Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çayçılıq
Çayçılıq — çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çayçılıqda ən çox çay bitkisinin (Camellia sinensis) iki əsas variantı işlənilir: Camellia sinensis var. sinensis Çin çaylarının böyük hissəsi üçün, C. sinensis var. assamica isə puer və Hindistan (Darcilinq çayından başqa) çayları üçün işlənilir. Çayın kultivasiyası ən gec Çjou sülaləsi dövründə (e.ə. 1046-256) başlamışdı. Han sülaləsi dövründə, çayçılıq inkişaf etmişdi və Tan sülaləsi (618-907) dövründə, çay içmə artıq yayımladığına görə, ilk böyük sahəli çay plantasiyaları peyda oldu. Çay haqqında ilk kitab, Çayın kanonu (çin. 茶經) Lu Yu tərəfindən 760-cı və 780 illərin arasında yazılmışdı. Orada bitkinin özü, onu becərmək üçün işlədilən alətlər, yarpaqların keyfiyyətiç çay hazırlamaq üçün alətlər, plantasiyaların və tanınmış çayxorların tarixi haqqında bəhs olunur.
Azərbaycanda çayçılıq
Azərbaycanda çayçılıq — Azərbaycan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. == Tarixi == Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır. Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir. Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycan 2,005 mln. ABŞ dolları dəyərində 308,4 ton çay ixrac edib, eyni zamanda 9,986 mln.
Hindistanda çayçılıq
Hindistanda çayçılıq — Hindistan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Hindistan dünyada çay istehsalının həcminə görə ikinci yerdədir. Yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 %-i daxili tələbatın ödənilməsinə yönəldilmişdir. Beynəlxalq bazarlara ildə təxminən 200 min ton çay çıxarılır.
Keniyada çayçılıq
Keniyada çayçılıq — Keniya Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Keniyada çay istehsalçılarının 90 %-nin plantasiyalarının ərazisinin 0,4 hektardan az olmasına baxmayaraq, ölkə yüksək yarpaq çıxımına malik sortlardan istifadə olunması hesabına 2013-cü ildə dünya bazarına 370 min ton çay ixrac etmişdir.
Türkiyədə çayçılıq
Türkiyədə çayçılıq — Türkiyə Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Türkiyədə çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir. Bu ölkədə çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır. Ölkəyə idxal olunan çaylara yerli bazarın qorunması məqsədi ilə 145 % gömrük rüsumu tətbiq edilir.
Çində çayçılıq
Çində çayçılıq — Çin Xalq Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çay istehsalının həcminə görə Çin Xalq Respublikası dünya bazarında ən böyük istehsalçılardandır. Ölkə hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılmışdır.
Şri-Lankada çayçılıq
Şri-Lankada çayçılıq — Şri-Lanka Demokratik Sosialist Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Çay yarpağının istehsal həcminə görə dünyada dördüncü yeri tutan Şri-Lankada "Seylon çayı" brendi altında qara, yaşıl və ağ Seylon çayları istehsal edilir.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. == Tarixi == Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. == Fəaliyyəti == İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. == Kollektivi == İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Bağçılıq
Bağçılıq — əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclardan qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Azərbaycanda bağçılığın qədim tarixi vardır. Torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Azərbaycan ərazisində təbii halda bitən alma, armud, heyva, əzgil, qaragilə, yemişan, zoğal, alça, gavalı, göyəm, gilas, gilənar (albalı), nar, əncir, qoz, fındıq, şabalıd, püstə, badam, üzüm, iydə, innab, tut, moruq, böyürtkən, çiyələk və başqa cır meyvə və giləmeyvə bitkilərinə rast gəlirik. Maraqlıdır ki, Azərbaycan meşələrinin qədimlərdən başlamış müasir dövrə qədər özünün bol cır meyvəsi olmuş və bu meyvələrdən əhali geniş istifadə etmişdir. Zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlamışlar. Azərbaycanda yabanı meyvələrin, mədəni hala keçirilməsi üçün hər cür şərait olmuşdur. Ona görə də "Cənubi Qafqaz dünyada bir sıra bitkilər, xüsusilə meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşməsinin vətənidir". Azərbaycanın Böyük Qafqaz dağları ətəklərində bağçıhq əsrlər boyu daha geniş şəkildə inkişaf etmiş, bütöv bir ərazini bürümüşdür. Bağçılıqda ən mühüm dövr payız fəslidir.
Sağçılıq
Sağçılıq — sosial iyerarxiya və ya ictimai bərabərsizliyi qəbul edən və dəstəkləyən siyasi mövqe. Sağ və sol adlı siyasi anlayışlar Fransız inqilabı (1789-1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır. Parlament sədrinin sağındakı kreslolarda oturanlar, əksəriyyətlə monarxiyaçı Köhnə Rejimin dəstəkçilərindən meydana gəlmişdir.
