Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirizadə Mehmed Sahib Əfəndi
Pirizadə Mehmed Sahib Əfəndi (1674, Konstantinopol – 1749, Bursa) — Osmanlı alimi, şairi və şeyxülislamı. == Həyatı == 1674-cü ildə İstanbulda dünyaya gəldi. Yeniçəri ağası Piri ağanın oğludur. Bu səbəblə Pirizadə olaraq anılır. İsmayıl Hami Danişməndə görə, dəvşirmə kökənli olduğu üçün şəcərəsi bilinmir. Şeyx Süleyman Əfəndi və Tahir Əfəndidən ilk dərslərini aldıqdan sonra şeyxülislam Mirzəzadə Mehmed Əfəndinin xidmətinə alındı. 1695-ci ildə Sultan Mustafanın cülusu əsnasında təhsilini tamamladı və bir müddət yeni şeyxülislam Seyid Feyzullah Əfəndinin kitabçısı olaraq xidmət etdi. Məhz onun tövsiyəsiylə o əsnada sədrəzəm olan Daldaban Mustafa Paşaya, ardından onun xələfi Rami Mehmed Paşaya imam olaraq xidmət göstərdi. Ardından 1701-ci ilin iyulunda müdərris olaraq təyinat aldı və 1723-cü ilədək müxtəlif mədrəsələrdə çalışdı. Bu ərəfədə Mentəşzadə Əbdürrəhim Əfəndinin şeyxülislamlığı dönəmində Müqəddəs torpaqlardakı vəqf torpaqları üzrə müfəttiş olaraq xidmət etdi.
Pirizadə Osman Sahib Əfəndi
Pirizadə Osman Sahib Əfəndi (1710, Konstantinopol – 3 mart 1770, Konstantinopol) — Osmanlı alimi, şairi, xəttatı və şeyxülislamı. == Həyatı == 1710-cu ildə İstanbulda doğulmuşdur. Atası Sultan Mahmud səltənətinin şeyxülislamlarından Pirizadə Sahib Əfəndi, babası Piri ağa isə yeniçəri ağalarından idi. Təhsilini tamamladıqdan sonra 1730-cu ildə müdərris oldu. ənənəyə uyğun olaraq müxtəlif mədrəsələrdə dərs verdikdən sonra 1738-ci ildə Qalata, 1744-cü ildə isə Məkkə qazısı oldu. Ardından atasının şeyxülislamlığı dönəmində 1745-ci ildə İstanbul qazılığına gətirildi. Ancaq bu təyinat baş tutmadı və məsələ böyüyərək atasının vəzifədən alınmasına səbəb oldu. Belə ki, səhhətinin pis olduğunu deməsinə baxmayaraq Mehmed Sahib Əfəndi həmin il oğluyla birlikdə həccə getdi. 1747-ci ildə ziyarətdən döndü və ata-oğulun Gəliboluda qalmasına qərar verildi. Bir il sonra isə bağışlanaraq Üsküdarda qalmalarına icazə verildi.
Şəhrizadə
Söyləməzoğlu Şəhrizadə Kamali Səhaməttin qızı (d. 3 sentyabr 1952, Ankara, Türkiyə Respublikası) — müğənni, xanəndə, xeyriyyəçi, caz musiqiçisi və mahnı bəstəçisidir. == Həyatı == Şəhrizadə Kamali Söyləməzoğlu 1952-ci il 3 sentyabrda Ankara şəhərində ziyalı ailəsində anadan olub. Atası "Mədən kralı" kimi tanınan Səhaməttin Kamali Söyləməzoğlu iş adamıdır. Anası məşhur, hörmətli Sevinc Tevs ilk türk caz müğənnisi olub. 1970-ci ildə Beyrut şəhəri Choueifat Beynəlxalq İngilis Kollecini bitirərək bakalavr dərəcəsini qazanmışdır. == Fəaliyyəti == Türk, ingilis, fransız və ərəb dillərini öz ana dili kimi istifadə edir. == Ailəsi == Qüvvət komandiri general Süleyman Şefiq paşanın nəvəsidir. Ədhəm Pərtəv paşanın qardaşı olan Rumeli bəylərbəyi və Konya qubernatoru Əli Kamali paşa ulu babasıdır. Bibisi Pərizad Osmanlı İmperiyası şahzadəsi tituluna malik idir.
