Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərham Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Bərhəm Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Dmitri Saleh
Dmitri Sergeyeviç Saleh (3 noyabr 1989) — Belarusu, əvvəl isə Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Dmitri Saleh 1989-cu il noyabrın 3-də anadan olub. Dmitri Salehin qardaşı Roman Saleh də üzgüçüdür. == Karyerası == Dmitri Saleh 2008-2012-ci illərdə Belarusu Paralimpiya Oyunlarında təmsil edib. Dmitri Saleh 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu. Daha sonra Dmitri Saleh 2012-ci ildə baş tutan London Paralimpiadasında mübarizə aparsa da, medala sahib ola bilmədi. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında isə Dmitri Saleh və qardaşı Roman Saleh Azərbaycanı təmsil elədi. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu.
Dmitri Saley
Dmitri Sergeyeviç Saleh (3 noyabr 1989) — Belarusu, əvvəl isə Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Dmitri Saleh 1989-cu il noyabrın 3-də anadan olub. Dmitri Salehin qardaşı Roman Saleh də üzgüçüdür. == Karyerası == Dmitri Saleh 2008-2012-ci illərdə Belarusu Paralimpiya Oyunlarında təmsil edib. Dmitri Saleh 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu. Daha sonra Dmitri Saleh 2012-ci ildə baş tutan London Paralimpiadasında mübarizə aparsa da, medala sahib ola bilmədi. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında isə Dmitri Saleh və qardaşı Roman Saleh Azərbaycanı təmsil elədi. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu.
Kampos Sales
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.
Ləzgi Saleh
Ləzgi Saleh (XVI əsr, Yuxarı Yaraq[d] – XVI əsr) — XVII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Yuxarı Yaraq kəndində anadan olub. == Həyatı == Saleh XVII əsrdə Yuxar-Yaraq kəndində anadan olub. O, ilk təhsilini kənd mədrəsəsində alıb. Saleh daha sonra burada işləməyə başlayıb. == Yaradıcılığı == Salehin məhəbbət lirikasının bir xüsusiyyəti ondan ibarətdir ki, onun şeirlərində aşiqin təsviri, mədhiyyəsi əsas yer tutur. Onlarda lirik qəhrəmanın hissləri gizlidir. Məşuqun vəsf və mədhində əsas təsvir vasitələri şairin ənənəvi şərq poeziyasından, farsçılıqdan və ərəbizmdən götürdüyü müqayisələrdir. Şairin "Çəkərəm tabı" və "Olmuşam müştaq" misraları ikihecalı müqayisə sistemi ilə səciyyələnir. Hər sətirdə iki müqayisə var.
Aleksis Salemakers
Aleksis Jesse Salemakers (27 iyun 1999, Berkem-Sent-Aqat[d]) — Belçikalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunun və Belçika milli komandasının cinah oyunçusu. == Karyera == Aleksis 2021-ci ildə "Anderlext" klubunun uşaq komandasına qoşularaq futbol həyatına başlayıb. 2017-ci ilin oktyabrında "Anderlext"lə peşəkar müqavilə bağlayır və "Anterlext"in əsas komandasına dəvət edilir. 16 fevral 2018-ci ildə, "Sint-Truiden" klubuna qarşı oyunda rəsmi debüt edir. 31 yanvar 2020-ci ildə "Milan" klubu Salemakersi satın alma opsiyonu ilə icarəyə götürür. 2 fevral 2020-ci ildə "Verona" ilə oyunda "Milan"da debüt edir. 1 iyul 2020-ci ildə Salemakers "Milan" ilə 30 iyun 2024-cü ilə qədər müqavilə imzalayır.
