Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaliya (mədrəsə)
Qaliya — 1906-cı ilin oktyabrından 1919-cu ilə qədər Ufada başqırdlar, tatarlar və digər türk xalqlarının təhsili üçün ikinci Ufa məscidində yaradılmış mədrəsə. 1919-cu ildən - başqırdlar və tatarlar üçün məktəbi idi. Mədrəsənin yaradıcısı və 1918-ci ilə qədər müdiri Ziyaitdin Kamaletdinov (Ziya Kamali) olmuşdur. == Təhsil prosesi == Mədrəsədə təhsil altı il idi; 15 yaşdan 45 yaşa qədər olan tələbələri imtahan əsasında qəbul edirdilər; Müraciət edən hər kəsdən ibtidai təhsil tələb olunurdu. Təhsil proqramında əsas yeri ənənəvi fənlər: İslamın tarixi və fəlsəfəsi, Quranın təfsiri, Məhəmməd peyğəmbərin həyatı, həmçinin: ərəb, osmanlı, rus, türk dilləri tuturdu. Bu fənlərin tədrisi ali təhsil müəssisələri səviyyəsində tədris olunurdu. Psixologiya, pedaqogika, didaktika, ədəbiyyat, xəttatlıq da öyrənilirdi. Müəllimlər Z.Kadıri, T.Badiqi, S.Ziqanşin, L.Biksurin, Q.Terequlov, X.Fazılov, İ.Abdışev və s. idi. Müəllimlərin çoxu Misir, Suriya, Türkiyə və başqa ölkələrdə təhsil almış müəllimlər idi.
Qalileya
Qalileya (ivr. ‏הַגָּלִיל‏‎, ha-Qalil, «əyalət, dairə, ərazi sahəsi»; ərəb. الجليل‎ əl-Cəlil) — İsrailin şimalında Livan ilə sərhəddə yerləşən tarixi bir bölgə. Qərbdə Aralıq dənizi, cənubda İsrail vadisi və şərqdə İordan vadisi ilə həmsərhəddir. Ənənəvi olaraq Yuxarı və Aşağı Qalileyaya bölünür. == Tarixi == Eramızdan əvvəl III minillikdə Qalileyada kənanlar məskunlaşdılar. Onların ən böyük mərkəzi Hasor idi. Eramızdan əvvəl II minillikdə burda hürrilər, hetlər və qədim misirlilər peyda oldular. Sonradan ölkə İsrail qəbilələrinin nəzərinə düşür və İsrail krallığının bir hissəsi olur. Eramızdan əvvəl 722-ci ildə Qaliley Assuriya dövlətinin bir hissəsi olur.
Galikəş
Galikəş- İranın Gülüstan ostanının Minudəşt şəhristanının Galikəş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,009 nəfər və 4,829 ailədən ibarət idi.
Qalikeş
Galikəş- İranın Gülüstan ostanının Minudəşt şəhristanının Galikəş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,009 nəfər və 4,829 ailədən ibarət idi.
Aynur Quliyeva
Aynur Quliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.
Fərqanə Quliyeva
Fərqanə Tələt qızı Quliyeva (29 aprel 1957 – 22 sentyabr 2022) — Aktrisa. == Həyatı == Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Gövhər Qazıyeva
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Gülarə Qazıyeva
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Gülşad Quliyeva
Gülşad Ağaqulu qızı Quliyeva — Hap ki Do döyüş növü üzrə ikiqat dünya çempionu. == Həyatı == Gülşad Ağaqulu qızı Quliyeva 15 iyul 1979-cu ildə Ucar rayonunda anadan olub. 1986-1994-cü illərdə Ucar şəhər 2№li məktəbində təhsil alıb. 1994-1998- ci illərdə Gəncə Dövlət Humanitar kollecində rəsm və rəsmxət fakultəsində təhsil alıb və 2 il Gəncə Peşə lisseyində müəllim işləyibdir. 1999-cu ildən peşəkar idmanla məşğuldur. 15 ilə yaxın Taekvondo idman növü ilə məşğuldur. 1-ci dan qara kəmər usdasıdı. 3 qat respublika cempionu və 15 il ərzində hər il mükafatcı olubdur. 2011 -ci ildə Azərbaycanda keçirilən beynəlxalq yarışda "Azərbaycan Open"də 3-cü yerə layiq görülüb. 2012-ci ildə Azərbaycan Hap ki Do Federasiyasının adından Süleyman Məmmədli və Müşfiq Hüseynovun rəhbərliyi ilə kikboxinq üzrə yarıshlara qatılır.
Hökümə Quliyeva
Hökümə Fərman qızı Quliyeva — bioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğasızlar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. == Həyatı == 1950-ci il sentyabr ayının 3-də Bakı şəhərində hərbi həkimin ailəsində anadan olmuşdur. Ailəlidir, iki oğlu və üç nəvəsi vardır. === Təhsili === 1968-cu ildə Bakı şəhərində 31 saylı orta baza məktəbini bitirmişdir. 1969-1975-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil almışdır. 1975-ci ildə Azərbaycan MEA Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1979-cu ildə Azərbaycan MEA Zoologiya İnstitutunun aspiranturasını bitirmişdir. 1983-cü ildə "Pambıq sovkasıında (Heliothis armigera) amin turşuları və zülalların miqdarının yaş və mövsümi dəyişkənliyi" adlı namizədlik; 1999-cu ildə “Kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərinin (Noctuidae, Pieridae, Aphididae) ekoloji, fizioloji, biokimyəvi xarakteristikası və Azərbaycan şəraitində onlara qarşı mübarizə sistemində yuvenoidlərdən istifadə olunmasının elmi sxemlərinin hazırlanması” adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir. === Elmi dərəcəsi və elmi adları === Baş elmi işçi elmi adı (1992) Professor ( 2007) === Tədqiqat sahəsi === Eksperimental entomologiya, Həşəratların ekoloji fiziologiyası və biokimyası, Bitki mühafizəsi. == Əmək fəaliyyəti == Respublika Klinik Xəstəxanası (1970); MEA Genetika və Seleksiya İnstitutu (1971); Virusologiya, Mikrobiologiya və Gigiyena ET İnstitutu (1972); MEA Zoologiya İnstitutu (1974); Bakı Dövlət Universiteti (2001).
Kübra Quliyeva
Kübra Fərrux qızı Quliyeva (16 iyun 1954, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti. == Həyat və yardıcılığı == Quliyeva Kübra Fərrux qızı, Bakıda anadan olub. Orta təhsilini 198 №li məktəbdə alıb. Məktəbi bitirdikdən sonra 1972-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası bölməsınə daxil olub və 1977-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Təyinatla Quba rayonuna göndərilib, Qımıl-Qışlaq kənd orta məktəbində üç il Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib, 1980-ci ildə təyinat müddəti bitdiyi üçün Bakıya qayıdıb. 1981-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda işləyir. 1989–cu ildə "Azərbaycan dilinin Quba və Dərbənd dialektlərinin qədim türk leksik qatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, filologiya elmləri namizədi, alim adı almışdır. 1993–1997-ci illlərdə Nəsimi adına Dilçilik İnstitutunun doktorantı olmuşdur və "Azərbaycan dili dialekt və şivələrinin qədim leksikası" adlı doktorluq mövzusu üzərində işləyir. İndiyə qədər müxtəlif elmi mənbələrdə 70-ə yaxın elmi məqaləsi çap olunub. "İraq-Türkman ləhcəsi" adlı monoqrafiyanın "Leksika" və "Lüğət" hissələrinin müəllifidir."Azərbaycan dilinin Quba-Dərbənd dialektlərinin qədim türk leksik qatı" adlı monoqrafiyası rus dilində çap olunmuş və dünyanın 20-dən çox kitabxanasına göndərilmişdir.2015-ci ildə Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin hazırladığı "Naxçıvan ləhcələrinin atlası" adlı kitabın müəlliflərindən biri və kitabın türk dilinə tərcüməçisidir.
Lalə Quliyeva
Lalə Quliyeva (5 aprel 1942, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, filologiya elmləri doktoru, professor. == Həyatı == Lalə Quliyeva 1942-ci il aprelin 5-də Bakı şəhərində anadan olub. 1949–1959-cu illərdə 134 saylı Bakı şəhər orta məktəbdə oxuyub. 1959–1964-cü illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. 1990-cı ildən Bakı Dövlət Universitetində çalışır. 1993–2006, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspertidir. Ailəlidir, iki övladı var. == Təhsili və elmi dərəcəsi == 1969-cu ildə filologiua elmləri namizədi, "Kuban ərazisinin gıdronimiyasının tədqiqatı", Elmlər Akademiyasının Dilçilik İnstitutu, Moskva. 1992-ci ildə filologiya elmləri doktoru, "Müxtəlifdilli toponimiyanın tipolojı tədqiqatı "(Azərbaycan toponimiyası əsasında), Moskva. == Əmək fəaliyyəti == 1964–1970 — laborant, baş müəllim (M. F. Axundov Azərbaycan Pedaqoci Dillər İnstitutu).
Leyla Quliyeva
Leyla Mütəllim qızı Quliyeva (qızlıq soyadı: Əliyeva; 26 iyun 1986; Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı teleaparıcı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018), "İctimai" Televiziyası Musiqili, Bədii və Əyləncəli Verilişlər Departamentinin aparıcısı (2005–2020), Bakı 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı, "Xəzər" Televiziyası Kreativ şöbəsinin rəhbəri (2020-h.h.). == Həyatı == Leyla Quliyeva 1986-cı il iyunun 26-da Bakı şəhərində anadan olub. Uşaq yaşlarından musiqiyə və ədəbiyyata böyük marağı olub. Skripkaya maraq göstərsə də, onun bu arzusu ürəyində qalıb və onu pianoya yazdırıblar. O, 1993-2004-cü illərdə Bakı şəhər 190 saylı tam orta məktəbdə, 1994-2001-ci illərdə Bakı şəhər Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinin Fortepiano şöbəsində, 2001-2004-cü illərdə isə Qeorqi Şaroyev adına 35 saylı musiqi məktəbinin Nəzəriyyə və vokal şöbəsində təhsil alıb. Ali təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Vokal və xor dirijorluğu fakültəsində alıb. I kursu Xuraman Qasımovanın rəhbərliyi altında Vokal şöbəsində yekunlaşdırıb. I kursu bitirdikdən sonra ixtisasını dəyişmiş və II kursdan etibarən "dirijorluq" ixtisası üzrə təhsilini davam etdirmişdir. Bakalavr təhsilini yekunlaşdırdıqdan sonra magistr təhsili də almışdır. Leyla Quliyeva hövsələsiz və səbirsiz biri olduğundan hətta bir müddət musiqini atmışdı.
Mahirə Quliyeva
Mahirə Quliyeva — Filologiya elmləri doktoru == Həyatı == Quliyeva Mahirə Həmid qızı 1950-ci ildə may ayının 13-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Mahirə Quliyeva 1972-ci ildə BDU-nun “Şərqşünaslıq” fakültəsinin ərəb filologiyası bölməsini bitirmiş, 1973-cü ildən AMEA-nın Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamış, 1984-cü ildə tanınmış şərqşünas, folologiya elmləri doktoru, professor Rüstəm Əliyev in rəhbərliyi ilə “Səkkakinin Miftəhül-ülum” (“Elmlərin açarı”) əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” adlı namizədlik dissertasiyası, 2001-ci ildə isə “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Hazırda öz elmi fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində davam etdirir və həmin şöbənin nəzdindəki “Füzulişünaslıq” sektoruna rəhbərlik edir. Onun elmi yaradıcılığı Azərbaycan filologiyasında indiyədək ilkin qaynaqlar əsasında öyrənilməmiş Şərq poetikası və üslubiyyat nəzəriyyəsinin mühüm qaynağı sayılan bəlağətin əsaslarının tədqiqinə yönəlib. M.H.Quliyevanın 120-dən artıq elmi məqaləsi çap edilmişdir. Müəllif Bakı, Moskva, Strasburq, Türkiyə, Misir, Polşa, Pyatiqorsk və İranda keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, 12 ildən artıq elmi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. == Məqalələri == "Klassik ədəbiyyatda Quran üslubu (Allahın ad və sifətlərinə işarə)".Bakı-2001 "Azərbaycan ədəbiyyatşünaslığının nəzəri problemlərinə yeni baxış". "Səda". Bakı-2006 "Quran bəlağətinin ümumi özəllikləri". "Nikmət"N18., 2011 "Quran söz möcüzəsi kimi".Bakı-Nurlan-2011 "Aşıq Ələsgər yaradıcılığında merac"."Nikmət"Elmi araşdırmalar toplusu19.İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzi.2012 "Klassik Şərq ədəbiyyatşünaslığının terminologiyası".Elmi konfrans.Bakı-2012 "Nizaminin "Sirlər xəzinəsi" və Quran üslubu".
Maral Quliyeva
Maral Bəyiş qızı Quliyeva (1921, Məmmədbəyli, Zəngilan rayonu – 1990) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == 1921-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində doğulub. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. 1969-cu ildə təqaüdə çıxmışdır. 1990-cı ilin noyabrında vəfat edib. == Təltifləri == Lenin ordeni və medallarla təltif olunmuşdur.
Mariya Quliyeva
Narı Quliyeva
Narı Əbülfəz qızı Quliyeva (10 iyul 1928, Culfa rayonu, Naxçıvan MSSR – 2005, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Sosialist Əməyi Qəhrəmanı Prezident təqayütçüsü. (1949). == Həyat və əmək fəaliyyəti == Narı Quliyeva 10 iyul 1896-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə V. İ. Lenin adına kolxozda başlamış, 1956-cı ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1956-cı ildən Naxçıvan sovxoz-texnikumunda laborant işləmişdir. 1953-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Sovet İttifaqı Kommunist Partiyası 21-ci qurultayının nümayəndəsi olmuşdur. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Narı Quliyeva 2005-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Nurəngiz Quliyeva
Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR – 20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014) == Həyatı == Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir. Prezident təqaüdçüsü olmuşdur. 23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir. Millət vəkili Jalə Əliyevanın anasıdır.
Qalimeda (peyk)
Qalimeda (yun. Αλιμήδη) və ya Neptun IX Neptunun əks istiqamətdə dönən düzənsiz peyklərindən biridir. Peyk Metyu Holman və bir neçə alim tərəfindən 4 avqust 2002-ci ildə kəşf edilmişdir. == Xarakteristikaları == Halimede Neptun ətrafında dönən ikinci ən ekssentrik və üçüncü ən meylli orbitə malik peykdir.Bu Neptun digər düzənsiz peykləri ilə bağlı diaqramda təsvir edilmişdir.Üfiqi oxdan yuxarıda olan peyklər düz (prograde),ondan aşağıda olan peyklər isə əks (retrograde) istiqamətdə dönür. Halimede diametri təxminən 62 kilometrdir və görünən işıqda neytral (boz) görünür.Nerida peyki ilə eyni rəngdə olmarı nəzərə alaraq, belə hesab edilir ki,peyk Nereidanın fraqmenti bilər. == Adlandırma == Halimede və ya Neptun IX, Neptunun bir çox xarici peykləri kimi Nerey və Dorisin qızları olan əlli Nereiddən birinin adı ilə adlandırılmışdır.3 Fevral 2007-ci ildə (İAUC 8802) peykin adı elan olunmazdan əvvəl, Halimede müvəqqəti olaraq S/2002 N 1 adlandırılmışdır.
Qəndab Quliyeva
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan) — müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti (1992). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) == Həyatı == Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976–1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır. Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir.
Qərənfil Quliyeva
Qərənfil Quliyeva (d. 13.09.1964 , Bum, Qəbələ rayonu) — əməkdar jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, hal-hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosentidir. == Həyatı == 1989-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Dövrü mətbuatda ilk çıxış 1974-cü ildə olub, 1984-cü ildən isə müntəzəm çap olur. 1990-1998-ci illərdə “Ədalət” qəzetinin müxbiri işləmişəm. 1998-ci ildə BDU-ya dissertant təyin edilmişdir. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2012-ci ildən Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının elmlər doktoru proqramı üzrə dissertantıdır. “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı mövzu ilə bağlı 1 monoqrafiya, 3 kitab, 2 tədris proqramı və 22 elmi məqalə (onlardan 3-ü xaricdə, o cümlədən biri Tomson Reyter tərəfindən indekslənən jurnalda) çap edilib. Bütövlükdə 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir.
Rəfiqə Qazıyeva
Qazıyeva Rəfiqə Salam qızı (1939, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980-1991)
Sevil Qazıyeva
Sevil Həmzət qızı Qazıyeva (1 iyun 1940, Aşağı Tala, Zaqatala rayonu – 23 sentyabr 1963, Jdanov) — Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini Azərbaycan Tibb İnstitutuna versə də, müsabiqədən keçə bilmir. Elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada poliqrafiya sənətini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərir. Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evinin üzvü olan Sevil əvvəlcə Süleyman Sani Axundovun "Laçın yuvası" pyesində Pərican, sonra isə Cəfər Cabbarlının "Sevil" pyesində Sevil obrazlarını yüksək səviyyədə canlandırır. Həmin illərdə mətbuatda şeirləri də dərc olunur. 1959-cu ilin dekabrında Sevil qəzetdə bir məqalə oxuyur. Məqalə ilə tanış olan tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə sürücü-mexanik olmağa qərar verir. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi Sevil Qazıyeva və rəfiqələri Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibinə məktub yazıb Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər.
Səidə Quliyeva
Səidə Əbülfəz qızı Quliyeva (5 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2012), Prezident təqaüdçüsü (2019). == Həyatı == Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə. Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S. Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş. Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır. Səidə Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səltənət Quliyeva
Səltənət Məhəmməd bəy qızı Quliyeva (Məmmədbəyova) (1907, Bakı – 1979, Bakı) — vokalçı (lirik soprano), aktrisa, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Səltənət Quliyeva 1907-ci ildə Bakıda anadan olub. Qızlıq soyadı Məmmədbəyovadır. Oxumağa kiçik yaşlarında başlayan S.Quliyeva onu dinləyən Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Radiosuna dəvət edilib. O, dörd ildən artıq müddətdə burada solist-müğənni olaraq fəaliyyət göstərib. Bəstəkarın tövsiyəsi ilə 1930–1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində təhsil alıb. 1937–1948-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1938-ci ildə Musiqili Komediya teatrı müstəqil fəaliyyətə başlayan zaman Səltənət Quliyeva biir ilə yaxın truppaya kömək edib. O, bu teatrda Gülçöhrə ("Arşın mal alan", Üzeyir Hacıbəyov) rolunu oynayıb. Sənətçi Azərbaycan bəstəkarlarının operetta və operalarında, həm də dünya klassiklərinin əsərlərində səs qurumuna, bədii-psixoloji səciyyələrinə görə müxtəlif xarakterli obrazların partiyalarını oxuyub.
Səmayə Quliyeva
Səmayə Əli qızı Quliyeva — Sovet Azərbaycan patofizioloqu, tibb elmləri doktoru, professoru, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Səmayə Quliyeva 1 iyun 1927-ci ildə Bakı, Azərbaycanda doğulmuşdur. Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun patofiziologiya kafedrasının müdiri olaraq çalışmışdır. Tədqiqatı, əsasən, allergiyaya, eksperimental onkologiyaya və Naftalan nefti probleminə həsr olunmuşdur. Respublika Patofizioloqlar Cəmiyyətinin sədri də olmuşdur.