Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sayaçı sözlər
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. == Tarixçə == “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. == Məzmun == "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Sayalı Sadıqova
Sayalı Allahverdi qızı Sadıqova (22 iyun 1960, Çəmbərək rayonu) — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir. == Həyatı == Sayalı Sadıqova 1960-cı ildə ən qədim tarixə malik olan Qərbi Azərbaycanın Göyçə mahalında, Krasnoselo rayonunun Cil kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Cil kənd orta məktəbində birinci sinfə getmiş, 1977-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə İnstitut Tələbə Həmkarlar təşkilatının sədri, Tələbə Elmi Cəmiyyətinin sədr müavini olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1984-cü illərdə Azərbaycan dili ixtisası üzrə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin aspirantı olmuşdur. == Fəaliyyəti == Elmi fəaliyyətə 1984-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsi ilə başlamışdır. 1986-cı ildə “Azərbaycan ədəbi dilində termin söz birləşmələri” mövzusunda namizədlik dissertasiyasını 26 yaşında müdafiə etmişdir. S.A.Sadıqova bu sahədəki fəaliyyətini davam etdirmək məqsədi ilə 1994-1997-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda əyani doktoranturaya qəbul olmuşdur.
Sayalı Tağıyeva
Tağıyeva Sayalı Abdulla qızı (d.1920, Şuşa) — tibb e.d. (1969), prof. (1969). == Həyatı == Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1942). 1942-ci ildən Tibb İnstitutunıın daxili xəstəliklərin hospital-terapiya kafedrasında ordinator, 1944-cü ildən assistent, 1955-ci ildən dosent, 1969-cu ildən professor olmuşdur. 1980-ci ildən 1992-ci ilə qədər pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri işləmiş, 1992-ci ildən isə kafedranın professorudur. 130-dan çox elmi əsərin, o cümlədən 2 monoqrafiya, 3 metodiki vəsait, 2 ixtira və s. müəllifidir. Bəstəkar Elnarə Dadaşovanın anasıdır.
Sayalı bağı
Sayalı bağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndinin cənub şərqində arxeoloji abidə. == Tarixi == Yаşаyış yеri Şəhriyаr kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin bir qismi əkin sаhəsinə çеvrilmiş, bir qismində isə yеni binаlаr sаlınmışdır. Аrаşdırmаlаr zаmаnı möhrədən tikilmiş dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı əldə еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Yаşаyış yеri ilə bаğlı yеrli əhаli аrаsındа müxtəlif rəvаyətlər vаrdır. Yаşаyış yеrini XVI-XIX əsrlərə аid еtmək оlаr.
ABŞ sayağı manqalüstü
ABŞ sayağı manqalüstü (rus. Барбекю в США) — Amerika Birləşmiş Ştatlarında "manqalüstü", əti temperaturda uzun müddət qızartmaqdan ibarət olan yemək üsuludur. Pişirmə prosesi açıq havada olur. Manqalüstü yəni qril kimi bişirilir. Əsas manqaldan istifadə olunur. Bu cür yemək; yəni manqalda bişən yemək xüsusi dadlı olur. Manqal sousu əsas tərkib hissəsidir. Yeyilərkən sous yeməyə əlavə olunur. Hər manqalüstüdə sous fərqli olur.Daha tez-tez, cənub bölgələrdə manqalüstü ilə bağlı müsabiqələr və yarışmalar keçirilir. Belə müsabiqələrdə qalib gələnlərə mükafatlar və xüsusi adlar verilir.
Sayalı bağı yaşayış yeri
Sayalı bağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndinin cənub şərqində arxeoloji abidə. == Tarixi == Yаşаyış yеri Şəhriyаr kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin bir qismi əkin sаhəsinə çеvrilmiş, bir qismində isə yеni binаlаr sаlınmışdır. Аrаşdırmаlаr zаmаnı möhrədən tikilmiş dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı əldə еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Yаşаyış yеri ilə bаğlı yеrli əhаli аrаsındа müxtəlif rəvаyətlər vаrdır. Yаşаyış yеrini XVI-XIX əsrlərə аid еtmək оlаr.
