Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Susami
Susami (すさみ町, Susami-chō) — Yaponiyanın Vakayama prefekturasının Nişimuro qəzasında yerləşən qəsəbə. 1 avqust 2014-cü ilin məlumatına görə qəsəbənin əhalisi 4.291 nəfər, əhali sıxlığı hər km2-da 24,56 nəfər təşkil edir. Qəsəbənin sahəsi 174,71 km2-dır. == Coğrafiya == Qəsəbənin Honşu adasının Kansai regionunda, Vakayama prefekturasının Nişimuro qəzasında yerləşir. Qəsəbənin Kuşimoto, Kozaqava və Şirahama qəsəbələri ilə qonşudur.. == Əhali == 2014-cü ilin məlumatına görə qəsəbə əhalisi 4.291 nəfərdir, hər km² ərazidə 24,56 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: == Simvolika == Qəsəbənin simvolik ağacı kastanopsis, simvolik çiçəyi Crinum asiaticum, simvolik quşu yapon ağgözüdür.. == Maraqlı fakt == Susami qəsəbəsinin sahil hissəsində qəsəbənin poçt sisteminin rəsmi hissəsi olan sualtı poçt qutusu yerləşir. Bu poçt qutusu dünyada ən dərində yerləşən sualtı poçt qutusu (10 metr) olduğundan Ginnesin Rekordlar Kitabına düşmüşdür. Deyilənə görə, ən işlək vaxtda bu poçt qutusuna gündə 200 məktub çatdırılır.
Susami (qəsəbə)
Susami (すさみ町, Susami-chō) — Yaponiyanın Vakayama prefekturasının Nişimuro qəzasında yerləşən qəsəbə. 1 avqust 2014-cü ilin məlumatına görə qəsəbənin əhalisi 4.291 nəfər, əhali sıxlığı hər km2-da 24,56 nəfər təşkil edir. Qəsəbənin sahəsi 174,71 km2-dır. == Coğrafiya == Qəsəbənin Honşu adasının Kansai regionunda, Vakayama prefekturasının Nişimuro qəzasında yerləşir. Qəsəbənin Kuşimoto, Kozaqava və Şirahama qəsəbələri ilə qonşudur.. == Əhali == 2014-cü ilin məlumatına görə qəsəbə əhalisi 4.291 nəfərdir, hər km² ərazidə 24,56 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: == Simvolika == Qəsəbənin simvolik ağacı kastanopsis, simvolik çiçəyi Crinum asiaticum, simvolik quşu yapon ağgözüdür.. == Maraqlı fakt == Susami qəsəbəsinin sahil hissəsində qəsəbənin poçt sisteminin rəsmi hissəsi olan sualtı poçt qutusu yerləşir. Bu poçt qutusu dünyada ən dərində yerləşən sualtı poçt qutusu (10 metr) olduğundan Ginnesin Rekordlar Kitabına düşmüşdür. Deyilənə görə, ən işlək vaxtda bu poçt qutusuna gündə 200 məktub çatdırılır.
Vampir Ovçusu D: Qana Susama
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir.
Vampir ovçusu D: Qana susama
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir.
Adi susamuru
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.
Amerika susamuru
Amerika susamuru (lat. Lontra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. == Yayılması == Şimali və Cənubi Amerika ərazilərində yayılıb. == Növləri == Cinsə dörd növ daxildir: Kanada susamuru (Lontra canadensis) Cənub susamuru (Lontra provocax) Uzunquyruq susamuru (Lontra longicaudis) Pişik susamuru (Lontra felina) Əvvəllər Avropa növləri də bu cinsə daxil edilirdi. Hazırda isə müstəqil növdür.
Ağboğaz susamuru
Ağboğaz susamuru (lat. Hydrictis maculicollis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin hydrictis cinsinə aid heyvan növü. Hydrictis cinsinə daxil olan yeganə növdür. == Təsviri == Aşboğaz susamurları 44-68 sm uzunluğa sahib olurlar. Onların quyruqları 13,5-19,0 sm arasında dəyişir. Çəkiləri isə 3-5 kq arasındadır. Erkəklər bir qayda olaraq dişilərdən böyük olur. Bədəni şux və uzunsov formadadır. İri başa və enli boyuna sahibdir. Xəzinin rəngi tünd qəhvəyidən qırmızı-qəhvəyi arasında dəyişir.
