Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birinci Siciliya üsyanı
Birinci Kölə müharibəsi (lat. Primum Bellum servile) və ya Birinci Siciliya üsyanı (lat. Primo Rebellionem Siculis Confunditur) — e.ə. 135–132-ci illərdə Roma Respublikasına qarşı qaldırılan müvəffəqiyyətsiz kölə üsyanı. Müharibə Siciliya adasındakı Enna şəhərində baş verən kölə qiyamlarından təhriklənmişdi. Üsyana peyğambər olduğunu iddia edən, əvvəllər kölə olan Yevn və kilikiyalı (indiki Türkiyə) Kleon rəhbərlik edirdi. Kölələrin bir neçə kiçik qələbə çalmasından sonra, Siciliyaya böyük bir Roma legionu gəlmiş və üsyançıları məğlub etmişdir. == Arxaplan == İkinci Pun müharibəsi zamanı Karfegenin Hispaniyadan qovulmasından sonra, Siciliyada torpaq sahibliyinə böyük dəyişikliklər baş vermişdi. İtaliya möhtəkirləri adaya axın etmiş, böyük torpaq sahələrini ucuz qiymətə almış və Karfagen siciliyalılar ına aid olan əmlak və mülkləri məcburi şəkildə almışdılar. Bu torpaq sahələri və mülklər sahibkarların edamından və sürgünündən sonra Roma hökumətinə verilmişdi.
Dactylorhiza romana subsp. siciliensis
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Dactylorhiza sambucina subsp. siciliensis
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Dactylorhiza sulphurea subsp. siciliensis
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
I Ferdinand (Siciliya kralı)
I Ferdinand (isp. Ferdinando Antonio Pasquale Giovanni Nepomuceno Serafino Gennaro Benedetto di Borbone) (12 yanvar 1751[…], Neapol – 4 yanvar 1825[…], Neapol) — Neapol, Siciliya və İki Siciliya kralı. Burbon sülaləsinin Burbon-İki Siciliya qolunun əsası qoyuldu. Atası Neapol və Siciliya kralı III Karl, anası isə Polşa kralı III Avqustun qızı Mariya Amaliyadır. 10 avqust 1759-cu ildə sonsuz əmisi VI Ferdinandın vəfatının ardından atası İspaniya taxtına əyləşdi. Ancaq onun İspaniya taxtına keçə bilməsi üçün Neapol və Siciliya taxtından əl çəkməsi tələb edildi. Bu səbəblə III Karl həmin il 6 oktyabrda Neapol və Siciliya taxtından üçüncü oğlu Ferdinandın lehinə əl çəkdi. Çünki böyük oğlu Antonio əqli xəstə olduğu üçün varislikdən çıxarılmış, ikinci oğlu Karl isə İspaniya taxtının varisi (infant) elan edilmişdi. == Mənbə == Davis, John (2006). Naples and Napoleon: Southern Italy and the European Revolutions, 1780-1860.
I Fransisk (İki Siciliya kralı)
I Fransisk (isp. Francisco de las Dos Sicilias; it. Francesco Gennaro Giuseppe) (19 avqust 1777, Neapol – 8 noyabr 1830[…], Neapol) — İki Siciliya kralı. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 1796-cı ildə o, həm bibisi qızı, həm də dayısı qızı olan Mariya Klementina ilə evləndi. Ancaq xanımının vəfatından sonra əmisi qızı Mariya İzabella ilə evləndi. == Mənbə == Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans [Genealogy up to the fourth degree inclusive of all the Kings and Princes of sovereign houses of Europe currently living] (in French). Bourdeaux: Frederic Guillaume Birnstiel. 1768. pp.
I Vilyam (Siciliya kralı)
I Vilyam — Siciliyanın 2-ci kralıdır. Əslində kral olmağa hazır olmayan Vilyam özündən böyük bütün qardaşlarının ölümündən sonra məcbur taxta çıxmışdı. == Hakimiyyəti == 1155-ci ildə Bizans ordusunun Bari, Taranto, Ciovinazzonu ələ keçirməsi və Brindizini mühasirəyə alması xəbərləri gələrkən Vilyam tələsik donanma ilə Brindiziyə gələrək Bizans ordusunu məğlub etdi və Barini geri aldı. 1157-ci ilin yayında cavab vermək üçün 154 gəmidən ibarət nəhəng donanmanı Evbeya və Almira adalarını qarət etməyə göndərdi. Afrikadakı torpaqlarını isə çoxdan itirmişdi. Vilyamın siyasətindən xoşlanmayan əyanlar onu taxtan qovmaq barədə fikirləşməyə başladılar. == Üsyan == Əyanlar kralı devirmək üçün üsyana başladılar və onlara ilk kömək Taranto knyazı Simon Hoytvill (II) və Tankred (Siciliya kralı) Tankreddən gəldi. Kral həbs edildi və oğlu IV Rocer kral elan edildi, lakin hələ tac qoymağa imkan tapmamış Vilyam qaçdı və xalqın köməyi ilə üsyançıları məğlub etdi. Oğlu Roceri isə edam etdirdi. == Ölümü == Vilyam 7.5.1166də vəfat etdi və Palermo kafedralında dəfn edildi.
