Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nüşabə Araslı
Nüşabə Həmid qızı Araslı (25 mart 1941, Bakı) — Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2017). Nüşabə Araslı 25 mart 1941-ci ildə Bakıda anadan olub. Akademik Həmid Araslının sonuncu övladıdır. İlk təhsilini 1947–1957-ci illərdə alıb. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1969-cu ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Nizamişünaslıq", "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbələrində əvvəl kiçik, sonra böyük və aparıcı elmi işçi vəzifələrində çalışır, 1988-ci ildə "Nizami və Türk ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Alim əmək fəaliyyətinə Azərbaycan EA-nın (hazırkı AMEA-nın) Əlyazmaları Fondunda kiçik elmi işçi vəzifəsindən başlayıb. 1963-cü ildə keçmiş SSRİ Geologiya Nazirliyinin xətti ilə Əfqanıstana ezam olunaraq, Məzari-Şərifdə çalışan neftçilər qrupunda rus-fars dilləri üzrə tərcüməçi işləyib. Nüşabə Araslı klassik Şərq və Azərbaycan ədəbiyyatının mahir bilicisi olmaqla yanaşı, qədim və orta əsrlərdə ədəbi dil, mətnşünaslıq və Şərq poetika sənəti üzrə hal-hazırda bütün Asiya regionunda seçilən nadir mütəxəssislərdən biridir. Onun elmi fəaliyyətinin əsas aparıcı istiqamətini qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik Azərbaycan poeziyasının Şərq xalqları ədəbiyyatları ilə, xüsusən Türk ədəbiyyatı ilə qarşılıqlı əlaqələri, tipologiyası, özəl xüsusiyyətləri təşkil edir.
Nüşabə Məmmədova
Nüşabə Əsəd Məmmədli (8 dekabr 1946, Kirovabad) – müasir Azərbaycan yazıçısı, jurnalisti, dramaturqu, publisiti və ictimai xadimidir. Psixoloji realizm üsulunda yazdığı əsərlər 21-ci əsrin vacib və aktual problemlərini qaldırır. Əsərlərin çoxsunda həyatın şəraitlər ilə savaşan bir güclü qadın obrazı yaradır. Bir neçə əsərərində Nüşabə Məmmədli tarixi motivlərə əsaslanır. (“Cavad xan”, “Süleyman peyğambərin padşaqlığı”) Əsərləri rus, inqilis, polyak, gürcü, ukrayn, fars, türk dillərinə tərcümə olunmuşdur. Azərbaycan ədəbiyyatının “İmpressionizm”in banisidir. Nüşabə Məmmədova Əsəd qızı Gəncədə doğulub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən "Novosti Gyandji" qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin qəzetin redaktoru olub.
Nüşabə Sadıxlı
Sadıxlı Nüşabə Ağabala qızı — filologiya üzrə fəlsəfə doktoru, Müsavat Partiyası Məclisinin sədri. Nüşabə Sadıxlı 1949-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri 190 N-li məktəbdə alıb. 1972-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1984-cü ildə həmin fakültənin aspiranturasının əyani şöbəsini bitirib. 1972-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışır. Fəaliyyəti dövründə fakültə elmi şurasının üzvü olub və universitetin elmi, ictimai həyatında yaxından iştirak edib. Bu fəaliyyətinə görə BDU-nun rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Dünya ədəbiyyatı kafedrasının dosentidir. Dünya ədəbiyyatı fənnini Filologiya və Jurnalistika fakültələrində tədris edir. 1984-cü ildə "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Nüşabə Vəkilova
Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəridir (2019-cu ildən). Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olub. 190 nömrəli məktəbdə təhsil alıb. ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alıb. Az. EA-nın (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani bölməsinin aspirantı olmuş, 1981-ci ildən 2000-ci ilə kimi isə burada əmək fəaliyyətini davam etdirmişdir. "Cənubi Azərbaycan maarifçilərinin ictimai — siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır. "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2000–2015-ci illər ərzinde Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur.
Nüşabə Ələsgərli
Nüşabə Ələsgər qızı Hümmətova (Nüşabə Ələsgərli) (21 dekabr 1967, Nuxa) — Azərbaycan müğənnisi və aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Hümmətova Nüşabə Ələsgər qızı (Nüşabə Ələsgərli) 21 dekabr 1967-ci ildə Şəkidə anadan olmuşdur. Atası Hümmətov Ələsgər Xəlil oğlu həkim, anası Hümmətova Solmaz Qaffar qızı müəllimə olmuşdur. Uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənmişdir. 1974-cü ildə 1-ci sinifə getmiş, lakin 1976-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etmiş və eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır. 1982-ci ildə 8-ci sinfi bitirib Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsinə daxil olmuşdur. 1986-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuşdur. Həm məktəbdə, həm texnikumda, həm də Konservatoriyada təhsil illərində Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyevdən dərs almışdır. Məktəbdə xorda oxuyarkən, təhsil məkanlarında isə bir müəllim kimi Fazil Əliyevin tələbəsi olmuşdur.
