Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1981). == Həyatı == Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. == Neft sənayesi == Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Rəfayel Məcidov
Rəfayel Məcid oğlu Məcidov (11 mart 1949, Zaqatala rayonu) — Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı (1993–2002-ci illərdə). == Həyatı == 1949-cu il martın 11-də Azərbaycan SSR Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Mingəçevir Toxuculuq Kombinatında növbə ustası kimi başlayıb. 1973–1975-ci illərdə Zaqatala Tütün Fermentləmə Zavodunda baş usta, 1975–1980-ci illərdə Zaqatala Rayon Xalq Nəzarəti Komitəsində inspektor işləyib. 1980-ci ildə partiya işinə irəli çəkilib, 1980–1983-cü illərdə Zaqatala rayon partiya komitəsində təlimatçı, Sənaye-Nəqliyyat şöbəsinin müdiri, 1983–1985-ci illərdə II katib olub. 1985–1987-ci illərdə Zaqatala rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləyib. 1987–1988-ci illərdə Azərbaycan KP Xaçmaz rayon komitəsinin birinci katibi olub. 1988–1991-ci illərdə Zaqatala rayon partiya komitəsi yanında Partiya Komissiyasının sədri, Zaqatala rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifələrində işləyib. 1993-cü ildən 2002-ci ilədək Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı olub.
Vəzir Sədiyev
Vəzir İsa oğlu Sədiyev (6 iyun 1961, Aşağı Qullar, Marneuli rayonu – 19 fevral 1993, Həsənriz, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur. == Döyüşlərdə iştirakı == Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu. == Ailəsi == Ailəli idi, bir övladı qalıb.
Bəşir Cəmayel
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür.Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur. O, Əmin Cəmayelin qardaşıdır.
Əmin Cəmayel
Əmin Cəmayel (ərəb. أمين الجميّل‎; 22 yanvar 1942, Bikfəyya[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan dövlət xadimi. == Həyatı == Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. == Sənayenin inkişafı == Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada 18-ci və 19-cu əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. == Səbəbləri == İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır: -Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi. -Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi. -Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı. -Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. == Faydaları == Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir.Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksək səviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək. == Tənqidi yanaşma == Fərqli sənaye parkları bu meyarları fərqli dərəcələrdə qarşılamaqdadır.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. ==== Funksiyaları ==== Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. ==== Quruluşu ==== Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. == Xüsusiyyətlər == "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. == Yağların xassələri == Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur.Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. == İstinadlar == == Xarici keçidlər == Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Aqrar-sənaye kompleksi
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s.Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı. Kimya sənayesi.
Azərbaycan Sənaye Bankı
Azərbaycan Sənaye Bankı – Azərbaycanda fəaliyyət göstərən bank. 1996-cı ildə “Capital Investment Bank” (CI Bank) olaraq yaradılmış, 2006-ci ildən hazırkı adı ilə fəaliyyət göstərən ASB Bank hüquqi və fərdi müştərilərə bütün növ bank xidmət və məhsullarını təqdim edir. Bankın 4-ü Bakı şəhərində, eyni zamanda Sumqayıt, Gəncə və İmişlidə olmaqla 7 filialı və vardır. ASB “Azərbaycan Sənaye Sığorta”, “Azərbaycan Sənaye Lizinq”, “Azərbaycan Beynəlxalq Bankı Gürcüstan”, kart prossesinq mərkəzi “Millikart” və “Bakı Fond Birjası” kimi təşkilatların səhmdarıdır.
