Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qamətli kamfilium
Elmi adı — Camphylium protensum (Brid.) Kindb. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Kritik təhlükə həddində olanlar" — CR B2b(ii, iii) c(ii). Azərbaycanın nadir mamır növüdür. Yarpaq – gövdəli mamırdır. Gövdəsi düz, hörülmüş, sarımtıl-yaşıl rənglidir. Nazik gövdəli olub, asimmetrik budaqlı, 0,8 mm hündürlüyündə olan mamır növüdür. Yarpaqcıqları ürəkvari, şiş ucludur. Yarpaqcığın hüceyrəvi quruluşu kvadrat şəkilli, spor qutucuğu şabalıdı-sarı rəngli olub, 2 mm-dir. Qutucuğun qapaqcığı konusvari, iti ucludur. Sporlar yaz-yay aylarında yetişir və ölçüsü 10–14 mm-ə çatır.
Ata qətli
Ata qətli — öz atasını öldürmə, daha geniş mənada valideynlərindən hər hansı birini öldürmə. Əksər cəmiyyət qanunları və dinlərə görə valideynin qətli dəhşətli cinayət və ya günah hesab edilir. Məsələn, Roma Respublikasında vaxtilə ata qətli vətəndaş haqqında ölüm hökmü çıxarılmasına səbəb olan yeganə cinayət olub.
Ayin qətli
İnsan qurbanı və ya ayin qətli — bir növ qurbanlıq: ən yüksək dəyər — insanın həyatı — tanrıya qurban (hədiyyə) olaraq təqdim olunan qurban. Müasir hüquq sistemlərində insan qurbanlığı cinayət sayılır və xüsusi bir qətl növü — ritual qətl kimi qəbul edilir . Ayin qətlinin kult funksiyası mədəniyyətdən mədəniyyətə görə fərqlənir — Tanrıya yaxınlaşma vasitəsi, günahların kəffarəsi üsulu, hərbi qələbələrə görə minnətdarlıq (son halda hərbi əsirlər çox vaxt qurban olurdu). == Yaranması == İnsan qurbanlığı praktikasının ortaya çıxması qanın müqəddəsliyinin insan həyat gücünün təcəssümü kimi tanınması ilə əlaqələndirilir. Bu səbəbdən ölümə səbəb olan qansız formalar (boğulma, asfiksiya) nadir hallarda dini və kult bir məzmunda istifadə olunurdu. İnsan qurbanları torpaq məhsuldarlığı kultu ilə əlaqələndirilir və buna görə də ovçular və köçərilərdən daha çox əkinçilik xalqları üçün tipikdir. Ən qədim insan qurbanı Anadolu Çayönüda qeyd olunur. İbtidai əkinçilik cəmiyyətlərində qurban yerin bitki gücünü təcəssüm etdirən və məhsuldarlıq tanrısı ilə eyniləşdirilən kral rahib idi. Bəzən qurban vermədən əvvəl onun yerinə bir adi adam əkilirdi və müəyyən bir müddətdən sonra həqiqi kral kimi qurban verirdilər. Amerikalı tədqiqatçı Barbara Erenreyx, insanları qurban vermək adətinin on minilliklər yaşı olduğunu və təbiət baxımından praktik olduğunu düşünür.
Namus qətli
Adət və namus cinayətləri — xüsusilə aldatmaq, zina etmək, evlənməyi rədd etmək, boşanmaya çalışmaq, təcavüzə uğramış olmaq kimi səbəblərlə, başda qadınlar olmaq üzrə ailə fərdlərinə yönəldilən şiddət. Qərbli qaynaqlarda ümumiyyətlə qürur günahları şəklində adlandırılar. İnsan Haqqları İzləmə Təşkilatı adət və namus günahlarını bu şəkildə tərifləyir: "Qürur cinayətləri; ailənin qürurunu zədələdikləri səbəbiylə, kişi fərdlər tərəfindən qadın fərdlərə yönəldilən, ümumiyyətlə cinayət şəklində reallaşan şiddətdir. Hər hansı bir qadın, ailəsinin seçdiyi bir adamla evlənməyi rədd etmək, təcavüzə uğramaq, -əri tərəfindən sui-istifadəyə uğrasada- boşanmaya çalışmaq ya da zina (günahlandırması) kimi səbəblərin də tapıldığı çox müxtəlif səbəblərlə hədəf göstərilə bilər.
Qardaş qətli
Qardaş qətli — Frans Kafkanın müəllifi olduğu qısa hekayədir. Bu hekayə 1917-ci ildə ilkin formada "Qətl" adı altında "Kənd həkimi" kitabında çap olunmuşdur. Hekayədə qatil Şmar və onun qurbanı Vese arasında olan bir kriminal hadisədən söhbət gedir. Şmar öz qurbanı Veseni onun iş yeri ilə evi arasında olan yolda izləyir. Şmar onunla danışır, qatilin öz qurbanını yaxşı tanıdığı aydındır, sonra o Veseni bıçaqla vurur. Qatil əvvəl və cinayət zamanı həyəcanlı olur, titrəyən səslə danışır. Qətl hadisəsi onu özündən çıxarır. Hadisə zamanı cəsəd onda elə də bir təsir yaratmır. Başqa birisi, Pallas adlı şəxs hadisəni kənardan müşahidə edir. Hadisədən xəbər tutan, Vesenin arvadı qətlə yetirilmiş ərinə tərəf tələsir.