Nüşabə Məmmədli
Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) (6 yanvar 1953, Ağdam) — yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, "Yazıçı qadınlar" jurnalının təsisçisi və baş redaktoru. Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) 6 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna daxil olmuş və oranı ingilis dili müəllimi ixtisası üzrə uğurla bitirərək əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlamışdır. N. Məmmədli "Ədalət", "İnterfaks", "Reportar", "Karvan" qəzetlərində müxbir, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışmışdır. N. Məmmədli bədii yaradıcılığa hələ erkən yaşlarında başlamışdır (1967). N. Məmmədli çoxlu sayda esse, mənsur şeirlərin, şeirlərin, lətifələrin, satirik hekayələrin, hekayə, oçerk, pritça, rəvayət və əfsanələrin, habelə alleqorik povestlərin və irihəcmli romanların müəllifidir. Onun çoxlu sayda əsərləri Qarabağa, şəhidlərə, qaçqınlara və əsr düşmüş qadınlara həsr olunub. Nüşabə Məmmədlinin Qarabağın əsir düşmüş qadınlarından bəhs edən "Zəngulə" romanı bir sıra mükafatlara layiq görülmüşdür. Bu əsər 2005-ci ildə "İlin kitabı" elan olunmuşdur. Nüşabə Məmmədlinin "Göylərdə keçən ömür" sənədli povesti, "Bu bir oyundur" hekayələr kitabı, "Zəngulə", "Vicdan dustağı", "Sevgi xiyabanı" romanları oxucular tərəfindən maraqla qarşılanmışdır.
Nüşabə Babayeva-Vəkilova
Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəridir (2019-cu ildən). Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olub. 190 nömrəli məktəbdə təhsil alıb. ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alıb. Az. EA-nın (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani bölməsinin aspirantı olmuş, 1981-ci ildən 2000-ci ilə kimi isə burada əmək fəaliyyətini davam etdirmişdir. "Cənubi Azərbaycan maarifçilərinin ictimai — siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır. "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2000–2015-ci illər ərzinde Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur.
Nüşabə Əsəd Məmmədli
Nüşabə Əsəd Məmmədli (8 dekabr 1946, Kirovabad) – müasir Azərbaycan yazıçısı, jurnalisti, dramaturqu, publisiti və ictimai xadimidir. Psixoloji realizm üsulunda yazdığı əsərlər 21-ci əsrin vacib və aktual problemlərini qaldırır. Əsərlərin çoxsunda həyatın şəraitlər ilə savaşan bir güclü qadın obrazı yaradır. Bir neçə əsərərində Nüşabə Məmmədli tarixi motivlərə əsaslanır. (“Cavad xan”, “Süleyman peyğambərin padşaqlığı”) Əsərləri rus, inqilis, polyak, gürcü, ukrayn, fars, türk dillərinə tərcümə olunmuşdur. Azərbaycan ədəbiyyatının “İmpressionizm”in banisidir. Nüşabə Məmmədova Əsəd qızı Gəncədə doğulub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən "Novosti Gyandji" qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin qəzetin redaktoru olub.
İsgəndərin Nüşabə ilə görüşməsi
İsgəndərin Nüşabə ilə görüşməsi — 1545–1550-ci illərdə hazırlanmış Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Əsərin daxil olsuğu əlyazması Los-Anceles Dairəsi İncəsənət Muzeyində saxlanılır. Nizaminin "İsgəndərnamə" poemasında, İsgəndər eşidir ki, Bərdədə Nüşabə adlı bir qadın padşahdır. O, öz sarayında yalnız qadınları saxlayır və kişiləri yanına buraxmır. İsgəndərin elçisi adı ilə şəxsən Nüşabənin yanına gələn İsgəndər padşah hüzurunda baş əymir, qılıncını açmır, çox cəsarətlə və ötkəm danışır. Bu zaman Nüşabə duyur ki, qarşısında dayanan elçi yox, İsgəndərin özüdür. O, deyir: Makedoniyalılarla düşmən olmaq istəməyən Nüşabə simvolik ziyafət düzəldib , İsgəndərə yemək əvəzinə daş-qaş təklif edir. İsgəndərin Sualına Nüşabə cavab verir ki, Nüşabənin bu dərin mənalı, müdrik sözləri İsgəndərə təsir edir, onu müharibədən uzaqlaşdırır. Rəssam öz əsərində ibrətamiz süjetin incəliyini dərk edib onu məharətlə miniatür dilinə çevirmiş, mətnə uyğun olaraq, Nüşabənin ətrafında yalnız qadınlardan ibarət saray əhli təsvir etmişdir. Şəklin mərkəzində, ornamentlərlə bəzədilmiş tağ altında qızılbaş papaqlı İsgəndər və Nüşabə əyləşmişlər.
