Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Psixo (film, 1960)
"Psixo" (ing. Psycho) — rejissor Alfred Hiçkokun filmi. Gənc qadın Merion Kreyn müdirin ona etibar etdiyi 40 min dollar pulu oğurlayır. O, bunun cinayət olduğunu düşünməyərək öz-özünə pulları oğurlayır. Merion sadəcə olaraq şəhərdən getmək və öz sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı avtomobili idarə edərkən daxili gərginlikdən yorulan qız maşını şose yoluna döndərmək və gecəni oradakı boş moteldə keçirmək qərarına gəlir. Burada polis onu tapa bilməzdi. Burada isə onu qorxulu cəza gözləyirdi. Moteli Norman Beyts adli gənc oğlan idarə edir. O, şəxsi iztirab çəkir: moteldə onunla birlikdə sevimli, lakin çoxdan ölmüş anası yaşayır.
Eksperimental psixologiya
Eksperimental psixologiya və ya təcrübi psixologiya — psixoloji tədqiqatlar və ona aid olan prosesləri empirik metodlarla tədqiq edilməsinə deyilir. Eksperimental psixoloqlar insan və ya heyvan subyektləri üzərində müxtəlif mövzular haqqında (sensasiya və hissi, yaddaş, idrak, öyrənmə, motivasiya, emosiya, inkişaf prosesləri, sosial psixologiya) tədqiqat aparırlar. == Tarix == === İlkin eksperimental psixologiya === ==== Vilhelm Vundt ==== Eksperimental psixologiya müasir bir akademik intizam kimi 19-cu əsrdə Wilhelm Wundt psixologiya sahəsinə riyazi və eksperimental yanaşmanı tətbiq edərkən ortaya çıxdı. Wundt, Almaniyanın Leipzig şəhərində ilk psixologiya laboratoriyasını qurdu. Hermann Ebbinghaus və Edward Titchener də daxil olmaqla, digər eksperimental psixoloqlar, eksperimental üsulları arasında introspeksiyanı əhatə edirdi. ==== Çarlz Bell ==== Charles Bell İngilis fizyoloq idi, və onun əsas töhfəsi sinir sistemi ilə bağlı araşdırma idi. O, dovşan üzərində etdiyi araşdırmaları özündə əks etdirən bir broşür yazır. Onun tədqiqatı nəticəsində, onurğa kordunun posterior (dorsal) köklərinə daxil olan duyğu sinirləri və onurğa beyinin ön (ventral) köklərindən meydana gələn motor sinirləri ortaya çıxdı. On bir il sonra, bir Fransız fiziloqu François Magendie, Bell-in araşdırmasından xəbəri olmadan eyni təsbitləri nəşr edir. Bell araşdırmalarını dərc etmədiyinə görə, bu kəşf Bell-Magendie qanunu adlandırıldı.
Genetik psixologiya
Genetik psixologiya — Psixologiyanın xüsusi sahələrindən biri. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Klinik psixologiya
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır. == Klinik psixoloq == Türkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir.
Kompleks (psixologiya)
Kompleks – insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniyalarla əlaqədardır. Hər bir kəs mürəkkəb bioloji xüsusiyyətlərlə onlardan heç də az mürəkkəb olmayan təbii-sosial faktorlar kələfinin mürəkkəb bir formada kombinasiyasından ibarətdir. Bu çarpazlaşmada həddən artıq çox təsadüfdə ola bilir ki, individ özünün sonrakı həyatında daxil olacağı ayrı-ayrı insan qruplarının, kollektivlərinin ümumi standartları ilə uyğun gəlməyən bir sıra bioloji, sosial əlamətlərə, xüsusiyyətlərə malik olmuş olsun. İdeal variantında bu gərginlik, konkret bir sferadakı defektin hər hansısa formadasa kompensasiya olunmasını tələb edərək bir başqa sferada fövqəlinkişaf törətməklə nəticələnir. Nümunə üçün, məs., fiziki şikəstlik, o cümlədən, bu kateqoriyadan Adlerin çox tez-tez nümunə göstərdiyi cırtdanboyluluq – insanı yaşamaq uğrunda apardığı mübarizədə mütəmadi olaraq problemlərlə üzləşdirib, onu çətinliklərə saldığından, bu, onu öz aləmində unikal özünümüdafiə strategiyası işləyib hazırlamağa vadar edir, onun psixikasının püxtələşməsinə, plastikləşməsinə, istənilən ekstremal gərginliyə qarşı davamlılığının artmasına gətirib çıxarır; Yaxud psixi şikəstlik – ətraf dünya və insanlarla ünsiyyəti çətinləşdirdiyindən, individin özünə qapanmasına, onu dərk edib, qəbul edən ideal dünyanı öz xəyallarında və ya yaradıcılığında reallaşdırmasına, birbaşa ünsiyyətdə onu qavramayan, qəbul etməyən ətraf dünya ilə dolayısı metodlarla, yəni özünün və onların yaradıcılıq məhsulları vasitəsilə ünsiyyət saxlaması vərdişlərinə yiyələnməsinə gətirib çıxarır ki, bu da dahilərin bir çoxunun psixi xəstə kateqoriyasına aid olmasının başlıca səbəbidir; Yaxud sosial şikəstlik növlərindən olan yetimlik – bir tərəfdən individi çox erkən yaşlarından sosial münasibətlərə daxil olmağa vadar edir və onun çox tez vaxtdan özünüifadə, özünütəsdiq strategiyasına yiyələnməsinə səbəb olur. Digər tərəfdən, əksər uşaqlar özünə yalnız öz valideynlərini təqlid obyekti, ideal seçib, öz davranış və düşüncə stillərini onun nümunəsi timsalında formalaşdırdığından, əksər valideynlərinsə «orta səviyyəli», qeyri-yaradıcı şəxslər olmaları səbəbindən, uşağın özünə onu təqlid obyekti, ideal seçməsi onun da orta səviyyəli bir şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Bu səbəbdən, valideyni çox erkən yaşından itirmək, uşağı təqlid obyekti yerində öz canlı valideynini əsas götürməkdən məhrum edir və təqlid üçün onu, ya digər hansısa bir başqa ideal qəhrəman axtarışına vadar edir, ya da onun öz uşaq təsəvvüründə ideallaşdıraraq ideal qəhrəmana çevirdiyi ideal valideyn obrazını özünə təqlid obyekti seçməsinə gətirib çıxarır və s. Bir sözlə, daxili və ya xarici baryerlərin mövcudluğu şəraitində adaptasiya müəyyən müdafiə mexanizmlərinin köməkliyi ilə həyata keçir ki, bütün bunlar da, ən son halda xarakterin keyfiyyətinə transformasiya olunur . Dahilərin bir çoxunun fiziki qüsurlu, psixi xəstə və ya yetim olması faktının başlıca səbəbi də budur. Lakin insan hər hansı baxımdansa şikəst olub, lakin özü kimi şikəstlərin kollektivində yaşasaydı, bu onda heç bir natamamlıq kompleksi doğurmazdı.
Koqnitiv psixologiya
İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər. == Zehni müddətlər == İdraki psixoloqların əsl diqqət mərkəzi davranışlara təsir edən zehni müddətlərdir. Bu müddətlərdən bəziləri bunlardır: diqqət, yaddaş, qavrayış, metaboransiya.
Makyavelizm (psixologiya)
Makyavelizm - emosional soyuqluq, əxlaqi məsələlərə laqeydlik kimi xüsusiyyət ilə xarakterizə olunan psixoloji vəziyyət. Makyavelizm narsissizm və psixopatiya ilə birlikdə "qaranlıq üçlü" (ing. the dark triad) modelini əmələ gətirir. Makyavelistlər öz məqsədlərinə çatmaq üçün yalan danışmaq, aldatmaq kimi mənfi hərəkətdənlər çəkinməz, etdikləri hərəkətlər üçün vicdan əzabı duymaz. Onların manipulyasiya qabiliyyətləri yüksəkdir, digər insanları ələ salmağa meyillidirlər. Əsasən kişilərin makyavelist olmaq ehtimalları qadınlarınkından yüksəkdir. Makyavelizm termini 1970-ci illərdə Kolumbiya Universitetindəki bu sahə ilə bağlı araşdırmalardan sonra populyarlıq qazandı.
Millətlərin psixologiyası
Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın "etnik psixologiya" adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: "xalqların psixologiyası", "milli xarakter", "milli ruh", hətta "etnik (etnoqrafik) psixologiya" (Ribo T. – 1886) və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir (X. Şteyntal, M. Lasarus, V. Vundt, Q. Lebon və b.). Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır . XX əsrin 30-cu illərindən başlayaraq Qərbdə bu təlimin özünün də nəzdində differensasiya gedərək, etnik psixologiya özü də iki fərqli qola – psixoloji antropologiya və krosskultur psixologiya qollarına ayrıldı. Bunlardan birincisi – insanların müxtəlif mədəniyyət şəraitdə necə düşünüb, hiss edib, reaksiya verib, hərəkət etməsini (başlıca nümayəndələri R. Benedikt, M. Mid, K. Klakxorn, R. Linton, K. Dyubua və b.); ikincisi isə – fərqli etnik və mədəni qruplara məxsus individlərin psixologiyasındakı oxşarlıq və fərqləri, həmçinin, sosio-mədəni, ekoloji və bioloji xüsusiyyətlərindəki psixoloji fərqlərin əlaqəsini və zaman keçdikcə bu fərqlərdə yaranan dəyişiklikləri öyrənməklə məşğul olur (bu sonuncusu həm də müqayisəvi-mədəni psixologiya adı ilə də tanınır). Postsosialist ölkələrinin psixologiyasında bunların hər ikisi etnopsixologiya və ya etnik psixologiya çərçivəsində öyrənilir (Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir). Haşiyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır.
Musiqi psixologiyası
Musiqi psixologiyası (ing. Music psychology) — Musiqişünaslığın bir bölməsi olub, musiqi dilinin və musiqi əsərlərinin quruluşunun müxtəlif aspektlərinin öyrənilməsi üzrə akademik dissiplinlər toplusu olmaqla yanaşı, eyni zamanda musiqini psixoloji qavramanın qanunauyğunluqlarını və onun insan psixikasının müxtəlif struktur komponentlərinə təsirini tədqiq edir. Buna görə musiqi psixologiyası araşdırmaları sahəsinə , o cümlədən , müxtəlif profilli sahələrdə, məsələn, Musiqi akustikası , Psixoakustika, Qavrayış Neyropsixologiyası , Qavrayış və Hərəkətin psixofiziologiyası, Estetika, Kulturologiya və s. sahələrdə tədqiqatlar da aid edilə bilər. Musiqi psixologiyası sahəsində elmi tədqiqatların əsas istiqamətləri aşağıdakılardır : Musiqi qabiliyyətlərinin psixologiyası; Musiqi duyumunun psixologiyası; Musiqi qavrayışının psixologiyası; Musiqi yaradıcılığının psixologiyası; Musiqi hadisələrinin psixoloji aspektləri. Musiqi psixologiyasının problematikası özü-özlüyündə erkən antik dövrlərdən başlayaraq, musiqi incəsənətinin bütün inkişaf dövrlərində nəzərdən keçirilmişdir. Musiqi psixologiyası nöqteyi-nəzərindən ən vacib marağı Barokko dövrünün musiqisində yaranmış Affektlər Nəzəriyyəsi kəsb etmişdir ki, onun da araşdırmaçıları İohann İoahim Kvants , Maren Mersen , Afanasi Kirxer, İohann Qotfrid Valter , Klaudio Monteverdi , İohann Mattezon , Ciovanni Battista Bononçini, və Xristian Henrix Şpis olmuşlar. Affektlər nəzəriyyəsinə görə, bəstəkar yaradıcılığının məqsədi affektləri oyatmaq, cuşa gətirməkdir ki, onların qrupları arxasında da müəyyən musiqi üslubları və bəstəkarlıq yazısının digər vasitələri birləşirdilər.Affektlər nəzəriyyəsi təsvir olunurdu Afanasi Kirxerin "Musurgia universalis" (Səs və Musiqi haqqında) risaləsində fikrinə görə, affektlərin ötürülməsi hər hansı peşə texnikasına aid edilmirdi, əksinə, "simpatiya"nı idarə edən hansısa magik, sehrli hərəkət idi ki, o da, "insan ilə musiqi arasında" yaranırdı. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, o dövrün bir çox bəstəkarları , o cümlədən, Klaudio Monteverdi xüsusi olaraq, magiyanı öyrənirdi. Lakin məhz müstəqil elmi dissiplin qismində musiqi psixologiyası XIX əsrin ortalarından formalaşmağa başladı.
Münasibət (psixologiya)
Psixologiyada münasibət bir insana xas olan və ya onu xarakterizə edən psixoloji konstruksiya, psixi və emosional mücərrəd varlıqdır. Münasibət insanların, obyektlərin, hadisələrin, fəaliyyətlərin və ideyaların müsbət və ya mənfi qiymətləndirilməsi ola bilər. Bu konkret və ya mücərrəd olan bir şey haqqında ola bilər. Bununla belə, münasibətin dəqiq tərifi haqqında mübahisələr var. Məsələn, Eagly və Chaiken, münasibəti "müəyyən bir varlığın müəyyən dərəcədə müsbət və ya mənfi cəhətlərlə qiymətləndirilməsi ilə ifadə olunan psixoloji meyl" kimi təyin edirlər. Bəzən münasibəti obyektə təsir kimi təyin etmək adi hal olsa da, affekt (yəni, diskret emosiyalar və ya ümumi oyanış) ümumiyyətlə münasibət obyektini formalaşdırmaq üçün istifadə edilən qiymətləndirmə strukturu kimi başa düşülür. Münasibət münasibət obyektlərinə diqqətə, məlumatın kodlaşdırılması üçün kateqoriyalardan istifadəyə və münasibətə aid məlumatın şərhinə, mühakiməsinə və xatırlanmasına təsir göstərə bilər. Bu təsirlər əlçatan olan və mükəmməl dəstəkləyici bilik strukturuna əsaslanan güclü münasibətlər üçün daha güclü olur. Təsirin davamlılığı və təsiri evristikanın ardıcıllığından yaranan gücdən asılıdır. Münasibətlər, hətta şəxs əlaqəsiz məqsədlər güdürsə belə, məlumat, diqqət və davranışların kodlaşdırılmasına rəhbərlik edə bilər.
Mədəni-tarixi psixologiya
Mədəni-tarixi psixologiya-1920-ci illərin sonunda Lev Viqotski tərəfindən yaradılan və Şərqi Avropa və dünyanın başabaşında onun tələbələri və ardıcılları tərəfindən inkişaf etmiş psixologiya nəzəriyyəsi.Mədəni-tarixi psixologiyanın əsas xarakteri onun tendensiyası müxtəlif yanaşmalar və metodlardan yararlanma ilə insanlar haqqında biliklərin inteqrasiyası idi.
Məhəbbət psixologiyası
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Məmmədəli Məhərrəmov (psixoloq)
Məmmədəli Məhərrəmov (1909-1970) — azərbaycan psixoloqu. Psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə kimi tarixdə qalmışdır. Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur. Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.
Məqsəd (psixologiya)
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Pedaqoji psixologiya
Pedaqoji psixologiya — Psixologiyanın konkret fəaliyyətlə bağlı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biridir. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir. Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir. Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir. Müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr durur. Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar. Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s.
Psixoaktiv maddələrin rekreativ istifadəsi
Psixoaktiv maddələrin rekreativ istifadəsi (ing. Recreational drug use) — psixoloji aktiv maddələrin zövq və ya digər məqsədlər üçün tibbi göstəricilərlə əlaqəli olmayan dövri və ya epizodik istifadəsi. Bu istifadə çox vaxt fərdin ictimai fəaliyyəti ilə əlaqələndirilir, tipik nümunələr şənliklər, klublar və barlarda istifadədir. Preparatların istifadəsi, qanuni və qeyri-qanuni olmaqla iki yerə bölünür. Eyni zamanda, rekreativ preparat və ya rekreativ psixoaktiv maddə termini ilə də vurğulanır. Vaxtaşırı və ya bəzən zövq, məmnunluq hissi, o cümlədən sosial münasibətlər və qrup rekreasiyası üçün istifadə olunan bir dərman və ya maddədir. Bir çox psixoaktiv maddələrin tez-tez istifadəsi bu maddələrdən asılılığı və müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Rekreativ preparatlara — pivə, şərab və likörlər də daxil olmaqla bütün spirtli içkilər, marixuana və qaşiş; nikotin, qəhvə, çay və sərinləşdirici içkilər də daxil olmaqla bütün kofein məhsulları və resept ilə əlaqəli olmayan dərmanlar aiddir. 2015-ci ildə aparılan araşdırmalar nəticəsində, 15–65 yaş arası insanların təxminən 5% -nin ən azı bir dəfə qanunsuz narkotik istifadə etdiyi hesablanmışdır. Bir çox tədqiqatçı narkotikin rekreativ istifadəsinin etiologiyasını araşdırmışdır.
Psixoanaliz
Psixoanaliz (alm. Psychoanalyse‎) — XIX əsrin sonlarında — XX əsrin əvvəllərində avstriyalı nevroloq və psixiatr Ziqmund Freyd (1856–1939) tərəfindən hazırlanan psixologiya nəzəriyyəsi. Bu nəzəriyyəyə əsaslanan psixi pozuntu müalicə üsulu da mövcuddur. V. Q. Belinski. Seçilmiş məqalələr. Bakı: Azərbaycan LKGİMK Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1948, 142 s. C. Cabbarlı. Əsərləri üç cilddə, I-cild. Bakı: Azərnəşr, 1968, 407 s. N. Q. Çernışevki.
Psixoanaliz və Din (Fromm)
Psixoanaliz və Din — alman sosioloq və psixoloqu Erix Frommun 1950-ci ildə yazdığı əsər. "Avtoritar din çox vaxt insanlara — insanın həqiqi həyatı ilə bir əlaqəsi olmayan — qeyri-müəyyən və əlçatmaz prinsipləri sırımağa çalışır. Hal-hazırkı vəziyyətdə yaşayan insanların həyatları və xoşbəxtlikləri "ölümdən sonrakı həyat" və ya "cəmiyyətin gələcəyi" kimi ideologiyalar uğrunda asanlıqla qurban edilə bilir. Çünki, bu ideologiyalar uğrunda bütün vasitələrə əl atmağa dəyər və beləcə bu ideologiyalar dindar və ya hüquqi "fərqlənmiş" zümrənin əlində bütün insanların həyatlarını idarə etmək üçün bir vasitəyə çevrilir." Bu kitab, psixoanalizdəki xaotik dünyamızı əks etdirən və üsyana sövq edən bir əsərdir. Dinin nəzərdən qaçırdığı nüansları vurğulamaqla yanaşı, həm psixologiya, həm də din müəllimlərinə dəyərli informasiya mənbəyi təşkil edir. Kitab psixoanalizin şüuraltı çaxnaşmalarını işıq üzünə çıxarmağa kömək edəcəkdir. Əsər Kəpəz (Pənahlı) Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Taleh Hüseynovun redaktorluğu, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə Seymur Həsənli tərəfindən nəşrə hazırlanmış, 2018-ci ilin may ayında Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 120 səhifədə 1000 tirajla nəşr edilib. Əsərin Elmar Namazın tərcüməçisi olduğu variantı isə Cavid Qədir və Taleh Eminoğlunun redaktorluqları ilə "Kitabsevərlər" hərəkatı tərəfindən Bakıda 2018-ci ilin may ayında "Elm və Təhsil" Nəşriyyatında nəşr edilib. Turkkitab. Az Erix Fromm: Psixoanaliz və din Erix Fromm: Freyd və Yunqda psixoanaliz və din.
Psixodiaqnostika
Psixodiaqnostika — psixologiya elminin sahələrindən biri. O, insanların psixi xassə , prosesi və hələtlərinin inkişaf xüsusiyyətləri haqqında elmi cəhətdən yoxlanmış və onlar haqqında əsaslı məlumat əldə etməyə imkan verən metodların köməyi ilə qiymətləndirilməsinin nəzəriyyəsi və praktikası ilə məşğul olur. Ümumi psixologiya. Prof. S. İ. Seyidov və prof. M. Ə. Həmzəyevin elmi redaktorluğu ilə.
Psixofizika
Psixofizika — obyektiv ölçülə bilən fiziki proseslər və subyektiv hisslər arasında qarşılıqlı əlaqəni öyrənən psixologiyanın bir qolu. Psixofizikanın əsasları 19-cu əsrin alman tədqiqatçıları Qustav Fexner və Ernst Henrix Veber tərəfindən qoyulmuşdur. Fechner xarici və daxili psixofizika arasında fərq təqdim etdi. Xarici psixofizika qıcıqlandırıcı və hiss orqanları arasındakı əlaqəni ölçürsə, daxili psixofizika sinir prosesləri və təcrübələr arasındakı əlaqə ilə məşğul olur. Psixofizikanın ən vacib problemlərindən biri fizioloji hisslərin mütləq həddi dəyərlərinin öyrənilməsidir. Bu istiqamətdə ilk tədqiqatlar 1834-cü ildə Ernst Veber tərəfindən aparılmışdır. Veberin hazırladığı esteziometrdən (Veber kompası) istifadə edərək apardığı tədqiqatlar belə nəticəyə gəlməyə əsas verir ki, hiss orqanlarının reseptorları məhdud həssaslığa və müəyyən mütləq həssaslıq həddinə malikdir. Həssaslıq həddinin ölçülməsi müxtəlif hisslər üçün hissiyyat çatışmazlığının miqyasını müəyyən etməyə imkan verir. Fizioloji sensasiyanın mütləq həddi müəyyən edilə bilən minimum stimul səviyyəsinin dəyəridir. Ayrı-seçkilik həddi ilkin stimuldan fərqləndirmək üçün verilmiş stimula əlavə edilməli olan stimulun miqdarıdır.
Psixofiziolgiya
Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə diqqəti cəlb edir. 3–6 yaşlı uşağın boyunun, çəkisinin artmasında nəzərə çarpacaq dəyişiklik baş verir. Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaqlar qalır. Uşağın skeleti əsasən qığırdaq toxumalardan ibarət olur. Ona görə də lazımi tələblərə əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir. Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmyaşıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşağın sosial şəraitə və həyatın tələblərinə uyğunlaşmasına imkan verir. Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi formalaşmasının ilkin mərəhələsi kimi özünü göstərir. Məqsədəyönəlişliyin əsası qoyulur.
Psixoinformatika
Psixoinformatika — şəxsiyyət və əhvali-ruhiyyə kimi psixoloji xüsusiyyətlər haqqında məlumatları aşkar etmək üçün psixologiya sahəsindən toplanan məlumatların əldə edilməsi, təşkili və sintezi üçün informatikanın əsaslarından istifadə edən, inkişaf etməkdə olan fənlərarası elm sahəsi. Psixologiya tarixən məlumat toplamaq üçün təcrübələrə və anketlərə əsaslanmışdır. Bu metodlar bir sıra mənfi cəhətlərlə üzləşir. Təcrübələr çox vaxt iştirak etmələri üçün həvəsləndirilməli olan az sayda iştırakçıdan ibarətdir və nisbətən qərəzli ola bilər. Psixoformatika bu problemləri psixoloji ilə əlaqəli "Big Data"nı (məsələn, smartfonlarda və ya sosial media şəbəkələrindəki kommunikasiya) toplamaq və daha sonra müvafiq psixoloji məlumatları seçmək yolu ilə həll edir.
Psixolinqvistika
Psixolinqvistika (psycholinguistics) – psixologiya və linqvistikanın (dilçiliyin) vəhdətindən yaranmış elm sahəsi. Linqvistika nitqin təşkilini dil qanunlarına uyğun olaraq öyrənir. Psixolinqvistika isə nitqin yaranması prosesinə, nitqin qavranmasına və doğma dillə xarici dilin necə dərk olunmasına müraciət edir. Psixolinqvistika nitqi ilk öncə psixoloji fenomen kimi öyrənən dilçilik sahəsidir. Psixolinqvistikaya görə dil danışanın və dinləyənin, yazanın və oxuyanın daxili dünyası qədər mövcud bir faktordur. Bu sahə "ölü" dilləri öyrənmir, çünki bu zaman qədim yazılarla yanaşı həmin dilləri yaradan cəmiyyətin psixi dünyası gəlib çatmayıb. Psixolinqvistikanı qismən linqvistika və qismən də psixologiya kimi qiymətləndirmək düzgün deyil. Bu, dili, nitqi öyrəndiyinə görə linqvistikaya və dili müəyyən aspektdən – psixoloji fenomen kimi öyrəndiyinə görə psixologiyaya aid olan kompleks elmdir. Psixolinqvistika təxminən 50 il bundan öncə ABŞ-də yaranmışdır. Psixolinqvistika termininin özü 1950-ci illərdə ABŞ-də artıq yaranmaqda olan yeni istiqaməti xarakterizə etmək üçün istifadə olunmuşdur.
Psixologiya
Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm; köhnə Azərbaycandilli mənbələrdə ruhiyyat, az-əbcəd. روحيات‎) — canlı varlıqların psixikasını, psixi və ruhi fəaliyyətinin prosesini öyrənən elm. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya –psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur.
Psixoz
Psixoz — düşüncə və duyğunun ağır formada pozulduğunu təyin edən psixiatriya terminidir Psixotik epizod keçirən xəstələr halüsinasiyalar görüb, batil (?) inanclara inanırlar. Onlarda şəxsiyyət dəyişiklikləri və düşüncə pozğunluğu da müşahidə edilir. Psixoz adətən gənclərdə görülsə də, orta yaşlı insanlardan da yan keçmir. Psixiatrlara görə, gənclərdə daha sıx görülən psixoz ağır bir zehni xəstəliyin əlaməti ola bilər. "Psixoz" sözü ilk dəfə 1845-ci ildə Ernst Von Fektersleben tərəfindən dəlilik və maniya sözlərinə alternativ olaraq istifadə edilib. Psixoz sözünün yunan dilindən tərcüməsi "anormal" vəziyyət deməkdir. Ümumi psixiatriyada psixoz ağır ağıl xəstəliyinin simptomu olaraq qəbul edilsə də, özü bir diaqnoz sayılmır. Psixoz şizofreniya, bipolar pozuğluq və ağır kliniki depressiya ilə əlaqələndirilir. Epilepsiya xəstəliyinin gedişində rast gəlinən psixoz əlamətləri kəskin və xronik formalarda meydana çıxa bilər. Kəskin psixoz halları həm düşüncənin pozulması ilə, həm də düşüncə pozuntusu olmadan cərəyan edir.
Psixi pozuntu
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.
Psixi sağlamlıq
Psixi sağlamlıq – insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü büruzə verir. Psixi sağlamlıq sosial-iqtisadi vəziyyəti ilə yanaşı insanın fiziki sağlamlığı ilə sıx bağlıdır.
Psixi səbəbiyyət
Psixi səbəbiyyət, həmçinin Zehni səbəbiyyət (ing. Mental Causation) — şüurun və fiziki dünyanın səbəb əlaqəsi, xüsusən də insan şüurunun onun davranışına təsiri. Gündəlik həyatda və elmi təcrübədə şüurla fiziki dünya arasındakı qarşılıqlı əlaqə təbii qəbul edilir. Psixi vəziyyətlərin və proseslərin insan davranışına təsiri gündəlik psixologiyada, elmi psixologiyada və psixologiya fəlsəfəsində müəyyən edilmiş fakt kimi qəbul edilir. Eyni zamanda, müasir şüur ​​fəlsəfəsində və idrak elmində psixi səbəbiyyət problemi geniş müzakirə mövzusudur. Bu, qeyri-maddi şüurun və materiyanın qarşılıqlı təsirinin dünyanın Kartezyen mənzərəsinin müəyyən etdiyi nəzəri çərçivədə izahının mürəkkəbliyi ilə bağlıdır. Müasir filosofların və alimlərin böyük əksəriyyəti Kartezyen substansial dualizmi rədd etsələr də, onların bir çoxu əqli və fiziki arasında əsaslı fərq haqqında Kartezyen ideyasına sadiq qalırlar. Zehni səbəbiyyət probleminin həllində əsas çətinlik fiziki aləmin səbəb-nəticə bağlanması prinsipini və psixi xassələrin fiziki xassələrə salınmazlığını ardıcıl şəkildə necə birləşdirməkdir. Psixi səbəbiyyət psixofiziki problemin ən mühüm komponentlərindən biridir və bir neçə aspekti özündə birləşdirir, o cümlədən: şüur ​​və bədən arasında əlaqə; azad iradə; mənəvi məsuliyyət; səbəbli cütləşmə problemi; enerjiyə qənaət qanunu; fiziki dünyanın səbəbli bağlanması və həddən artıq müəyyənləşmənin istisna edilməsi Psixi səbəb əlaqəsi ilə bağlı məsələlər bəzi qədim mətnlərdə, məsələn, Platonun "Fedon" traktatı və Aristotelin "Ruh haqqında" traktatında işlənir. Bununla belə, psixi səbəbiyyətin aktual problemi bir çox digər mühüm fəlsəfi problemlərdən çox gəncdir.
Psixi impotensiya
Madonna–fahişə kompleksi və ya Madonna–məşuqə kompleksi — psixoanalitik ədəbiyyata görə, sədaqət və sevgi dolu bir romantik münasibətdə seksual oyanışı qoruyub saxlaya bilməmək. İlk dəfə bunu psixi impotensiya adlandıran Ziqmund Freyd tərəfindən müəyyən edilmiş bu, qadınları müqəddəs Madonnalar və ya alçaldılmış fahişələr kimi görən kişilərdə inkişaf edən psixoloji kompleksdir. Bu kompleksə malik olan kişilər hörmətli partnyoru (Madonna) arzulaya bilmirlər və alçaldılmış (fahişə) seksual partnyor istəyirlər. Freyd yazmışdır ki, "belə kişilər sevən zaman istəkləri olmur, istədikləri olanda zaman isə sevə bilmirlər". Klinik psixoloq Uve Hartmann 2009-cu ildə yazmışdır ki, kompleks "bugünkü pasiyentlərdə hələ də çox yayılmışdır". == Psixoanalizdə == Freyd iddia edirdi ki, Madonna–fahişə kompleksi kişi ehtirasındakı şəfqət və seksual cərəyanlar arasındakı parçalanmadan qaynaqlanır. Edip və kastrasiya qorxuları keçmiş insestual obyektlərə duyulan məhəbbətin şəhvani formada arzulanan qadınlara bağlanmasını qadağan edir: "Belə insanlarda bütün sevgi sferası incəsənətdə müqəddəs və qeyri-müəyyən (və ya heyvani) sevgi kimi təcəssüm etdirilən iki istiqamətdə bölünür". Bir kişi hiss etdiyi təşvişi minimuma endirmək üçün qadınları iki qrupa ayırır: heyran ola biləcəyi qadınlar və seksual cəhətdən cazibədar hesab etdiyi qadınlar. Kişi əvvəlki kateqoriyada olan qadınları sevdiyi halda, ikinci qrupa nifrət edir və onları dəyərsizləşdirir. Başqa bir nəzəriyyə iddia edir ki, Madonna–fahişə kompleksi individual kişilərin inkişaf qüsurlarından deyil, qadınların mifologiyada və İbrahim teologiyasında ya Madonna, ya da fahişə kimi təqdim edilməsindən irəli gəlir.
Psixi enerji (psixoanaliz)
Psixi enerji — diqqətin, marağın və ehtirasın bir obyektdən (və ya cari fəaliyyətdən) digərinə köçürülməsinin xüsusiyyətlərini təsvir etmək üçün Ziqmund Freydin təklif etdiyi termin. Mur — Fayn nəzəriyyəsinin tərifində o, “zehni aparatın hər hansı fəaliyyətinin və <…> bütün psixi təzahürlərin əsasında yatan hipotetik olaraq mövcud və <…> kəmiyyətcə ölçülə bilən enerjiyə” uyğun gəlir. “Psixi enerji”, F.Taysonun və R.Taysonun fikrincə, psixoanalizdə oxşar mənada başa düşülür, lakin fiziki kəmiyyət kimi “enerji” anlayışının analoqu deyil. Termin Freydin təfsirində, Çarlz Raykrofta görə, hərəkətlər [diqqət, maraq, bağlılıq] zehni təmsillərə (daimi, müəyyən dərəcədə, bir şeyin təsvirləri) müəyyən miqdarda enerjinin qoyulduğu mövqe ilə izah olunur. əvvəllər qəbul edilmiş və ya bu cür təsvirlərin yaradılması prosesi) cisimlərdir və bu kəmiyyətlər hərəkətliliyi ilə fərqlənir. "Psixi enerji" anlayışına uyğun olaraq, sonuncunun əsas funksiyaları iki qrupa bölünür: motivasion və instrumental. Birincisi, boşalma (enerjinin yığılması maksimum icazə verilən dəyərə çatdıqda) ilə ifadə edilir, instrumental funksiya isə müxtəlif funksiyaların formalaşmasına və ya yerinə yetirilməsinə xidmət edir: məsələn, “şüursuz düşüncələrin və fikirlərin şüura keçidini asanlaşdırmaq”. Psixi enerji konsepsiyası Freydin metapsixologiyası üçün (iqtisadi və dinamik yanaşmalarına görə) ən vacib olanlardan biridir, lakin eyni zamanda, zaman keçdikcə o, [konsepsiya] bir çox çatışmazlıqları üzə çıxardı və ciddi və hətta şiddətli tənqidlərə məruz qaldı. elmi ictimaiyyət — xüsusən də bir sıra tanınmış analitiklər hətta Mur və Faynın anlayışına görə hələ də tam şəkildə baş verməmiş "psixik enerjinin" varlığı ideyasından tamamilə imtina etməyi tələb etdilər.
Trans (psixi vəziyyət)
Trans (fr. transir “keyimə” ← lat. transire “bir şeyin sərhədlərini aşmaq”) — bir sıra dəyişdirilmiş şüur halları, o cümlədən insanın şüurlu və şüursuz psixi fəaliyyətini birləşdirən və vasitəçilik edən psixikanın funksional vəziyyəti. Bu zaman bəzi koqnitivist yönümlü şərhlərə görə, şüurun dərəcəsi məlumatın emalında iştirakını dəyişir. K.Hoffman bildirir ki, “Trans hələ də ənənəvi olaraq şüurun azalması və ya yuxululuq vəziyyəti kimi müəyyən edilir. Bununla belə, daha yeni antropoloji təriflər onu dəyişdirilmiş şüur halları ilə əlaqələndirir (Çarlz Tart) və o, getdikcə daha çox qəbul edilir ”. Trans diqqət mərkəzində olan adi şüur vəziyyətindən fərqlənir - bununla insan daxili diqqət mərkəzini inkişaf etdirir (yəni diqqət xarici deyil, şəkillərə, xatirələrə, hisslərə, xəyallara, fantaziyalara və s.), şüurun normal vəziyyətində olduğu kimi . Bir şəxs qəsdən trans vəziyyətinə girdikdə, belə bir trans şərq ölkələrində bir çox mənəvi məktəblər tərəfindən - meditasiya adlandırılır. M.Eriksonona görə, transın özü terapevtikdir (yəni sadəcə onun içində olmaqdır), çünki onun gedişi zamanı “adi” şüur vəziyyətində həyata keçirmək çətin olan zehni yenidənqurma mümkündür. Trans halları dərəcə baxımından çox dəyişir: daxili diqqət mərkəzindən bir şeyə demək olar ki, hər hansı bir konsentrasiya (nəyisə xatırlamaq və ya təsəvvür etmək cəhdi) transın görünüşünə səbəb olur, çünki insanın diqqəti əhəmiyyətsiz və daha az dərəcədədir.
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı (ing. Diagnostic and Statistical Manual of mental disorders — DSM) — ABŞ-ın psixi pozğunluqlar üçün nomenklaturası. Amerika Psixiatriya Assosiasiyası (APA) tərəfindən hazırlanmış və nəşr edilmişdir. Klassifikatorun 2013-cü ildə buraxılmış son versiyası DSM-5 2022-ci ildə DSM-5-TR adı ilə yeniləndi. 1952 — DSM-I 1968 — DSM-II 1973 — DSM-II (homoseksuallıq ilə 6-cı təkrar buraxılış çıxarıldı) 1980 — DSM-III 1987 — DSM-III-R (R — revised) 1994 — DSM-IV 2000 — DSM-IV-TR (TR — ing.
Rəqəmsal mediadan istifadə və psixi sağlamlıq
Rəqəmsal mediadan istifadə və əqli sağlamlıq — rəqəmsal mediadan istifadə ilə psixi sağlamlıq arasındakı əlaqələr. Bu mövzu müxtəlif tədqiqatçılar, əsasən psixoloqlar, sosioloqlar, antropoloqlar və tibbi ekspertlər tərəfindən, xüsusən də 1990-cı illərin ortalarından, ümumdünya hörümçək torunun böyüməsindən sonra araşdırılmışdır. Əhəmiyyətli bir araşdırma qrupu ümumiyyətlə "rəqəmsal asılılıqlar" kimi tanınan "həddən artıq istifadə" fenomenini araşdırmışdır. Bu hadisələr bir çox cəmiyyətlərdə və mədəniyyətlərdə fərqli şəkildə özünü göstərir. Bəzi ekspertlər əqli sağlamlıq da daxil olmaqla müxtəlif sahələrdə orta səviyyədə rəqəmsal mediadan istifadənin faydalarını və yeni texnoloji həllər ilə əqli sağlamlıq problemlərinin müalicəsini tədqiq etmişlər. Rəqəmsal medianın faydalı və patoloji istifadəsi arasında fərq müəyyən edilməmişdir. Geniş qəbul edilmiş diaqnostik meyarlar yoxdur, baxmayaraq ki, bəzi ekspertlər ondan həddən artıq istifadəni əsas psixiatrik pozuntuların təzahürü hesab edirlər. Patoloji olaraq rəqəmsal mediadan istifadənin qarşısının alınması və müalicəsi də standartlaşdırılmamışdır, lakin uşaqlar və ailələr üçün mediadan daha təhlükəsiz istifadə haqqında təlimatlar hazırlanmışdır. Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-5) və Xəstəliklərin Beynəlxalq Təsnifatının (ICD-11) 2013-cü ildəki beşinci nəşrinə problemli internet istifadəsi və problemli sosial media istifadəsi üçün diaqnozlar daxil edilməmişdir. ICD-11-ə qeyminq pozuntusu diaqnozu (ümumiyyətlə videooyun asılılığı kimi tanınır) aiddir, DSM-5-də isə yoxdur.
Psix, amma bu yaxşıdır (teleserial, 2020)
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Prixod
Prixod (yun. παροικία ( yun. παρά — "yaxın" və yun. οἶκος — "ev") — xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvülərinin yaşadığı yer, məhəllə. Rusca-azərbaycanca lüğət (Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası), II cild, Bakı, 1991. Səh. 644 (Приход, приходский).
Psila
Psila (lat. Psila) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Asio
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Psxu
Psxu (gürcücə: ფსხუ, Pskhu; abxazca: Ҧсҳәы, Ps'hwy; rusca: Псху, Pskhu) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. 2005-ci il əhalinin siyahıyaalınmasına görə, kəndin əhalisi 150 nəfərdən ibarət olmuşdur. Əhalinin əksəriyyətini etnik ruslar təşkil edir. Kənd coğrafi baxımdan Böyük Qafqaz və Bzyb dağ silsilələrinin arasında yerləşən kəndlə eyni ada malik vadidə yerləşir. Bzyb çayı və digər çox saylı çaylar kəndin yaxınlığından axır. Kəndin də daxil olduğu vadi abazinlər tərəfindən məskunlaşdırılmışdır. Abazinlər ruslara ən sonda tabe olmuş Qafqaz xalqıdır və etnik baxımdan adıqlarla, abxazlara yaxındırlar. 1864-cü ildə onların torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən sonra müharibədən sağ çıxanların demək olar ki hamısı Osmanlı imperiyasına getdilər. Yerdə qalan kəslər isə Qara dəniz sahilində Osmanlı imperiyasına gedərkən yolda aclıqdan və ya malyariyadan həyatlarını itirdilər. Psxu kəndi II Dünya müharibəsi zamanı almanlar tərəfindən ələ keçirilmiş yeganə Cənubi Qafqaz kəndidir.
Primo Sentimenti
Primo Sentimenti (d. 28 dekabr 1926 – ö. 13 oktyabr 2016) — Sentimenti V kimi də tanınan, yarımmüdafiəçi kimi çıxış etmiş İtaliya futbolçusu və baş məşqçisidir. Sentimenti Modena əyalətinin Bomporto şəhərində anadan olmuşdur. Sentimenti bir neçə İtaliya futbol klunda çıxış etmişdir. Bunlardan ən yadda qalanı isə "Latsio" klubundakı oyunu olmuşdur. O, bu klubda 200-dən çox oyun keçirtmişdir. Sentimenti ailəsi İtaliya futbolunda məşhur ailələrdən idi. Lusidioda onun qohumlarının bəziləri və onun qardaşları yaşayırdı; Ennio, Lusidio, Vittorio və Arnaldo, xalası uşaqları Lino və qardaşı oğulları Roberto və Andreya Sentimenti. Primonun iki qardaşı Vittorio və Lusidio 1950-ci illərdə Latsioda çıxış etmişdir.
Psila caespitosa
Baccharis acaulis (lat. Baccharis acaulis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü. Heterothalamus acaulis Wedd. ex R.E.Fr. Lepidophyllum acaule Benth. & Hook.f. ex Hook.f. & A.B.Jacks. [Illegitimate] Pseudobaccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Psila caespitosa Phil.
Spiro Aqnyu
Spiro Teodor Aqnyu (9 noyabr 1918[…], Baltimor, Merilend – 17 sentyabr 1996[…], Berlin[d], Merilend) — Amerika Birləşmiş Ştatlarının 39-cu vitse-prezidenti (1969–1973). Agnew Merilendin 55-ci Qubernatoru (1967–1969) vəzifəsində çalışmışdır. O, bu vəzifələrdə çalışan ilk yunan əsilli amerikan olmuşdur. 10 oktyabr 1973-cü ildə vəzifəsindən istefa etmişdir.
Spiro Quberina
Spiro Quberina (1 mart 1933, Şibenik – 27 noyabr 2020, Zaqreb) - Xorvatiya aktyoru. Spiro Quberina 1 mart 1933-cü ildə Xorvatiyanın Şibenik şəhərində anadan olub. Şibenik Milli Teatrında ilk rolunu oynayanda o, hələ lisey şagirdi idi. Orta təhsilini bitirən Quberina 1970-ci ildə Zaqreb Dramatik Sənətlər Akademiyasını bitirdi. Bundan sonra təqaüdə çıxdığı 1999-cu ilə qədər Zaqrebdəki Xorvatiya Milli Teatrında davamlı olaraq tamaşalarda rol oynadı. Teatr, kino və televiziya sahəsində rolları müvəffəqiyyətlə oynamış, spesifik nitqə əsaslanan xarakter komediyalarında üstün olmuşdur. Ranko Marinkoviçin, İvo Breşanın, Marin Drjiçin və digər yazıçıların əsərlərində müstəsna bir müvəffəqiyyət qazandı və xüsusilə də, radio-televiziya seriallarında da rol aldı: Divaç ("Dilənçilər və Oğullar", İvan Raos), Strikan ("Velo misto", Milyenko Smoye), Oçenaşek ("Oçenaşekin gündəliyi", Vyekoslav Mayer) və s. rollar Quberinanın əvəzsiz rolları idi. Bundan başqa, dublyajçılıq da edən Quberina "Asteriks Sezara qarşı" filmində Obeliksi və "Mune: Ay gözətçisi" filmində Yuneni xorvat dilindəki dublyajda səsləndirmişdi. Fəaliyyətinə yüzlərlə tamaşalar və onlarla filmlər sığdıran Spiro Quberina 27 noyabr 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində dünyasını dəyişib.
Hsiao Tabuyan
Hsiao Tabuyan (çin. 蕭塔不煙; pinyin: Xiāo Tǎbùyān, ö. 1150-ci ildən sonra) ― 1143-1150-ci illərdə Qarakitayların qəyyumu və faktiki hakimi. Daha öncə dayısıoğlu Yelü Daşi (İmperator Deçonq) ilə evlənərək imperatriça olmuşdu və Qantian adı ilə tanınırdı. O, müsəlman mənbələrində Kuyanq və ya Orqina kimi tanınırdı. == Hakimiyyəti == Yelü Daşinin 1143-cü ildə ölümündən sonra o, kiçik oğlu Yelü Yilinin yerinə qəyyum kimi taxt-taca oturdu. O, həmçinin era adını dəyişdirdi və effektiv şəkildə idarə etməyə başladı. Növbəti il, 1144-cü ilin martında Oğuz tayfaları Buxaranı yenidən işğal etdilər və ehtimal ki, onu 1148-ci ilə qədər saxladılar. Həmin ilin sonunda Cin imperatoru Xiçonq özünün Çjanqe Hannu (粘割韓奴) adlı bir səfirini Tabuyana göndərdi və ondan imperatora tabe olmasını tələb etdi. Qəzəblənən Tabuyan isə onu əvvəlcə diz çökməyə məcbur edib, sonra edam etdi.
Psila spartioides
Psila spartioides (lat. Psila spartioides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin psila cinsinə aid bitki növü.
