Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sənət
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Monumental sənət
Monumental sənət — əzəməti və mühüm ideya məzmunu ilə fərqlənən, möhtəşəm və ümumiləşdirilmiş formalarda ifadə olunan plastik sənət növü. Monumental sənətə xatirə abidələri, binaların heykəltaraşlıq, boyakarlıq və mozaika bəzəkləri, vitrajlar, şəhər və park heykəltaraşlığı, fəvvarələr və s. daxildir (bəzən memarlıq əsərləri də monumental sənətə aid edilir). Monumental sənət vacib dövlət məsələlərinə, mühüm ictimai ideyaların geniş kütlə arasında təbliğinə və yayılmasına xidmət edir. Monumental sənət antaqonist sinifli cəmiyyətdə hakim ideologiyanı təcəssüm etdirir, realist incəsətin yüksəlişi dövründə qabaqcıl. demokratik və humanist ideyaların ifadəsinə çevrilir. Monumental sənətin ilk nümunələri ibtidai cəmiyyətdə yaranmışdır. Menhirlərdə, dini heykəllərdə və qaya rəsmlərində təbiət qüvvələrinin əzəməti haqqında ibtidai insanın təsəvvürləri təcəssüm olunmuş, onun əmək vərdişləri öz əksini tapmışdır. Qədim Misirdə monumental sənət ictimai quruluşun sarsılmazlığı fikrinin möhkəmlənməsinə və hökmdarların şəxsiyyətinin ilahiləşdirilməsinə xidmət edirdi (Cizədə Böyük Sfinks heykəli). Qədim Yunanıstanda quldarlıq demokratiyasının yüksəlişi dövründə insan gözəlliyinə və ləyaqətinə inam hissləri ilə aşılanmış monumental sənət əsərləri yaradılmışdı (Afina Parfenonunun heykəltaraşlıq bəzəkləri).
Rəqəmsal sənət
Rəqəmsal sənət yaradıcılıq və ya təqdimat prosesinin bir hissəsi kimi rəqəmsal texnologiyadan istifadə edən bədii əsər və ya təcrübədir. 1960-cı illərdən kompüter sənəti və multimedia sənəti də daxil olmaqla prosesi təsvir etmək üçün müxtəlif adlar istifadə edilmişdir. Bəzi ilkin müqavimətdən sonra rəqəmsal texnologiyanın təsiri rəsm, ədəbiyyat, heykəltaraşlıq və musiqi/səs sənəti kimi fəaliyyətləri dəyişdirdi, eyni zamanda şəbəkə sənəti, rəqəmsal quraşdırma sənəti və virtual reallıq kimi yeni formalar çevrildi. Daha ümumi şəkildə rəqəmsal rəssam termini incəsənət istehsalında rəqəmsal texnologiyalardan istifadə edən rəssamı təsvir etmək üçün istifadə olunur. Geniş mənada "rəqəmsal sənət" kütləvi istehsal və ya rəqəmsal media üsullarından istifadə edən müasir incəsənətdir. Rəqəmsal sənət üsulları reklamlarda əsas media tərəfindən və vizual effektlər yaratmaq üçün film istehsalçıları tərəfindən geniş şəkildə istifadə olunur. Masaüstü nəşriyyat daha çox qrafik dizaynla əlaqəli olsa da, nəşriyyat dünyasına böyük təsir göstərmişdir. Həm rəqəmsal, həm də ənənəvi rəssamlar işlərini yaratmaq üçün bir çox elektron məlumat və proqram mənbələrindən istifadə edirlər. Vizual və musiqi sənətləri arasındakı paralelləri nəzərə alaraq, rəqəmsal vizual sənətin dəyərinin ümumi qəbulunun son üç onillikdə elektron şəkildə istehsal olunan musiqinin qəbulunun artması ilə eyni şəkildə inkişaf etməsi mümkündür.
