Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərdari xalçaları
Sərdari xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Əbdül Hüseyn Sərdari
Əbdül Hüseyn Sərdari Qacar (fars. عبدالحسین سرداری‎; 1914, Tehran – 1981, Nottinqem, Nottinqemşir[d]) – əslən azərbaycanlı olan İran diplomatı. İkinci dünya müharibəsi zamanı bir çox yəhudini Holokostdan xilas etdiyinə görə "İranlı Şindler" ləqəbi ilə tanınır. Paris konsulluğunun rəhbəri olmuşdur. İkinci dünya müharibəsi zamanı Paris nasistlər tərəfindən işğal olunandan sonra orada yaşayan İran yəhudilərin həyatı təhlükə altına düşmüşdü. Bunun qarşısını almaq üçün konsulluğun rəhbəri Əbdül Hüseyn Sərdari Qacar yəhudilərə İran pasportları paylayırdı. Bu, onların İran vətəndaşı kimi xilas olmaları demək idi. Çünki o zaman Almaniya ilə İran arasında nasistlərin heç bir İran vətəndaşına toxunmaması barədə razılaşma mövcud idi. Bu zaman Sərdari öz əlaqələrindən istifadə edərək, 2 mindən çox iranlı yəhudini xilas edə bildi. 1941-ci ildə SSRİ və Böyük Britaniya İrana hücum edən zaman Sərdarinin diplomatik fəaliyyəti üçün təhlükə yarandı.
Ağabala xan Sərdari-Əfxəm
Ağabala xan Sərdari-Əfxəm — Qacarlar dövlətinin daxili işlər naziri, Gilan əyalətinin valisi. == Həyatı == Əsl adı Mirzə Məhəmmədəli xandır. Moini-nizam ləqəbini daşıyırdı. Ağabala xan vəliəhd Müzəffərəddin mirzənin yanında tədricən inkişaf edərək 1883-cü ildə sərhəng (polkovnik), 1885-ci ildə isə mirpənc (general-leytenant) rütbələrinə yiyələnir. Ağabala xan 1891-ci ildə vəkilüddövlə ləqəbinə layiq görülür. Sənaye naziri və Topxana (artilleriya) rəisi Cahangir xan vəfat etdikdən sonra Ağabala xan onun vəzifələrinə sahib olur. Ağabala xan Sərdari-Əfxəm 1907-ci ildən sonra Gilan əyalətinə vali təyin olunmuşdu. 1909-cu ildə "Səttar xan adına komitə"nın fəalları Rəştdə üsyan qaldırdılar. Vali Sərdari-Əfxəm öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Əmir Əli Sərdari İrəvani
Əmir Əli Sərdari İrəvani (13 avqust 1974, Tehran) — Bəhmən xan Sərdari İrəvaninin oğlu və 7-ci nəsildə İrəvan Hüseynəli xanının nəsli və 6-cı nəsil İrəvanın Məhəmməd xandır. Sardari İravani ailəsinin əcdadları 1755–1805-ci illər arasında İrəvan xanlığını idarə etmişlər. İrəvanın Məhəmməd xan Qacar padşahına itaət etmədiyi üçün 1805-ci ildə Fətəli şah Qacar ​​tərəfindən tutuldu və Tehrana sürgün edildi. Məhəmməd xanın nəsilləri İranda yaşayırdılar. Bundan sonra onun nəsilləri və kral Qacar ​​ailəsi arasında çox sayda çarpaz nikahlar olmuşdur. Oğlu Məhəmmədhəsən xan Sərdar İrəvani Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı ilə evləndi. Məhəmməd xanın nəsilləri çox nüfuzlu və güclü şəxslər idi və Qacar ​​dövlətinin böyük hissələrini yerli qubernator kimi idarə edirdilər. Əhməd xan Müşir Hüzür Məhəmmədhəsən xan Sərdar İrəvaninin nəvəsi idi. Babasının titulunu seçdi və ailəsinə "Sərdari İrəvani" soyadını verdi. Əmir Əli Sərdari İrəvani Əhməd xanın büyük nəvəsi və Sərdari İrəvaninin sülaləsinin hazırkı rəhbəridir.
