Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nurməmməd Şahsuvarov
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az-əbcəd. نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو‎; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri. Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş, 1940-cı ildə isə sürgün olunmuşdur. Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir. Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir. Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin] Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin] Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib.
Nurməmməd Məmmədov
Nurməmməd Yaşar oğlu Məmmədov (7 sentyabr 1951, Baş Zəyzid, Nuxa rayonu) — texnika elmləri namizədi, dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri professoru, "Mühəndis sistemləri və qurğularının tikintisi" kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının və Beynəlxalq Kadrlar Akademiyasının professoru, BMT-nin enerji səmərəliliyi və alternativ bərpa olunan enerji mənbələri üzrə milli eksperti, "Ekoogiya və həyat fəaliyyətinin təhlükəsizliyi" Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü-akademiki, "Ekologiya və Su təsərrüfatı" Elmi-texniki və İstehsalat jurnalının baş redaktoru. Nurməmməd Məmmədov 7 sentyabr 1951-ci il tarixdə Nuxa rayonunun Baş Zəyzid kəndində anadan olub. Orta təhsilə Baş Zəyzid kənd səkkizillik məktəbində başlamış və 1968-ci ildə Orta Zəyzid kənd orta məktəbində tamamlamışdır. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini yüksək nəticələrlə başa vurmuş və "İstilik-qaz təchizatı və ventilyasiya" ixtisası üzrə inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun, sonradan yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun nəzdinə keçmiş birləşmiş qazanxanada növbə rəisi kimi başlamış və 1977-ci ilədək həmin vəzifədə işləmişdir. 1977-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyətlə məşğuldur. Ailəlidir. İki övladı və altı nəvəsi var. 22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İstilik-qaz təchizatı və ventilyasiya" kafedrasında assistent vəzifəsinə seçilib. 1993–2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İstilik-qaz təchizatı və ventilyasiya kafedrası"nda əvvəlcə baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.
Nurməmməd bəy Şahsuvarov
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az-əbcəd. نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو‎; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri. Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş, 1940-cı ildə isə sürgün olunmuşdur. Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir. Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir. Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin] Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin] Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib.
Nurlan Nurməmmədov
Nurməmmədli (Aslandüz)
Nurməmmədli — Cənubi Azərbaycannın Ərdəbil ostanının Parsaabad şəhristanının Aslandüz bəxşində inzibati ərazi vahidində kənd. Nurməmmədli öncə qışlaq olub. Bu qışlaq Şahsevən elinin Hacıxocalı oymağına məxsus idi. 1979-cu ildə İran İslam İnqilabından sonra oymaq əhalisi qışlaqlarında həmişəlik məskən salaraq onu kəndə çevirdi.
Ziya Nurməmmədov
Ziya Zabil oğlu Nurməmmədov (29 avqust 2001, Sığırlı, Kürdəmir, Azərbaycan — 13 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ziya Nurməmmədov 2001-cü ildə Kürdəmirin Sığırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ildə hərbi xidmətə çağırilıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ziya Nurməmmədov Füzulinin azad edilməsində savaşıb. Ziya Nurməmmədov 2020-ci il 13 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kürdəmirdə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziya Nurməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ziya Nurməmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Ziya Nurməmmədov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirməmməd Cavadzadə
Cavadzadə Mirməmməd Cavad oğlu (18 may 1927, Lənkəran, Lənkəran qəzası – 7 avqust 2008, Bakı) — Görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi. Mirməmməd Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb İnstitutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı almışdır. 1963-cü ildə Bakıya dəvət olunmuş və müsabiqə yolu ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilmişdir. Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoymuşdur.
Nurməhəmməd Hacıyev
Nurməhəmməd Murtuzəliyeviç Hacıyev (9 yanvar 1996, Qızılyurd, Dağıstan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Azərbaycan Güləş Federasiyası (AGF) 2013-cü ildə Nurməhəmməd Hacıyevi yeniyetmələr arasında Azərbaycan Çempionatında mübarizə aparmağa səvət elədi və Nurməhəmməd Hacıyev həmin turnirin qalibi oldu. Bundan sonra Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Həmin il Nurməhəmməd Hacıyev Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatını isə bürünc medalla başa vurdu. Bir il sonra, 2014-cü ildə Nurməhəmməd Hacıyev Polşada gənclər arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada isə gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. Nurməhəmməd Hacıyev həmin il həm də gənclər arasında Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. 2015-ci ildə növbəti dəfə gənclər arasında Azərbaycan Çempionatının qalibi olan Nurməhəmməd Hacıyev martda Polşada U23 Avropa Çempionatının gümüş medalına sahib oldu. İyunda Nurməhəmməd Hacıyev Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu. Həmin mövsüm Nurməhəmməd Hacıyev avqustda Braziliyada gənclər arasında Dünya Çempionatının qızıl, noyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medallarına sahib oldu. Nurməhəmməd Hacıyev 2016-cı il ərzində Belarusda A. Medved Turnirinin, Bolqarıstanda U23 Avropa Çempionatının, Almaniyada isə Almaniya Qran-Prisinin qızıl medallarına sahib oldu.
Nurməhəmməd Əndəlib
Nurməhəmməd Əndəlib (1660–1740)—türkmən şairi. Nurməhəmməd Əndəlib zəngin türkmən ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, özündən sonra gələn bütün türkmən şairlərinin müəllimi və ustadıdır. Azadi, Şahbəndə, Məxdimqulu, Şeydayi, Məğrubi, Qayıbi, Talıbi, Qurdoğlu, Kəminə, Seyidnəzər Seydi, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Möhtaci, Miskin Qılınc, Balqızıl kimi ta-nınmış söz ustaları onun ardıcılları və şagirdləridir. Əndəlibin türkmən ədəbiyyatı qarşısındakı xidmətləri son dərəcə böyükdür. Hər şeydən əvvəl o, müasir türkmən ədəbiy-yatının və ədəbi yazı dilinin banisidir. Ondan əvvəl yaşayıb-ya-radan türkmən şairlərindən Bayram xan Baharlı və Vəfai öz əsərlərini həmin dövrdə bütün Orta Asiyada geniş yayılan və əsasən mədrəsə təhsili görmüş adamların işlətdiyi ədəbi çağatay türkcəsi ilə qələmə almışlar. Əndəlib isə əsərlərini uşaqlıqdan bəri sevə-sevə dinlədiyi milli-məhəlli dastanların təsiri altında şirin türkmən dilində yazmaqla bir ilki gerçəkləşdirmişdir. Şairin ikinci böyük xidməti türkmən ədəbiyyatını mövzu və janr baxımından zənginləşdirməsidir. Əslində, o, realist türkmən poeziyasının ilk rüşeymlərini qoymuş, Məxdumqulu isə onu zirvəyə qaldırmışdır. Milli ədəbiyyatda ilk poemanın, ilk dastanın müəllifi də Əndəlibdir.
Şirməmməd Hüseynov
Şirməmməd Ağaməmməd oğlu Hüseynov (17 dekabr 1924, Nuxa – 24 iyun 2019, Bakı) — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru. Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941–1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945–1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954–1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962–1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961–1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971–1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.
Şirməmməd Nəzərli
Şirməmməd Nəzərli (31 may 1948, Lənkəran) ― yazıçı, jurnalist, fotoqraf. HUMAY mükafatı laureatı. Azərbaycan Jurnalistlər, Yazıçılar və Fotoqraflar Birliklərinin üzvü. Azərbaycan sovet dövrü teatr həyatında ilk dəfə yaradılmış dini məzmunlu ZAMAN teatrı dramaturq Ş. Nəzərlinin "Müctəhidin yuxusu" birpərdəli pyesi ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində fəaliyyətə başlayıb. Teatr sonra onun müştərək yazdığı daha iki pyesini səhnəyə qoyub. Şirməmməd Dadaş oğlu Nəzərli 1948-ci il may ayının 31-də Lənkəran rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikimunda təhsil alıb (1965–1967). Təyinatla indiki Biləsuvar rayonundakı A. S. Puşkin adına beynəlmiləl orta məktəbdə müəllim işləyib. Sovet ordusu sıralarında xidmət edib (1967–1969). 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub.
Şirməmməd Əli
Şirməmməd Əli (1 iyul 1997; Hotan, Çin) hazırda Çin Super Liqasında "Henan Cianye" komandasında oynayan Uyğur-Çinli yarımmüdafiəçi futbolçudur. Şirməmməd 1 iyul 1997-ci ildə Çinin Hotan şəhərində anadan olmuşdur. Əslən uyğurdur. Şirməmməd karyerasına 1 yanvar 2015-ci ildə "Henan Reserves" komandasına transfer olunmaqla başlamışdır. 1 iyul 2016-cı ildə komandadan ayrılan Şirməmməd tam 1 il ərzində sərbəst futbolçu olaraq fəaliyyət göstərmiş, heç bir komandada oynamamışdır. Peşəkar karyerasına isə 1 iyul 2017-ci ildə Portuqaliyanın "Qondomar" klubunun ilk komandasına yüksəldikdən sonra başladı. 27 fevral 2018-ci ildə Çin Super Liqasının təmsilçisi "Henan Cianye" komandasına qayıtdı. 2 mart 2018-ci ildə Şirməmməd klubdakı debütünü 89-cu dəqiqədə Qu Caonun əvəzedicisi olaraq "Tyancin Quancian"-a qarşı 4:0 hesabı ilə qalibiyyətində etdi. Həmin mövsümdə 1 sarı kart almışdır. Ona yeganə sarı kart 19 may 2018-ci ildə keçirilən "Henan Cianye" və "Quanju RF" oyununda verilmişdir.
Şahbazkəndli Nurməhəmməd
Şahbazkəndli Nurməhəmməd (XVIII əsrin sonu - 1854-cü il) — şair, aşıq, qaçaq. Nurməhəmməd hazırda olmayan Şahbazkənd kəndində anadan olub. Qafqaz müharibəsində Şamilin tərəfində vuruşub. O, tənəzzülə uğrayan illərdə keçmiş Şahbazkəndin sakinlərinin köçdükləri Dəliçobana qayıtmış və ömrünün son illərini burada keçirmişdir. Nurməhəmməd xalqın yaddaşında istedadlı şair, Cənubi Dağıstanın bütün xalq hərəkatlarının ən fəal iştirakçısı kimi qalır. Təəssüf ki, Nurməhəmmədin yaradıcılıq irsindən demək olar ki, heç nə qalmayıb. Adi kəndlilər Nurməhəmmədin bəzi şeirlərini yaddaşlarında saxlayırlar ki, bununla da xalq şairinin bədii bacarığını qiymətləndirmək olar. O, əsasən Şərqdə geniş tanınan aşıq-poetik rübailəri xatırladan nəğmələr və misra-dördlüklər bəstələmişdir.
Nurəhməd Ulubəyov
Ulubəyov Nurəhməd
Ərməmməd mağarası
Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir. Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır.
Ərməmməd piri
Ərməmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndindən təqribən 4–5 km şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Ərməmməd (Alməmməd) mağarası yaxınlığındadır. Ərməmməd mağarası Camaldın kəndi yaxınlığında yerləşən bu qədim mağara 1974-cü ildə qeydə alınmışdır. Təsadüfi tapıntılar nəticəsində daş əmək alətləri, Mustye mədəniyyəti üçün səciyyəvi olan müxtəlif lövhələr aşkar olunmuşdur. Tapıntıların təqribən 50-40 min il əvvəlki dövrə aid olduğu ehtimal edilir. Əhali tərəfindən bəzən Alməmməd piri adlandı rılan pir-ziyarətgah ətrafı böyük ağaclarla əhatə olunmuş bir binadan ibarətdir. Binanın girişi şimal tərəfdəndir. Giriş qapısının sol tərəfində qəbir vardır. Binanın içərisində başqa bir qəbir də vardır. Pirdə əsas ziyarət obyekti həmin qəbirdir.
Usta Baba Pirməmməd
Usta Baba Pirməmməd (1898, Balaxanı, Bakı qəzası – 26 mart 1957, Bakı) — Azərbaycan neft və qaz istehsalı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1948), "Stalin" mükafatı laureatı (1950). Usta Baba Pirməmməd 1898-ci ildə Bakı qəzasının Balaxanı kəndində neftçi fəhlə anadan olmuşdur. Üçsinifli məktəb bitirmiş və 1916-cı ildə qazmaçılar dəstəsində fəhləliyə başlamışdır. 1923-cü ildə qazmaçı, 1928-ci ildə qazma ustası vəzifələrində işləmişdir. Sonrakı illərdə Usta Baba Pirməmməd quyuların təmiri, izolyasiyası kontorunda və qazma kontorunda bir sıra inzibati-texniki vəzifələrdə işləmiş və Azərbaycan Sənaye İnstitutu yanındakı təsərrüfatçı kurslarında oxumuşdur. Bir müddət "Leninneft" qazma kontorunun katibi, 1938-ci ilin dekabrında isə quyuların əsaslı təmiri kontorunun direktoru vəzifəsinə təyin edilmişdir. O, 1940-cı ildən "Leninneft"in qazma kontorunda, 1945-ci ildən isə "Kirovneft"in qazma kontorunda direktor vəzifəsində çalışmışdır. 1945-ci Buzovnaya göndərilən Usta Baba Pirməmməd "Buzovnaneft" qazma kontorunun rəhbəri olmuşdur. O, yeni Buzovna–Maştağa neft sahəsinin kəşfində fəal iştirak etmişdir. Usta Baba Pirməmməd 1930-cu ildən ildən Sov.İKP üzvü, 1937-ci ildən Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı (4-cü çağırış) olmuşdur.
Qasım Nurməhəmməd oğlu Qasımov
Qasım Nurməhəmməd oğlu Qasımov (22 mart 1959, Şamaxı) — Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri , Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının sabiq 1-ci müavini, sabiq müavini, Şamaxı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri (2000–2021). Qasım Qasımov 22 mart 1959-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. 1976-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək "Mühəndis-mexanik" ixtisasına yiyələnmişdir. dekabr 1981-ci il – aprel 1982-ci il həmin institutun "Daxili yanma mühərrikləri" kafedrasında baş laborantı olmuşdur. 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək "Günay" qəzetinin baş direktoru olmuşdur. 1980-ci ilin sentyabr ayında Mexanika fakültəsinin komsomol komitəsinin azad katibi, 1982-ci ilin mart ayından 1982-ci ilin noyabr ayınadək institutun komsomol komitəsinin katibi, 1982-ci ilin oktyabr ayından 1990-cı ilin oktyabr ayınadək Şamaxı rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1990-cı ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək Şamaxı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. 1991-ci ilin dekabr ayından 1995-ci ilin avqustunadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdur. 2007-ci ilin avqust ayından 2008-ci ilin avqust ayınadək Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasında Bələdiyyələrlə İş Departementinin direktoru, 2008-ci ilin avqust ayından 2010-cu ilin may ayınadək Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasında Departament direktoru – icraçı katibin müavini, 2010-cu ilin may ayından 2011-ci ilin iyul aylnadək isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasında icraçı katib olaraq çalışmışdır. 2011-ci ilin iyul ayından 2020-ci ilin may ayınadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmişdir.
Qışlaq-i Acıişmə-i Nurəhməd (Biləsuvar)
Qışlaq-i Acıişmə-i Nurəhməd (fars. قشلاق اجي اشمه نوراحمد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (10 ailə).
Gülməmməd Cavadov
Gülməmməd Süleyman oğlu Cavadov (17 oktyabr 1949, Bakı) — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan Respublikası energetika nazirinin müavini (2014–2020), Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini (2006–2013), Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri (1999–2005). == Həyatı == Gülməmməd Süleyman oğlu Cavadov 17 oktyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İnformasiya və ölçü cihazları fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1971-ci ilin sentyabr ayında Neftayırma və Neft Kimyası Sənayesi Nazirliyi İstehsalat Əmtəə Kontorunda başlamış və bir il burada çilingir işləmişdir. 1972-ci ildən Bakı elektron hesablayıcı maşınlar zavodunda mühəndis-texnoloq, 1972–1974-cü illərdə Moskva vilayətinin Zaqorsk şəhərində yerləşən Elektromexanik zavodunda mühəndis, 1974–1986-cı illərdə Bakı elektron hesablayıcı maşınlar zavodunda şöbə rəisi, 1986–1992-ci illərdə isə həmin zavodun direktoru olmuşdur. 1993–1996-cı illərdə Bakı "Peyk" zavodunda direktor müavini, 1996–1999-cu illərdə isə həmin zavodun direktoru vəzifələrində çalışmışdır. Gülməmməd Cavadov 1999-cu ilin aprel ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və 2005-ci ilin dekabr ayında komitənin yeni yaradılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə birləşdirməsinədək bu komitəyə başçılıq etmişdir. 2006-cı ilin sentyabr ayında o, Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini təyin olunmuş və 2013-cü ilin oktyabr ayında nazirliyin ləğv edilməsinədək bu vəzifədə çalışmışdır. 2014-cü ilin may ayında Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsinə təyin edilmiş və 2020-ci ilin may ayında vəzifədən azad edilmişdir. 19 oktyabr 2018-ci ildə Gülməmməd Cavadova Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.
Gülməmməd Məmmədzadə
Məmmədzadə Gülməmməd Əliməmməd oğlu (1955, Şivlə, Lerik rayonu – 1996) — Azərbaycan jurnalisti. == Həyatı == Gülməmməd Məmmədzadə 1955-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. BDU-nun kitabxanaçılıq və jurnalistika fakültəsini bitirib. O, müxtəlif vaxtlarda "Azərbaycan" qəzetində müxbir, "Cumhuriyyət", "Amin" qəzetlərində redaktor, "İncəsənət" qəzetində məsul katib işləmişdir. "Lənkəran mahalının sərkərdələri" kitabının müəllifi, "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabının həmmüəlliflərindən biri olmuşdur. Tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə AYB-nin üzvü olmuş, Azərbaycan Jurnalistlər Birliyinin, "Afrika-Asiya" Beynəlxalq Xeyriyyə Cəmiyyətinin, Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin Elmi-Dini Şurasının diplomlarına layiq görülmüşdür. G.Məmmədzadə 1996-cı ildə vəfat etmişdir.
Gülməmməd Qarayev
Gülməmməd Qarayev (Gülməmməd Mehdi oğlu Qarayev; 1905, Qutqaşın – 27 mart 1938, Bakı) — repressiya qurbanı, Qutqaşın rayon Partiya Komitəsinin I katibi. == Həyatı == Gülməmməd Qarayev 1905-ci ildə Qutqaşın rayonunun Qutqaşın (indi Qəbələ) kəndli ailəsində anadan olmuşdur. === Təhsili === 1913-cü ilə kimi ruhani təhsili almış, 1914-cü ildə Qutqaşın ibtidai məktəbinə daxil olmuşdur. Daha sonra Gülməmməd Qarayev Qutqaşındakı Kəndli Gənclər Məktəbində təhsil almışdır. Gülməmməd Qarayev 1922-ci ilin sentyabrında Şəki (Nuxa) qəza 1-ci dərəcəli partiya məktəbində, 1923-cü ildə 2-ci dərəcəli Bakı şəhər partiya məktəbində oxumuş və Qutqaşın rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. O, 1926–1930-cu illərdə Tiflisdə 26 Bakı Komissarı adına Zaqafqaziya kommunist universitetində oxumuş və müvəffəqiyyətlə bitirmişdir. Gülməmməd Qarayev 16 sentyabr 1937-ci il tarixindən 27 mart 1938-ci il tarixinə kimi Qutqaşın rayon Partiya Komitəsinin I katibi vəzifəsində (1931–1991-ci illər arasında 5-ci I katib) çalışmışdır. == Həbsi və vəfatı == Gülməmməd Qarayev 27 mart 1938-ci ildə Qutqaşın rayon daxili işlər şöbəsinin rəisi leytenant Poqosovun iştirakı ilə həbs edilmişdir. 8 avqust 1938-ci ildə Üçlüyün çıxardığı ölüm hökmü 21 oktyabr 1938-ci ildə həyata keçirilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Qarayev Gülməmməd Mehdi oğlu haqqında olan materiallara baxaraq XDİK üçlüyünün 8 avqust 1938-ci il tarixli qərarını ləğv etmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.
Gülməmməd Süleymanov
Gülməmməd Süleymanov (15 sentyabr 1948, Yormuğanlı, Kaxetiya – 7 avqust 2020) — kimya elmləri doktoru, professor. == Həyat və fəaliyyəti == Kimya elmlər doktoru, professor G. Z. Süleymanov 15 sentyabr 1948-ci ildə Gürcüstan Respublikası Borçalı mahalının Başkeçid (hazırkı Dumanisi) rayonun Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırkı Az. Dövlət Neft və Sənaye Universiteti) kimya –texnologiya fakültəsini bitirmiş, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 1971–1973-cü illərdə zabit kimi ordu sıralarında xidmət edən G. Süleymanov hərbi xidməti başa vurduqdan sonra, ilk əmək fəaliyyətinə 1974-cü ildə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki ak. M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) mühəndis vəzifəsi ilə başlamışdır. 1975-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə SSRİ EA-nın (indiki Rusiya Federasiyası Elmlər Akademiyası) A. N. Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutuna stajor tədqiqatçısı kimi uzun müddətli ezamiyyətə göndərilən G. Suleymanov, 1979-cu ildə akademik O. A. Reutov və professor V. İ. Sokolovun rəhbərliyi altında M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək Kimya elmlər namizədi elmi dərəcəsi almışdır. A. N. Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutu ilə AEA –nın Fizika İnstitutu arasında mövcud elmi əməkdaşlıq əlaqələri nəzərə alınaraq, Respublika Elmlər Akademiyasının o vaxtkı Prezidenti akademik H. M. Abdullayevin tövsiyəsi ilə, k.e.d., prof. G. Z. Suleymanov, Fizika İnstitutunun k.e.d., prof. M. İ. Zərgərovanın rəhbərlik etdiyi "Fiziki-kimyəvi analiz" laboratoriyasının tədqiqat işlərinə cəlb edilmişdir və böyük elmi işçi vəzifəsinə təyin edilərək, beş il müddətinə başladığı elmi – tədqiqat işlərini davam etdirmək üçün, yenidən Element Üzvi Birləşmələr İnstitutuna ezamiyyə edilmişdir.
Gülməmməd bəy Kəngərli