Braziliya susamuru
Braziliya susamuru (lat. Pteronura brasiliensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin pteronura cinsinə aid heyvan növü. Pteronura cinsinə daxil olan yeganə növdür. Amazon çayının hövzəsi boyunca, tropik meşələrdə, həmçinin Orinoko çayı hövzəsində yayılmışdır. == Təsviri == Ümumi uzunluqarı 2 metr təşkil edir (70 sm quryruqlarıdır). Çəkiləri isə 20 kq-a çatır. Şirinsulu ərazilərdə yaşayan susamurları yarımfəsiləsinə daxil olan ən böyük növdür. Açıq dənizlərdə yaşayan dəniz samurları uzunluq baxımından Braziliya susamurlarına çata bilməsə də, çəki baxımından oları ötür. == Qidalanması == Uzaq qohumları olan susamurundan fərqlənirlər. Gündüz aktiv olan bu canlılar, ürkək deyillər.
Hamarxəzli susamuru
Hamarxəzli susamuru (lat. Lutrogale perspicillata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin lutrogale cinsinə aid heyvan növü. Adından da görümdüyü kimi bu növə daxil olan canlıların xəzləri digər samurlara nisbətdə daha hamar olur. == Ekologiya və yayılması == Bu növə Hindistanın şərq ərazilərindən tutmuş Cənub-Şərqi Asiyayada, İraqın bəzi ərazilərində rastlanılır. Əsasən iri meşə çayları ətrafında, bataqlıqlarda yayılırlar. Bununla belə yaxşı yaşayış yeri tapmaq üçün quruda uzun məsafələri belə qət edə bilirlər. Yuvalarını yeraltı dəliklərdə və ya qayalıqların arasında qururlar. Bəzən isə qunduzlar kimi yuva hazırlayırlar. == Növün qorunması == Həssas növlər siyahısına daxildir. Arealı və saylarında azalma müşahidə edilir.
Kanada susamuru
Kanada susamuru (lat. Lontra canadensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinə aid heyvan növü. Kanada susamurları Şimali Amerikada yaşayır, 5.0–14 kq ağırlığında olurlar. Qalın kürkü su keçirməzdir. Balıqlar ana qidası olsa da suda-quruda yaşayanlar, tısbağalar və xərçənglər də qidaları arasındadır. == Yayılması == Alyaska, Kanada, ABŞ-nin şimal-qərbi ilə şərqində, Meksika və ayrıca Cənubi Amerikanın şimalında yaşayır.
Pişik susamuru
Pişik susamuru (lat. Lontra felina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinə aid heyvan növü. == Areal == Pişik susamurlarına əsasən Cənubi Amerikanın cənub-qərb litoral sahillərində (Çili, Peru, Argentina sahilləri) rast gəlinir. == Təsviri == Pişik susamurları elə də böyük canlı deyillər. Onların uzunluğu nadir hallarda 1 metri keçir. Çəkiləri isə 3-6 kiloqram olur. Onlar öz cinsinin ən kiçik növləri hesab edilir. Pişik susamurlarının diş formulu: i 3 3 c 1 1 p m 3 − 4 3 m 1 2 = 36 {\displaystyle i\ {\frac {3}{3}}\ c\ {\frac {1}{1}}\ pm\ {\frac {3-4}{3}}\ m\ {\frac {1}{2}}=36} . == Qorunma statusu == Bu canlılar olduca nadir sayılırlar. Bu səbəbdən Peru, Çili və Argentina qanunlarına görə qorunurlar.
Qafqaz susamuru
Qafqaz susamuru (lat. Lutra lutra meridionalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinin adi susamuru növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Bədənin uzunluğu 700 mm. Quyruğunun uzunluğu 470 mm. Zahiri görünüşü Afrika susamuru kimidir. Belinin və yanlarının rəngi açıq-qəhvəyidir. Qarın hissəsinin rəngi yetərincə açıqdır. Quyruğu üstən və altdan eyni rəngdədir. == Arealı == Şimali Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, İranda, ola bilər İraqda, Suriyada, Fələstində və Türkiyədə yayılmışlar.
Sumatra susamuru
Sumatra susamuru (lat. Lutra sumatrana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Təsviri == Sumatra samurları 1,3 m uzunluğa və 7 kq çəkiyə sahib olurlar. Barmaqlar arasında üzmək üçün uyğunlaşmış pərdə vardır. Xəzi bel nahiyyəsində tünd-qəhvəyi, qarın nahiyyəsi isə bir az açıqdır. Alt çənə və dodaqları ağımtıl rəngdədir. Sifət ətrafı ərazilər tüklüdür. == Yayılması == Yayılma arealı Cənub-Şərqi Asiyadır. Ancaq arealın sərhədləri müəyyən edilməmişdir. Samurlar Tayland, Kamboca, Vyetnam, Malaziya, Bruney ərazisində yayılmışlar.
Susamurları
Susamurları (lat. Lutrinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Altfəsiləyə ümumilikdə 13 növ aiddir. == Təsviri == Susamurları bir qayda olaraq uzun bədənlərə, yumru başa sahib olurlar. Barmaqları arasında pərdə vardır. Quyruqları uzun və güclüdür. Bura daxil olan bəzi növlərin fərdləri 1 metrdən çox uzunluğa və 45 kq çəkiyə sahib olur (Braziliya susamuru, dəniz susamuru). Onların xəzi bir qayda olaraq boz-qəhvəyi rəngdə olur. 1 mm² dəriyə 1000 tük düşür İki tip tükə sahib olurlar. Qulaqları olduqca kiçik olur.
Susamuru
Susamuru (lat. Lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır. == Tarixi == Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər. == Coğrafiyası və iqlimi == Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.
Sunam Qirsik
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Susan Banda
Susan Banda (6 iyul 1990, Zambiya) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Red Ərrous FK klubunda çıxış edir.
Susan Benike
Susan Benike (14 sentyabr 1981) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Susan Benike Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Susay bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Susay məscidi
Susay məscidi — Azərbaycanın Quba rayonunun Susay kəndində tikilmiş tarixi-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Azərbaycanın Quba rayonunun Susay kəndində tikilmiş Susay məscidinin XIV və ya XIX əsrdə tikilməsi ilə bağlı fikirlər mövcuddur. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 2001-ci ildə qeydiyyata götürüləndə məscidin inşa tarixi 1854-cü il kimi göstərilib. Lakin kənd sakinlərinin dediklərinə görə məscid XIV əsrdə tikilib. Onlar bu tarixi məscidin qapısına qeyd olunmuş tarixə əsaslanaraq qeyd edirlər. Palıd ağacından yonulan qapının üzərində onu hazırlayan ustanın adı və hazırlandığı tarix, hicri təqvimi ilə 721-ci il (1321) göstərilib. Bundan başqa kənd sakinləri məscidin qədim qapılarından birinin Azərbaycana gələn ingilislər tərəfindən Londona aparıldığını və hazırda həmin qapının Fransadakı muzeylərdən birində saxlanıldığı iddia edirlər. Məscidin inşasında çay daşından və yaxınlıqdakı “Bağça dərəsi” adlanan yerdən çıxarılan kərpiclərdən istifadə olunub. Məscidin içərisindəki üzərində qədim işarələr olan böyük sütunlar da palıddandır.
Susan Bulmer
Susan Evelyn Bulmer - (17 fevral 1933, İtaka[d], Nyu-York ştatı – 6 oktyabr 2016), Sue Bulmer kimi tanınan, Papua Yeni Qvineya və Yeni Zelandiyada işləyən qabaqcıl Amerika arxeoloqu idi. O, 1959–1960 və 1967–1973-cü illərdə Yeni Qvineya dağlarında qazıntılar aparan ilk arxeoloq idi. == Həyatı == Bulmer 1933-cü ildə Nyu-Yorkun İthaka şəhərində anadan olub. Valideynləri Freddie və Adeline Hirsch, hər ikisi Kornell Universitetində tələbə olarkən tanış olublar. 1937-ci ildə ailə Pasadena, Kaliforniyaya köçdü, burada atası Kaliforniya Texnologiya İnstitutunda tədqiqatçı idi. == Təhsil == Bulmer 1954-cü ildə Kornell Universitetinin bakalavr pilləsini antropologiya ixtisası üzrə bitirmişdir. 1956-cı ildə Havay Universitetinin magistr pilləsini sosiologiya ixtisası üzrə bitirmişdir; onun dissertasiya mövzusu Amerika Samoa diasporu ilə əlaqəli idi. 1956-cı ildə o, tədqiqatını Yeni Zelandiyada davam etdirmək üçün təqaüdə layiq görüldü. Havaydan Fransız Polineziyasından keçən dörd aylıq yaxta səfəri onu arxeologiya sahəsi ilə tanış etdi. Bulmer 1957-ci ilin yanvarında Auklendə gəldi.
