Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stress
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Reaksiya
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Stress hormonlar
Stress hormonlar — stres hormonları tənzimləyən fermentlər monoaminoksidaza(MAO) və katexolamintransferazadır(KOMT) .MAO neyronun hüceyrə daxili stres hormonları parçalayır.KOMT isə hüceyrələrin sinapslar arası stres hormonları parçalayır.
Kimyəvi reaksiya
Kimyəvi reaksiya — maddənin tərkib və xassələrinin dəyişməsi ilə baş verən hadisəyə Edvin teoremi deyilir. Kimyəvi reaksiyalar həmişə fiziki hadisələrlə müşayət olunur. Fiziki hadisə zamanı maddənin tərkibi dəyişmir, yalnız forması, həcmi və aqreqat halı dəyişir. Kimyəvi reaksiyaları aşağıdakı xarici əlamətlərə görə müəyyən etmək olur: İstiliyin ayrılması və ya udulması; İşığın ayrılması; Rəngin dəyişməsi; Çöküntünün əmələ gəlməsi və ya itməsi; Qaz halında maddənin ayrılması; İyin çıxması. Kimyəvi reaksiyaların baş verməsi üçün reaksiyaya daxil olan maddələr bir-biri ilə təmasda olmalı və əksər hallarda qızdırılmalıdır. Bərk maddələrin xırdalanması və qarışdırılması reaksiyanın başlanmasına kömək edir və reaksiyanı sürətləndirir. Kimyəvi reaksiyanın gedişinin əmsallar və formullar vasitəsilə şərti yazılışına kimyəvi tənlik deyilir. Kimyəvi tənliklər tərtib edilərkən maddə kütləsinin saxlanması və maddə tərkibinin sabitliyi qanunlarından istifadə edilir. Hər tənlik ox işarəsi ilə birləşmiş iki hissədən ibarətdir. Sol tərəfdə reaksiyaya girən maddələrin, sağ tərəfdə isə reaksiya nəticəsində alınan maddələrin formulları yazılır: 2H2 + O2 → 2H2O == Kimyəvi reaksiyaların sürəti == Kimyəvi reaksiya haqqında əsas məlumatları əldə etmək üçün onun sürətini bilmək vacibdir.
Zəncirvari reaksiya
Zəncirvari reaksiya – hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir. Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncivari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir.
Reaksiya (dəqiqləşdirmə)
Reaksiya — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Reaksiya və ya Reaksiyalar həmçinin bu mənaları da ifadə edə bilər: Reaksiyalar — iki və ya daha çox maddənin bir-biri ilə qarşılıqlı təsiri nəticəsində xassələrini itirərək yeni xassələrə malik maddələrin əmələ gəlməsidir.
Posttravmatik stress pozuntusu
Posttravmatik stress pozuntusu (PTSP) — bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. PTSP boşanma, iş yerinin itirilməsi və ya imtahandan kəsilmə kimi ümumi disstress situasiyalar nəticəsində, adətən, inkişaf etmir. PTSP- istənilən yaş qrupuna daxil olan şəxsdə rast gəlinə bilər. == Epidemiologiya == Tədqiqatlara əsasən əhalinin 39-90%-i ömründə ən az bir dəfə travmatik hadisə yaşayır. Zərərçəkənlər arasında aparılan tədqiqatlarda ən geniş yayılmış psixotravmatik faktorlara ağır somatik travmalar (9,4%), fiziki təzyiq (8,3%), başqasının ağır yaralanması və ya ölümünə şahid olma (7,1%), yaxınlarının qəfləti ölümü və ya ağır xəstələnməsi xəbəri (5,7%), seksual zorakılıq (2%) aiddir. Kesslerə görə travmatik hadisədən sonra PTSP-nin yaranma ehtimalı kişilərdə 8,1%, qadınlarda 20,4%-dir. Nisbətən gənc şəhər populyasiyasında bu göstərici daha yüksəkdir; kişilər üçün 13%, qadınlar üçün 30,2%. Çoxsaylı araşdırmalardan aşağıdakı ümumi nəticələr meydana çıxmışdır. yetkin (orta yaşlı) kişilər qadınlara nisbətdə daha az travmatik hadisə ilə üzləşirlər cinslərarası müxtəlif travmatik hadisələrin müqayisəli analizi göstərir ki, kişilər daha çox fiziki təzyiq və yol-nəqliyyat qəzası, qadınlar isə seksual zorakılıqla üzləşirlər == Etiologiya == Tarix boyu PTSP daim mübahisələr mövzusu olmuşdur. Bir çoxları üzvi səbəbdən şübhələnirdilər.
Stress testi (maliyyə)
Maliyyədə stress testi — maliyyə qurumlarının, xüsusən də bankların, gözlənilməz və ya ekstremal iqtisadi və maliyyə şərtlərdə (məsələn, iqtisadi resessiya, kəskin faiz artımı və ya maliyyə bazarlarında şoklar) dayanıqlığını qiymətləndirmək üçün istifadə edilən bir analiz metodudur. Stress testləri, maliyyə qurumlarının mövcud risklərini və potensial zəif tərəflərini müəyyənləşdirmək üçün vacib bir tənzimləmə alətidir. Stress testləri, bankların və digər maliyyə qurumlarının böhranlara davamlılığını qiymətləndirmək və ümumi maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçün əsas tənzimləmə vasitəsidir. Bu testlərdən əldə olunan nəticələr tənzimləyicilər üçün vacib məlumat mənbəyidir və sistemin sabitliyinə töhfə verir. == Məqsədləri == Maliyyə qurumlarının kapital səviyyəsinin və likvidlik mövqeyinin qeyri-adi şərtlərdə necə təsir edəcəyini göstərmək. Sistem əhəmiyyətli qurumların uğursuzluğunun qarşısını almaq və maliyyə sisteminin bütövlüyünü təmin etmək. Bankların beynəlxalq və milli tənzimləmə tələblərini yerinə yetirdiyinə əmin olmaq. Stress testlərinin nəticələri, maliyyə qurumlarının idarə heyətinə və rəhbərliyinə risklərin idarə olunması üçün daha yaxşı qərarlar qəbul etməyə kömək edir. == Stress testinin əsas mərhələləri == Testlər müxtəlif ssenarilər əsasında aparılır. Məsələn: Makroiqtisadi şərtlər — resessiya, yüksək inflyasiya, işsizlik artımı.
Redaksiya
Redaksiya (lat. redactus (redactio) — qaydaya salınma, səhmana salınmış) 1) mətbuatda, radio və televiziyada əsərin müəllifin əsərlərinin nüsxəsi üzərində kağızların redaktorun iş prosesi (redaktə). Redaksiya müəllifin fərdi üslubunu saxlamaqla, əsərin məzmun və formasını təkmilləşdirməkdən ibarət yaradıcı prosesdir. Redaksiya şərti olaraq siyasi, ədəbi və elmi növlərə ayrılır; 2) mətnşünaslıqda ədəbi və ya elmi əsər mətninin müəllif, yaxud redaktor tərəfindən təshih edilib yenidən işlənmiş, təkmilləşdirilmiş variantı. Redaksiya zamanı əsərin yalnız dil və üslubu, süjet və kompozisiyası deyil, ideya istiqaməti, nəzəri müddəaları da dəyişikliyə uğraya bilər. Bu halda yaranan yeni mətnə əsərin yeni redaksiyası deyilir; 3) kütləvi təbliğat və informasiya vasitələri sistemində (qəzet, jurnal, radio və televiziya verilişləri, ensiklopediya, nəşriyyat, kino və s.) inzibati idarə; 4) redaktor heyəti; 5) nəşretmə, satış, yayım, məqalələrin və s. qəbulu ilə məşğul olan kontor, yer və ya şəxslər. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Stres
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Yan Streys
Yan Yansen Streys (nid. Jan Jansen Struys, 1630 — 1694) — XVII əsr Niderland səyyahı. == Həyatı == Yan Streys (1630-1694) holland dənizçisi və səyyahı idi. Səyyah Dağıstanda Qaytaq hakimi tərəfindən əsir alınmış, 1670-1672-ci illərdə qul sifəti ilə Dərbənd, Şamaxı və Ərdəbil şəhərlərində yaşamışdır. O, vətənə qayıdandan sonra «Ecazkar, olduqca başıbəlalı səyahətlər» adlı kitab yazmışdır. Onun bu əsəri Avropa ölkələrində 25 dəfədən artıq çap edilmişdir. Yan Streysin əsərində Dərbənd, Şamaxı, Ərdəbil şəhərlərinin memarlıq baxımından vəziyyətinə, maarifin inkişaf səviyyəsinə aid məlumatlar vardır. Onun Ərdəbildəki Şeyx Səfi kompleksi barədəki fikirləri də maraqlıdır.