Sarayevo qətli
Sarayevo qətli — 1914-cü il iyunun 28-də Sarayevoda serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberqin qətlə yetirilməsi. Bu hadisə Birinci dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdur. Qətlin arxasında Serbiya ordusunun zabitlərini birləşdirən milliyyətçi "Çrna Ruka" (azərb. "Qara əl"‎) təşkilatı dayanırdı. Təşkilat Avstriya-Macarıstanın hakimiyyəti altında olan serbləri azad etməyə, Bosniya və Herseqovina və Serbiyada gəncləri milli azadlıq hərəkatına cəlb etməyə çalışırdı. Təşkilatın rəhbəri serb əks-kəşfiyyat xidmətinin rəisi, "Apis" ləqəbli polkovnik Draqutin Dmitriyeviç idi. 1908-ci ildə Frans Ferdinandın təşəbbüsü ilə Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən ilhaq edilməsi bosniyalıların və serblərin bu dövlətə qarşı nifrətini gücləndirmişdi. Serblərin həyata keçirdikləri terror aktları nəticəsində bir neçə Avstriya zabiti öldürülmüşdü. Avstriya-Macarıstan taxt-tacının vəliəhdi olan ershersoq Frans Ferdinandı öldürmək planı Serbiyanın baş nazirinə məlum idi. O, cinayətin törədilməsindən sonra Bosniya və Herseqovinanın tezliklə müstəqil olacağına ümid edirdi.
Əlinin qətli
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261 İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Qətli-Sinan
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – 686, Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbil Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Qədili
Qədili (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qədili (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Qəzli
Qəzli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qəzli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd.
Elisa Lamın qətli
Elisa Lam, kantonca tanınan adı ilə Lam Ho Yi — Vankuverdəki Britaniya Kolumbiyası Universitetinin kanadalı-çinli tələbəsi.O, 19 fevral 2013-cü il tarixində Los-Ancelesin Dauntaun şəhərində yerləşən Cecil mehmanxanasının damındakı su tankerindən ölü çıxarılmışdı. Ayın əvvəlində itkin düşdüyü bildiriləndən sonra mehmanxanada axtarış başlamış, mehmanxanada təmir işləri aparan işçilər su təchizatı ilə bağlı qonaqların şikayətlərini araşdırarkən cəsədi aşkar etmişdilər. Onun yoxa çıxması barədə geniş məlumat verilmişdi; Los Angeles Polis İdarəsi, liftdə olan təhlükəsizlik kameralarındakı Elisa Lamın görüntülərini internetdə paylaşandan 5 gün əvvəl Lam öldürülmüşdü.Görüntülərdə Lamın liftdən çıxıb ətrafa göz gəzdirməsi və yenidən liftə daxil olması, çöldəki koridorda öz-özünə və ya kiminləsə danışması və jest etməsi, bəzən özünü nasaz vəziyyətdə hiss etdiyi liftin içərisində gizləndiyi görünürdü. Video internetdə qısa zamanda yayıldı, daha sonra bir çox izləyici videodan narahat olduğunu bildirdi. Açıqlamalarda Lamın bipolyar pozuntuluqlar və paranormallıqdan əziyyət çəkdiyi elan edildi.Bəziləri isə videonun dəyişildiyini güman edirdi. Lamın ölümünün səbəbləri tapıldıqdan sonra Los-Ancelesin ən məşhur mehmanxanalarından olan Cecildəki təhlükəsizliyə inam azalmışdı.Onun vücudu çılpaq idi; paltarının və şəxsi əşyalarının çoxu su tankerinin yaxınlığında idi. Los Anceles Departamenti isə Lamın bədənində heç bir fiziki travmanın olmadığını, ölümünün diqqətsizlik səbəbi ilə baş verdiyini irəli sürürdü. Bəzi internet fenomenləri isə Lamın ölümü ilə 2005-ci ildə çəkilmiş "Qaranlıq Su" filminin qeyri-adi oxşarlıqlarının olduğunu söyləyirdilər.Belə xəbərlərin sosial şəbəkələrdə yayılmasından sonra mehmanxana sakinləri Cecil Mehmanxanasını məhkəməyə vermişdi. == Haqqında == Honkonqdan gələn mühacirlərin qızı olan , Kanadanın Vankuver şəhərindən bir qədər kənarda, Burnabidə bir restoran açan Lam,, 2013-cü ilin əvvəlinə qədər qeydiyyata alınmasa da, Britaniya Kolumbiya Universitetində tələbə idi. Lam Kaliforniyaya əsasən Amtrak və şəhərlərarası avtobuslarda səyahət edirdi.
Lev Trotskinin qətli
Rus inqilabçısı, keçmiş SSRİ xalq komissarı, IV İnternasionalın yaradıcısı Lev Davidoviç Trotski 1940-cı ilin avqustunda Meksikada öldürülüb. Qətl SSRİ NKVD-nin İspaniyadan olan agenti, marksist tərəfdarı adı altında Trotskinin ətrafına təqdim edilən Ramon Merkader tərəfindən törədilib. 20 avqust 1940-cı ildə Merkader Trotskinin evində olarkən buz baltası ilə onu başının arxasından zərbə endirdi və Trotski ertəsi gün öldü. Merkader Trotskinin müxalifətdə olduğu SSRİ lideri İosif Stalinin göstərişi ilə hərəkət etmişdir. Trotskiyə qarşı “Ördək” adlı sui-qəsd əməliyyatına NKVD zabitləri Pavel Sudoplatov və Naum Eytinqon rəhbərlik edirdi. Sui-qəsddən az sonra Merkader qiyabi olaraq Lenin ordeni ilə təltif edildi. Trotskinin qətlinə görə Merkader Meksikada 20 il həbs cəzasına məhkum edildi. Cəza müddətini başa vurduqdan sonra 1960-cı ildə azadlığa buraxılmış, bundan sonra Kuba və SSRİ-yə köçmüş, orada da Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Trotskinin Meksikaya mühacirəti == 1917-ci ilin Fevral inqilabı nəticəsində Rusiyada monarxiya devriləndə Trotski ABŞ-da idi. Uzun və macəralı səfərdən sonra mayın əvvəllərində Petroqrada gəldi.
