Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siyasi repressiya
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri.
Repressiya
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri.
Siyasi Repressiya Qurbanları Muzeyi (Bakı)
Siyasi Repressiya Qurbanları Muzeyi — 1925-ci ildən dövlətin əsas repressiv orqanlarının, Fövqəladə Komissiyanın, Daxili İşlər Xalq Komissarlığının və Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət göstərdiyi binada açılıb. Binanın zirzəmisində saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər mövcud olub. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən, 1920-1950-ci illərdə SSRİ-nin yüz minlərlə ictimai xadim və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşın siyasi repressiyalara məruz qoyulması ilə nəticələnən repressiv siyasətindən bəhs edir. 1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən artıq olub. == Haqqında == Muzey 24 may 2019-cu ildə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində DSX-nin inzibati binasında yaradılıb. 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanları fəaliyyət göstərib. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnməsi yerləri mövcud olub.Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə edilib. Qazaxıstan “ALJİR” Siyasi Repressiya Muzeyi tərəfindən də sənədlər təqdim olunub. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən də kömək göstərilib.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Siyasi elm
Politologiya və ya Siyasi elm — Politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir.Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət. Bugün siyasi elm qərarların qəbulu prosesini, hakimiyyətin dövredilməsini, siyasi idarəetmə sistemlərini, eləcə də siyasi davranışı öyrənir.
Siyasi fəlsəfə
Siyasi fəlsəfə - Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir.Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır. Sosial – siyasi fikir fəlsəfənin tərkib hissəsi kimi uzun müddət ərzində əsasən hüquq və dövlət haqqındakı ideya və nəzəriyyələr çərçivəsində öyrənilirdi.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Siyasi inteqrasiya
Siyasi inteqrasiya (ing. Political Integration) — qarşılıqlı əməkdaşlığa yönəlmiş iki və ya daha çox siyasi quruluşun daha dar mənada yaxınlaşma prosesi, dövlətlərarası səviyyədə müəyyən bir ayrılmaz siyasi sistem kompleksinin meydana gəlməsidir . Bu cür inteqrasiyanın xarakterik nəticələrindən biri də bu strukturların birləşdirilməsidir. Eyni zamanda, hər hansı bir məsələnin ortaq şəkildə həlli üçün həm rəsmi, həm də qeyri-rəsmi qurumların olması lazımdır. İnteqrasiya olunmuş cəmiyyətdə inteqrasiya iştirakçıları arasındakı əməliyyat səviyyəsinin artdığı və maraqlar və dəyərlər birliyinin artdığı güman edilir. == Nəzəriyyə == Karl Doyç inteqrasiyada dövlətlərin qarşılıqlı gözləntiləri sabit olduğu təqdirdə dövlətlər arasındakı ziddiyyətlərin sülh yolu ilə həll ediləcəyini görür. Beləliklə, inteqrasiyanı həm dövlət, həm də bir proses olaraq görür. Dövlət olaraq inteqrasiyaya ən yaxşı şəkildə siyasi bir toplum kimi baxılır. İnteqrasiya prosesi, iştirak edən bütün təşkilatlar üçün minimum xərclərlə maksimum qarşılıqlı fayda əldə etməyə imkan verir. Buna baxmayaraq, inteqrasiya bütün aktyorların bu proses üçün əhəmiyyətli dərəcədə hazırlaşmasını və idarəetmələrinin yaxşı keyfiyyətini tələb edir.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisadiyyat
Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. == Qızıl Ordu == Fransız respublikaçı mənşəyinə rəğmən, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
Siyasi kommentator
Siyasi şərhçi və ya siyasi kommentator — öz siyasi fikirlərini ictimai səsləndirən şəxs, siyasi tənqidçi. == Qərb == Siyasi şərhçilər uzun müddətdir ki, mövcud idi, ancaq 1950-ci illərdə ABŞ-də politologiya dalğası başlamışdır. Politologiya və siyasi şərhçilik iki fərqli anlayış olsa da, siyasət özü "elm" kimi qəbul edilir.