Səməd Sərdariniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Sərdar (SEPAH)
Sərdar (fars. سردار‎) – təxminən generala bərabər tutulan, İkinci Briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunda yüksək hərbi rütbəli zabitlər, İran İslam Respublikasının Hüquq-mühafizə Qüvvələrinin komandanları, köhnə hərbi və ya İslam İnqilabı Komitələrində, eləcə də İran İnqilabı Təşkilatı komandirləri üçün istifadə edilən yüksək hərbi fəxri ad. Sərdarların əksəriyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Komanda və Qərargah Universitetinin məzunlarıdır. İran İslam Respublikası Ordusunda istifadə olunan Əmir (və yaxud Timsar) rütbəsinə bərabər hesab olunur.
Sərdar (Türkmənistan)
Qızılarbat (sabiq adı Sərdar) — Türkmənistan Respublikasının Balkan vilayətində etrap tabeli şəhər.
Sərdar Abdullayev
Sərdar Süleyman oğlu Abdullayev (21 yanvar 1951, Yanşaq, Kəlbəcər rayonu) — azərbaycan əsilli Rusiya iş adamı, iqtisad elmləri doktoru, professor, İnformasiyalaşdırma Beynəlxalq Akademiyasının həqiqi üzvü, Azərbaycan "Tərəqqi" medalı laureatı. Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) "Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi" ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin Belıy şəhərinə göndərilib, orada Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində (PMK-2) mühəndis-mexanik, daha sonra baş mexanik vəzifələrində işləyib. 1977–1980-ci illərdə Sov. İKP Belski rayon komitəsinin təlimatçısı, 1980–1982-ci illərdə isə Kalinin vilayəti "Kalininmeliorasiya" İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsinin (PMK-2) rəisi olub. 1982-ci ildə S. Abdullayev Kalinin (indiki Tver) vilayətindəki "Kalininselstroy" İstehsalat Birliyində işə dəvət edilib, 1982–1986-cı illərdə orada 1316 №-li İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstənin (SPMK-1316) rəisi, sonra isə "Kalininselstroymexanizasiya" trestinin müdiri olub. 1986-cı ildən S. Abdullayev "Kalininqrajdanstroy" vilayət İstehsalat Birliyi rəisinin müavini, sonra rəisin birinci müavini vəzifəsində işləyib. Özünü yüksəkixtisaslı mütəxəssis və texniki cəhətdən savadlı rəhbər kimi tanıtmış S. Abdullayev 1991-ci ilin may ayından bu birliyin rəisi təyin edilib, 1993-cü ilin iyul ayından bu günə qədər "Tverqrajdanstroy" Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir. "Tverqrajdanstroy" şirkətinə S. Abdullayevin rəhbərlik etdiyi illər ərzində onun bilavasitə iştirakı ilə Tverdə və Tver vilayətində milyonlarla kvadratmetr mənzil sahəsi, sənaye və sosial əhəmiyyətli iri obyektlər istifadəyə verilib. Şirkətdə Rusiyanın və xarici ölkələrin — Almaniya, Kanada, Böyük Britaniya, Finlandiya və Türkiyənin inşaat firmaları ilə işgüzar əməkdaşlığa, onların köməyi ilə yeni texnologiyaların və inşaat materiallarının istehsalatda tətbiqinə xüsusi diqqət yetirilir.
Sərdar Amin
Sərdar İmaməddin oğlu Tağıyev və ya Sərdar Amin (4 yanvar 1988, Zərdabi, Quba rayonu) — azərbaycanlı yazıçı. Sərdar Amin 1988-ci il yanvarın 4-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ailəlidir. Bir qızı var. 2013-cü ildən Sərdar Amin imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir. RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib.
Sərdar Azmun
Sərdar Azmun (fars. سردار آزمون‎, 1 yanvar 1995, Günbədkavus, Mazandaran ostanı) — 1995-ci ildə İranının Günbədkavus şəhərində anadan olub. Rusiya milli futbol çempionatının yüksək liqasında çıxış edən Rubin Kazan klubunun hücumçusudur.