Qüsabə (Meşkinşəhr)
Qüsabə (fars. قصابه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,110 nəfər yaşayır (488 ailə).
Nuşabad
Nuşabad — İranın İsfahan ostanının Aran və Bidgül şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,476 nəfər və 2,859 ailədən ibarət idi.
Nuranə Nur
Nuranə Nur — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident Mükafatçısı. Nuranə Nur 1980-ci ildə Göyçayda anadan olub. Bakı şəhər Nərimanov rayonu 39 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Nizami rayonu 289 saylı Zəngi liseyində davam etdirib.1997-ci ildə həmin liseyi bitirərək 1 saylı Bakı Tibb Məktəbinə daxil olub, tibb bacısı ixtisasi alıb. 2012 ci ildə Bakı Slavyan Universitetinin " Yaradıcılıq" fakültəsinə daxil olub. Şeirləri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət", "Kaspi" qəzetlərində, "Poeziya günü" almanaxında (2010), ingilis dilində "Buta"(2010) poeziya antologiyasında və digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio ve televiziya dalğalarında müntəzəm çıxışları olur . Şeirləri bir neçə xarici dilə tərcümə edilib. Vaşinqtonda, İraqda, Türkiyədə və Təbrizdə Ədəbi dərgilərdə çap olunub.Şairin "Yanaqda yağış yeri", " Yoxluğuna və sağlığına" , " Darıxmaq kimi " kitabları işıq üzü görüb. Internet məkanında,ədəbi portallarda daim yeni şeirləri ilə çıxışlar edir.
Məlik Xoşabə
Məlik Xoşabə Yusif (süry. ܡܠܟ ܚܕܒܫܒܐ ܝܘܣܦ; 1877 – 1952, İraq) — aysor hərbi lideri, Tyari qəbiləsinin məliki. O, Birinci Dünya müharibəsi zamanı Assuriya müstəqillik hərəkatında mühüm rol oynamışdır. Sonrakı həyatda Xoşabə aysorlar arasında böyük mübahisələrə səbəb olmuşdur. O, bir çoxları tərəfindən, xüsusən 1932-ci ildə yeni yaradılmış və ərəblərin dominantlıq etdiyi İraq dövlətində Assuriya muxtariyyətinin işini sarsıtmaqda bölücü fiqur kimi görünürdü. Britaniya ordusunun zabiti Ronald Sempill Staffordun dediyinə görə, Xoşabə öz arvadını və qızını əxlaqsız hərəkətlər etdiyinə inanaraq öldürmüşdür.
Nuavə (Sərdəşt)
Nuavə (fars. نواوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 492 nəfər yaşayır (68 ailə).
Nuranə Əliyeva (karateçi)
Nuranə Əliyeva (d. 21 avqust 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Nuranə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. Nuranə Əliyeva 21 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Nuranə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -50 kiloqram çəki dərəcəsində çıxış edən Nuranə Əliyeva, bürünc medal uğrunda görüşdə, İndoneziya nümayəndəsi Srunita Sukatendeli 1:1 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Qara nişanə (film)
Qara nişanə — Azərbaycanlı kinorejissor Vaqif Mustafayevin 2003-cü ildə Elmira Axundovanın "Poliqrafçının ölümü" (2001) kitabı əsasında çəkilmiş filmi. İki seriyalı bədii film Heydər Əliyevin həyatı və genişmiqyaslı fəaliyyətindən bəhs edir. Film keçmiş Sovet İttifaqı respublikalarında son onilliklərdə baş vermiş tarixi hadisələri əks etdirir. Filmin kadrları Bakı, Moskva və Naxçıvanda çəkilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin rolunu Polşanın tanınmış aktyoru Tadeuş Xuk, keçmiş SSRİ prezidenti Mixail Qorbaçov rolunu Rusiyanın xalq artisti Vsevolad Şilovski ifa ediblər.