Turş Pisko
Turş Pisko Peru və Çili üçün ənənəvi olan Peru mənşəli spirtli kokteyldir . İçkinin adındakı pisko onun əsas bazası olan likör və kokteyl termini turş isə turş sitrus şirəsi və şirinləşdirici komponentlərin adından gəlir. Peru mənşəli turş pisko bazası içki kimi Peru piskosundan istifadə edir və təzə sıxılmış laym şirəsi, sadə sirop (həm. şərbət), buz, yumurta ağı və Anqostura əlavə edir. Çili versiyası oxşardır, lakin Çili pisko və Pika laym istifadə edir, bitter və yumurta ağını istifadə edilmir. Kokteylin digər variantlarına ananas kimi meyvələr və ya koka bitkisinin yarpaqları kimi bitkilərlə hazırlanmışlar aiddir. Pisko əsaslı qarışıq içkilərin hazırlanması 1700-cü illərə təsadüf etsə də, içki tarixçiləri və içki mütəxəssisləri razılaşırlar ki, bu gün məlum olan kokteyl 1920-ci illərin əvvəllərində Perunun paytaxtı Limada amerikalı barmen Viktor Voqen Morris tərəfindən icad edilmişdir. Morris 1903-cü ildə Perunun mərkəzindəki Cerro de Pasko şəhərində işləmək üçün ABŞ-ı tərk etdi. 1916-cı ildə Limada "Morris' Bar"ı açdı və onun barı tez bir zamanda Perunun yuxarı təbəqəsi və ingilisdilli əcnəbilər üçün məşhur bir məkana çevrildi. Turş Pisko haqqında bilinənən ən qədim qeydlər, Morrisin barı üçün Peru və Çilidə nəşr olunan 1920-ci illərin əvvəllərinə aid qəzet və jurnal reklamlarında tapılır.
ASIMO
ASIMO (yap. アシモ — Aşimo) — Honda şirkəti tərəfindən yaradılmış humanoid robotdur. Boyu 130 sm, çəkisi 54 kq. olan robot, belində çantası olan astronavt formasında düzəldilmişdir və saatda 6 km. məsafə qət etmə bacarığına malikdir. ASIMO Hondanın Araşdırma və İnkişaf etdirmə Mərkəzi tərəfindən Yaponiyada çıxarılmışdır. 1986-cı ildə Honda tərəfindən yaradılmağa başladılan insan robotları seriyasından 11-cisidir. ASIMO adı ingiliscə "Advanced Step in Innovative Mobility" sözlərinin baş hərflərindən ibarətdir. Yaponca 足も yazılır və aşimo kimi oxunur. 2007-ci ildə 46 ASIMO robotu hazırlanmışdır.
POSIX
POSIX (ing. Portable Operating System Interface for Unix — azərb. Unix üçün daşına bilən əməliyyat sistemləri interfeysi‎) Bir əməliyyat sistemi xidmətini təyin edən Elektrik və Elektronik Mühəndisləri İnstitutu (IEEE) standartı. POSIX standartını istifadə edən proqramlar bir sistemdən digərinə asanca daşına bilər. POSIX, UNIX sistem xidmətlərinə dayanır, ancaq başqa əməliyyat sistemləri tərəfindən də inkişaf etdirilə biləcək şəkildə yaradılmışdır.
Sixto Duran Ballen
Siksto Alfonso Düran-Balen Kordoves (d.9 iyul, 1921, Boston, Massaçusets - 15 noyabr 2016, Kito, Ekvador) — Ekvadorun keçmiş prezidenti.
Mixo Mosulişvili
Mixo (Mixail) Anzoroviç Mosulişvili (gürc. მიხო მოსულიშვილი; 10 dekabr 1962, Araşenda[d], Kaxetiya) — gürcü yazıçı və dramaturq. O, 1986-cı ildə Tbilisi Dövlət Universitetinin geoloji-coğrafiya fakultetinin geoloq-mühəndis ixtisasını bitirmişdir. Daha sonra o, geoloq kimi çalışmış və müxtəlif qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmişdir. Gürcü dilində bir neçə hekayələr, roman və pyesləri nəşr etmiş və Boris Akunin üç romanını tərcümə etmişdir. Gürcüstanda onun əsərləri televiziya, radio və teatrlarında təqdim olunmuşdur. Bundan əlavə, onun bəzi bədii əsərləri latış, ingilis, alman, erməni və rus dillərinə tərcümə edilmişdir.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Pirinsko Pivo
Pirinsko Pivo — dünyanın qabaqcıl pivə istehsalçılarından biri Carlsberg Group-a məxsus bolqar pivə markası. Ticarət markası və Blaqoyevqrad şəhərində yerləşən eyni adlı pivə zavodu Pirin dağ sisteminin adını daşıyır. Blaqoyevqrad pivə zavodu 1967-ci ildə qurulmuş və 1971-ci ildə Pirinsko adlı öz pivəsini istehsal etməyə başlamışdır. 2002-ci ildə Danimarka pivə nəhəngi Carlsberg pivə zavodunu əldə etdi. Yeni sahibi Blaqoyevqrad pivə istehsalını modernləşdirdi və genişləndirdi, bu layihəyə 60 milyon leva investisiya etdi.
Pito Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
San Siro
San Siro, həmçinin rəsmi adı olan Cüzeppe Meattsa adı ilədə tanınır — İtaliyanın Milan şəhərində yerləşən futbol stadionu. Milan və İnter klublarının ev stadionudur. Stadion öncə San Siro adlandırılıb, sonradan stadiona, hər iki Milan klubunun formasını geyinmiş hücumçu Cüzeppe Meattsanın adı verilib. İlk əvvəllər "San Siro" Milan klubunun stadionun yerləşdiyi ərazinin adı idi. Buna görə də azarkeşlər stadionu San Siro olaraq adlandırırdılar. Ancaq 1920-ci illərin ortalarında "rossonerilər"in azarkeşləri üçün Milanın ilk stadionu kiçik sayılmağa başlayır. O zaman Milanın prezidenti, varlı bir iş adamı olan Pyero Pirelli, yeni arenanın tikintisi üçün torpaq sahəsi alır. 1926-cı ilin sentyabrında, 35 mindən çox tamaşaçı tutumu olan yeni San Siro Futbol Stadionun açılışı olur. İllər sonra yerli bələdiyyə stadionu Milan klubundan alır. Şəhər və klub tədricən stadionu genişləndirir və artıq 1940-cı ildə İtaliyanın Almaniyaya qarşı oyununda stadionun tutumu 65.000 tamaşaçıya çatdırılır.
Şiro
Şiro — ad Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. Şiro Kikuhara — keçmiş Yaponiya futbolçusu. Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. Şiro Teşima — keçmiş Yaponiya futbolçusu.
Şiho
Şiho — ad. Şiho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu. Şiho Tomari — Yaponiya qadın futbolçusu. Şiho Oqava — Yaponiya qadın futbolçusu. Şiho Onodera — keçmiş Yaponiya qadın futbolçusu. Şiho Kohata — Yaponiya qadın futbolçusu.
Püizö-Pontuaz
Püizö-Pontuaz (fr. Puiseux-Pontoise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Serji-Nor. Əhalisi — 422 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 33 km şimal-qərbdə, Serji belediyyənin 4 km şimal-qərbdə yerləşir.
Şıxov adası
Şıxov adası - Xəzər dənizində Bakı arxipelaqı daxil olan Azərbaycana məxsus ada. Şıx burnu sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan ada. Uzunluğu 65 metr, eni isə ən enli hissədə 30 metrdir.