Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slayer
Slayer — Kaliforniyanın Hantinqton şəhərində yaradılmış treş metal qrupu. Qrup 1981-ci ildə bassist-vokalist Tom Araya, və gitaraçılar Kerri Kinq və Ceff Hanneman tərəfindən yaradılmışdır. Slayer-in sürətli və aqressiv musiqi stili onları Metallica, Megadeth və Anthrax da treş metalın əsas "böyük dördlüy"ündən biri etmişdir. Slayer-in hazırkı heyəti Kinq, Araya, zərbçi Pol Bostaf və gitaraçı Qeri Holtdan ibarətdir. Hanneman və zərbçilər Dave Lombardo, Con Dette qrupun keçmiş üzvləridir. Qrupun orijinal heyətində Kinq, Hanneman, Araya mahnıların sözlərini yazmış, Kinq və Hanneman isə qrupun bütün musiqiləri bəstələmişdirlər. Qrupun mahnılarının sözləri və albom üzlükləri qətl, seriyalı qatillər, nekrofiliya, işgəncə, insanlar üzərində aparılan eksperimentlər, satanizm, nifrət, terrorizm, din, anti-din, Nazism və mühəribələr mövzusunda olduğu üçün qrupun albomları qadağalara, gecikmələrə, məhkəmə işlərinə və dini qruplar və cəmiyyətin bir sıra dəstələri tərəfindən tənqidə məruz qalmışdır. Buna baxmayaraq onun musiqiləri yüksək dərəcədə təsirli olmuş və bir çox qruplar tərəfindən musiqisi, vizual imici və mahnı sözləri baxımından təsir mənbəyi olduğu vurğulanmış, qrupun üçüncü albomu olan Reign in Blood (1986) treş metal albomları arasında ən ağırlardan biri və ən təsirlisi olması hesab edilir. Slayer bugünədək 12 studiya, 2 canlı albom, bir boks-set, 6 musiqi klipi, 2 EP və bir kover-albom buraxıb. Qrupun studiya albomlarından dördü ABŞ-də qızıl sertifikata layiq görülmüşdür.
Slayer diskoqrafiyası
Slayer 1981-ci ildə gitaraçılar — Kerri Kinq və Ceff Hannemanin yaratdığı, Tom Araya və Deyv Lombardonu üzv olmağa dəvət etdikləri Amerikan treş-metal qrupudur. Slayer-in Metal Blade Records-da qeydə alınmış ilk iki albomu – Show No Mercy (1983) və Hell Awaits (1985) ABŞ-də hit-parada daxil ola bilməmişdir. Bundan sonra qrup Def Jam Recordings səsyazma studiyasına qoşulur və onun sahibi Rik Rubin qrupun Reign in Blood (1986) albomunun prodüserliyini edir. Bu albom Slayer-in ilk dəfə Billboard 200-ə daxil olmasına kömək edir və albom 94-cü pilləyə qədər yüksələ bilir. South of Heaven (1988) albomundan sonra Slayer Rubinin yeni albom şirkəti olan Def American ilə müqavilə imzalayır və 1990-cı ildə Seasons in the Abyss albomu yayımlanır. Albom yayımlandıqdan sonra Lombardo qrupdan ayrılır və Pol Bostaf barabanda onu əvəz edir. 1994-cü ildə yayımlanmış Divine Intervention albomunda Bostafın qrupla ilk albomu olur və albom ABŞ-də səkkizinci pilləyədək yüksəlir. Bu, qrupun həmin dövrədək ən yüksək hit-parad göstəricisi idi. Diabolus in Musica (1998) albomu nu-metal elementlərinə görə tənqid olumuş, God Hates Us All (2001) isə albom üzlüyünə görə mübahisələrə səbəb olmuşdu. Bostaf dirsək zədəsinə görə qrupu tərk etdikdən sonra əvvəlki üzv Lombardo onu əvəz edir.
Stater dövrü
Stater — (yun. σταθερός (statherós) — sabit, möhkəm) və ya Stater dövrü — Paleoproterozoy erasında son geoloji dövrdür və 1800–1600 milyon il əvvəlləri əhatə edir. Bu tarixlər stratiqrafiyaya deyil, xronometriyaya əsaslanır. Dövr müvafiq qitələrdə yeni platformaların yaranması ilə səciyyələnir. Oksigen səviyyəsi indiki dəyərinin 10–20%-i qədər idi. Straterin əvvəllərində, superqitə Kolumbiya yaranmışdır.
Yojef Sayer
Yojef Sayer (mac. Szájer József; 7 sentyabr 1961-ci ildə Şopron şəhərində anadan olub) — Macarıstan siyasətçisi, Fidesz partiyasından olan Avropa Parlamentinin keçmiş üzvüdür. 27 noyabr 2020-ci ildə o, COVID-19 pandemiyası ilə əlaqədar Belçika ərazisində tətbiq olunan ciddi sanitar-epidemioloji məhdudiyyətlərə və qadağalara əməl etməyərək, Brüssel şəhərindəki evlərin birində gizli və kütləvi Party and Play və ya PnP (homoseksual cinsi əlaqədən əvvəl və ya zamanı ehtiras hislərinin gücləndirilməsi və uzadılması üçün seks partnyorları tərəfindən müxtəlif narkotiklərin istifadəsi) gey əyləncə gecəsinə qatılmış və Belçika polisi tərəfindən yaxalanmışdır (yaxalandıqdan 3 gün sonra o, parlamentdəki kreslosundan istefa vermək qərarını vermişdir (istefa 2020-ci ilin dekabr ayının sonunda qüvvəyə minmişdir). Yojef Sayer 7 sentyabr 1961-ci ildə Macarıstanın Avstriya ilə sərhəddində yerləşən və özünəməxsus almandilli multikulturalizmi ilə tanınan Şopron şəhərində anadan olub. O, Şopronda böyük köklərə malik bir ailədən gəlir, valideynləri birinci nəsil ziyalı idilər. Atası Yojef coğrafiya və biologiya müəllimi, anası Edit Kiss isə ibtidai sinif müəllimi idi. Onun valideynləri 1982-ci il noyabrın 26-da dəm qazından zəhərlənərək dünyasını dəyişmiş və Sayer azyaşlı qardaşlarının qəyyumuna çevrilmişdir. İbtidai və orta məktəbi Yojef Sayer doğma Şopronda bitirdikdən sonra, Dyör şəhərində yerləşən Macarıstanın məşhur İştvan Seçeni Universitetinin ingilis dili fakültəsinə qəbul olmuş və 1980-ci ildə bitirmişdir. Daha sonra o, Eötvös Lorand adına Budapeşt Universitetinin Hüquq fakültəsində təhsil almış və 1986-cı ildə doktorluq dərəcəsinə kimi yüksəlmişdir. 1986-cı ildə Soros Fondunun təqaüdü ilə, Yojef Sayer Böyük Britaniyanın Oksford Balliol Kollecində 1 il, 1988-ci ildə isə Miçiqan Universitetinin Hüquq Məktəbində əlavə təhsil almışdır.
Demon Slayer: Kimetsu no Yaiba
İblis Qatilinin Bıçağı (鬼滅の刃, Kimetsu no Yaiba) — Koyoharı Qotouge tərəfindən yazılıb illüstrə edilən yapon manqa seriyası. Hekayələr ailəsi qətlə yetirildiktən və bacısı bir iblisə çevrildikdən sonra iblis qatili olmaq üçün çalışan yeniyetmə Tanciro Kamadonu izləyir. Şueişanın şonen manqa jurnalı Weekly Shōnen Jumpda 2016 fevralından 2020 mayınadək nəşr olunmuş və bölümləri 23 tankobonda toplanmışdır. Ufotable tərəfindən istehsal olunan 26 bölümlük bir anime TV serialı adaptasiyası 2019-un aprelindən sentyabrınadək yayımlanmışdır. Bir sikvel filmi olan Demon Slayer: Kimetsu no Yaiba — The Movie: Mugen Train isə 2020-nin oktyabrında bazara çıxarılmış və bütün dövrlərin ən çox gəlir gətirən anime filmi olmuşdur. Anime serialının 18 bölümlük ikinci sezonu isə 2021-in oktyabrından 2022-nin fevralınadək yayımlanmışdır. İkinci mövsümdə bir orijinal bölüm, Sonsuzluq Qatarı filmindən yenidən redaktə edilmiş 6 bölüm və manqanın Əyləncə Rayonu hissəsini ehtiva edən 11 bölüm mövcuddur. Manqadakı Svordsmit Kəndi bölümünün olacağı 3-cü sezonun isə 2023-ün aprelində çıxmağı gözlənilir. 2021-ci ilin fevral ayı etibarilə bütün zamanların ən çox satılan 9-cu manqa seriyasının dövriyyədə rəqəmsal versiyalar da daxil olmaqla 150 milyondan artıq kopiyası var idi. Seriya, habelə 2019 və 2020-nin ən çox satan manqası olmuşdu.