Azərbaycan Sənaye Korporasiyası
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Sənaye İnstitutu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycan Sənaye Şurası
Azərbaycan Sənaye Şurası (Азәрбајҹан Сәнаје Шурасы) və ya Azərsənətbirliyi (Азәрсәнәтбирлији) — Azərbaycan SSR-də sənət kooperasiyasının rəhbər, təşkilat və təsərrüfat mərkəzi. == Tarixi == 1920-ci ildə "Kustar və Sənətkarlar İttifaqı" adı ilə təşkil olunmuşdur. 1927-ci ildə onun əsasında yaradılan "Qırmızı Kustar İttifaqı" az sonra "Azərsənətbirliyi" adlanmışdır. İkinci beşillikdə respublikanın bir sıra şəhər və rayonlarında sənətkar ittifaqlarının yaradılması nəticəsində "Azərsənətbirliyi" Azərbaycan Sənaye Şurasına çevrilmişdir. 1960-cı ildə Azərbaycan Sənaye Şurası ləğv edilmiş, bütün müəssisələri respublika Məişət Xidməti Nazirliyinə verilmişdir.
Ağdam Sənaye Parkı
Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində Qarabağın sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir == Tarix == İşğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlini qoyduİqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən yaradılan bu park Azərbaycan ərazisində beşinci Sənaye Parkı olacaq. == Fəaliyyət == Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. == Üstünlüklər == Ağdam Sənaye Parkında sahibkarlar üçün geniş biznes imkanları yaradılacaq. Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Sənaye Parkının rezidentlərinə əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalında gömrük və ya ƏDV güzəştləri) də verilməsi nəzərdə tutulur. == Təchizat == Subartezian quyusundan Sənaye Parkının sosial zonasına su xətləri çəkilib, işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Əraziyə 10 kV-luq elektrik xətti çəkilib və 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. 190 hektar sahəni əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib == İdarəetmə == Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.
Balaxanı Sənaye Parkı
Balaxanı Sənaye Parkı (Balaxanı Eko-Sənaye Parkı) təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə yaradılıb. == Tarix == Balaxanı Sənaye Parkı — 4 may 2011-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkının yaradılması qərara alınmışdır. 28.12.2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" və "Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" imzalanmışdır. 19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur. == Məqsəd == Parkın yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır . == Hədəf == Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaq olacaq. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şəraitlər və lazımi dəstək Hökumət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratmış olacaq. Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün Parkın xarici və daxili infrastrukturunun qurulması planlaşdırılır. Belə ki, xarici infrastruktur kimi yol salınacaq, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək.
Balıq Sənaye İdarəsi
Balıq sənaye idarəsi — balıq ovu, xəzinə və töycü rüsumlarının artmasına nəzarət və rəhbərlik edən qurum. == Məlumat == 1880-ci il aprelin 20-də yaradılmış, 1918-ci il iyulun 4-də Bakı Xalq Komissarları Soveti Xalq Təsərrüfatı Şurasının qərarı ilə ləğv edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən (1918-ci il 17 sentyabr) sonra Balıq sənayesi idarəsi öz fəaliyyətini ilk növbədə baxımsızlıqdan tənəzzülə uğrayan vətəgələrin bərpasına yönəltmişdi. Bankə vətəgəsi də Hökumətin 1918-ci il 30 avqust tarixli qərarına əsasən, bütün varidatı ilə birlikdə müsadirə edilmiş və 1919-cu il yanvarın 1-dək xəzinə ilə imzalanmış müqaviləyə əsasən, 1920-c il iyunun 1-dək xüsusi şəxsə, çay və göllərdəki digər məntəqələr isə hərrac vasitəsilə icarəyə verilmişdi. Balıq sənayesi idarəsi 1919-cu il oktyabrın 15-də xəzinəyə məxsus 44 siyənək ovu məntəqəsini 1920-ci il yanvarın 1-dən 6 il müddətinə icarəyə vermək barədə qərar qəbul etmişdi. Bundan əlavə, idarə xəzinənin xeyrinə rüsumların artmasına, xəzinə gəlirlərinin töycü hesabına çoxalmasına səbəb ola biləcək bir sıra tədbirlər görmüşdü.
Elman Şeydayev
Elman Dadaş oğlu Şeydayev — Azərbaycan rejissoru və aktyoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018). == Həyatı == == Mükafatları == 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == === Bədii filmlər === Arzular (film, 2005) (İran) Bəxt üzüyü (film, 1991) Bəyin oğurlanması (film, 1985) Bomba (film, 2005) Cansıxıcı əhvalat (film, 1988) Cin mikrorayonda (film, 1985) Çölçü (film, 2012) Dəvətnamə (film, 1989) Əlvida, cənub şəhəri (film, 2006) Hücum (film, 1989) İlahi məxluq (film, 2011) Kuklalar (film, 2009) Qağayı (film, 2012) Qanlı zəmi (film, 1985) Qara gölün cəngavərləri (film, 1984) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Qəm pəncərəsi (film, 1986) Qəzəlxan (film, 1991) Laçın dəhlizi (film, 1993) Payız görüşü (film, 1999) Sirr (teleserial, 2012) Şeytan göz qabağında (film, 1987) (aktyor) Ümid (film, 1995) (ssenari müəllifi) Yaramaz (film, 1988) Yük (film, 1995) === Sənədli filmlər === 130-cu mövsüm (film, 2002) (sənədli film) (Lider TV) Ağ rəngin simfoniyası (film, 2003) Aləmdə qalan səs (film, 2001) Ali sevgi (film, 2002) Ali sevgi-II film (film, 2003) And (film, 2002) Axırıncı aşırıma qədər (film, 2002) Azərbaycana xoş gəlmisiniz! (film, 2004) (qısametrajlı sənədli film) (Lider TV) Bahar ömürlü insan (film, 2003) Bəyaz tarlanın balladası (film, 2002) Bir haqq bayrağı var əlimdə (film, 2003) Bizi oyatmayın (film, 2002) Bütün qadağaların fövqündə (film, 2002) Çarpaz bucaqlar arasında (film, 2002) Çətin sınaqlar (film, 2002) Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003) Dar günün dostu (film, 2003) Dəmir atlı cəngavər (film, 2003) Dənizin prelüdiyası (film, 2003) Dövlətin vizit vərəqi. II film (film, 2004) Düma ömrünün qırx günü (film, 2002) Dünənə ehtiramla, sabaha ümidlə (film, 2003) Dünəni yaşadan sənət (film, 2004) "Edelveys" və dəmir biləklər (film, 2001) Gecə zəngi (film, 2003) Göy rəngin melodiyası (film, 2003) Gündoğar ölkəyə sevgilərlə (film, 2002) Günorta qatarı (film, 2003) Hərb tariximizdən. Atropat (film, 2003) Həsrətli gözlərin rəsmi (film, 2003) Hikmət xəzinəsi (film, 2003) "İldırım"lı yolun yolçuları (film, 2003) İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002) İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002) İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003) İlham Əliyev. Yeni neftin strategiyası (film, 2002) İnanc yerlərimiz.
Oleq Şelayev
Oleq Şelayev (Oleq Mykolayovych Shelayev)(Ukrayna dili:Олег Шелаєв) Ukraynanın güclü futbolçularından olan Oleq Şelayev 1976-cı il noyabrın 5-də Luqanskda anadan olub. Karyerası ərzində "Zarya", Donetskin "Şaxtyor", "Metallurq" və "Dnepr" klublarında çıxış edib. "Dnepr"də baş məşqçi Vladimir Bessonovla 2008/2009 mövsümündə yola getmədiyi üçün qış fasiləsində "Krivbass"a icarəyə verilib. Boyu 181 sm olan futbolçunun çəkisi 74 kq-dır. Təcrübəli yarımmüdafiəçi "Dnepr"də kapitan sarğısıyla 209 oyunda 27 qol vurub. Ümumiyyətlə, yüksək liqada 326 matçda 33 dəfə fərqlənib. 2004-cü ildə Ukrayna millisində debüt edən Şelayev 35 oyunda 1 qol vurub. 2006-cı il Dünya Kubokunun 1/4 finalçısı olub. Ukrayna Kubokunun qalibidir. Həmçinin, çempionatın gümüş və bürünc mükafatçısıdır.
Ramil Şeydayev
Ramil Şeydayev (doğum 15.3.1996, Sankt-Peterburq, Rusiya) — Azərbaycan Milli Futbol Komandasının üzvü. Hücumçu mövqeyində çıxış edir. == Klub karyerası == Ramil "Zenit" futbol akademiyasının yetirməsidir. İlk məşqçisi Yuri Aleksandrov olub. 2013-cü ilin may ayında "Zenit" ilə 3 illik peşəkar müqavilə imzalayıb. 26 oktyabr 2014-cü ildə "Zenit" ilə "Mordoviya" komandaları arasında oynanılan görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas heyətdə debüt etmiş olub. Əsas komandadan savayı Ramil klubun ikinci komandasının heyətində də çıxış edib. 2014-15 Milli Futbol liqa birinciliyində 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu olub.7 avqust 2015-ci ildə Kazanın "Rubin" komandasına icarəyə verilib. 5 iyul 2016-cı ildə "Zenit" ilə olan müqaviləsinin müddəti başa çatıb. Azad agent statusunda olan futbolçu 12 iyul 2016-cı ildə Türkiyənin "Trabzonspor" klubuna transfer olunub.
Rəfail Şeydayev
Rəfail İldam oğlu Şeydayev (1 avqust 2000, Xaltan, Quba rayonu – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəfail İldam oğlu Şeydayev 1 avqust 2000-ci ildə Quba rayonunun Nütəh kəndində anadan olub. == Hərbi xidməti == Rəfail Şeydayev 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 7 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail Şeydayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail Şeydayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail Şeydayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sədaqət Cabbari
Sədaqət Cabbari — Müasir xəttat və qrafik dizayneri. Tehran universitetinin gözəl sənətlər fakültəsindən incəsənət tədqiqatı sahəsində təhsil alıb. == Mənbə == http://www.visualarts.ir/htmls/news15229182583.php Arxivləşdirilib 2013-04-24 at the Wayback Machine http://www.tajasomi.ir/Default.aspx?page=867 Arxivləşdirilib 2009-12-17 at the Wayback Machine Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.
Sədaqət Hüseynova
Sədaqət Hüseynova — Tibb elmləri doktoru, professor, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki Neyrofizioligiya Laboratoriyasının rəhbəri. == Həyatı == 1960-cı ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur. Atası Hüseynov Qənbər Qənbər oğlu el arasında çox sevilən həkim-cerrah ve alim olmuşdur. 1967–1977-cil ildə Bakı şəhəri, 190 saylı Qırmızı Əmək Bayrağı ordenli məktəbi bitirmişdir . 1977–1983-cü ildə Azərbaycan Dövlət Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir (Fərqlənmə diplomu ilə). == Elmi-Tibbi fəaliyyəti == 1983–1984 Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Həkim-interna 1985–1988 Fərdi Təqaüdçülər Poliklinikası, Həkim-psixoterapevt 1988–1991 Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Aspirant (Sinir xəstəlikləri şöbəsi) 1991 Ümumittifaq Tibbi Reabilitasiya və Fiziki Terapiya Elmi Mərkəzində (Moskva) t. e. n. alimlik dərəcəsi almaq üçün "Decimetr diapazonlu elektromaqnit sahəsinin və qətransızlaşdırılmış naftalanın bazu-kürək periartrozunun müalicəsində tətbiqi" mövzusunda dissertasiyanın müdafiəsi 1991–1994 Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri namizədi, kiçik elmi işçi 1994–1999 Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri namizədi, böyük elmi işçi 2004 "Periferik sinir sisteminin odlu silah yaralanması olan xəstələrin bərpa müalicəsində fiziki faktorların (impulslu cərəyanlar və naftalanoterapiya) tətbiqi" mövzusunda doktorluq dissertasiyasının müdafiəsi (Qarabağ müharibəsinin materialları əsasında) 1999–2007 Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri doktoru, aparıcı elmi işçi 2007-ci ildən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-Neyrofiziologiya Laboratotiyası , rəhbər === Elmi əsərləri: === 200-den çox dərc olunmuş elmi əsər, o cümlədən 6 ixtira və