Bosniyalı Saleh Paşa
Bosniyalı Saleh Paşa (ö. 15 sentyabr 1647) ― Sultan İbrahim dönəmində 1 il 9 ay günlük Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən boşnaq olub, dəvşirilərək Əndəruna gətirilmişdir. Dəftərdar Mustafa Paşanın oğlu olub, təhsilini tamamladıqdan sonra divan katibliyində xidmət etməyə başladı. Sarayda müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1643-cü ildə baş miraxur, 1644-cü ilin iyununda yeniçəri ağası, 1644-cü ilin iyulunda baş dəftərdar olaraq təyin olundu. Bu vəzifədə ikən 17 dekabr 1645-ci ildə sədarətə gətirildi. 15 sentyabr 1647-ci ildə vəfat etdi.
Bulbophyllum salebrosum
Bulbophyllum salebrosum (lat. Bulbophyllum salebrosum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Elçin Saleh oğlu Abbasov
Elçin Saleh oğlu Abbasov (1975 – 1994, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abbasov Elçin Saleh oğlu 1975-ci ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olmuşdur. 1982-ci ildə Gədəbəy Şəkərbəy kənd orta məktəbinin birinci sinfinə getmiş, 1990-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Sonra isə Bakıda texniki peşə məktəbində təhsilini davam etdirmiş və oradan da hərbi xidmətə göndərilmişdir. 1994-cü ildə Kəlbəcərdə şəhid olmuşdur.
Firudin Qəmbər Saleh
Qəmbərov Firidun İslam oğlu (Firudin Qəmbər Saleh; 15 may 1952, Aşağı Şorca, Basarkeçər rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Firudin Qəmbər Saleh 1952-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. == Kitabları == Bağışla, Vətən. Bakı: Zaman, 1999, 120 səh. Könül sevgisiz keçinməz. Bakı: Nurlan, 2007, 210 səh. Nurlu kəlamlar. "Şüarə" fəhmilə (rübailər), Bakı: Nurlan, 2009, 115 səh. Allah, Allah... deyir ürək.
Hot Girl (Sabrina Salerno)
Hot Girl — 1987-ci ildə Sabrina Salerno tərəfindən ifa edilən sinqldır.
Hot Girl (Sabrina Salerno mahnısı)
Hot Girl — 1987-ci ildə Sabrina Salerno tərəfindən ifa edilən sinqldır.
La-Salett-Fallavo
La-Salett-Fallavo (fr. La Salette-Fallavaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38469. Kommunanın 1999-cu il üçün əhalisi 76 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 983 ilə 2 402 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Mehdi Seyid Salehi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Mentha procumbens var. salebrosa
Çəmən yarpızı (lat. Mentha arvensis) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid növ. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonim == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mentha salebrosa
Çəmən yarpızı (lat. Mentha arvensis) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid növ. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonim == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mirzə Saleh Axundov
Axundov Mirzə Salеh Molla Məhəmmədalı oğlu (1870, Quzanlı, Şuşa qəzası – Quzanlı, Şuşa qəzası) – həkim, şair, tərcüməçi. == Həyatı == Mirzə Saleh Axundov 1870-ci ildə Şuşa qəzasının Quzanlı obasında doğulmuşdu. O, ilk ibtidai təhsilini Axund Molla Hüsеynin yanında almışdır. O, burda ərəb əlifasında yazıb-oxumağı, fars və ərəb dillərini öyrənmişdir. Sonra 1884-cü ildə Quzanlı obasına yaxın olan Şuşa qəzasının Hindrax kəndində açılmış kənd natamam orta məktəbində oxumuşdur. Atası Salеhi ruhani təhsili almaq üçün Təbrizə göndərmişdir. Lakin Salеh Təbriz ali ruhani məktəbinə daxil olmaq əvəzinə, Tehran şəhərinə gеdib, Fransa dövləti tərəfindən açılmış tibb məktəbinin hazırlıq sinfinə daxil olmuşdur. Hazırlıq sinfində dörd il oxuyub, orta təhsilini artırmaqla bərabər, fransız dilinə yiyələnmiş, fars və ərəb dillərində olan biliyini daha da gеnişləndirmişdir. Sonra fransız tibb məktəbinə daxil olmuş və altı il təhsil alaraq həkimlik pеşəsini hərtərəfli öyrənmiş, mütəxəssis həkim diplomuna layiq görülmüşdür. Mirzə Salеh tibb təhsili aldıqdan sonra bir nеçə il Tehran və Təbriz şəhər xəstəxanalarında həkim kimi çalışmışdır.