Susan Voycicki
Susan Dayan Voycicki (ing. Susan Diane Wojcicki; 5 iyul 1968, Santa-Klara, Kaliforniya – 9 avqust 2024, Palo-Alto[d], Kaliforniya, ABŞ) — 2014–2023-cü illərdə YouTube-un baş icraçı direktoru (CEO) olmuş amerikalı biznesmen. Onun sərvəti 2022-ci ildə 765 milyon dollar olaraq qiymətləndirilib. Voycicki iyirmi ildən çox texnologiya sənayesində çalışıb. O, 1998-ci ildə qarajını şirkətin təsisçilərinə ofis kimi icarəyə verərək Google-un yaradılmasında iştirak edib. 1999-cu ildə Google-un ilk marketinq meneceri kimi çalışıb və daha sonra şirkətin onlayn reklam biznesinə və orijinal video xidmətinə rəhbərlik edib. YouTube-un uğurunu müşahidə etdikdən sonra o, Google-un onu almasını təklif edib və 2006-cı ildə müqavilə 1,65 milyard dollara təsdiq edilib. O, 2014-cü ildə YouTube-un baş icraçı direktoru təyin edilib və 2023-cü ilin fevralında istefaya gedənə qədər bu vəzifəni icra edib. == Erkən həyatı == Susan Dayan Voycicki 5 iyul 1968-ci ildə Santa-Klara qraflığında anadan olub. Anası amerikalı jurnalist Ester Voycicki, atası Stenford Universitetinin polşalı fizika professoru Stenli Voycickidir.
Susan Voyçiçki
Susan Dayan Voycicki (ing. Susan Diane Wojcicki; 5 iyul 1968, Santa-Klara, Kaliforniya – 9 avqust 2024, Palo-Alto[d], Kaliforniya, ABŞ) — 2014–2023-cü illərdə YouTube-un baş icraçı direktoru (CEO) olmuş amerikalı biznesmen. Onun sərvəti 2022-ci ildə 765 milyon dollar olaraq qiymətləndirilib. Voycicki iyirmi ildən çox texnologiya sənayesində çalışıb. O, 1998-ci ildə qarajını şirkətin təsisçilərinə ofis kimi icarəyə verərək Google-un yaradılmasında iştirak edib. 1999-cu ildə Google-un ilk marketinq meneceri kimi çalışıb və daha sonra şirkətin onlayn reklam biznesinə və orijinal video xidmətinə rəhbərlik edib. YouTube-un uğurunu müşahidə etdikdən sonra o, Google-un onu almasını təklif edib və 2006-cı ildə müqavilə 1,65 milyard dollara təsdiq edilib. O, 2014-cü ildə YouTube-un baş icraçı direktoru təyin edilib və 2023-cü ilin fevralında istefaya gedənə qədər bu vəzifəni icra edib. == Erkən həyatı == Susan Dayan Voycicki 5 iyul 1968-ci ildə Santa-Klara qraflığında anadan olub. Anası amerikalı jurnalist Ester Voycicki, atası Stenford Universitetinin polşalı fizika professoru Stenli Voycickidir.
Susa qətliamı
Susa qətliamı və ya Yolaç kəndi qətliamı — 26 iyun 1992-ci ildə Türkiyədə, Silvanın Yolaç (Susa) kəndindəki məsciddə namaz qılan 10 nəfərin PKK üzvləri tərəfindən gülləbaran edilərək qətlə yetirildiyi qətliam. == Qətliam == Saat 22:30 radələrində Silvanın Yolaç kəndinə PKK yaraqlılarından ibarət böyük bir qrup basqın etmişdir. PKK döyüşçüləri kəndin ətrafına nəzarəti ələ keçirdikdən sonra Yolaç kənd məscidinə doğru irəliləmişdilər. Camaatı məsciddən çıxaran PKK yaraqlıları başda imam olmaqla bir qrupu ayıraraq yerə yıxmış və onları güllələmişdir. Hadisə şahidlərinin ifadələrinə görə, öldürülənlər hər gecə namaz qılmaq üçün məscidə gəlirmişlər. Hadisə baş verən gecə məsciddə olanlardan biri su içməyə çıxan zaman məscidin mühasirəyə alındığını görmüşdür. Məscidi əhatə edənlər əsgər olduqlarını və Bismildən gəldiklərini bildirmişdilər. Bundan sonra məsciddə olanlar işlərinə davam etmişdilər, lakin daha sonra PKK yaraqlıları məscidə daxil olaraq oradakıları qətlə yetirmişdilər. Məscidin imamı Haluk Fidancı da daxil olmaqla 10 nəfər hadisə yerində həlak olmuşdur. Hücum nəticəsində yaralanan 4 nəfərə Diyarbəkir Tibb Fakültəsi və Silvan Dövlət Xəstəxanasında tibbi yardım göstərilmişdir.
Qusam ibn Abbas
Qusam ibn Abbas (ərəb. قثم بن العباس‎) — İslam peyğəmbəri Məhəmmədin əmisi oğlu idi və İslamı müasir Özbəkistan ərazisinə gətirən şəxsdir. Şaxi Zindada Qusam ibn Abbasın türbəsi olduğuna inanılır.
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Həsənabad (Şuşa)
Həsənabad — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Həsənabad kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Meydan (Şuşa)
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. == Tarixi == E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Məmişlər (Şuşa)
Məmişlər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Məmişlər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Məmişlər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Bir sıra tədqiqatlara əsasən, XIX əsrin ortalarında Muğanda muğanlı köçəri tayfasının 275 şəcərəsindən, nəslindən biri olmuşdur və hazırda bu nəslin adı Azərbaycanın oykonimiyasında mühafizə olunmuşdur. Digər mülahizəyə görə isə, Məmişlər yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağlı Mehdiqulu xana məxsus xəlfəli tayfasına mənsub məmişlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Sarıbaba dağının ətəyində yerləşir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Nəbilər (Şuşa)
Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun аaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zarıslı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nəbilər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Qarabulaq (Şuşa)
Qarabulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Sarıbaba (Şuşa)
Sarıbaba (əvvəlki adı: Yextsahoq); həmçinin bəzi mənbələrdə Salatınkənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunur ki, yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (ermənicə "kilsə yeri") adlandırılmışdı. Həmçinin lüğətdə qeyd olunur ki, 1991-ci ilin yanvarında kəndə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi jurnalist Salatın Əsgərovanın adı verilmişdir. Lakin 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba dağının adı ilə Sarıbaba kəndi adlandırıldı, Yextsahoq kənd inzibati-ərazi vahidi isə Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırıldı. Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında sözügedən kəndin adı Sarıbaba kimi göstərilibdir. 14 dekabr 2021-ci il tarixində Milli Məclisin payız sessiyasının iclasında deputat Qənirə Paşayeva bildirmişdi ki, Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Qənirə Paşayeva həmçinin öz çıxışında Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarının və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq çıxışında Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş etdi. Jurnalist Sultan Laçının araşdırmasına görə, Salatın Əsgərovanın qətlə yetirildiyi həmin il Azərbaycan parlamentinin qərarıyla kənd onun xatirəsinə Salatınkənd adlandırılıb, lakin sonradan nədənsə həmin qərar Azərbaycan hökuməti tərəfindən rəsmiləşdirilməyib və kənd rəsmən Sarıbaba adını daşıyır. Həmçinin, Sultan Laçın 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərdiyini bildirir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Turşsu (Şuşa)
Turşsu — Azərbaycan Respublikasının Şuşa rayonunun Turşsu kənd inzibati-ərazi dairəsində qəsəbə. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Turşsu qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Turşsu qəsəbəsinə nəzarəti ələ keçirib. == Toponimikası == Qəsəbənin adı yaxınlığındakı Turşsu bulağının adından götürülüb. == Tarixi == Qəsəbə Zarıslı çayı dərəsindədir. 1972-ci ilədək Lisoqorsk sovxozu yanında qəsəbə adlanırdı. Lisoqorsk (Keçaldağ toponiminin ruscaya kalkasıdır) çarizmin milli ucqarlara köçürmə siyasəti nəticəsində XX əsrin əvvəllərində rus kəndliləri salmişdilar. Qəsəbənin ərazisi keçmişdə Nəcəfqulu ağa adlı bir şəxsin yaylaq yeri olmuşdur.