Siyasi korrupsiya
Siyasi korrupsiya — gəlir əldə etmək üçün hökumət rəsmiləri və ya onların şəbəkə əlaqələrindən qeyri-qanuni şəxslərin səlahiyyətlərinin istifadəsi. Korrupsiyanın müxtəlif forması var: rüşvət, qəsb, nepotizm, parokializm, qəyyumluq və mənimsəmə.
Siyasi mədəniyyət
Siyasi mədəniyyət — mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür. «Siyasi mədəniyyət» anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Q.Almond və S.Verba gətirmiş və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər. Q.Almond və S.Verba «Vətəndaş mədəniyyəti» əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. == Quruluş == Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Siyasi plüralizm
Siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir.
Siyasi radikalizm
Radikalizm — 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində liberalizmin nəzdnindəki tarixi bir siyasi hərəkat, sosial liberalizmin öncüsü. Radikal metodlardan istifadə edərək dəyərlər sistemi və inqilabi yollar çərçivəsində sosial dəyişikliyə və sosial strukturlara yönəlmiş siyasi prinsipləri müdafiə edir. Latınca "kök" mənasını verən radix sözündən götürülmüşdür. İstifadəsi sosial nizama çox böyük bir miqyasda təsir edən dəyişiklikləri ehtiva edən ifrat siyasi islahatlar etməyə cəhdlər etmək və ya dəstəkləməkdir. Radikalizm özü-özlüyündə ifrat bir siyasi görüşə inanmaq və ya ifrat bir siyasi baxışı dəstəkləmək ola biləcəyi kimi, ifrat olmayan və ya ifrat bir baxış kimi hələ doğulmamış bir siyasi düşüncəni ifrat elementlərlə dolduraraq onu yeniləmək ola bilər. Ekstremizm anlayışı subyektiv ola bildiyindən radikalizm anlayışı da subyektiv ola bilər. On doqquzuncu əsr Siyasi Elm Ensiklopediyası (1881, 1889) radikalizmi "radikalizm prinsiplərindən çox praktikaları ilə xarakterizə olunur" kimi təsvir edir.
Siyasi rejim
Siyasi rejim — bir dövlət idarəolunmasında suverenliyin kim tərəfindən və nə şəkildə istifadə ediləcəyini təyin edən formal və informal qayda və vasitələri ifadə edir. Siyasi rejimin digər adı "hökumət sistemi"dir. Siyasi rejimləri ümumiyyətlə; iştirak ağırlıqlı (birbaşa demokratiya), təmsil ağırlıqlı (təmsili demokratiya), olmaq üzrə iki qrupda yığmaq mümkündür.Birbaşa demokratiya, xalqın rəhbərliklə əlaqədar qərarları özünün al/götürməsi və bunu yenə özünün tətbiqi deməkdir. Gerçək həyatda doğrudan demokratiyanın tam mənasıyla tətbiq olunması asan deyil. Çünki, doğrudan demokratiyalarda cəmiyyətdə hər fərdin cəmiyyəti maraqlandıran qərarlara və edilən tətbiqlərə şəxsən iştirakı haqqında danışılan olmaq olmalıdır. Bunun isə günümüz cəmiyyətlərində tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkündür. Təmsili (nümayəndəli) demokratiyalar isə xalqın özünü idarə edəcək nümayəndələrini seçməsi və onlara idarə etmə səlahiyyətini təhvil verməsi mənasını verməkdədir. İndiki vaxtda tətbiq olunma imkanı olduqca güc və hətta qeyri-mümkün olan doğrudan demokratiyalar bir tərəfə buraxılsa təmsili demokratiyaları; parlamentar rejim, başçılıq rejimi, yarı-başçılıq rejimi və məclis hökuməti sistemi olmaq üzrə dörd qrupa ayırmaq mümkündür. == Parlamentar rejim == Təmsili demokratiyalar içərisində Parlamentar rejimin təməl xüsusiyyətlərini bu şəkildə yekunlaşdırmaq mümkündür: Parlamentar rejimdə qanunuma və icra etmə orqanları hukuken bir-birindən müstəqildir, ancaq aralarında bir sıra əməkdaşlıq və qarlılıqlı təsir mexanizmləri vardır. Bu rejimdə icra etmə iki-başlıdır.