Feliks Ştayner
Feliks Ştayner (Tam adı: Feliks Martin Julius Steiner, (23 may 1896, Nesterov – 12 may 1966 və ya 17 may 1966, Münxen), Birinci Dünya Müharibəsi dövründə piyada zabiti olmuşdur. İkinci Dünya Müharibəsində isə Vaffen-SS generalı olmuşdur. 1914-cü ilin martında Quru Qoşunlarına daxil olaraq 41-ci Piyada Ordusu olan "von Boyen" piyada alayına (4-cü Şərqi Prussiya Piyada alayı) namizəd zabit olaraq verilmişdir. I Dünya Müharibəsinin gedişi dövründə – 1914-cü ilin noyabrında ağır yaralanmış, sonra 1915-ci ilin yanvarında leytenant, 1918-ci ilin oktyabrında isə baş leytenant rütbələrinə layiq görülmüşdür. Müharibə dövründə birinci və ikinci dərəcəli Dəmir Xaç medallarını əldə etmişdir. Müharibə başa çatdıqdan sonra o, 1919-cu ildə Şərqi Prussiyadakı Freykorpların sırasına daxil olmuş və 1921-ci ildə Reyxsverə işə götürülmüşdür. 1933-cü ildə mayor rütbəsinə layiq görülmüşdür, lakin Adolf Hitler hakimiyyətə gəldikdən sonra, 1933-cü ildə mayor rütbəsində ikən ordudan ayrılaraq Nasist Partiyasının üzvü olmuş və burada SA-ya qoşularaq bu orqanın təlim və tədris işlərindən məsul olmuşdur. 1935-ci ildə isə SS-ə göndərilmiş və 1 iyul 1936-cı ildə "Deutschland" alayının komandiri təyin edilmişdir. 1936-cı ilin oktyabrında Bad Tölzdəki SS Zabitlər Məktəbinin (SS-Junkerschule) taktika müəllimi olmuşdur. İkinci Dünya müharibəsi dövründə tabeliyində olan alayları ilə Polşa yürüşündə və Fransa yürüşündə iştirak etmişdir.
Brüs Şnayer
Brüs Şnayer (ing. Bruce Schneier; 15 yanvar 1963, Nyu-York, Nyu-York ştatı) — amerikalı kriptoqraf, kompüter təhlükəsizlik mütəxəssisi, məxfilik mütəxəssisi və yazıçıdır. Ümumi təhlükəsizlik, kompüter təhlükəsizliyi və kriptoqrafiya mövzusunda bir neçə kitabın müəllifidir.
Məhəmməd Ştaye
Məhəmməd İbrahim Ştaye (ərəb. محمد اشتية‎; 17 yanvar 1958) — fələstinli siyasətçi, akademik və iqtisadçı, 2019-cu ilin mart ayından Fələstin Dövlətinin baş naziri. 1958-ci ildə Nablus ştatının Tell şəhərində anadan olan Ştaye 1981-ci ildə Birzeit Universitetini biznesin idarə edilməsi və iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirib. Daha sonra o, 1989-cu ildə Böyük Britaniyanın Brayton şəhərindəki Sasseks Universitetinin İnkişaf Araşdırmaları İnstitutunda iştirak edərək iqtisadi inkişaf üzrə doktorluq dərəcəsi alıb. Məhəmməd Ştaye 1989-1991-ci illərdə Birzeit Universitetində iqtisadi inkişaf fənni üzrə professor vəzifəsində, 1993-cü ilə qədər isə tələbə işləri dekanı vəzifəsində çalışıb.
Ostayir
Ostayır — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Ostayır
Ostayır — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Skaner
Skaner (ing. scanner) – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skaner sənədlərin, mətnlərin, çertyojların, qrafiklərin, rəsmlərin, fotoşəkillərin kompyuterə daxil edilməsi üçün qurğu. Sənədin rəqəmsal təsvirini yaradır və onu kompyuterin yaddaşına yerləşdirir. Skanerin iki növü var: standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır; portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır. Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar. Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur.
