Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gökhan Töre
Gökhan Töre (20 yanvar 1992[…], Köln, Almaniya Federativ Respublikası) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Moren
Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır. Morenlər iki qrupa bölünür: Hərəkətdə olan morenlər Çökmüş morenlər Dağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.
Noren
Noren (暖簾) – otaqda və ya girişdə asılan ənənəvi yapon pərdəsi. Müxtəlif ölçüləri və formaları mövcuddur. Norenlər ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Belə ki, noren qışda istiliyi saxlamaq, yayda isə evi sərinləşdirmək üçün istifadə olunan alət idi. Muromaçi dövründən etibarən iş yerlərinin giriş hissəsini toz, topraq, pis qoxu və tüstüdən qorumaq üçün noren asılmağa başlanmışdır. Edo dövründə müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər. Noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu. Noren üzərindəki simvollarla birlikdə dükkan sahibi üçün reputasiya simvoluna çevrilmişdir. Dükkan işçisi öz dükkanını açarkən çalışırdı ki, keşmiş iş yerinin mötəbərə norenindən istifadə etsin. Dükkan sahibinin bu icazəni verməsi həm işçi üçün fəxr hesab olunurdu, həm də işçi ilə dükkan sahibi arasındakı əlaqəni təmsil edirdi.
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Toyen
Toyen əsl adı Mariya Çerminova(çex. Toyen, Marie Čermínova 21 sentyabr 1902[…] – 9 noyabr 1980[…], VII arondisman (Paris)) — Həm təsvir, həm də qrafika ilə məşğul olan çex rəssamı. Poetizm (Çexiyada) və sürrealizm nümayəndəsi. Mariya 1902-ci ilin 21 sentyabrında praqada anadan olmuşdur. 1919–1922-ci illərdə Mariya Çerninova Praqa Rəssamlıq Akademiyasında sənət təhsili alır. 1920-ci illərin ortalarında Parisə gəlir, orada 1920-ci illərin sonlarında Andre Breton və Pol Eluardın dairəsindən olan sürrealistlərə qoşulur. 1923-cü ildə Mariya Çerminova Toyen professional təxəllüsünü qəbul edir. Toyen adı, vətəndaş mənasını verən fransızca "citoyen" sözündən yaranmışdır. 1923-cü ildə Praqa avanqard qrupu Devyatisil qrupuna qoşulur. Əvvəlcə o, kubizm, purizm, sonra erotizmlə maraqlanır.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Loren Alfonso
Loren Berto Alfonso Dominges (28 may 1995, Havana) — 2014-2017-ci illərdə Kubanı, 2017-ci ildən isə Azərbaycanı təmsil edən boksçu; "Toкio 2020" — XXXII Yay Olimpiya Oyunlarının gümüş, "Paris 2024" — XXXIII Yay Olimpiya Oyunlarının isə bürünc medalçısı; Dünya Çempionatlarının qalibi (2021-ci ildə) və finalçısı (2023-cü ildə) Loren Alfonso 2019-cu ildə Belarusda II Avropa Oyunlarının qalibi olub, 2024-cü ildə Serbiyada isə Avropa Çempionatını bürünc medalla başa burub. Azərbaycan idmanında xidmətlərinə görə 2021-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 2024-cü ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. == Həyatı == Loren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür. Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur. Bir oğlu və bir qızı var. == Karyerası == === Kuba yığmasının heyətində (2014—2017) === Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi. Kuba yığmasının əsas üzvü Rio-de-Janeyro Olimpiadasının qalibi olan Arlen Lopez idi. Loren Alfonso 2014-cü ilin 7-11 aprelində Komandalararası Kuba Çempionatında çıxış etdi və Yasmani Rodrigez üzərində 2:1 hesabı ilə qələbə qazandı.
Loren Avedon
Loren Avedon (ing. Loren Avedon) — ABŞ döyüş ustası və aktyorudur. Taekvondo üzrə 5-ci dərəcə və Hapkido üzrə 8-ci dərəcəyə malikdir. Ailəlidir və bir qız övladı vardır.