Meqan Kankanın qətli
Meqan Nikol Kankanın qətli (7 dekabr 1986 – 29 iyul 1994) — ABŞ-nin Nyu-Cersi ştatı, Merser qraflığı, Hamilton qəsəbəsində baş verən cinayət. Yeddi yaşlı qız öz qonşusu Cessi Timmendekvas tərəfindən təcavüz edilərək öldürüldü. Cinayət bütün ölkənin diqqətini çəkdi və nəticədə hüquq-mühafizə orqanlarından qeydiyyata alınmış seksual cinayətkarların harada olması ilə bağlı təfərrüatları açıqlamağı tələb edən “Meqan qanunu”nun tətbiqinə səbəb oldu. Timmendekvas 1997-ci ildə Kankanın qətlinə görə məhkum edildi. O, ölümcül inyeksiya ilə ölüm hökmünə məhkum edildi, lakin 2007-ci ildə Nyu-Cersidə edam cəzası ləğv edildikdən sonra ölüm hökmü şərti olaraq ömürlük cəzaya dəyişdirildi. Cessi K. Timmendekvas (d.15 aprel 1961) gənc qızlara cinsi təcavüzə görə əvvəllər iki dəfə məhkum edilmişdi. 1979-cu ildə o, Nyu-Cersi ştatının Piskatauey qəsəbəsində beş yaşlı qıza təcavüzə cəhddə günahını etiraf etdi. Ona şərti cəza verildi və o, doqquz ay Middlesex Adult Correctional Mərkəzinə göndərildi. 1981-ci ildə Timmendekvas yeddi yaşlı bir qıza təcavüz etməkdə təqsirini boynuna aldı və Nyu-Cersi ştatı, Aveneldə altı il müddətinə Yetkin Diaqnostik və Müalicə Mərkəzində (ing. ADTC) həbs edildi.
Oksana Makarın qətli
Oksana Makarın qətli — Oksana Makarın qətli 2012-ci ilin mart ayında Ukraynada baş verib, həm ölkə daxilində, həm də xaricdə kütləvi informasiya vasitələri ilə geniş yayılmış və kütləvi aksiyalara səbəb olmuşdur. 18 yaşlı Oksana Makar, 8 mart 2012-ci ildə Nikolayev şəhərində üç adamın hücumuna məruz qalmasına, təcavüzə uğradılmasına, boğulmasına, yandırılmasına baxmayaraq xəstəxanaya qaldırıldıqdan üç həftə sonra xilas oldu. Polis tərəfindən təcavüzkarların yalnız biri ittiham olunduğu halda, digərləri (2 şəxs) ittiham olunmadı. Valideynlərinin keçmiş hökumət məmurları olduğu bildirilən digər iki şəxs, valideynlərinin şəxsi əlaqələri səbəbində polislərdən azad olundular. Onlar daha sonra martın 13-də kütləvi nümayiş və kütləvi etiraz aksiyalarından sonra həbs olundu. Həbs olunandan sonra ədalət tələb edən etirazlar, pul toplamaq və qan hədiyyələrini təşviq etmək də davam etdi. Oksana Serqievna Makar. ukr. — Oksana Serqivna Makar. (doğ.
Pavlos Fissasın qətli
Killah P (tam adı: Pavlos Fissas; yun. Παύλος Φύσσας; d. 10 aprel 1979, Afina, Yunanıstan — 18 sentyabr 2013, Afina, Yunanıstan) — Yunanıstan repçisi. 2013-cü il sentyabrın 17-də Pavlos həyat yoldaşı və 8-10 nəfərlə Afinanın Keratsini rayonunda futbol oyununa baxmaq üçün kafeyə getmişdi. Həmin gecə saat 23:57 radələrində polisə Keratsinidə beysbol bitaları ilə silahlanmş 50 nəfər dəstə haqqında zəng olunmuşdu. Dəstə "Coral" kafe-mağazasına tərəf gedirdi. Saat 23:59-da 8 nömrəli polis dəstəsinə kafeyə girmə təlimatı verildi. Polis kafeyə daxil olanda, artıq 30 nəfər artıq küçədə toplanmışdı və Talsdari prospektinə doğru qaçmağa başladılar, harada ki, 60 nəfərdən ibarət bir dəstə artıq yığılmışdı. Orada polis Pavlosu bıçaq yaraları ilə tapdı. Pavlos huşunu itirməmişdən əvvəl, hadisə yerində olan Giorgios Rupakiası hücüm edən şəxs kimi göstərmişdir.
Fatma Qədri
Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907, Odessa, Xerson quberniyası – 29 fevral 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1936-cı ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Qədili (Qubadlı)
Qədili — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Qədili kəndi dağətəyi ərazidədir. Keçmiş adı Qarapərilərdir. Bu toponim qədili nəslinin adı ilə bağlıdır. Xanlar r-nunda oykonimin Qadılı variantı qeydə alınmışdır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 64 evdə 311 şiə kürd yaşayırdı.
Qədili (Samux)
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Qəzli (Sabirabad)
Qəzli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. 2015-ci ilin iyun ayının 24-də kəndə təbii qazın verilişi bərpa edilmişdir.
Qəzli (İsmayıllı)
Qəzli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Əhalisi 197 nəfərdir ki onunda 93 nəfəri kişi, 104 nəfəri qadındır.
Qədri Can
Qədri Can və ya Qədrican (kürd. Qedrî Can/Qedrîcan; türk. Kadri Can/Kadrican; 1911, Mardin – 1972) — sosialist beynəlmiləlçi kürd yazıçısı və şairi. Qədri Can 1911-ci ildə Əbdülqədir Can adı ilə Mardin vilayətinin Derik rayonunda anadan olmuşdur. İbtidai təhsilini Derikdə tamamlayan Qədri Can daha sonra Konya Müəllim Liseyində təhsil almışdır. Şeyx Səid qiyamından sonra Antakya yolu ilə qaçıb Suriyanın Dəməşq şəhərində məskunlaşmalı olmuşdur. Şeirləri və hekayələri "Hawar" və "Ronahi" kimi kürd intellektual jurnallarında dərc edilmişdir. O, əsərlərini kurmanci dilində yazmışdır. Müasir kürd poeziyasının atası hesab olunur. O, şeirlərində beynəlmiləlçiliyə və kürd milli şüuruna vurğu qoyurdu.