Klod Levi-Stross
Claude Lévi-Strauss (28 noyabr 1908[…], Brüssel – 30 oktyabr 2009[…], Parisin 16-cı dairəsi[d]) — Beçikada yaşayan fransız ailəsində anadan olmuş etnoloq və antropoloqdur. Levi-Strauss strukturalizm və struktural antropologiya nəzəriyyələrini inkişaf etdirən əsas alimlərdən sayılır. == Həyatı == Claude Lévi-Strauss 28 noyabr 1908-ci ildə Belçikanın Brüssel şəhərində, yəhudi əsilli fransız ailəsində anadan olub. Atası Raymond Lévi-Strauss portret sənəti ilə məşğul olan rəssam idi. Claude-un uşaqlığı Parisin elit təbəqəsi arasında keçmişdir. Sorbonna Universitetində hüquq təhsili alsa da, 1931-ci ildə ixtisasını dəyişərək fəlsəfə üzrə təhsil almaq qərarı verir. 1935-ci ildə Levi-Strauss Fransa mədəniyyət missiyasının tərkibində Braziliyaya yollanır və San-Paulu Universitetində çalışır. O, burada sonrada həyat yoldaşı olan Dina ilə tanış olur və 1939-cu ilə cütlük Braziliyada yaşayır. Bu illər ərzində o, Amazondaı qəbilələri araşdırır. Sonradan o, kannibalizm haqqında araşdırmalarının vegeterian həyat tərzini seçməsinə səbəb olduğunu yazırdı.
Respublika Xatirə Kitabı (redaksiya)
"Respublika Xatirə Kitabı" — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə İkinci dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat-redaksiya. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. == Haqqında == Azərbaycan Respublikası Xatirə Kitabının nəşriyyat-redaksiyası 1989-cu ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabının hazırlanmasıdır. 1997-ci ildən kitab nəşr prosesinə başlamışdır. Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır. Kitab ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulmuşdur.
"Priazovski kray" qəzetinin redaksiya binası
"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsa da faktiki olaraü istifadəsiz olmuşdur. == Arxitektura == Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir.
Priazovski kray qəzetinin redaksiya binası
"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsa da faktiki olaraü istifadəsiz olmuşdur. == Arxitektura == Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir.
Ataksiya
Ataksiya — parez, əzələ tonusunun pozulması və ya istəmsiz hərəkət olmadan hərəkətlərin dayanıqlı və məqsədinə uyğun şəkildə icrasında pozulmanın olması zamanı istifadə olunur. Ümumi olaraq bədən və ətraflarda olmaqla iki qrupa bölünür. Beyincik xəstəliklərinə bağlı yarana bildiyi kimi, vestibulyar nüvələr, vestibulyar sinir və ya arxa ciyə xəstəliklərində də ataksiya rast gəlinir. Qeyd olunan hissələrin funksiyasının pozulmasına irsi, iltihabi, degenerativ, damar, infeksiyon, metabolik, endokrin və ya neoplastik kibi geniş xəstəliklər qrupu səbəb ola bilər.
Ereksiya
Ereksiya və ya sərtləşmə — penisin böyüdüyü və daha da sıxlaşdığı fizioloji bir anlayış. Ereksiya, adətən cinsi ehtiras və ya cinsi cazibə nəticəsində yaranır; Psixoloji, sinir, damar və endokrin amillərin mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir. Qadınlardakı oxşar xəbərdarlıq klitoral ereksiyadır. == Fiziologiyası == Erektil disfunksiya (Ereksiya yəni) parasimpatik sinir sisteminin stimullaşdırılması nəticəsində baş verən penisin corpus cavernosum və Corpus spongiosum hissələrinə qan dolması ilə əlaqədar baş verən fizioloji hadisə kimi də təyin edilə bilər. Fizioloji olaraq, oyanma zamanı arterial damarlar vasitəsilə qan sürətlə penisə vurulur, cinsiyyət orqanının kavernoz kameralarının divarları getdikcə böyüyür və genişlənir və daha çox qan qəbul edərək şişir və həcmini artırır. Beləliklə, penis qanla dolaraq böyüyür və sərtləşir. Ən xaricdəki sərt qabıqlar və pərdələr gərilir, vena damarları bağlanır və cinsiyyət orqanının öz sərtliyini uzun müddət saxlaması təmin edilir. Yəni cinsiyyət orqanını dolduran qan yenidən dövr etmir, bir müddət orada qalır. Penis sərtliyini itirdikcə bu damarlar açılır, qan penisi tərk edir, kavernoz sistemlərinin divarları büzülür və balacalaşır. Penis əvvəlki vəziyyətinə qayıdır.