Siyasi repressiyalar
Siyasi repressiya (lat. repressio - əzmə, zülm etmə) — dövlət orqanları, dövlət tərəfindən tətbiq edilən cəza tədbiri.
Siyasi sistem
Ümumi mənada siyasi sistem, cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir. Əlbəttə ki, hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir. Kilsələr, yaxud vətəndaş cəmiyyətin digər ünsürləri, ictimai birliklər kimi, bunları da siyasi sistemin bir parcasıdır. Siyasi sistem bütövlükdə ictimai sistemin mühüm hissələrindən, ünsürlərindən biridir. O, siyasi hakimiyyətin təşkilini, cəmiyyətlə dövlət arasındakı münasibətləri ehtiva edir və ictimai sistemin digər hissələri ilə – sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqədədir. Konkret cəmiyyətin siyasi sistemi bir sıra amillərlə müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini, siyasi həyatın formalaşmasının tarixi və milli ənənələrini göstərmək olar. Müasir politologiyada və sosiologiyada cəmiyyətin siyasi sisteminin öyrənilməsi mühüm yer tutur. Bu sahədə D.İston, Q.Almund, K.Doytç, D.Trumen, Q.Pauell, M.Kaplan, T.Parsnos, St.Koleman, T.Madron, K.Şelf, R.Qoldman, T.Yaniq, C.Veltman, İ.Hus və başqalarının tədqiqatlarını xüsusi qeyd etmək lazımdır.
Siyasi sosiologiya
Siyasi sosiologiya (siyasət sosiologiyası) — sosiologiyanın xüsusi bir sahəsidir. Həm siyasi elm, həm də sosioloji bilik sahələri daxil olmaqla əlaqəli bir fəndir. XX əsrin birinci yarısında siyasi elm və sosiologiyanın ayrı-ayrı formalaşmasından sonra meydana gəldi. Siyasi sosiologiyada dörd tədqiqat səviyyəsi də mövcuddur: beynəlxalq münasibətlər səviyyəsində (siyasi münaqişələr və dünya siyasi prosesi); dövlət səviyyəsində (dövlətin cəmiyyətdəki mahiyyəti və rolu); ictimaiyyətlə əlaqələr səviyyəsində (siyasi hərəkatların və partiyaların mahiyyəti və təşkili); şəxsi səviyyədə (şəxslərin siyasətdəki iştirakı). == Siyasi sosiologiyanın mövzusu və obyekti == 1948-ci ildə keçirilmiş beynəlxalq politologiya kollokviumu zamanı bu intizamın tədqiqat subyektləri kimi müəyyən edilmiş bir sıra məqamlar təsdiq edildi: Siyasi düşüncə tarixi, nəzəriyyə, siyasi ideyaların inkişafında yeni tendensiyalar; Siyasi institutlar, onların funksiyaları və cəmiyyət həyatındakı yeri, aralarındakı qarşılıqlı əlaqələr; Fərdlə dövlət arasında əlaqə, vətəndaşların ölkə hökumətindəki iştirakı kanalları; Siyasi səbəblərdən yaranan sosial qruplar — partiyalar, cəmiyyətlər, birliklər, həmkarlar ittifaqları; Dünya siyasəti, beynəlxalq münasibətlər, beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsi və bütövlükdə cəmiyyətlə əlaqəsi..Gələcəkdə öyrənilən məsələlər dairəsi genişləndi və aşağıdakı fənləri əhatə etməyə başladı: iqtidarın işləməsi və bölüşdürülməsi prosesində siyasi və sosial sistemlərin qarşılıqlı əlaqəsi; müxtəlif sosial qruplara xas olan siyasi normaların, dəyərlərin, siyasi gözləntilərin, istiqamətlərin və istəklərin işləməsi. == Siyasi sosiologiyanın problemləri == Bu intizamın mövzu sahəsinə əlavə olaraq, meydana gəlmə yolunda atılması lazım olan bir addım, araşdırdığı mövzulara uyğun olaraq araşdırma çərçivəsində olması lazım olan