Snayper
Snayper (ing. Sniper) - orduda xidmət keçən əsgərə verilən ad. Bu əsgərlərə Snayper tüfəngi ilə xüsusi təlim keçirilir. Snayperlər uzaq məsafədə yerləşən hədəfi vurmaq və ya kiçik ölçülü hədəfləri vurmaq üçün xüsusi ləvazimatlardan istifadə edirlər. Düşmən tərəfindən görünməmək məqsədilə snayperlər kamuflyajdan istifadə edirlər. Snayperlər 1 km məsafəyədək dəqiq atəş aça bilir. Dünyanın bir çox ölkələrində xüsusi təyinatlı birləşmələrin tərkibində snayper birlikləri mövcuddur. Ovçuluqla məşğul olan şəxslərin snayperlər tərəfindən istifadə olunan vasitələrdən istifadə etməsi geniş yayılmışdır. Snayper sözüdə ilk dəfə ovçular tərəfindən işlədilmişdir. Ovçuların nadir hallarda ovlaya bildiyi snayp quşunu ovlayan ovçular snayper adlandırılmışdır.
Stator
Stator (ing. stator, lat. sto-dayanıram) — elektrik maşınının tərpənməz hissəsi; maqnit keçiricisi və daşıyıcısı konstruksiya funksiyasını yerinə yetirir. Stator nüvədən və gövdədən ibarətdir. Dəyişən cərəyan maşınlarında nüvə üzərinə izolyasiya lakı çəkilmiş elektrotexniki polad vərəqlərdən (0.35–0.5 mm qalınlığında) yığılır. Nüvənin yuvalarında Stator dolağı yerləşdirilir. Dövri cərəyanlardan mühafizə üçün Stator dolağının naqilləri bir neçə paralel birləşdirilmiş məftildən ibarət olur.
Steyerm.
Culian Alfred Steyermark (ing. Julian Alfred Steyermark; 27 yanvar 1909, Sent-Luis, Missuri – 15 oktyabr 1988, Sent-Luis, Missuri) — Amerika botaniki, Rubiaceae bitki fəsiləsi üzrə mütəxəssis. Flora of Missouri (1963) Ames, Iowa: The Iowa State University Press. Bromeliaceae of Venezuela (1987) Caracas, Venezuela: Graficas Armitano, C. A. Steyermarkia Standl. 1940 (Rubiaceae) Steyermarkina R.M.King & H.Rob. 1971 (Asteraceae) Steyermarkochloa Davidse & R.P.Ellis 1985 (Poaceae) Davidse, Gerrit. 1989. Julian Alfred Steyermark, Taxon 38(1): 160-163 Taylor, Mary Susan. 1989.
Stryker
IAV Stryker, ABŞ ordusunda istifadə olunan General Dynamics Land Systems tərəfindən istehsal olunan Kanada istehsalı olan 8 təkərli LAW III-dən hazırlanmış ilk 8x8 konstruksiyalı zirehli döyüş vasitəsidir. Stryker, ABŞ ordusunun 1980-ci ildə istifadə etməyə başladığı M2/M3 Bradleydən sonra istifadə etdiyi ilk yeni zirehli döyüş maşınıdır. ABŞ hərbçiləri tərəfindən 2002-ci ildən bəri həm personal daşıyıcısı, həm də tank məhv edən ACV rolunda istifadə olunur. Əməliyyat mənzili 500 km, maksimum sürəti 100 km/s təşkil edir. M1126 Zirehli personal daşıyan M1127 Zirehli maşın M1128 Mobil silah sistemi.105 mm M68A1 topa malikdir M1129 120 mm haubitsa M1130 Komanda maşını M1131 Dəstək maşını M1132 Mühəndis maşını M1133 yaralıları daşımaq üçün maşın olub silah sistemləri yoxdur M1134 Anti-tank maşını.
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Qatyer
Qatyer (fr. Gattières) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Nitsa-3 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Karro kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 10,03 km², əhalisi — 4018 nəfərdir (2006) artım tendensiyası ilə: 4103 nəfər (2012), əhalinin sıxlığı 409,1 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 4036 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 4103 nəfər.
Sipyer
Sipyer (fr. Sipyer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 38,15 km², əhalisi 348 nəfərdir (2006) artım tendensiyası ilə: 372 nəfər (2012), əhalinin sıxlığı 9,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 374 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 372 nəfər.
Fəxrəddin Atayev
Fəxrəddin Qəhrəman oğlu Atayev (31 yanvar 1972, Bakı) — azərbaycanlı dirijor, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru. == Həyatı == Fəxrəddin Atayev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. F.Atayev əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Karlar Cəmiyyətinin mədəniyyət evində musiqiçi vəzifəsində başlamışdır. 1990-1992-ci illərdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi orkestrin baş musiqiçisi vəzifəsində xidməti başa vurmuşdur. F.Atayev 1993-1999-cu illərdə Bakı Musiqi Akademiyasını magistr dərəcəsi ilə, dirijor ixtisası üzrə bitirmişdir. Onun ixtisas müəllimləri Yusif Axundzadə *[1] və Yalçın Adıgözəlov *[2] olmuşdur. 1993-cü ildən 1998-ci ilədək Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrində, valtorna alətləri qrupunun konsertmyestri vəzifəsində çalışmış və 1988-2014-cü illərdə həmin orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərmişdir. == Musiqi yaradıcılığı == Azərbaycan Dövlət Nəfəs Alətləri orkestri məsuliyyətli dövlət tədbirlərində yüksək səviyyədə çıxışlar etmişdir. Bunlardan, 2001-ci ildə dünya şöhrətli musiqiçi Mistislav Rastropoviçin atası Liyapold Rastropoviçin ev muzeyinin açılış mərasimini, 2002-ci ildə “Üzeyir Musiqi günü” zamanı Dövlət Kapellasını müşayiət edən orkestr Üzeyir Hacıbəyovun “Qalx ayağa millət”, ”Koroğlu” operasının uverturasını və M.Maqomayevin “RV-8”marşını ifa etmişdir.
Geri Snayder
Qeri Snayder (8 may 1930[…], San-Fransisko, Kaliforniya) — Amerika şairi. Postmodernist yazar. == Həyatı == Qeri Snayder 1930-cu ildə San-Fransiskoda (Kaliforniya ştatı) anadan olub. Kollecdə təhsil aldığı dövrdə ədəbiyyata və etnoqrafiyaya həvəs göstərirdi. İndiana Universitetində linqvistikanı, Berkli Universitetində isə şərq dillərini öyrənib. Meşəqıran, meşəbəyi və dəniçi kimi ağır işlərdə çalışıb. Qeri Snayder 1955-ci ildən sonra şair kimi şöhrət qazandı. 1956-cı ildə Yaponiyaya köçərək on il orada yaşayıb; Snayder yapon dilini və yapon poeziyasını öyrənir, yapon dilində şeirlər yazır, buddist monastrına gedir, ibadət mərasimlərində iştirak edir, Zen buddizmi öyrənir, buddist mətnlərini tərcümə edirdi. Snayder "Tısbağalar adası", "Sonsuz dağlar və meşələr", "Riprap və soyuq dağların şeirləri", "Sapsız Balta" və s. (ümumiyyətlə, onun iyirmi kitabı çap olunb) kitabların müəllifidir.
Harri Stayls
Harri Stayls (ing. Harry Edward Styles; 1 fevral 1994, Redditç[d], Vusterşir[d]) — İngiltərə müğənnisi. Harri dünyaca məşhur oğlan qrupu “One Direction”ın üzvlərindən biri olmuşdur. Harri Stayls 2017-ci ildə qrupdakı fəaliyyətinə fasilə verməsindən bir il sonra öz adını daşıyan debüt studiya albomunu buraxaraq solo karyerasına başlamışdır. “Harry Styles” adlanan bu albom Birləşmiş Krallıqda və ABŞ-də həmin ilin ən çox satılan albomları sırasına düşmüşdür. Albomdan sinql kimi buraxılan “Sign of the Times” mahnısı Britaniyada yayım rekordları qırmışdır. Harri Stayls “Fine Line” adlı ikinci studiya albomunu 2019-cu ildə təqdim etmişdir. Bu albom ilk həftəsində yüksək miqdarda sataraq kommersiya baxımından uğurlu olmuşdur. Rolling Stone qəzeti 2020-ci ildə tərtib etdiyi “Bütün zamanların ən yaxşı 500 albomu” siyahısında Harrinin bu albomuna da yer ayırıb. İfaçının 2022-ci ildə işıq üzü görən üçüncü albomu “Harry's House” tənqidi rəğbətlə qarşılanıb.
