Saleh Şəfizadə (Sabunçu rayonu, Azərbaycan — 8 fevral 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Saleh Şəfizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sabunçu rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Sabunçu rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Azərbaycan Ordusunun əsgəri olan Saleh Şəfizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Şəfizadə noyabrın 10-da Şuşanın azad edilməsi zamanı ağır yaralaıb və tibb müəssisəsinə yerləşdirilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Şəfizadə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[1]
Saleh Şəfizadə 2021-ci il fevralın 8-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 88-ci günündə şəhid olub. Saleh Şərifzadə fevralın 9-da Maştağa qəsəbəsində dəfn olunub.