problemlərin tərifi idi. Beləliklə, 1957-ci ildə Amerikalı politoloqlar Seymur Lipset və R. Bendiks aşağıdakı problemləri müəyyən etdilər: Dövlət idarəçiliyinin sosial məsələləri, siyasi elitanın oliqarxlaşma problemi; Sosial amillərin seçicilərin davranışına və siyasi iştirakına təsiri; Siyasi qərar qəbul etmə prosesləri; İdeoloji plüralizm problemi, siyasi qurumlar və elita arasındakı ideoloji zəmində qarşıdurmalar == Siyasi sosiologiyanın inkişaf tarixi == Bu elmi intizamın konturları Tomas Hobbs, Con Lokk, Şarl de Monteksyo və başqaları kimi məşhur siyasi filosofların əsərlərində belə formalaşmağa başladı. Bununla birlikdə, bu müəlliflər siyasi sistemdəki dəyişiklikləri, istehsal üsullarını, təkamülünü deyil, eyni zamanda bu inkişafın cəmiyyəti necə təsir etdiyini də təhlil edərkən siyasi şüurlu şəkildə deyil, günümüzdə siyasi sosiologiya ilə əlaqəli məsələlərə toxundular. O zaman. Siyasi sosiologiyanın meydana gəlməsi ümumiyyətlə hakimiyyətin, güc münasibətlərinin sosial təhlilini aparanlardan biri olan və cəmiyyətdə hökmranlıq növlərinin (xarizmatik, ənənəvi və rasional-hüquqi) bir təsnifatı tətbiq edənlərdən biri olan Max Weberin fəaliyyəti ilə əlaqələndirilir.
Siyasi sığınacaq
Sığınacaq hüququ (bəzən də siyasi sığınacaq hüququ və ya siyasi sığınacaq da adlandırılır; qədim yunan dilindəki ἄσυλον sözündən götürülüb) — qədim dövrlərdən mövcud olan hüquqi konsepsiyadır və orta əsrlərdə şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün başqa dövlətə və ya kilsəyə sığınması mənasında işlədilirdi. Bu hüquq hələ qədim misirlilər, qədim yunanlar və qədim ibranilər tərəfindən tanınmış və Qərbdə ənənəyə çevrilmişdir. Müvafiq dövlətlər təqibə məruz qalanlara müdafiə olunmaq barədə təklif verdiyinə görə Rene Dekart Niderlanda, Volter İngiltərəyə, Tomas Hobbs Fransaya sığınmışdır. Misirlilər, yunanlar və ibranilər cinayətkarları (və ya cinayət törətməkdə ittiham olunanları) qanuni hərəkətlərdən müəyyən dərəcədə qoruyaraq dini "sığınacaq haqqını" tanıyırdılar. Bu prinsip sonralar xristian kilsəsi tərəfindən qəbul edilmiş və kimlərə sığınacaq verilməsi və hansı səviyyədə müdafiə ilə təmin olunmaq barədə normalar təfsilatı ilə işlənib hazırlanmış və inkişaf etdirilmişdir. == Müasir siyasi sığınacaq == Ümumdünya insan hüquqları bəyannaməsinin 14-cü maddəsinə görə, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir". Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyası və 1967-ci il Qaçqınların statusuna dair Protokol siyasi sığınacaqla bağlı milli qanunvericiliyi rəhbər tutur. Bu razılaşmalara əsasən, qaçqın irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. === Ölkələr üzrə === ==== Avropa İttifaqı ==== Avropa İttifaqına üzv dövlətlərdə sığınacaq məsələsi yarım əsrdən uzun bir müddətdə 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası ilə tənzimlənmişdi. Şengen razılaşması (hansı ki daxili sərhədləri aradan qaldırırdı) ilə əlaqədar 1990-cı illərdə belə bir ümumi siyasət formalaşmışdı ki, bir üzv dövlətdə sığınacaq tapa bilməyən şəxs digər üzv dövlətə sığınacaqla bağlı təkrar müraciət edə bilməz.