Traksiya
Traksiya və ya Dartma — sınıqlarda və onurğa sütünü xəstəliklərində istifadə olunan ortopedik metod. Onurğanın traksiyası əzələ kontrakturalarını azaldır, sinir sıxılmaları zamanı dekompressiya törədir, fəqərəarası diskin daxili təzyiqini azaldır . Traksion müalicə ortoped-travmatoloji və nevroloji profilli xəstələrin reablitasiyasında fəqərəarası disk fraqmentlərinin protruziyasının azaldılması, fəqərəarası diskin yerdəyişməsi zamanı, onurğada əyrilik olduqda, bir çox reflektor pozulmalarda istifadə olunur .
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Henri reaksiyası
Henri reaksiyası — nitroaldol reaksiyası (ing. Henry reaksiyası, nitroaldol reaksiya) — aldehid və nitrometan arasındakı aldol tipli reaksiyadır. Nukleofil birləşmə mərhələsi əsaslarla katalizləşdirilir və turşu proton alfa vəziyyətində olduğu təqdirdə suyun eliminləşməsi ilə müşayiət edilə bilər. Henri reaksiyasının əsas məhsulları beta-hidroksi nitro birləşmələr, yan məhsulları isə nitroalkenlərdir (xüsusən aromatik aldegidlərdən istifadə edildiyi təqdirdə). == Xüsusiyyətlər == Henri reaksiyasının xüsusiyyətləri [2] Bütün reaksiyaları dönərdir; Kifayət qədər gücü olan hər hansı bir əsas istifadə edilə bilər: qələvi metal hidroksidləri, karbonatlar, flüorid ionu mənbələri, polimer substratdakı əsaslar və s.; Həlledici, adətən, böyük rol oynamır; Beta-hidroksi nitro birləşməsi. adətən. iki diastereomerin qarışığı şəklində əmələ gəlir;Reaksiya şərtlərini dəyişməklə yaxşı diastereoselektrikliyə nail olmaq olar. == Stereoselektivlik == Henri reaksiyasında iki yeni stereo mərkəz meydana gəldiyindən, 4-ə qədər də stereoizomer məhsulun meydana gəlməsi nəzəri cəhətdən mümkündür. Adətən, diastereomerlərin qarışığı alınır, baxmayaraq ki, xiral ligandlarının istifadəsi onlardan birinin (və ya bir neçə) çıxımını artıra bilər. Məsələn, sink triflat duzundan, əsasi diizopropiletilamindən (DIPEA) və (+) — N-metilefedrinin xiral ligandından (NME) ibarət katalitik sistem benzaldehid və nitrometanın enantioselektiv kondensasiya məhsulunu almağa imkan verir [3].
Hers reaksiyası
Hers reaksiyası -kimyaçı Riçard Hersin adını daşıyan Hers reaksiyası, anilin törəməsinin (1) disulfid dixlorid ilə Hers duzuna (2) kimyəvi çevrilməsidir, ardınca bu Hers duzu (2) natrium hidroksid ilə qarşılıqlı təsirdə olub natrium tiolata çevrilir (3):[1] == Tətbiqi == === Benzotiadiazollar === Hers duzları diazotizasiyaya uyğun olan aminotiofenolları almaq üçün hidrolizə uğradılaraq benzotiadiazolların sintezində istifadə olunur.[2] === Benzotiazollar === Natrium tiolat sink sulfatla aralıq maddə olan sink merkaptidinə çevrilə bilər, ardınca merkaptidin benzoil xloridlə reaksiyası ilə 1,3-benzotiazol alınır. == Boyalar == Anilin (5) üç mərhələdə (6)-cı birləşməyə çevrilir; 1. Hers reaksiyası (anilin (5) və disulfid dixlorid) vasitəsilə orto-aminotiola çevrilmə, ardınca 2. Orto-aminoariltioqlikol turşusuna çevrilməsi və 3. Sandmeyer reaksiyası vasitəsilə aromatik amin radikalının nitrilə çevrilməsi. 4. Son mərhələdə nitril hidrolizə uğradılır və nəticədə (6) birləşməsi alınır. Bu bir-ləşmə həlqənin bağlanması reaksiyası və dekarboksilləşmə üsulu ilə (7) birləşməsinə çevrilir. Alınmış birləşmə (tioindoksil(7)) bəzi boyaların üzvi sintezində mühüm aralıq məhsuldur. Asenaftoxinon ilə kondensasiyasından Ciba-Scarlet adlanan (8) boya, (7)-nin izatin ilə kondensasiyasından isə tio-İndiqo boyası (9) alınır.