Xanalı (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanalılar (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanbağı (Şuşa)
Xanbağı — Azərbaycanın Xankəndi şəhərinin şimal-şərq hissəsində tarixi məhəllə. Keşmişdə Şuşa şəhəri yaxınlığında yaşayış məskəni sayılırdı. Hazırda bu ərazi Xankəndi şəhərinin şimal-şərq ərazisi və tərkibi sayılır. İbrahimxəlil xan tərəfindən salınmış “Xan bağı” adlanan bağ Qarqar çayından çəkilmiş arxla suvarılırdı, bağın yaxınlılğında karvansara, Qarqar çayı sahilində 4 su dəyirmanı vardır. Bağ alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət idi, və ərazisi 10 hektaradək təşkil edirdi. 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Əhalisi == === Tanınmış şəxsləri === Bülbül — Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olmuşdur.
Xəlfəli (Şuşa)
Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Toponimikası == Qarabağda orta əsrlərdə yaşamış Xəlfəli elinin adındandır. Mənbədə Xəlfəli eli Hacılı tayfasının qollarından biri kmi qeyd olunmuşdu. Tam adı Milli Xəlfəlidir. Qarabağ xanı İbrahim xanın qardaşı Mehdiquluxana mənsub bu el məskunlaşdıqdan sonra 11 məntəqə yaranmışdır. Xudaverdi qışlağı, Xəlfə qışlağı, Xanlıqpəyə, Laçınlar, Zamanpəyə, Şuşulu, Mirzələr, Məmişlər, Şırran və Kosalar. Sonra bu kəndlər xanın qızı Xurşud banu Natavana mənsub olmuşdur. == Tarixi == Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi.
Çaykənd (Şuşa)
Çaykənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Çaykənd kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çaykənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsi çay kənarında yerləşdiyinə görə Çaykənd adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Assam
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri. == Coğrafiyası == Qərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır. == Tarixi == Qədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi. Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
Muğam
Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.
Qusar
Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər. Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir. Bakı şəhərindən məsafəsi 180 km-dir. == Etimologiya == İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir. == Tarixi == === Rusiya imperiyası ilə müharibə === 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.
Qusma
Qusma(vomitus) — ağız vasitəsilə mədə məzmunu püskürmə prosesi. İnsanlar, meymunlar, itlər, pişiklər, donuzlar, balıqlar və quşlar qusa bilir. Ancaq siçanlar, siçovullar, dovşanlar və atlar qusa bilmir. Çünki onların uzun və dar qida boruları var. Bundan başqa onlarda qusma bacarığı olan sinirlər çatırmır. Bu akt tənəffüs əzələləri və abdominals əlaqəli mədə əzələlərin daralma, eləcə də hərəkət əlaqələndirir xüsusi qusma mərkəzi ilə tənzimlənir. Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız yuxu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin. "Qusma" — ən yaxşı qusma ilə mədə və ağız vasitəsilə yayılan məzmunu və xüsusiyyətləri müəyyən etmək üçün istifadə bir dövr. Qusma səbəbiylə kompleks refleks aktıdır Vol. ötürülür müxtəlif orqanların (dil kökü, yumşaq damaq, mədə mukoza, öd kisəsi, balans və digər bir orqan.) reseptorları qıcıqlanma.
Rasam
Rasam (hind. रस्सम. kann. చారు) — Hind mətbəxində tərəvəz şorbası. Rasam şorbası Tamillər tərəfindən qəbul edilib. Həmçinin digər regional adları da vardır (teluquda çaaru, kannada da saaaru). Rassam şorbası Cənubi Hindistanda ən məşhur yeməklərdən biridir. Ənənəvi olaraq pomidor, çili bibəri, bibər, kemyon və digər ədviyyatlar tamarind suyuna əlavə edilərək hazırlanır. Buxarda bişirilmiş mərciməkdə yeməyə dad verməsi üçün əlavə edilə bilər. Əvvəlcədən bütün ədviyyatlar bişirilir.