Falçılıq
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
Atçılıq
Atçılıq — heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını ödəmək məqsədilə əsrlər boyu yetişdirilmişdir. Atların yetişdirilməsi, saxlanması, istifadəsi, sınağı, at cinslərinin təkmilləşdirilməsi ilə məşğul olan qədim heyvandarlıq sahələrindən biri. FAO-nun (BMT-nin Ərzaq və k.t. təşkilatı) məlumatına (2007) görə dünyada 50 mln. baş at, o cümlədən ABŞ-də 9,2 mln., Çində 7,641, Meksikada 6,26, Braziliyada 5,7, Argentinada 3,65, Kolumbiyada 2,553, Monqolustanda 2,09, Efiopiyada 1,655, Türkiyədə 1,2 mln. baş at vardır. Damazlıq, idman, iş atlarının yetişdirilməsi, Atçılıq məhsullarının (ət, süd, qımız, dəri, boğaz madyan zərdabı–BMZ hormon preparatı və s.) alınması və xidmət növləri (turizm, ippoterapiya – müalicəvi atsürmə və s.) sahənin iqtisadi əsasını təşkil edir. İnsanlar Atçılıqla ən qədim zamanlardan – Daş dövrünün sonlarından məşğul olmağa başlamışlar. Tarixi mənbələrdə atın əhliləşdirildiyi ilk məskənlər kimi Çinin Qansu bölgəsindən qərbə doğru, Orta Asiya, Xəzərin c.-q.və c.-ş. sahilboyu ərazilərindən keçməklə Balkan d-rına qədər uzanan, əsasən, türk xalqlarının məskunlaşdığı ərazilər göstərilir.
Ayrılıq
Ayrılıq — azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi mahnı. Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran Radiosunda səsləndirilib. == Yaranması == Mahnının bəstəkarı Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşdülər. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. XX əsrin 30-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. Siyasi repressiyaların tüğyan etdiyi 30-cu illərdə Əli Səliminin ailəsi İrana qayıdır. Əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçürlər. Əli şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir. Əli Səlimi müsahibəsində "Ayrılıq" mahnısının necə yaranması ilə bağlı belə deyib: "Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım.
Azərbaycanda narçılıq
Azərbaycanda narçılıq — Azərbaycan Respublikasında narın istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi. Azərbaycanda ümumi nar bağının sahəsi 24.000 hektara yaxın təşkil edir. Azərbaycanda nar istehsal edən iqtisadi rayonlar sırasında Gəncə-Qazax və Aran iqtisadi rayonunda Çəhrayı gülöyşə, Bala Mürsəl, Azərbaycan gülöyşəsi, Nazik qabıq, Vələs, İri gilə və sair sortlar becərilir. Ən yaxşı nar sortları meyvəsinin kütləsi 800-1000 qrama, orta çəkisi isə 200-400 qrama çatır. Narın homoloji sortlarının məhsuldarlığı da eyni deyildir. Nar sortlarından Məhsəti, Bala Mürsəl və Qırmızı qabıq sortları ən yüksək məhsuldarlığa malikdir. Sortlar üzrə onların məhsuldarlığı 100-160 sentner təşkil edir. Azərbaycanda 70-ə yaxın nar sortları mövcuddur. == Azərbaycanda olan nar sortları == Azərbaycanda ən çox rast gəlinən nar sortları aşağıdakılardır. Bala Mürsəl - Bu sort Şirvan zonasında çox yayılmışdır.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
Atçılıq idmanı
Atçılıq idmanı – atların iştirakı ilə həyata keçirilən yarış idman növü. Olimpiya idman növlərindən biri. Azərbaycanda atçılıq idman növü ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli Fərmanı var. == Tarixi == Atçılıq idmanı ilk dəfə 1900-cü ildə yay Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Stokholmda keçirilən V Yay Olimpiya Oyunlarından bəri atçılıq idmanı bütün Yay Olimpiya Oyunlarında iştirak edir. 10 ölkədən idmançılar Stokholmda təmsil olundu: Böyük Britaniya, Belçika, Almaniya, Danimarka, Norveç, Rusiya, ABŞ, Fransa, Çili və İsveç. İsveç atçıları at təliminə görə qızıl, gümüş və bürünc olmaqla üç medal qazandılar, Millətlər Kubokunda maneələri aşmağa və üç növ idman məşqindən ibarət yarışa görə qızıl medal qazanan ilk komanda oldu.. == Atçılıq idmanına daxil olan anlayışlar == Arena – atçılıq idmanı üzrə yarışların keçirilməsi üçün meydan; Banket – marşrutu çətinləşdirmək üçün istifadə olunan torpaq bəndi; Coker – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Derbi – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Konkur – maneələri dəfetmə üzrə yarışın adı; Git – konkurda yarışın bir mərhələsi; Ovçu konkuru – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Jerd – dəf ediləcək maneənin bir hissəsi; Marşrut – hərəkət trayektoriyası; Kalabaska – jerdləri maneə üzərində saxlamaq üçün kronşteyn; Kurs dizayner – konkurda marşrut tərtibçisi; Manej – konkur üzrə yarışların keçirilməsi üçün bağlı və ya açıq meydança; Stoyka – maneənin bir hissəsi; sponsor maneələri – reklam xarakterli məlumat yerləşdirilən maneələr; Boks - atın saxlandığı yer; Korda-yüyənə bağlanmış uzun ip. == İdman atlarının təlimi == Təlim prosesində cins idman atlarının xüsusi keyfiyyətlərinin aşkar edilməsi və təkmilləşdirilməsi qaydalarına riayət edilməlidir. Onların yarışlara hazırlıq səviyyəsini yüksəltmək üçün təlim prosesi düzgün və səmərəli təşkil edilməlidir.