səmərələşdirici təklifi var. === Kadrlarla iş === 4 nəfər tibb üzrə fəlsəfə doktorunun hazırlanması === Beynəlxalq üzvlüklər === Ümumdünya Ağrı Cəmiyyəti, Ümumdünya Nevroloqlar Federasiyası, Avropa Nevroloji Akademiyası (fərdi üzv), "Controversies on Neurology" (CONy) ümumdünya konqressində Azərbaycan üzrə Ambassador (2015-ci ildən) === Yerli üzvlüklər === Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun Elmi Şurası, Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın nevrologiya üzrə ixtisaslaşdırılmış Elmi Şurası, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası == Təltiflər == "İlin Həkimi" (2014) "İlin Ziyalısı" (2015) "Tərəqqi" medalı (2017) == İctimai fəaliyyəti == 2013 "Sağlam Həyat Naminə" İctimai Birliyi, təsisçi və sədr.
Sədaqət Kərimova
Sədaqət Qayınbəy qızı Kərimova (ləzg. Керимова Седакъет Къайинбеган руш; 30 may 1953, Qalacıq, Qusar rayonu) — ləzgi şairi, yazıçısı, bəstəkarı, rejissoru. == Həyatı == Sədaqət Kərimova 1953-cü ilin martın 30-da Qusarda anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. Hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S.Kərimova tələbəlik illərinin ilk günlərindən “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmışdır. Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində 17 il fasiləsiz çalışmışdır. Sonralar “Azərbaycan” qəzetində şöbə müdiri, “Günay” qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. S.Kərimova 1997-ci ildən üç dildə çıxan “Samur” qəzetinin baş redaktorudur. Həmin qəzeti öz vəsaiti ilə nəşr edir.
Sədaqət Maarif
Sədaqət Maarif — aktrisa. == Həyatı == Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Sədaqət Məmmədova
Sədaqət Maarif — aktrisa. == Həyatı == Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Sədaqət Nuriyeva
Sədaqət Məmmədağa qızı Nuriyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == 1988-ci ildə M.Əliyev adına ADİİ-nin "dram və kino aktyoru" fakültəsinə qəbul olunub, 1992-ci ildə həmin fakültəni bitirib. 1992-ci ildən Sumqayıt teatrında işləyir. 1996-cı ildən ATXİ-nın üzvüdür. Ailəlidir, iki övladı var. Sumqayıt teatrında 25 rol oynayıb. Onlardan:S.S.Axundov "Tamahkar" – Gülzar, A.Həsənoğlu "Yanmış evin nağılı" – Həlimə, F.Kərimzadə "Şah İsmayıl" – Taclıbəyim, Ş.Qəribli "Gəlin açıq danışaq" – telefonçu qız, katibə,şalvarlı qız, Ş.Qəribli "Sehrli açar" – Vüqar, F.Məmmədov "Anasının gül balası" -Eldar, R.Səməndər "Dərs"-Sevda, M.F.Axundov "Müsyö Jordan və Dərviş Məstəli şah" – Gülçöhrə, Şərəfnisə, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz" – Qəndab, Çiçək, A.Kamyu "Ağlasığmaz faciə" – Marta, A.Babayev "Kim nə deyər bizdə olan qeyrətə" – Jalə, C.Məmmədquluzadə "Danabaşlar" -Şərəf, M.Haqverdiyev " Fədakarlıq" – Gulya, İ.Məlikzadə " Gəl qohum olaq" – Minayə, Ə.Qiyas "Cəhənnəm ekspresi"- Sarışın və s. == Mükafatları == 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Sədaqət Qəhrəmanova
Qəhrəmanova Sədaqət Məmmədyar qızı — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur.1966-ci ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir 1968–1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir. 1973–1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır. Ailəlidir, 4 övladı var. == Əmək fəaliyyəti == Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1967–1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə 1970–1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri 1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı 1977–1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir. 1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. 1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur. 1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir. 1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur.
Sədaqət Ulduz
Sədaqət Fəyaz qızı Quluyeva (Sədaqət Ulduz; 24 aprel 1974, Sumqayıt) — Azərbaycan müğənnisi; == Həyatı == Sədaqət Ulduz 24 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəblə yanaşı musiqi məktəbinin qarmon sinfindən də məzun olmuşdur. Eyni zamanda musiqi, fortepiano və saz dərsləri də almışdır. Soltan Hacıbəyov adına Musiqi Texnikumunu bitirmişdir. 1995-ci ildən etibarən "Unison" qrupu ilə addımlar atmağa başlamışdır. Daha sonra peşəkar səhnədə performans sərgiləməklə televiziya proqramlarında da çıxışlar etmişdir. O, yeni kliplər çəkmiş, mahnılar oxumuş və bunlarla yanaşı Space TV-nin "Onda Başladıq" adlı televiziya proqramının aparıcısı kimi də fəaliyyət göstərmişdir. Sədaqət Ulduz əvvəllər Azərbaycan Dövlət Muğam Teatrında solist kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında solist kimi fəaliyyət göstərir. == Mükafatları == Altı yaşında Moskvada keçirilən Ümumittifaq festivalın mükafatını almışdır.
Sədaqət Verdiyeva
Sədaqət Mirzə qızı Verdiyeva (14 mart 1928, Füzuli, Samux rayonu) — pambıqçı. Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Sədaqət Mirzə qızı Verdiyeva 14 mart 1928-ci ildə keçmiş Xanlar rayonunun Füzuli kəndində anadan olub. 1947-ci ildə «Qırmızı Oktyabr» kolxozunda yüksək əmək göstəricilərinə nail olmuşdur. İttifaq əhəmiyyətli fərdi pensiyaçıdır. == Haqqında yazılanlar == Mir Cəlal. Qəhrəman qız: [Sosialist Əməyi Qəhrəmanı, komsomolçu Sədaqət Verdiyeva haqqında] //Pioner.- 1948.- No 10.- S.10-11.
Sədaqət Vəliyeva
Sədaqət Vəliyeva (23 dekabr 1954, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri. == Həyatı == Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb. 1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997–2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib.
Sədaqət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. == Həyatı == Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Sədaqət Əliyeva
Sədaqət Əliyeva (d. 10 oktyabr 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2013), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent, "Mədəniyyət dünyası" və "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri" adlı məcmuələrin redaktoru. == Həyatı == Sədaqət Ağasəfər qızı Əliyeva 10 oktyabr 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var. == Təhsili == Bakı şəhər 190 saylı orta məktəbdə (1971–1981) təhsil alıb. 1985-ci ildə M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə "6219.01 — Kulturologiya və onun ümumi məsələləri" ixtisas şifrində Kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2011-ci ildə isə ADMİU-da "dosent" elmi adına layiq görülmüşdür. 2012-ci ildə ADMİU-nun doktoranturasına daxil olmuşdur; "Mədəniyyətdə qadın problemi: tədqiqatların istiqaməti və problematikası" mövzusunda elmi araşdırma üzərində çalışır. == Elmi və pedaqoji fəaliyyəti == 1985-ci ildən gənc mütəxəssis kimi M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) Mədəni-maarif işi kafedrasında baş laborant, saathesabı müəllim kimi iş fəaliyyətinə başlayıb.
Səfayət Hümbətov
Səfayət Ələddin oğlu Hümbətov (17 fevral 1987, Yeni Daşkənd, Bərdə rayonu – 28 sentyabr 2020, Tərtər rayonu) — Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfayət Hümbətov 17 fevral 1987-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.1994-cü ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsil almağa başlamış, 2005-ci ildə orta məktəbi bitirmişdir. 2005-ci ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağırılmış, 2007-ci ildə hərbi xidmətini başa vurmuşdur. 5 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçusu kimi xidmətə başlamışdır. 28 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Tap Qaraqoyunlu istiqamətində şəhid olmuş, 29 sentyabr 2020-ci ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur. == Ailəsi == Ailəli idi, iki övladı var.
Yüksək Sədaqət
Yüksek Sadakat — Türkiyənin rok qrupudur. Onların musiqi alternativi rok musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Kenan Vural, Kutlu Özmakinacı, Sərkan Özgən, Uğur Onatkut, Alpay Şalt ibarətdir. Kenan Vural qrupun solistidir. TRT Türkiyəni “Eurovision”da “Yüksek Sadakat” Live It Up (Həyatını yaşa) adlı mahnı ilə təmsil etdi. Türkiyəni 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi amma yarım finaldan keçə bilmədi.
Şəfayət Mehdiyev
Mehdiyev Şəfayət Fərhad oğlu (15 dekabr 1910, İran – 15 dekabr 1993, Bakı) — Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor. == Həyatı == Şəfaət Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olmuşdur. Neftin mənşəyinə, Azərbaycan geologiyası, tektonikası və neftli – qazlığına dair çoxsaylı monoqrafiyaların, xəritələrin, ali məktəblər üçün sanballı dərsliklərin müəllifidir. Şəfaət Mehdiyev 1910-cu il dekabr ayının 15-də İranın Sərab vilayətinin Şalqun kəndində dünyaya göz açmışdır. 4 yaşında atasını itirmiş, uşaqlığı Bakının Sabunçu qəsəbəsində keçmiş və orada birinci dərəcəli məktəbi bitirmişdir. Ailəni saxlamaq üçün o, oxumaqla yanaşı, həm də işləyirdi. 1930-cu ildə Ş.Mehdiyev M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fəkültəsinə daxil olur. Çalışqanlığı və dərin biliyi ilə tezliklə tələbə yoldaşlarının və müəllimlərinin diqqətini cəlb edir. 1932-ci ildə onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor P.P.Suşinskinin "Kristalloqrafiya kursu" kitabı nəşr olunur. Bu kitab 20-25 il ərzində respublika institutlarının Azərbaycan bölmələrində dərslik kimi istifadə edilir.
Sədaqət Qasımlı
Sədaqət Qasımlı — Türkoloq, filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Filologiya üzrə fəlsəfə doktoru dos. Sədaqət Ədürəhman qızı Qasımlı 1944-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1960-cı ildə Şəki şəhərinin 12 saylı orta məktəbini bitirərək, ADU-nun (indiki BDU) Şərqşünaslıq fakultəsinin Türk Filologiyası şöbəsinə daxil olmuş, 1965-ci ildə bitirmişdir. 1964-66-cı illərdə Azərbaycan EA. Əlyazmalar fondunda çalışaraq, 1967-ci ildə Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Aspirantura şöbəsinə daxil olmuş və oranı bitirdikdən sonra İnstitutun türk filologiyası şöbəsində işə başlamış, baş laborantlıqdan elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1983-cü ildə akad. Həmid Araslının rəhbərliyi ilə “Haldun Tanerin bədii nəsri” adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi dərəcəsini almışdır. Eyni adlı kitabı 1994-cü ildə çap etdirmişdir. == Fəaliyyəti == O, türkiyə ədəbiyyatı nümunələrini Azərbaycanda yaymaq məqsədi ilə tərcümələr də etmişdir. 2005-ci ildə İsmət Bozdağın “Lətifə xanım Atatürkün həyat yoldaşı”, 2007-ci ildə Haldun Taner Hekayələr” və 2007-2008-ci illərdə qədim türk dastanı "Saltuknamə"nin I,II,III cildləri (B.Osmanova və E.Xəlilova ilə)çap olunmuşdur.