Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haim Revivo
Haim Maykl Revivo (ivr. ‏חיים מיכאל רביבו‎‏‎, 22 fevral 1972, Aşdod) — İsrailli keçmiş futbolçu. == Karyerası == İspaniyanın "Selta Viqo" komandasına keçməmişdən qabaq İsrailin "Bney Yehuda", "Hapoel Tel-Əviv" və "Makkabi Hayfa" klublarında top qovmuşdur. Həmçinin Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarının da şərəfini qorumuşdur. İspaniyada inamlı çıxışından sonra "Fənərbaxça"ya transfer olunmuşdur. "Fənərbaxça"da ilk iki ildə əla oyun sərgiləmiş, 2001-ci ilidə çempionluğun qazanılmasında pay sahibi olmuşdur. Oyunu ilə azarkeşlərin ürəyində taxt qurmuşdur. Amma 2002-ci ildə yeni oyunçuların transferindən sonra komandadan buraxılmışdır. "Qalatasaray"da sərbəst agent kimi keçmişdir. Fənərbaxçalılar buna görə onun adını "Xain Revivo" qoydular.
Revival
Revival amerikalı reper Eminemin 9-cu albomudur və 15 dekabr 2017-ci il tarixində buraxılmışdır. Albomunun yazılmasında Beyonce, Ed Şiran, Pink kimi məşhur ifaçılar iştirak etmişdir.
Reise, Reise
Reise, Reise (alm. Səyahət, səyahət‎/ing. Artım) — Rammstein qrupunun dördüncü albomudur. Çıxışdan bir müddət sonra albom platinalı olub.
Harukana Receive
Harukana Receive (はるかなレシーブ Harukana Reshību) — Nyoycizay tərəfindən yazılan bir idman manqa seriyasıdır. Seriya, 2015-ci ilin avqustundan 2020-ci ilin sentyabrına kimi Houbunsha nəşriyyatının Manga Time Kirara Forward jurnalında nəşr olunmuşdur. C2C tarafından istehsal olunmuş anime seriyası adaptasiyası 2018-ci ilin iyulun sentyabrına qədər yayımlanıb. == Məzmun == Seriya, 17 yaşlı bir lisey tələbəsi Haruka Ozoranın anasının iş üçün xaricə getməsi üzre Okinavada xalaqızı Kanata Higanın yanına köçərək bir çimərlik voleybolu cütlüyü qurulmasını izah edir. Hündür boylu olan Haruka, özünün əksinə qısa boyuna görə təzyiq göstərə bilməyən və bu səbəbdən də çimərlik voleybolundan imtina edən Kanatanı inandıraraq birlikdə çimərlik voleybolu cütlüyü yaradırlar və turniri hədəf almağa çalışırlar.
Princeton Review
Princeton Review — Ali məktəb üçün test hazırlığı, reptitorluq və tədris materialı təklif edən, bütövlükdə kollecə qəbul xidmətləri göstərən ABŞ şirkəti. Əsasən SAT, ACT, GRE kimi beynəlxalq testlərə hazırlıq üçün tədris materialları hazırlayan şirkət bununla yanaşı, hər il ali məktəb sıralaması da dərc edir. Həmçinin tələbələrin universitetlərə qəbul olmasında da konsaltinq xidmət göstərir.
Retije buxtası
Retije buxtası (bolq. залив Ретиже, ‘Zaliv Retizhe’ \'za-liv re-ti-'zhe\) — 5.8 km uzunluğu olan və Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən 6.2 km cənubda yerləşmişdir. Duse körfəzinin bir hissəsidir, Boil burnundan qərbdə, Qarvan burnundan şərqdə yerləşmişdir. Buxta cənub-qərbi Bolqarıstanda yerləşən Pirin dağından axan Retije çayının adını daşıyır. Retije buxtası 63°28′10″ c. e. 57°25′30″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Simon Leviev
Simon Leviev (ivr. ‏סיימון לבייב‏‎; doğum adı: Şimon Hayut, 27 sentyabr 1990, Ramat-Elçanan[d], Təl-Əviv dairəsi) — oğurluq, saxta sənəd istifadəsi və fırıldaqçılıqda ittiham olunan israilli fırıldaqçıdır. The Times of Israel-ə görə Leviev 2017–2019-cu illər aralığında ponzi sistemi ilə Avropanın müxtəlif yerlərindən olan qurbanlarından təxminən 10 milyon ABŞ dolları alaraq aldatmışdır. Hayut 2011-ci ildə çek oğurluğuna görə saxtakarlıq və oğurluq səbəbi ilə ittiham olundu. Çekləri dayəlik etdiyi ailədən və usta olaraq getdiyi şəxsin evindən oğurlamışdır. Hayut heç bir məhkəməyə getmədən, Mordeçai Nizim Tapiro adlı saxta şəxsiyyət vəsiqəsi ilə İsraildən İordaniyaya qaçdı. Daha sonra isə Avropaya getdi. 2015-ci ildə bir qadına qarşı etdiyi fırıldaqçılığa görə Finlandiyada 3 il məhbus həyatı yaşadı. Həbs olunduqda 1978-ci ildə anadan olan İsrail vətəndaşı olduğunu dedi. Üstündə iki saxta İsrail pasportu, üç saxta İsrail sürücülük vəsiqəsi, iki saxta İsrail uçuş icazə sənədi və beş ədəd saxta American Express kartı var idi.
Stamata Reviti
Stamata Reviti (yun. Σταμάτα Ρεβίθη; 1866, Siros[d], Cənubi Egey adaları – ən tezi 1896) — 1896 Yay Olimpiya Oyunları zamanı 40 kilometrlik marafonda qaçan yunanlı qadın. Təşkilatda yalnız kişi idmançılar mübarizə apara bilsələr də, Reviti qaçışına icazə verilməsini israrla təkid edir. Kişilərin qaçdığı rəsmi marafon başa çatdıqdan bir gün sonra eyni məsafəni 5 saat 30 dəqiqəyə tamamladığına və qaçış müddətini təsdiqləyən şahidlərin olmasına baxmayaraq finalda Panatinaikos stadionuna girməsinə icazə verilmədi. Sənədlərini qəbul edəcəkləri ümidilə Yunanıstan Olimpiya Komitəsinə təqdim etmək üçün düzəltsə də, bu edib etmədiyi məlum deyil. Revitinin qaçışından sonra həyatı barədə heç bir məlumat yoxdur. Müasir mənbələrə görə, olimpiya tarixçiləri arasında eyni marafonda qaçdığı iddia edilən "Melpomen" adlı ikinci bir qadının Reviti ilə eyni adam olub olmadığı barəsində fərqli fikirlər mövcuddur. Stamata Reviti 1866-cı ildə Siros şəhərində anadan olub. Həyatına dair qeydlərə əsasən, o 1896-cı ildən Pirey şəhərində yaşamış və iki övladı olmuşdu. Oğullarından biri 1895-ci ildə yeddi yaşında olarkən ölmüş, digər uşaq isə 1896 Yay Olimpiya Oyunları zamanı on yeddi aylıq idi.
Rekiva gölü
Rekiva (lit. Rėkyvà) — Litvanın mərkəzi hissəsində göl. Buzlaq mənşəli olan göl ölkənin Şyaulyay qəzasıda yerləşir. Göl akvatoriyasının cənub hissəsi Şyaulyay şəhərinə, cənub, qərb və şimal-qərb hissələri isə Şyaulyay rayonunun ərazisinə aiddir. Gölün şərq sahilində Baçyunay və Rekiva yaşayış məntəqələri var. Litva dillər inistutunun toponimlər lüğətində gölün əsas adı — lit. Rėkyvà (Rekiva) kimi göstərilib. Digər geniş yayılmış variantlar: lit. Rėkỹvos ẽžeras (Rekivos) və lit. Rėkijãvas (Rekiyavas).
Vladimir Devide
Vladimir Devide (xorv. Vladimir Devidé; 3 may 1925[…], Zaqreb – 22 avqust 2010, Zaqreb) – Xorvatiya riyaziyyatçısı və yaponşünası. Vladimir Devide 3 may 1925-ci ildə Zaqreb şəhərində doğulmuşdur. 1944-cü ildə Zaqreb real gimnaziyasını bitirmişdir. 1951-ci ildə Zaqreb Universitetinin mühəndislik fakültəsindən məzun olmuşdur. 1956-cı ildə Zaqreb Universitetinin riyaziyyat fakültəsindən doktorantura dərəcəsini əldə etmişdir. 1959-cu ildə Polşa Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda oxumuşdur. 1958-ci ildə Zaqreb Universitetinin köməkçi professoru, 1965-ci ildə professoru və kafedra müdiri olmuşdur. Devide 1961-ci ilin iyulundan 1963-cü ilin martına kimi Yaponiyada Tokio Universiteti, Rikkyo Universiteti, Koqyo Universiteti və Toritsu Universitetində riyazi elmləri öyrənmişdir. 1968-ci ildə Monaş Universitetinə, 1971-ci ildə Ohayo Dövlət Universitetinə professor kimi dəvət olunmuşdur.
Revit Architecture
Hal-hazırda arxitektura layihələrin böyüklüyü və dizayn müddətinin uzunluğu , sürətli inkişaf edən istehsal texnologiyaları qarşısında, layihələrdə zaman içərisində dəyişikliklər edilməsi lazımdır . Bu dəyişikliklər texnologiyanın inkişafının yanında işəgötürən isteğindeki dəyişikliklər , arxitektura layihədən sonrakı ediləcək işlərdən qaynaqlanan dəyişikliklər ve .bir çox səbəbdən qaynaqlanır . Layihələrin hər hansı birində edilən dəyişikliklər bütün paftalara işlənməsi və metraj siyahılarının yenidən hazırlanması emarların çox zamanını etməkdədir. Revit architectural proqramı iledilən hər bir dəyişiklik bütün paftalara eyni anda izlenmekte və metraj siyahıları də anında dəyişir . İndiki vaxtda bütün memar və mühəndislərin istifadə olduğu AutoCAD proqramı eyni əsaslı olması ayrıca proqram mübadiləsi üst səviyyə uyğunlaşma təmin etməkdədir. Plan ölçüsündə çalışarkən quruluşun 3. ölçüsünün da hazırlanması. Layihəni çəkərkən başda düşünülməyən və ya farkedilmeyen səhvlərin model meydana gətirərkən görmə və sistem həllini yaratmaq imkanı təmin etməsi Hazırlanan quruluşun başqa bir proqrama ehtiyac olmadan görselleştirilmesi imkanı. (mental ray render)- Layihənin hansı hissəsində çalışsanız çalışın ediləcək hər hansı bir dəyişikliyin bütün layihəyə eyni anda işlənməsi-Etdiyimiz layihə üzərindən istədiyimiz qədər kesit alma imkanı tanıması və biz planda çalışarkən.kesitleri meydana gətirməsi 3d kesik alma imkanı İstədiyimiz qədər görünüş və kesit ala imkanı. ( Bu işlər layihə faylının ölçüsünü dəyişdirməz) Layihənin istənilən detalda metrajının hazırlanması Layihə bitimində daha sonradan istənilən dəyişiklikləri hər hansı bir paftadan düzəltmə imkanı təmin etməsi və digər paftaları özü düzəltməsi .
Revue Archéologique
Parisdə nəşr olunan La Revue Archéologique, ən qədim, ən uzunmüddətli elmi jurnallardan biridir. İlk dəfə 1844-cü ildə ortaya çıxan bu jurnal nə bir institutun, nə də hər hansı bir məktəbin orqanı deyil, hazırkı redaktoru Marie-Christine Hellmannın rəhbərliyi altında tam müstəqilliyə malikdir. La Revue Archéologique ildə iki dəfə nəşr edilir. Maraq mərkəzi köklərindən bəri Klassik qədim dövr olaraq qalır, ancaq maraq dairəsi Qədim Yaxın Şərq, Anadolu, Etrusk İtaliyası və Orta Asiyaya qədər uzanır.
Pol Revir
Pol Revir (ing. Paul Revere; 1 yanvar 1735[…], Boston, On üç koloniya – 10 may 1818[…], Boston) — ABŞ sənətkarı, gümüşçüsü, zərgəri, oymaçısı, sənayeçisi və patriotu, "Azadlıq oğulları"nın fəal üzvü. Amerika inqilabının ən məşhur qəhrəmanlarından biri. O, 8 aprel 1775-ci ildə Boston əhalisini Britaniya qoşunlarının yaxınlaşması barədə xəbərdar etmişdir. Henri Lonqfellovun "The Horse Race of Paul Revere" balladasında əbədiləşdirilmişdir. David Hackett Fischer. Paul Revere's Ride (иллюстрированное, перепечатанное, исправленное). Oxford University Press. 1995. ISBN 9780195098310.
Rəhilə
Rəhilə (ivritcə רחל) — Əhdi-Ətiqdə Yaqubun arvadı, Yusifin və Binyaminin anası. Tövrata görə, Efratada (indiki Bet-Lexem) rəhmətə getmiş və dəfn olunmuşdur. Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Səlivə
Səlivə — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad talış dilində sə (sı) "qırmızı" və livə "yarpaq" sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur). Novruz Əsgərov (20 Yanvar şəhidi) (1968–1990).
Zəviyə
Zaviyə
Rəfiqə
Rəfiqə — Azərbaycanlı adı. Rəfiqə Şabanova — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). Rəfiqə Axundova — Azərbaycan balet artisti, baletmeyster. Rəfiqə Hüseynzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse-prezidenti (2011–2023). Rəfiqə Qazıyeva — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980–1991) Rəfiqə Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü Rəfiqə Nuray — Azərbaycan şairi. Rəfiqə Əzimova — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. Rəfiqə Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
New Left Review
«New Left Review» («Yeni Sol baxışı») — ingilis solçu nəzəri jurnalı 1960-cı ildə təsis edilmişdir. Perri Anderson və Stüart Hollun gənc solçu jurnalı olan «Universities and Left Review» jurnalı, Britaniya Kommunist Partiyasından ayrılan Marksist tarixçilər Con Savill və Edvard Tompson «New Reasoner» jurnalı ilə birləşməsindən yaranmışdır. O, Qərb marksizminin müxtəlif versiyalarını populyarlaşdırdı: qramşizm, Frankfurt məktəbinin humanist marksizmi, Lui Altüsserin strukturalist marksizmi və s. 350-dən çox adda kitab nəşr etdirən «Verso Books» nəşriyyatı ilə əlaqəlidir. İngilis Yeni Solunda bir sıra yeni jurnallar meydana çıxdı, xüsusən də 1956-cı ilin iyulunda tarixçilər Edvard Tompson və Con Savil tərəfindən yaradılan Reasoner. Üç rüblük buraxılış buraxıldı. Jurnal daha sonra The New Reasoner adlandırıldı və 1957-ci ildən 1959-cu ilə qədər on nömrəsi nəşr olundu. Dövrün digər radikal jurnalı 1957-ci ildə əsası qoyulmuş və Britaniya kommunist ənənəsinə daha az sadiq qalan Universities and Left Review idi. Bu jurnal Soyuq Müharibənin militarist ritorikasına qarşı olduğunu ifadə edən, 1956-cı il Süveyş müharibəsinə kəskin etirazını ifadə edən və Nüvə Silahsızlanması Kampaniyasını dəstəkləyərək daha çox gənclərə istiqamətlənmiş və pasifist idi. New Left Review 1960-cı ilin yanvarında New Reasoner və Universities and Left Review arasında birləşmə nəticəsində yaradılmışdır.
Integrated access device
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Əvilə
Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 572 nəfərdir. Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir.
Emili de Revin
Emili de Revin (27 dekabr 1981) — 27 dekabr 1981-ci ildə Avstraliyada (Mount Eliza, Viktoriya) anadan olmuşdur. == Karyerası == İlk böyük rolu "Vəhşilərin hökmdarı" serialında olmuşdur. 2004-cü ildə ABC telekanalının "Sağ qalmaq" layihəsində Kler Littlton roluna dəvət almışdır. Serial müntəzəm olaraq 4 mövsümdə rol almış və nəhayət, 6-cı mövsümdə yenidən seriala qalıtmışdır. Kler Littlton rolu onun bütün dünyada populyarlığını təmin etmişdir. == Şəxsi həyatı == 2003-cü ildə aktyor Con Cenoviçlə ailə qurmuş, 2014-cü ildə boşanmışdır.
Annual Review of Psychology
Annual Review of Psychology – psixologiya ilə bağlı icmal məqalələri dərc edən resenziyalı akademik jurnal. İlk dəfə 1950-ci ildə nəşr olunan jurnalın ən uzun xidmət edən redaktorları Mark Rosenzweig (1969-1994) və Susan Fiske (2000-davam edir) olmuşdur. 2021-ci ilə kimi, Journal Citation Reports jurnala 2020 impakt faktorunu 24.137 olaraq verir və onu "Psixologiya (elm)" kateqoriyasında 77 jurnal başlığı arasından birinci və "Psixologiya, Multidissiplinar (Sosial Elm)" kateqoriyasında 140 başlıq arasında ikinci yeri tutur. == Tarix == 1947-ci ildə Annual Reviews nəşriyyat şirkətinin direktorlar şurası bir sıra psixoloqlardan bu sahədə son inkişafları ümumiləşdirən illik icmal məqalələri dərc edən jurnalın olmasının faydalı olub-olmadığını soruşdu. Cavablar çox müsbət idi, beləki 1947-ci ilin sentyabrında onlar Annual Review of Psychology jurnalının birinci cildinin 1950-ci ildə nəşr olunacağını elan etdilər.1940-cı illərin əvvəllərində belə bir jurnalı yaratmaq cəhdləri beynəlxalq elmi ünsiyyətə mane olan İkinci Dünya Müharibəsi ilə dayanırdı.Onun ilk redaktoru Calvin Perry Stone idi.2020-ci ildən etibarən həm çap, həm də elektron formada nəşr edilmişdir. Onun bəzi məqalələri cildin dərc olunduğu zamandan əvvəl onlayn olaraq mövcuddur.
Enhanced Small Device Interface
ESDI (ing. Enhanced Small Device Interface) – yüksək tutumlu sərt disklərin, yumşaq disklərin disksürənlərinin və lent qurğularının verilənləri kompüterlə yüksək sürətlə mübadilə etmələri üçün 20-ci əsrin 80-ci illərində məşhur olan standart. ESDI sinifli qurğular, adətən, verilənləri təxminən 10 Mbit/san sürətlə ötürürdü, ancaq onlar iki dəfə tez də işləyə bilərdi. İndi ESDI, praktiki olaraq, istifadədən çıxarılıb.
Həvicə qəzası
Həvicə qəzası (ərəbcə: قضاء الحويجة) — İraq Respublikasının Kərkük mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Həvicə şəhəridir. Qəza 2014-cü ildən İŞİD-in nəzarətindədir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.947 km² ərazini əhatə edir.
Rəfiqə Axundova
Rəfiqə Hacı qızı Axundova (7 avqust 1931, Bakı – 6 fevral 2024, Bakı) — Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970). Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. Böyük Teatrda təkmilləşmə kursu keçmişdir (1951–52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur (1951–71). 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q. Qarayev), Gülşən ("Gülşən", S. Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə. Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov), Zarema ("Baxçasaray fontanı", B. Asafyev), Jizel ("Jizel", A. Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T. Bakıxanov), "Qobustan kölgələri" (1969, F. Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R. Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q. Qarayev), "Babək" (1986, A. Əlizadə), "Şelkunçik" (1988, P. Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə "Üç inqilab" (1973, R. Hacıyev; M. Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N. Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F. Qarayev) baletlərini (hər ikisi M. Məmmədovla birgə) tamaşaya qoymuşdur.
Rəfiqə Hüseynzadə
Rəfiqə Hüseynzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, (SOCAR) Ekologiya üzrə vitse-prezidenti (2011–2023), alim. SOCAR-ın tarixində bu vəzfiəyə təyin olunan ilk qadın vitse prezidentdir. Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı" fakültəsini bitirmişdir. 1975–1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur. 1981-ci ildə "Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. "Quyularda neft hasilatının artırılması" patentinin müəllifidir. Xanım Hüseynzadə 70-ə qədər məqalənin və elmi araşdırmanın müəllifidir. Bundan başqa, "Discover Azerbaijan" kitablarının birinci və ikinci buraxılışının, eləcə də "Azerbaijan and United Kingdom 100 Years of Partnership" kitabının həmmüəllifidir. Rus, ingilis və türk dillərini bilir.
Rəfiqə Mustafayeva
Rəfiqə Şahgül qızı Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji elmlər üzrə Qafqazda ilk, Şərqdə ikinci qadın elmlər doktoru, Respublikanın Əməkdar müəllimi, “Xan qızı Natəvan” diplomu və “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı. R. Ş. Mustafayeva 1936-ci il iyunun 21-də Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954—1959-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil almışdır. 1960—1976-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər. R.Ş. Mustafayeva 1970—1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir.
Rəfiqə Nuray
Rəfiqə Nuray (1942, Xaçmaz rayonu) — Azərbaycan şairi. 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971–1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Rəfiqə Qazıyeva
Qazıyeva Rəfiqə Salam qızı (1939, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980–1991)
Rəfiqə Qurbanova
Rəfiqə Əhməd qızı Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. Rəfiqə Əhməd qızı Qurbanova 1938-ci il noyabrın 13-də Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1946–56-cı illərdə Şəki şəhərindəki 1 saylı orta məktəbdə təhsil almış və oranı qızıl medalla bitirmişdir. 1956-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1961-ci ildə isə oranı fərqlənmə diplomu ilə bitirərək, həmin il kimya fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. 1965-ci ildə aspirantura müddətinə 3 ay qalmış "Üzvi kimya" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1965-ci ilin sentyabrından 1966-cı ilin aprel ayına kimi Sumqayıtda Sintetik Kauçuk zavodunun mərkəzi laboratoriyasında böyük mühəndis vəzifəsində əmək fəaliyyətində olmuşdur. 1966-cı ildən Sumqayıtda yenicə açılmış Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi, sonra isə 1967–78-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1978–93-cü illərdə Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda əvvəlcə "Analitik kimya", sonra isə bu laboratoriya əsasında yaradılmış "Polimer örtüklər" laboratoriyasına rəhbərlik etmişdir. R. Ə. Qurbanova 1992-ci ildə D. İ. Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun İxtisaslaşmış Elmi Şurasında "Oliqo və polistirolların kimyəvi modifikasiya proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək "Yüksəkmolekullu Birləşmələr kimyası" ixtisası üzrə kimya elmləri doktoru adına layiq görülmüşdür.
Rəfiqə Şabanova
Şabanova Rəfiqə Mahmud qızı (31 oktyabr 1943, Bakı) — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). SSRİ əməkdar idman ustası (1976). Rəfiqə Şabanova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970–74, 1976–77), bürünc (1965, 1978, 1980, 1982–1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975–1979) olmuşdur. "Avtomobilçi" komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).
Rəfiqə Əliyeva
Əliyeva Rəfiqə Əlirza qızı (20 sentyabr 1932, Naxçıvan – 6 may 2017, Bakı) — kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi. Rəfiqə Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Fəxriyyə Xələfovanın anasıdır. Heydər Əliyevin bacısıdır. Rafiq Xələfovun həyat yoldaşıdır. Rəfiqə Əliyeva 6 may 2017-ci ildə 85 yaşında vəfat etmişdir. Vida mərasimi AMEA-nın dairəvi zalında olmuşdur. Alim I Fəxri Xiyabanda torpağa tapşırılıb. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirmiş, 1970-ci ildə "Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini" mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə "d-, f-elementləri və germaniumun tərkibinə N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Əliyeva Rəfiqə Bakı Dövlət Universiteti " Analitik kimya" kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi"elmi-tədqiqat laboratoriyasını rəhbərlik edir.
Rəfiqə Əzimova
Əzimova Rəfiqə Cəlil qızı (17 iyul 1938, Bakı) — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin "Tarix" fakültəsinə daxil olmuş və 1964-cü ildə tarixçi, tarix müəllimi və ictimaiyyətçi ixtisası üzrə bitirmişdir. 1967–1970-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirəndən sonra 1971-ci ildə namizədlik, 1989-cu ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildən başlayaraq Fəlsəfə və Hüquq institutunda çalışmış, elmi işçidən baş elmi işçiyə qədər yüksəlmişdir. 2002-ci ildən "Sosiologiya" şöbəsinin müdiri seçilmiş və hazırda bu vəzifəni icra edir. Əsas tədqiqat obyekti "Müasir cəmiyyətin sosioloji problemləridir". Beynəlxalq, regional və ölkədaxili elmi konfranslarda məruzələrlə çıxış edir. 1999–2005-ci illərdə MDB ölkələrində "Regionumuzdakı yeni münaqişələrdən çıxış yolları" ilə bağlı regional konfranslarda iştirak etmişdir. Elmi fəaliyyəti müddətində çoxlu sayda aspirant və dissertantın elmi rəhbəri olmuşdur. 7 monoqrafiya və 150-dən çox məqalə müəllifidir.
Rəşidə Behbudova
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Rəşidə Cons
Rəşidə Cons(ing. Rashida Jones; 25 fevral 1976, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Amerikanın 16 şəhərində "On the Run" adlı konsert turnesinə hazırlaşan Cey-Zi və Beyonse birgə filmə çəkiliblər. "Run" — cütlüyün turnesinə dəstək filmidir. XXI əsrin Bonni və Klaydı kimi görünən ifaçılarla birgə videoda Çon Penn, Ceyk Cillenhol, Bleyk Layvli, Emmi Rossam, Don Çidl, Gilyermo Dias, o cümlədən Kidada və Rəşidə Cons bacıları görünüblər.
Rəşidə Dati
Rəşidə Dati (Fransızca tələffüz: [ʁaʃida dati]; 27 noyabr 1965[…], Sen-Remi[d], Sona və Luara, Fransa) — 2007–2009-cu illərdə prezident Nikola Sarkozinin dövründə ədliyyə naziri vəzifəsində çalışmış fransız siyasətçi. Fransa hökumətindəki ilk ərəb qadındır. O, Respublikaçıların (LR) üzvü, eyni zamanda 2009–2019-cu illərdə İle-de-Fransı təmsil edən Avropa Parlamentinin (MEP) üzvü kimi fəaliyyət göstərmişdir. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə təyin etdi. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə gətirib. 2008-ci ildə o, Parisin 7-ci dairəsinin meri seçilib və eyni zamanda Paris Şurasının üzvü olub.
Rəşidə Rəşid
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Marten-de-Vive
Marten-de-Vive (fr. Martin-de-Viviès) — Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan yeganə daimi yaşayış məntəqəsi. Hind okeanının sahilində, Amsterdam adasının şimalında yerləşir. Yaşayış məntəqəsi həm də inzibati vahidliyin mərkəzi rolunu oynayır. Qəsəbdə daimi olaraq 20 - 40 nəfər daimi əhali yaşayır. Koordinatları: 37°48′ c. e. 77°34′ ş. u..
Caucasian Review of International Affairs (jurnal)
Caucasian Review of International Affairs (azərb. Beynəlxalq Münasibətlərin Qafqaz İcmalı‎) — Almaniyada nəşr edilən qeyri-kommersiya akademik onlayn-jurnaldır. Jurnal 2006-cı ildən ingilis dilində nəşr olunur. Jurnalda Qafqaz və beynəlxalq münasibətlər mövzularında tədqiqatlar çap olunur.