Hikmət Atayev
Hikmət Atayev (4 fevral 1953, Zaqatala – 7 mart 2013, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü. == Həyatı == Hikmət Atayev 4 fevral 1953-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Karl Stomer
Frederik Karl Mülertz Stomer (norv. Fredrik Carl Mülertz Størmer; 3 sentyabr 1874[…] – 13 avqust 1957[…], Oslo) — norveçli riyaziyyatçı və astrofizik. Riyaziyyatda ardıcıl düz ədədlər üzərində π və Stormer teoreminin hesablanması da daxil olmaqla say nəzəriyyəsi sahəsindəki töhfələri ilə tanınır.O, fizikada maqnitosferdəki yüklü hissəciklərin hərəkətini və aurora meydana gəlməsini öyrənir və bu mövzularla bağlı olan "Kosmik Dərinliklərdən Atom Qəlbinə" kitabını yazır.Stomer, Norveçin Oslo Universitetində riyaziyyat professoru kimi çalışmışdır. Aydan uzaqda yerləşən Stömer krateri onun adını daşıyır. == Həyatı == Stormer 3 sentyabr 1874-cü ildə Skiendə bir əzcaçı Georq Lüdviq Stormer (1842-1930) və Elizabet Amali Yohan Henritte Mülertzin (1844–1916) ailəsində anadan olmuşdı. Əmisi sahibkar və ixtiraçı olan Henrik Kristian Frederik Stormer idi. Stormer, 1892-ci ildən 1897-ci ilə qədər Norveç Kral Frederik Universitetində (indiki Oslo Universiteti) riyaziyyatı öyrənmiş, 1898-ci ildə "Candidatus realium" dərəcəsi qazanmışdır.O, Parisdə Pikard, Poincare, Painlevé, Yordan, Darbux, Sorbonna və Qursat kimi professorlar ilə 2 il (1898-1900) təhsil almışdı. 1900-cü ildə riyaziyyat üzrə elmi işçi olaraq Kristianiyaya (Oslo) qayıtdı, 1902-ci ildə Göttingen Universitetində oldu və 1903-cü ildə yenidə Kristianiyaya qayıtdı və buradakı universitetdə riyaziyyat professoru vəzifəsinə təyin olundu.43 il riyaziyyat professoru vəzifəsini icra etdi. Kristianiyada daimi bir vəzifə aldıqdan sonra adını Karl Stomer olaraq qısaltdı. 1918-ci ildə yaradılan Norveç Riyaziyyat Cəmiyyətinin ilk prezidenti seçildi.
Katarina Sparer
Katarina Sparer (d. 22 fevral 1990; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Katarina Sparer İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Kurtis Strayker
Körtis Strayker (ing. Kurtis Stryker) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Polis vəzifəsini yerinə yetirir. Qara qüvvələrə qarşı vuruşur.
Taymer
Taymer (timer) – akustik sistemi idarə etmək, tarix və zamanı izləmək və başqa işlərlərdə gərəkli olan zaman intervallarını ölçmək üçün istifadə olunan hesablama sistemində: registr (yüksəksürətli yaddasaxlama sxemi), xüsusi sxem (kristal), yaxud sistem proqramı. Taymerin impulsları sinxronlaşmanın sistem tezliyi əsasında alına bilərsə də, o, sistem saatı deyil. Sistemlərin çoxunda kəsilmə taymerləri olur ki, onlar cari proqramın icrasını dayandırır və idarəetməni əməliyyat sisteminə verir Taymerlər İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kərim Atayev
