Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. Əhalisi 1680 nəfərdir.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Xaltan
Xaltan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Xaltan oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Gilgilçayın sahilindəki Xaltan min. bulaqlarının adı ilə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 624 nəfər əhali yaşayır. Əhalisini tamamilə tatlar təşkil edir.[mənbə göstərin] Xaltan kəndi dağətəyi ərazidə yerləşir.
Dürriyə Sultan
Dürriyə Sultan (3 avqust 1905, Konstantinopol – 15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Yıldız sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür. Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi.
Dürrüşəhvar Sultan
Xədicə Xeyriyyə Ayşə Dürrüşəhvar Sultan və ya Dürrüşəhvar Sultan (Osmanlıca: خدیجه خیریه عائشه درشهوار سلطان) (d. 26 yanvar 1914 - ö. 7 fevral 2006) —son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin qızı. == Həyatı == Dürrüşəhvar Sultan 26 yanvar 1914 tarixində Çamlıca səmtindəki köşkdə dünyaya gəlmişdir. Atası Şahzadə Əbdülməcid Əfəndi, anası isə Məhisti Qadınəfəndidir. Uşaqlığı Dolmabağça sarayında keçmişdir. 1 noyabr 1922 tarixində səltənət qaldırıldı və atası sonuncu Osmanlı xəlifəsi oldu. Bu illərdə atası cümə salamlıqlarına gedərkən onu da öz arabasına mindirir, bu səbəblə İstanbul əhalisi arasında müzakirə səbəbi olmuşdu. 3 mart 1924-cü ildə TBMM xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünü barədə qəbul etdi. Ailənin bir çox üzvünə ölkəni tərk etmələri üçün 48 saat möhlət verilsə də, Əbdülməcid Əfəndi, 2 xanımı, oğlu Ömər Fərrux Əfəndi və qızı Dürrüşəhvar Sultanla bir neçə xidmətçiyə ölkəni dərhal tərk etmələri əmr edildi.
Esmehan Sultan
Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. == Həyatı == Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu.
Eybə Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.
Fatimə Sultan
Fatimə Sultan (tatar Fatıymasoltan, Фатыймасолтан, فاطمه سلطان‎) (vəfatı 1681) — müstəqil xanbikə (kraliça) və 1679-cu ildən 1681-ci ilə qədər Qasım xanlığının son hökmdarı. == Həyatı == 1627-ci ildə vəfat edən Arslan xanın yerinə oğlu Seyyid Bürhan keçdi. Uşaq olduğu üçün Seyyid Bürhana anası Fatma Sultan ilə babası Ağ Məhəmməd qəyyum təyin edilmişdilər. Fatma Sultan Qasım xanlığının tanınmış ruhanilərindən və Şah Qul ailəsindən olan Seyyid Ağ Məhəmmədin qızı idi. Çox keçmədi ki, ruslar yeni hiylələr qurdular. Onlar Seyid Bürhanı gələcəkdə çarın qızı ilə evləndirmək üçün əsas şərt kimi onun xristianlığını qəbul etməsini təklif etdilər. Fatma Sultan ağıllı və tədbirli qadın idi. Zahirən hər şeyi xoş qarşıladı, amma Seyyid Bürhahın hələ kiçik olduğunu və bir qərar qəbul edəcək yaşa çatana qədər gözləmək lazım gəldiyini irəli sürərək təklifi rədd etdi. 1633-cü ildə çar Qasım valisinə əmr edərək Seyyid Bürhanı Moskvaya gətirtdi. Çox ehtimal ki, elə o zamandan onu ortodoks kilsə ayinləri ilə tanış etməyə başlamışlar.
Fatma Sultan
Fatma Sultan — 6. Osmanlı sultanı II Muradın qızıdır. Fatma Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızıdır. Fatma Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Fatma Sultan — 11. Osmanlı sultanı II Səlimin qızıdır. Fatma Sultan — 12. Osmanlı sultanı III Muradın qızıdır.