Sənət hərəkatı
Sənət hərəkatı və ya incəsənət hərəkatı — müəyyən bir zaman müddətində (adətən bir neçə ay, il və ya onilliklər) və ya heç olmasa, qürur çağında bir qrup rəssamın ardınca gələn, müəyyən bir ümumi fəlsəfə və ya məqsəd daşıyan sənətdəki meyl və ya üslubdur. Hər bir ardıcıl hərəkətin yeni avanqard hərəkatı kimi qəbul edildiyi müasir incəsənətdə bədii cərəyanlar xüsusi əhəmiyyət kəsb edirdi.
Sənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Səqit (Arxangel)
Səqit (başq. Сәғит, rus. Сагитово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 30 km, kənd sovetliyindən (Şakir): 3 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (73%) üstünlük təşkil edir.
Təsviri sənət
Təsviri sənət — incəsənətin bir növüdür. Dekorativ və ya tətbiqi sənətlərdən fərqli olaraq, əsasən estetik və ya gözəllik üçün hazırlanmış bir sənətdir, bu da saxsı qablar və ya metal işlənməsi kimi bəzi praktik funksiyaları yerinə yetirməlidir. İtalyan intibahı dövründə inkişaf etdirilən estetik nəzəriyyələrdə sənətkarın, məsələn, çaydanın istehsalı və bəzədilməsi ilə əlaqəli heç bir praktik mülahizələrlə məhdudlaşmadan təxəyyülünü tam ifadə etməyə və göstərməsinə imkan verən ən yüksək sənət hesab olunurdu. Bir sənət əsərinin yaradılması, bir mebel parçası ilə lazım ola biləcəyi kimi, xüsusi bacarıqlara sahib fərqli insanlar arasında iş bölgüsünü əhatə etməməsi də vacib hesab edildi. Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir.Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı.Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur. Təsviri sənətə daxildir: rəsm qrafika boyakarlıq heykəltaraşlıq dekorativ tətbiqi sənət — bəzən memarlıq. Rəsm təsvirin əsasını təşkil еdir. Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini, mütitdə mövqеyini rəsm dilində əks еtdirir.Təsvirin həcmli, mühütin rеal görüntüsü üçün pеspеktiv və işıq-kölgə qanunlarına müraciət оlunur.Rəsm kоmpоzisiya ilə əlaqədardır.Kоmpоzisiya tablоnun ümumi quruluşu, ayrı- hissələrin əlaqəsi və оnların bir-birinə uyarlığı dеməkdir. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə.
Abbas Səhət
Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi. == Həyatı == Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.
Dekorativ Tətbiqi Sənət
== Dekorativ — tətbiqi sənət == bu sənətə el arasında "xalq sənəti" də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır. Dekorativ -tətbiqi sənət, həmçinin bədii sənətin müxtəlif növlərini əhatə edir. Onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. == Xalçaçılıq == Azərbaycan xalçaçılıq sənəti — bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çoxəsrlik ənənələri olan ən maraqlı sənətdən biridir. Azərbaycanda Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri olub. == Batik == Qədim sənət növü olub, kəlağayı mənasını verir. Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna "çarqat" da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur.
Milli Sənət Qalereyası
Milli Sənət Qalereyası (ing. National Gallery of Art) - ABŞ-nin Vaşinqton şəhərində yerləşən muzey, rəsm qalereyası. Milli Sənət Qalereyasının indiki direktoru Erl Poveldir. MSQ-nin binası 1938-ci ildə ABŞ Konqresi tərəfindən inşa edilmişdir. 1940-cı ildən etibarən Milli Sənət Qalereyasına dünyanın müxtəlif yerlərindən dəyərli tarixi abidələr, heykəllər və rəsm əsərləri gətirilməyə başlandı. Andrey Mellonun şəxsi kolleksiyasını muzeyə bağışlaması MSQ-nin arxivini daha da zənginləşdirmişdir. Hal-hazırda Milli Sənət Qalereyasında 2000-dən çox heykəl, rəsm əsəri, dekorativ sənət əsərləri saxlanılır.
Ontario sənət qalereyası
Ontario İncəsənət Qalereyası (ing. Art Gallery of Ontario) – Torontoda muzey, 45 min kv. metrlik sərgi sahəsi ilə Şimali Amerikada ən iri bədii muzeylərdən biridir. Muzeydə kolleksiyalar üç bölməyə ayrılır: Kanada incəsənəti, Avropa incəsənəti və Henri Murun heykəltəraşlıq əsərləri. Ontario bədii qalereyasının əsası 1900-cü ildə Toronto bədii muzeyi adı ilə yaranmışdır. 1919-cu ildə muzeyin adı dəyişdirilərək Toronto bədii qalereyası adlandırılmışdır. 1966-cı iədən muzey indiki adını almışdır. Muzeydə hazırda 68 mindən çox eksponat nümayiş etdirilir. Avropa incəsənəti bölməsində Rembrantın, Kiçik Piter Breyqelin, Tintorettonun, Frans Xalsın, Van Qoqun, Klod Monenin, Pol Qoqenin, Edqar Deqanın, Renuarın və Pikassonun da əsərlər də vardır.
Təsviri sənət muzeyi
Təsviri Sənət Muzeyi (fr. Musée des Beaux-Arts; alm.
Liberal sənət təhsili
Liberal incəsənət təhsili ( latınca Şablon:Wikt-lang "azad" və Şablon:Wikt-lang "sənət və ya prinsipial təcrübə") Qərb ali təhsilində ənənəvi akademik kursdur. Liberal incəsənət incəsənət terminini konkret olaraq təsviri sənətdən daha çox öyrənilmiş bacarıq mənasında götürür. Liberal sənət təhsili liberal sənət dərəcəsi kursunda təhsilə və ya daha çox universitet təhsilinə istinad edə bilər. Belə bir təhsil kursu əsasən peşə, peşəkar və ya texniki, eləcə də dini əsaslı kurslarla ziddiyyət təşkil edir. Təhsil kurikulumu üçün “liberal incəsənət” termini Qərbdə klassik antik dövrə aiddir, lakin mənasını xeyli dəyişmiş, əsasən onu genişləndirmişdir. Qədim və orta əsrlər mənasında yeddi mövzu ritorika, qrammatika və məntiq triviumuna və astronomiyanın kvadriviumuna (çox vaxt daha çox astrologiya ), riyaziyyat, həndəsə və musiqiyə bölündü. Termin müasir mənası adətən bütün təbiət elmlərini, formal elmləri, ictimai elmləri, incəsənəti və humanitar elmləri əhatə edir.
Neon Sənət Muzeyi
Neon Sənət Muzeyi və ya "Farhouse" neon ev-muzeyi – Azərbaycanın Novxanı kəndinə yerləşən neon muzeyi. Azərbaycanda yerləşən ilk və yeganə belə muzeydir. Neon Sənət Muzeyi Azərbaycanın ən tanınmış neon sənətçilərindən biri olan Fərid Ələkbərov tərəfindən 2015-ci ildə yaradılmışdır. Muzey kimi rəsmi fəaliyyətinə 2022-ci ilin yanvarında başlamışdır. Muzey hazırlanarkən fenşuy fəlsəfəsindən istifadə olunmuşdur. Fərid Ələkbərov muzeyi yaratmaq üçün 7 il vaxt sərf etmişdir. Muzeyi yaratmaq ideyası Laplandiyada olanda şimal işıqlarını görəndə yaranmışdır. Rəssamın məkan kimi Novxanı kəndini seçməsinin səbəbi dənizə yaxınlığı olub. Belə ki, rəssam uşaqlıqdan "bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub". Fərid Ələkbərov elə burada yaşayır.
Dünya Erotik Sənət Muzeyi
Dünya Erotik Sənət Muzeyi (ing. The World Erotic Art Museum) — ABŞ-nin Florida ştatının Mayami Biç şəhərində yerləşən muzey. Muzeyin sahibi Naomi Vilziqdir. == Tarixi == Daha əvvəldən gəzinti sərgilərlə xidmət edən muzey 2005-ci ildən Florida ştatında daimi bir məkana sahib olmuşdur. == Eksponatları == Bu muzeyin dünyanın ən böyük erotik sənət kolleksiyasına sahibdir.
Mixailov Sənət Məktəbinin binası
Mixailov sənət məktəbinin binası - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrə aid tikilidir. Hazırda bu tikilidən inzibati bina kimi istifadə olunur. Ünvan: Ozan küçəsi, 6.
Novcadeh-i Sədət (Bostanabad)
Novcadeh-i Sədət (fars. نوجه ده سادات‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1.918 nəfər yaşayır (431 ailə).
Təsviri sənət muzeyi (Boston)
İncəsənət Muzeyi Bostonda (ing. The Museum of Fine Arts; qıs. MFA) — ABŞın ən böyük sənət muzeylərindən biri. 1870-ci ildə əsası qoyulub. Naqoya, Yaponiya da filialı yerləşir. Muzeyin ən böyük kolleksiyası Şimali və Cənubi Amerikada ikincidir, muzey direktoru isə Malkolm Rodjersdir (ing. Malcolm Rogers). Muzey 1876-cı ildə Con Sturqis tərəfindən hazırlanan Kapli meydanında neoqotik binasında açılmışdır. Kolleksiya Boston ateney kolleksiyasına əsaslanırdı. Muzeyin memarı Qay Louell tərəfindən inşa edilən Huntinqton prospektindəki (ing.
Təsviri sənət muzeyi (Gent)
Təsviri sənət muzeyi Gent şəhərində (nid. Museum voor Schone Kunsten, qıs.MSK) — Gent şəhərinin şərq hissəsində sənət muzeyi. Gent İncəsənət Muzeyi 1798-ci ildə təsis edilib, müasir Belçika ərazisində ilk muzeylərdən biridir . Orta əsrlərdən XX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edən mənzərəli kolleksiyanın müxtəlifliyi ilə məşhurdur . Muzeydə konfrans zalı, kitabxana, və kafe yerləşir. "Müqəddəs İeronim dua edərkən" " İeronim Bosx "Xaç aparma" İeronim Bosx "Covanni Paolo portreti." Tintoretto 1561 "Kleptomanın portreti" Teodor Jeriko 1820 Vikianbarda İncəsənət Muzeyi ilə əlaqəli mediafayllar var.
Təsviri sənət muzeyi (Hyuston)
Təsviri sənət muzeyi (ing. Museum of Fine Arts, Houston, qısaca MFAH) Hyustonda — ABŞ-də və Texasın ən böyük sənət muzeylərindən biri. Muzeyin daimi kolleksiyası 6 min ildən çox tarixi əhatə edir və 63 mindən çox eksponatı əhatə edir. Avropa rəsmlərinin XV-XVI əsrlər kolleksiyası belə rəssamların əsərləri ilə təmsil olunur Roqir van der Veyden ("Madonna Uşaq ilə", 1454 sonra), Hans Memlinq («Yaşlı qadının portreti», 1468—1470), Sandro Bottiçelli («Körpə Məsihə sitayiş», təxminən 1500), Bartolomeo Veneto («Kişi portreti», 1512, və «Qadın portreti», 1520-е), Sebastyano del Pyombo («Anton Françesko», 1525), Birinci Lukas Kranax («Lukresinin özünə qəsdi», 1529), Yakopo Bassano və İkinci Françesko Bassano («Məsih Məryəmin, Martanın və Lazaryanın evində», 1576—1577), Domeniko Tintoretto («rus. Танкред, обращающий Клоринду в христианство», təxminən 1586—1600) и другие.
Təsviri sənət muzeyi (Nant)
Təsviri sənət muzeyi (fr. Musée d'arts de Nantes) — Nant şəhərində yerləşən İncəsənət Muzeyi. Ölkənin ən böyük beş regional muzeylərindən biridir. 1804-cü ildə açılıb. Muzeyin kolleksiyaları 12-ci əsrin sonundan 19-cu əsrin sonuna qədər olan dövrləri əks etdirən heykəllər və rəsmlərdən ibarətdir. Birinci mərtəbə, əsasən, 1950-1960-cı illərdə rəssamların yaradıcılığına xüsusi diqqət yetirərək Fransanın müasir incəsənətinə həsr olunub. Digər mərtəbələrdə İtalyan primitivistlərinin, impressionistlərin və müasir ustaların, xüsusən Vasili Kandinskinin əsərləri var.
125 yaşlı sənət məbədi
125 yaşlı sənət məbədi — qısametrajlı sənədli televiziya filmi rejissor Faiq Abbasoğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. == Məzmun == Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir. Filmdə teatrın tarixindən, burada çalışan teatr xadimlərindən bəhs olunur.
Təsviri Sənət Akademiyası (Fransa)
Təsviri Sənət Akademiyası — Fransa İnstitutunun tərkibindəki beş akademiyadan biri. 1816-cı ildən mövcuddur; 1803-cü ildə birləşən XVII əsrdə yaranan Rəssamlıq və Heykəltəraşlıq Akademiyası, Musiqi Akademiyası və Memarlıq Akademiyasından yaradılmışdır. Akademiya 1816-cı ildə Parisdə Académie de peinture et de sculpture (Rəsm və Heykəltəraşlıq Akademiyası, 1648-ci ildə yaradılmışdır), Académie de Musique (Musiqi Akademiyası, 1669-cu ildə yaradılmışdır) və Akademiya d'arxitekturasının birləşməsi kimi yaradılmışdır . Memarlıq Akademiyası, 1671-ci ildə yaradılmışdır). Hal-hazırda, Təsviri Sənət Akademiyası beş xüsusi mükafat daxil olmaqla bir neçə mükafat təqdim edir. Xor oxumağa görə Liliane Bettencourt mükafatı Simone və Cino Del Duca Fondunun Musiqi Mükafatı Dizayn üzrə Pierre Cardin mükafatı Fransua-Viktor Nouri mükafatı Fond Pyer Gianadda Mükafatı Əvvəllər Akademiya libretto və ya musiqi kompozisiyasında mükəmməlliyə görə Prix Rossini mükafatını vermişdi . Multidissiplinarlıq anlayışı ətrafında qurulan Academie des Beaux-Arts doqquz bədii bölmə daxilində altmış üç üzvü, on altı xarici assosiativ üzvü və altmış üç müxbir üzvü birləşdirir.
Təsviri Sənət Muzeyi (İraklion)
İraklion Təsviri sənət Muzeyi (yun. Μουσείο Εικαστικών Τεχνών Ηρακλείου) — Yunanıstanda, Krit adasında yerləşən İraklion şəhərində müasir təsviri sənət muzeyi. İraklion Təsviri sənət Muzeyi 2000-ci ildə yaradılmışdır. Muzey Venizelos meydanı yaxınlığındakı Nimfon küçəsində keçmiş müqəddəs Mark kilsəsində təşkil olunmuşdur. Muzeydə Krit adasının məşhur tarixi və müasir incəsənətini əks etdirən sənət əsərlərinin kolleksiyası toplanmışdır. Bu eksponatların nümayişi ilə yanaşı, muzeydə müxtəlif musiqi kollektivlərinin konsertləri təşkil olunur, nəşriyyat işi aparılır, seminar və konfranslar keçirilir.
Valensiya Təsviri Sənət Muzeyi
Təsviri sənət muzeyi — Valensiya şəhərində (isp. Museo de Bellas Artes de Valencia) — İspaniyada ən zəngin rəsm əsərlərindən birinə sahib incəsənət muzeyi. Muzey köhnə Turia çayının, parkın kənarında yerləşir. Müqəddəs Pius adlı 5-ci Katolik Kollecinin qədim binasıdır. Bina iki tarixi hissədən ibarətdir - əsl kollec və kilsə. Binanın kvadrat fasadları iki qüllələ bəzədilib, binanın köşeleri rustikdir, tavanı kütləvi vaza və toplarla bəzədilmiş, möhkəm bir balyustrada ilə taclanıb. Kilidin yarımdöşməli qübbəsi mavi keramika plitələrlə bəzədilmişdir və daha kiçik bir qübbə ilə yüksək tamburla taclanıb. Muzey İspan Vətəndaş müharibəsindən sonra bu binada yerləşdirilib, binanın hərbi bir xəstəxana olaraq istifadə edildiyi də bilinir. Muzeyin köhnə binası müharibə zamanı zərər gördü. Muzeyin daha sonra direktoru González Martí olmuşdur.
Senet
Senet, (ing. senet, bəzən senat) — Qədim Misir masaüstü oyun. Bizim eradan 3.500 il əvvəl icad edildiyi ehtimal edilir. Rəvayətlərdə və "Qədim Misir ölülər kitabı"nda adı çəkilir. Bildirilir ki, Qədim Misir bilik tanrısı Tot tərəfindən yaradılıb.
Seqed
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.
Şəfqət
Şəfqət — lüğətlərdə "acıyaraq və ya qoruyaraq sevmə, mehribanlıq" olaraq qeyd olunur. Kökündə sevgi, mərhəmət və kömək duyğularının olduğu şəfqət müxtəlif fəlsəfi görüşlərdə və inanc sistemlərində fərqli anlayışlarla dilə gətirilsə də hamısında da müsbət bir duyğu və davranış forması olaraq dilə gətirilmişdir.
Andrey Seqeç
Andrey Seqeç (24 may 1994, Zvоlеn) — Slovakiyalı xizək yürüşçüsü. Andrey Seqeç Slovakiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andrey Seqeç birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Seqeç 3:24.84 saniyəlik nəticəsi ilə 80 atlet arasında 56-cı yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Cəfər Şəfqət
Cəfər Şəfqət (1915, Təbriz – 3 fevral 2001 və ya 2000, Nitsa) — İranın Pəhləvilər dönəmində xidmət etmiş (1978–1979) Azərbaycan əsilli müdafiə naziri, ordu generalı və Pəhləvi hakimiyyətində Şərqi Azərbaycan ostanının sonuncu ostandarı. == Həyatı == Cəfər Şəfqət 1915-ci ildə Təbriz şəhərində Azərbaycanlı ailəsində anadan olub. İlk və orta məktəbləri bitirdikdən sonra dayısı Məhəmməd-Hüseyn Damavandi'nin köməkliyi ilə 1933-cü (hicri 1312-ci) ildə İran Zabitlər Kollecinə daxil olub. Burada o iki illik kursları bitirdindən sonra 1935-ci (hicri 1314-cü) ildə zabit rütbəsi alıb. Sonra o Şah Qvardiyasında xidmət edib və nəticədə Şah Qqvardiyasında bölük komandiri kimi kapitan rütbəsinə layiq görülüb. Sonra o 1950-ci ilə qədər həmin Qvardiyada 1-ci Divizion komandiri təyin olunub və ona polkovnik rütbəsi verilib. O 1950-ci (hicri 1329-cu) ildə hərbi təhsilini davam etdirmək üçün Fransaya göndərilib, orada adətən "Saint-Maixent" adlanan Həqiqi Xidmətdə olan Baş Zabitlər üçün Milli Məktəblə (L'ecole Nationale des Sous-officiers d'active) birgə təşkil edilərək, kiçik və baş zabitlər üçün nəzərdə tutulmuş "Tətbiqi Piyada Qoşun Məktəbi"ndə (L'École d'Application de l'Infanterie (EAI)) təhsil almış və həmin məktəbdən 1953-cü (hicri 1332-ci) ildə məzun olmuşdur. Bundan sonra onun İrana geri qayıtması Mossadıq dönəminə təsadüf etmiş, sonra o bir daha Fransaya gedərək Ali Cəng Məktəbinin 70-ci məzun qrupunda (École supérieure de guerre as part of the 70th group of graduate) təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Cəfər Şəfqət Urmu Siviziyasının, sonra isə Təbriz Diviziyasının komandırı vəzifələrində çalışıb. Vundan sonra o, İran Silahlı Qüvvələrinin bir hissəsi olan İkinci Ordunun qərargah rəisi müavini, sonra qərargah rəisi və nəhayət komandiri vəzifələrinə təyin edilib.