Geyger sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Qeyqer sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Danaçı
Danaçı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Davaçı
Şikayətçi, Kamal Sunalın 1986-cı ildə çəkildiyi filmdir. Filmi rejissor Zəki Öktən çəkmiş, ssenarisini isə Umur Buqay yazmışdır. == Məzmun == Bir kənddə iki qonşunun arasında olan dartışma filmin əsas məzmununu təşkil edir. Hər iki qonşu bir-birini məhkəməyə verir, lakin bu məhkəmə prosesi düz 7 il davam edir. Filmdə məhkəmələrin ləng işləməsi məsələsi əks etdirilir və kinematoqrafik dillə tənqid edilir. == Film haqqında == Ekranlara 1987-ci ildə buraxılmışdır.
Qaraçı
== Xalq ==
Qayalı
KəndlərQayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd.BələdiyyələrQayalı bələdiyyəsi —DigərQayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Saatçı
Saatsaz — saatların təmiri və düzəldilməsi ilə məşğul olan şəxs.
Salaçıq
Salaçıq (ukr. Старосілля, krımtat. Salaçıq, Салачыкъ) — Krımın Baxçasaray rayonunda (Ukraynanın inzibati-ərazi bölgüsünə görə - Krım Muxtar Respublikası) yoxa çıxmış kənd. 1954-1968-ci illərdə Baxçasarayın tərkibinə daxil edilmişdir. İndi şəhərin şərq kənarlarını təşkil edir. == Tarixi == Salaçık Krım xanlığının ilk paytaxtı (1532-ci ilə qədər) olan Çufutqalanın ətəyində qədim yaşayış məskənidir. Artıq Övliya Çələbinin Səyahətnamə əsərində (1667-ci il) Əski Salaçıq kimi qeyd edilmişdir. Əslində Baxçasarayın ətrafı olan Salaçıq ayrıca kənd kimi Rusiya İmperiyası dövrünün və Sovet hakimiyyətinin ilk illərinin mühasibat sənədlərində əksini tapmır. 1833-cü il tarixli "Xəritələr, planlar, mənzərələr və vinyetkalarla bəzədilmiş Krıma Səyahət Bələdçisi ..." əsərində Çarlz Montandon Salaçıqın adını qeyd etmədən təsvir etdi (... onun necə adlandırıldığı məlum deyil ...) Yalnız 1865-1876-cı illərə aid Şubertin üçverstlik xəritəsində Salaçıqda 61 həyət göstərilmişdir.
Abşeron mayakı
Abşeron mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Azərbaycandakı yerli mayaklardan ən irisidir. == Tarixi == 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilmişdir. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == === Quruluşu === Mayak 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. === İşıqlandırılması === İstifadəyə verildiyi vaxtdan etibarən işığın 38 km uzaqlıqdan görünməsinə malik olmuş, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. 1912-ci ilə qədər mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.
Astara mayakı
Astara mayakı — Azərbaycanın Astara şəhərinin ərazisində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 25 m olan bir dəmir konsrtruksiyasının üzərində quraşdırılmışdır. Astara mayakı Astara çayının sağ sahilində, Azərbaycan-İran dövlət sərhəddindən sərhədi 400 m (1/4 mil) şimalda, Xəzər dənizi sahilindən isə 250 m (820 ft) aralıda yerləşir. 1900-cü ildə Astara reydini və ora girişi göstərmək üçün işıqlanan stvor nişanlar quraşdırılıb. Hər iki nişan 2,5 mil məsafədə daimi qırmızı işıq ilə işıqlanır. Stvor nişanları şərq-qərb istiqamətində yerləşir.
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Sayadlı
Sayadlı — Xızı rayonunda kənd. == Tarixi == == Mədəniyyət == Kənddə 1989-cu ildə Münəvvər Rzayevanın müəllifi olduğu "Mikayıl Müşfiqin monumental abidəsi" ucaldılmışdır.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Yayuçı
Yayuçı Xanım — türk və altay mifologiyasında yaradıcı tanrıça. Yayguçı və ya Zayaçı (Zayuçı, Dayuçı) Xanım olaraq da tanınır. Uşaq doğmaq üçün insanlara kut (həyat enerjisi) göndərir. Göyün dördüncü qatında yaşayır. Yayguçı sözcüyü eyni zamanda Yayuçı Xanıma bağlı olan yaradıcı ruhların da adıdır. Bu ruhlara Yayaklar (Yayanlar / Yayağanlar) adı da verilir. Tatarlarda Car Cayanı adlı yaradıcı bir ruh vardır. == Yayaxlar == Yayax — türk və altay xalq inancında və şamanizmində yaradıcı ruhlara verilən addır. "Yayaxlar" olaraq çoxluq şəkildə istifadə edilir. Yayguçının əmrindədirlər.