Fövziyə Sultan
Fövziyə Sultan (28 oktyabr 1928, Paris – 9 aprel 2014, Paris) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Fövziyə Sultan 28 oktyabr 1928-ci ildə — Osmanlı səltənətinin ləğvindən 6 il sonra Parisdə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun boşnaq əsilli son xanımı Hayriyə xanımdır. Uşaqlıq illəri ailəsiylə birlikdə sürgündə keçən Fövziyə Sultan hələ 3 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq öncə Nitsaya, daha sonra isə Qahirəyə getdi. Burada anası Seyfulin adlı bir tatarla evləndi və ögey atası tərəfindən sevgiylə böyüdüldü. Burada xədiv İsmayıl Paşanın oğlu İbrahim Hilmi Paşanın xanımı Vicdan xanımla yaxın münasibət qurdu və bu vasitə ilə Misir kral ailəsinə daxil oldu. Bu illər ərzində Sorbonna Universitetində jurnalistika və sosiologiya üzrə təhsil alan Fövziyə Sultan eyni universitetin ingilis-fransız dilləri üzrə sinxron tərcüməçilik bölümünü də bitirmişdir. 1951-ci ildə Fövziyə Sultan Misir xədivi Hüseyn Kamilin qızı Qədriyə Sultanın (d. 1888 — ö. 1955) oğlu Məhəmməd Hüseyn Xeyri bəylə evləndi.
Fəhimə Sultan
Fəhimə Sultan (2 avqust 1875, Konstantinopol – 15 sentyabr 1929, Nitsa) — 33. Osmanlı sultanı V Muradın qızıdır. == Həyatı == Fəhimə Sultan 2 avqust 1875-ci ildə atasının Kadıköydəki köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləziz dönəminin vəliəhdi Murad Əfəndi, anası isə onun dördüncü xanımı Meylisərvət Qadınəfəndidir. Ancaq saray ənənələrinə görə, vəliəhdin yalnız bir övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu və gizli saxlanılan bir qızı dünyaya gəlmişdi (Səlahəddin Əfəndi və Xədicə Sultan). Bu səbəblə Fəhimə Sultan doğulduğu köşkdə gizlicə böyüdüldü. Ancaq çox keçmədən Sultan Əbdüləziz taxtdan endirildi və atası Sultan Murad taxta çıxdı. Beləcə, atasının digər ailə üzvləriylə birlikdə Fəhimə Sultan da Dolmabağça sarayına köçürüldü. Ancaq cəmi 3 aylıq səltənətinin ardından Sultan Murad taxtdan endirildi və bütün ailə üzvləriylə birlikdə Çırağan sarayına həbs olundu.
Gomuşçu (Salyan)
Gomuşçu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Tədqiqatçılar oykonimləri Şahsevənlərin gomuşçu tayfasının adı ilə əlaqələndirirlər.
Gövhər Sultan
Gövhər Sultan Bəyim Səfəvi (d. XVI əsrin I yarısı, Səfəvi imperiyası - ö. — 1577, Səfəvi imperiyası) - Səfəvi sülaləsindən olan şahzadə, I Təhmasibin qızı, Səfəvi sülaləsindən olan şahzadə İbrahim Mirzə Səfəvinin arvadı və II İsmayılın, Məhəmməd Xudabəndənin bacısı. == Həyatı == Səfəvi imperiyasının ikinci hökmdarı I Təhmasibin qızı olaraq dünyaya gəlmişdir. Onun anası qızılbaş tayfası Mosullulardan və ya Türkmanlardan olan sərkərdə İsa xan Mosullunun qızı Qədəmli Bəyim və ya digər adı ilə Sultanım Bəyimdir. Sultanım Bəyimin qardaşı, Gövhər Sultanın dayısı Musa Sultan Mosullu Səfəvi imperiyasının Azərbaycan bəylərbəyliyinin bəylərbəyi olmuşdur. Gövhər Sultan Səfəvi 1560-cı ildə I İsmayılın nəvəsi və Bəhram Mirzə Səfəvinin oğlu İbrahim Mirzə Səfəvi ilə ailə həyatı qurmuşdur. İbrahim Mirzə o dönəmki şah olan I Təhmasibin sevimlilərindən biri idi. İbrahim Mirzə xüsusən dövrün incəsənət xadimlərinə etdiyi hamiliyi ilə məşhurdur. O, xüsusi emalatxana yaradaraq xüsusui əlyazmaları toplamış və ya yenidən yaratdırmışdır.
