Səfər Elmar oğlu Həsənov (18 sentyabr 2001; Neftçala, Azərbaycan — 11 noyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Səfər Həsənov | |
---|---|
Səfər Elmar oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xıllı, Neftçala, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Buzovna Şəhidlər Xiyabanı |
Dəfn tarixi | 21.11.2020 |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Elmar |
Anası | Şəlalə |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Səfər Həsənov 2001-ci il sentyabrın 18-də Neftçala rayonunun Xıllı qəsəbəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar bir müddət Bakı şəhərinin Buzovna qəsəbəsinə köçməli olublar. Səfər Buzovnadakı 26 nömrəli orta məktəbdə oxuyub, sonra iki il rəssamlıq üzrə təhsilini davam etdirib. Binə qəsəbəsində yerləşən texniki peşə məktəbində dekorativ rəssamlıq sənətinə yiyələnib.[2] 2019 cu il əsgərliyə getdi, ilk olaraq Goranboy, Bərdə üzrə xidmət etdi. Sonradan Mingəcevir rayonunda Səfərə xüsusi snayperçilik kursu keçirilib. Əl qabiliyyəti yaxşı olduğundan ordakı bir çox xəritələridə Səfər çəkmişdi. Müharibə zamanı Səfər Suqovuşanda Ağdərə istiqamətində Qəhramancasına döyüşüb. [3]
Səfər Həsənov 2019-cu il oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonu ərazisində xidmət edib. Daha sonra hərbi xidmətini Tərtər rayonunda N saylı hərbi hissədə davam etdirən Səfərin atıcılıq bacarığı qiymətləndirilib və Mingəçevir şəhərində xüsusi snayper təlimlərinə cəlb olunub. O, sərrast nişançı kimi fərqlənib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Musa Həsənov Ağdərə Madagizin azad edilməsində savaşıb. Səfər Həsənov noyabrın 11-də Suqovuşan istiqamətində 530 m yüksəklikdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub. Buzovna şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfər Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səfər Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səfər Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]