Mirzə Saleh Axundov (II)
Axundov Mirzə Salеh Molla Məhəmmədalı oğlu (1870, Quzanlı, Şuşa qəzası – Quzanlı, Şuşa qəzası) – həkim, şair, tərcüməçi. == Həyatı == Mirzə Saleh Axundov 1870-ci ildə Şuşa qəzasının Quzanlı obasında doğulmuşdu. O, ilk ibtidai təhsilini Axund Molla Hüsеynin yanında almışdır. O, burda ərəb əlifasında yazıb-oxumağı, fars və ərəb dillərini öyrənmişdir. Sonra 1884-cü ildə Quzanlı obasına yaxın olan Şuşa qəzasının Hindrax kəndində açılmış kənd natamam orta məktəbində oxumuşdur. Atası Salеhi ruhani təhsili almaq üçün Təbrizə göndərmişdir. Lakin Salеh Təbriz ali ruhani məktəbinə daxil olmaq əvəzinə, Tehran şəhərinə gеdib, Fransa dövləti tərəfindən açılmış tibb məktəbinin hazırlıq sinfinə daxil olmuşdur. Hazırlıq sinfində dörd il oxuyub, orta təhsilini artırmaqla bərabər, fransız dilinə yiyələnmiş, fars və ərəb dillərində olan biliyini daha da gеnişləndirmişdir. Sonra fransız tibb məktəbinə daxil olmuş və altı il təhsil alaraq həkimlik pеşəsini hərtərəfli öyrənmiş, mütəxəssis həkim diplomuna layiq görülmüşdür. Mirzə Salеh tibb təhsili aldıqdan sonra bir nеçə il Tehran və Təbriz şəhər xəstəxanalarında həkim kimi çalışmışdır.
Mirzə Saleh Təbrizi
Mirzə Saleh Təbrizi (?-?) — XVII əsr Azərbaycan şairi. == Həyatı == Azərbaycan dilini ictimai həyatın bütün sahələrində yaymağa, dövlət dili səviyyəsinə qaldırmağa çalışan Şah İsmayıl Xətaidən sonra da Səfəvilər dövlətində türk dili ən yüksək dairələrdə öz nüfuzunu kifayət qədər saxlamışdı. Doğrudur, ardı-arası kəsilməyən Osmanlı-Səfəvi hərbi toqquşmaları nəticəsində Azərbaycan XVII əsrdə Səfəvilər dövlətinin siyasi-iqtisadi mərkəzi rolunu itirmiş, paytaxt I Şah Təhmasib Səfəvinin (1524-1576) dövründə Təbrizdən Qəzvinə, I Şah Abbas Səfəvinin (1587-1629) dövründə isə Qəzvindən İranın daxilində yerləşən İsfahana köçürülmüşdü. Buna baxmayaraq, Azərbaycan türkcəsi Təbrizdə və Qəzvində olduğu kimi, İsfahanda da sarayın və qoşunun işlək dili olaraq qalırdı. 1684-1685-ci illərdə İranda olmuş alman səyyahı Engelbert Kempfer Azərbaycan türkcəsinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat vermişdir. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahları–Petra della Valle, Adam Oleari, Şevalye Jan Şardən, Şanson və Rafael dü Manın əsərlərini, Şah Səfinin (1629-1642) Avstriya-Macarıstan imperatoru II Ferdinanda və Şah Sultan Hüseynin (1696-1722) Saksoniya hersoqu və Polşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu göstərir. Alim 1636-cı ilin noyabrından 1638-ci ilin fevralına qədər İranda yaşamış alman səfiri Adam Olearinin belə bir məlumatından sitat gətirir: “ Türk dili İsfahanda o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən”. 1648-ci ildə İsveç səfirinin başçılıq etdiyi İrana gələn heyətin katibi və həkimi olan alman Engelbert Kempferin yazdıqları isə həmin dövrdə sarayda yuxarı təbəqənin nümayəndələri arasında fars dilinin üstünlük təşkil etməsi barədə fikirləri tamamilə alt-üst edir: “Sarayda işlənən türk dili daha çox hakim sülalənin ana dilidir, nəinki sadə camaatın, bu dil saray vasitəsilə əyan-əşraf ailələrində elə geniş yayılmışdır ki, indi imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən bir haldır”. XVII əsrdə Səfəvilər dövründə ən yüksək vəzifələrə sahib olan, türkcə şeirlər yazan şəxslərin adlarının sadalanması dediklərimizi bir daha təsdiqləyir. I Şah Abbas və II Şah Abbasın ana dilindəki şeirləri artıq məlum faktdır.