Joan Enrik Vives-i-Siciliya
Joan Enrik Vives-i-Siciliya (kat. Joan-Enric Vives i Sicília; 24 iyul 1949, Barselona, İspaniya) — Urgel Katolik Yeparxiyasının hazırkı Yepiskopu və Andorra şahzadəsi. == Həyatı == Vives-i-Siciliya 1949-cu ildə Barselonada anadan olub və xırda sahibkar Françeska Vives Pons və Korneliya Siciliya İbanezin üçüncü oğludur. 1965-ci ildə seminariyaya daxil olmuş və Humanitar, Fəlsəfə və İlahiyyatı fakültəsini bitirmişdir. 1974-cü ildə Vives evindəki Santa Mariya del Taulat de Barselona kilsəsində keşiş təyin edildi. Ata Vives-i-Siciliya daha sonra 1993-cü ildə Barselona Yepiskopunun köməkçisi təyin edildi və avtomatik olaraq İspaniya Yepiskopal Konfransının üzvü oldu. Papa İohann Pavel onu 2001-ci ildə Urgeldə yepiskop köməkçisi təyin etdi. 2003-cü ildə sələfi Juan Marti Alanisin təqaüdə çıxmasının taman olmasından iki il sonra onu 12 may 2003-cü ildə Urgel Yepiskopu olaraq təyin etdi və bu səbəbdən Pireney yüksəkliklərində yerləşən Andorra Knyazlığında Andorranın şahzadəsi oldu. 10 iyul 2003-cü ildə Andorranın Kaza de la Val səmtində, Andorra la Vellada yeni şahzadə olaraq konstitusiya andı içdi. Vives-i-Siciliya daha sonra 2010-cu ilin mart ayında Papa XVI Benedikt tərəfindən Baş yepiskop rütbəsinə qaldırıldı.
Joan Enrik Vives Siciliya
Joan Enrik Vives-i-Siciliya (kat. Joan-Enric Vives i Sicília; 24 iyul 1949, Barselona, İspaniya) — Urgel Katolik Yeparxiyasının hazırkı Yepiskopu və Andorra şahzadəsi. == Həyatı == Vives-i-Siciliya 1949-cu ildə Barselonada anadan olub və xırda sahibkar Françeska Vives Pons və Korneliya Siciliya İbanezin üçüncü oğludur. 1965-ci ildə seminariyaya daxil olmuş və Humanitar, Fəlsəfə və İlahiyyatı fakültəsini bitirmişdir. 1974-cü ildə Vives evindəki Santa Mariya del Taulat de Barselona kilsəsində keşiş təyin edildi. Ata Vives-i-Siciliya daha sonra 1993-cü ildə Barselona Yepiskopunun köməkçisi təyin edildi və avtomatik olaraq İspaniya Yepiskopal Konfransının üzvü oldu. Papa İohann Pavel onu 2001-ci ildə Urgeldə yepiskop köməkçisi təyin etdi. 2003-cü ildə sələfi Juan Marti Alanisin təqaüdə çıxmasının taman olmasından iki il sonra onu 12 may 2003-cü ildə Urgel Yepiskopu olaraq təyin etdi və bu səbəbdən Pireney yüksəkliklərində yerləşən Andorra Knyazlığında Andorranın şahzadəsi oldu. 10 iyul 2003-cü ildə Andorranın Kaza de la Val səmtində, Andorra la Vellada yeni şahzadə olaraq konstitusiya andı içdi. Vives-i-Siciliya daha sonra 2010-cu ilin mart ayında Papa XVI Benedikt tərəfindən Baş yepiskop rütbəsinə qaldırıldı.
Mariya İzabella (İki Siciliya kraliçası)
Mariya İzabella (isp. María Isabel de Borbón y Borbón-Parma) (6 iyul 1789[…], Madrid – 13 sentyabr 1848[…], Portiçi, Kampaniya) — İki Siciliya kralı I Fransiskin xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə onun xanımı Parmalı Mariya Luizadır. Hələ 13 yaşında ikən əmisi oğlu olan İki Siciliya kralı Fransisklə evləndi və Siciliya kraliçası oldu. == Mənbə == Acton, Harold. The Bourbons of Naples (1734-1825). Prion books limited, London, 1989 (first published in 1957). ISBN 1-85375-291-6 Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908.
Orchis mediterranea subsp. siciliensis
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Orchis siciliensis
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Siciliya
Siciliya — Aralıq dənizində ən böyük ada. İtaliya muxtar vilayətlərindən biri. Sahəsi 25,460 km². Apennin yarımadasından cənubda yerləşir və Messina boğazı vasitəsi ilə ondan ayrılır. Sahilləri, əsəsən, dik və az girintili çıxıntılıdır. Dağlıq və təpəli relyef üstündür. Şimal sahili boyu Apennin yarımadasındakı dağların davamı olan silsilələr və ayrı-ayrı massivlər (Peloritan dağları, Nebrodi, Le-Madoniye) uzanır. Mərkəzi hissəsini alçaq dağlıq sahələr və təpəliklər tutur; cənub-şərqdə karstlı İblen platosu yerləşir. Şimal və qərb sahillərində akkumulyativ düzənliklər var. Adanın ən yüksək nöqtəsi Etna vulkanıdır (3340 m).
Siciliya barokkosu
Siciliya barokkosu— (it. Barocco siciliano) Barokko memarlığının bir növü, yaxud qolu olub XVII–XVIII əsrlərdə təşəkkül tapmışdır. Bu növ klassik barokko memarlığından bərli-bəzəkli tağ və sütun elementlərdən başqa çoxlu sayda gülərüzlü maskalar, putto və lat. amoretta adlanan kiçik oğlan uşağı fiqurlarına, həddən ziyadə bəzək elementlərinə malik olması ilə seçilir. == Yaranması ==Siciliya adası 1693 cü ildə baş vermiş güclü zəlzələ nəticəsində nın bir çox yaşayış məntəqələri dağılmışdır. Zəlzələ tarixi Noto şəhərini tamamilə dağıtmış olur. Noto şəhəri o dövrdə adlı sanlı Roma memarlar deyil, yerli memarlar tərəfindən lahiyələşdirilərək tikilir. Bu zaman yerli memarlar tam sərbəst şəkildə düşünərək klassik barokko memarlığına yeni istiqamət vermişdirlər. Siciliya barokkosuna İtaliyanın yalnız Siciliya regionunda rast gəlinir. Zəlzələdən sonra yerli kübar cəmiyyətinin nümayəndələri öz saray və imqamətgahlarını, kilsə binalarını məhz bu yeni nəsil memarlarına həvalə etmişlər.
Siciliya bayrağı
Siciliya bayrağı (sic. Bannera dâ Sicilia; it. Bandiera siciliana) — İtaliya muxtar vilayətlərindən biri olan Siciliyanın bayrağı. == Tarixi == Siciliyanın qədim bayrağı ilk dəfə 1282-ci ildə Palermodakı "Siciliya gecəsi"ndə qəbul edilib. == Forması == Bayrağın mərkəzində üçayaqlı insan təsvir olunub. Ayaqlar Siciliya adasının üç ucqar nöqtələrinə işarədir. Belə ki, bu adanın qədim adı da yunan dilində "üçbucaq" mənasını verir. Bayrağın rəngi isə Palermo və Korleone şəhərlərini özündə ehtiva edir.
Siciliya boğazı
Siciliya boğazı (it. Canale di Siciliya)- Afrikanın şimalında yerləşən Bon yarımadasını Siciliya adasından ayırır. Boğazın eni təqribi 160 km, dərinliyi 316 m təşkil edir. Aralıq dənizinın Şərq və Qərb hövzələrini birləşdirir. Dərinlikdə axınlar şərqdən qərbə, səthdə isə əksinədir. Bu hadisə Okeanologiya elmi ilə məşğul olan alimləri özünə cəlb edir. Bölgədə yerləşən Pantelleriya adası Afrikadan gələn miqrantları qəbul edir. Ada İtaliyanın ərazisidir. Gələn qaçqınların bir çoxu Avropaya çatmamış qayıq və ya gəmi qəzalarında həlak olur.
Siciliya dili
Siciliya dili (Lu Sicilianu, İtalyanca: Lingua siciliana) — təxminən 10 milyon adam tərəfindən danışılan latın dili əsaslı dil. Danışıldığı yerlər Siciliya bölgəsinin hamısı, Orta və Cənubi Calabria, Lecce və Salernodur.
Siciliya krallığı
Siciliya Krallığı — 1130 tarixindən 1816 tarixinə qədər hökm sürən və İtaliyanın cənubunda qurulmuş olan bir dövlət idi. Krallığın qurulma prosesi I Rocer dövründə başlanmış İtaliyanın Normanlar tərəfindən işğalı nəticəsində qurulmuş Siciliya qraflığı ilə başlamışdı. Krallıq isə II Rocer dövründə yaradılmışdı. Dövlətin varlığı boyunca bir çox sülalələr dəyişmişdir və sonunda İki Siciliya krallığının tərkibinə qoşulmuşdur.