Gövhərmülk Sultan
Gövhərmülk Sultan (1468, Amasya ili – 1550, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Gövhərmülk Sultan 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə Bülbül Xatundur. Böyük qardaşı Şahzadə Əhmədin 1480-ci ildə Çorum sancaqbəyi təyin edilməsinin ardından o və bacıları analarıyla birlikdə qardaşının yanına göndərildi. Ancaq cəmi bir il sonra atası taxta çıxmış, əmisi Cem Sultanla taxta mübarizəsinə başlamışdı. Gövhərmülk Sultan 1482-ci ildə atasının ən yaxın dəstəkçilərindən Ankara sancaqbəyi Dukakinzadə Əhməd Paşanın oğlu Mehmed Paşa ilə nigahlandı. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəld. Gövhərmülk Sultan 20 yanvar 1550-ci ildə İstanbulda vəfat etdi. Cənazəsi Zal Mahmud Paşa məscidi yaxınlığında kürəkəni tərəfindən inşa edilən sübyan məktəbinin həyətinə dəfn edildi.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Heyrannisə Sultan
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr şəhristanı, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla (I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Hibətullah Sultan
Hibətullah Sultan (16 mart 1789, Konstantinopol – 18 sentyabr 1841, Konstantinopol) — 27. Osmanlı sultanı I Əbdülhəmidin qızı. == Həyatı == Hibətullah Sultan 1789-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid, anası isə xanımlarından Fatma Şəbsəfa Sultandır. 15 yaşında ikən 3 fevral 1804-cü ildə əmisi qızı Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndi. Cütlük bacısı Əsma Sultanın Fatehdəki köşkündə yaşadı. Qardaşı IV Mustafanın taxtdan endirilməsindən sonra siyasi məsələlərə qarışması bəhanə göstərilərək göz həbsinə alındı və sarayından çölə çıxması qadağan edildi. 1812-ci ildə ərinin vəfatı ilə dul qaldı və bir daha evlənmədi. 18 sentyabr 1841-ci ildə vəfat etdi və Sultan Mahmud türbəsinə dəfn edildi. == Mənbə == Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4.
Hoşyar Sultan
Hoşyar Sultan (1796 – 1849, Məkkə, Həbəşistan əyaləti) — 30. Osmanlı sultanı II Mahmudun xanımı. == Həyatı == Osmanlı sultanı III Mustafanın qızı Beyhan Sultanın övladlığı olan Hoşyar Sultan 1796-cı ildə anadan olmuşdur. 1811-ci ildə sarayda keçirilən bir şənlikdə Hoşyar Sultanı görən Sultan Mahmud onu Beyhan Sultandan istədi. Beyhan Sultanın razılığını aldıqdan sonra cütlük evləndi. 1812-ci ildə Mihrimah Sultanı, 1813-cü ildə isə oğlu Şahzadə Əbdülhəmidi dünyaya gətirdi. Oğlu çox yaşamadı və 1825-ci ildə vəfat etdi. Qızı Mihrimah Sultanı Səid Mehmed Paşayla evləndirdi. Ancaq çox keçmədən hamilə olan qızı da vəfat etdi. Qalan ömrünü sarayda sakit keçirdi.
Hümaşah Sultan
Hümaşah Sultan (1544, Manisa – 1582, Konstantinopol) — I Süleymanın və Xürrəm Sultanın oğlu Şahzadə Mehmedin qızıdır. 3 yaşındaykən atası vəfat etmiş, bu səbəblə İstanbula gətirilərək nənəsi Xürrəm Sultanın himayəsində böyümüşdür. == Həyatı == Hümaşah Sultanın ilk evliliyi 1556-cı ildə Kürəkən Mehmed Fərhad Paşa ilə baş tutdu. 19 il davam bu evlilikdən cütlüyün 5 oğlan və 3 qız uşaqları dünyaya gəldi. Qızlarından Fatma Xanımsultan (ö. 1588) Şəhri-zor bəylərbəyi Mustafapaşazadə Mehmed bəylə evləndirilmişdir. Fatma Xanımsultanın və ərinin məzarı Şahzadə külliyəsindəki türbələrinə dəfn edilmişdir. Ancaq 6 fevral 1575-ci ildə Mehmed Fərhad Paşa vəfat etmiş, bir müddət sonra Hümaşah Sultan Lələ Qara Mustafa Paşa ilə evləndirilmişdir. Bu evliliyindən Sultanzadə Əbdülbaki adlı bir oğlu daha dünyaya gəlmişdir. Nəhayət, 1581-ci ildə Kürəkən Mehmed Paşa ilə evləndirilmişdir.