Səqez şəhristanı
Saqqız şəhristanı- İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Saqqız şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 205,250 nəfər və 45,909 ailədən ibarət idi.
Səğit (Xaybulla)
Səğit (başq. Сәғит) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Səğit kəndinin milli tərkibi: başqırdlar 100 % Məsafələr: rayon mərkəzindən (Akyar): 30 km., kənd sovetliyindən (Makan): 18 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 88 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Şəfqət Təpə
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Şerif El-Saqet
Şerif El-Saqet (22 yanvar 1970) — Misiri təmsil edən stolüstü tennisçi. Şerif El-Saqet Misiri 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci pillənin sahibi olub.
Meget (Fileyin oğlu)
Meget (q.yun. Μέγης Φυλεΐδης) — qədim yunan mifologiyasında personaj. Filey və Evstioxinin oğlu olmuşdur. O, Exianadlar və Oksey adalarını idarə edirdi. Yelenanın nişanlısı olmuşdur. Dulixidən Troyaya 40 gəmi (və ya 60 ) gətirmişdir.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Ləqəb
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Məqtə
Məqtə — klassik poeziyada qəzəlin və qəsidənin son beyti. Məqtənin səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir: Qəzəl Qəsidə Beyt Mətlə Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Məsqət
Məsqət (tarixi ərazi)
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Rəqəm
Rəqəm və ya say — ədədləri yazmaq üçün istifadə edilən xüsusi işarə. 1202-ci ildə riyaziyyatçı Leonardo Pizano (Leonardo Pisano) ərəb rəqəmlərinin adını çəkir. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir. Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1–9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi "Okkult fəlsəfəsi" əsərində həmin rəqəmləri və onların mənasını verdi. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Səbəb
Səbəb
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Talmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Sənəb
Sənəb - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Sünət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Səadət
Səadət — qadın adı. Səadət Əliyeva — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. Səadət Təhmirazqızı — sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Yusifova — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Sədaqət
Sədaqət — qadın adı Sədaqət Maarif — aktrisa. Sədaqət Vəliyeva — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı Sədaqət Zülfüqarova — aktrisa.
Əsgər (qəzet)
"Əsgər" qəzeti — Azərbaycanda çap olunan ilk hərbi qəzetlərdən biri, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan qəzet. Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər" qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunmuşdur. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. "Əsgər" qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir. "Əsgər" qəzetinin ilk Baş redaktoru Rəfael Rzayev, Baş redaktorun müavini Təranə Məmmədova, məsul katibi Eldəniz Abbasov olmuşdur.
Dəvət-Qoç (qəzet)
Dəvət-Qoç (az.-əski. دعوت‎; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycan və erməni dillərində çıxan leqal bolşevik qəzeti. == Yarandığı tarix == Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi. "Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər.
Esege
Hecet
Hegel
Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770[…], Ştutqart, Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası – 14 noyabr 1831[…], Berlin, Prussiya, Almaniya ittifaqı) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir. Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir.
Heqat
Heqat (Hekat) qədim Misirdə tutum və ya həcm vahidi olub 4,8 litrə bərabərdir. Kəsir hissəsi Udjat gözü əsasında tərtib edilmişdir. Onun dörddə bir hissəsi - (göz bəbəyi) "Heqatı" adlanır. Das Heqat (auch Hekat) repräsentierte im Alten Ägypten als Hohlmaß die Menge von 4,8 Litern und entspricht zugleich zehn Henu. == İstinadlar == == Mənbələr == Rainer Hannig: Großes Handwörterbuch Ägyptisch-Deutsch : (2800 - 950 v. Chr.). von Zabern, Mainz 2006, ISBN 3-8053-1771-9, S. 1320. Wolfgang Helck: Kleines Lexikon der Ägyptologie, 1999 ISBN 3-447-04027-0 S. 179f.
Ləgər
Aşağı Ləgər