Hevald reaksiyası
Hevald reaksiyası — sərbəst kükürd iştirakı ilə gedən, aldehid və ya ketonun kondensləşməsi (burada R2=H) ilə nəticələnən əvəzolunmuş 2-aminotiofen alınan üzvi reaksiyadır.(aminotiofenlərin alınma reaksiyası) == Tarixi == Reaksiya 1930 ildən Karl Hevaldın adını daşıyır. Reaksiya mexanizmi kəşf olunduqdan 30 il sonra tədqiq edilmişdir. İlkin mərhələ aralıq məhsul (3) əmələ gətirən keton (1) və α-sianoefir (2) arasındakı Knyoevenagel kondensasiyasıdır. Sərbəst kükürdün əlavə edilməsi mexanizmi məlum deyil. Tsiklləşmə və tautomerləşmə lazım olan məhsulu verir: Mikrodalğalı şüalanma reaksiya gedişinə və vaxtına təsir edir. == Variantlar == Hevald reaksiyasının variantlarından birində 3-asetil-2-aminotiyofen dityandan (kükürd və asetonun əlavə olunması, R = CH 3 və ya asetaldehid, R = H olarsa) və sabit olmayan sianasetonun natrium duzundan başlayaraq sintez olunur. Aminotiyofenlərin çoxkomponentli sintezi (Gewald reaksiyası) Gewald tərəfindən əvəzlənmiş 2-aminotiyofenlərin sintezi üçün çoxkomponentli metod elementar kükürd, α-metil (metilen) karbonilin qarşılıqlı təsirindən ibarətdir. == Mənbə == Коваленко, С. Н. Использование реакции Гевальда для синтеза 5-амино-3-метил-N-2-арилтиофен-2,4-дикарбоксамидов и N2-(арил)-5-амино-4-циано-3-метил-2-тиофенкарбоксамидов / С. Н. Коваленко, С. В. Власов, В. П. Черных // Журнал органічної та фармацевтичної хімії. — 2006. — Т. 4, вип.
Klitoral ereksiya
Klitoral ereksiya — klitorun böyüdüyü və gücləndiyi fizioloji bir hadisə. Klitoral ereksiya psixoloji, sinir, damar və endokrin amillərin kompleks qarşılıqlı təsirinin nəticəsidir və ümumiyyətlə, məxsusi olaraq olmasa da, cinsi oyanma ilə əlaqələndirilir. == Fiziologiyası == Klitor qadınlardakı penisin homoloqudur. Çöldə görünən hissə bir neçə millimetrdən bir santimetrə qədər dəyişir və xarici dodaqların içərisində gizlənir.
Kuçerov reaksiyası
Kuçerov reaksiyası — asetilen birləşmələrinin hidratlaşma reaksiyası ilə karbonil birləşmələrinin yaranmasıdır. == Reaksiyalar == H C ≡ C H + H 2 O → H g S O 4 , H + C H 3 C H O {\displaystyle {\mathsf {HC\equiv CH+H_{2}O{\xrightarrow[{}]{HgSO_{4},H^{+}}}CH_{3}CHO}}} C 6 H 5 C ≡ C H + H 2 O → H g S O 4 , H + C 6 H 5 C ( O ) C H 3 {\displaystyle {\mathsf {C_{6}H_{5}C\equiv CH+H_{2}O{\xrightarrow[{}]{HgSO_{4},H^{+}}}C_{6}H_{5}C(O)CH_{3}}}} == Tarixi == İlk dəfə bu reaksiya 1881-ci ildə Rusiya kimyaçısı Mixail Qriqoryeviç Kuçerov tərəfindən kəşf edilmişdir. Kuçerov reaksiyasında katalizatorun zərərli təsiri səbəbindən ötrü hal-hazırda bu reaksiyadan istifadə edilmir. Kuçerov reaksiyasının əsasında Asetilendən Asetildehid almaq dayanır. Reaksiyanın katalizator kimi Civə (Hg2+) ionunun duzlarından istifadə edilir.
Distress
Distress — orqanizm üçün adi olmayan neqativ təsir. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Serest
Serest (fr. Céreste, oks. Ceirèsta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1208 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 689 nəfər (15-64 yaş) arasında 463 nəfər iqtisadi cəhətdən, 226 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67.2%, 1999-cu ildə 62.6%) idi. Fəal olan 463 nəfərdən 381 nəfər (212 kişi və 169 qadın), 82 nəfəri işsiz (40 kişi və 42 qadın) idi.
Stredl
Stredl (ing. Straddle) — investorun eyni öhdəlik müddəti, baza aktivi və istifadə qiyməti olan opsion üzrə "Koll" və "Put" mövqelərini götürməsi strategiyası. Bu strategiya istənilən istiqamətdə böyük qiymət dəyişikliyi olduğu halda investora qiymətlərin qalxdığı bazarda "Koll" opsionunu, qiymətlərin düşdüyü bazarda isə "Put" opsionunu istifadə edərək yaranmış vəziyyətdən istifadə etmək imkanı yaradır. Aşağıdakı hallar mümkün ola bilər: Fond bazarında səhmin müəyyən qiymətə alınması və ya satılması ilə bağlı səhm sahibi ilə əldə olunan razılıq; Qiymətli kağız sahibinə müəyyən qiymət əsasında alqı-satqı aparmaq hüququ verən ikiqat opsion; Əmtəə və xidmətlər bazarında eyni zamanda bir əmtəə və xidmətin satılması ilə başqa birinin alınması.
Eustress
Eustress (yun. εὖ - "yaxşı" və ing. stress - "gərginlik, təzyiq") — faydalı stress deməkdir — psixoloji, fiziki (məsələn, məşq) və ya biokimyəvi / radioloji (hormesis). Termini endokrinoloq Hans Selye tərəfindən irəli sürülmüşdür. Sağlamlıq üçün faydalı olan və ya insana müvəffəqiyyət hissi və ya digər müsbət hisslər gətirən stresə müsbət koqnitiv cavabdır. Selye stressin müxtəlif növünü və stressin təzahürlərini fərqləndirmək üçün bu termini stressin altqrupu kimi yaratmışdır. Eustressin potensial göstəricilərinə məna, ümid və ya enerji hissi ilə stressora cavab vermək daxil ola bilər. Eustress həm də həyatdan məmnunluq və rifahla müsbət əlaqələndirilir. == Təsviri == Eustress, insanın sahib olduğu ilə istədikləri arasındakı boşluq bir qədər genişlənsə də, həddini aşmadığı zaman baş verir. Məqsəd nail olunmaqdan çox da uzaq deyil, lakin hələ də təsəvvür edə biləcəyindən bir az daha çoxdur.
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. == Mənbə == Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Knyovenagel reaksiyası
Knyovenagel reaksiyası — aldehidlərin və ya ketonların, əsas birləşmələri iştirakı ilə kondensləşməsidir. Reaksiya alman kimyaçısı Emil Knyovenagelin adını daşıyır. Bu reaksiya məşhur Perkin reaksiyası ilə eyni modifikasiyadadır və oxşar mexanizm üzrə gedir. Reaksiyanın birinci mərhələsi nukleofil birləşmə mexanizmi ilə gedir: birinci və ikinci növ amin əsasları aktiv olan metilen qrupundan proton ayırır. Əmələ gələn karbon ionu aldehid və ya ketonun karbonil qrupuna təsir edir və nəticədə su molekulları əmələ gəlir (Ona görə bu reaksiya Knyovenagel kondensasiyası). Adlanır. Nəticədə reaksiya məhsulu olaraq α , β gərginləşmiş ionlar alınır. Aktiv olan metilen qrupu digər müəyyən formalarda iştirak edir [4]:. Z-CH2-Z или Z-CHR-Z, məsələn dietilmalonat, turşu, ətilasetoasetat, malon turşusu vəya cianqarışqa turşusu[5]. Z-CHR1R2, məsələn nitrometan Burada Z-Hətta zəif əsasın ştirakında deprotonasiyanı asanlaşdırmaq üçün güclü olan elektoakseptor qrupdur.
Mannix reaksiyası
Mannix reaksiyası və ya Mannixə görə aminometilləşmə reaksiyası - ammonyak, birli və ya ikili aminin və tərkibində heç olmasa bir mütəhərrik hidrogen atomu olan birləşmənin formaldehidlə kondensləşməsindən - Mannix adlanan əsasın əmələ gəlməsindən ibarətdir. == Alınması == Əgər kondensasiyaya daxil olan birləşmədə iki və daha çox karbon atomlarında aktiv hidrogen atomları varsa, onda N−CH2- aminometil qrupları müxtəlif vəziyyətləri tutmaqla izomer qarışıqları əmələ gətirir. Ammonium duzu ilə reaksiya apardıqda, əksər hallarda əmələ gələn birli amin sonradan reaksiyaya girərək ikili və üçlü amin əmələ gətirir. Bundan başqa, ammonium duzunun formaldehidlə qarşılıqlı təsiri nəticəsində əmələ gələn metilamin reaksiyada iştirak etməklə onu çətinləşdirir. == Tarixi == İlk dəfə Mannix tipli kondensasiyanı Tollens asetofenonun formaldehid və ammonium xloridlə reaksiya məhsulundan üçlü amini ayıran zaman müşahidə etmişdir. Sonralar, Petrenko-Kritçenko və onun əməkdaşları bu tipli kondensasiyanı öyrənmişlər, lakin onlar bu reaksiyanın ümumi xarakterini müəyyən edə bilməmişlər. 1917-ci ildə Mannix, antipirin salisilatın formaldehid və NH4Cl-lə qarşılıqlı təsirindən üçlü aminin əmələ gəlməsini müşahidə etməsi, başladığı tədqiqatlarına hərtərəfli təkan verdi. Belə ki, 4-dimetilaminoantipirin oxşar reaksiyaya girmədiyindən, tamamilə aydın olur ki, reaksiyada iştirak edən antipirin molekulunda 4 vəziyyətində olan hidrogen atomudur. Baş verən çevrilmələrin dəqiq mexanizmi müəyyən edilməmişdir. Hazırda güman edilir ki, Mannix reaksiyası, CH2O və amindən əvvəlcə imin(ium) duzları , sonra isə amin törəmələri əmələ gəlməsilə baş verir.
Nitrolaşma reaksiyası
Nitrolaşma reaksiyası – üzvi birləşmələrə nitroqrupun (-NO2) müxtəlif üsullarla daxil edilməsi prosesinə deyilir. Karbohidrogen atomunda bir və ya bir neçə hidrogen atomun nitroqrup ilə əvəz olunmasıdan əmələ gələn birləşmələrə nitrobirləşmələr deyilir. == Növləri == Nitroqrupun birləşdiyi karbohidrogen radikalından asılı olaraq nitrobirləşmələr 2 yerə bölünür: aromatik və alifatik nitrobirləşmələr. == Tətbiq sahəsi == Aromatik nitrobirləşmələr çox böyük tətbiq sahələrinə malikdir. Onlardan boyaq sənayesində, dərman preparatları, partlayıcı maddələr və s. istehsalında istifadə olunur. Nitrobenzol əsasən (90%-ə qədər) anilin istehsalına, boyaların sintezinə (2%-ə qədər), və s. sərf olunur. == Fiziki xassələri == Aromatik nitrobirləşmələr – rəngsiz və ya açıq sarı rəngdə yüksək temperaturda mayelərdir, ya da aşağı temperaturda əriyən bərk maddələrdir. Yüksək polyarlığına görə nitroarenlər yaxşı həlledicidirlər.
Nüvə reaksiyası
=== Radioaktiv Çevrilmə === Radioaktivlik 1896-cı ildə fransız alimi Anri Bekkerlium tərəfindən müəyyən edilmişdir. O qeyd etmişdir ki, uran saxlayan maddələr özlərindən görünməyən şüalar buraxır, bu da fotoplyonkanı işıqlandırır, ağacdan, kağızdan və bütün bərk maddələrdən keçə bilir. Bundan bir qədər sonra məşhur fransız fizikləri Mariya Skladovskaya-Kyüri və Pyer Kyüri müəyyən etdilər ki, «U»-dan əlavə «Th» torium və «Pa» planium eyni şüa buraxma qabiliyyətinə malikdir. 1898-ci ildə radium izotopu tapıldı. Aparılan müşahidələr göstərdi ki, radiumun verdiyi şüalanmanın ardıcıllığı, urandan milyon dəfə çoxdur. Bekkerli və Mariya Kyüri bir qədər sonra radiumun insan orqanizminə güclü təsirini müşahidə etdilər. Dayanıqlığı az olan elementlərin atom nüvələri özbaşına parçalana bilir, bu zaman yeni element atomu nüvələri və radioaktiv şüalar adlanan xüsusi növlü şüalar əmələ gəlir. Bu hadisə radioaktivlik adlanır. Öz-özünə parçalanan izotop isə radioaktiv izotop adlanır. Hazırda radioaktiv parçalanma zamanı yaranan şüalara ionlaşdırıcı və yaxud nüvə şüaları adı verilmişdir.
Pfitzinger reaksiyası
Pfitzinger reaksiyası (həmçinin Pfitzinger-Borşe reaksiyası kimi tanınır) — əvəzlənmiş xinolin-4-karbon turşuları əldə etmək üçün izatinlə əsas və aldehidin kimyəvi reaksiyasıdır. == Reaksiya mexanizmi == İzatinin kalium hidroksid kimi əsasla reaksiyası ketoturşunun (2) alınması üçün amid rabitəsinin hidrolizi baş verir. Bu aralıq məhsul təcrid oluna bilər, lakin adətən bu baş vermir. Keton (və ya aldehid) imin (3) və enaminin (4) alınması üçün anilin ilə reaksiyaya daxil olacaqdır. Enamin istənilən xinolinin (5) alınması üçün tsiklləşəcək və dehidratlaşacaq. == Çevrilmə == == Halberkan variantı == N-asil izatinlərin əsaslarla reaksiyasından 2-hidroksi-xinolin-4-karbon turşuları alınır.[6] == İstinadlar == ^ Pfitzinger, W. (1886). "Chinolinderivate aus Isatinsäure". J. Prakt. Chem. (in German).
Reaksion əvəzlənmə
Reaksion əvəzlənmə - ilkin və ya əvvəlcə əmələ gəlmiş minerallarla məhlullar arasında gedən metasomatik reaksiyalar nəticəsində yeni mineralların və eləcə də "sülb məhlulların" (dəyişkən tərkibli mineralllar) əmələgəlmə prosesi. Bu reaksiyalarda həm əvəzlənən mineralların kimyəvi komponentləri, həm də məhlullar vasitəsilə gətirilən-çıxarılan kimyəvi elementlər iştirak edir. Bu zaman ilkin mineralların reaksion minerallarla əvəzlənməsi eyni zamanda sülb halında baş verir. == Həmçinin bax == Mineral Sülb məhlul Kimyəvi element == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Rozenmund reaksiyası
Rozenmund-Zayçev reaksiyası — aldehid xloridlərin hidrogenlə aldehidlərə selektiv katalitik azaldılması reduksiyasına deyilir. Reaksiya 1872-ci ildə M.M.Zayçev tərəfindən kəşf edildi, klassik dəyişiklik 1918-ci ildə Rosenmund tərəfindən inkişaf etdirildi. Katalizator metal paladium (BaSO4, CaCO3, BaCO3, asbest, kömür, diatomlu torpaq), bəzən Pt və Ni götürülür. Aldehidlərin reduksiya olunmasının qarşısını almaq üçün katalizatordan istifadə olunur. Həlledici (benzol, toluen və s.). katalizator, 80-180 °C-də, 150-200 °C-də buxar faza hidrogenləşmə istifadə olunur.. Alkoqollar, karbohidrogenlər və turşular tez-tez yan məhsullar kimi meydana gəlir [spirtlərdən və RC (O) Cl) əmələ gəlir. Əsas aralıq məhsullar - spirtlər, karbohidrogenlər, turşular[spirtlərdən və RC (O) C1) əmələ gəlmişdir. Daha az və daha az miqdarda anhidridlər-t, oliqomerlər və polimerlər əmələ gəlir. Rosemund şərtləri altında, dikarboktsilb turşu xloridlərindən to-t-ə qədər olan reaksiyalar.
Skraup reaksiyası
Skraup reaksiyası — Zdenko Hans Skraup adını daşıyır. Reaksiya tipi — tsiklin əmələ gəlməsi ilə gedən reaksiya. Skraup sintezi xinolinləri sintez etmək üçün istifadə edilən kimyəvi reaksiyadır. Çexiyalı kimyaçısı Zdenko Hans Skraupun (1850–1910) şərəfinə adlandırılmışdır. Skraup reaksiyasında anilin sulfat turşusu, qliserin və nitrobenzol ilə qızdırılır və xinolin sintez edilir. Bu nümunədə nitrobenzol həm həlledici, həm də oksidləşdirici agent kimi iştirak edir. Əks halda şiddətli reaksiya olduğu üçün əsasən dəmir(II)sulfatın iştirakı ilə aparılır.[5] Nitrobenzol əvəzinə arsen turşusu istifadə edilə bilər və birincisi daha yaxşıdır, çünki reaksiya daha az şiddətlə gedir.[6] == Həmçinin bax == Bisçler-Napieralski reaksiyası Doebner-Miller reaksiyası == İstinadlar == ^ Skraup, Z. H. (1880). "Eine Synthese des Chinolins". Berichte. 13: 2086.