Hürrəm Sultan
Xürrəm Sultan (Osmanlı türkcəsi: خُرَّم خاصيكي سلطان; əsl adı Aleksandra Lisovska; bilinmir, bilinmir – 15 aprel 1558, Konstantinopol) — Osmanlı imperiyasının 10. padşahı və 89. İslam xəlifəsi I Süleymanın nikahlı qadını və Sultan II. Səlimin anasıdır. Maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi ilə məşhurlaşan bir Xanım Sultandır. Siyasətdə və dövlət işlərində önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti" adlanan bir mərhələni başlatmışdır. Bununla yanaşı, Osmanlı tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir. Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini aradan qaldırmışdır. == Əsli == Osmanlı sarayına qədərki həyatı haqqında müxtəlif fikirlər mövcuddur. Lehistan Krallığı ərazisinə daxil olan Rutenya (indiki Ukrayna) ərazisində 1504 tarixində provaslav bir ailədə dünyaya gəldiyi söylənilir. Tatar quldur dəstələri tərəfindən əsir alınaraq 1520 tarixində 15 yaşlarında Krım sarayına satılmış, daha sonra Sultan I Süleymana hədiyyə olaraq İstanbula göndərilmişdir.
I Salman
I Salman - müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətinin (700-1376) hökmdarı (1193-1210). == Haqqında == Müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətində 1150-1176-cı illərdə hakimiyyətdə olan I Birinin kiçik oğlu I Salman (qərb mənbələrində adı Abd al Calil Selma (Qara) kimi qeyd edilmişdir) qardaşı Abdullahın (qərb mənbələrində adı Bikuru və ya Bekru kimi qeyd olunmuşdur) 1193-cü ildə ölümündən sonra mai (hökmdar) olmuşdur. (Kanema hökmdarlarının adlarının qərb və şərq mənbələrində fərqli səslənməsinin əsas səbəbi onların mənsub olduğu Sayfava sülaləsinin (1085-1376) hökmdarlarının islam dininə etiqad etmələri olmuşdur. İslam dinini qəbul edən hökmdarlar özlərinə müsəlman adlarını götürmüşlər). I Salmanın hakimiyyəti illərində Kanema dövlətinin güclənməsi davam etmişdir. O, uğurlu hərbi yürüşlərə çıxaraq beynəlxalq karvan yollarının keçdiyi Çad gölündən Çadoya qədər olan ərazini ələ keçirmişdi. I Salman tacirlərin təhlükəsizliyini təmin etmək üçün yol kənarlarında karvansaralar tikdirmiş, sonralar onların çoxu şəhərlərə çevrilmişdi. I Salman Çad gölünün qərbindəki Born əyalətini də ələ keçirməyə müvəffəq olmuşdur. Köçəri qəbilələrin hücumlarının qarşısını aldığı üçün əkinçilər, sənətkar və tacirlər I Salmana rəğbət bəsləyirdilər. O özü də xarici ölkələrə mal aparan karvanlarda şərik kimi fəal iştirak etməklə böyük gəlir əldə edirdi.
Kolanı (Salyan)
Kolanı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Düzənlikdədir. == Tarix == XIX əsrdə Dağ Kolanı adı ilə Quşçu-Şamaxı yolu üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin əsasını qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Qumlavar Kolanısı da adlandırır. Oykonim kolanı tayfasının adı ilə bağlıdır. == Əhalisi == Bu kənddə Kolanlı tayfası meskunlaşıb təqribi olaraq 1845-ci illərdən məskunlaşan Kolanlılar buradan: Biləsuvar, Əli-bayramlı, Şamaxı və Naxçıvanın cənub qərbində oğuz türk tayfasından olan bu Kolanlılar adət-ənənələrini davam etdirirlər. Kolanlı tayfası qədim türk tayfaları arasında ən böyük tayfalardandır. Salyan rayonunda yerləşən kolanlı tayfası özü də 3 hissəyə bölünüb: Şahbazlılar, Mənsimovlar və Məmmədovlar nəsli, lakin Məmmədovlar sonradan Şamaxıya köç ediblər bununla da əlaqə tam olaraq kəsilib. Hal-hazırda Şahbazlılar və Mənsimovlar Biləsuvar rayonunda (keçmış Puşkin) r-nunda daha çox məskunlaşıblar.[mənbə göstərin] == Foto məlumatlar == Kolanı kəndi 2018 == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Kösəm Sultan
Mahpeykər Kösəm Sultan (osman. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, Konstantinopol) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır. Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi.