Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oyuncaq
Oynamaq üçün istifadə oluna bilən hər bir əşya oyuncaqdır. Ümumiyyətlə, oyuncaqlar uşaqlar və ev heyvanları ilə bağlıdır. Oyuncaqlarla oynamaq çox vaxt ən xoşagələn əyləncə növü sayılır. Hər yaşda olan uşaqlara görə oyuncaqların daha əyləncəli olması üçün müxtəlif materiallardan istifadə olunur. Oyuncaq kimi düzəldilən əşyalardan əlavə digər məqsədlər üçün hazırlanmış vəsaitlər də oyuncaq kimi işlədilir. Məsələn, körpə uşaq hər hansı bir ev əşyasını götürərək təyyarə sanıb havada uçura bilər.Digər bir yanaşmada, interaktiv rəqəmsal əyləncə sayılan videooyunlar da oyuncaq növlərinə aid edilir. Bəzi oyuncaqlar isə əsasən, oyun üçün yox məhz kolleksiyada nümayiş olunmaq üçün istehsal olunur. Oyuncağın tarixi qədimdir. İnsan, heyvan, əsgər və digər fiqurlu oyuncaqlar arxeolojı qazıntılar zamanı belə aşkar olunub.Oyuncaq sözünün mənşəyi məlum deyil, belə fərz olunur ki, bu söz ilk dəfə XIV əsrdə istifadə olunub. Böyümə prosesində ətraf mühitin dərk olunmasında oyuncaqların,ümumiyyətlə oyunun vacib rolu var.
Soyutma
== Ərzaqlar == Qoyun əti - 217q, baş soğan - 30q, pomidor - 280q, xama 30q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun əti 0,1-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətinin 2-3 mm qalınlığında doğrayır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.
Buxarlı soyutma
Buxarlı soyutma Bildiyimiz kimi, suyun mayedən qaz halına çevrilməsi istilik enerjinin udulması ilə müşayiət olunur. Bunun üçün suyu aktiv qaynama temperaturuna çatdırmaq mütləq deyil. Su maye halında qalana qədər effekt istənilən temperaturda özünü büruzə verir və bu temperatur diapazonu insanın rahatlığını təmin edən temperatur sahəsindən xeyli çoxdur. Beləliklə, buxarlanma prosesini sürətləndirdikcə su havadakı istini udacaq. Buxarlı soyutma prinsipi bu prosesin üzərində qurulubdur. İş prinsipi Əgər isti quru hava suyla hopdurulmuşbir neçə millimetr qalınlığı olan penoplast və ya lifli filtrdən keçirsə, suyun yarısı buxarlanır. Bunun nəticəsində filtrdən keçən hava bir neçə dərəcə soyuyur. Filtr üçün nəzərdə tutulmuş su mütəmadi olaraqdaima təmiz maye suyla (idealda – distilya olunmuş) doldurulan çəndən təmin olunur. Sadələşdirilmiş buxarlı soyutma sistemi adətən yastı damda quraşdırılır. Konstruktiv olaraq sistemtərəflərinin ölçüsü təxminən 1 metr olmaqla kub şəklində verilir.
Gəlincik (oyuncaq)
Gəlincik — insanı təsvir edən oyuncaq növü. == Gəlinciklərə İranda münasibət == İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub. İranın baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb. Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompüter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər. İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.
Oyuncaq (1976)
"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi. == Məzmun == Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar.
Kompüter soyutma sistemi
Maye soyutma sistemləri
== Ümumi məlumat == Kompüter soyutması, kompüteri təşkil edən təchizatların bütün və ya qismən ortaya çıxardığı istiliyi aradan etmə texnikalarının tətbiqi əməliyyatıdır. Bir kompüter sisteminin parçaları iş əsnasında olduqca yüksək miqdarda istilik meydana gətirməkdədir. Bu istilik yüksək nisbətdə prosessor, yonqu, ekran kartı və sabit disklər kimi vahid dövrələr tərəfindən ortaya çıxarılsa da, əslində kassa içərisindəki bütün dövrələr tərəfindən da qatqı görməkdədir. Kassa içərisindəki istilik məqbul səviyyələrə azaldılmadığı müddətcə parçaların səmərəli və təhlükəsiz işləməsi təhlükəyə girməkdədir. İndiki vaxtda olduqca kiçilmiş kompüter ölçüləri və bunun yanında irəli istehsal texnologiyası istilik meydana gəlməsini və istiliyin aradan edilməsini asanlaşdırsa da, bu əməliyyat üçün xüsusi vahidlər istifadə ediməsi məşhurdur. Bu xüsusi vahidlər içində yenə məşhur olaraq istiliyin paylandığı səthin artırılması məqsədi ilə istifadə edilən istilik yayıcıları (heat sink) və hava sirkülasyonunun yaxşılaşdırılması məqsədi ilə istifadə əksəriyyəti təşkil etməkdədirlər. Son dövrlərdə istifadəçinin idarəsinə açılan bir digər texniki isə yazılım yönümlü soyutma (softcooling) adı verilən, təchizatın performansını salaraq ortaya çıxan istiliyi birbaşa azaldılması məqsədi daşıyan fabrik çıxışlı bir üsuldur. Yenə son dövrdə kompüterlə maraqlananlar tərəfindən, daha əvvəl motorlu nəqliyyat vasitəsilərdə istifadə edilən radiator, akvarium sistemlərində istifadə edilən nasos və ümumi məqsədli maye xortumları kompüter soyutma məqsədinə həsr olaraq istifadə edilməkdədir. Bu yanaşma nəticəsində, bir çox firma bu cür sistemləri parça əsasında və ya vahid həllər şəklində çıxararaq satışa çıxarmışdır. Bu üsula məşhur olaraq "maye soyutma" adı verilməkdədir.
Oyuncaq (film, 1976)
"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi. == Məzmun == Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar.
Oyuncaq Muzeyi (Malakka)
== İstinadlar ==
Oyuncaq körpələr adası
Oyuncaq körpələr adası (isp. La Isla de las Muñecas) — Meksikada turizm bölgəsi; Bu ada görünüşü ilə qorxu filmlərini xatırladır. Çünki adanın hər tərəfində çirkli paltarları, dolaşıq saçları, sınmış qol və ayaqları olan, gözləri çıxmış yüzlərlə oyuncaq var. Bu ərazi bir vaxtlar Don Culian Santana adlı bir əkinçiyə məxsus imiş. Əfsanəyə görə, 1950-ci ildə adada yaşayan kiçik qız uşağı yaxınlıqdakı kanalda boğulub öldükdən sonra onun ruhu Santananı narahat etməyə başlayıb. Buna görə də Santana özünü ruhlardan qorumaq üçün zibilliklərdən və küçələrdən oyuncaq körpələri yığıb ağaclara asmağa başlayıb. 50 ildən çox müddət ərzində burada 1500-dən çox oyuncaq toplanıb. Adanın girişində asılmış oyuncaq körpələrin ən köhnəsi çürüməkdə olan uşaq bədənini xatırladır. Məqsədinin buradakı kanalda boğularaq ölən uşağın ruhunu şad etmək olduğunu deyən Santana nəticə etibarilə çox sayda turistin dəhşətli dərəcədə qorxmasına səbəb olmuşdur. Bu gün turist axınının çox olduğu ada 2001-ci ildə dünyasını dəyişən Santananın əmisi oğlu Anastasio tərəfindən idarə edilir.
Oyuncaq ördək hadisəsi
Oyuncaq ördək hadisəsi — hadisə özəl şirkət tərəfindən Honq-Konqdan sifariş edilən plastik oyuncaq ördəkə bənzər vanna oyuncaqları olan konteynerin Sakit okeana düşməsi nəticəsində baş verib. Konteynerdəki 28.000 oyuncaq okean axınlarını göstərmək üçün səpələnmiş və elmi araşdırmalar üçün mühüm fürsət təmin etmişdir. Okeanoloq Kurtis Ebbesmeyer 1992-ci il hadisəsindən sonra okeana səpələnmiş oyuncaqları izləyərək mühüm elmi nəticələr çıxarmışdır. == Qəza == The First Years şirkəti adından Çində istehsal olunduqdan sonra Honq-Konq limanından ABŞ-nin Vaşinqton ştatının Tacoma şəhərinə getmək üçün konteyner gəmisinə yüklənib. 1992-ci il yanvarın 10-da Sakit okeanın şimal bölgəsində fırtınaya düşən gəminin bəzi konteynerləri sürüşərək dənizə düşüb. Dənizə düşən 12 ədəd 40 futluq yük konteynerinin birində 28.800 plastik oyuncaq var idi. Plastik oyuncaqlar daha çox oyuncaq ördək, qurbağa, tısbağa kimi dəniz heyvanları idi. Qəza zamanı konteyner zərbə nəticəsində açılıb və plastik oyuncaqlar okeana səpələnib. Oyuncaqlar müxtəlif bağlamalara bükülsə də, təcrübələr bu bağlamaların müəyyən müddətdə deformasiyaya uğradığını göstərib. Üzərində deşik olmadığı üçün batmaq riski olmayan oyuncaqlar okean boyu sürünməyə başlayıb.
Tateşina Oyuncaq Ayı Muzeyi
Tateşina Oyuncaq Ayı Muzeyi (蓼科テディベア美術館, Tateşina Teddi Bea Bicutsukan) – Yaponiyanın Naqano prefekturasının Tateşina qəsəbəsində, Şirakaba gölünün sahilində yerləşən muzey. Dünyada ən böyük oyuncaq ayı muzeyidir. == Tarixi == Muzey 1995-ci ildə Yaponiyanın ilk oyuncaq ayı muzeyi kimi açılmışdır. 2011-ci ildə muzeydə yenidənqurma işləri aparılmış və 30 iyul 2011-ci ildə yenidən açılmışdır. == Xüsusiyyətlər == Muzeydə 15 fərqli ölkədən və 18 fərqli mövzuda olan 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzey sərgisi 18 kabinə bölünmüşdür. Muzeydə tez-tez oyuncaq ayı axtarma oyunları keçirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyası var. Bu kolleksiyaya daxil olan 0,8 millimetr ölçüsündəki oyuncaq ayı dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Muzeyin sahəsi 3,300 m2 təşkil edir və dünyadakı ən böyük oyuncaq ayı muzeyidir.Muzeydə zürafə və fil kimi müxtəlif heyvanların real ölçüdə olan oyuncaqlarından ibarət "zoopark" fəaliyyət göstərir.
Soyuqdağ
Soyuqdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3147,5 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Gənzəçayla Kotamçayın mənbə hissəsində, Gənzə kəndindən 4,8 km şərq-şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-şərq cinahında yerləşir.
Güc mənbəyi və soyutma sistemləri SFX/SFX 12 V güc mənbəyi