Aşağı Nuşan (Urmiya)
Aşağı Nuşan (fars. نوشان سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (30 ailə).
Yuxarı Nuşan (Urmiya)
Yuxarı Nuşan (fars. نوشان عليا‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (37 ailə).
Nujabes
Cun Seba (瀬葉 淳, Seba Cun, 7 fevral 1974, Adaçi – 26 fevral 2010, Şibuya) və ya səhnə adı ilə Nujabes (ヌジャベス, Nucabesu) — yaponiyalı hip-hop prodüser və dicey. 26 fevral 2010-cu ildə Tokioda ağır yol qəzası nəticəsində ölmüşdür.
Nüsxə
Nüsxə — çox sayda predmetin biri. Siqnal nüsxəsi — nəşriyyatın çap etməyə hazırlaşdığı məhsulun təsdiq üçün hazırlanan birinci ədədi.
Nəsibə Abdullayeva
Nəsibə Abdullayeva (tam adı: Nəsibə Məlik qızı Yarməhəmmədova, özb. Nasiba Abdullaeva, fars. نصیبه عبدالله‌یوا‎, rus. Насиба Абдуллаева; 15 noyabr 1961, Səmərqənd) — Özbəkistan müğənnisi, Özbəkistanın (1993) və Azərbaycanın (2022) xalq artisti. Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinin inzibati mərkəzi olan Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olmuşdur. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.[mənbə göstərin] Gəncədə doğulmuş, milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə nikaha girmiş Nəsibə Yarməhəmmədovanın bu nikahından iki oğlu vardır: Ənvər Abdullayev (d. 1981) və Əkbər Abdullayev (d.
Nəsibə Eldarova
Nəsibə Novruz qızı Eldarova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014). Nəsibə Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil almışdır. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlamışdır. 1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada çalışır. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayır. Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktyor Əməkdar Artist Ömür Nağıyevin həyat yoldaşı olmuşdur.
Nəsibə Hüseynova
Nəsibə Hüseynova Ağa İsmayıl qızı (25 yanvar 1926, Bakı) — Azərbaycan pediatrı, tibb elmləri doktoru (1969), professor (1970), Səhiyyə əlaçısı (1984), Əmək veteranı (1986), Əməkdar həkim (1990). Nəsibə Hüseynova 25 yanvar 1926-cı ildə Bakı şəhərində Azərbaycan dili müəllimləri olan Ağa İsmayıl və Həvva Hüseynovların ailəsində anadan olmuşdur. O, 1943-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 1948-ci ildə Moskva şəhərinin N. İ. Piroqov adına Tibb İnstitutunu bitirmişdir. Nəsibə Hüseynova 1948-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsini icra etmişdir. Daha sonra 1950-1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır. 1955–1959-cu illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda əvvəlcə baş elmi işçi, sonra şöbə müdiri olaraq fəaliyyət göstərmişdir. Nəsibə Hüseynova 1959-cu ildən ATU-nin Hospital pediatriya kafedrasının dosenti, 1970-ci ildən etibarən isə həmin kafedranın professorudur. 1959–1961-ci illərdə SSRİ dövləti tərəfindən İraqa ezam olunmuş və orada müharibə şəraitində səhiyyə müşaviri işləmişdir. Bu şərəfli həkim işinə görə Nəsibə Hüseynova İraq hökuməti və Azərbaycan SSR-nin Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunmuşdur. 1970–1992-ci illərdə ATU-nin Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1992-ci ildən hal-hazıradək həmin kafedranın professoru vəzifəsində çalışır.
Nəsibə Həsənova
Nəsibə Həsənova (tam adı: Nəsibə Bəhruz qızı Həsənova; d. 15 dekabr 1994, Tümen, Rusiya) — Azərbaycan əsilli Rusiya futbolçusu. 13 yaşından futbol ilə məşğul olur. Barselona futbol klubunun azarkeşidir, ən sevdiyi futbolçu Tyerri Anridir.
Nəsibə Zeynalova
Nəsibə Cahangir qızı Zeynalova (20 aprel 1916, Bakı – 10 mart 2004, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR dövlət mükafatı laureatı (1974). Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib.