Siyasi tarix
Siyasi tarix siyasi hadisələrin, ideyaların, hərəkatların, hökumət orqanlarının, seçicilərin, partiyaların və liderlərin təsviri və tədqiqidir. Tarixin digər sahələri ilə, o cümlədən diplomatik tarix, konstitusiya tarixi, ictimai tarix, xalq tarixilə sıx bağlıdır. Siyasi tarix böyük cəmiyyətlərdə hakimiyyətin təşkili və fəaliyyətini öyrənir. Təxminən 1960-cı illərdən başlayaraq, rəqabət aparan alt fənlərin, xüsusən də sosial tarix və mədəniyyət tarixinin yüksəlişi, diqqəti siyasi elitaların fəaliyyətinə yönəltməyə meylli olan "ənənəvi" siyasi tarixin nüfuzunun azalmasına səbəb oldu. 1975-ci ildən 1995-ci ilə qədər iki onillikdə Amerika universitetlərində sosial tarixlə eyniləşdirilən tarix professorlarının nisbəti 31%-dən 41%-ə yüksəldi, siyasi tarixçilərin nisbəti isə 40%-dən 30%-ə düşdü. == Siyasi dünya tarixi == Dünyanın siyasi tarixi siyasət və hökumət tarixini qlobal miqyasda, o cümlədən beynəlxalq münasibətlərdə araşdırır. == Siyasi tarixin aspektləri == İlk elmi siyasi tarix 19-cu əsrdə Almaniyada Leopold fon Ranke tərəfindən yazılmışdır. Onun metodologiyaları tarixçilərin mənbələri tənqidi şəkildə araşdırmalarına dərindən təsir etdi. Siyasi tarixin mühüm aspekti ideologiyanın tarixi dəyişiklik qüvvəsi kimi öyrənilməsidir. Müəlliflərdən biri iddia edir ki, "bütövlükdə siyasi tarix ideoloji fərqləri və onların nəticələrini öyrənmədən mövcud ola bilməz".
Siyasi şərhçi
Siyasi şərhçi və ya siyasi kommentator — öz siyasi fikirlərini ictimai səsləndirən şəxs, siyasi tənqidçi. == Qərb == Siyasi şərhçilər uzun müddətdir ki, mövcud idi, ancaq 1950-ci illərdə ABŞ-də politologiya dalğası başlamışdır. Politologiya və siyasi şərhçilik iki fərqli anlayış olsa da, siyasət özü "elm" kimi qəbul edilir.
Depressiya
Depressiya ən geniş yayılmış psixi pozuntudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular xəstəlik fonunda olur və bir sıra hallarda müxtəlif səbəblərə görə meydana çıxır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı — 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir. İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır, Ancaq bu hüznlü vəziyyətin uzanması və qeyri müəyyən səbəblə ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Reqressiya
Reqressiya — (rus. регрессия , ing. regression) dənizin tədricən sahillərdən geri çəkilməsi, qurunun qalxması və ya okean dibinin enməsi. Qapalı su hövzələrində iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Dünya okeanı hövzəsində su həcminin azalması (məs., Buzlaq epoxalarında) nəticəsində baş verir. Qapalı su hövzələrində (Xəzər dənizi və s.) Reqressiya iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Xəzər dənizi dəfələrlə Reqressiyaya məruz qalmışdır. == Ümumi məlumat == Dəniz reqressiyası – transqressiyanın əksidir, bu zaman dəniz səviyyəsi quruya nisbətən düşür və sahil xətti keçmiş dəniz dibinə doğru yerini dəyişir. Çökmə süxurların fasiyasının (litoloji və üzvü tərkibinin) dəyişməsi dəniz transqressiyası və reqressiyasının sübutlarıdır. Pleystosen dövründə Azərbaycan ərazisində Xəzər dənizi ilə əlaqədar üç transqressiya və üç reqressiya hadisəsinin baş verdiyi bildirilir (A.V.Məmmədov, B.D.Ələsgərov, 2002).
Barik depressiya
BARİK DEPRESSİYA – yer səthində atmosfer təzyiqinin düşdüyü sahədir.
Böyük depressiya
Böyük böhran (ing. Great Depression) — 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranı. Amma dünya 1945-ci ilə qədər böhrandan çıxırdı. Buna görə 1930-cu illər bütovlükdə Böyük böhran dövrü hesab edilir.Böyük böhran ABŞ-yə, Kanadaya, Böyük Britaniyaya, Almaniyaya və Fransaya ən güclü toxundu, amma başqa dövlətlərdə də hiss olunurdu. Ən yüksək dərəcə sənaye şəhərləri zərər çəkdi, ölkələr bir sıra tikintini praktik olaraq qurtardı. Ödəmə qabiliyyəti olan tələbatın ixtisarına görə, kənd təsərrüfatı məhsuluna qiymətlər 40–60% düşdü. == Səbəblər == İqtisadçılar Böyük böhranın səbəbləri haqqında ümumi fikirə gəlmiyiblər. Bir sıra nəzəriyyələr bu məsələdə mövcuddur: Keynsian izahati — pul kütləsinin çatışmazlığı. O zaman pul qızıl ehtiyata bağlanmışdı, bu pul kütləsini məhdudlaşdırırdı. Eyni zamanda istehsal artırdı, əsrlərin sərhədində malların belə yeni görünüşləri çıxdı, avtomobillər kimi, təyyarələr, radio.
Depressiya (coğrafiya)
Depressiya (lat.depressio — enmə) — geomorfologiyada yer səthində forma və mənşəyindən asılı olmayaraq eniş; bəzən dibi okean səviyyəsindən aşağıda yerləşən çökəkəyə də depressiya deyirlər (Xəzər dənizi,Ölü dəniz).
Depressiya (dəqiqləşdirmə)
Depressiya —
Depressiya (iqtisadiyyat)
Kliniki depressiya
Depressiya ən geniş yayılmış psixi pozuntudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular xəstəlik fonunda olur və bir sıra hallarda müxtəlif səbəblərə görə meydana çıxır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı — 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir. İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır, Ancaq bu hüznlü vəziyyətin uzanması və qeyri müəyyən səbəblə ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Melanxolik depressiya
Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar.
Qrafik reqressiya
Qrafik reqressiya — statistik proqnozlar qrafik reqressiyanın köməyi ilə də verilə bilər. Bu zaman prediktor ədədi qiymətlə və ya keyfiyyət xarakterli göstəricilərlə verilə bilər. Bu üsul təcrübədə geniş şəkildə istifadə olunur. Burada X3 predikantı, X1 və X2 prediktorlarının funksiyaları kimi verilir. Qrafik reqressiya üsulunun mənfi cəhəti bu üsulun subyektiv xarakter daşımasıdır. Məlumdur ki, izoxəttlər nə qədər sadə olsa, götürülən kəmiyyət daha da statistik cəhətdən yararlı sayılır. Qrafik reqressiya üsulunun köməyilə hesablamalar sadələşdirilir və gözlənilən kəmiyyətin alınması sadələşir.
Reqressiya analizi
Reqressiya analizi — bir və ya bir neçə asılı olmayan dəyişənin digər asılı dəyişənə təsirinin statistik analiz üsulu. Məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır. Burada asılı dəyişənlərin sistematik təsiri nəticəsində asılı olmayan dəyişənlərin özlərini aparmasını izah etmək və onları təsadüfi təsirlərdən ayırd etmək əsas məsələlərdəndir. Asılı olmayan dəyişənlərə reqressorlar və ya prediktorlar, asılı olan dəyişənlər isə kriterial dəyişənlər adlanır. Tədqiqatda yalnız riyazi asılılıq nəzərdə tutulur. Araşdırılan prosesə misal kimi mexaniki emalda kəsmə qüvvəsinin dəyişməsi (asılı olan dəyişən) ilə prosesin gedişini müəyyənləşdirən kəsmə parametrləri (asılı olmayan dəyişən) arasındakı asılılığın təyinini göstərmək olar. Dəyişənlər arasındakı münasibət birölçülü halda y = f ( x ) + e {\displaystyle y=f(x)+e\quad } , formada,n-ölçülü halda isə y = f ( x 1 , x 2 , … , x n ) + e {\displaystyle y=f(x_{1},x_{2},\dotsc ,x_{n})+e\quad } formada axtarılır. Burada y asılı olan dəyişən (parametr), x isə asılı olmayan dəyişənlərdir (parametrlər). f axtarılan və ya qəbul olunmuş funksiyadır. e ilə xətanı təsvir edirlər.