Abbasmirzə Şərifzadə
Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (22 mart 1893, Şamaxı – 16 noyabr 1938, Bakı) — Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Azərbaycan SSR əməkdar artisti (1929), Azərbaycan SSR xalq artisti (1936). == Həyatı == Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış. Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər. Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulamrza Şərifzadə Fəriköydə məzarı olan azərbaycanlılardandır. O, bir müddət İranda, daha sonra Türkiyədə yaşayıb. Q.Şərifzadə 1884-cü ildə Şamaxıda anadan olmuşdur. O, mühacir Abbasqulu Kazımzadə ilə naşirliklə məşğul olmuşdur.
Anar Vəlizadə
Anar Afət oğlu Vəlizadə (3 iyul 1994, Salyan rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Vəlizadə 1994-cü il iyulun 3-də Salyan rayonunun Cəngan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Anar Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Vəlizadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Artur Rəsizadə
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.) == Həyatı == Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır. İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir. 1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Aydın Şəmizadə
Aydın Əşrəf oğlu Şəmizadə (krımtat. Aydın Eşref oğlu Şemi-zade, Айдын Эшреф огълу Шемьи-заде; 1 sentyabr 1933, Simferopol – 17 oktyabr 2020, Moskva) — Krım tatar, Ukrayna, Rusiya ictimai xadimi, yazıçısı və alimi. Aydın Şəmizadə fizika-riyaziyyat elmləri doktoru olub. Məşhur Krım tatarları və SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim Əşrəf Şəmizadənin oğludur. 1990-cı illərdə Aydın Şəmizadə Krım tatarların siyasi hüquqları uğrunda aktiv fəaliyyətlə məşğul olmuşdur. == Həyatı == Krım tatar yazıçısı Əşrəf Şəmizadənin və sənətçi Səidə Bodaninskayanın ailəsində anadan olub. Aydın Şəmizadənin ilk uşaqlıq illəri Krımda keeçib. Atası Əşrəf Şəmizadə 1937-ci ildə represiyalara uğrayan ziyalılardan olub, lakin buna baxmayaraq, ailəyə toxunulmayıb və onlar Simferopolda qalıb, lakin Böyük Vətən müharibəsi illərində 18–20 may 1944-cü il tarixləri aralığında Krımdan Krım tatarlarının deportasiyası həyata keçiriləndə bu Şəmizadə ailəsinə də toxunub. Şəmizadənin ana babası məşhur inqilabçı və V. Leninin silahdaşı Əli Bodaninski olmasına baxmayaraq SSRi rəhbərliyi Krım tatarlarının sürgünü zamanı heç kəsə güzəştə getmədiyi kimi, onlara da güzəşt olunmayıb. Aydın Şəmizadə 1944-cü ildə ailəsi ilə birlikdə Özbəkistana sürgün edilib.
Bəxtiyar Şərifzadə
Bəxtiyar Nadir oğlu Şərifzadə (d. 1962, Qax rayonu – ö. 24 iyun 2016, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti. Mətn oxuyan. Film səsləndirən. Film aparıcısı. == Həyatı == Azərbaycanın Qax rayonunda anadan olan və yaradıcılığı dövründə 23 sənədli filmi səsləndirən, çoxsaylı verilişlərin kadr arxası mətnini oxuyan Bəxtiyar Şərifzadə AzTV-nin radiosunda çalışmışdır. Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində iştirak edib. 24 iyun 2016-cı ildə Bakı şəhərində vəfat etmiş və 25 iyunda doğulduğu Qax rayonunun Güllük kəndində dəfn olunmuşdur. == Təltifləri == Azərbaycan Respublikasının əməkdar artisti — 04.11.1998 == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-dublyaj: titrlər Tikdim ki, izim qala (film, 1997) Tikdim ki, izim qala.