Soyadı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Açaçı
Açaçı — İranın Şərqi Azərbaycan ostanının Miyana şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,777 nəfər və 1,020 ailədən ibarət idi.Açaçı xalqı Azərbaycanlı dır və Azərbaycan Türkcəsində Danışırlar. Azərbaycanın iki böyük çayı bu şəhərdə qovuşur, biri Qızılüzən, digəri isə Miyanaçaydır. Şəhərin Güney hissəsində Qaflantı dağ silsiləsi və onun tunelləri, eləcə də Qız Qalası və Qız Körpüsü hər bir tamaşaçının beyinin məşğul edən gözəl təbiət yaradıb. Bu şəhər Batı Qaflantının (Qaflankuh-e Gharbi) mərkəzidir. Tehran-Təbriz-Avropa tranzit yolu bu şəhərin mərkəzindən keçir.Yol boyu çoxsaylı supermarketlərin olması bu şəhəri Azərbaycanın quru meyvələri, süd məhsulları və suvenirlər bazarına çevirib. Açaçı sakinlərinin məşğuliyyəti əsasən kənd təsərrüfatıdır. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 8 km cənub-şərqdə, Miyanə-Tehran avtomobil yolunun 2 kilometrliyindədir..
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Sayad
Sayad (Xaçmaz)
Addinqton sarayı
Addinqton sarayı — İngiltərədə Cənubi Londonda Addinqton bölgəsinin yaxınlığındakı Kraydon ərazisində yerləşən saray. == Tarixi == Saray XVI əsrdə tikilmişdir. XVIII əsrə qədər sarayın sahibi Ley ailəsi olmuşdur. 1737-ci ildə ailənin sonuncu nümayəndəsi ser Con Ley vəfat edəndə onun yaxın mirasçısı olmur. Bu səbəbdən saray ailənin uzaq qohumu Barlaou Trekotikə qismət olur. Trekotik tacir idi, Londona köçmüşdü, millət vəkili və bələdiyyə başçısı kimi vəzifələrə sahib idi. 1770-ci ildə London meri Lord Mayor Addinqton sarayını 38.500£ qiymətə satın alır. == Müasir dövrdə == 1951-ci ildə saray Özəl Memarlıq Araşdırma Binaları Siyahısına alınmışdır. 1953-cü ildə Kral kilsəsi musiqi qrupu sarayı kirayəyə alır və həmçinin kollec kimi də istifadə olunur. Saray 1996-cı ildə bir şirkət tərəfindən alınmış və indiyə qədər toy, konfrans mərkəzi kimi istifadə olunmaqdadır.
Baabda Sarayı
Baabda Sarayı(fr. Palais Présidentiel de Baabda),(ərəb. قصر بعبدا ‎)-Livan prezidentinin rəsmi iqamətgahı. == Tarixi == Baabda sarayı Müdafiə Nazirliyi və digər müxtəlif hərbi postlarla əhatə olunmuşdur. 2005-ci ilin ortalarında təhlükəsizlik səbəbi ilə nazirlər görüşlərinin adi məkanı tərk edildikdən sonra nazirlərin görüşlərinə ev sahibliyi etməyə başladı.İndi nazirlərin görüşləri Baabda Sarayında və Böyük Seraildə alternativ qaydada keçirilir.
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Mayami
Mayami (ing. Miami) - Amerika Birləşmiş Ştatlarının Florida ştatının ikinci böyük şəhəridir. Atlantik okeanı sahilində bir sahil şəhəridir.Mayami rəsmi olaraq şəhər statusunu 1896-cı il 28 iyulda almışdır == Əhalisi == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Miami haqqında səyahət məlumatları var.
Saciçi
Saciçi — Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biridir. Onun hazırlanmasında eyni vaxtda ətdən və bolluca tərəvəzdən istifadə olunur. Bu yemək sacın – universal qalxanabənzər çuqun qabın içində hazırlanan yeməkdir.Ət, toyuq, balıq sac içində bişirilə bilər. Ən qədim sac yeməyi – sac qovurmadır ki, o da ətin ən yaxşı hissəsi, qoyun quyruğu və soğanla birlikdə, yağda, sac içində qovrulur.Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrəyə "sac ayağı" deyilən 3 dayaqlı altlığın üzərində qoyulur.
Safari
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri.Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir.Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur.Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Salami
Salami — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Salami bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,056 nəfər və 1,341 ailədən ibarət idi.
Balacı (Urmiya)
Balacı (fars. بالاجی‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 280 nəfər yaşayır (52 ailə).
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.