina Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Təxminən bir il Nyu-Cersidə jurnalist kimi çalışmışdır. O, sonra Nyu-Yorka köçmüş və burada aktyorluq karyerasına başlamışdır. O, "Gözəl kiçik yalançılar" serialında Piter Hastinqs rolunu oynayaraq şöhrət qazanmışdır. 1999-cu ildən Cill Morrey ilə evlidir və iki oğlu var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Nolan Nort ilə əlaqəli mediafayllar var.
Cola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Kola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Nela
Nela — ad. Nela Hasanbeqoviç — Bosniyalı heykəltəraşdır. Nela Kuburoviç — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. Nela Erjişnik — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı.
Noda
Noda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1100 nəfərdir. == Toponimiyası == Əsl adının Norudi olduğu söylənilir. Oykonim talış dilindəki no (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 161 000 manat vəsait ayrılmışdır.
Nona
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor.DigərLa Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Noua
Noua və ya Noa — Mərkəzi və Şərqi Rumıniyada, Moldova və Ukraynanın qərbində yayılmış tunc dövrünə (e.ə. II minlliyin son rübü) aid arxeoloji mədəniyyət. Rumıniyanın Noua kəndi yaxınlığındakı qəbiristanlığın adı ilə adlandırılmışdır. Noua üçün dirəküstü evlər, təsərrüfat quyuları və s. səciyyəvidir. Ölülər sayları təqribən 200 olan torpaq qəbirlərdə bükülü vəziyyətdə, bəzən yandırılaraq dəfn olunmuşdur. Qəbirlərdən kobud və ya bir qədər nazik şüyrələnmiş qara, boz keramika, sancaqlar, tunc nizə və sümük ox ucduqları və s. aşkar edilmişdir. İbtidai icma quruluşunda yaşayan Noua tayfaları əsasən maldarlıq, qismən də əkinçiliklə məşğul olmuşlar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Мелюкова А. И. Памятники скифского времени лесостепного Среднего Поднестровья // Материалы и исследования по археологии СССР, № 64, М., 1958; Балагурі Е. А. Могильник культури Ноа на Станіславщині, «Археологія», 1961, т.
Yola
Yola — Nigeriyanın Adamava ştatının paytaxtı. == Adı == Şəhərin adı böyük düzənlik və ya geniş düzənlik torpaq deməkdir.
Nota
Not
A Bola
A Bola (İngiliscə: "Top") Lissabonda dərc edilən portuqal dilində idman qəzetidir. == Tarix və Profil == A Bola 1945-ci ildə Kandido de Oliveyra və Ribeyro dos Reis tərəfindən Lissabon şəhərində təsis edilmiş və həftədə 2 dəfə çap edilirdi. 1995-ci ildən etibarən isə qəzet gündəlik olaraq çap edilməyə başlandı. Qəzetin aşağı hissəsində "Bütün idmanların qəzeti" başlığı əks olunsada əslində böyük ölçüdə futbol mövzusunu özündə əks edir. 1952–53 mövsümündən etibarən, qəzet Portuqaliya liqasının bombardirinə Gümüş top (Portuqaliya) mükafatını təqdim etməkdədir. Qəzet həmçinin Portuqaliya müstəmləkəsi olmuş bəzi Afrika ölkələrində çox populyardır. 2006-cı ildən etibarən isə qəzet portuqal əsilli əhalinin geniş yayıldığı Nyuark və Nyu-Cersi kimi Amerika Birləşmiş Ştatları şəhərlərində çap edilməkdədir. 2014-cü ildən isə qəzetin televiziya kanalı fəaliyyət göstərməkdədir.
Akemi Noda
Akemi Noda (yap. 野田 朱美; 13 oktyabr 1969) — keçmiş Yaponiya qadın futbolçusu və məşqçisi. Yaponiyanın milli futbol komandası‎nın üzvü olmuşdur. == Oyunçu karyerası == Noda 13 oktyabr 1969-cu ildə Komae şəhərində anadan olmuşdurş 1982-ci ildə o, Yomiuri Beleza klubuna qoşuldu. Klub ardıcıl 4 il (1990-1993) L.Liqanın qalibi oldu. 1990 mövsümündə 16 qolla ən yaxşı bombardir oldu və Ən dəyərli oyunçu mükafatlarına layiq görüldü. O, həmçinin 5 dəfə (1989, 1990, 1991, 1993 və 1994) Ən yaxşı onbirlik heyətinə salınmışdır. 1995-ci ildə "Takarazuka Bunnis" klubuna keçdi. 1996-cı ildə təqaüdə çıxdı. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 76 oyun keçirib, 24 qol vurub.
Artemisia nova
Artemisia nova (lat. Artemisia nova) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Askaniya-Nova
Askaniya-Nova — Cənubi Ukraynanın Xerson vilayətində Çaplı (indi Çaplinsk) rayonunda qəsəbə, ovalıqlar, çöllər Böyük Çaplı adlanırdı. XVIII əsrin 70-ci illərində Rusiyanın idarəsinə keçdikdən sonra da hələ öz əski türk adıyla yaşamaqda idi. Istilanın ilk illərində bu ərazidə Böyük Çaplı rus hərbi keşikçi postu qurulmuşdu. 1828-ci ildə isə bu münbit torpaqlarda Hersoq Anhaldt Hettenskinin alman koloniyasının əsası qoyuldu. Alman Qraflıqları ilə qohumluq əlaqəsi saxlayan çar ailəsi Romanovların dəvət etdikləri və böyük səxavətlə verimli torpaqları bağışladıqları kolonistlər bu yeni əldə etdikləri mülklərə öz əski dədə-baba yerlərinin adlarını qoyurdular. Elə bu yerlərin yeni sahibi də öz ata-baba yurdu Askaniya Hersoqluğunun xatirəsinə 1832-ci ildə böyük Çaplını Askaniya Nova adlandırdı. İndiki Askaniya Nova Dövlət Qoruğu əvvəl Böyük Çaplı bazılarının (təpələrinin) ətəklərində yerləşdiyindən əvvəllər Çaplı adlansa da, sonralar Askaniya Nova kimi rəsmiləşir.Bu çöllərdə eyniadlı Askaniya Nova adlı qoyun cinsi yetişdirilir. Rusların gəlişinə qədər bu yerlərin sakinləri tatarlar (noqay türkləri) idilər. Bu torpaqlar məhz istila olunduqdan sonra ruslar, ukraynalılar burada Qara dəniz boyunca yerləşdirilmişdir. Odur ki, Çaplı adını türk toponimiyasında axtarmaq lazımdır.
Bosa nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Bossa-nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Cola acuminata
Sivri kola (lat. Cola acuminata) - kola cinsinə aid bitki növü.
Cola nitida
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Crisalide (Vola)
Crisalide (Vola) — (azərb. Barama (Uç)‎) San-Marinonun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Dominik Kola
Dominik Kola (fr. Dominique Colas; 14 avqust 1944) — fransız politoloq, Parisdəki Siyasi Araşdırmalar İnstitutunun Siyasi Elmlər üzrə adyunkt-professoru. == Həyatı == === Təhsili === Dominik Kola 1967-ci ildə Sorbonnadan fəlsəfə dərəcəsini (DES) , ardından 1972-ci ildə Paris I Universitetində siyasət elmi dərəcəsi almışdır. 1980-ci ildən bəri D. Kola siyasi elmlər namizədidir. Doktorluq dissertasiyasını "Lenin inqilabi partiyası nəzəriyyəsi və onun siyasi nəticələri" mövzusunda yazmışdır. == Fəaliyyəti == 1970–1981-ci illərdə Orta Təhsil Fəlsəfəsi professoru, Saint-Quentin Texniki Məktəbi, daha sonra Lisey, Thiais-də Qiyam Apolliner. 1990–1995-ci illərdə Paris IX Universitetində professor. 1995-ci ildən IET Paris-də Siyasi Elmlər professoru. Elen Karrera d’Ankosanın yerinə DEA və PhD daxil olan Sovet və Şərqi Avropada aspiranturanın direktoru vəzifəsini icra etdi. 1994–1996-cı illərdə Moskva və Sankt-Peterburqda Fransız Universitet Kollecində müəllim.