SDRAM
SDRAM(synchronous dynamic random access memory,синхронная динамическая память с произвольным доступом,eş zamanlı dinamik rastgele erişimli bellek,ixtiyari erişimli sinxron dinamik yaddaş)– kompüterdə operativ yaddaş kimi istifadə olunan yaddasaxlama qurğusu. Kütləvi istehsalına 1993-cü ildə başlanılıb. Verilənlərin asinxron mübadiləsinin istifadə olunduğu başqa növ DRAM yaddaşlardan fərqli olaraq, SDRAM qurğusuna daxil olan idarəedici siqnala cavab dərhal geri qaytarılmır, yalnız növbəti takt siqnalı alındıqdan sonra qaytarılır.SDRAM sinxron interfeysə malikdir ki, nəzarət girişlərində dəyişikliklər saat girişinin artan kənarından sonra tanınır. JEDEC tərəfindən standartlaşdırılmış SDRAM ailələrində, saat siqnalı gələn əmrlərə cavab verən daxili sonlu dövlət maşınının gücləndirilməsini nəzarət edir.Bu əmrlər, yeni əmrlər alınarkən daha əvvəl başlayan əməliyyatları tamamlayaraq, performansı artırmaq üçün boru şəklində ola bilər. Yaddaş bir neçə eyni ölçülü, lakin müstəqil bölmələrə bölünür.SDRAM geniş şəkildə kompüterlərdə istifadə olunur. Orijinal SDRAM-dan başqa, ikiqat məlumat dərəcəsi RAM-lərinin gələcək nəsilləri 2014-cü ilin ikinci yarısında yayımlanan ən son nəsil (DDR4) ilə - DDR (DDR1), DDR2, DDR3 və DDR4 kimi kütləvi bazarlara daxil olmuşlar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 755 s.
Salam
Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Yəhudilər və Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. == Sözün tarixi == Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir == Yəhudilərdə Salam == Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər. İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir.
Sezam
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi. == Növləri == Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir. === Azərbaycanın dərman bitkiləri === == Əhəmiyyəti == Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Sinam
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. == Tarixi == Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. == Rəhbərlik == Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, Sega, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında, artıq Steam-də dörd mindən çox oyun yayılır. Bu oyunlara hər gün, həftələr arası və həftəsonu endirimləri aiddir. Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib. Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar, treylerlər yayımlanırdı ancaq, Valve bir neçə dəfə bildirmişdi ki, onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi, filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı. Hal-hazırda bu bölmədə Source-Filmmaker, Art Rage kimi proqramlar mövcuddur. Steam Windows 7, 8 və 8.1 dəstəyi 1 Yanvar 2024-cü ildə başa çatdığını söylədi və artıq bəzi oyunlar Windows 10 vəya yüksək əməliyyat sisteminə tövsiyə edir.
Pusan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2–4-cü əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Qusan
Qusan — Parfiyada ictimai teatrlarda çıxış edən yaradıcı və ifaçı incəsənət xadimləri – müğənnilər, instrumental ifaçılar, rəqqaslar, nağılçılar və peşəkar xalq aktyorları. İndiki Ermənistanda qusan termini tez-tez aşıq sözünün sinonimi kimi istifadə olunur. == Tarixi == Musiqi və poeziya Parfiya mədəniyyətinin mühüm bir hissəsini təşkil edirdi və bu, qədim Partiyanın dünyəvi cəmiyyətinə mənsubluğun mühüm göstəricisi kimi xidmət edirdi. Parfiya qusanlarının necə yetişdirildiyi qədim mənbələrdən məlum deyil, lakin qədim İranda peşələrin irsi ötürülməsinin üstünlük təşkil etməsi ailə tərbiyəsindən və atalardan övladlara biliklərin ötürülməsinə imkan verir. Tarixçilər hesab edirlər ki, hər bir feodal klanın öz klanının tarixini bilən və öz əsərlərində onları tərənnüm edən öz qusanları olmuşdur. Qusanlar qədim İran cəmiyyətində böyük imtiyazlara və nüfuza malik idilər. Orta əsr İran mənbələrinə görə, heç bir əlamətdar hadisə onlarsız keçə bilməzdi. Qusan sənəti Sasanilər imperiyası dövründə inkişaf mərkəzinə çatmışdır. Sasani dövrünün ən məşhur qusanlarından (ozanka şairlərindən) biri də Bərbəd idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Grigor Suni, Armenian music, Yerevan, 2005, p.
SİNAM
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. == Tarixi == Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. == Rəhbərlik == Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.