Sərdar Bayramov
Sərdar Bayramov (tam adı: Sərdar Bayram oğlu Bayramov; 10 may 1956, Azaflı, Tovuz rayonu) — azərbaycanlı alim, texnika elmləri namizədi, 11 ixtira və 31 elmi əsərin müəllifi, 6 konfrans iştirakçısı, "Neftqazelmitədqiqatlayihə" institutunun dosenti. Sərdar Bayram oğlu Bayramov 10 may 1956-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kəndində ziyalı ailəsində anadan olub. 1963-cü ildə Azaflı kənd 8 illik məktəbinin birinci sinfinə getmişdir. 1971-ci ildə Azaflı kənd 8 illik məktəbinin 8-ci sinfini bitirib, qonşu kənd olan Bayramlı kənd orta məktəbinin 9-cu sinfinə getmişdir. 1973-cü ildə Bayramlı kənd orta məktəbinin 10-cu sinfini bitirmidir. 1973–1974-cü illərdə Tovuz rayonu Qələbə şərabçılıq zavodunda fəhlə işləmişdir. 1974-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (M. Əzizbəyov adına Azərbaycan neft və kimya institutu) neft-mexanika fakültəsinin 05.08 – neft və qaz mədənlərinin maşın və avadanlığı ixtisasına girmiş və 1979-cu ildə həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir. 1979–1982-ci illərdə "Bakı fəhləsi" maşınqayırma zavodunda təyinatla gənc mütəxəssis kimi usta işləmişdir. 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istehsalatdan ayrılmaqla aspiranturasında təhsil almışdır. 1982–1991-ci illərdə həmin institutun "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" kafedrasında kiçik elmi işçi, 1991–1993-cü illərdə "Materiallar müqaviməti" kafedrasında böyük elmi işçi, 1993-cü ildə böyük laborant vəzifəsində işləmişdir.
Sərdar Berdiməhəmmədov
Sərdar Berdiməhəmmədov — (Serdar Gurbangulyýewiç Berdimuhamedow, Sərdar Qurbanqulu oğlu Berdiməhəmmədov; 22 sentyabr 1981, Aşqabad, SSRİ) — 19 mart 2022-ci ildən bəri vəzifəsini icra edən Türkmənistan Respublikasının 3-cü Prezidenti və hazırkı prezidenti. Berdiməhəmmədov əvvəllər atası, prezident Qurbanqulu Berdiməhəmmədov hökumətində bir sıra digər vəzifələrdə çalışıb. 2021-ci ildə o, Türkmənistan Respublikası Nazirlər Kabinetinin bir neçə sədr müavinindən biri olub. Nə azad, nə də ədalətli sayılan Türkmənistan prezident seçkiləri 2022-ci ildə Türkmənistan Respublikasında keçirilən prezident seçkilərində səslərin 73 faizini qazanaraq atasının 15 illik avtoritar prezidentlik dövründə uğur qazanıb. Serdar Berdiməhəmmədov 22 sentyabr 1981-ci ildə Aşqabadda anadan olub. 1987–1997-ci illərdə Aşqabad şəhər 43 saylı orta məktəbdə təhsil alıb. 1997–2001-ci illərdə Türkmənistan Kənd Təsərrüfatı Universitetində mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb. 2001-ci ilin iyul-noyabr aylarında Ərzaq Emalı Birliyinin Xarici İqtisadi Əlaqələr Müdirliyində çalışıb, sonra iki il müddətli həqiqi hərbi xidmət keçib. 2003–2008-ci illərdə yenidən Ərzaq Emalı Birliyində meyvə-tərəvəz şöbəsində və alkoqolsuz pivə və şərab şöbəsində işləyib. 2008–2011-ci illərdə Berdiməhəmmədov Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb və beynəlxalq əlaqələr üzrə diplom qazanıb.
Sərdar Cəlaloğlu
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Sərdar Denktaş
Sərdar Denktaş (türk. Serdar Denktaş) — Şimali Kipr Türk Respublikasında siyasətçi və dövlət xadimi. Demokrat Partiyasının lideri, 1990-cı ildən etibarən ŞKTR Məclisinin üzvü, 2014-2016-cı illərdə Xarici İşlər Naziri, 2016-2019-cu illərdə Baş nazirin müavini və maliyyə naziri. Şimali Kipr Türk Respublikasın qurucusu və ilk Prezidenti Rauf Denktaşın oğludur. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır. Sərdar Denktaş 1959-cu ildə qismən tanınan Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın ailəsində anadan olub. İngiltərədəki "London Printing Collec"də tipoqrafiya kursunu bitirdikdən sonra Kardiff Universitetinə iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Lakin təhsilini tamamlaya bilməmiş və Kiprə dönmüşdür. Tezliklə Kipr Kredit Bankının baş direktoru vəzifəsinə təyin edilmişdir. 1990-cı ildə parlament seçkilərində Serdar Denktaş Lefkoşa mandatı üçün Milli Birlik Partiyasından seçki siyahısına girmişdir.