Siciliya müdafiəsi
Siciliya müdafiəsi — Şahmatda "e4 c5" gedişləri ilə başlayan debüt. Siciliya müdafiəsi ən məşhur debütlərdəndir və ağların 1.e4 gedişinə ən çox hesablanan başlanğıcdır. Statistikaya əsasən ağlar üçün 1.d4 gedişi Siciliyaya nisbətən daha uğurlu başlanğıcdır. New In Chess-in 2000-ci ildə çıxan kitabında bazasındakı oyunlardan 296.200 partiyanın 56.1%-də ağlar 1.d4 gedişi ilə başlamış və qələbə qazanmış, 349.855 partiyanın 54.1%-də ağlar 1.e4 gedişi ilə başlamış və qələbə qazanmışdır. Qrossmeyster Con Nann Siciliya müdafiəsinin məşhurluğunu onun "döyüşkən təbiəti" ilə izah edir: "Bir çox versiyalarda qaralar bərabərlik üçün yox, üstünlük üçün oynayırlar. Zəif cəhəti odur ki, ağlar təşəbbüsü tez ələ alırlar, buna görə də qaralar qurban verərək tez hücuma keçməməli, diqqətli olmalıdırlar." Siciliya müdafiəsinə dair ilk notasiyalara hələ XVI əsrin əvvəllərində italyan şahmatçıları Cuilio Polerio və Ciaoçino Qrekonun oyunlarında rast gəlinir. == Açıq Siciliya: 2.Af3 və 3.d4 == 1.e4 c5 gedişləri ilə başlayan oyunların 75%-dən çoxu 2.Af3 gedişi ilə davam edir. Qaraların üç əsas seçimi var: 2...d6, 2...Ac6 və 2...e6. Bu gedişlərdən sonra ağlar 3.d4 gedişini oynayır ki, bu da Açıq Siciliya adlanır və olduqca mürəkkəb pozisiyalara səbəb olur. Ağlar fiqurlarını inkişaf etdirir və şah cinahından hücuma keçə bilmək üçün əlavə cinah açıqlığı yaradır.
Siciliya qraflığı
Siciliya qraflığı - Normanlar tərəfindən İtaliyanın cənubunda Siciliya adasında qurulan qraflıq. Siciliya əmirliyini əvəz etmişdi. 1130-cu ildə II Rocer qraflığı krallıq statusuna qaldırdı.
Siciliya tarixi
Siciliya tarix boyu başqa millətlər tərəfindən ələ keçirilmişdir — qədim romalılar,vandallar,bizanslılar,normanlar,hohenştaufen sülaləsi,ispanlar. Buna baxmayaraq Siciliyanın müstəqil olan dövrləridə olmuşdur - Böyük Yunanıstan, Siciliya əmirliyi və Siciliya krallığı. Hal-hazırda Siciliya İtaliyanın tərkib hissəsindədir. Siciliya həm müasir İtaliyanın ən böyük sahəsi, həm də Aralıq dənizinin ən böyük adasıdır. Əlverişli coğrafi mövqeyi və təbii qaynaqları sayəsində, Sicilya qədim dövrlərdən bəri Aralıq dənizi ticarətində əsas rol oynayan ən mühüm strateji sahə sayılır, məsələn, qədim yunanlar bu bölgəni çox yüksək qiymətləndirdi və Siseron Sirukazı şəhərini qədim Yunanıstanın ən böyük və gözəl şəhəri kimi təsvir etdi. == Qədim tarixi == Siciliyanın yerli əhalisi bir neçə qəbilə idi, uzun müddət tək bir xalqda toplandı. Qədim yunanlar onları Elimtsy, Sikans və Sikul, ya da Siciliya adlandırdılar (sonra ada adını aldılar). Enotria, Chona, Laterna (və ya latarny) Oski və Ausones - Bu, digər İtalyanlar Calabria Italoi deyilən kimi Sikily, cənub İtaliya köç ki, aydındır. Sicanların başlanğıcda bir Iberian qəbiləsi olması ehtimalı olsa da. Elims də Ege dənizindən gələn bir yad qəbilə ola bilər.
Siciliya Əmirliyi
Siciliya Əmirliyi (it. Emirato di Sicilia ; ərəb. إمارة صقلية‎) — İtaliyanın Siciliya adasında mövcud olmuş müsəlman əmirliyi. == Tarixi == 535-ci ildə Siciliya Bizans imperiyasının nəzarəti altında olan bir ərazi idi. 652-ci ildə Xəlifə Osman ibn Əffan tərəfindən idarə edilən donanma Siciliyanı işğal etdi. Ancaq ərəblər adada sadəcə qısa bir müddət qala bildilər. 700-ci ildə Siciliyaya yaxın olan Pantelleriyanı zəbt edən ərəblər Bizans imperiyası ilə ticarət müqaviləsi imzaladılar. Efemusun Bizans İmperatoru ilə problemləri olması səbəbindən II Mixail adanın cənubunda yerləşən limanları bilərəkdən ərəblərə verdi. Göstərilən müqavimətə baxmayaraq ərazi 965-ci ildə əvvəlcə Əqlabilərin sonralar isə Fatimilərin nəzarəti altına keçdi. Fatimi sultanı Həsən Əl Kəlbi əldə etdiyi uğurlarına görə Siciliya Əmiri elan edildi və bununlada ada da Kəlbilər sülaləsinin hakimiyyəti başlamış oldu.
Siciliyalı (roman)
Siciliya — Amerika yazıçısı Mario Puzonun romanıdır. 1984-cü ildə Random House Nəşriyyat Qrupu ( ISBN 0-671-43564-7 ) tərəfindən nəşr edilmiş bu əsər siciliyalı quldur Salvatore Giuliano -nun həyatına əsaslanır. O, Puzonun ən məşhur əsəri olan “Xaç atası” (1969) ilə eyni kainatda çəkilir və “Xaç atası ” filminin personajlarını ehtiva edir. Xaç atası romanının ədəbi davamı kimi qəbul edilir və The Xaç atası roman seriyasının ikinci kitabıdır. Bütün bunlara baxmayaraq, 1987-ci ildə filmə uyğunlaşdırılmışdır Xaç atası istinadları filmin uyğunlaşdırılmasında müəllif hüquqları səbəbi ilə silindi. Bu romanda Salvatore Giuliano adının yazılışı Puzo tərəfindən qəsdən "Guiliano" olaraq dəyişdirilmişdir. Bu roman bədii əsər olsa da, Giuliano-nun real həyatda göstərdiyi istismarlara əsaslanır. == Süjet == 1950-ci ildə Siciliya-Amerika mafiyası Don Vito Korleonenin oğlu Maykl Korleone Siciliyadakı sürgündən sonra evinə Amerikaya qayıtmağa hazırlaşır . O, Siciliya mafiyasının ən güclü başçısı Don Croce Malo ilə görüşür. Don Croce və Mayklın atası məşhur quldur Salvatore "Turi" Gilianoya Siciliyadan qaçmağa və Maykl ilə Amerikaya getməyə kömək etmək üçün müttəfiq oldular.
Siciliyalı Mariya Tereza
Siciliyalı Mariya Tereza (isp. María Teresa de las Dos Sicilias) (6 iyun 1772, Neapol – 13 aprel 1807, Vyana) — sonuncu Müqəddəs Roma imperatoru və ilk Avstriya imperatoru II Fransiskin xanımı. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 15 sentyabr 1790-cı ildə həm bibisi oğlu, həm də dayısı oğlu olan Avstriyalı Fransisklə evləndi. Evlilikdən 2 gün sonra əri Müqəddəs Roma imperatoru elan edildi. == Mənbə == Friedrich Weissensteiner: Frauen auf Habsburgs Thron – die österreichischen Kaiserinnen, Ueberreuter Wien, 1998, ISBN 3-8000-3709-2 Charlottas, Hedvig Elisabeth (1927) [1797-1799]. af Klercker, Cecilia (ed.). Hedvig Elisabeth Charlottas dagbok [The diary of Hedvig Elizabeth Charlotte] (in Swedish). VI 1797-1799.
Siciliyanın tarixi
Siciliya tarix boyu başqa millətlər tərəfindən ələ keçirilmişdir — qədim romalılar,vandallar,bizanslılar,normanlar,hohenştaufen sülaləsi,ispanlar. Buna baxmayaraq Siciliyanın müstəqil olan dövrləridə olmuşdur - Böyük Yunanıstan, Siciliya əmirliyi və Siciliya krallığı. Hal-hazırda Siciliya İtaliyanın tərkib hissəsindədir. Siciliya həm müasir İtaliyanın ən böyük sahəsi, həm də Aralıq dənizinin ən böyük adasıdır. Əlverişli coğrafi mövqeyi və təbii qaynaqları sayəsində, Sicilya qədim dövrlərdən bəri Aralıq dənizi ticarətində əsas rol oynayan ən mühüm strateji sahə sayılır, məsələn, qədim yunanlar bu bölgəni çox yüksək qiymətləndirdi və Siseron Sirukazı şəhərini qədim Yunanıstanın ən böyük və gözəl şəhəri kimi təsvir etdi. == Qədim tarixi == Siciliyanın yerli əhalisi bir neçə qəbilə idi, uzun müddət tək bir xalqda toplandı. Qədim yunanlar onları Elimtsy, Sikans və Sikul, ya da Siciliya adlandırdılar (sonra ada adını aldılar). Enotria, Chona, Laterna (və ya latarny) Oski və Ausones - Bu, digər İtalyanlar Calabria Italoi deyilən kimi Sikily, cənub İtaliya köç ki, aydındır. Sicanların başlanğıcda bir Iberian qəbiləsi olması ehtimalı olsa da. Elims də Ege dənizindən gələn bir yad qəbilə ola bilər.
Sicim
Sicim — qalın tovlanmış iplərdən hörülmüş kobud ipdir. Azərbaycanda belə iplə ata və yaxud arabaya ot yükləyərkən yükü bağlayırlar. Sicim yeddi və ya doqquz tağ iplikdən toxunur. Əsasən keçi tükündən (qəzilindən) toxunsada bəzən qoyun yunundan (qaba yundan) da istifadə edilərək toxunurdu . Toxunub hazırlanmış sicimin bir ucuna doğanaq tikilirdi. Uzunluğu on-iyirmi metr, bəzən daha çox olardı.
Siril Qrossklaus
Siril Qrossklaus (17 aprel 1991) — İsveçrəli cüdoçu. Siril Qrossklaus İsveçrəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Siril Qrossklaus birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Fransanın nümayəndəsi Aleksandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Siril Qrossklaus rəqibi ilə 0:0 hesabı ilə bərabarə qalsa da, şido xalları ilə ona uduzdu.
Sivil mühəndislik
Sivil mühəndislik və ya mühəndislik iqtisadiyyatı — mülki mühəndislik iqtisadiyyatı, daha dəqiq desək, mikroiqtisadiyyatın bir alt hissəsidir. "Qıt mənbələrin rasional bölgüsü üçün texniki cəhətdən mümkün alternativlər arasında iqtisadi seçimlərə rəhbərlik" olaraq təyin olunur. Məqsəd, əsas iqtisadi problemlə üzləşən özəl və ya dövlət təşkilatlarına rəhbərlik etməkdir. İqtisadiyyatın bu əsas problemi cavablandırılması iki sualdan ibarətdir: hansı hədəflər araşdırılmalı və araşdırılmalı və onlara necə nail olmaq olar? İqtisadiyyat bir sosial elm olaraq bu sualları cavablandırır və "… az mənbələrin rasional bölgüsü üçün texniki cəhətdən mümkün alternativlər" arasından seçim etmək üçün istifadə olunan bilik olaraq təyin edilir. Buna görə "… mənfəətin artırılması və ya xərclərin minimuma endirilməsi" ilə əlaqəli bütün problemlər iqtisadi məqsədlər üçün mühəndis problemləridir və "mühəndislik iqtisadiyyatı" termini ilə düzgün təsvir olunur. İnşaat mühəndisləri tərəfindən tətbiq olunan bir fənlər olaraq mühəndislik iqtisadiyyatı, geniş bir infrastruktur layihəsində dövlət və ya özəl kapital qoyuluşu ilə əlaqəli əsas iqtisadi problemin və bununla əlaqəli məsələlərin tərifini daraldır. Mülki mühəndislər mühəndislik layihələrinin qeyri-adekvat iqtisadi qiymətləndirilməsi şəklində əsas problemin daha ixtisaslaşmış formaları ilə qarşılaşırlar. İnşaat mühəndisləri, səmərəli və təsirli infrastruktur təmin etmək üçün davamlı təzyiq altında, az mənbələrin keyfiyyət təminatı, riskin azaldılması və layihə nəzarətinə ayrılması kimi çətin problemlərlə üzləşirlər. Sivil mühəndislər layihə həyat dövrünün hər mərhələsində baş verən qiymətləndirmələrin bir hissəsi kimi mühəndis iqtisadiyyatının oynadığı rolu tanımaq üçün təlim almalıdırlar.
Siril Norman Hinşelvud
Siril Norman Hinşelvud (19 iyun 1897, London - 9 oktyabr 1967, London) — 1956-cı ildə Nikolay Semyonovla birlikdə Kimya üzrə Nobel mükafatı alan ingilis alimi. Xüsusilə kimyəvi reaksiya mexanizmləri üzərindəki tədqiqatları ilə tanınır. Hidrogenin yanması, oksigenin su əmələ gətirməsi kimi zəncirvari reaksiyaların mexanizmini və sürətini öyrənmişdir. Son illərindəki tədqiqatlar antibiotik sahəsində istifadə olunacaq bakterial hüceyrə divarlarında gedən reaksiyalar üzərində olmuşdur. == Həyatı == === İlk illər === 19 iyun 1897-ci ildə Londonda anadan olmuşdur. Vestminster şəhər məktəbində və Oksford universitetində təhsil almış və Oksforddan lizensiyalı dərəcə almışdır. Sırası ilə Balliol, Triniti və Ekseter kolleclərində işləmişdir. 1921-1937 illərində Triniti kollecində dərslər vermişdir. 1937-ci ildən Oksford Universitetində professor kimi işləməyə başlamışdır. Həmin dövrdə İngiltərə hökumətinə elm sahəsində köməklik göstərmişdir.
Əfqanıstan Sivil Müharibəsi (1996-2001)
Əfqanıstan Vətəndaş müharibəsi-Əfqanıstanda "Taliban" rejimini devirmək və Üsamə bin Ladeni öldürmək məqsədi ilə yerinə yetirilmiş əməliyyat və ya müharibə.
Badə İşçil
Badə İşçil (8 avqust 1983)— Türkiyə aktrisası. == Həyatı == Badə İşçil 1983-cü ildə avqust ayının 8-i İstanbulda dünyaya gəlib. Yeditəpə Universiteti Moda Dizayn Fakultəsinin məzunu olub. 2007-ci ildə Badə İşçil Cine5 kanalında nəşr olunan Metropol Cafe adlı komediya serialına ilk dəfə rol alıb. Amma onu əslində daha da məşhur edən rolu isə 2009 və 2011-ci illər arasında "Ezel" adlı televiziya serialında Şəbnəm Sertuna obrazıdır. "Ezel"in ardından hələ də davam etməkdə olan "Kuzey Güney" adlı televiziya serialında Banu Sinaner xarakterini canlandırmaqdadır. Badə İşçilin ən böyük şikayəti xarici görünüşündən ötrü insanların fərqli baxması, yanılmasıdır. Bir reportajında ​​da vəziyyəti belə şərh edir: "Saçımın rəngi və türk standartlarına görə fərqli bir tipin meydana gəlməsi "sarı saçına, mavi gözünə güvənir" kimi təəssürat yaradır." Məni tanımayanlar özündən razı və ərköyün zənn edir. Halbuki çox cana yaxın və səmimi biri olduğumu düşünürəm. Dünya malı yalan gəlir mənə.
