Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Danalı
Danalı (Əcəbşir)
Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Paşalı rayonu — indi Ermənistan adlanan respublikada rayon. Axtarma-Paşalı palçıq vulkanı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. Paşalı (Dərələyəz) — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Panama kanalı
Panama kanalı — Panamada, Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanalİnşaatı ABŞ tərəfindən tamamlanmış və kanal 15 avqust 1914-cü il açılmışdır. Sarı qızdırma, malyariya, torpaq sürüşməsi və s. səbəblərdən 27500-ə yaxın işçi inşaatda həyatını itirmişdir. Bu gün Nyu-Yorkdan San Fransiskoya gedən bir gəmi Horn Burnunu dolaşdığı təqdirdə isə 22500 km yol qət etməli olurdu. Lakin Panama kanalı vasitəsilə 9500 km üzür. Açıldığı tarixdən 2002-ci ilədək Panama kanalından 800000 (səkkiz yüz min) gəminin keçdiyi düşünülür. Panama kanalından hər il 14000-dən çox gəmi keçir və təqribən 203 milyon ton yük daşınır. Panama kanalı boyu səyahət təqribən 9 saat çəkir. Həmçinin kanalda quraşdırılmış xüsusi qaldırıcı qurğular vasitəsilə gəmilər keçilməsi çətin olan yerlərdən asanlıqla keçə bilir.Panama kanalı dünyanın ən bahalı kanalıdır. Kanal bölgəsinin sosial vəziyyəti inkişaf etmişdir.
Abşeron kanalı
Abşeron kanalı — Abşeron yarımadasında suvarma kanalı. Samur-Abşeron kanalının davamı olaraq Ceyranbatan su anbarında başlayaraq Gürgan qəsəbəsi ərazisində Xəzərə tökülür. Kanalın uzunluğu 72 km təşkil edir. Təsərrüfat daxili hissələrdə su borulardan istifadə etməklə ötürülür. Su magistral kanaldan və onun açıq qollarından nasoslar vastəsi ilə təsərüfat daxili şəbəkəyə vurulur. Basqılı boru kəmərinin ümumi uzunluğu 1056 km, açıq qolarının uzunluğu isə 37 km-dir. Abşeron yarımadasında şəhər ətrafı kənd təsərrüfatının inkişafında və yaşıllıqların artırılmasında böyük əhəmiyyəti vardır.
Almalı (Paşalı)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur. Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir. Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.
Alxançurt kanalı
Alxançurt kanalı — Şimali Qafqazda suvarma və nizamlayıcı kanal. Kanal Alxançurt vadisindən keçməklə Şimali Osetiya, İnquşetiya və Çeçenistan ərazilərinə aiddir. Kanal Alxançurt rayonlar arası suvarma və nizamlama sisteminin əsas kanalıdır. Kanalın əsas su götürmə mənbəyi — Terek çayıdır. Axançurt kanalı əsas iki qola bölünür. Qərb və Şərq kanalları. Bu qolların ayrılma nöqtəsinə kimi kanalın uzunluğu 66,4 km-dir. Qolları ilə birlikdə kanalın ümumi uzunluğu — 182,4 km-dir. Kanal inşasından sonra Açaluk çayıda kanala tökülməyə başlamış. Dövlət su reyestrində obyekt kodu — 07020000222308200003054.
Avqustov kanalı
Avqustov Kanalı (pol. Kanał Augustowski) - XIX Polşanın şimal-şərqində Podlasie Voyvodeşip və şimal-qərbi Belarusun Qrodno vilayətində qurulmuş bir transsərhəd kanaldır. İlk qurulduğu vaxtdan etibarən kanallar, mütəxəssislər tərəfindən texnoloji bir möcüzə olaraq təsvir edilmişdir və çox sayda şlüzlə estetik cəhətdən cəlb edicidir. Visla və Neman çaylarını birləşdirir. YUNESKO-nun xüsusi mühafizə olunan ərazisində yerləşən hidrotexniki memarlıq abidəsidir. Uzunluğu 101,2 km, o cümlədən Belarus ərazisində 22 km, Polşada isə 79 km. Bir sıra şlüz və hərəkətli körpülər daxildir. Oqinski kanalı, Dauqava, Berezina, Dnepr çayları vasitəsilə Qara dənizlə əlaqəsi var. Avqustov Kanalının qurulmasının səbəbləri həm siyasi, həm də iqtisadi idi. 1821-ci ildə Prussiya, Polşanın və Litvanın mallarının öz ərazisi ilə tranzit etməsi üçün yüksək vergi güzəştlərini tətbiq etdi və bu, Polşalı tacirlərin Visla çayından Baltik dənizinə çıxmasına mane oldu.
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Birinci Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Paşalı. Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi sahədədir. Keçmişdə Paşalıkənd də adlanmışdır. Etnotoponim hesab olunur. 1876-cı ildə 36 ailədən ibarət olan bu kənd XIX əsrin axırlarında böyüyərək iki yerə ayrılmışdır. Bu kənddən İkinci Paşalı kəndi ayrıldıqdan sonra kəndin adının əvvəlinə birinci sözü artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Boztəpəarx kanalı
Boztəpəarx kanalı - 1924-cü ildə İmişli rayonu ərazisində tikilmiş suvarma kanalı. == Tikilmə tarixi == 1924-cü ildə İmişli rayonu ərazisində tikilmişdir. Araz çayından su öz axını ilə çayda mexaniki tənzimləmə işləri aparmaqla Boztəpəarx kanalına verilir. Başlanğıcında suyun sərfi 8 m³/san olmaqla torpaq məcrada inşa edilmişdir. İmişli və Beyləqan rayonlarının ərazisində 11 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Ümumi uzunluğu 45 km-dir.
Canalı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Danalı (Əcəbşir)
Danalı (fars. دانالو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 521 nəfər yaşayır (137 ailə).
Eri Kanalı
Eri Kanalı, Eri gölü ilə Hudson çayını birbirinə bağlayır. 584 km uzunluğa, 12 metr genişliyə və 1,20 metr dərinliyə sahibdir. Şimali Amerikanın böyük beş gölünü Nyu-Yorkdan Atlantik okeana bağlayır.Birinci dəfə 1699-cu ildə tövsiyə edilən kanalın yaradılmasına 1817-ci ildə başlanılmış və 26 oktyabr 1825-ci ildə açılmışdır.
Fironlar kanalı
Fironlar kanalı (dörd çarın kanalı, sonralar Trayan çayı) — Qırmızı dənizin Süveyş körfəzini Nil çayı ilə birləşdirən qədim hidrotexniki qurğunun şərti adı. Kanal e.ə. VIII əsrə qədər mövcud olmuş və Süveyş kanalı onun müasiri hesab olunur. == Fars işğalına qədər və Əhəmənilər dövlətinin tərkibindəki dövr == Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək ideyyası hələ qədim dövrlərdən mövcud olmuşdur. Aristotel məlumat verir ki, kanalın ilk qurucusu Sesostris olmuşdur. Sesostris - əslində Qədim Misir fironlarının ümumiləşdirilmiş obrazıdır. Daha çox bu obrazda II Ramzes və III Senusert göstərilirdi. Aristotelə görə kanalın tikintisi yarımçıq qalmış, səbəb isə dəniz səviyyəsinin çay səviyyəsindən yüksəkdə olması idi. Strabon qeyd edir ki, məhs misirlilər çay suyuna dəniz suyunu qarışdırıb xarab etməkdən çəkinmişlər. Firon I Setinin dövründən bizlərə Nil çayı ilə Böyük və Kiçik Acılı gölləri birləşdirən kanalların rəsmi gəlib çatmışdır.
Kaledon kanalı
Kaledon kanalı — (ing. Caledonian Canal) Şotlandiya ərazisində yerləşən gəmiçilik kanalı. Kanalın ümumi uzunluğu 96 km olsa da, bunun 32 km-i süni kanaldır. == Ümumi məlumat == Kanal tektonik sınma zonasında formalaşmış Qlen-Mor vadisində yerləşir. Kaledon kanalı ölkənin Şimal dənizi sahillərini, Atlantik okeanın suları ilə birləşdirir. Kanal 29 şlüz, 4 akveduk və 10 körpüdən ibarətdir. Kanal özündə Lox Ness, Lox Loki və Lok Oix göllərini birləşdirir. Hal-hazırda kanalın gəmiçilik əhəmiyyəti o qədərdə böyük deyil. Daha çox turistləri cəlb edən bu yol mart ayından oktyabra ayına qədər səyahətə gələnlər üçün açıq olur. == Tikilmə tarixi == Kaledon kanalı əslində ən qədim fəaliyyət göstərən kanallardan biri hesab olunur.
Kil kanalı
Kil kanalı (alm. Nord-Ostsee-Kanal‎; 1948-ci ilə qədər Kaiser-Wilhelm-Kanal alm. Kaiser-Wilhelm-Kanal‎) — Almaniyada yerləşən, Baltik və Şimal dənizlərini birləşdirən kanal. Kanal Kiel körfəzindən, Kiel şəhəri yaxınlığındakı (şəhərətrafı rayon Holtenaudan) başlayaraq, Elba çayının ağzına və Brunsbüttel şəhərinə qədər davam edir. Uzunluğu 98 km, eni 100 m-dən, dərinliyi isə 11 m-dir. Kanal hər tərəfdən bir cüt şlüz ilə bitir, onlardan biri kiçik ölçülü bir donanma üçün nəzərdə tutulub. Kiel kanalı 20 iyun 1895-də tikintisinə başlandı, tikinti 8 il davam etdi. Kanal avropada ən çox işlədilən gəmi marşrutlarından biridir. Bu yol ilə birlikdə Yutland yarımadasını dövr edərək üzmək ilə müqayisədə təxminən 519 kilometr qədər yola qənaət olunur. Eyni zamanda, kanal təxminən bir gün səyahət vaxtını, həm də dəniz fırtınaları riskini azaldır.
Korinf kanalı
Korinf kanalı (yun. Διώρυγα της Κορίνθου, Dhioryga tis Korinthou) — Yunanıstan ərazisində yerləşən kanal. Kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir, Peloponnes yarımadasını isə Balkan yarımadasından ayırır. Kanalın çəkilişi ilə Peloponnes yarımadası artıq adaya çevrildi. == Ümumi məlumat == Peloponnes Yunanıstanın ən böyük yarımadasıdır. Ensiz altı kilometrlik Korinf bərzəxilə materiklə birləşir. Ondan şimalda Korinf, cənubda Saronik körfəzləri yerləşir. Bərzəxin dəniz səviyyəsindən yüksəkliyi 50–80 m-dir. Burada yer qabığı çoxlu sınmalarla pozulmuşdur. Korinf bərzəxi geoloji cəhətdən inkişaf edən çoxpilləli horstlardan birdir.
Oginski kanalı
Oqinski kanalı — Belorus ərazisində kanal. 1767—1783-cü illərdə tikilmişdir. Kanal Yaselda çayını Şara çayı ilə birləşdirir. Bununla da kanal Baltik dənizi ilə Qara dəniz arasında əlaqə yaradır. Kanalın bir hissəsini Vıqonoşanski və Vulkovski gölləri təşkil edir. Göllərlə birlikdə uzunluğu 55 km-dir. İlk vaxtlar kanalı Telexanskiy kanal adlanmışdır. == Tarixi == Kanal Mixail Kazimir Oqinskinin şərəfinə adlandırılıb. Məhz Mixail Oqinski kanal tikintisinin ideyasını vermişdir. Tikintinin təşkilatçısı Matey Butrimoviç olmuş və kanal tikintisinin bütün təşkilatçılığını aparmışdır.
Oqinski kanalı
Oqinski kanalı — Belorus ərazisində kanal. 1767—1783-cü illərdə tikilmişdir. Kanal Yaselda çayını Şara çayı ilə birləşdirir. Bununla da kanal Baltik dənizi ilə Qara dəniz arasında əlaqə yaradır. Kanalın bir hissəsini Vıqonoşanski və Vulkovski gölləri təşkil edir. Göllərlə birlikdə uzunluğu 55 km-dir. İlk vaxtlar kanalı Telexanskiy kanal adlanmışdır. == Tarixi == Kanal Mixail Kazimir Oqinskinin şərəfinə adlandırılıb. Məhz Mixail Oqinski kanal tikintisinin ideyasını vermişdir. Tikintinin təşkilatçısı Matey Butrimoviç olmuş və kanal tikintisinin bütün təşkilatçılığını aparmışdır.
Ortakənd (Paşalı)
Ortakənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Arpaçayın sağ qolu olan Başkəndçayın yanında yerləşirdi. Erməni mənbələrində kəndin adı İtqıran Ortakənd formasında göstərilir. Kənd İtqıran kəndinin yaxınlığında yerləşdiyi üçün toponim «İtqıran Ortakənd» kimi verilmişdir. Kənd iki kənd ortasında yerləşdiyi üçün Ortakənd adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır.XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Paşalı (Dərələyəz)
Paşalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk). == Tarixi == 1728-ci ildən mə'lumdur Həmin mənbədə kənddə üç müsəlman (azərbaycanlı) kişinin yaşadığı göstərilir3 yanvar 1935-ci ildə adı dəyişdirilərək Əzizbəyov qoyulmuşdur. 8 iyul 1957-ci ildə adı ikinci dəfə dəyişdirilərək Zaritap qoyulmuşdur. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Paşalı (Meşkinşəhr)
Paşalı (fars. پاشالو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (8 ailə).
Paşalı rayonu
Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir. == Tarixi == Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.
Qaraqum kanalı
Qaraqum kanalı (türkm. Garagum kanaly) — SSRİ dönəmində inşa edilən və uzunluğu 1445 km olan kanal. Kanal Türkmənistanın cənub və cənub-qərb regionlarının su təminatına xidmət edir. Çağdaş Türmənistanda Qaraqum çayı olaraq adlandırılır. == Coğrafiya == Kanal Amudəryanın Atamurat şəhərinin yuxarı hissəsindən başlayaraq Qaraqum səhrasının qumlu cənub-şərq hissəsinədək axaraq qədim Mərv vahəsinə keçir. Buradan Murqab çayı və Tecen çayı yaxınlığından axaraq Kopetdağ öndağlığına istiqamətlənir. Kanalın eni 200 metr, maksimal dərinliyi isə 7,5 m təşkil edir. Kanalın əvvəlində su sərfiyyatı 600 m³/s-dir. Kanal öz güçünə yatağı boyunca axır. Hətta 450 km məsafəfə gəmiçilik üçün yararlıdır.
Günəş paneli
Günəş paneli - üzərində günəş enerjisini sovurmaya yarayan bir çox günəş batareyası saxlayan bir enerji qaynağıdır. 8-24 panellik bir sistem, ehtiyac olan yerlərdə bir evin bütün elektrik ehtiyacını qarşılaya bilər. Sənaye tətbiqləri və ya elektrik stansiyaları üçün minlərlə Günəş batareyasının istifadə edildiyi böyük sistemlər qurulmaqdadır. Günəş batareyasının performansı səmərəsi ilə ölçülər.
Babalı-i Cananlı (Xudafərin)
Babalı-i Cananlı (fars. بابايلوي جانانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (36 ailə).
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.