Sərdar Dursun
Serdar Dursun (19 oktyabr 1991, Hamburq) — Türk futbolçu. Almaniyada yetişmişdir. Hücumçu mövqeyində oynayır. Super Liqa komandalarından biri olan Fənərbaxçada oynayır. Almaniyada Sakaryadan bir Türk işçi ailəsində anadan olan Serdar Dursun, "Concordia Hamburq" infrastrukturunda futbol oynamağa başladı. Daha sonra "Hannover 96" komandasına köçdü. Burada oynadıqdan sonra iki mövsüm sonra "Hannover 96 II" heyətinə daxil edildi. Hannover 96 II-də rəsmi debütü Regionalliga Süd-də 6 Avqust 2010-cu ildə "SC Freiburg II"-yə qarşı keçirdi. Buradakı ilk mövsümündə mütəmadi olaraq ilk on birdə yer alır və yaxşı çıxış edirdi. Liqanı 5 qol və 6 asistlə tamamlayan futbolçu, xüsusən də, Türkiyədən bir çox transfer təklifləri aldı.
Sərdar Fərəcov
Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru. Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir. 17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Opera "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera Operetta "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir Digər vokal əsərləri T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996); S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998); "Dədə Qorqud" Oratoriyası (1999); A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999); M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994); İnstrumental əsərlər Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə Simli kvartet üçün 3 pyes (1991); Skripka və piano üçün pyeslər (2001).
Sərdar Hacıyev
Sərdar Hacıyev (22 aprel 1940, Xanlıq, Qubadlı rayonu) — Kimya elmləri doktoru, professor. Sərdar Hacıyev Qubadlı rayonunun Xanlıq kəndində 22 aprel 1940-cı ildə anadan olub. 1957-ci ildə Xanlıq orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakkultəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.1966–1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969–1989-cuillərdə isə dosent vəzifəsində çalışmışdır. 1987-ci ildə Tbilisi Universitetində "IIIa və Va qrup elementlərinin xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973–1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda fransız dilində elmi pedoqoji fəaliyyətdə olmuş, 1990-cı ildən fiziki və kolloid kimya kafedrasının professoru elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır. 1962, kimya fakültəsi, BDU. 1966, k.e.n., "Qeyri-üzvi kimya" ixtisası . 1987, k.e.d., "Fiziki kimya" ixtisası .
Sərdar İrəvani
Sərdar İrəvani — İrəvan xanlığının son xanları olan Hüseynqulu xan Sərdar Qacar (1740-1830) ilə onun qardaşı Həsən xan Qacarın titulları. Bu titul həmçinin Məhəmməd xan İrəvaninin oğlu Məhəmmədhəsən xan Sərdar İrəvani tərəfindən də istifadə edilmişdir. O, qədim Qacar nəslindən olan Sərdari İrəvani nəslinin əcdadı idi.
Sərdar Sərdarov
Sərdar Sərdarov (1912, Qaryagin – mart 1993) — Azərbaycan SSR əməkdar arxitektoru (14.04.1975), Azərbaycan Dövlət Sənaye Müəssisələrini Layihələşdirmə Baş İnstitunun direktoru Sərdar Bünyad oğlu 1912-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdur. 1926-cı ildə Qarğabazar kənd məktəbini bitirmiş və elə həmin ildə Nərimanov sənaye texnukumuna daxil olmuşdür. О, 1931-ci ildə ildə oranı bitirmişdir. 1931-ci ildən 1937-ci ilə qədər Azərbaycan sənayə institutunda oxumuş və inşaatçı-mühəndis ixtisasını qurtarmışdır. 1937-ci ildən 1942-ci ilə qədər Narkomxoz sistemində Azstroy-un mühəndis-inspekturu, sonra isə Qadanh və Quba tikinti sagələrində texniki rəhbər, "Azneftkosviyyat" kontorunda baş mühəndis vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsinin başlanmasından 1942-ci ilə qədər tranda Sovet ordusunun tərkibində idi. 1942-ci ilin fevralından Azərbaycan MK KP (b) apartında təlimatçı, sektor müdiri, sonra isə Azərbaycan BK KP (b) şəhər təsərrüfatının şöbə müdiri olmuşdur. 1947-ci ildən 1953-cü ilə qədər Azərbaycanın yüngül sənaye nazirinin müavini işləmişdir. 1953-cü ildən 40 il ərzində S. B. Sərdarov respublikanın qabaqcıl layihə sahəst "Azqospromproekt"-ə rəhbərlik edirdi. Onun iştirakı və rəhbərliyi altında Azərbaycanın iqtisadi potensial müəyyən edən və bizim ölkənin müstəqillik əldə etməsinin ilk günlərindən iqtisadi cəhətdən öz sərflərini tam ödəyə bilən dövlət olmağa imkan verən demək olar ki, bütün əsas sənayə obyektləri layihələndirilmiş və tikilmişdir.
