Rüfət Bəhram oğlu Mayılov (31 yanvar 2001; Kürdəmiş, Göyçay rayonu, Azərbaycan — 30 sentyabr 2020; Alxanlı, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rüfət Mayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmiş, Göyçay rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Alxanlı, Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Göyçay rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Rüfət Mayılov 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuşdur.[1] Subay idi.
Rüfət Mayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmət etdiyi hərbi hissədə idman sahəsində dərəcələri yüksək olmuş, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.[2]
Azərbaycan Ordusunun əsgəri olan Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rüfət Mayılov 30 sentyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Göyçay rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Mayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Mayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]