Siyasi siyahı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı —adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. == Əvəzedici siyahılar == Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
Deqressiya
Deqressiya – bioloji növün və ya biosenozun tərkibinin kəskin azalıb zəifləməsi. Deqressiyanın çox vaxt antropogen səbəbdən baş verdiyi müşahidə olunur.
Rekreasiya
Rekreasiya (polyakca – recreacya – istirahət. Lat. recreatio – istirahət) – Təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması. == Rekreasiya dəyişilmələri == İstirahət edənlər və turistlər tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bitkinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır. Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir. == Rekreasiya diqressiyası == Əhalinin istirahəti üçün təbii komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk, giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin tapdanması və torpağın bərkiməsi) baş verir.
Resessiya
Resessiya (geologiya) - dənizin quru ilə əvəz olunmadığı hallarda çöküntü top­lanmada fasilə
Rekreasiya ehtiyatları
Rekreasiya ehtiyatları— Rekreasiya ehtiyatlarına (istirahət) rekreasiya və turizmin təşkili üçün istifadə edilə bilən,nadir tarixi və bədii dəyərə malik olan, estetik cazibədarlığı və müalicə-sağlamlıq əhəmiyyətinə malik olan təbii və antropogen obyektlər daxildir.Rekreasiya ehtiyatları dörd əsas qrupa ayrılır.Onlardan birincisi olan rekreasiya-müalicə ehtiyatlarına müalicə əhəmiyyətli mineral sular aiddir. İkinci qrupa rekreasiya-sağlamlıq sahələri daxil edilir.(çimərliklər). Üçüncü qrupa rekreasiya-idman mərkəzləri, məsələn, dağ-xizək idman mərkəzləri aid edilə bilər.Rekreasiya-tanışlıq obyektlərinə tarixi abidələr daxildir. Bir çox hallarda rekreasiya ehtiyatları iki böyük qrupa ayrılır: 1. Təbii rekreasiya-turizm ehtiyatları istirahət,müalicə və turizm üçün istifadə edilir. Onlara okeanlar,dənizlər,çaylar və göllərin sahilboyu əraziləri,dağlar meşə massivləri,mineral suların mənbələri aiddir. Belə təbii landşaftlara yaxın istirahət,idmanla məşğul olmaq,ov etmək,balıq tutmaq üçün əlverişli imkanlar vardır. 2. Mədəni-tarixi obyektlərə tarixi, arxeoloji,şəhərsalma,arxitektura,incəsənət abidələri daxildir.Bu qrupa aid olan abidələrə Londonda Vestminster, Moskvada Kreml,Romada Kolizey,Hindistanda Tac-Mahaldır.
Stalin repressiyası
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Resessiya (geologiya)
Resessiya - dənizin quru ilə əvəz olunmadığı hallarda çöküntütop­lanmada fasilə. Güclü dib axınlarına məruz qalan, dənizdibi sahələrdə müşahidə olunur. Bu zaman bütün çöküntülər, hətta dəniz dibi də yuyulmaya məruz qalır. Belə sahələrdə çöküntülərin toplanmasına şərait yaranmır. == Həmçinin bax == Dəniz Çöküntülər Dəniz dibi == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Resessiya (iqtisadiyyat)
Resessiya - işgüzar dövrün yüksəliş (pik) fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazası. Texniki olaraq, adətən, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması (ÜDM və ÜMMin səviyyəsinin azalması) halı resessiya sayılır. Resessiya istehsal həcminin, o cümlədən sənaye istehsalı həcminin, birja indekslərinin, real gəlirlərin və tələbin azalması, kapitalın xaricə axınının güclənməsi və işsizlik səviyyəsinin artımı kimi pro seslərlə müşayiət olunur.
Sterna repressa
Ağyanaq susüpürən (lat. Sterna repressa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Qasım Qasımov (repressiya qurbanı)