Qədri Cəmilpaşa
Qədri Cəmilpaşa (kürd. Qedrî Cemîl Paşa/قادری جهمیل پاشا, türk. Kadri Cemilpaşa), həmçinin Cəmilpaşazadə Qədri və ya Zınar Silopi (kürd. Zinar Sîlopî; 1891, Diyarbəkir – 27 oktyabr 1973 və ya 27 noyabr 1973, Dəməşq) — kürd siyasətçi. 1891-ci ildə Diyarbəkirin qabaqcıl ailələrindən olan Cəmilpaşazadə Fuad bəyin oğlu olaraq anadan olmuşdur. Diyarbəkir Hərbi Orta Məktəbini bitirdikdən sonra İstanbula getdi və İstanbul Sultanisindən məzun olmuşdur. 1911-ci ildə Ziraət Əli Məktəbi məktəbinə daxil olmuşdur. Bu dövrdə əmisi Ömər Cəmilpaşa və iki dostu ilə Kürd Tələbə Ümid Cəmiyyətini təsis etmişdir. Daha sonra təhsil üçün Lozannaya göndərilmiş, 1913-cü ildə əmisi Əkrəm Cəmilpaşa və dostları ilə birlikdə Ümid Cəmiyyətinin şöbəsini açmışdır. Birinci Dünya müharibəsi səbəbindən İsveçrə ilə poçt rabitəsi kəsildiyi üçün ailənin pulu artıq mövcud deyildi.
Qədi xalçaları
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. "Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir. "Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar. Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar. Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
Ədli Mənsur
Ədli Mahmud Mənsur (ərəb. عدلي محمود منصور‎; 23 dekabr 1945, Qahirə) — Misirin müvəqqəti prezidenti. Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib. Uzun illər müxtəlif məhkəmələrin hakimi olan Ədli Mənsur 1992-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. 2013-cü ilin mayından Konstitusiya Məhkəməsinin sədridir. Ədli Mənsur evlidir, bir oğlu, iki qızı var. Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Televiziya ilə xalqa müraciət edən müdafiə naziri Əbdülfəttah əl-Sisi deyib ki, ordu dini və ictimai dairələrlə məsləhətləşmələrdən sonra prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına, konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri dövlət başçısı səlahiyyətləri əldə edəcək, müvəqqəti hökumət qurulacaq və yeni parlament, prezident seçkiləri təyin olunacaq.
Ədli tibb
Ədli tibb (ing. forensic pathology, alm. Rechtsmedizin‎, fr. médecine légale, rus. судебная медицина) — təbiət elmləri sahəsindəki tibbi və digər biliklərin hüquq mühafizə və ədliyyə orqanlarının ehtiyacları üçün tətbiqi ilə məşğul olan xüsusi bir tibb sahəsi. Ədli tibb xüsusi bir tibb elmidir, qanunda nəzərdə tutulmuş istintaqda sübut mənbəyi rolunu oynayan tibbi faktların meydana gəlməsi, aşkarlanması üsulları, araşdırılması və qiymətləndirilməsi üsulları haqqında elmi biliklər sistemidir. Məsələn, məhkəmə tibbi müayinələrinin aparılması yalnız qəfil ölümün səbəbini və ya günahkarın tapılmasını deyil, həm də atalığın, əlaqənin dərəcəsini müəyyənləşdirməyə və bioloji izləri ətraflı araşdırmağa kömək edir. Ədli tibb — hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin fəaliyyətində ortaya çıxan biyomedikal xarakterli məsələlərə əsaslanan elmi biliklər, araşdırma metodları və faktların (obyektlərin, proseslərin, hadisələrin) ekspert qiymətləndirilməsi sistemini təşkil edən tibb sahəsidir. Məhkəmə icraatı zamanı həll olunur və praktik sağlamlığın bəzi xüsusi vəzifələri vardır. Ədli tibbinin mənşəyi qədim zamanlara gedib çıxır.
Rayli Foksun qətli
Rayli Foks (ing. Riley Fox; d. 31 mart 2001-ci il, Uilminqton, İllinoys — 6 iyun 2004-cü il, Uilminqton, İllinoys) — 6 iyun 2004-cü ildə qətlə yetirilən Uilminqton, İllinoys şəhərindən olan 3 yaşlı qız. Raylinin atası ilk olaraq ittiham edildikdən və DNT faktları ilə günahsız olduğu müəyyənləşdikdən sonra şərti olaraq azad edilmiş, məhkum Skot Ebi cinayəti etiraf etdi və məhkum edildi. 6 iyun 2004-cü il — Raylinin itdiyi gecə atası Kevin Foks gecə saat 1 radələrində nənələrinin evindən uşaqları götürdü. O, uşaqları yataqlarına aparmaq üçün çox yorğun idi, Raylini divanda, böyük qardaşı Tayloru isə qonaq otağındakı kresloda yatırtdı. Sonra otağına getdi, televizora baxdı və təxminən 2:30-da yatdı. Ertəsi səhər Taylor onu oyatdı və Raylinin getdiyini ona bildirdi. Qonşuları axtarıb yoxladıqdan sonra o, polis çağırdı. Həmin gün Raylin Uilminqton şəhərindən bir neçə mil məsafədə yerləşən ictimai parkda ölü tapıldı.
Samuel Patinin qətli
Sa mere la pute à ce bouffon Je lui baise sa mere Qətlin səbəbi Patinin söz azadlığı dərsində şagirdlərinə "Charlie Hebdo"nun İslam peyğəmbəri Məhəmmədin, birində çılpaq şəkildə olmaqla təsvir olunduğu karikaturalarını göstərməsi idi. Fransa Prezidenti Emmanüel Makron hadisənin "tipik İslamçı terror hücumu" olduğunu və "soydaşımızın uşaqlara söz azadlığını öyrətdiyinə görə öldürüldüyünü" söylədi. Cinayət son illərdə Fransada baş vermiş bir neçə islami terrorizm hadisəsindən biri idi və Fransa cəmiyyətində və siyasətində mübahisələrə səbəb oldu. Samuel Pati 1973-cü ildə anadan olub. O, Parisin mərkəzindən 30 kilometr şimal-qərbindəki Konflan-Sen-Onorin kommunasında yerləşən "Bois-d'Aulne" adlı orta məktəbdə tarix, coğrafiya və vətəndaş təhsili müəllimi idi. Məktəbdən on dəqiqə məsafədə olan kiçik Eranyi qəsəbəsində yaşayırdı. Evli idi və beş yaşında oğlu vardı. Pati Fransa milli tədris proqramına uyğun olaraq, ifadə azadlığı mövzusunda 2020-ci ilin oktyabr ayının əvvəlində əxlaqi və vətəndaş təhsili kursu tədris edirdi. Dərs əsnasında bəzi yeniyetmə tələbələrinə söz azadlığı ilə bağlı sinif müzakirəsi zamanı satirik jurnal olan "Charlie Hebdo"dan Məhəmmədin karikaturasını göstərdi. Pati karikaturanı göstərmədən əvvəl müsəlman şagirdlərinə əgər istəsələr sinifdən çıxmağa dəvət etdi.
Sergey Kirovun qətli
Sergey Kirovun qətli — 1934-cü il dekabrın 1-də Smolnıda Leninqrad partiya təşkilatının rəhbəri, Siyasi Büro, Orqbüronun üzvü və Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Sergey Mironoviç Kirovun qətli həyata keçirilib. Qətl Leonid Nikolayev tərəfindən törədilib. Nikolayev Kirova ilk sui-qəsd cəhdini 1934-cü il oktyabrın 15-də etməyi planlaşdırırdı. Həmin gün o, Kirovun Kamennoostrovski prospektindəki evinin yaxınlığında mühafizəçilər tərəfindən saxlanılsa da, partiya bileti və silah icazəsi təqdim edildikdən sonra sərbəst buraxıldı. 1934-cü il dekabrın 1-də saat 16:30 radələrində Nikolayev Kirovun Smolnıdakı evinin üçüncü mərtəbəsindəki dəhlizdəki kabinetinin yaxınlığında pusquya saldı və onun başına tapançadan atəş açdı. Qatil özünü ataraq intihar etmək istəsə də, huşunu itirdi. O, şok vəziyyətdə hadisə yerində saxlanılaraq 2 saylı psixiatriya xəstəxanasına yerləşdirilib və orada lazımi prosedurlar aparıldıqdan sonra axşam saat 9 radələrində özünə gəldi. Nikolayev və onun NKVD-dən olan tanışlarına qarşı “Leninqrad mərkəzi”nin rəhbərlik etdiyi gizli Zinovyev təşkilatında iştirak ittihamı ilə cinayət işi başlandı. NKVD-nin rəhbərləri Q.Yaqoda və onun müavinləri keçmiş müxalifətçilərin - Zinovyevin, Kamenevin və onların tərəfdarlarının Kirovun qətlində əli olması ilə bağlı Stalinin onlara tətbiq etdiyi versiyanı "yumşaq" təxribat etməyə çalışırdılar. Bununla belə, N. İ. Yejov çekistlərin narazılığına səbəb olaraq istintaqı “düzgün” istiqamətə yönəltdi.
Solomon Mixoelsin qətli
Solomon Mixoelsin qətli — 1948-ci ildə yanvarın 12-də Minskdə baş vermişdir. Dünya şöhrətli teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mixoels İosif Stalinin birbaşa əmri ilə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən öldürülmüşdür. Qətl qəza kimi təqdim edilmiş, onun ölümü avtomobil qəzası nəticəsində olduğu bildirilmişdir. Cinayətin təfərrüatları yalnız 1953-cü ildə Stalinin ölümündən sonra məlum oldu. Lakin nə cinayət işi açıldı, nə də qətlin iştirakçıları cəzalandırıldı. Tədricən Stalində baş qaldıran antisemitizmi və özünə qəsd etmiş arvadı Nadejda Aliluyevanın qohumlarına bəslədiyi nifrəti bilən Dövlət Təhlükəsizlik naziri Viktor Abakumov Stalinin özünə və ailəsinə qarşı sionist sui-qəsdinin hazırlandığı işini saxtalaşdırdı. 1946-cı ilin sonundan etibarən, o, Amerika kəşfiyyatının göstərişi ilə "yəhudi millətçisi" Mixoels tərəfindən Stalin haqqında şəxsi məlumat toplamaq məqsədi ilə mütəmadi olaraq İsaak Qoldşteinin qızı Svetlana və əri Qriqori Morozov ilə görüşməsi barədə Stalini məlumatlandırırdı . Qoldşteyn Mixoels ilə onun rəhbərlik etdiyi Yəhudi Anti-Faşist Komitəsinin üzvü Zaxar Qreenberq vasitəsilə tanış olmuşdu. Mixoels Qoldşteynlə Stalinin qızı və əri ilə əlaqələrini müzakirə etmişdi, çünki o, qohumları vasitəsi ilə SSRİ-dəki yəhudilərin problemləri barədə Stalini məlumatlandıracağına ümid edirdi . 1947-ci il dekabrın 10-da Abakumovun Stalinə məruzəsindən sonra Nadejdanın bacısı Yevgeniya Aliluyeva həbs edildi.
Nahel Merzukun qətli
Nahel Merzukun qətli — 27 iyun 2023-cü il tarixində 17 yaşlı əlcəzairəsilli Fransa vətəndaşı Nahel Merzukun Fransanın paytaxtı Parisin şəhərətrafı Nanter rayonunda vəsiqəsi olmadan avtomobili idarə etməsindən və polis təqibindən sonra yolda dayanarkən polis əməkdaşı tərəfindən odlu silah ilə qətlə yetirilməsi. Merzuku güllələyən polis əməkdaşı səlahiyyətlilər tərəfindən "vəzifəli şəxs tərəfindən könüllü öldürmə" şübhəsi ilə həbs edilmişdir. Qətl hadisəsi genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olmuşdur ki, bu zaman bələdiyyələr, məktəblər və polis məntəqələri kimi dövlətin simvollarına, eləcə də supermarketlər kimi digər binalara hücum edilmiş, avtomobillər və zibil qutuları yandırılmışdır. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlarla bağlı 1,350-dən çox avtomobil yandırılmış, 1,300-dən çox şəxs həbs edilmişdir.
Romanovlar ailəsinin qətli
Romanovlar ailəsinin qətli (rus. Расстрел царской семьи) — Rusiya imperiyasını 305 il müddətinə idarə etmiş hakim Romanovlar sülaləsinə mənsub Çar II Nikolay və onun ailə üzvlərinin 1918-ci ilin 16 iyul tarixindən 17 iyul tarixinə keçən gecə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində yerləşən İpatevlər evi adlı fərdi yaşayış binasının zirzəmisində güllələnərək öldürülməsi hadisəsi. Qətliam nəticəsində Rusiya imperatoru II Nikolay, həyat yoldaşı Aleksandra Fyodorovna və övladları Olqa Romanova, Anastasiya Nikolayevna, Mariya Romanova, Tatyana Romanova və hakimiyyətin varisi Aleksey Romanov öldürülmüşdür. 1918-ci ilin 16 iyulundan 17-nə keçən gecə baş verən hadisə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində yerləşən İpatevlər evi adlı fərdi yaşayış binasının zirzəmisində Ural Vilayət Sovetinin göstərişi ilə Yakov Yurovskinin rəhbərlik etdiyi Edam manqası tərəfindən icra olunmuşdur. Həmin gecə imperator ailəsini müşayiət edən və onların xidmətçiləri olan Yevgeni Botkin (saray həkimi); Anna Demidova (xadimə); Aleksey Trupp (hərbçi); və İvan Xaritonovda (baş aşpaz) qətlə yetirilmişdir. Hadisədən sonra ailənin və xidmətçilərin cəsədləri Koptyaki meşəsinə aparılaraq basdırılıb və şəxsiyyətlərinin müəyyənləşdirilməsinin qarşısını almaq üçün qumbaraatanlarla parçalanıb. 1917-ci ildə baş verən Fevral inqilabının arxasınca Romanovlar və onların xidmətçiləri Oktyabr İnqilabından sonra Sibirin Tobolsk şəhərinə köçürülməzdən əvvəl İskəndər sarayında ev həbsində saxlanılırdılar. Ailə 1918-ci ilin iyul ayında Ural dağlarının yaxınlığındakı Yekaterinburq şəhərində bir az aralıda yerləşən bir evə köçürülmüşdür. Bolşeviklər uzun müddət ailənin başına gətirilənləri gizli saxlamışdır. Əvvəlcə Çar II Nikolayın ölümü elan edilir; sonrakı səkkiz il ərzində sovet rəhbərliyi ailənin taleyi ilə bağlı sistematik dezinformasiya yaymağa davam edir, 1919-cu ildə solçu inqilabçılar tərəfindən öldürüldükləri elan edilsə də, 1922-ci ilin aprelində ailənin ölümü açıq şəkildə inkar edilir.
Kalinka Bamberskinin qətli
Kalinka Bamberskinin qətli — 1982-ci ilin iyul ayında Almaniya Federativ Respublikasının Lindau şəhərində törədilmiş cinayət. Fransız qadın Kalinka Bamberski 14 yaşında ögey atası Diter Krombaxın evində vəfat etmişdir. Cəsədin tibbi yarılmasının şübhəli nəticələri ilə əlaqədar olaraq qızın atası Andre Bamberski Krombaxın qızının ölümündə əli olub-olmadığını araşdırmaq üçün Almaniya hakimiyyətinə təzyiq göstərməyə başladı. Almaniyada məhkəmə prosesi dayandırldıqdan sonra, 1995-ci ildə Fransa məhkəməsi Krombaxı qiyabi olaraq mühakimə etdi və onu ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bildi. Alman hökuməti Krombaxın ekstradisiyasından imtina etdiyinə görə 2009-cu ildə Bamberski onun oğurlanması və Almaniyadan Fransaya qaçırılmasında iştirak etdi. Orada Krombax məhkəmə qarışısına çıxardıldı və 2011-ci ildə qəsdlə edilməyən qətil ilə nəticələnən qəsdən bədən xəsarətlərini yetirməkdə təqsirli bilindi. Krombax 15 il müddətinə azadlıqdan məhrum edildə; 2020-ci ilin fevral ayında səhhətinə görə həbsdən azad edildi və həmin ilin 12 sentyabrında Vinzendəki qocalar evində öldü. Öz növbəsində, Fransa məhkəməsi Bamberskini Krombaxın oğurlanmasına görə bir il olmaqla şərti cəzaya məhkum etdi. İnsan oğurluğunda ona kömək edən Anton Krasniçi və Kaça Bablovani bir il həbs cəzası aldılar.\ == Hadisədən öncə == === Andre Bamberski === Andre Bamberski 1937-ci ildə Valansyen şəhərində anadan olmuşdur. Atası Polşadan Fransa kömür mədənlərində işləməyə gəlmişdi.
