Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plastik qablar
Plastik qablar — gündəlik həyatımızda hər gün istifadə etdiyimiz plastik stəkanlar, çəngəllər, butulkalar və s. bu kimi qida vasitələrindən istifadə edirik. Əsasən maliyyə cəhətdən istehsalçılara ucuz başa gələn plastik qablar insan sağlığına isə baha başa gəlir. Çünki plastik bir stəkana isti çay və ya digər hər hansi isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonları da həmçinin insan sağlamlığı üçün həddən artıq dərəcədə təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edirlər ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Digər plastik qablar hazırlanan bir kimyəvi maddə isə fosgendir ki, bu maddənin ayrılaraq qidaya qarışması üçün isə soyuq qida məhzullarınin təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabilliyətinə malikdir. Həmçinin mütəxəsislər analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığını butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər. Müsbət xüsusiyyətləri: Yüngül asan daşınandır. Qab əldən düşərkən sınır, plastik qab isə yox.
Ayaqlı qablar
Ayaqlı qablar (ing. Stemware) — baza üzərində yüksələn ayaq üzərində duran içki qablarıdır. Bu cür qablar adətən müxtəlif şüşə materiallardan hazırlansa da, bəzən keramik və metal variantlarına da rast gəlinir. Ayaqlı qablar, istifadəçiyə əl vasitəsilə içkinin tempraturuna təsir etmədən onu tutmağa imkan verir. Ayaqlı qablara aşağıdakılar daxildir: Absent badəsi Şampan badəsi Potir və kubok Kokteyl badəsi (Martini və marqarita badələri daxil olmaqla) Likör badələri Ramerlər Qədəhlər Şərab badələri == İstinadlar == == Ədəbiyyat == Rinker, Harry L. Stemware of the 20th Century: The Top 200 Patterns (1st). New York: House of Collectibles. 1997. ISBN 9780676600841. İstifadə tarixi: 23 February 2013. Cech, Mary; Schact, Jennie.
Yəşəmi qablar
Yəşəmi qablar (ing. Jasperware) — Cozaya Vedcvud tərəfindən 1770-ci illərdə kəşf edilmiş dulusçuluq məhsulları. Yəşəmi qablar adətən yüksək tempraturlu keramika (keramoqranit) kimi təsvir edilsə də, biskvit çinisinə xas mat səthə malik olur və müxtəlif rəng tonlarında istehsal edilir. Yəşəmi qabların ən məşhur rəng tonu solğun mavidir ki, bu ton sonradan Vedcvud mavisi kimi tanınmışdır. Yəşəmi qablar üçün kontrastlı rənglərdən (adətən rənglərdən biri həmişə ağ olsa da, digər rənglərin istifadəsinə də rast gəlinir) istifadə edərək kameo effekti yaradan relyefli naxışlar xarakterikdir. Relyeflər qəliblər vasitəsi ilə hazırlanmaqla, yapma texnologiyası ilə məhsula əlavə edilir. Bir neçə il davam edən təcrübələrdən sonra 1770-ci illərdə "Wedgwood" yəşəmi qabları əvvəlcə kiçik elementlər şəklində, 1780-ci illərdən etibarən isə həm də böyük güldanlar kimi satışa çıxarır. Satışa çıxdığı vaxtdan etibarən yəşəmi qablar çox məşhurlaşır və bir neçə il sonra digər dülgərlər də yəşəmi qabların yeni versiyalarını təqdim etməyə başlayırlar. XXI əsrdə "Wedgwood" yəşəmi qabların istehsalını davam etdirir. Dekor zamanı əsasən dəbli neoklassik üslub istifadə edilsə də, bəzi hallarda başqa tərzlərə də rast gəlinir.
Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Boyalı Qablar mədəniyyəti
Naxçıvan mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. == Mərhələləri == Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir: 1-ci mərhələ: e.ə. 20-17-ci əsrlər 2-ci mərhələ: e.ə. 17-15-ci əsrlər 3-cü mərhələ: e.ə. 14-11-ci əsrlər 4-cü mərhələ: e.ə. 10-7-ci əsrlər == Tarixi == 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur.