Sərdar Həmidov
Sərdar Məcid oğlu Həmidov (2 yanvar 1950, Kəlbəcər – 29 fevral 2016, Bakı) — Azərbaycan siyasətçisi və hərbçisi. O, Tərtər ərazi özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuşdur. Sərdar Məcid oğlu Həmidov 1950-ci ildə Kəlbəcərdə anadan olmuşdur. Onun atası Xalq Daxili İşlər Komissarlığı zabiti idi. Həmidovun qardaşı keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur. Sədar Həmidovun oğlu Şəhriyar Məcidzadə jurnalistdir. "İstiqlal" qəzeti kimi bəzi mənbədə Həmidovun mənşəcə kürd olduğu iddia edilsə də, qardaşı İsgəndər Həmidov bunu təkzib etmiş və türk əsilli Kolanı tayfasından olduğunu bildirmişdir. Sərdar Həmidov Azərbaycan Xalq Cəbhəsinin (AXC) may ayında prezident Ayaz Mütəllibovu devirməsindən sonra Tərtər rayonunun icra başçısı təyin edilmişdir. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur.
Sərdar Həsənov
Sərdar Həsənov (12 may 1985, Bakı) — Azərbaycanı təmsil edən ağır atlet. Sərdar Həsənov 2008-ci ildə Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov birdən qaldırma mərhələsini 128-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə Sərdar Həsənov mərhələni nəticəsiz başa vurdu. Bununla belə 2016-cı ilin iyulunda Sərdar Həsənovun qanında dopinq tapıldığına görə onun nəticələri ləğv edildi. Daha sonra Sərdar Həsənov 2012-ci ildə Azərbaycanı Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Sərdar Həsənov ümumi nəticədə 321 (145+176) nəticə göstərdi və London Olimpiadasını 8-ci pillədə başa vurdu. Bununla belə bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi. Sərdar Həsənov 2013-cü ildə Albaniyanın Tirana şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu. Amma bir neçə il sonra Sərdar Həsənovun həmin nəticələri dopinqdən istifadə elədiyinə görə ləğv edildi.
Sərdar Kərimov
Sərdar İsa oğlu Kərimov (5 dekabr 1954, Kəsəmən, Basarkeçər rayonu – 23 dekabr 2003, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini (1999–2003). Sərdar Kərimli 1954-cü il Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açmışdı. 1971-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N. Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir. 1978–1980-ci illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir. O, 1980–1983-cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi kimi işini davam etdirmişdir. 1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsinə göndərilmiş, 1989-cu ilə qədər burada təlimatçı kimi çalışmış rayon səhiyyəsinin kuratoru olmuşdur. Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssisələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin 2 noyabr tarixli sərəncamı ilə Sərdar Kərimov Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Sərdar Mehdiyev
Sərdar Dadaş oğlu Mehdiyev — jurnalist. Sərdar Mehdiyev 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, 1953-1958 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. Sərdar Mehdiyev 1967-1969 illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. Sərdar Mehdiyev 2002-ci ildə Bakıda vəfat etmişdir. Sərdar Mehdiyev uzun illər müxtəlif rayon qəzetlərində jurnalist işləmişdir. O, "Qırmizi bayraq" (Zaqatala) qəzetinin məsul katibi (1958-1962), "Sürət" (Ağcəbədi) qəzetinin redaktoru (1962-1966), "Lenin yolu" (Ağdam) qəzetinin məsul katibi (1970-1989), "Qarabağ" qəzetinin məsul katibi (1989-1991), "Xocalının səsi" qəzetinin redaktoru (1991-2001) işləmişdir. Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı olmuşdur. Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov və davamçıları.
Sərdar Möhyi
Əbdülhüsyn xan Müizüssultan, Sərdar Möhyi adıyla tanınan, Hacı Məhəmmədkazım Vəkilürrüayanın (Hacı Vəkil) oğlu, qardaşı Mirzə Kərim xan Rəşti ilə birlikdə Məşrutə hərəkatında əhəmiyyətli rolları var idi.Hər iki qardaş Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə bağlı idilər. Sərdar Möhyi Mirzə Kiçik xanla bərabər Qacarlar dövlətinə qarşı çıxmışdı. 1920-ci ildə Düşənbəbazar ətrafında bolşeviklər və İran Kazak diviziyasının döyüşçüləri arasında gedən vuruşmada yaralanmışdı. Sərdar Möhyi 50 yaşında Bakı şəhərində vəfat edib. Ziyalıların Rolu İranın Müasir Tarixində.Qədr mədəni institutu.Tehran:2008.1-ci cild; Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Sərdar Məmmədov
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Sərdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar Rüstəmov
Sərdar Mənsur oğlu Rüstəmov (20 avqust 1980) — azərbaycanlı aktyor. Sərdar Rüstəmov 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbə vaxtlarından Akademik Milli Dram teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. 1999-cu ildə teatrın aktyor truppasına götürülüb, bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. S. Rüstəmov bir neçə bədii filmə çəkilib.
Sərdar Səfərov
Sərdar Mədəd oğlu Səfərov (12 avqust 1960, Kəlbəcər rayonu – 25 sentyabr 1991, Əsgəran rayonu, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır. 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.
Sərdarlı
Sərdarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidliyində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir Sərdarlı oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilində, Mil düzündədir. İslam Rzayev Əziz Xələfov Fəridə Vəzirova Məmməd Orucov Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Rahim Sərdarlı
Rauf Sərdarlı
Rauf Sərdarlı Mədət oğlu — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Sərdarlı Rauf Mədət oğlu 8 yanvar 1949-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professordur. Rauf Sərdarlı rezonans və anharmonik qarşılıqlı əlaqənin, anizotropiyanın və qəfəs fonon spektrlərində qanunauyğunluqları təyin etmişdir. A3B6 və A3B3C62 tipli birləşmələrin qəfəsinin temperatur qeyri stabilliyinin tədqiqatları faza keçidlərin mövcudluğu aşkar edilmiş və hərtərəfli tədqiq etmişdir. Onun tərəfindən ilk dəfə olaraq təyin edilmişdir ki, faza keçidləri ifrat strukturlu inkommensurate temperatur oblastları ilə müşahidə olunur. Həmçinin, tədqiq olunan obyektlərin qəfəs dinamikasını xüsusiyyətlərindən tam və dolğun informasiya əldə etməkdən ötrü Raman, infraqırmızı və neytron spektroskopiya üzrə eksperimentlər aparılmışdır. R.Sərdarlı elmi fəaliyyət istiqamətlərindən biri də qamma şüaların və Yan-Teylor tipli aşkarların A3B6 и A3B3C62 birləşmələrin energetik spektrə təsirini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqatların nəticəsi kimi təyin edilmişdir ki, bəzi şərtlər çərçivəsində, laylı və zəncirvarı quruluşlu kristallar aşağı ölçülü sistemlər kimi özlərini göstərir.
Serdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Zərdabi
Zərdabi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbədə tam orta məktəb, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbi, uşaq bağçası, xəstəxana, ruhi əsəb xəstələri üçün dispanser fəaliyyət göstərir. Həmçinin qəsəbədə yay və qış klubları, istirahət parkı, 1941-1945-ci il müharibəsinin iştirakçılarının şərəfinə ucaldılmış abidə və park yerləşir. Əhalisi 11256 nəfərdir. Qəsəbədə 1964-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir.
Sərdabə
Sərdabə — farsca sərdab – zirzəmi, yeraltı otaq deməkdir. Daxilində bir və ya bir neçə məzarın olduğu memarlıq abidəsi, tikilidir. Belə sərdabələrdə əsasən yüksək rütbəli şəxslər və onların ailə üzvüləri dəfn olunurdu.
Ferrari
Sərkarlı
Sərkarlı (Göygöl) — Göygöl rayonunda kənd. Sərkarlı (Xaçmaz) — Xaçmaz rayonunda kənd.
Herbari
Herbari (lat. herbárium, herba — "ot" sözündəndir) qurudulmuş bitki Kolleksiyasıdır. Herbarinin hazırlanması:bitki yarpağını bir kitabın və ya dəftərin içinə qoyulur. Bir müddət sonra bitki quru olur.