Darya Duqina qətli
Rusiyalı jurnalist, politoloq və Avrasiya fəalı, filosof Aleksandr Duqinin (həmçinin Darya Platonova təxəllüsü ilə tanınır) qızı Darya Duqinanın qətli 20 avqust 2022-ci il, təxminən saat 21:00 radələrində baş verib (digər məlumata görə, təxminən 21:30 və ya 22:00) Mojaysk şossesində, Moskva yaxınlığındakı Bolşye Vyazemi kəndi ərazisində.
Sandro Girqvlianinin qətli
Sandro Girqvlianinin qətli Gürcüstanın müasir tarixində ən qalmaqallı cinayət işlərindən biridir. Qətl və ondan sonra baş verən hadisələr keçmiş hökumətin, xüsusən də Daxili İşlər Nazirliyinin ağır tənqidinə səbəb oldu və o zamankı prezident Mixeil Saakaşvilinin Gürcüstan cəmiyyətinə əslində məhkəmə müstəqilliyi və demokratik mədəniyyəti nə dərəcədə tətbiq etdiyi ilə bağlı müzakirələrə gətirib çıxartdı. Sandro Girqvlianinin 2006-cı il yanvarın 28-də Tbilisidən kənarda fiziki zorakılıq nəticəsində çoxsaylı xəsarətlər almış halda ölüsü aşkar edildi. İmedi Televiziyasının fevralın 12-də apardığı araşdırmalara görə, Birləşmiş Gürcüstan Bankının Xarici Departamentinin 28 yaşlı rəhbərinin qətli Tbilisinin elit məkanlarından biri olan Şarden Barında həmin gün baş verən hadisələrlə bağlı ola bilər. İddialara görə, Daxili İşlər Nazirliyinin baş müfəttişi Vasil Sanodze həmin məkanda ad günü keçirib və idarənin ən yüksək əməkdaşları ora dəvət olunmuşdu. O vaxtkı daxili işlər naziri və sonradan baş nazir vəzifəsinə keçmiş Vano Merabişvilinin həyat yoldaşı Tako Salakaia da orada iştirak edirdi və o, həmçinin Girqvlianinin sevgilisi Tamar Maisuradzenin rəfiqəsi olub. Məlumata görə, Maisuradzenin orada olması cinayət hadisəsinin baş verməsinə səbəb olub. Girqvlianinin dostu Levan Buxaidze iddia edir ki, cinayətin baş verməsindən bir neçə dəqiqə əvvəl zərərçəkmiş daxili işlər nazirinin arvadı və onun ətrafı ilə ad günü məclisində əyləşən sevgilisi ilə mübahisə edib. Məhkəmədə Maisuradze barda Girqvliani ilə dialoqunu xatırlayaraq qeyd etmişdir ki, o, niyə tanımadığı adamlarla oturduğunu soruşdu. Sualın cavabını Maisuradze özünün dediyinə görə sərt vermişdi və bu aralarında mübahisəyə səbəb olmuşdu.
Uğur Kaymazın qətli
Uğur Kaymazın qətli — 21 noyabr 2004-cü ildə Türkiyədə, Mardinin Qızıltəpə məhəlləsində polisin evlərinin qarşısında açdığı atəş nəticəsində 12 yaşlı Uğur Kaymazın atası Əhməd Kaymazla birlikdə öldürülməsi hadisəsi. Mardin Valiliyindən verilən ilk açıqlamada qarşıdurma zamanı 2 terrorçunun öldürüldüyü bildirilmişdi. Polis məmurları Mehmet Qaraca, Yaşafəddin Açıqgöz, Seydi Əhməd Döngəl və Saleh Ayaz məhkəmədə bəraət almışdılar. İstintaq zamanı bəzi polislərlə birlikdə Mardin Təhlükəsizlik Müdiri Kamal Dönməz də vəzifəsindən uzaqlaşdırılmışdır. Parlamentin İnsan Hüquqları Komissiyası araşdırdığı hadisəni parlamentə gətirmişdi. Parlamentdə işin davam etdiyi müddətdə polis əməkdaşlarının xidmətə bərpa olunması və sonradan başqa yerə təyin edilməsi ilə bağlı təkliflər verilmişdir. Təhlükəsizlik məqsədilə Əskişəhərdə keçirilən prosesdə araya girən vəkil Tahir Elçi "Qərəzsiz mühakimə istəyirik" ifadəsini səsləndirdiyi üçün ədalətli məhkəməyə təsir göstərməyə çalışmaqda ittiham edilmiş və ona qarşı iddia qaldırılmışdır. 2015-ci ildə irəli sürülən yenidən araşdırma tələbi Əskişəhər I Ağır Cəza Məhkəməsi tərəfindən heç bir səbəb göstərilmədən rədd edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyənin yaşamaq hüququnu pozduğuna qərar vermiş və Makbule Kaymaza 65 min avro maddi təzminat və 50 min avro mənəvi təzminat, Əminə Kaymaza 5 min avro maddi təzminat və 15 min avro mənəvi, Rəşad Kaymaza isə 5 min avro mənəvi təzminat ödənilməsinə qərar verilmişdir. Türkiyə AİHM-nin hadisədə proporsional güc tətbiq edildiyini müdafiə etmişdir.
Əsra Pənahinin qətli
Əsra Pənahi (az-əbcəd. عصرا پناهی‎; 5 mart 2007, Ərdəbil – 13 oktyabr 2022, Ərdəbil) — 12 oktyabr 2022-ci ildə Ərdəbil şəhərində Məhsa Əmini etirazları zamanı qətlə yetirilmiş İran azərbaycanlısı yeniyətmə. O, Şəhid Qızlar Liseyində hökumətyönlü nümayişə qatılmaqdan və "Salam Fərmandeh" mahnısını ifa etməkdən imtina edən bir qrup tələbə arasında idi. Şagirdlərin məktəbə çağırılan mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü bildirilmişdir. Pənahi aldığı ağır xəsarətlərdən sonra Ərdəbildə yerləşən Fatimi xəstəxanasında vəfat etmişdir. Əsra Pənahi 5 mart 2007-ci ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. O, etnik cəhətdən azərbaycanlı idi. Pənahi üzgüçü kimi tanınmış, 28–29 noyabr 2018-ci il tarixlərində Azərbaycan qızlarının sərbəst üzgüçülüyündə (Azərbaycan Kuboku 2017) 50 m və 100 m məsafələrə sərbəst üzgüçülükdə üçüncü yeri (bürünc), fərdi hesabda (11–12 yaş qrupu) və 4 x 50 metr yarışında sərbəst üzgüçülük üzrə komanda (11–12 yaş qrupu) üçüncü yeri (bürünc) qazana bilmişdir. Bu yarışlar Təbrizdəki Abadgəran hovuzunda keçirilmişdir. Pənahi həm də 2017-ci ildə Şərqi Azərbaycan ostanının qadınlar arasında üzgüçülük liqasında 12 yaşa qədər qrupda ən yaxşı üzgüçü seçilmişdir.
Sevaq Balıqçının qətli
Sevaq Balıqçının qətli — erməniəsilli Türkiyə hərbçisi Sevaq Şahin Balıqçının (türk. Sevag Şahin Balıkçı) məcburi hərbi xidməti yerinə yetirən zaman güllələnərək öldürülməsi hadisəsi. Hadisə 24 aprel 2011-ci il tarixində, Erməni soyqırımının anım günündə baş vermişdir. Hadisəni törədən Kıvanç Ağaoğlu qəsdən adamöldürmə maddəsi ilə 4 il yarım müddətinə azadlıqdan məhrum edilmişdir. Bununla belə, bir neçə şahid ifadələri və hesabları var ki, güllələnmə halı rəsmi məlumatlarda deyildiyi təsadüfi deyil, qəsdən törədilmişdi. Digər məlumatlarda güllələnmənin Balıqçının erməni kimliyinə qarşı nifrət cinayəti olduğu iddia edilir. Sevaq Balıqçı Türkiyənin cənub-şərqində, 23 günlük sıravi əsgər kimi xidmət etdiyi Batmanda açılan atəş nəticəsində öldürülmüşdür. Batmanda xidmət göstərən hərbi komandirlərdən Balıqçı ailəsinə verilən rəsmi hesabatlarda Sevaqın dostu ilə "zarafatlaşarkən" istəmədən öldürüldüyü iddia edilmişdir. Ailə ilkin məlumatlara inanmış və oğlunun təsadüfən öldüyünə görə "şəhid" sayılmayacağını iddia etmişdir. Sevaqın nişanlısı onunla telefonda apardıqları danışıqlarda Balıqçının ifrat milliyətçi hərbçi(lər) tərəfindən təzyiqə məruz qaldığı haqqında məlumat aldığı üçün bu versiyanı şübhə altına almışdır.
Dedli (Xudafərin)
Dedli (fars. ددلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (18 ailə).
Gəzli (Özbəkistan)
Gəzli (özb. Gazli) — Özbəkistanın Buxara vilayətində şəhər. 1977-ci ildə Gəzli şəhər statusu alıb. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Gəzlidə 12.343 nəfər yaşamaqda imiş.
Lesli Pedli
Lesli Pedli (ing. Leslie Pedley; 19 may 1930 – 27 noyabr 2018, Kvinslend) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Lesli Pedli toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Он занимается изучением растений рода Акация.
Gerli Padar
Gerli Padar ( 6 noyabr 1979 ) estoniyalı müğənni və aktrisadır. O, 2007 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil etmişdir. O, 2001-ci ildə Estoniya adına Avroviziya Mahnı Müsabiqəsində qalib gələn Tanel Padarın bacısıdır. == Karyera == Padar bir neçə məşhur Estoniya musiqili filmlərində rol alıb, o sıradan "Kabaret" filmində Salli, "Şahmat" filmində Florensiya və "Detektiv Lotte" filmində Lotte rollarını ifa edib. Müğənni karyerasında isə 2011-ci ildə solo albomunu buraxdı. Padar Estoniyanı 2007 Avroviziya Mahnı Müsabiqəsində " Partners in Crime " mahnısı ilə təmsil edib, lakin finala vəsiqə qazana bilməyib və 33 xal qazanıb. 2010 Avroviziya Mahnı Müsabiqəsində isə Estoniya üzrə 5 münsifdən biri olub. O, 2018-ci ildə də Avroviziya yarışmasına qatılmaq üçün Estoniyanın milli seçim turlarında yenidən iştirak etmişdi və Eliis Parna ilə birlikdə finalda sonuncu olan ing. Sky mahnısı ilə yarışmışdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Gerli Padar ilə əlaqəli mediafayllar var.
Gədi dağı
Gədi dağı - Xızı rayonu ərazisində alçaqdağlıq tirə. Gədi dağı Böyük Qafqaz sıra dağlarının Qarabulaq silsiləsində yerləşir.(hünd.1222 m.).
Gədi xalçaları
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir. == Bədii analiz == "Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar. Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar. Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
Elmar Hüseynovun qətli
Elmar Hüseynov (tam adı: Elmar Sabir oğlu Hüseynov; 17 iyul 1967, Bakı, Azərbaycan SSR, SSRİ — 2 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı, "Monitor" jurnalının yaradıcısı və baş redaktoru. Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi. 2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlamışdır. Qətldən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi.