Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azov kazak qoşunu
Azov kazak qoşunu (ukr. Азовське козацьке військо, rus. Азовское Казачье Войско) — XIX əsrdə kazak qoşunları şurası. 1828-ci ildə Zaporojya Seçinin dağıdılmasından sonra Osmanlı Türkiyəsinə köçən Zaporojye kazaklarının törəmələri burada Dunayyanı Seçini qurmuşdular. Onlar 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsinin əvvəlində ataman Osip Qladkinin başçılığı ilə Dunayyanı Seçindən Rusiya boyunduruğuna qayıtmış və Osmanlı qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak etmişdilər. Dunayyanı kazaklarından 1831-ci ildə Azov kazak qoşunu olaraq adlandırılan Zaporijya qoşunu yaradılmışdır. Onlar Azov dənizinin şimal sahilində, Yekaterinoslav vilayətində dəniz ilə Berdey və Obitoçnaya çayları arasında məskunlaşmışdılar. 1830-cu illərin sonlarında Azov kazaklarının sayı ailələri ilə birlikdə təxminən altı min nəfər idi. Kazaklara 29 kiçik gəmidən ibarət silahlı flotiliyanın, habelə yüzlərlə 1,000 süvarinin köməyi ilə Qara dənizin şərq sahillərinə nəzarət etmək tapşırılmışdı. Ordu Novorossiya general-qubernatoruna tabe idi, daxili idarə Petrovskaya kəndində, sonra Mariupolda yerləşən ataman və hərbi idarənin əlində idi.
Doşulu
Doşulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Doşulu oyk., düz. Cəbrayıl r-nunun Balyand i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Cənubi Azərbaycandan gəlmiş Doşu və Gəybəy adlı iki qardaş burada məskunlaşaraq indiki Doşulu və şəybəy yaşayış məntəqələrinin əsasını qoymuşlar. Oykonim Doşu (Ģ.a.) və -lu (mənsub.şək.-si) komponentlərindən düzəlib, "Doşuya məxsus kənd, doşulular" deməkdir. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qoruqcu
Qoruqcu (Miyanə)
Qoçulu
Qoçulu — təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Ömər Qoçulu — Azərbaycan Respublikasının əməkdar memarı Yaşayış məntəqələri Qoçulu (Borçalı) — Gürcüstanın Borçalı bölgəsində kənd. Qoçulu (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Digər Qoçulu dağı — Şərur rayonunda dağ.
Qoşasu
Qoşasu — Azərbaycan Respublikasının Laçın rayonu Qoşasu kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsas təsərrüfatı heyvandarlıq idi.
Ağız qopuzu
Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda unudulub. Qədimdə "qopuz" sözü bütün növlərdən olan çalğı alətlərimizin ümumi adına deyilib: "telli (simli) qopuz", "yaylı (kamanlı) qopuz", "vurmalı (zərblə səsləndirilən) qopuz" "qolça qopuz" və "ağız qopuzu" deyimlərinə ədəbi və tarixi mənbələrdə tez-tez rast gəlirik. Adından bəlli olduğu kimi, alət ağızda səsləndiyindən "ağız qopuzu" adlanıb. Əlihüseyn Dağlının yazdığına görə, ağız qopuzu VI əsrlərdə qırğız türkləri tərəfindən icad edilmişdir. Bu fakt başqa türk mənbələrində də təsdiqini tapır. 1990-cı ildə Yaponiyada, Tokionun yaxınlığında yerləşən Omiya şəhərində arxeoloji qazıntılar zamanı 2 ədəd mukkur (ağız qopuzunabənzər) adlanan çalğı aləti aşkar edilmişdir. Mütəxəssislər bu alətlərin təxminən minillik tarixi olduğunu müəyyənləşdirmişlər.
Balbas qoyunu
Balbas qoyunu — Azərbaycan ərazisində, əsasən Naxçıvanda geniş yayılan ən iri qoyun növü. Naxçıvanda geniş yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoynu da mazıx qoyunu kimi, qonşu ərazilərdə, daha doğrusu, Ermənistan, Türkiyə və İranda da məlumdur. Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq-a qədər olan bu qoyunların yunu da çox, daha doğrusu, 3-4 kq-a qədər olur. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir.
Baluçi qoyunu
Baluçi qoyunu — cənub-şərqi Pakistan, şərqi İran və cənubi Əfqanıstandan gələn yağlı quyruqlu qoyun cinsi. Baluçi qoyunları yun üçün yetişdirilir. Şərqi İranın quraq və subtropik bölgələri Baluçi qoyunlarının yetişdirilməsi üçün uyğundur. Baluçi qoyunlarının başları və ayaqları ağ-qara rəngdədir. Yetkin anaç qoyunların orta çəkisi 35 kq (77 funt) olur. Təqribən 120 gün süd verirlər. Laktasiya dövründə 35 to 40 kq (77 to 88 funt) süd verir.
Barquzin qoruğu
Barquzin dövlət təbiət biosfer qoruğu — qoruq Buryatiyanın Şimali-Baykal rayonu ərazisində yerləşir. Tarixi mərkəzi Davşa, 2012-ci ildən isə isə Ust-Barquzin qəəsəbəsidir. Barquzin qoruğu Rusiyanın qədim qoruqlarındandlr. Qoruq Zabaykal vilayətinin Barquzin qəzası ərazisində yerləşdirindən Barquzin adlandırılmışdır. Qoruq 1916-cı ilin 29 dekabrında yaradılmışdır. Qoruq yaradılarkən Martes zibellinanın qorunması hədəflənirdi. Bu zaman burada cəmi 20–30 baş olduğu halda, hazırda hər 1 km² əraziyə 1–2 baş düşür. Bu qoruq Oktyabr inqilabına qədər mövcud olmuş yeganə qoruqdur. 1930-cu illərdən qoruğun təyinatı kompleksləşmişdir. 1986-cı ilən YUNESCOnun Biosfer qoruğu statusu alır.
Baykal qoruğu
Baykal qoruğu (rus. Байкальский государственный природный биосферный заповедник)— 26 sentyabr, 1969-cu ildə keçmiş RSFSR nazirlər kabinetinin №571 qərarına əsasən Buryatiya MSSR tərkibində təsis edilmiş, 165 724 hektar əraziyə malik, Rusiya Federasiyasının Buryat ərazisində Baykal Dövlət Təbiət Qoruğu Baykal qoruğu BTMİ kateqoriyasına görə çiddi qorunan təbiət qoruğudur. Qoruq Baykal gölünün cənub sahili terraslarında və Hamar-Daban silsiləsinin (hünd. 2316 m-ədək) mərkəzi hissəsindədir. Qoruq Buryatiya Respublikasının üç: Kabanskiy, Cidinskiy və Selenginskiy rayonlarının inzibati ərazilərinə daxildir. Təbii dağ-tayqa kompleksini (küknar, sidr, ağşam, şam, qaraşam və s.) qorumaq və öyrənmək məqsədilə 1969-cu ildə yaradılmışdır. 1986-cı ildən biosfer qoruğudur. Florasında 1700-dən çox bitki növü, o cümlədən borulu bitkilərin təqribən 840 növü; 540-dan çox şibyə növü (təqr. 50-si nadir növlərdir) var. Faunası Cənubi Sibir dağları üçün səciyyəvidir.
Başqırd qoruğu
Başqırd Dövlət Təbiət Qoruğu Başqırdıstan Respublikasının Cənubi Ural dağları razisində yerləşir. Qoruq 11 iyul 1930-ci ildə təşkil edilmişdir. Qoruğun ərazisi 49 609 hektardır. 1951-ci ildə Başqırdıstan MSSR Nazirlər Sovetinin qərarı ilə qoruq ləğv edilir. Qoruğun ərazisi Lesxozlara verilir. Ərazisində meşə tədarük edilir. 1958-ci ilin noyabrında Başqırd qoruğu yenidən bərpa edilir. 1986-cı ilə qədər qoruq 3 hissədən ibarət olmuşdur: Ural-Tau, Cənubi Kraka və Pribel. 1986-ci ildə qoruğun bir hissəsində müstəqil Şulqan-Taş qoruğu təşkil edir. 2006-cı ildə Lomonosov adına Universitetin əməkdaşları və tələbələr tərəfindən qoruğun xəritəsi tərtib edilir Qoruq Başqırd Uralının mərkəzi hissəsində yerləşir.
Bozax qoyunu
Bozax qoyunu — Qoyun cinslərindən biri. Qərbi Azərbaycanda, qismən şərqi Gürcüstan və Ermənistanın bir sıra rayonlarında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri sayılır. Vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmişdir. Bu cins qoyunların diri çəkisi əsasən 50–65 kq-a qədər olur. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. səh. 596.
Cəro qoyunu
Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.
Dorper qoyunu
Dorper qoyunu — Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cins. Dorper qoyunu Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cinsdir. Adınıda bu iki irqin adının ilk hecasından götürmüşdür. 1950-ci ildə rəsmi olaraq irq adını almışdır. Afrikanın inkişaf etdirilmiş ən uğurlu irqlərindən biridir. Bu qoyunların baş və boyun hissəsi qara, bədəni ağ və bütöv ağ rəngli iki növü vardır. İrqi quyruqsuz qoyun irqlərinə aiddir. Dorper qoyununun quzusu 12 aylıq olduqda 70–80 kiloqrama qədər çəkisi olur. Dişi qoyunun diri ağırlığı 100 kq, qoçların isə 120–130 kq çəkisi olur.
Erebuni qoruğu
Erebuni Dövlət Təbiət Qoruğu (erm. «Էրեբունի» արգելոց) — Ermənistan ərazisinin Kotayk mərzi ilə Ararat mərzi sərhədində, Şorbulaq və Qexadir kəndləri arasında yerləşir. Qoruq 1981-ci ildə 89 ha ərazidə təşkil olunmuşdur. Burada 10 milyonlarla yaşı olan suxurlar vardır. Burada Ermənistan ərazisində yetişən endemik bitkilər var. Qoruğun ərazisi olduqca kontinentald və qurudur. Orta illik temperatur 11 °C, yağıntının miqdarı 300–350 mm təşkil edir. Qışı az qarlı, qoyuq və buludlu olur. Qar örtüyünün qalınlığı 10–35 sm arasında dəyişir. Qış noyabrın ikinci yarısında başlayır və martın ikinci yarısında isə bitir.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Herik qoyunu
Herik qoyunu – Azərbaycanda qoyun cinsi. Herik qoyunu bir sıra xarakterik nişanələrinə görə ləzgi qoyunu ilə yaxınlıq təşkil edir. Bu qoyun əsas etibarilə Şəki, Qax və ona qonşu olan rayonların ərazisində məlumdur. Bu qoyuna herik qoyunu ilə yanaşı, "bürc qoyunu" da deyilir.
Həştərxan qoruğu
Həştərxan qoruğu — Bu qoruq Volqa çayı deltasında 1919-cu ildə salınmışdır. Həştərxan qoruğu çayın deltasının nadir təbii kompleksinin mühafizəsi və ilk növbədə burada su quşlarının qışlaması və yuvalaması, onların tüləmə yerlərinin qorunması məqsədilə yaradılmışdır. Həştərxan qoruğu vətəkə balıqlarının təbii çoxalmasında böyük əhəmiyyət kəsb edir. Qoruğun ümumi sahəsi 63,4 min hektardır. Həştərxan qoruğunun su quşlarının qorunmasında beynəlxalq əhəmiyyəti vardır. 1968-ci ildə Həştərxan qoruğu nəzdində ornitoloji stansiya təşkil edilmişdir. Qoruqun iqlimi mülayim kontinentaldır: yayı isti, qışı isə soyuqdur. Qar örtüyü 60 gün, buz örtüyü isə 60–90 gün qalır. Qoruqda olan bütün hövzələrin suyu şirindir. Həştərxan qoruğu sularında 65 fəsiləyə daxil olan 290 növ bitki və onurğasız heyvanların 500 növü qeydə alınmışdır.
Kamçiya qoruğu
Kamçiya biosfer qoruğu (bolq. Биосферен Резерват Камчия — Bolqarıstanın şərqində yerləşən qoruq. Qoruq əsasən Kamçiya çayının subasar ərazilərini və mənsəbini əhatə edir. Çayın subasar hissəsində olan meşələri qorumaq üçün 1951-ci ildə yaradılmışdır. Yaraldılan zamanı daha böyük ərazini əhatə edirdi - 1200 hektar. Kamçiya uzun müddət UNESCO-nun qorunan ərazilər siyahısında idi. Qoruq ərazisinə həmçinin Qara dəniz sahillərində olan kiçik zolaq daxil idi. Qoruqdan qorunma statusu 2017-ci ildən götürülmüşdür. Qoruğun əsas sahəsi 842.1 hektardır (bufer zonası 230 ha). Əsas sahənin 764 hektarı meşədir, qalan 78.1 ha meşəsiz ərazilərdir (34.5 ha çəmənliklər, 0.4 ha kanallar, 3.3 ha qobular, 21,8 ha bataqlıq meşələri, 9,9 ha bataqlıqlar və s.).
Kazım Qoyuncu
Kazım Qoyuncu — (türk. Kazım Koyuncu; d. 7 noyabr 1971, Hopa, Artvin, Türkiyə — ö. 25 iyun 2005, Şişli, İstanbul, Türkiyə) — laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir. Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində, türkcə və qara dəniz bölgəsinin unudulmaq üzrə olan məhəlli dillərində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Çünki bu dillərdə mahnılar Rock janrı ilə çox uyğunlaşmışdı.
Kobuleti Qoruğu
Kobuleti Qoruğu ( gürc. ქობულეთი ), Gürcüstanın Acarıstan bölgəsi, Kobuleti Bələdiyyəsində, Qara dəniz sahili boyunca Kobuleti'nin şimal hissəsində qorunan bir ərazidir . Kobuleti qorunan ərazilər 1998-ci ildə Ramsar Konvensiyası ilə tanınan bənzərsiz bataqlıq ekosistemlərini qorumaq üçün qurulmuşdur. Kobuleti qorunan ərazilərə müvafiq olaraq Şavi Ghele ( qara dərə ) çayının sol və sağ sahilində yerləşən Kobuleti Qoruğu və Kobuleti İdarə Qoruğu daxildir. Kobuleti Qoruğu, şimalda Togoni çayı ilə həmsərhəd olan ərazini, şərqdə Kobuleti - Ozurgeti şossesini, cənubdan Şavi Ghele və qərbdən Kobuleti ətraflarından sərhədlənir. Qoruq Şavi Gele və Togoni çayları və bir neçə su axını ilə kiçik bir eroziya ilə düz bir səthə malikdir. Yerli torf qübbələri adlandırılan, nəzərə çarpacaq dərəcədə nəzərə çarpan yerüstü yüksəklikləri olan torf yosundan ibarətdir. Bu kiçik yüksəkliklər ətrafından 1–3 m yuxarı qalxır. Bu ərazidə çuxur 5 m-dən 9 m-ə qədər qalınlığı olan tək torf təbəqəsindən ibarətdir Qoruq yüksək nisbi rütubət və dövri güclü külək olan rütubətli dəniz subtropik iqlimə malikdir. Yağıntılar, əsasən, illik miqdarı 1500–2500 mm olan yağış şəklində olur.
Komandor qoruğu
Komandor dövlət təbiət qoruğu — 23 aprel 1993-ci ildə yaradılmışdır. Qoruq dörd əsas adanın sahəsində qurulmuşdur — Mednı, Beqinqa, Ariy kamen və Toporkov, üstəlik 60 kiçik ada. Qoruğun ərazisinə Berinq dənizi və Sakit okeanın şelf əraziləridə daxildir. Komandor adaları Sakit okeanın şimal-qərbində yerləşərək, Aleut adaları silsiləsinin sualtı davamını təşkil edir. Ən hündür nöqtəsi Steller dağıdır (755 m). Qoruğun sahəsi 3 648 679 ha təşkil edir. Üstəlik 3 463 300 ha dəniz sahəsi belə bura daxildir. Qoruq ərazisində ümmumilikdə 383 növ və 37 yarımnöv borulu bitkiyə rast gəlinir. Adalar 93 bitkinin şərq, 10 bitkinin isə qərb qərhədini təşkil edir. Ərazidə bir çox endemik və relikdir, İlin şaxtasız günlərinin sayı 127–140 arasında dəyişir.
Korqaljın qoruğu
Korqaljın Dövlət Təbiət Qoruğu (qaz. Қорғалжын мемлекеттік табиғи қорығы) ― Qazaxıstanın Aqmola və Karağandı vilayətlərində, Astana şəhərinin qərbində yerləşən təbiət qoruğu. Ərazi həm UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Şimali Qazaxıstan step və göllərinin, həm Ramsar sahəsinin, həm də müvafiq biosfer qoruğunun bir hissəsidir. Ərazidəki göllərdən ən böyüyü Tengiz gölüdür. 543 171 hektar ərazisi olan Korqaljın təbiət qoruğunun ərazisi köçəri quşların Hindistan və Sibir-Şərqi Afrika miqrasiya marşrutunun ayrılmaz hissəsidir və yalnız Qazaxıstan üçün deyil, həm də bütün Asiya üçün beynəlxalq əhəmiyyətli bataqlıq sahəsidir. Ərazidəki böyük su ehtiyyatı Asiyadakı ən böyük bataqlıq quşları populyasiyası üçün yaşayış sahəsini təmin edir. 1976-cı ildə Tengis - Korqaljın gölləri Beynəlxalq əhəmiyyətli bataqlıq ərazilərin siyahısına, "Ramsar siyahısına" daxil edilmişdir. Qoruq 2008-ci ildə “Sarıarka - Şimali Qazaxıstan step və gölləri” ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. 2012-ci ildə UNESCO Korqaljın qoruğunun Qazaxıstan Respublikasının ilk biosfer qoruğu olaraq tanımışdır. Mühafizə olunan ərazinin bioloji müxtəlifliyinə 500-dən çox bitki növü (Qazax təpəliyinin bütün florasının dörddə biri) və 43 növ məməli və 350 növ quş da daxil olmaqla 1400-dən çox heyvan növü daxildir.
Krosnovodsk qoruğu
Krosnovodsk qoruğu — 1932-ci ildə Xəzər dənizi sahəsində təşkil edilmiş qoruq. Bu qoruğ 1932-ci ildə təşkil edilmişdir, lakin onu 1969-cu ilə kimi Həsənqulu qoruğu adlandırmışlar. Bura əsasən quşlar qışlamağa gəlirlər. 1968-ci ildə qoruğun sahəsi xeyli artırılmış və buraya Krosnovodsk və şimali Çəlikən körfəzləri də daxil edilmişdir. Qoruğun ümumi sahəsi 262 min hektardır. Qoruq şimal və cənub hissələrdən ibarətdir. Krosnovodsk qoruğunun iqlimi kontinental qurudur, qar örtüyünün müddəti 10-20 gündür, qoruğun duzluluğu 13,5 % dir. Krosnovodsk qoruğunda 400 növ quru bitkisi müəyyənləşdirilmişdir onun əsas hissəsini səhra bitkiləri təşkil edir. Bunlar qaraşoran, saksaul, kəvən, şoraot və s. Krosnovodsk körfəzinin zooplanktonunda 18 növ heyvan qeyd edilmişdir.
Kuril qoruğu
Kuril qoruğu — dövlət təbii qoruğu. RSFSR Nazirlər Sovetinin 10 fevral 1984-cü il tarixli 47 nömrəli qərarı ilə Kunaşir adasında və RSFSR-in Saxalin vilayətinin Cənubi Kuril rayonunda Kiçik Kuril cərgəsi adalarında qurulmuşdur. Sahəsi 65 355 hektardır. Qorunan zona 73 475 hektardır. Qoruğun mərkəzi şəhər tipli Yujno-Kurilsk qəsəbəsindədir. Qoruğun yaradılmasında məqsəd təbii proseslərin və hadisələrin təbii gedişatını, flora və faunanın genetik fondunu, bitki və heyvanların ayrı-ayrı növlərini və icmalarını, Cənubi Kuril adalarının tipik və unikal ekoloji sistemlərini qorumaq və öyrənməkdir. Qoruğun təbii kompleksləri misilsizdir və dünyada analoqu yoxdur. Kunaşir ərazisi və Kiçik Kuril silsiləsi Rusiya ilə Yaponiya arasında ərazi mübahisəsinin predmetidir. Bitki örtüyünün əsasını mühafizə olunan ərazinin 70% -dən çoxunu tutan meşələr təşkil edir. Qoruğun ərazisində 227 növ quş (bunlardan 107-si yuva qurur), 29 növ məməli vardır.
Gomuşçu
Gomuşçu (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Gomuşçu (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Gömülü
Gömülü – proqram təminatında: başqa bir proqram kodunun içərisinə yerləşdirilmiş xüsusi kod və ya komandalar. Məsələn, gömülü çap komandaları çapa verilən sənədin formatının (biçiminin) idarəedilməsi üçün sənəddə yerləşdirilmiş kodlardır. Gömülü assembler kodu C kimi yüksək səviyyəli dildə yazılmış proqramda yerləşdirilmiş assambler dilindəki komanda, funksiya və ya altproqramdır. Gömülü koddan proqramın çalışma sürətini və ya səmərəliliyini artırmaq və ya yüksək səviyyəli dillərdə olmayan imkanları gerçəkləşdirmək üçün istifadə edilir. Aparat təminatında: başqa bir qurğunun tərkibində fəaliyyət göstərən (yəni ona inteqrasiya olunmuş) xüsusi təyinatlı qurğu (məsələn, gömülü kompüter).
Göyüzü
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Qovuç
Qoğuç
Quşçu
Quşçu bu mənalarda gələ bilər: Quşçu tayfası — qədim türk tayfası. Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən) Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Quşçu (Tovuz) Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Gomuşçu (Saatlı)
Gomuşçu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 954 nəfərdir. Gomuşçu oyk, sadə. Saatlı rayonunun Varxan inzibati ərazi vahidində kənd. Muğan düzündədir.
Gomuşçu (Sabirabad)
Gomuşçu— Azərbaycan Respublikasınin Sabirabad rayonunun rəsmi 75 ci kəndi. Gomuşçu kəndi 5 oktyabir 2023 ildən etibarən Yolçubəyli kəndinin vahidliyinən cixaraq Gomuşçu kəndi elan olunmuşdur.
Gömülü sistemlər
Gömülmüş sistemlər (ing. Embedded System) — mikroprosessorlu sistemlər olub, xüsusi funksiya yerinə yetirən, mexaniki, elektrik və elektro-mexaniki sistemlərin içərisinə gömülmüş kompüter sistemləri. Personal kompüterlərdən fərqli olaraq gömülmüş sistemlər xüsusi əməliyyatların öhdəsindən gəlmək üçün dizayn edilir.