Gəncə Çini qablar zavodu
Gəncə Çini qablar zavodu — Gəncə şəhərində fəaliyyət göstərmiş çini istehsal müəssisəsi. 1970-ci illərin əvvəllərində açılan Gəncə Çini qablar zavodu 25 ildən çox müddətdə faəliyyət göstərib. Zavod istehsal etdiyi Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə və s. məhsullarla adından söz etdirməyi bacarıb. O vaxtlar çini qablara tələbat böyük olduğundan bu zavod sosialist ölkələrinə də çini qablar satırdı. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın keçid dövründə müəssisə rəqabətə davam gətirə bilmir və 1996-cı ildə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalır. 1998-ci ildə Gəncə Çini qablar zavodu özəlləşdirilir. Hazırkı hüquqi varisi isə "Gəncə çini qablar" ASC-dir.
Naxçıvan şüşə qablar zavodu
Naxçıvan şüşə qablar zavodu- Şüşə sənayesi müəssisəsi. 1979-cu ildə istifadəyə verilmişdir.1983-cü ildən qaz yanacağı ilə işləyən zavod istehsal həcmini artırmış və nəticədə 1986-cı ildən başlayaraq ildə 60 milyona qədər butulka istehsal etmişdir.1992-ci ilin iyulunadək zavodda 440 milyona qədər butulka istehsal edilmişdir.İlk fəaliyyəti dövründə 450-500 nəfər fəhlə və qulluqçu işləmişdir.Zavodun ümumi tikililərinin sahəsi 3.5 hektar,tam ərazisi isə 12 hektardır.Əsas istehsal növü 0.5 litrlik butulka məhsuludur.Zavodun istehsal gücü ildə 60 milyon ədəd 0.5 litrlik butulka üçün nəzərdə tutulub.Zavodda əsas istehsal prosesi ilə yanaşı,2005-ci ildən etibarən transformator yarımstansiyaları üçün təcridedicilər (izolyatorlar),müxtəlif çeşidli məişət qabları və keramika məmulatları istehsal olunur.
Şova Retro Qablaşdırma Muzeyi
Şova Retro Qablaşdırma Muzeyi (昭和レトロ商品博物館, Şova Retoro Şohin Hakubutsukan) – Yaponiyanın Ome şəhərində yerləşən muzey. Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur. Muzey 1999-cu ildə Ome şəhərində açılmışdır. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir və tarixi tikili hesab olunur. Muzey Yaponiyada 1926–1989-cu illərdə davam etmiş Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarının kolleksiyasına ev sahibliyi edir. Yerli şəxslərin də töhfə verdikləri muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, Qodzilla və Ultramen kimi personajların kaycu fiqurları daxildir. Şova dövrünün retro məhsulları kolleksiyası ilə yanaşı muzeydə folklor haqqında sərgi yerləşir. Bu sərgi Lefkadio Hern tərəfindən populyarlaşdırılmış "Qar qadını" adlı hekayəyə həsr olunmuşdur. Belə ki, Lefkadio Hern bu hekayəni Omedə yaşayan bir fermerdən eşitmişdir.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Qalba
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru. Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Şabla mayakı
Şabla mayakı — Bolqarıstanın Dobriç vilayətində, Şabla icması ərazisində yerləşir. Mayak eyni adlı burun ərazisində, Şabla şəhərindən 4 km şərqdədir. Bu Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən hündür və ən qədim mayakıdır. Bolqarıstanın Hərbi Dəniz qüvvələrinin balansındadır. Burunda ilk mayak XVIII əsrdə inşa edilmişdir. Ən əhəmiyyətli Qara dəniz marşrutlarından biri olan Dunay-Bosfor xətinin mərkəzində yerləşir. Mayak fənərinin əsas məqsədi gəmiləri mayak ilə Tyulenovo kəndi arasında olan qumlu dayazlıq barədə məlumat verməkdir. Bu səbəbdən "Qum fənəri" və ya "Qum mayakı" adlandırılır. Həmçinin mayak yaxınlığında uzunluğu 2 km olan rif vardır. Bəzi tarixçilər burun ərazisində mayak tikililərinin hələ Roma və Bizans imperiyaları dönəmində olmasını qeyd edirlər.
Köhnəqala (qala)
Köhnəqala, Yezidabad qalası və ya Naxçıvanqala— Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir. == Tarixi == Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957–1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III–II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632–51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.
Murtuz qala
Murtuz qala — Balakən rayonunun Mahamalar kəndi ərazisində XVIII-XIX əsrə aid tarixi abidə. El arasında “Murtuz qala” adlandırılan tarixi abidə Balakən rayonunun Mahamalar kəndi ərazisindədir. Balakən çayın sağ sahilində, çox hündür olmayan sərt süxurlu qaya üzərində tikilən qala-ev hündür qala divarları ilə əhatə olunmuşdur. Ətraf ərazidən hündür olması ilə seçilən bu yer strateji cəhətdən çox əlverişli mövqeyə malikdir. Mühasirə zamanı bu qalada uzun müddət qorunmaq mümkün idi. “Murtuz qala”nın əhəmiyyətini daha aydın təsəvvür etmək üçün, qalanın sahibi və onun tikildiyi dövrlə bağlı qısa tarixi icmala ehtiyac vardır. XIX yüzilliyin ortalarında Qafqazda uzun müddət (əsrin 20-60-cı illərində) rus işğalçılarına qarşı müqavimət göstərmiş müsəlman əhalisinə təzyiq daha da artırılmışdır, bu isə yeni həyəcanlara və üsyanlara səbəb olmuşdu. Rusiya hakim dairələrinin Qafqaz əhalisini zorla xristianlaşdırma siyasəti vəziyyəti xeyli gərginləşdirmişdi. Azərbaycanın şimal-qərb bölgəsində mübariz insanlar silahlı dəstələr yaradır və çar məmurlarına qarşı uğurlu döyüşlər aparırdılar. Zorla xristianlaşdırmaya məruz qalmış insanlar yenidən islama qayıdırdılar.
Narın-Qala
Narınqala və ya İçqala — Dərbənd qalasının mərkəzini təşkil edən islamdan əvvəlki dövrə aid qədim qəsrdir. Sasanilər imperiyasının Kaspi qapısını bağlayan qoşa qala divarları vasitəsilə Xəzər dənizi ilə əlaqələndirilmişdir. Abidə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qalanın adının mümkün tərcümələrindən biri "Günəşli qala" kimi qeyd edilir. Digər məlumata görə, qala Sasani şahının qızının şərəfinə "Narın" – "incə", "gözəl" adlandırılmışdır. Dərbənd, Böyük Qafqaz dağlarının Xəzər dənizinə yaxınlaşaraq 3 km-lik ensiz düzən formalaşdırdığı Böyük Qafqaz keçidinin ən zəif müdafiə olunan ərazisində yerləşir. Dərbənd qalası Cənubi Qafqaz (xüsusilə Qafqaz Albaniyası) və Ön Asiya xalqlarınıköçəri türk xalqlarının hücumlarından qoruyan nəhəng müdafiə sisteminin bir hissəsidir. Müdafiə sisteminə Narınqala ilə yanaşı Dərbənd qala divarları, Dağ barısı, Gilgilçay səddi, Beşbarmaq səddi və Çıraqqala da daxildir. Qərb tərəfdən Dərbənd divarları Narınqala qəsrinə birləşir, qəsrin inşa edilməsinə kimi, həmin hündür təpə ərazisində düşmənin yaxınlaşmasını bildirən tonqallar qalanırdı. Dərbənd qalasının inşasına VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvanın göstərişi ilə Calqan vadisində başlanılmışdır.
Qaba şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Qala-Arı
Qala-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Ovalvari formaya malik olan ada, qərbədən şərqə doğru uzanır. Səthi hamardır. Qərbində yerləşən dil su altında qalmışdır.
Qala-Köreyş
Qala-Köreyş — orta əsrlərdə böyük feodal mülkünün Kaytaq üsmiliyinin paytaxtı. Qala-Köreyş kəndinin əsas görməli yerləri arasında məscid (XI əsrə aid), şeyxlərin məqbərəsi və karvansara var. XVIII-XIX əsrlərdə Dağıstan ovalığının inkişafı ilə Qala-Köreyşin əhəmiyyəti azalmağa başladı və 1930-cu illərdə Sovet hakimiyyəti altında olan ərazidən sakinləri çıxarılmağa başlandı. Ziyarətgaha çevrilmiş bir qəbiristanlığı var. XII-XIX əsrlərdə hökmdarları bu qəbiristanlıqda dəfn edirdilər. İndi Qala-Köreyş, dağın zirvəsindən enən terrasları olan qədim binaların labirintidir, burada bərpa edilmiş bir muzey və Kaytaq üsmiliyi türbəsi də var. Ərəblərin gəlişindən əvvəl kənd Üsmülüy adlanırdı, sığınacaqlı ərazidə yerləşirdi və güclü möhkəmləndirilmişdi. Əfsanəyə görə, yalnız kənd tərəfindən hər il seçilən ağsaqqallar məclisinə tabe olan azadlığı sevən camaat- dağlılar yaşayırdı. İslamlaşma və Köreyşlilərin bu kəndə köçürülməsindən sonra kənd Köreylilərin qalası kimi tərcümə olunan "Qala-Köreyş" adını daşımağa başladı. Qala-Köreyşdə bir qala və müdafiə qüllələri var idi.
Qala (Dərbənd)
Qala - Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Sakinləri etnik azərbaycanlılar, darginlər, ağullar, tabasaranlılar və ləzgilərdən ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,610 nəfər azərbaycanlı yaşamaqda idi.
Qala (Kronin)
Qala (ing. Hatter's Castle) — Arçibald Kroninin ilk dəfə 1931-ci ildə nəşr edilmiş ilk romanı. Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır. Əsər Tələt Ələkbərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2019-cu ildə Bakı Kitab Klubunda 404 səhifədə nəşr edilib. "QALA (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Qala (Nəmin)
Qala (fars. قلعه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (11 ailə).
Qala (Qürvə)
Qala (fars. قلعه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 4,029 nəfər yaşayır (995 ailə). Əhalisini kürdlər təşkil edir.
Qala (Rutul)
Qala — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Qala (Sultaniyə)
Qala (fars. قلعه‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (83 ailə).
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qala (dəqiqləşdirmə)
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış istehkam. Qala (Dərbənd) — Dağsıtan Respublikasının Dərbənd rayonunda kənd. Qala (Rutul) — Dağsıtan Respublikasının Rutul rayonunda kənd. Qala (Astara, İran) Qala (Qürvə) Qala (Xəzər) — Xəzər rayonunda qəsəbə. Qala (Əzizbəyov) — İkinci Qala — Qala bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. Qala (film, 2008) — 2008-ci ildə çəkilmiş tammetrajlı Azərbaycan filmi. Qalaçay — Qala (Kronin) Qala (stansiya) — Bakı-Mərdəkan dəmiryolu xətti üzərində stansiya.
Qala (Əzizbəyov)
Qala — Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qala qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qala Bərzənd
Qala-Bərzənd və ya Bərzənd – Orta çağ Azərbaycan məntəqəsi, Qala-Bərzənd kimi tanınır.Bugünkü Germi şəhərinin yaxınlığında yerləşir. Bərzənd qalası Ərdəbil vilayətində, Muğan mahalında yerləşirdi. Əl-Yaquta görə Ərdəbildən 14-15 fərsəng şimalda Bolqarçayın sahilində qərar tuturdu. Bəzz, Ərdəbil, Muğan və Varsana gedən dörd yol ayrıcında idi. Bərzənd sonralar burda yerləşdiyi qaladan dolayı Qəleyi-Bərzənd adlanırdı. Bərzənd Xürrəmilər hərəkatı dönəmində Ərəblərin düşərgəsi olmuşdu. Əz – Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm xərcləmişdi. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpa etməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı.
Qala Gənc
Qala Gənc — İranın Kirman ostanının şəhərlərindən və Qala Gənc şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,560 nəfər və 2,443 ailədən ibarət idi.
Qala Rəisi
Qala Rəisi — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Çarusa bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,604 nəfər və 491 ailədən ibarət idi.