Robert Muqabe
Robert Muqabe (şo. Robert Gabriel Mugabe [muɡaɓe], ing. Robert Gabriel Mugabe [muːˈɡɑːbiː]; 21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya imperiyası – 6 sentyabr 2019[…]) — Zimbabvenin ikinci prezidenti (21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya imperiyası – 6 sentyabr 2019[…]), diktator. 21 fevral 1924-cü ildə Kutama qəsəbəsində anadan olan Muqabenin atası dülgər, anası isə Britaniya müstəmləkəsi olan Cənubi Rodeziyadan (indiki Zimbabve) müəllimə idi. Muqabe ibtidai təhsilini katolik məktəbində almış, ali təhsilini isə Cənubi Afrika Respublikasındakı qaralar üçün nəzərdə tutulmuş universitetdə davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra bir müddət Qana Respublikasında müəllim işləmişdir. Ölkəsinə geri qayıdarkən burada irqi mübarizənin gərginləşdiyini görən Muqabe müəllimlik işini buraxaraq, siyasi fəaliyyətə başlayır və Coşua Nkomonun yaratdığı Zimbabve Xalq İttifaqına qoşulur. 1963-cü ildə Coşua ilə gərgin münasibətlərinə görə Coşuadan ayrılıb özünə yeni partiya qurur. Yeni partiya rəhbəri olduqdan qısa müddət sonra həbs edilərək 11 il cəza çəkir. Bu illər o, çox əziyyət çəkir, işgəncələr görür, hətta xəstəlikdən dünyasını dəyişmiş üçyaşlı oğlunun dəfninə də onu buraxmırlar.
Rübabə Muradova
Rübabə Xəlil qızı Muradova (22 mart 1933, Ərdəbil – 28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971). Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur, amma onun şəxsi həyatı uğurlu olmur. O anasını itirdikdən sonra siqaret və içkiyə qoşanır. Bilindiyinə görə Rübabə Muradova Leyli və Məncnun operasında Leyli obrazını canlandırarkən o içkili olub və pis sözlərdən işlədib. O içkiyə səbəbindən "qaraciyər serozu" xəstəliyini tapır. 28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Rübabə Axundova
Axundova Rübabə Məmməd qızı (1907, Azərbaycan Respublikası, Şamaxı—1969)— Azərbaycanın əməkdar müəllimi, SSRİ Ali Sovetinin iki çağırışının deputatı, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru olmuşdur. Rübabə Məmməd qızı Axundova Azərbaycanın Şamaxı rayonunda anadan olmuş, bir çox rəhbər vəzifələrdə çalışmış və əməkdar müəllim fəxri adlına layiq görülmüşdür. 11 yaşı olanda atası rəhmətə getmiş və o bacısının ailəsində tərbiyə almışdı. 1925-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı dövlət Universiteti) Şərq fakültəsinə qəbul olmuşdur. 1928-ci ildə həmin fakültəni bitirmişdir. Rübabə xanım həmçinin Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsinin də məzunudur. 1928-ci ildən Bakı şəhəri Stalin rayonunda (indiki Səbail rayonu) orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, Bakı şəhəri Voroşilov rayonu (indiki Səbail rayonu, vaxtilə ayrıca rayon olmuş, daha sonra Stalin, yəni indiki Səbail rayonuna birləşdirilmişdir) 132 nömrəli qızlar orta məktəbinin tədris bölməsinin müdiri olmuşdur. 1947-ci ilin oktyabrından Azərbaycan SSR ibtidai və orta məktəb işçilərinin peşə ittifaqı Mərkəzi Komitəsinin sədri olmuşdur. Daha sonra M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru vəzifəsində çalışmışdır. Rübabə Axundova bir sıra dövlət mükafatlarına da layiq görülmüşdür.
Vüsalə Seyfəddinova
Vüsalə Seyfəddinova — (Qumlaq, Oğuz, Azərbaycan, 3 noyabr 2000) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycanın qadınlardan ibarət A Milli komandasının yarımmüdafiəçisi. == Həyatı və Karyerası == 2019-cu ilə qədər "Uğur" klubunda çıxış etdi. 2019/2020-ci illərdə Vüsalə "Ryazan" klubunda 3 oyun meydana çıxmışdır. 2022-ci ildə o "Çaykur Rizespor" klubu ilə müqavilə imzaladı. 2023-cü ildə "Amedspor" klubuna transfer oldu. 2024-cü ildə "Olimpiyada İmittou" klubunda çıxış etmişdir. == Milli Karyerası == 2015-2016 Azərbaycan U17, 2017-2018-ci ildə isə Azərbaycan U19 millisinəd çıxış edib. 2019-cu ildən Azərbaycanın qadınlardan ibarət A milli yığmasında çıxış edir.
Vüsalə Abışova
Vüsalə Mahir qızı Abışova və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist. == Həyatı == 1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur. Ailəlidir, bir övladı var. == Jurnalist fəaliyyəti == 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır.