RƏFİQƏ

is. [ ər. ]
1. Qız və ya qadının qız və ya qadın yoldaşı.
Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib, sübhə qədər gözlərini yummadı. S.S.Axundov.
[Nuriyyə:] İnstitutda oxuduğum zaman rəfiqələrim gündə bir dəst paltar geydikləri halda mən bütün ili bir donla başa vurdum. İ.Əfəndiyev.

2. Qadın, zövcə, yoldaş (3-cü mənada).
[Şair] tifilə baxmadan əvvəl əyilib rəfiqəsinin solğun alnından öpdü. Ə.Məmmədxanlı.

Синонимы

  • RƏFİQƏ yoldaş — dost
  • RƏFİQƏ RƏFİQƏ Dedim: – Hə... Sənin bir rəfiqənə söylədim ki, qoy desin (Ə.Kərim); BACILIQ [Güllü:] İndi, bu gün bacılığım gələcək, vallah, bilmirəm üzünə nec
RƏFİQANƏ
RƏFİQƏLİK
OBASTAN VİKİ
Rəfiqə
Rəfiqə — Azərbaycanlı adı. Rəfiqə Şabanova — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). Rəfiqə Axundova — Azərbaycan balet artisti, baletmeyster. Rəfiqə Hüseynzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse-prezidenti (2011–2023). Rəfiqə Qazıyeva — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980–1991) Rəfiqə Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü Rəfiqə Nuray — Azərbaycan şairi. Rəfiqə Əzimova — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. Rəfiqə Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
Rəfiqə Axundova
Rəfiqə Hacı qızı Axundova (7 avqust 1931, Bakı – 6 fevral 2024, Bakı) — Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970). Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. Böyük Teatrda təkmilləşmə kursu keçmişdir (1951–52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur (1951–71). 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q. Qarayev), Gülşən ("Gülşən", S. Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə. Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov), Zarema ("Baxçasaray fontanı", B. Asafyev), Jizel ("Jizel", A. Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T. Bakıxanov), "Qobustan kölgələri" (1969, F. Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R. Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q. Qarayev), "Babək" (1986, A. Əlizadə), "Şelkunçik" (1988, P. Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə "Üç inqilab" (1973, R. Hacıyev; M. Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N. Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F. Qarayev) baletlərini (hər ikisi M. Məmmədovla birgə) tamaşaya qoymuşdur.
Rəfiqə Hüseynzadə
Rəfiqə Hüseynzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, (SOCAR) Ekologiya üzrə vitse-prezidenti (2011–2023), alim. SOCAR-ın tarixində bu vəzfiəyə təyin olunan ilk qadın vitse prezidentdir. Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı" fakültəsini bitirmişdir. 1975–1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur. 1981-ci ildə "Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. "Quyularda neft hasilatının artırılması" patentinin müəllifidir. Xanım Hüseynzadə 70-ə qədər məqalənin və elmi araşdırmanın müəllifidir. Bundan başqa, "Discover Azerbaijan" kitablarının birinci və ikinci buraxılışının, eləcə də "Azerbaijan and United Kingdom 100 Years of Partnership" kitabının həmmüəllifidir. Rus, ingilis və türk dillərini bilir.
Rəfiqə Mustafayeva
Rəfiqə Şahgül qızı Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji elmlər üzrə Qafqazda ilk, Şərqdə ikinci qadın elmlər doktoru, Respublikanın Əməkdar müəllimi, “Xan qızı Natəvan” diplomu və “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı. R. Ş. Mustafayeva 1936-ci il iyunun 21-də Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954—1959-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil almışdır. 1960—1976-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər. R.Ş. Mustafayeva 1970—1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir.
Rəfiqə Nuray
Rəfiqə Nuray (1942, Xaçmaz rayonu) — Azərbaycan şairi. 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971–1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Rəfiqə Qazıyeva
Qazıyeva Rəfiqə Salam qızı (1939, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980–1991)
Rəfiqə Qurbanova
Rəfiqə Əhməd qızı Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. Rəfiqə Əhməd qızı Qurbanova 1938-ci il noyabrın 13-də Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1946–56-cı illərdə Şəki şəhərindəki 1 saylı orta məktəbdə təhsil almış və oranı qızıl medalla bitirmişdir. 1956-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1961-ci ildə isə oranı fərqlənmə diplomu ilə bitirərək, həmin il kimya fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. 1965-ci ildə aspirantura müddətinə 3 ay qalmış "Üzvi kimya" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1965-ci ilin sentyabrından 1966-cı ilin aprel ayına kimi Sumqayıtda Sintetik Kauçuk zavodunun mərkəzi laboratoriyasında böyük mühəndis vəzifəsində əmək fəaliyyətində olmuşdur. 1966-cı ildən Sumqayıtda yenicə açılmış Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi, sonra isə 1967–78-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1978–93-cü illərdə Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda əvvəlcə "Analitik kimya", sonra isə bu laboratoriya əsasında yaradılmış "Polimer örtüklər" laboratoriyasına rəhbərlik etmişdir. R. Ə. Qurbanova 1992-ci ildə D. İ. Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun İxtisaslaşmış Elmi Şurasında "Oliqo və polistirolların kimyəvi modifikasiya proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək "Yüksəkmolekullu Birləşmələr kimyası" ixtisası üzrə kimya elmləri doktoru adına layiq görülmüşdür.
Rəfiqə Şabanova
Şabanova Rəfiqə Mahmud qızı (31 oktyabr 1943, Bakı) — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). SSRİ əməkdar idman ustası (1976). Rəfiqə Şabanova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970–74, 1976–77), bürünc (1965, 1978, 1980, 1982–1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975–1979) olmuşdur. "Avtomobilçi" komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).
Rəfiqə Əliyeva
Əliyeva Rəfiqə Əlirza qızı (20 sentyabr 1932, Naxçıvan – 6 may 2017, Bakı) — kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi. Rəfiqə Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Fəxriyyə Xələfovanın anasıdır. Heydər Əliyevin bacısıdır. Rafiq Xələfovun həyat yoldaşıdır. Rəfiqə Əliyeva 6 may 2017-ci ildə 85 yaşında vəfat etmişdir. Vida mərasimi AMEA-nın dairəvi zalında olmuşdur. Alim I Fəxri Xiyabanda torpağa tapşırılıb. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirmiş, 1970-ci ildə "Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini" mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə "d-, f-elementləri və germaniumun tərkibinə N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Əliyeva Rəfiqə Bakı Dövlət Universiteti " Analitik kimya" kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi"elmi-tədqiqat laboratoriyasını rəhbərlik edir.
Rəfiqə Əzimova
Əzimova Rəfiqə Cəlil qızı (17 iyul 1938, Bakı) — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin "Tarix" fakültəsinə daxil olmuş və 1964-cü ildə tarixçi, tarix müəllimi və ictimaiyyətçi ixtisası üzrə bitirmişdir. 1967–1970-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirəndən sonra 1971-ci ildə namizədlik, 1989-cu ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildən başlayaraq Fəlsəfə və Hüquq institutunda çalışmış, elmi işçidən baş elmi işçiyə qədər yüksəlmişdir. 2002-ci ildən "Sosiologiya" şöbəsinin müdiri seçilmiş və hazırda bu vəzifəni icra edir. Əsas tədqiqat obyekti "Müasir cəmiyyətin sosioloji problemləridir". Beynəlxalq, regional və ölkədaxili elmi konfranslarda məruzələrlə çıxış edir. 1999–2005-ci illərdə MDB ölkələrində "Regionumuzdakı yeni münaqişələrdən çıxış yolları" ilə bağlı regional konfranslarda iştirak etmişdir. Elmi fəaliyyəti müddətində çoxlu sayda aspirant və dissertantın elmi rəhbəri olmuşdur. 7 monoqrafiya və 150-dən çox məqalə müəllifidir.
Ouşenin 8 rəfiqəsi (film, 2018)
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir. "Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı. "Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.
Ouşenin 8 rəfiqəsi
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir. "Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı. "Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.

Значение слова в других словарях