Azərbaycanda atçılıq
Azərbaycanda atçılıq — Azərbaycan Respublikası ərazisində at cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda xalqın tarixi ənənələri, mədəniyyəti, etnoqrafiyası, sosial-iqtisadi durumu ilə sıx bağlı olan Atçılıq, əsasən, damazlıq, idman, əmtəəlik, turizm, işlək – kəndli (fermer) təsərrüfatlarında yük və qoşqu vasitəsi kimi istifadə edilməsi istiqamətində inkişaf etdirilir. Damazlıq və idman Atçılığından başqa qalan sahələr çox vaxt kütləvi Atçılığa aid edilir. Dünyada mövcud olan 250-dən artıq at cinsindən ikisi – Qarabağ və Dilbaz atı Azərbaycana məxsusdur. Bir çox tarixi faktlar göstərir ki, məşhur ərəb atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olmuşdur. Ən qədim dövrlərdən Azərbaycandan İrana, ərəb ölkələrinə, Rusiyaya, Avropaya çoxlu madyan və törədici ayğır aparılmışdır; bunlar Azərbaycanda mədəni Atçılığın dərin köklərinin olmasını sübut edir. Xalq seleksiyası yolu ilə alınmış Qarabağ atı və Dilbaz cinslərindən başqa, resp.-da Quba yorğası, Şirvan atı və Kiçik Qafqaz atı yetişdirilir. Azərbaycanda 74,1 min baş at vardır (2010). Mütərəqqi texnologiya və məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında Atçılıq zavodlarında yüksək damazlıq keyfiyyətlərinə malik atlar yetişdirilir. == Növləri == Hazırda Azərbaycanda yüksək keyfiyyətli Qarabağ və Dilbaz atları, həmçinin Quba yorğası, Şirvan atı, Ərəb atı və digər növ atlar yetişdirilir.
Qazaxıstanda atçılıq
Qazaxıstanda atçılıq — Qazaxıstan Respublikası ərazisində at cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Qazaxıstan at ətinin istehsal həcmina görə dünyada ikinci yerdədir. Qazaxıstan hər il təqribən 3-4 min ton at və qatır əti idxal edir.
Yayçılı (Əhər)
Yayçılı (fars. يايجيلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (26 ailə).
Ayrılıq imiş
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Ayrılıq (film, 1995)
Ayrılıq qısametrajlı bədii filmi rejissor Elçin Cahangirli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Əlfi Qasımovun "Qağayı fəryadı" povestinin motivləri əsasında çəkilib. Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Əsas rolları Nailə Əliyeva və Elçin Cahangirli ifa edirlər. == Məzmun == Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Onlar illər sonra bir toy mərasimində qarşılaşırlar. Vaxtilə bir-birilərini sevən bu gənclər baş verən bəzi hadisələr səbəbindən ayrılırlar. İllər sonra bu təsadüfi görüş hər ikisinin sevgi xatirələrini canlandırır. Ancaq necə deyərlər: Ötən günə gün çatmaz, calasan da günü günə...
Azərbaycan Atçılıq Federasiyası
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) — Azərbaycanda atçılıq idmanının inkişafı məqsədilə yaradılmış xüsusi olimpiya-idman mərkəzi. == Tarixi == 1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası (ARAİF) yaradılmışdır. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlandı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçilmişdir və idarə heyətinin yeni tərkibi yaradılmışdır. Az vaxt ərzində federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) qoyuldu. Nizamnamənin və adın dəyişdirilməsi Azərbaycanda atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrini deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin inkişafını da öz öhdəsinə götürdü.