Enola Gay
Enola Gay — İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan Boeing B-29 Superfortress tipli bombardman təyyarəsi. Təyyarə adını hələ uçuş xəttində ikən seçən pilot Paul Tibbetin anası Enola Qay Tibbetsdən almışdır. İkinci dünya müharibəsinin son mərhələlərində 6 avqust 1945-ci ildə dünyada atom bombası atan ilk təyyarə olmuşdur. "Little Boy" ("Kiçik Oğlan") adlı atom bombasının hədəfi kimi Yaponiyanın Hiroşima şəhəri seçilmiş və şəhərdə görünməmiş dağınıtıya səbəb olmuşdur. "Enola Gay" Kokuranı hədəf almaq istəyən ikinci atom hücumunda kəşfiyyat təyyarəsi kimi iştirak etmişdir. Lakin buludlar və tüstüyə görə hədəf dəyişdirilərək Naqasaki şəhəri seçilmişdir. İkinci dünya müharibəsindən sonra təyyarə ABŞ-yə qayıdıb Nyu-Meksiko ştatındakı Kəşfiyyatçı Hava Qüvvələri Bazasında istifadə olunmağa başlamışdır. "Crossroads əməliyyatı" zamanı nüvə silahının testi üçün Sakit okeana uçsa da, sonda Bikini atoluna atom bombası atacaq təyyarə kimi seçilməmişdir. Həmin il "Enola Gay" Smitsonian İnstitutunun bazasında illərlə qalmış, 1961-ci ildə sökülüb institutun Merilend ştatının Suitlend şəhərindəki anbarına aparılana qədər havaya və suvenir ovçularına qarşı müdafiəsiz qalmışdır. 1980-ci illərdə bəzi veteranlar Smitsonian İnstitutundan təyyarənin sərgilənməsi tələb etmişlər.
Ezgi Mola
Mercan Ezgi Mola (d. 29 mart 1983, İstanbul) — teatr, film və televizya aktrisası. == Həyatı == 2000-ci ildə Akademiya İstanbulda təhsilinə başladı. Hələ 18 yaşı tamam olmadan Kartal Tibetin yönətdiyi Karate Can serialında ilk televiziya təcrübəsini qazandı. Müjdat Gezen Sənət Mərkəzinə qəbul oldu və 4 il təhsil aldı. Bu arada Aydoğan Temeldən də 2 il teatr təhsili aldı. Yenə Aydoğan Temelin liderliyindəki bir teatr mərkəzində "Çürük Alma" tamaşasında ilk səhnə təcrübəsini yaşadı. 2005-ci ilin Oktyabrında BKM Atölyəsinə qatıldı.2005-ci ildə saf bir saç ustası rolunu canlandırdığı "Hırsız Polis" serialının gördüyü böyük bir maraq sayəsində tanınmağa başladı.2006-cı ildə çəkilən "Hayatımın Kadınısın" filmindəki roluyla uğur qazandı. Bu filmdə şəxsi hədəf olaraq gördüyü Türkan Şoray ilə qarşılıqlı rol almaq fürsəti qazanaraq özünü göstərə biləcəyi bir rolu canlandırma şansı qazandı. Bu roluyla 2007-ci ildə Ən Yaxşı Qadın Yardımcı Oyunçu naminasiyasında Sadri Alışık mükafatına sahib oldu.
Ficus nota
Ficus nota (lat. Ficus nota) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Garcinia kola
Garcinia kola (lat. Garcinia kola) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Kejsi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.