Soçil Qomes
Soçil Qomes (ing. Xochitl Gomez; 29 aprel 2006, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Qomes 29 aprel 2006-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində meksikalı valideynlərin ailəsində anadan olmuşdur. Onun adı — Xóchitl Meksikanın yerli dili olan astek dilində "gül" deməkdir. == Karyerası == Qomes 5 yaşında yerli musiqi videolarında rol almağa başladı. "Dayələr klubu" teleserialında görünməzdən əvvəl "Genetikalaşmış", "Reyvenin evi" və "Sən pisliyin təcəssümüsən" teleseriallarında rol almışdır. Qomes 2019-cu il filmi "Kölgə canavarları" filmindəki roluna görə 2020-ci ildə "Cavan Aktyor Mükafatı" qazandı. Həmin ilin sonunda Qomesin "Doktor Strenc: Dəliliklərin multikainatında" filmində Amerika Çavesi canlandıracağı açıqlandı. == Şəxsi həyatı == Qomes "Black Lives Matter" hərəkatına dəstək olaraq 2017-ci ildə "Qadın marşları"nda iştirak etmişdir.
Tatsuya Şici
Tatsuya Şici (d. 20 oktyabr 1938) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib, 1 qol vurub.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir.Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar su­larda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoq­rafik, struktur, dinamik, genetik və b.
Sevil
Sevil — qadın adı. Sevil Əliyeva — Sevil Nuriyeva —ƏsərlərSevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera.FilmlərSevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film.DigərSevil (ansambl) — musiqi qrupu.
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Sibiu
Sibiu (almanca: Hermanştat, macarca: Nagyszeben) — Rumıniyada Transilvaniya regionunda şəhər, Sibiu administrasiya əyalətinin mərkəzi. Əhalisi 171,5 min nəfərdir (2002). Sibiuda məşhur alman şairi Oskar Pastior anadan olmuşdur.
İncil
İncil (ərəb. إنجيل‎; yun. εὐαγγέλιον Evanqelion – "xoş xəbər") — Müasir əsasən xristiyanların Müqəddəs Kitablarının bir hissəsi. Hal-hazırda İncil dedikdə, adətən Əhdi-Cədid nəzərdə tutulur. Əhdi-Cədidin ilk dörd kitabı olan və İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından bəhs edən yazılara da ayrı-ayrılıqda “Evanqelion” deyilir, lakin Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində bu dörd kitab “İncil” deyil, “Müjdə” olaraq tərcümə olunmuşdur. == İncil kanonu == İncil kanonu dedikdə, Kilsə tərəfindən Allahdan ilham almış yazı, Allahın Kəlamı olaraq qəbul edilən yazıların toplusu nəzərdə tutulur. İsa Məsih kitab yazmayıb və yazdırmayıb. Onun İncili və ya Müjdəsi yazıya alınmazdan əvvəl şifahi formada mövcud idi. Həvari Paul eramızın I əsrində bu şifahi Müjdəni (yunan dilində εὐαγγέλιον Evanqelion) İsa Məsihin Özündən aldığını yazırdı. Bu şifahi “İncil” həm İsa Məsihin Müjdəsi, həm də sonra Onun Kilsəsi, yaxud İmanlılar Cəmiyyətinin Müjdəsi olub.
Sidik
Sidik — böyrəklərdən ürinasiya prosesi ilə ifraz olunan, ümumiyyətlə steril vəziyyətdə, bədənin yan məhsulu olan bir mayedir. Turş mənşəli olan bu maye, məhlullarında saxlayan məməli canlıların bədənlərindəki suyun məzmunundakı mineral, qeyri-üzvi və digər maddələrin tarazlığını təmin etmək məqsədi ilə sidik torbasından çölə əksəriyyətlə cinsi orqanlarda mövcud mexanizmlər köməyiylə atılır. Sidik meydana gəlməsi, bədəndə mineral və digər maddələrin tarazlığının təmin edilməsində təsirlidir. Bədəndə olması lazım olandan çox olan və ya bədənə zərərli olan maddələr sidik yolu ilə çölə atılır. Sidik, içində ərimiş ya da dayandırılması vəziyyətində olan bir çox maddəni uzaqlaşdırar. Eyni zamanda sidik (alınan qidaya bağlı olaraq) 5.0 - 8.0 pH dəyərləri arasındadır.
Sietl
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Sinif
Sinif (class) – obyekt-yönlü proqramlaşdırmada: bir anlayış çərçivəsində mövcud ola bilən və spesifik xarakterli elementlər qrupunu (obyektləri) təsvir edən ümumiləşdirilmiş kateqoriya. Proqramın siniflər konsepsiyasını insanların gündəlik həyatda, çox zaman şüuraltı istifadə etdikləri müxtəlif növ təsnifatlarla müqayisə etmək olar; örnək olaraq maddi dünyanın strukturunu müəyyən edən məlum “heyvan”, “bitki” və “mineral” kateqoriyalarını göstərmək olar. Proqramın sinifləri kimi bu kateqoriyalar da, onlara daxil olan obyektlərin tiplərini və onların davranış üsullarını müəyyən edir. Obyekt-yönlü proqramlaşdırmada siniflərin təyin olunması, C və Pascal kimi dillərdə tiplərin təyin olunması ilə oxşardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat.
Sinql
Sinql (ingiliscə:Single – ayrıca) – musiqiçilərin çıxarmağa planlaşdırdığı albomlarından seçdikləri bir və ya bir neçə parçadan ibarət olan musiqi albomudur. A və B üzlərindən ibarət olaraq 2 hissədən ibarətdir. A üzündə original mahnılar, B üzündə isə bu mahnıların remiksləri yazılmışdır. "Sinql" termini ilk dəfə 1950-ci illərdən meydana gəlmişdir. Hal-hazırda sinqllar CD və DVDdə çıxarılır. == İstinadlar == ^ Marcus 2005 (1), p. 145 ^ "Pop single still hits right note". Sydney Morning Herald. 2004–08–26. http://www.smh.com.au/articles/2004/08/25/1093246622880.html.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
Kiçik sahil qaranquşu
Kiçik sahil qaranquşu (lat. Riparia paludicola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin sahil qaranquşu cinsinə aid heyvan növü.
Aegilops sicula
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Agrostis sicula
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Aşağı Sirik
Aşağı Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşağı Sirik kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Bad (sinql)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüsser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bennettitlər (sinif)
Bennettitlər (lat. Bennettitopsida) — riniofitlər şöbəsinə aid bitki sinfi.
Arçil
II Arçil (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö. 1767) - Elizbar Taktakişvilinin qızı Tinatin ilə evlənmişdi. Yese (ö.
Kızıl
Kızıl — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasına daxildir.
Miçio
Miçio — Yaponiya adı. Miçio Yasuda — keçmiş Yaponiya futbolçusu. Miçio Aşikaqa — keçmiş Yaponiya futbolçusu.
Qıfıl
Qıfıl; otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). == Toponimikası == Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Qızıl
Qızıl və ya Altun (Au) — təbiətdə saf şəkildə rast gəlinən metal. Kimyəvi elementlərdən biridir. Kimyəvi elementlərin dövri cədvəlində 79-cu elementdir. Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir. Qızıl parlaq sarı rəngi və parıldaması ilə diqqəti cəlb edən çox ağır metaldır. Üstəlik, asanlıqla reaksiya verməyən çox stabil bir element olduğu üçün hava və sudan təsirlənmir. Buna görə də heç vaxt paslanmır, ləkələnmir və matlaşmır.
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Saçlı
Saçlı (Abaran)
Çigil
Çigil — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşmamış adadır. Palçıq vulkanı mənşəlidir. Ərazisi 0,4 km² təşkil edir. Sahilləri hündür və yalnız cənub-şərq tərəfdən ensiz sahil zolağı ilə əhatə olunmuşdur. Cənub-Şərq hissədə bir necə palcıq vulkanı var. Adanın uzunluğu 585 m, eni 425 m-dir. Sahildən 16,9 km məsafə ayırır. Maksimal hündürlük 5 m təşkil edir. Bəndovan burnundan cənubda yerləşir.
Şamil
Şamil — kişi adı və təxəllüs Şamil Rasizadə — Azərbaycan SSR dövrünün görkəmli dövlət xadimi. Şamil Basayev - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Süleymanlı — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şamil Mahmudbəyov (rejissor) - Azərbaycan kinorejissoru, aktyor, ssenarist Şamil İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. Şamil Əliyev — Azərbaycan kinorejissoru və ssenaristi. Şamil Şamxalov – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi Şamil Əsgərov - şair, tərcüməçi, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi. Şamil Fətullayev — memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) Şamil Əzizbəyov — geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944) Şeyx Şamil - Qafqaz xalqlarının milli qəhrəmanı Şamil Xurşud - ictimai xadim, yazıçı, publisist və dramaturq, Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Şamil Əliyev (akademik) - akademik, Bakı Dövlət Universitetinin rektoru (1941-1944) Şamil Mahmudbəyov (repressiya qurbanı) — repressiya qurbanı Şamil rayonu - Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Şamil Ağayev — Azərbaycan jurnalisti Şamil Şahməmmədov- jurnalist Şamil Qazıyev — rəssam, əməkdar incəsənət xadimi. Şamil Vəliyev — Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Şamil Səlimxanov - Tibb elmləri doktoru. Şamil Nəcəfzadə — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Şamil Qurbanov — Azərbaycan Respublikasının dövlət xadimi, filologiya elmləri doktoru, professor Məşədi Şamil Hacıyev - vəkil, "Difai" təşkilatının üzvü Şamil Xudiyev - iqtisad elmləri dоktоru Şamil Qafarov - professor (2003) Şamil Allahverdiyev - Geoloq, geologiya-mineralogiya elmləri doktoru Şamil Yusifov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Şamil Atabəy - jurnalist Şamil Muxtarov - İkinci dünya müharibəsi iştirakçısı, Şamil bəy Əsgərxanov — Rusiya çar ordusunun poruçiki, Şamil Tahirov - kimya üzrə fəlsəfə doktoru Şamil Ayrım - Türkiyə siyasətçisi.