Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎, hərf. Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎, hərf. Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazlıqları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb Şamilov
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897, Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978, İrəvan) — kürd əsilli SSRİ yazıçısı. == Həyatı == Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Ərəb Baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Ərəb Bank
Ərəb Bankı – 1930-cu ildə yaradılmış, may ayının 21-də qeydiyyatdan keçmiş təşkilat. == Haqqında == Ərəb Bankı 1930-cu ildə Yerusəlimdə təsis edilib. Zamanla banklar şəbəkəsi ərəb ölkələrinin böyük hissəsini əhatə etmişdir. Bankın baş ofisi 1948-ci ildə İordaniyanın Amman şəhərinə köçürülmüşdür. Ərəb Bank 1962-ci ildə ərəb banklarının beynəlxalq maliyyə bazarında yayılmasının əsasını qoymuşdur. Hal-hazırda 7 şöbəsi, köməkçi bankları və filialları dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir. Bankın 40-dan çox ölkədə 350-dən çox şöbəsi fəaliyyət göstərir. Bank öz tərkibində 30 dövləti birləşdirir. Ərəb Bank Əmman birja fondunda qeydiyyatdan keçmiş ictimai səhmdar təşkilatdır. Bank Yaxın Şərqdə və Şimali Afrikada ən iri iqtisadi mühərrik rolunu oynayır.
Ərəb Birliyi
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. == Təsis olunması == ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur.
Ərəb Liqası
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. == Təsis olunması == ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur.
Ərəb Qubalı
Ərəbqubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Tarixi abidələri == Kənd ərazisində yerin altında yerləşən Şəhərgah adı verilən tarixi məkan var. == Toponimikası == Ərəb Qubalı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonim Ərəbkufeli adından təhrifdir. Mənşəcə VIII əsrdə İraqın Kufə mahalından Azərbaycana köçürülmüş ərəb ailələrinin bir hissəsi burada ərəbkufəli (Kufədən çıxmış ərəblər) adı ilə adlanmışdır. Yaşayış məntəqəsi bu ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanır. == Əhalisi == 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1412 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ərəb Xilafəti
Ərəb xilafəti (ərəb. خلافة‎ xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından 13-cü əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır. == Xilafət anlayışı == Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı sünni qanadın qəbul etdiyi xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir, baxmayaraq ki, belə bir dini dövlətçilik idarəsi tarixdə olmamışdır. Xəlifə ilk əvvəl seçki əsasında təyin edilsə də, Əməvilər hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar. == Tarixi == 632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi.
Ərəb atı
Ərəb atı — insan tərəfindən yaradılan çox qədim at cinslərindən biridir. Ərəb atının vətəni Ərəbistan yarımadasıdır. Cins әrәb atı — әn qәdim minik atı cinslәrindәn biri. 7 әsrdә әrәb istilaları zamanı Ərәbistan y.-a.-nda yetişdirilmiş, Avropaya orta әsrlәrdә gәtirilmişdir. Qiymәtli minik (cins minik atı, Terek atı) vә löhrәm yerişli (Orlov löhrәmi) cinslәrinin yaradılmasında böyük rolu olmuşdur. Çox iri deyil (cidov hünd. 150-160 sm), zәrif skeletli (bilәk qucumu 18-20 sm) vә bәrk әzәlәlidir. Rәngi, әsasәn, kürәn, kәhәr, bozdur. Mәhsuldarlığı yüksәkdir. 3 yaşından müxtәlif at idmanı növlәrindә istifadә edilir.
Ərəb bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ərəb dili
Ərəb dili (ərəb. اللغة العربية‎, ərəb. عربي‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur.
Ərəb dənizi
Ərəbistan dənizi (ərəb. بحر العرب‎, fars. دریای عرب‎, urdu بحیرہ عرب, hind. अरब सागर, somali Bada Carbeed, ing. Arabian Sea)— Hind okeanının bir regiondur ki, şimal tərəfindən Pakistan və İran, cənub tərəfindən Somalinin şimal şərqi, şərq tərəfindən Hindistan və qərb tərəfindən Ərəbistan yarımadası ilə həmsərhəddir. Ərəb dənizi səthinin sahəsi (1,491,130 kvadrat mil) təxminən3,862,000 km²-dir.
Ərəb jasmini
Ərəb jasmini (lat. Jasminum sambac) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Cənub-şərqi Asiyanın yerli bitkilərindəndir. Filippinin milli gülüdür və orada "sampaguita" adlanır. Həmçinin, İndoneziyanın üç milli gülündən biridir və orada "melati putih" kimi tanınır. == Botaniki təsviri == Cəlbedici və şirincəsinə ətirli gülləri üçün geniş şəkildə becərilir. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Gülləri ətriyyat və çay hazırlanması üçün istifadə olunur. == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Ərəb çaqqalqanqalı
Onopordum illyricum (lat. Onopordum illyricum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çaqqalqanqalı cinsinə aid bitki növü.
Ərəb ədəbiyyatı
Ərəb ədəbiyyatı (ərəb. الأدب العربي) — ana dili ərəb dili olan tayfa və xalqların ədəbi əsərlərini əhatə edir. Ərəb dili qədim zamanlardan bəri Ərəbistan yarımadasında istifadə olunan bir dildir. İslam dini ortaya çıxdıqdan sonra İspaniyadan İndoneziyaya qədər uzanan bir ərazidə 600 il ərzində yayılaraq mədəniyyət dili oldu. Türkiyədə ərəb ədəbiyyatı üzrə akademik araşdırmalar, adətən ədəbiyyat fakültələrinin ərəb dili və ədəbiyyatı bölmələrində aparılır. == Klassik ərəb ədəbiyyatı == Klassik ərəb ədəbiyyatı İslamdan əvvəlki dövrdən Abbasilər dövrünün sonuna qədər olan prosesə verilən addır. Klassik ərəb poeziyasında həcv, mədhiyyə, fəxriyyə və s. kimi mövzular ön plana çıxır. Qəsidə və recez klassik ərəb ədəbiyyatının ən çox istifadə olunan formalarıdır. == İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatı == Cahiliyyət dövrü adı verilən İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatında şeirin özünəməxsus yeri var idi.
Ərəb köpgəröküzü
Ərəb köpgəröküzü (lat. Oryx leucoryx) — köpgəröküz cinsiə aid heyvan növü.
Ərəb körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi ve ya Bəsrə körfəzi (türk.Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربی‎ - əl-Xəlicül-ərəbı, əl-Xəlic əl-ərəbı) — İran və Ərəbistan yarımadası arasında körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər.Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır.Bu ad tarixi köklərə malikdir və Osmanlı İmperiyası dövründə bu adla tanınıb.Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Ərəb körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Ərəb körfəzi dənizlərlə oxşardır. Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir. == Mübahisəli adlandırma == Mənbələrdə körfəz müxtəlif cür adlandırılır.
Ərəb milliyətçiliyi
Ərəb milliyətçiliyi (ərəb. القومية العربية, al-Qawmiyya al-`arabiyya‎) — Ərəblərin bir millət olduğunu və ərəb xalqının birliyini təbliğ edən, ərəb sivilizasiyasını, ərəb dilini və ədəbiyyatını qeyd edən, ərəb dünyasında cavanlaşma və siyasi birliyə çağırış edən millətçi ideologiya. Onun mərkəzi məqsədi Atlantik okeanndan Hind okeanına qədər ərəb dünyasının xalqları ümumi etnik, linqvistik, mədəni, tarixi, milliyyətçi, coğrafi və siyasi oxşarlıqları ilə ümumi bir millət yaratmaqdır. Ərəb millətçiliyinin əsas hədəflərindən biri ərəb dünyasında qərbin təsirinin sona çatmasıdır, ərəb gücünün "nemesisi" kimi qəbul edilən və bu ərəb hökumətlərinin qərb gücündən asılı olduğu hesab olunur. XX əsrin əvvəllərində Osmanlı İmperiyasının zəifləməsi və məğlubiyyəti ilə meydana gəlmişdir. Firkin təsiri Altıgünlük müharibədə ərəb ordusunun məğlubiyyətindən sonra azalmışdır. Ərəb millətçiliyinə əlaqədar olan şəxslər və təşkilatlara İraq kralı I Feysəl, Misir prezidenti Camal Əbdül Nasir, Ərəb Milliyyətçi Hərəkatı, Libya lideri Muəmmər Qəddafi, İraqda bir neçə il hakimiyyətə gələn və hal-hazırda Suriyada haimiyyətdə olan Ərəb Sosialist BƏƏS Partiyası və onun qurucusu olan Mişel Əflaqı aid etmək olar. Ərəbçilik fikridə bu fikrə oxşar bir ideologiyadır. == Terminologiya == Ərəblərin özləri bu anlayış anlayışı üçün iki sözdən birini istifadə edə bilərlər: "Kəvmiyyə" (ərəb. قومية‎, "qəbilə" mənasını verən bir sözdən gəlir və daha çox "qan millətçiliyi" deməkdir) və "Vətəniyyə" (ərəb.
Ərəb mətbəxi
Ərəb mətbəxi – ərəb dünyasını şərqdən qərbə qədər əhatə edən mətbəxlərdən biri. Ərəb mətbəxinə Levant, Türkiyə, Kopt və digər xalqların mətbəxləri təsir göstərmişdir. == Tarixi == Ərəblər erkən orta əsrlərdən ədviyyatlara xüsusi önəm vermişlər.Ərəb mətbəxində aşağıdakı maddələrə diqqət yetirilir: Ət-quzu və toyuq ətindən çox istifadə olunur.Dəvə ətindən xüsusi qonaqlıqlarda istfadə edilir.Sahil tərəfdə yaşayan əhali daha çox balıq ətinə üstünlük verir. Süd məhsulları - geniş yayılmışdır, əsasən yoğurt və ağ pendir, yumurta və krem də geniş istifadə olunur . Otlar və Baharatlar - Nanə və kəklikotu geniş yayılmışdır, demək olar ki, bu gün ənçox bu bitkilərdən istifadə olunur.Ədviyyat hind mətbəxindən daha az istifadə olunur. Ədviyyatların miqdarı və çeşidi regiondan regiona dəyişir. İçkilər: İsti içkilərə nisbətən soyuq içkılərdən istifadə olunur.qəhvə menyuda birinci təqdim olunur daha sonra çay (xüsusilə Sri Lanka çayı) üstünlük təşkil edir. Taxıl bitkiləri: buğda bulqur düyü ərəb mətbəxinin əsasını təşkil edir. paxlalılar - mərcimək lobya, noxud geniş istifadə olunur . Tərəvəz və meyvələr: xiyar, badımcan, bamİya və soğan ,əncir nar və zeytun ərəb mətbəxinin ayrılmaz tərkib hissəsidir .
Ərəb qanqalı
Ərəb qəhvəsi
Ərəb qəhvə ağacı (lat. Coffea arabica) — qəhvə ağacı cinsinə aid bitki növü. Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən qida kimi istifadə olunan təbii nemətdir. O, başqa yeyinti məhsullarından fərqli olaraq, insan üçün daha faydalıdır. Onun üstünlüyü orasındadır ki, o, lazımi miqdarda (0,2 q) qəbul etdildikdə, orqanizmin qüvvəti və fəaliyyəti xeyli artırır, eyni zamanda fiziki və zehni yorğunluq götürülür, insanda bir növ yüngüllük, xoş əhvali – ruhiyyə və əmək gümmrahlığı yaranır. Məhz bu xassəsinə görə də qəhvədən çox qədim vaxtlardan bəri bütün dünyada, xoş ətirli və dadlı qida kimi geniş istifadə olunmaqdadır. Çoxlarımızın tanıdığı və istifadə etdiyi qəhvə – poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır. Bu ağacın isə əsil vətəni Həbəşistan və ərəb ölkələridir. Bu ölkələrdə vaxtilə qəhvə ağacları təbii halda çox geniş yayılmışdır. Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında geniş becərilir.
Qələm
Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitə. Aşağıdakılar qələm nümunələridir: Diyircəkli qələm Mürəkkəbli qələm Uclu qələm Divit Stres == Tarixi == İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər. Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu. 1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi. Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və «günahkar» sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil lövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.
Xələt
Xələt — adətən bütün bədəni örtən uzunqol və uzunətək geyim növü. Xələt müxtəlif təyinatlı ola bilər: hamam xələti, çimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. == Tarixi == Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Avtomat qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Diyircəkli qələm
Diyircəkli qələm - Dəftərxana ləvazimatı. 1938-ci il də Macar ixtiraçı Lazlo Biro, biro da deyilən, gündəlik həyatımızın imtina edilməz parçası olan diyircəkli qələmin həyata keçməsini təmin etdi. Diricəkli qələmi ilk dəfə Böyük Britaniya hərbi aviasiyası üçün hazırlamışdılar (yüksəklikdə digər qələmlərdən mürəkkəb çıxmırdı). 1945-ci ildə, Nyu-Yorkda ilk diyircəkli qələmlərin bir partiyası satışa çıxarılan zaman, elə bir sayda insan toplaşıb ki, şəhərin bütün polis işçiləri işə cəlb olunub. Bir günün içində 10 min qələm satılıb, halbuki, o zaman bir qələm elədə ucuz başa gəlməyib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əmək haqqının dəyərində olub.
Doldurma qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Qəlat (Piranşəhr)
Qəlat (fars. کردستان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 341 nəfər yaşayır (48 ailə).
Qələm Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
Tələt Bakıxanov
Tələt Soltan oğlu Bakıxanov (13 iyun 1927, Bakı – 30 may 2000, Bakı) — Azərbaycan kamançaçalanı, muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1975). == Bioqrafiya == Tələt Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olmuşdur. 1945–1947-ci illərdə teatr texnikomunu bitirmiş, 1947–1949-cu illərdə isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs almışdır. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansambılının solisti olmuşdur. Tələt Bakıxanov 30 may 2000-ci ildə Bakı şəhərində beyin insult xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya kimi bir sıra xarici ölkələrdə qastrol səfərlərində olmuş, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət etmişdir. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınmışdır. Tələt Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olmuşdur. 1970–1980-cı illərdə Səmərqənd şəhərində keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarinin iştirakçısı olmuş, Bəhram Mansurov, Canəli Əkbərov və Alim Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil etmişdir.
Tələt Dadaşov
Tələt Dadaşov (22 mart 1923, Bakı – 31 dekabr 1996) — Azərbaycan memarı. == Həyatı == Tələt Mehdi oğlu Dadaşov 1923-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılır və Böyük Vətən müharibəsində iştirak edir. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Tələt Dadaşova həsr edilmişdir.
Tələt Kəngərli
Tələt Kəngərli (Kəngərli Tələt Nəsrulla oğlu; d. 21 noyabr 1948, Bakı şəh., Azərbaycan) — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Tələt Kəngərli 21 noyabr 1948 Bakı şəhərində anadan olub. == Təltif və mükafatları == SSRİ Geologiya Nazirliyinin Fəxri fərmanı == Kitabları == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press. 2013. 147.
Tələt Mehdiyev
Tələt Mehdiyev (Tələt Rzaqulu oğlu Mehdiyev) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar mədəniyyət işçisi, AMEA Fizika İnstitutunun İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsinin rəhbəri. == Həyatı == Tələt Mehdiyev iyunun 4-ü 1944-cü ildə Bakı şəhərinin tarixi rayonu olan İçərişəhərdə, ziyalı ailəsində anadan olmuşdur. Bakı xanı Səlim xanın, Səlimxanovlar nəslinin davamçısıdır. 1962-ci ildə Bakı şəhəri Voroşilov rayonunun 6 saylı orta məktəbini bitirərək həmin il S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin fakültəni fizik ixtisası üzrə bitirmişdir. 1964-cü ildən, AMEA Fizika İnstitutunda işləyir. Tələt Mehdiyev 1977-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, əvvəl fizika-riyaziyyat elmləri namizədi, sonra isə, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975-ci ildə, AMEA Fizika İnstitutunda İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsini yaradaraq onun rəhbəri olmuşdur. O, 2015-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Tələt Məcidov
Tələt Məcidov (azərb. Məcidov Tələt Tahir oğlu‎, 23 may 1945, Bakı) — iqtisad elmləri namizədi, Səbail Rayon İcra Hakimiyyətinin başçısı (2 sentyabr, 1999 – 8 fevral, 2005) == Həyatı == Tələt Məcidov 23 may 1945-ci ildə Bakı şəhərində anadan olub. == Tərcüməçilik fəaliyyəti == Tələt Məcidov 1 avqust 1968-ci ildən 2 iyul 1970-ci ilə qədər SSRİ Xarici İqtisad Əlaqələr üzrə Dövlət Komitəsində Əlcəzair və Suriyada, 2 aprel 1977-ci ildən 23 dekabr 1980-ci ilə kimi isə İraqda tərcüməçi işləmişdir. == Elmi fəaliyyəti == Tələt Məcidov 6 dekabr 1970-ci ildən 29 mart 1977-ci ilə kimi Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda aspirant, laborant, kiçik elmi işçi vəzifələrində çalışıb. 3 yanvar 1981-ci ildən 1 iyul 1983-cü ilə kimi Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda Baş elmi işçi olmuşdur. == Siyasi fəaliyyəti == Tələt Məcidov 1 iyul 1983-cü ildən 28 dekabr 1990-cı ilədək Azərbaycan KP MK aparatında təlimatçı, sector müdiri kimi vəzifələrdə işləmişdir. 14 dekabr 1990-cı ildən 4 mart 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Prezidentin Xarici siyasət məsələlər üzrə müşavirinin xidmətində məsləhətçi, 4 mart 1992-ci ildən 12 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsində Şöbə müdirinin müavini, 12 may 1992-ci ildən 8 iyul 1999-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır. 2 sentyabr 1999-cu ildən 8 fevral 2005-ci ilə kimi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının aparatında başçı vəzifəndə işləmişdir. 8 fevral 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsində Şöbə müdiridir. == Mükafatları == 22 may 2015-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tələt Paşa
Tələt Paşa (1 sentyabr 1874, Qırcaəli, Osmanlı imperiyası – 15 mart 1921, Berlin) — V Mehmed Rəşad və VI Mehmed Vahidəddinin səltənətlərində 1 il 8 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. İttihad və Tərəqqi cəmiyyətinin üzvü == Həyatı == === İlk illəri === 1 sentyabr 1874-cü ildə Ədirnə vilayətində dünyaya gəlmişdir. Atası Qırcaəli tabeliyindəki Çəpəlcə kəndindən Qazı Əhməd Vasif Əfəndi, anası isə vaxtilə Kayseridən köç etmiş türk-pomak soylu Hürmüz xanım idi. İlk təhsilini Kırklarelində aldıqdan sonra Ədirnə hərb məktəbinə daxil oldu. Atasının vəfatının ardından yaranan maddi sıxıntılar səbəbilə Ədirnə Poçt və Teleqraf idarəsində işləməyə başlayır və 1891-ci ildə buranın anbar təsərrüfat müdiri olur. Bu müddət ərzində bir yandan Alliance İsraelite Universelle adlı yəhudi məktəbində türk dili dərsləri verir, digər yandan isə xüsusi bir müəllimdən fransız və yunan dillərini öyrənirdi. Bu illərdə bacısının yoldaşı İsmayıl Yürükoğlu vasitəsilə jöntürk fəlsəfəsi ilə tanış olmuş, ideyanın təşkilatlanmasında iştirak etmişdir. Bolqarıstan türklərindən olan və sonralar "Şərq" adlı müxalif qəzetində redaktor çalışan İsmayıl Yürükoğlu, o illərdə Əhməd Zəki bəylə birlikdə İttihad və Tərəqqi cəmiyyətinin Ruse şəhərindəki mərkəzində çalışırdı. Sonralar Tələt bəy kiçik bürokrat və zabitlər tərəfindən Ədirnədə yaradılan müxalif təşkilata daxil oldu. Ancaq hökumət bu siyasi təşkilatın fəaliyyətinə göz yummadı və təşkilat üzvləri 1896-cı ildə həbs olundular.
Tələt Qasımov
Tələt Qasımov (nazir)
Tələt Qayıbov
Tələt Qayıbov — biologiya elmləri doktoru, professor. == Həyatı == Tələt Dənyar oğlu Qayıbov 1923-cü ilin may ayının 15-də Azərbaycanın Quba rayonunun Alpan kəndində bəy nəslindən olan mülkədar ailəsində anadan olmuşdur. 1939-cu ildə 132 saylı Bakı şəhər orta məktəbini bitirib ADU-in biologiya fakultəsinə daxil olmuş və 1944-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 1945 –1948-ci illərdə Akademik A.Qarayevin fiziologiya ixtisası üzrə ilk aspirantı-fizioloqu olmuşdur. 1948 -ci ildə Bioloqiya elmləri üzrə“namizədlik” dissertasiyasını müdafiə etmişdir. 1948 – 1960-cı illərdə Elmi Tədqiqat Hematoloqiya və Qanköçürmə İnstitutununda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1961-ci ildə “Uyğun gələn və uyğun olmayan qanın köçürülməsindən sonra resipiyentin orqanzmində yaranan funksional dəyişikliklər” mövzusunda biologiya elmləri üzrə doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə etmışdır 1951– 1966-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri, institutun partiya təşkilatının katibi, elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 1966 – 1992-ci illərdə Azərbaycan Dövlət Universitetində “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1992- 2002- ci illərdə Bakı Dövlət Universitetində “İnsan və heyvan fiziologiyası” kafedrasının professoru işləmişdir == Fəaliyyəti == - hematologiya və qanköçürmə sahəsində “Hemostaz”problemlərinin geniş tədqiqatları - postnatal ontogenez və yaratdığı “Radiobiologiya” problemləri laboratoriyasında aparılan elmi axtarışlar - rəhbərlik etdiyi “Biostimulyatorlar” laboratoriyasında aparılan keçmiş SSRİ Müdafiə Nazirliyinin tam məxfi, əsas problemlirindən biri olan “Ordu və əhalinin kütləvi qırğın silahlarından müdafiəsi” sahəsində elmi axtarışları və Azərbaycanda onun məktəbi kimi tanınmış “Epifiziologiya” elmi istiqamətinin inkişafı - 350-dən çox elmi əsərin, o çümlədən 3 monoqrafiyanın, 2 dərslik, bir sıra metodiki göstərişlər və patentlərin müəllifidir; - 40-dan artıq elmi kadr hazırlamış, onlardan 11-i elmlər doktorudur, 3-ü Əməkdar elm xadimi; - “Azərbaycan Fizioloqlar Cəmiyyəti”-nin sədr müavini, “Bilik” cəmiyyətinin rəyasət heyətinin üzvü, uşaq və yeniyetmələrin fizioloji problemlərinin koordinasiya şurasının üzvü, BDU-nin, ATU-nin, APU-nin, MEA-nın “Fizioloqiya İnstitutu”nun elmi şuralarının üzvü və s. Professor T.Qayıbov 1993-cü ildə Heydər Əliyevə müraciət edən Azərbaycanın 91 ziyalılarından biri olmuşdur.
Tələt Rəhmanov
Tələt Əliağa oğlu Rəhmanov (12 dekabr 1931, Bakı – 1 noyabr 1995, Sumqayıt) — Azərbaycan aktyoru, film direktoru. == Həyatı == Azərbaycan kinosunda aktyor, film direktoru, rejisor assistenti kimi çalışmışdır. 13 noyabr 1995-ci ildə ürək tutmasından vəfat etmişdir. Məzarı Yasamal qəbiristanlıqdadır. == Filmoqrafiya == 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: milis işçisi Arşın mal alan (film, 1965) Azərbaycan naminə (film, 2005) Babək (film, 1979) Bağ mövsümü (film, 1985) Bayramda yağış (film, 1985) Bəxtəvər (film, 1984) Bir cənub şəhərində (film, 1969) Bir qalanın sirri (film, 1959) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Böyüyəndə bilərsən... (film, 1981) Burulğan (film, 1986) Cazibə Qüvvəsi (1964) Çarə (film, 1981) Dairə (film, 1985) De ki, məni sevirsən! (film, 1977) Dörd bazar günü (film, 1975) Dünən, bu gün, sabah (film, 1992) Evlənmək istəyirəm (film, 1983) Əhməd haradadır? (film, 1963) Əlamət (film, 1982) Əmək və qızılgül (film, 1962) Fikirləşmək lazımdır (film, 1980) Gecə söhbəti (film, 1971) Girişmə, öldürər! (film, 1991) Görüş (film, 1955) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!... (film, 2002) Gümüşgöl əfsanəsi (film, 1984) Hörmətli alim yoldaşlar (film, 1971) Xüsusi vəziyyət (film, 1986) İnsan məskən salır (film, 1967) İstintaq (film, 1979) İstintaq davam edir (film, 1966) İşgüzar səfər (film, 1982) "Kazbek" qutusu (film, 1958) Kadrlarda yaşanan ömür.
Tələt Xanlarov
Tələt Ağasıbəy oğlu Xanlarov (26 avqust 1927, Bakı – 14 aprel 2004, Bakı) — Sovet və Azərbaycan memarı, Azərbaycan EA-nın akademiki, Azərbaycan SSR əməkdar memarı (1975), Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, "Şöhrət" (2000) və "Şərəf nişanı" ordenli, Prezident təqaüdçüsü olmuşdur. == Həyatı == Tələt Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində qədim Bakı əsilzadələri nəslindən olan Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Ağasıbəy Əli Qulu bəy oğlu Xanlarovun ailəsində anadan olmuşdur. Anası Sara xanım Azərbaycan Tibb Universitetinin ilk məzunlarından biri idi. Tələt ailənin böyük oğlu idi. Tələt Xanlarov 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. O, 1956–1992-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərdövlətlayihə" Baş Dövlət Layihə İnstitutunda memar, layihənin baş memarı, 2 nömrəli memarlıq-layihələndirmə şöbəsinin rəhbəri, institutun Baş memarı vəzifələrində işləyərək əsas müəllif əsərlərini yaratmışdır. 1992-ci ildən "Akademik T. A. Xanlarovun yaradıcılıq emalatxanası"na başçılıq edirdi və Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan "İmam Rza" məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokuratura işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binalarının və fərdi bağ evlərinin layihələrini tərtib etmişdir. 1967–2002-ci illər ərzində Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. == Əsərləri == Tələt Xanlarov 60-dan artıq layihənin müəllifidir, o cümlədən: Heydər Əliyev adına İdman Arenası, Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika idarəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası, Sumqayıt şəhərində Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı, Naxçıvan şəhərində Təbriz mehmanxanası və s. Qara Qarayev, Hüseyn Cavid, Tofiq Əliyev, Əlövsət Quliyev və digər tanınmış şəxsiyyətlərin yaşadıqları binalarda xatirə lövhələrinin və qəbirüstü abidələrin müəllifidir.
Tələt Şıxəliyev
Tələt Ağalar oğlu Şıxəliyev (1 yanvar 1928, Digah, Lənkəran qəzası – 1 iyul 1987, Bakı) — Azərbaycan SSR əməkdar rəssamı (1982). == Həyatı == Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci ildə hazırkı Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir. 1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev "Abşeron məktəbi" kimi tanınan istedadlı gənc rəssamlardan ibarət "Abşeron qrupu"nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi. Rəssam 1987-ci ildə, 59 yaşında vəfat etmişdir. T.Şıxəliyev qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir.. == Yaradıcılığı == İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi. Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir.
Tələt Əliyev
Tələt Əliyev (20 oktyabr 1942, Naxçıvan) — Azərbaycanın Ukraynada səfiri (2001–2010). == Fəaliyyəti == Tələt Əliyev səfir təyin olunana qədər Ukrayna Azərbaycanlıları Konqresinin sədri olub. Hazırda isə bu ölkədə Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.
İşıq qələm
İşıq qələm (ing. light pen) – karandaş və ya qələm şəklində düzəldilmiş və kompüterlə elastik kabel vasitəsilə bağlanmış göstərici, koordinat qurğu. Onun köməyilə ekranda lazım olan elementləri və komandaları göstərmək, yaxud seçmək olar. Seçim, ya işıq qələmin kənarında olan düyməni basmaqla, ya da qələmin ucunu ekranın səthinə sıxmaqla (“sıçanın” çıqqıtısının ekvivalenti) gerçəkləşdirilir. Qələmin işıq vericiləri var və hər dəfə onlara işıq düşdükdə (məsələn, ekranla yaxın kontakt zamanı işıqlı piksellər qələmin ucunun altına düşdükdə) onlar kompüterə siqnal göndərir. Elektron şüa ekranı sətir-sətir keçərək ekranın bütün piksellərini 1/60 saniyədə işıqlandırır, buna görə də qələmin göstərdiyi anı və yeri dəqiq qeyd etmək olar. İşıq qələm, sensor ekranda olduğu kimi, xüsusi ekran və ya onun örtüyünü tələb etmir, lakin onunla uzun müddət işləmək üçün əlverişsizdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Hələb (İcrud)
Hələb - İranın Zəncan ostanının İcrud şəhristanının Hələb bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 829 nəfər və ya 218 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hələb Universiteti
Hələb Universiteti (ərəb. جامعة حلب‎ Camiʿət Ḥələb) — Suriyanın Hələb şəhərində dövlət universiteti, əsası 1958-ci ildə qoyulub.
Hələb mühafazası
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb mühafazlığı
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb mühafəzəsi
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb qalası
Hələb qalası (ərəb. قلعة حلب‎‎) — Suriyanın Hələb şəhərində, möhkəmləndirilmiş böyük orta əsr sarayı. Dünyanın ən qədim və ən böyük qalalarından biri sayılır. Qala təpəsinin istifadəsi e.ə.3000-cü illərə əsaslanır. Sonradan Yunan, Bizans, Əyyubi, Məmlük və Osmanlı mədəniyyətləri tərəfindən zəbt edilmişdir. Tikilinin çoxu Əyyubi dövrünə əsaslandığı güman edilir. 2000-ci illərdə Aga Khan Trust for Culture ilə Aleppo Archeological Society tərəfindən hərtərəfli bərpa işi aparılmışdır. Şəhərə hakim olan qala, 1986-cı ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır.
Hələb sabunu
Hələb sabunu — əldəqayırma, sərt sabun qəlibidir ki, zeytun yağı və kül suyundan Suriyanın Hələb şəhərində hazırlanır. Hələb sabunu, zeytun və dəfnə ağaclarının meyvələrindən əldə edilən təbii yağlayardan hazırlanır və bioloji olaraq parçalanabilir.
Hələb vilayəti
Hələb vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hələb şəhəri idi.
Hələb çınqılotu
Hələb çınqılotu (lat. Geum aleppicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Yayılması == Orta Asiyada, Şimali Amerikada Rusiyanın Avropa hissəsində, Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Sinonimləri == Geum aleppicum var. bipinnatum (Batalin) Hand.-Mazz. Geum aleppicum var. glabricaule (Juz.) Vorosch. Geum aleppicum subsp. strictum (Sol.) R.T.Clausen Geum aleppicum var. strictum (Sol.) Fernald Geum besserianum Fisch.
Hələb şamı
Pinus halepensis (lat. Pinus halepensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Yayılması == Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt-cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək-təkdir.
Hələb əmirliyi
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Hələb əyaləti
Hələb əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Arev (qəzet)
Arev — Misirdə erməni dilində 1915-ci ildən nəşr olunan qəzet.
Hələb Beynəlxalq Stadionu
Hələb Beynəlxalq Stadionu (ərəb. ملعب حلب الدولي‎) — Olimpik bir standartlara uyğun, çoxlu imkanlara malik, tamamilə üstü bağlı olan və Hələb şəhərindəki stadiondur. Suriyanın ən böyük stadionudur və hal-hazırda əksər futbol oyunları üçün istifadə edilir. Əl-ittihad Hələb klubu öz ev oyunlarını bu stadionda keçirir. Eyni zamanda Suriya Milli futbol komandasının bəzən ev sahibliyi etdiyi stadiondur. Stadion 2007-ci ildə açılmışdır və 75000 tamaşaçı tutumuna malikdir. Stadion Hələbin cənub bölgəsində, Əl-Həmədani İdman Şəhərciyinin yaxınlığında yerləşmişdir. == Tarixi == Stadiounun inşasına Polşalı inşaatçı-memar Stanislav Kus ilə memar Fevzi Xəlifənin köməyi ilə dizaynlara əsaslanaraq 1980-ci ildə başlanılmışdır. Aralıq Dənizi oyunları üçün 1987-ci ildə inşasının başa çatması planlaşdırılırdı. Suriya hökumətinin səlahiyyətliləri bütün çətinliklərin öhdəsindən gəlmək üçün ciddi bir proqramı tətbiq etdi, ancaq tikinti müddəti 2003-ci ilə qədər dayandı və maliyyə çətinliklər səbəbiylə 2 il gecikdi.
Hələb döyüşü (1400)
Hələb döyüşü — 1400-cü ildə Qaraqoyunlu və Cəlayiri ordusu ilə Məmlük ordusu arasında baş vermişdir. == Zəmin == Qara Yusif , Əmir Teymurun Sivasla bağlı planlarından xəbərdar olur . Qara Yusif , Əmir Teymurun Sivası aldıqdan sonra cənuba doğru hərəkət edəcəyini anladı .Eyni təhlükə Sultan Əhməd üçün də keçərli idi. Teymur təhlükəsi iki hökmdarın yolunu yenidən kəsişdirdi. Qara Yusif və Sultan Əhməd sığınacaq kimi gördükləri Məmlük sultanlığına sığınmağa qərar verdi. Sultan Əhməd Bağdadın idarəsini Ferec adlı bir əmirə həvalə etdi. O, tez bütün ailə üzvlərini götürüb Mosula gəldi və Qara Yusifə qoşuldu. iki sultan, Onlar Hitə gəldilər, orada körpü tikdilər və ətrafdakıların sayı yeddi minə çatdı. Onlar yaxınlaşan əsgərlərlə birlikdə Fərat çayını keçərək Hələbə doğru yol aldılar.Qara Yusif və Sultan Əhməd yolda olarkən Məmlük Sultanı Fərəcdən sığınacaq istədilər. Hesabat vermək üçün səfirlik heyəti göndərdilər.
Mavi beret
Mavi Beret — müxtəlif dövlətlərdə qoşun növlərinin taxdığı baş geyimidir. Bu qoşunlar sülhü bərpa etmək üçün mövcuddur. Bir sıra dövlətlərin göy beretliləri : Azərbaycan Ordusu - I Qarabağ Müharibəsi zamanı Xüsusi Kəşfiyyat qrupu bu baş geyimindən istifadə edirdilər. Hal-hazırda isə bu baş geyimindən Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir. ABŞ Ordusu - Birləşmiş Ştatlar Hava Təhlükəsizlik Qüvvələri. Belarus Ordusu - Mobil Qüvvələr. BMT - Birləşmiş Millətlər Təşkilatının Sülhü qoruyan qoşunu. Türkiyə Ordusu - Jandarma (Türkiyə) qrumunun Dağ komando birlikləri.Dağ və Komando birlikləri ilə yanaşı Paraşütçü Komando birlikləri,Quru Qüvvələri Komandirliyi tabeçiliyində təşkilatlandırılmış birliklərdir. Jandarma Komando birliklərindən fərqli olaraq; sahələrinə görə paraşüt, alpinistlik, yaxın döyüş təhsili almış xüsusi piyada əsgərləridir.
Qırmızı beret
Qırmızı Beret — əsasən Xüsusi Təyinatlı Dəstələrin baş geyimi kimi qəbul edilmişdir. Dünya dövlətləri ölkədaxilində baş verəcək terrorun qarşısının alınması və xüsusi təyin olunmuş əməliyyat üçün bu birləşmələri yaradmışlar. Bir sıra ölkələrin Qırmızı Beretliləri haqqında: == Haqqında == 'Amerika Ordusu' — 1943-cü ildə General Frederik Brauning, Britaniya Birinci Bort Korpusunun komandanı, Britaniya Paraşüt Polyunda ABŞ Ordusunun 509-cu Paraşüt Piyada qoşunu və Vyetnam müharibəsi zamanı iştirak edən fransız qoşunlarına bu beretin geyilməyinə icazə verilmişdir.ABŞ Hərbi Hava Qüvvələrinin döyüş personalıda bu baş geyimindən istifadə edirlər.Amerikada Qırmızı Bereti qazanmaq üçün ən güclü kurslardan biri olan Ranger kursu mövcuddur. Bu beretin qırmızı rənginin mənasının "qurban verilmiş qan" anlamına gəldiyi iddia edilir. 'Almaniya Ordusu' — Almaniyada qırmızı bereti Kommando Spezialkräfte və Division Spezielle Operationen kimi komando qrupları geyinir. 'Azərbaycan Ordusu' — qırmızı bereti yalnız Azərbaycan Respublikası Daxili Qoşunları nın Xüsusi təyinatlı dəstələri və Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin Qərərgahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan) istifadə edirlər. Azərbaycan Respublikası Daxili Qoşunları nın xüsusi təyinatlı dəstələrində xidmət etmək istəyən hərbi qulluqçular ilkin seçim, test üsulu ilə yoxlama, müşahidə və söhbətlər mərhələsindən keçməklə seçilirlər. Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu xidmətə münasibəti, hərbi və ya mülki təhsili, ailə vəziyyəti, ixtisası və gələcək planları, marağı, asudə vaxtını necə keçirməsi, idmana marağı, sağlamlığının vəziyyəti, keçirdiyi xəstəliklər və s.
Yaşıl beret
Əsasən dünya ölkələrinin desant-təxribatçı birləşlərinin geyindiyi bu baş geyiminin tarixi İkinci dünya müharibəsindən başlayır. Həmin müharibədə bu baş geyimin Britaniyanın Royal Marines(Kral Dənizçiləri) korpusunun desantları geyinirdilər. Bu bereti qazanmaq üçün dənizçilər Desant-Təxribatçı Dəstə Kursun keçirdilər. == Başqa ölkələrdə == Azərbaycan ordusu — Yaşıl bereti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi istifadə edirlər. Avstraliya ordusu — Avstraliya Desant-Təxribatçı Dəstə (beretləri "Qrin Şervudu" rəngində) yaşıl beret geyinirlər. 1-ci Desant-Təxribatçı Dəstə Polku. 2-ci Desant-Təxribatçı Dəstə Polku, əvvəllər 4-cü batalyon (Kral Avstarliya Polku). Amerika ordusu — ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri. ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir.
Dəvət-Qoç (qəzet)
Dəvət-Qoç (az-əbcəd. دعوت‎; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycan və erməni dillərində çıxan leqal bolşevik qəzeti. == Yarandığı tarix == Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi. "Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər.