Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Küsnət
Küsnət (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küsnət (Qəbələ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Rütubət
Rütubət — atmosfer havasında olan su buxarının miqdarı ilə əlaqədar fiziki anlayış. Havada su buxarının miqdarı çox olduqca onun rütubəti də artır. Rütubət anlayışı iki mənada istifadə olunur : mütləq rütubət nisbi rütubət Mütləq rütubət verilmiş temperaturda havanın həcm vahidinə olan su buxarının kütləsi ilə təyin olunur. Mütləq rütubət RM ilə işarə olunur. Düsturla mütləq rütubəti bu cür ifadə etmək olar: R M = m V {\displaystyle R_{M}={\frac {m}{V}}} Düsturdan göründüyü kimi mütləq rütubətin riyazi ifadəsi sıxlığın riyazi ifadəsinə ( p = m V {\displaystyle p={\frac {m}{V}}} ) çox oxşayır. Fərq yalnız vahidlərdədir : sıxlığın vahidi k q m 3 {\displaystyle {\frac {kq}{m^{3}}}} -dirsə rütubətin vahidi m q m 3 {\displaystyle {\frac {mq}{m^{3}}}} -dir. Nisbi rütubət adi havada olan su buxarının kütləsinin həmin şəraitdə doyma halındakı su buxarının kütləsinə olan nisbətini göstərir. Nisbi rütubəti RN (Fİ) kimi işarə edirlər. Nisbi rütubəti düsturla bu cür ifadə olunur: R N = m m + △ m = m M {\displaystyle R_{N}={\frac {m}{m+\triangle m}}={\frac {m}{M}}} Nisbi rütubət həmişə vahiddən kiçik olur. Buna görədə onu tez-tez faizlə ifadə edirlər.
Rüşvət
Rüşvət — hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Rüşvət korrupsiyanın əsasını təşkil edir. Rüşvətdə iştirak edən vasitəçi 3 ildən 5 ilədək azadlıqdan məhrum edilir. Papua Yeni Qvineyada aparılan tədqiqat mədəni normanı korrupsiya üçün əsas səbəb kimi əks etdirir. Rüşvət PNG-də ictimai xidmətləri yerinə yetirmənin yayılmış bir üsuludur. Papua sakinləri rüşvəti qanunsuz bir əməl kimi görmürlər, onlar rüşvəti "tez pul qazanmaq və yaşamağı davam etdirmək" üçün bir yol kimi qəbul edirlər. Bundan başqa, əsas nəticələr göstərir ki, korrupsiya mədəni bir norma çevrildikdə, rüşvət kimi qanunsuz əməllər pis kimi qəbul edilmir və qanunsuz və qanuni əməllər, qərarlar arasında aydın sərhədlər minimallığa çatır, rəy əsasında, peşə qaydalarına əsaslanmayaraq. Rusiya'da aparılan tədqiqat rüşvətin ixtisaslaşmış huquqşünaslar və dövlət işçilərinin baxışı ilə "marginal sosial fenomen" olduğunu göstərir. Rus qanunu rüşvəti rəsmi bir cinayət kimi tanıyır. Nəticədə, rüşvət əleyhinə tədbirlərin tətbiq edildiyi yeganə yer kimi ictimai məhkəmələr kimi qanuni platformalar mövcuddur.
Sünnət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Sünət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Rüfət
Rüfət — kişi adı. Rüfət Məmmədli — Rüfət Quliyev (deputat) — III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Hüseynov — Azərbaycanı təmsil edən boksçu. Rüfət Axundov — Azərbaycanlı estrada müğənnisi.
Küsnət (Quba)
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Quba rayonunun ən qədim kəndlərindən biridir. == Toponimikası == Küsnət oyk., sadə. Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır; Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar.
Küsnət (Qəbələ)
Küsnət — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Küsnət adına həmçinin Quba rayonunda da rast gəlinir. Qəbələ rayonundakı Küsnət kəndinin sakinlərinin də elə Qubadan gəldiyi güman olunur. Kənd ağsaqqallarının dediyinə görə XIX əsrin əvvəllərində Quba rayonunun Küsnət kəndində iki tayfa arasında dava düşür, nəticədə tayfalardan biri öz yurdunu tərk etməli olur. Həmin tayfa öz var-dövlətini, qoyun sürülərini götürərək dağları aşaraq Qəbələyə (keçmiş Nuxa qəzası, Qəbələ sultanlığı) keçirlər. Dağların qoynunda yerləşən bu ərazini özlərinə yurd seçirlər və burada da məskunlaşırlar. Əhalinin bir qisminin isə erməni-müsəlman davası dövründə qadın və uşaqları qorumaq üçün Qubadan köçüb burda məskunlaşdığı deyilir. Azərbaycan maarifçi nəsrinin müəllifi general-mayor, əslən Qəbələdən (Qutqaşın mahalı) olan İsmayıl bəy Qutqaşınlı (1806–1869) yaylaqlanmaq üçün bura — Küsnət kəndinə gəlirmiş. Onun burada yay evi də olmuşdur. İ. Qutqaşınlının da əsasən, XIX əsrin birinci yarısında yaşayıb yaratdığını nəzərə alsaq, deməli, kənd sakinlərinin dediyi kimi bu kənd XIX əsrin ilk illərində və bəlkə də daha əvvəl yaranıbdır.
Küsnət qazma
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur. == Toponimikası == Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir.
Rütubət dövranı
Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir; istilik dövranı rütubət dövranı atmosfer sirkulyasiyası Yer səthi ilə atmosfer arasında daimi su və ya rütubət dövranı baş verir. Okeanlar və dənizlərin, quru sularının səthindən, rütubətli torpaqdan və bitkilərdən buxarlanan su atmosferə daxil olur. Su buxarı atmosfer havasının əsas tərkib hissəsidir. Atmosfer şəraitində su buxarı kondensasiyaya uğrayaraq yer səthinə qayıdır və ümumiyyətlə buxarlanma ilə tarazlaşır.
Əhli-Sünnət
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Rüfət Aslanlı
Aslanlı Rüfət Cəbrayıl oğlu — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri. Rüfət Aslanlı 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1993-cü ildən Aqrar Sənaye bankında mühasibat uçotu idarəsində iqtisadçı vəzifəsində başlamış və 1994-cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində davam etdirmişdir. 1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Rüfət Axundov
Rüfət Rafiq oğlu Axundov (30 avqust 1979, Bakı; Bakı şəhəri)— Azərbaycanlı estrada müğənnisi. Rüfət Axundov 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1986–1991-ci illərdə Bakı şəhər 169 saylı orta məktəbdə, 1991–1996-cı illərdə Bakı şəhər 80 saylı orta məktəbdə almışdır. Ali təhsilini 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində almışdır. O, aktyor Yaşar Nurinin bacısı oğludur. Karyerasına orta məktəb yaşlarından başlamışdır. Ilk dueti Aynur Dadaşova ilə olmuşdur. Daha sonra Rəqsanə İsmayılova, Xatun Əliyeva, Röya Ayxan, Niyam Salami ilə duetləri olmuşdur. Rüfət Axundov həm aktyor, həm müğənni kimi fəaliyyət göstərir. 2017-ci ilin fevral ayında Rüfət Axundov Müdafiə Nazirliyinin Mərdəkan Hərbi İstirahət Evinin bölmə rəisi təyin olunmuşdur.
Rüfət Dadaşov
Rüfət Oleq oğlu Dadaşov (29 sentyabr 1991, Bakı, Azərbaycan) — Almaniyanın "Şalke" klubunun heyətində oynayan azərbaycanlı futbolçu, 2013-cü ildən Azərbaycan milli futbol komandasının üzvü. Milləti ləzgi. Qardaşı Renat Dadaşov da peşəkar futbolçudur. Rüfət Dadaşov 1991-ci ildə Bakı şəhərində anadan olub. 6 yaşında valideynləri ilə birlikdə Almaniyaya köçüb. Burada futbolla məşğul olmağa başlayıb. Əvvəlcə "Wehen Wiesbaden" klubunun, ardından "Maynts" klubunun futbol akademiyasında, sonra "SV Gonsenheim" klubunun aşağı yaş qrupları üzrə komandasında oynayıb. Bundan sonra Almaniyanın köklü klublarından olan "Kaiserslautern"in əvəzedici komandasına keçib. 3-5 dekabr 2012-ci ildə Bakıda futbol üzrə Azərbaycan milli komandasının seleksiya məşqlərinə dəvət alıb. Transfer dəyəri 250 min avrodur.
Rüfət Elçiyev
Rüfət Eyvazlı
Rüfət Fətəlizadə
Rüfət Gözəlov
Rüfət Gülalıyev
Rüfət Gülalıyev — Azərbaycanlı zorxana ustası. Əslən Laçın rayonundan olan Rüfət Gülalıyev, 8 avqust 1998-ci ildə anadan olub. Rüfət Gülalıyev, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Rüfət Gülalıyev, 2017-ci ildə Azərbaycanın heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Rüfət Gülalıyev, səngi yarışlarında qızıl medala layiq görüldü. Komanda yarışlarında isə o, Məmmədi Salamov, Orxan Xanlarov, Tural Əliyev və Xəyyam Orucov ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Rüfət Hüseynov
Rüfət Hüseynov (25 aprel 1997, Gəncə) — Azərbaycanı təmsil edən boksçu. Rüfət Hüseynov 2014-cü ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda Rüfət Hüseynov Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Rüfət Hüseynov turnirin 1/4 final mərhələsində Hindistan nümayəndəsi Şyam Kahara ilə üz-üzə gəldi. Həmin görüşdə Rüfət Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Şalhar Aixibəy oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rüfət Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Süleyman Lətifov oldu. Həmin görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn Rüfət Hüseynov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi oldu. Rüfət Hüseynov həmdə Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində bu idman növü üzrə turnirin qalibi olan birinci idmançı oldu.
Rüfət Hüseynzadə
Rüfət Həsənov
Rüfət Rauf oğlu Həsənov (24 aprel 1987, Bakı) — Azərbaycan kinorejissoru və ssenaristi,Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri olub. 23 Sentyabr 2023-cü ildə tutduğu vəzifədən azad edilib. Rüfət Həsənov 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bates Kollecindən məzun olub. 2013-cü ildə Elvin Adıgözəl ilə çəkdiyi "Buqələmun" tammetrajli bədii filmi Beynəlxalq Lokarno festivalının proqramına daxil olub. 2013–2017-ci illərdə Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib. 14–21 Avqust tarixlərində keçirilən 26-cı Sarayevo Film Festivalında "ən yaxşı rejissor" mükafatını qazanıb. Force Majeure (2010) O, Sortie!
Rüfət Mayılov
Rüfət Mehdiyev
Rüfət Sabir oğlu Mehdiyev (7 iyul 1969, Bakı – 1 fevral 2011, Bakı) — müğənni və aktyor. Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində təhsil alıb. 1986-1992-cı illərdə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik edib. Space Televiziyasında hazırlanmış "Qış nağılı" (2002) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib. 1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib. Qış nağılı.
Rüfət Mehtizadə
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
Boris Rudnev
Dino Runner
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
La-Ruket
La-Ruket (fr. La Rouquette, oks. La Roqueta) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilfranş-de-Ruerq kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12205. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 719 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 443 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 339 nəfər iqtisadi cəhətdən fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.5%, 1999-cu ildə 74.9%).
Runey Mara
Patrisia Runi Mara (ing. Patricia Rooney Mara) — Amerikalı aktrisa.
Rusne adası
Rusne adası (lit. Rusnes sala) — Litva Respublikasının ən böyük adasıdır. İnzibati cəhətdən Klayped qəzasının Şilut rayonu ərazisinə daxildir. 2004-cü ilə olan məlumata görə adada cəmi 1984 nəfər yaşayır. Adada sıxlıq 396,8 nəf./km²-dir. Rusne adasının sahəsi 45 km² təşkil edir. Ada Neman çayının deltasında yerləşir. Burada ada Neman çayının iki iri və bolsulu qolları ilə əhatələnmişdir. Skirvite qolu bolsulu və nisbətən dərin olmaqla, Rusiya Litva sərhədi keçir. Atmata qolu isə nisbətən dayazdır.