Ağdam Atçılıq Zavodu
Ağdam Atçılıq Zavodu == Tarixi == ХХ əsrdə Qarabağ cinsinin tariхində ən önəmli hadisə kimi iхtisaslaşmış Ağdam Atçılıq Zavodunun yaradılmasının əvəzsiz rolu olmuşdur. Zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 8 oktyabr 1948-ci il tariхli, 1681 saylı, Azərbaycan SSR Nazirlər Sovetinin isə 27 may 1949-cu il tariхli, 583 saylı qərarları əsasında yaradılmışdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Хalq Torpaq Komissasrlığının хüsusi komissiyası (N.Əfəndiyev, S.Cəfərov və S.Aquşeviç) Qarabağ atlarının keçmişdə geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzmiş və cinsin хarakterik əlamətlərini özündə saхlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdilər. 1947-ci ilin payızında seçilmiş həmin atlar Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı Nazirliklərinin mütəхəssisləri (U.Əlibəyov, S.Həsənov, İ.Əfəndiyev və S.Aquşeviç) tərəfindən bir daha baхışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edildi və 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Хaldan quşçuluq sovхozuna gətirildi və beləliklə zavodun əsası qoyulmuşdur. Sovхozlar Nazirliyinin хüsusi komissiyası (R.Səttarzadə, S.Zülfüqarov, A.Zaхoyev və S.Həsənov) tərəfindən həmin atlar bonitirə edilərək damğalanmış, onlara ad verilmiş, eksteryeri təsvir edilmişdir. Lakin yeni yaradılan at zavodu üçün Хaldan quşçuluq sovхozunun ərazisi əlverişli deyildi. Buranın yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağınkından хeyli fərqli idi. Bütün bunlar əsas gətirilərək zavod 1949-cu ilin sentyabr ayında Ağdamın yaхınlığındakı Göytəpə adlanan yerə, vaхtilə Хan zavodlarına məхsus atların məskunlaşdığı yerlərdən birinə köçürüldü. Qarabağ atçılıq zavodu yaradıldığı zamandan etibarən uğurla fəaliyyətə başladı. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərildi.
Paycıqlı quşüzümü
Paycıqlı quşüzümü (lat. Solanum laciniatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, hündürlüyü 2,5 m, birillik kulturada isə 1 m-ə qədər olur. Gövdəsi tək olub, hündürlüyü 40–60 sm, dişcikli-budaqlanandır. Gövdəsi üzərində bənövşəyi piqmentli düyüncüklü, aşağı yarpaqları saplaqlı, uzunluğu 35 sm, cüt olmayan, üç hissəli parçalanan, yuxarı yarpaqları isə azalaraq sadələşən, kiçik, bütöv və neştərşəkillidir. Yarpaqları çılpaq, yuxarı hissəsi azacıq tünd-yaşıl, aşağı hissəsi isə açıq-yaşıl rənglidir. Çiçəkləri iri, qısa çiçəkqrupundan ibarət olub, 3–17 ədəddir. Kasacığı yaşıl, 5 yarpaqlı, çiçək tacı tünd-bənövşəyi, dairəvi, meyvələri şirəli olub, uzunluğu 3 sm-dir. Meyvələri narıncı-qırmızı oval giləmeyvə, uzunluğu 2–3 sm olub, toxumları kiçik və çoxsaylıdır. Butun bitkiləri zəhərlidir.
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. == Məzmun == Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ayrılıq imiş (film, 2008)
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Kərim Yaycılı
Kərim Yaycılı — azərbaycan mühacir şairi. == Həyatı == Kərim Yaycılı Naxçıvanın Yaycı kəndində anadan olmuşdur. Erməni zülmündən xilas olmaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) ailəsiylə birlikdə Gəncəyə gəlir, bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra isə Türkiyəyə qaça bilir. Burada hərbi təhsil alır və bir müddət orduda xidmət edir. Sonralar Dövlət Konservatoriyasında və Dövlət teatrlarında çalışmışdır. İlk şeirləri 1934-cü ildən etibarən Məmməd Əmin Rəsulzadənin Berlində nəşr etdirdiyi "Qurtuluş" jurnalında dərc olunur. Daha sonralar şeir və hekayələri Ankarada nəşr edilən "Azərbaycan" jurnalında çıxır. Azərbaycan Milli Mərkəzinin və Müsavat partiyası Ankara təşkilatının üzvü idi. "Türk birliyi" adlı jurnal nəşr edirdi. Şeirlərinin böyük bir qismi "Azərbaycan, Qafqaz, Anadolu" adlı kitabda toplanıb.
Kirpikli acılıq
Ortaboy acılıq
Qatırquyruğu acılıq