Elmir Vəlizadə
Elmir Tofiq oğlu Vəlizadə (25 dekabr 1964, Mingəçevir) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin sabiq müavini. == Təhsili == Elmir Tofiq oğlu Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən şuşalıdır. 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1983–1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Əsgərlikdən sonra təhsilini davam etdirmiş və 1989-cu ildə həmin ali məktəbi bitirib mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir. Təhsildə fərqləndiyinə görə təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsində işə başlamışdır. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuşdur, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.Prezident İlham Əliyevin 02 fevral, 2018-ci il tarixli 3635 saylı sərəncamı ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdir.Rus və ingilis dillərini bilir. Ailəlidir, 1 övladı var.
Faiq Vəlizadə
Faiq Bayraməli oğlu Vəlizadə (1 fevral 1997; Zərdab rayonu, Azərbaycan — 17 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Vəlizadə 1997-ci il fevralın 1-də Zərdab rayonunun Əlicanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Faiq Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Vəlizadə oktyabrın 17-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Faiq Vəlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Kərimzadə
Fərid Elmar oğlu Kərimzadə (5 yanvar 1997-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Fərid Kərimzadə Sumqayıt klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar futbolçu karyerasına 2013-cü ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda start vermişdir. O, həm klubun əvəzedicilər dəstəsində, həm də əsas yığmasına çıxış etmişdir.O, kimyaçıların tərkibində debütünü 19 fevral 2014-cü ildə Azərbaycan Premyer Liqasının XXXII turunda Zaqatalanın Simurq klubuna qarşı oyunda etmişdir. === Çempionat === Mövsümlər üzrə Azərbaycan çempionatında aşağıdakı kimidir: === Kubok === Mövsümlər üzrə Azərbaycan kubokunda aşağıdakı kimidir: == Milli karyerası == Fərid Kərimzadə 2013-cü ilin may ayında Azərbaycan U-17 milli futbol komandası ilə Bakıda ənənəvi təşkil olunan III beynəlxalq gənclər turniri olan "Caspian Cup"-da iştirak etmişdir.2013-cü il noyabrın 25-dən 29-dək Bakıda keçirilən Azərbaycan U-19 millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir.
Fərman Kərimzadə
Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi. == Həyatı == Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960). İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir. F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.
Fəxri Qəribzadə
Fəxri Elmir oğlu Qəribzadə (10 yanvar 1994, Güloğlular, Bərdə; 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəxri Qəribzadə 10 yanvar 1994-cü ildə, Bərdə rayon Güloğlular kəndində anadan olub. 2001–2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb. Orta məktəbi başa vurduqdan sonra, 2012–2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mahmud Cavadov Ağdərə döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Bərdə Şəhidlər Xiyabanı'da torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hüseyn Qəribzadə
Hüseyn Qəribzadə (tam adı: Hüseyn Qədir oğlu Qəribzadə; 6 sentyabr 2001; Şəmkir, Azərbaycan — 28 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Qəribzadə 2001-ci il sentyabrın 6-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Çinarlı qəsəbəsinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Hüseyn Qəribzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Qəribzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Qəribzadə sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qəribzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qəribzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Nəbizadə
Kamran Nəbizadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü. == Həyatı == Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.[mənbə göstərin]1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "iqtisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.[mənbə göstərin]1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.1998-ci ildən 2003-cü ilə gədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini "Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib.2003–2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 2006-cı ildən sahibkarlıq fəaliyyəti[hansı?] ilə məşğul olub. 2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə yaradılmış "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsinə təyin.
Kamran Vəlizadə
Kamran Əkpər oğlu Vəlizadə (14 sentyabr 1996; Balıqçılar, Lənkəran rayonu, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Vəlizadə 14 sentyabr 1996-cı ildə Lənkəran rayonunun Balıqçılar qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakültəsini bitirmişdir. Azərenerji ASC-də imtahandan keçmiş və 2020-ci ildə Bakı İstilik Elektrik Mərkəzində işləmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kamran Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kamran Vəlizadə 23 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mehdixan Şəfizadə
Şəfizadə Mehdixan (1873 Tufarqan, İran -1943 Təbriz, İran) — Cənubi Azərbaycan teatr xadimi, rejissor, İran sosial-demokrat ictimaiyyun-amiyyun("Mücahid")partiyasının Təbriz təşkilatının yaradıcılarından biri olmuşdu. 1909-cu ildə Azərbaycan artistləri dəstəsi teatr truppasını təşkil etmişdi. Polis tərəfindən təqib olunduğuna görə Tiflisə köçmüş, burada Cəlil Məmmədquluzadə, Azərbaycan və gürcü səhnə xadimləri ilə, sosial- demokratlarla əlaqə saxlamış, aktyorluqla məşğul olmuşdur. Şəfizadə 1919-cu ildə Təbrizə qayıtdıqdan sonra "Xeyriyyə teatrı" təşkilatçılarından biri olmuş, "Azərbaycan maarifinin islah və tərəqqisi uğrunda" teatr cəmiyyətində rejissorluq etmişdir (1922) "Ağa Məhəmməd şah Qacar" (Ə B Haqverdiyev)," Leyli və Məcnun"," Arşın mal alan", "Məşədi İbad"(Ü Hacıbəyov) və s əsərləri tamaşaya qoymuşdur. Səfizadənin təşəbbüsü ilə "Şir-e xorşid"( "Şir və Günəş") teatrı yaradılmışdı. Şəfizadə Cənubi Azərbaycan teatrının təşkili və inkişafında əhəmiyyətli rol oynamışdır.
Mirxəyal Kərimzadə
Mirxəyal Kərimzadə (tam adı: Mirxəyal Valeh oğlu Kərimzadə; 10 yanvar 1999; Lənkəran — 3 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirxəyal Kərimzadə Lənkəran şəhəri. Orta təhsilini Lənkəranda öncə 9, sonra isə 7 saylı orta məktəbdə almaqla 2016-cı ildə başa vurmuş sonra isə kompüter kursunda təlim almışdır. Subay idi. Kompüter texnologiyaları mütəxəssisi kimi çalışırdı. == Hərbi xidməti == 2017-2018-ci illərdə Naxçıvanda ağır artilleriya bölümündə atıcı kimi xidmət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Mirxəyal Kərimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü iştirak edərək sentyabrın 28-i cəbhəyə yollanmışdır. Əvvəl Gəncəyə, oradakı 3 günlük xüsusi təlimdən sonra isə Murovdağa göndərilmişdir. Füzuli əməliyyatında və Xocavənd rayonunun işğaldan azad olunmasında iştirak etmişdir. Komandir və döyüş yoldaşlarının söylədiklərinə görə, ələlxüsus Füzuli rayonunun Yuxarı Veysəlli kəndinin düşmən işğalından azad edilməsində xüsusi igidlik və şücaət göstərmişdir.
Möhsün Fəxrizadə
Möhsün Fəxrizadə Mahabadi (fars. محسن فخریزاده مهابادی‎; 1958, Qum – 27 noyabr 2020) — İranlı fizika və nüvə alimi, İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri. == Həyatı == O nüvə fizikası mühəndisliyi üzrə magistr dərəcəsini aldıqdan sonra işə başlamış və bu sahədə universitetin Professoru olmuşdur. Qeyd etmək lazımdır ki, Möhsün Fəxrizadə Amerikanın Foreign Policy nəşri tərəfindən çap olunan dünyanın 500 ən güclü insanı siyahısında yer alan beş İranlı nüfuzlu alimdən biridir.İsrailin baş naziri Benyamin Netanyahu bir neçə dəfə çıxışlarında İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri olan nüvə alimi Mohsen Fəxrizadənin bu ölkənin nüvə texnologiyası sahəsində mühüm şəxslərdən biri və İsrailin hədəfində olduğunu demişdi. == Korona epidemiyası ilə mübarizə == İranda Korona epidemiyası başlayarkən və Ağciyər, ürək xəstəlikləri baş verərkən, İran Müdafiə Nazirliyi İran Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək diaqnostika dəsti və ürək-damar xəstəliyi peyvəndi də daxil olmaqla lazımi avadanlıqları hazırlamışdır. İran Müdafiə Nazirliyinin korona peyvəndi artıq sınaq ərəfəsində idi. İran Müdafiə naziri Fəxrizadənin, Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının sədri olaraq bu kəşfdə mühüm rol oynadığını bildirdi. == Ölümü == 27 noyabr 2020-ci ildə İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olub. Günorta saatlarında bir qrup silahlı şəxs Tehran yaxınlığında aliminin olduğu avtomobilə hücum edib. Mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib.
Müxlis Cənizadə
Müxlis Mirsabir oğlu Cənizadə (26 noyabr 1928 – 10 dekabr 1972) — Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Müxlis Cənizadə 26 noyabr 1928-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Из-за чести, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib.
Osman Vəlizadə
Osman Əfəndi Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqazın (Zaqafqaziyanın) 2-ci müftisi təyin edilir. O, 1847-ci ildə vəfat edib.
Pərvin Kərimzadə
Pərvin Kərimzadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, tarix üzrə fəlsəfə doktoru,dosent. == Həyatı == Pərvin Orxan qızı Kərimzadə 1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhər 4 saylı orta məktəbində təhsil almışdır və medalla bitirmişdir. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə "XIX əsrin sonu-XXəsrin əvvəllərində Şimali Azərbaycanda mesenatlıq" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildən isə dosent elmi adı almışdır. 2006-cı ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. "XX əsrin əvvəllərində Gəncədə milli hərəkat" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. === Ailəsi === Ailəlidir, iki övladı var. == Elmi-pedaqoji fəaliyyəti == 1997-ci ildən Gəncə Dövlət Universiteti Ümumi tarix kafedrasında müəllim, 2002-ci ildən isə kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 2007–2011-ci illərdə Gəncə Dövlət Universiteti Tarix-Coğrafiya fakültəsinin dekan müavini, 2011 – 2013-cü illərdə Ümumi tarix kafedrasında kafedra müdiri vəzifələrində çalışıb.
Qalib Nurizadə
Qalib Habil oğlu Nurizadə (10 iyun 1996, Gəgiran, Lənkəran, Azərbaycan — 4 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qalib Nuruzadə 10 iyun 1996-cu ildə Lənkəran rayonu Gərgiran kəndində dünyaya gəlib. Lənkəran şəhər, Gəgiran kənd orta məktəbində təhsil almışdır. 2014-2015-ci illərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qalib Nurizadə, Füzuli, Şuşanın azad edilməsində savaşıb. 5 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. Qalib Nurizadə Lənkəranda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qalib Nurizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Qurbanəli Şərifzadə
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan – 1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. == Həyatı == Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. == İstinadlar == == Mənbə == İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997. Kamal Camalov.
Sadıq Şərifzadə
Sadıq Hüseyn oğlu Şərifzadə (5 dekabr 1912, Ərdəbil – 2 yanvar 1986, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1959). == Həyatı == Sadıq Şərifzadə 1912-ci il dekabr ayının 5-də Cənubi Azərbaycanda anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirdikdən sonra, 1936-cı ildə Kiyev rəssamlıq institutuna daxil olur və burada o, məşhur Ukrayna rəssamları Volokdni, Traximenko və Qriqoryevin tələbəsi olur. 1939-cu ildə Şərifzadə öz xahişi ilə Surikov adına Moskva Rəssamlıq İnstitutuna köçürülür. 1940-cı ildə Şərifzadə institutun 5-ci kursundan Bakıya qayıdır və yaradıcılıq ilə məşğul olur. S. Şərifzadə 1986-cı il yanvarın 2-də Bakıda vəfat etmişdir == Yaradıcılığı == 1940-1958-ci illər ərəfəsində rəssam bir sıra tarixi və müasir mövzularda rəsm əsərləri yaradır. Şərifzadə "Üzüm yığımı", "Səttar xan Fədailərinin Təbrizi müdafiəsi", Sosialist Əməyi qəhrəmanı neftçi – Ağa Neymətullanın, Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun, sərkərdə Babəkin, SSRİ Xalq artisti Mirzəağa Əliyevin portreti, "Göy-göl" mənzərəsi, "Dənizdə neft buruqları", "Xətib Təbrizi və Əbülüla Müərri" və bir sıra xalqın qaynar həyatını təbliğ edən əsərlər yaradır. S. Şərifzadə respublikamızda təkçə boyakar rəssam kimi deyil, həm də istedadlı bir teatr rəssamı kimi tanınmışdır. O, hələ texnikuma girməmişdən əvvəl görkəmli teatr xadimləridən Abbas Mirzə Şərifzadə, Kazım Ziya, A. A. Tuqanov və başqaları ilə birlikdə işləmiş və onlardan teatr sənətinin incəliklərini öyrənmişdir. Şərifzadənin bədii tərtibtini verdiyi Abdulla Şaiqin "Fitnə", Süleyman Rüstəmin "Qaçaq Nəbi", "Qastello", Mehdi Hüseynin "Cavanşir", Lope de Veqanın "Sevilya ulduzu", İslam Səfərlinin "Göz həkimi", İ. Qurbakovun "Əcəb işə düşdük", İ. İbrahimovun "Kəndçi qızı" və b.
Saleh Şərifzadə
Saleh Şəfizadə (Sabunçu rayonu, Azərbaycan — 8 fevral 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Saleh Şəfizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Şəfizadə noyabrın 10-da Şuşanın azad edilməsi zamanı ağır yaralaıb və tibb müəssisəsinə yerləşdirilib. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Şəfizadə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Saleh Şəfizadə 2021-ci il fevralın 8-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 88-ci günündə şəhid olub. Saleh Şərifzadə fevralın 9-da Maştağa qəsəbəsində dəfn olunub.
Sultanməcid Qənizadə
Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı – 23 mart 1938) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. == Həyatı == Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.
Allahverdi Verdizadə
Allahverdi Əmənullah oğlu Verdizadə (1914-1973)– Kimya elmləri doktoru, professor. == Həyatı == Allahverdi Əmənullah oğlu Verdizadə 1914-cü ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olub. 1930-cu ildə Qaryağın (Füzuli) rayonunda II dərəcəli məktəbi bitirmiş, sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya şöbəsini qurtarmışdır. Uzun müddət kənd məktəblərində müəllim işləmiş, 1941-42-ci illərdə II Dünya müharibəsinin iştirtakçısı olmuşdur. 1947-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmış, kafedra müdiri işləmişdir. 1973-cü ildə vəfat etmişdir.
Məhəmməd Verdizadə
Məhəmməd Səfər oğlu Verdizadə — Azərbaycan aktyoru. == Həyatı == Məhəmməd Verdizadə 1959-cu ildə Kəlbəcərdə anadan olmuşdur. Üç yaşında ikən ailəvi Laçına, oradan Yardımlıya köçmüş, buna görə də orta təhsilini 8-ci sinfə qədər Yardımlıda alıb. Şamaxıya köçdükdən sonra orta məktəbi orada bitirir. Əvvəlcə Xalq Təsərrüfatı İnsitutunda oxumağa başlayan aktyor, sonrada burada təhsilini yarımçıq qoyub İnsəcənət İnstitutuna daxil olur. 1976-1980-ci illərdə həmin institutda təhsil alır. Hələ II kursda oxuyarkən "Babək" filminin foto sınağında iştirak etmişdir. Çəkilişlər başlayan zaman Məhəmməd Verdiyev artıq III kursda təhsil alırdı. İnstitutu bitirdikdən sonbra bir müddət orada dərs deyir və Tədris Teatrında çalışır. Orada Elmira Məlikovanın rejissorluğu ilə hazırlanan Cəfər Cabbarlının "Aydın" tamaşasında Dövlət bəy rolunu ifa edir.