Sarmıq

SarmıqNaxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Hündürlüyü 2295 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) cənub-qərb istiqamətdə ayrılan Yamacyurd qolunda zirvə. Keçili kəndindən 1,5 m şimal-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Cənub-qərb yamacından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları keçir.[1]

Sarmıq dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2295 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.