Mirzə Saleh xan Asəfəddövlə
Mirzə Saleh xan Hacı Mehdi oğlu Asəfəddövlə (1853, Təbriz – 1929, Təbriz) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. == Həyatı == Mirzə Saleh xan Asəfəddövlə Hacı Mehdi Kələntərin ailəsində Təbriz şəhərində, Bağmeşə məhəlləsində anadan olmuşdu. Mirzə İbrahim xan Kələntəriin böyük qardaşıdır. O, əvvəlcə Vəziri-Əkrəm ləqəbini daşıyırdı. Hacı Rzaqulu xan Şahsevən vəfat edəndən sonra onun Asəfəddövlə ləqəbini aldı. O, Təbriz, Qəzvin, Gilan və Zəncan əyalətlərinin valisi olmuşdu. Mirzə Saleh xan Asəfəddövlə 1929-cu ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Molla Məhəmməd Saleh Mazandarani
Molla Məhəmməd Saleh Mazandarani (?-?)—XVII əsr İslam alimi. == Həyatı == İslam elm tarixində iz qoymuş alimlərin əksəriyyəti zahidanə həyat tərzi sürmüş, dünyanın rəngarəng nemətlərindən uzaq qaçmağa çalışmışlar. Əksəriyyət etibarilə bu alimlər cəmiyyətin kasıb təbəqəsindən çıxdıqları üçün nə atalarından onlara irs qalmışdı, nə də özləri var-dövlət yığmağa səy göstərirdilər. Xüsusilə, məşhur alimlərdən bir çoxunun tələbəlik dövrü ciddi maddi məhrumiyyətlər içində keçmişdir. Bu gün adlarını ehtiramla çəkdiyimiz bu şəxsiyyətlərin bəziləri hətta təhsil zamanı çıraq və yanacaq almağa belə imkan tapmır, gecələr dərslərini ya Ay işığında, ya da ümumi yerlərdə yandırılan çıraqların yanında oxuyurdular. Alimlərdən birinin dediyi kimi, gərək tələbənin gözü dünyaya qarşı kor olsun, yəni fikrini yalnız oxumağa versin, əyləncə, yeyib-içmək, rahatlıq dalınca qaçmasın. Miladi XVII əsrdə yaşamış məşhur alimlərdən biri də Məhəmməd Saleh Mazandarani idi.O, Mazandaran əyalətinin mərkəzi Sari şəhərinin yaxınlığında anadan olmuşdu. Məhəmməd Saleh Mazandarani gənclik illərində öz şəhərindən İsfahana təhsil almaq üçün gəlmişdi.. Amma o qədər kasıb idi ki, fərli-başlı geyimi də yox idi. Əbanın altından köhnə paltarlarını geyinir, üstdən əbaya möhkəm bürünürdü.
Mədain Saleh
Mədain Saleh(ərəb. مدائن صالح, madāʼin Ṣāliḥ‎), Əl-Hicr və ya Hegra — Səudiyyə Ərəbistanın Əl-Mədinə bölgəsinin Əl-Ula sektorunda yerləşən İslamdan öncə arxeoloji kompleks.
Məhəmməd Saleh (Çaldıran)
Məhəmməd Saleh (fars. محمدصلاح‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (9 ailə).
Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini
Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini — (?-?) - Xəttat və həkkak. Təbriz xəttatlıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhərindəki Malik İbrahim qəbiristanlığında bir başdaşı üzərində qeyd olunmuşdur. Hicri 1202 ildə (miladi 1788 il) vəfat etmiş Mirzə Həşim Mirzə Mömin oğlunun məzar kitabəsini yazan və mərmər lövhəyə ıə həkk edən Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini 7əslən Qəzvin şəhərindəndir. Bu kitabə göstərir ki, 18 yüzillikdə Naxçıvanda digər şəhərlərdən də ustalar işləmiş və yaxud da naxçıvanlılar digər şəhərlərdən də gələn öz mərhumları üçün qəbirüstü abidələr hazırlatmışlar.
HALE
HALE, “High Altitude Long Endurance” sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Kale
Kale (fr. Calais) – Fransada şəhər.
Male
Male(mald. މާލެ) — Maldiv Respublikasının ən böyük şəhəri və paytaxtı. Male və Valingile adalarında yerləşir. Ənəvi olaraq adada kral sarayı yerləşirdi. == Adın mənşəyi == Ad महालय (Mahaalay) sözündən yaranıb, "böyük" deməkdir. Qədimdə kral sarayı "Mahaalay" adlanırdı, sonradan ad şəhərə keçdi. == Əhalisi == 104 403 nəfərdir. (2006). == Nəqliyyat == Əsasən taksi növü üstünlük təşkil edir. Şəhərdə Beynəlxalq Male Aeroportu vardır.
Sake
Sake (yap. 酒 və ya (さけ)) ənənəvi yapon spirtli içkisi. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar, lakin bu içkinin tündlüyü təqribən 14–25% təşkil edir. Onun tərkibi daha çox likyoru və ya şərabı xatırladır, ancaq onun istehsalı prosesi pivənin istehsalına bənzəyir. == Tarixi == Yaponlar sakeni təxminən 2000 il bundan əvvəl hazırlamağa başlamışlar. Ehtimal olunur ki, onun hazırlanma mexanizmi Çindən gəlib. Uzun zaman sake yalnız imperator sarayında və şintoizm məbədlərində hazırlanıb. Yalnız orta əsrlər dövründə sakeni sadə kənd camaatı da hazırlamağa başlayır. O zamanlar sakenin düzəldilməsi texnologiyası indikindən fərqli idi: onlar düyünün ağızda çeynəyir və onu xüsusi qaba tüpürürdülər və sonra həmin qabda qıcqırma prosesi baş verirdi.
Saleh
== Saleh peyğəmbər == Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya, Səmud ibn Adın övladları hesab olunur. Saleh peyğəmbərin də Səmudun nəslindən olduğu iddia olunur. Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdə yaşayırdılar. Səmud qövmünün orada qalıb məskunlaşması barədə aşağıdakı fikirlər mövcuddur: Onlar yəhudilərdən olan bir tayfa idilər və Fələstin deyilən yerə gedib orada məskunlaşmışdılar, Onlar Fərat çayının qərbindən köçüb gələn Əmaqilə adlı tayfadandırlar, Misirin Əmaqilə tayfasından olmuş və Misir sultanı Əhməs tərəfindən qovulublar, Onlar Ad qövmünün qalıqları idi və dövlətləri də o qövmün istismar etdiyi dövlətlərdən idi.Sonuncu fikir Quran ayələrinə daha uyğundur. == Səmud qövmünün mədəniyyəti == Quran ayələrindən Səmud qövmünün çox mədəni bir xalq olduğu anlaşılır: "Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?) Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?" Həmçinin ayələrdən onların əsas məşğuliyyətinin əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək olduğu və güzəranlarının xoş və rahat keçdiyi anlaşılır. Təbərsi Şüəra surəsinin bu ayələrinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma, qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun. Rəvayətlərdə həmçinin qeyd olunur ki, Səmud qövmü uzunömürlü bir xalq idi.
Salem
Salem — Brannon Braqa və Adam Saymon tərəfindən 17-ci əsrdə baş vermiş real Salem əcinnələri haqqında yaradılmış Amerikan fövqəltəbii qorxu teleserialıdır. Baş qəhrəman Meri Sibli (Canet Montqomeri) Salemdəki cadugarları eləcədə şəhəri idarə edən güclü cadugardır. Problemlər uzun illər əvvəl yoxa çıxmış sevgilisi Con Aldenin (Şeyn Vest) şəhərə geri qayıtması ilə başlayır. Bu qayıdış Merinin Salem ilə bağlı planlarında da çətinliklər yaradır. Serial həmçinin qotik romatizmi də nümayiş etdirir. Serial 20 aprel 2014-cü ildə WGN America kanalında yayımlanmağa başladı. Nümayişə başladığı vaxtda reytinq toplaya bilən serial həmçinin kanalın ilk orijinal lahiyəsidir. Bu serial kanalın ilk və uğurlu işi olduğu üçün kanal serialı 15 may 2014-cü ildə ikinci mövsüm üçün yeniləndi. Üçüncü mövsümün sifarişi 11 iyul 2015-ci ildə edildi və premyerası 2 noyabr 2016-cı ildə baş tutdu. 13 dekabr 2016-cı ildə WGN-in serialı ləğv etdiyi bildirildi və final seria 25 yanvar 2017-ci ildə yayımlandı.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. == Etimologiya == Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. == Tarix == Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. == Qida məhsulu olan salonun müxtəlif variantları == Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Sate
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır. Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. == Ümumi məlumat == Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. == Türk xalq mədəniyyətində "alın yazısı" == "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Sal
Sal — yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olan qədim su nəqliyyatı vasitəsi. Qədim zamanlarda çayın bir sahilindən digər sahilinə keçmək və bəzən də müəyyən yerlərə getmək üçün ağac kötükləri suya salıb ondan tutur və yaxud da üstünə minib üzürdülər. Sonralar bu məqsədilə içərisi hava ilə doldurulmuş tuluqdan da istifadə edilirdi. Tikinti, yanacaq və sairə üçün çay kənarı meşlərdən qırılmış ağacları kəndir və ya tənək çubuqları ilə bir-birinə çatır, çayın axarı istiqamətində hərəkət etdirərək istənilən sahili çıxarırdılar. Ağac materiallarını su ilə bu cür axıdılması xalq arasında sal adlanırdı. Yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olub, su nəqliyyatı vasitəsi hesab edilən sal Azərbaycan dilində "ibtidai gəmi" mənasında işlədilmişdir. Salı çayın dayaz və burulğan yerlərindən keçirmək üçün üzgüçülər onun qabaq tərəfindən tutub çəkir, istiqamətini dəyişdirir, arxadan qabağa doğru itələyidilər. Sakit axınlı çaylarda isə salın arxa tərəfində, onun üstündə dayanaraq "çəp" (təxminən 2, 5–3 metr uzunluğunda) ucu iti ağac vasitəsilə istiqamətini lazımi səmtə yönəldirdilər.
Dick Dale
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir.Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Hale Asaf
Hale (Salih) Asaf (1905, Konstantinopol – 31 may 1938, Paris) — gürcü və adıq mənşəli Türkiyə rəssamı. Türkiyənin ilk rəssamlarından biri Mihri Müşfik Hanımın bacısı qızıdır. Klassik və impressionist üslubunda çəkən o dövrün bir çox digər Türkiyə rəssamlarından fərqli olaraq, kubizm üslubunu üstün tuturdu. == Həyatı == Osmanlı Apelyasiya Məhkəməsi sədrinin qızı idi. Hale ağır xəstəlik səbəbiylə, beş yaşında qaraciyər əməliyyatı keçirdi, onun nəticələri ona bütün ömrü boyu əziyyət çəkdirdi. İstanbuldakı özəl fransız litseyini bitirmişdir, burada ingilis və fransız dillərini öyrənmişdir. 1919-cu ildə Romaya xalasının yanına göndərildi, ondan rəssamlıq haqqında ilk biliklərini aldı. Növbəti il ​​Parisdə yaşadı və orada ailə dostu Namiq İsmayıldən rəssamlıq dərsləri alırdı. Asaf böyüdükdən sonra ailəsi onu Berlinə oxumağa göndərdi. Ağciyərlərində cərrahiyyə tələb edən xəstəliyin kəskinləşməsinə baxmayaraq Asaf Prussiya Rəssamlıq Akademiyasının qəbul imtahanlarından keçərək Artur Kampfın tələbəsi oldu.
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Jale qəbiristanlığı
Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur. == Tarixi == Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər. 1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı.
Kale (rayon)
Kale (fr. Calais) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Pa-dе-Kale. Suprefektura — Kale. Rayon əhalisi 2006-cı ildə 122 456 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 214 nəf / km². Rayon ərazisi — 572,71 km².
Kale cəngəlliyi
Kale cəngəlliyi (fr. Jungle de Calais) — Fransanın Kale şəhərində yerləşən qaçqın düşərgəsi. 2015-ci ildə Avropa miqrant böhranı zamanı düşərgə qlobal diqqət çəkmişdir. 2016-cı ilin may ayında düşərgədə 5 min qaçqın yaşayırdı.
Leroy Sane
Leroy Sane (11 yanvar 1996, Essen, Şimali Reyn-Vestfaliya) — Almaniya futbolçusu.
Şale (En)
Şale (fr. Chaley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01076. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 127 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə 74 yaş arasında (15-64 yaş arasında) 50 nəfər iqtisadi cəhətdən fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,6%, 1999-cu ildə bu göstərici 69,5%). Fəal 50 sakindən 42 nəfər (22 kişi və 20 qadın), 8 nəfər işsiz (5 kişi və 3 qadın) idi.
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Jalə
Jalə — Azərbaycanlı qadın adı. Jalə Əhmədova — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı Jalə Bayramova — Azərbaycanlı atıcı. Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqu Jalə Amuzgar — Azərbaycan əsilli İran tarixçisi və professor. Jalə Əliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Jalə Qədimova — pedaqojika elmləri doktoru, professor.SoyadAfife Jalə — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası.
Lalə
Xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Sahə
Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film, 2010) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (Fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Şali
Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir. Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir. Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir. == Tarixi == XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi. 1944-cü ildə Çeçenlər və İnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.
Şalle
Şalle (fr. Challex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01078. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 100 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1225 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə 798 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 618 nəfər iqtisadi fəal, 180 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 71.7%). Fəaliyyət göstərən 618 sakindən 575 nəfər (309 kişi və 266 qadın) işləyir, 43 nəfər işsizdir (23 kişi və 20 qadın).
Şasle
Şasle (fr. Chasselay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38086. Kommunanın 1999-cu il üçün əhalisi 341 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 418 ilə 729 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 32 km qərbdə yerləşir.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Acan (Savə)
Acan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 5 km şimaldadır.
Adaramənd (Savə)
Adaramənd — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Çaharoymaq kəndistanında, Razqan qəsəbəsindən 12 km şimaldadır.