Kərim Atayev – Texnika elmləri namizədi. == Həyatı == Əslən Azərbaycanın Şəki rayonundan olan Kərim İbadulla oğlu Atayev 1986-cı ildən Moskvada yaşayır. Əvvəllər Moskva Baş Sənaye Tikinti idarələrinin birində işləmişdir. 1996-cı ildə MAYİ-nin idarəetmə fakültəsinə daxil olmuş və bu ali məktəbi bitirərək yol hərəkətinin təşkili üzrə mütəxəssis olmuşdur. 2002-ci ildə professor Y.Kremenetsin rəhbərliyi ilə diplom müdafiə etmiş və ali məktəbin rəhbərliyi onu idarəetmə kafedrasında mühəndis vəzifəsində işləmək üçün saxlamağı qərara almışdır. 2003-cü ildə idarəetmə kafedrasının adı dəyişdirilərək menecment kafedrası adlanmışdır. 2003-cü ildə K.Atayev MAYİ-nin aspiranturasında təhsilini davam etdirmiş və menecment kafedrasının müdiri, texnika elmləri doktoru, professor Leonid Mirotinin rəhbərliyi ilə "Anbar logistikası texnoloji proseslərinin avtomatlaşdırılması" mövzusunda dissertasiya müdafiə etmişdir. Bu dissertasiya işinə Rusiyanın 20-dən çox texniki ali məktəbindən, o cümlədən Bauman adına Moskva Dövlət Texniki Universitetindən, Almaniyanın Maqdeburq şəhərindəki Fraunqofer adına Cəmiyyətin Sənaye Təşkili və Avtomatlaşdırılması İnstitutundan, Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutundan müsbət rəylər alınmışdır. Texnika elmləri namizədi alimlik dərəcəsi alandan sonra Kərim Atayev menecment kafedrasında bir neçə fənn üzrə dosent vəzifəsində dərs deməyə başlamışdır. Bu fənnlərdən biri də menecmentin əsasları fənnidir.
Məmmədşah Atayev
Məmmədşah Qədim oğlu Atayev — sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent teatrşünas, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri, teatr muzeyinin direktoru(1955-1985). 1941-ci ildə müharibə başlayanda Məmmədşah Qədim oğlu Atayevin (1937-2011) 4 yaşı vardı, qardaşı Teymurşah (1940) isə 8 aylıq uşaq idi. Müharibənin ortalarında atasını, sonunda anasını itirən hər iki uşağın keçmiş Qonaqkənd rayonunun (indiki Qubanın) qədim yaşayış yerlərindən olan Cimi kəndində yaradılmış uşaq evinə təhvil verilmişlər. Cimidə Məmmədşah üçün doğum şəhadətnaməsi bərpa ediləndə yaşını 9-dan 7-yə, 1939-cu il dekabr ayının 20-nə endirərək onu məktəb yaşlı uşaq kimi qəbul etmişdilər. Məmmədşah Atayevin 6-7-ci siniflərdə oxuyanda məktəbdə göstərilmiş bir neçə tamaşada uğurlu çıxışları olmuşdur. Bu sahəyə marağını nəzərə alan əməkdar müəllim İbad Mustafazadə onu rəhbərlik etdiyi dram dərnəyinə cəlb etmişdi. Orta məktəbi bitirdiyi üç il ərzində bir sıra tamaşalarda müvəffəqiyyətlə çıxış etmiş, Vaqif, Qacar, Şeyx Nəsrullah və s. rolların ən yaxşı ifaçısı kimi tanınmışdı. 1968 –ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1983–cü ildə Tbilisidə, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr İnstitutunda “Cəlil Məmmədquluzadə əsərləri Azərbaycan səhnəsində” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sənətşünaslıq namizədi alimlik dərəcəsi almışdır.
Kristof Şnayder
Kristof "Doom" Şnayder ( Christoph Schneider)(11 may 1966, Şərqi Berlin) — Alman musiqiçisi. Rammstein qrupunun zərbçisi. == Bioqrafiya == === Erkən həyatı === Şnayder 1966-cı il may ayının 11-də Şərqi Berlində Pankovda anadan olmuşdur. Özündən iki yaş kiçik bacısı var. Şnayder 16 yaşında gimnaziya məktəbini bitirmiş,daha sonra telekommunikasiya köməkçisi kimi işləməyə başlamışdır. 1984-cü ildə Şərqi Almaniya ordusunda xidmət etmişdir. Qrupun yeganə üzvüdür ki, hərbi xidmətini tam başa vurmuşdur. === Karyerası === Şnayderin valideynləri onun musiqi ifa etməyi öyrənməyini istəyirdilər, buna görə də onlar Şnayderi ilk Sosialist orkestra ilə bağlı olan musiqi məktəbinə göndərməli olurlar. Burada ona 3 seçim təklif edilir: baraban (truba),klarnet, trombon. Şnayder isə birincini seçir, çünki trubada ifa etmək onun üçün çox asan idi.