Loren Bekoll
Loren Bekoll və ya Loren Bakall (ing. Lauren Bacall; 16 sentyabr 1924[…], Bronks, Nyu-York ştatı, ABŞ – 12 avqust 2014[…], Manhetten, Nyu-York ştatı, ABŞ) — Amerika aktrisası və model.
Loren Holli
Loren Mişel Holli (ing. Lauren Michael Holly; 28 oktyabr 1963, Bristol[d], Pensilvaniya) — amerikalı aktrisa.O, Maxine Stewart-ın müavini rolunu oynadığı "Forpost Swordsmen" televiziya serialı, həmçinin Meri Swanson rolunu oynadığı Lal və Axmaq filmindəki iştirakı ilə daha çox tanınır.Lauren Holly Bristol (Pensilvaniya) şəhərində anadan olub. Atası Hobart və William Smith kolleclərində ədəbiyyatdan dərs deyirdi, anası tarixçi idi və Rochester Universitetində dərs deyirdi. Lauren uşaqlığını Cenevrədə, Nyu-Yorkda keçirdi, burada orta məktəbi bitirdi və bir müddət şənlik etdi. Sarah Lourens Kollecinə daxil oldu və 1985-ci ildə İngilis ədəbiyyatı üzrə İncəsənət Bakalavr dərəcəsi aldı. 23 yaşında Holli üç il Julia Chandler (1986-1989) rolunu oynadığı "All My Children" televiziya serialında iştirak etdi. 1990-cı ildə o, Riverdale Revisited televiziya şousunda komik kitab personajı Betti rolunu oynadı. 1993-cü ildə "Əjdaha: Brüs Linin həyat hekayəsi" avtobioqrafik filmində əfsanəvi Brüs Linin həyat yoldaşı Linda Li Cadwell rolunu aldığı zaman böyük kino dünyası onun üçün açıldı. Növbəti il ​​onun ən məşhur rolu gəldi - Meri Swanson "Lal və axmaq" filmində. 1995-ci ildə Holli Sidney Pollakın Sabrina remeykində doktor Elizabet Tayson rolunu üzərinə götürdü.
Loren Hyu
Loren Meyberri
Loren İv Meyberri (ing. Lauren Eve Mayberry, 7 oktyabr 1987, Qlazqo) — şotland müğənni, musiqiçi, bəstəkar. Pop qrupu Chvrches-in vokalisti və zərb ifaçısıdır. == Həyatı və təhsili == Meyberri 1987-ci ildə Şotlandiyanın Tornhill şəhərində doğulub. Uşaqlıqdan fortepianoda, yeniyetmə yaşlarından etibarən isə təbil çalır. Meyberri, Bridge of Allan-da müstəqil bir məktəb olan Beaconhurst Məktəbində oxudu. O, həmçinin İllinoys ştatının Qladston şəhərində xarici tələbə kimi yaşayırdı. Stratklayd Universitetində dörd illik bakalavr hüquq dərəcəsini bitirdikdən sonra, 2010-cu ildə jurnalistika üzrə magistr dərəcəsi qazandı. 2009-cu ildən 2010-cu ilə qədər o, Birləşmiş Krallığın The Line of Best Fit musiqi vebsaytının müəllifi olmuşdur. == Sinqllar == Are You Awake?
Loren Venqer
Loren Venqer (11 mart 1984, Lonq-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Loren Venqer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Loren Venqer, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Moren gölü
Sofi Loren
Sofiya Loren (it. Sophia Loren; 20 sentyabr 1934 Roma, İtaliya) — məşhur İtaliya aktrisası. "Oskar" mükafatına layiq görülmüşdür. Əsl soyadı Şikolone olmuşdur. Sofiya Loren 20 sentyabr 1934-cü ildə Romadakı Regina Margherita Klinikasında Sofiya Scicolone kimi anadan olub. Onun atası Rikkardo başqa bir qadınla evli idi və anası Romilda Villaninin iki uşağının anası olmasına baxmayaraq, onunla evlənməkdən imtina etdi ( Sofiya və onun kiçik bacısı Maria Scicolone). İkinci Dünya Müharibəsi zamanı atasından heç bir dəstək almadan Pozzuoli gecəqondularında böyüyən o, uşaqlıqda böyük kədər yaşadı. 14 yaşında gözəllik müsabiqəsinə qatılan və finalçılardan biri kimi yer alanda onun həyatı gözlənilməz dönüş etdi. Məhz burada Sofiya özündən təxminən 22 yaş böyük, sonradan evləndiyi film prodüseri Karlo Pontinin diqqətini çəkdi. Ola bilsin ki, o, uşaqlıqda heç vaxt yaşamadığı ata fiquru idi.
Token Ring
Token Ring lokal şəbəkəsində kompüterlər məntiqi olaraq halqavari şəkildə birləşdirilir. Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu göndərən kompüterə gəldikdə, o, halqadan geri alınır və yeni informasiya varsa onu göndərir. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu kompüterə göndərir və proses təkrar olunur. "LOKAL ŞƏBƏKƏLƏR" (Mühazirə), İ.M.ƏLIYEV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu İnformatika Əməliyyat sistemi Lokal şəbəkə Qlobal şəbəkə Kompüter şəbəkəsi Kompüter proqramları R. M. Metcalfe and D. R. Boggs.
Torben Vosik
Torben Vosik (8 oktyabr 1973) — Almaniyanı təmsil edən stolüstü tennisçi. Torben Vosik Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Xoren Abramyan
Xoren Babkeni Abramyan (erm. Խորեն Բաբկենի Աբրահամյան; 1 aprel 1930, İrəvan – 10 dekabr 2004, İrəvan) — SSRİ və Ermənistan teatr və kino aktyoru, rejissor, SSRİ xalq artisti (1980). SSRİ Dövlət mükafatına layiq görülmüşdür (1981). Xoren Abramyan 1 aprel 1930-cu ildə İrəvanda anadan olmuşdur. 1951-ci ildə İrəvan Dövlət Teatr və Kino İnstitutunu bitirmiş və Qabriel Sundukyan adına Ermənistan Milli Teatrının səhnəsində oynamağa başlamışdır (1980–1985-ci illərdə, 1988-ci ildən baş rejissor). 1985–1988-ci illərdə Askanaz Mravyan adına Leninakan teatrının baş rejissoru işləmişdir. Xoren Abramyan kinoda debütünü 1949-cu ildə "Ararat vadisinin qızı" filmində etmişdir. O, "Dağ gölünün sirri" (1954), "Boy" (1957), "İlk sevgi mahnısı" (1958,), "Ana ürəyi" (1958), "Saroyan qardaşları" (1968), "Doğum" (1978), "Çox yaşa" (1980) filmlərində rol almışdır.
Xoren Arutyunyan
Xoren Ovanesoviç Arutyunyan (Arutyunov) (erm. Խորեն Հարությունյան) (24 iyul (5 avqust) 1891, Axalkalaki, Tiflis quberniyası – 9 dekabr 1950, Stepanakert) — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1943). 1891-ci ildə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1911-ci ildə Tiflisdə başlamış və 1931-ci ilədək kiçik fasilərlə burada çalışmışdır. 1931–1949-cu illərdə Bakıda erməni dram teatrında, 1949-cu ildən isə Stepanakertdə erməni dövlət dram teatrında çıxış etmişdir. 1952-ci ildə vəfat etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 АРУТЮНЯ́Н, Хорен Оганесович // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус».
Yan moren
Yan moren (rus. боковая морена, ing. lateral moraine) — qar xəttindən aşağıda dağ-dərə buzlağının kənarlarında iri qırıntı materiallarının toplanmasından yaranmış, moren.
İllik moren
İllik moren (rus. морена годичная, ing. annual moraine) — xırda lüləşəkilli /valşəkilli/ son moren tirələri olub, adətən bir-birinə paralel yerləşir, intensiv deqlyasiyasiya prosesi zamanı buzun tez geri çəkilməsi şəraitində buzlağın kənarının illik vəziyyətinin ardıcıl dəyişməsini göstərir. İ. m. adətən dil şəkilli hövzələrə uyğun gələn iri göllərin sahilində yerləşir.
İnna Koren
İnna Koren (ing. Inna Koren; d. 30 mart 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — ABŞ-ni təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1986). İnna Koren 30 mart 1964-cü ildə Bakıda anadan olub. 1979-cu ildən ABŞ-də yaşayır. 1986-cı ildə qadınlar arasında Amerika çempionatının qalibi olub. Eyni ildə qadınlar arasında beynəlxalq usta adına layiq görülüb. İnna Koren qadınlardan ibarət şahmat üzrə Amerika yığmasının heyətində 1984 və 1988-ci illərdə Şahmat Olimpiadasının iştirakçısı olub. İnna Koren Yel Universitetini bitirib. FIDE Chess profili Inna Koren.
Loren German
Lauren Christine German (29 noyabr 1978, Hantinqton-Biç[d], Kaliforniya) amerikalı aktrisa'dır. O, ilk böyük rolunu 2002-ci ildə yeniyetmə romantik dram filmi A Walk to Remember filmində, ardınca The Texas Chainsaw Massacre (2003) və Hostel: Part II (2007) qorxu filmlərində oynamışdır. 2011-ci ildən 2012-ci ilə qədər German, CBS polis draması Havay Beş-0-nın ikinci mövsümündə DHS agenti Lori Veston kimi əsas rol oynamışdır və 2012-2014-cü illərdə o, NBC-nin Chicago Fire dramında Lesli Şey rolunu oynamışdır. 2016-2021-ci illərdə o, Amerika fantaziya komediya-dramasında Lucifer-də detektiv Chloe Decker kimi rol almışdır. == Həyatı == German Kaliforniya'nın Huntinqton-Biç şəhərinin Orange County ətrafında anadan olmuşdur. Onun atası Riçard German damar cərrahıdır. Onun ata tərəfdən babası Ceyms German hollandiyalı olmuşdur o, 1909-cu ildə Amsterdam'da anadan olmuşdur. O, uşaq ikən ailəsi ilə birlikdə Hollandiya'dan ABŞ-a köçmüşdür. Laurenin ailəsinin qalan hissəsi isə ingilis'lərdir. O, Los Alamitos Liseyində və Orange County İncəsənət Liseyində oxumuşdur və sonra antropologiya təhsili aldığı Cənubi Kaliforniya Universitetinə daxil olmuşdur.
Loren Soka
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Loren Koen
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu-Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Evren
Karen
Karen — soyad, ərəb kişi adı, hansı ki, Ermənistandə geniş yayılıb. Karen Şeperd — ABŞ döyüş ustası, film və televiziya aktrisası. Karen Gillan — Şotlandiyalı aktrisa və köhnə maneken. Karen Cromie Digər Karen, həmçinin Karin, Karin-Pəxləvidlər, Karen-Pəxləvi — qədim İran sülaləsi, İranın yeddi böyük evindən biri. Karen — bir sıra terpenlərin orqanik birləşməsi, skipidarın komponenti. Karen — Birmada ştat (milli dairə).
Löven
Löven — Belçikanın şimalında, Brüsseldən 25 km şərqdə yerləşən şəhərdir. Benilüks ölkələrinin ən böyük universiteti Löven universiteti bu şəhərdə yerləşir.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Teben
Teben (q.yun. Θῆβαι, Διὸς πόλις ἡ μεγάλη) — Yuxarı Misirin paytaxtının adı, Aralıq dənizinin Misir sahillərindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşən qədim şəhər. Şəhərin ilk adı ilkin adı No-Ammon olmuşdur. Teben eyni zamanda Yuxarı Misirin IV nomu Uasetin mərkəzi sayılırdı. XI sülalə dövründə bütün Misirin paytaxtına çevrilmişdir.
Terek
Terek (çay)
Börsen
Börsen (dan. Børsen) — Kopenhagenin mərkəzində, Slotsholmen adasında, kral IV Xristianın əmri ilə 1619–1640-cı illərdə tikilmiş Kopenhagen birjasının binasıdır. Memarlar – Stenvinkel qardaşları binanı flamand intibahı üslubunda, dörd əjdahanın bükülmüş quyruqları şəklindəki 56 metrlik şpillə tamamladılar. Binanın birinci mərtəbəsi malların saxlanması üçün qırx kiçik bölməyə ayrılır, ikinci mərtəbəsində isə ticarət əməliyyatlarının aparılması üçün geniş zal yerləşir. 1745-ci ildə bina Nikolay Eytved tərəfindən təmir edildi, birjanın qədim interyerləri isə 1855-ci ildə dəyişdirildi. Kopenhagen birjası 1625-ci ildən 1974-cü ilə qədər Börsen binasında yerləşirdi. 1918-ci ildə bina anarxist işsizlərin hücumuna məruz qaldı. 16 aprel 2024-cü ildə yenidənqurma işləri zamanı bina yanğın nəticəsində dağılmış, 56 metrlik şpil çökmüşdür. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Börsen ilə əlaqəli mediafayllar var.
Terens
Terens — ad. Terens Tao — avstraliya riyaziyyatçısı. Terens Hill — İtalyan aktyor, prodüser, ssenarist və rejissor. Terens Kemp Makkenna — Amerikalı müəllif, filosof.
Faren (Fransa)
Faren (fr. Fareins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01157. == Coğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 30 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2137 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1535 nəfər (15-64 yaş) arasında 1007 nəfər iqtisadi fəal, 349 fəaliyyətsiz (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 75.4%) idi. 1007 fəal sakindən 953 nəfər (505 kişi və 448 qadın) işləyir, 54 nəfər işsizdir (22 kişi və 32 qadın).
Gösta Agren
Sven Gösta Ågren - (3 avqust 1936 – 24 iyun 2020), Fin yazıçısı və şairi. == Həyatı == Ågren 1936-cı ildə Finlandiyanın Ostrobothnia şəhərində anadan olub. 1988-ci ildə "Jär" əsəri ilə Finlandiya Mükafatını qazandı. Əsərlərini İsveç dilində yazan Gösta Egren, Mark İncilini ədəbi dəyərlərinə görə təriflədi. "Dülgər" adlı kolleksiyasını buraxdı. Sol tərəfə yaxın fikirləri ilə tanınıb, bunu kənd "proletariatı" ndakı avtobioqrafik əsərlərində görmək olar. Qardaşları Leo və Erikdə özü kimi yazdılar. Şeirlər, oçerklər və tərcümeyi-hallarını nəşr etdirdi. Verilən ədəbi mükafatlar arasında 1989-cu ildə Jär ('Burada') adlı şeir toplusuna görə Finlandiya Mükafatında iştirak etdi. Avstriyanın şeirlərində tez-tez doğulduğu Ostrobotniya, Finlandiyanın qərb sahillərindən danışdı.
Humboldtia teres
Karen Armstronq
Karen Armstronq (14 noyabr 1944[…], Vusterşir[d]) — dinə dair kitabları ilə tanınan İrlandiya katolik əsilli İngilis müəllifi və şərhçisidir. O, 14 noyabr 1944-cü ildə Worcestershire ştatının Wildmoor şəhərində anadan olub. Armstronq 2008-ci ilin fevralında 100.000 ABŞ dolları dəyərində TED Mükafatını alıb. == Kitabları == Dar Qapıdan (Through the Narrow Gate.) 1982. Dünyanın Başlanması (Beginning the World) 1983. İlk Xristian: Müqəddəs Paulun Xristianlığa Təsiri (The First Christian: Saint Paul's Impact on Christianity) 1983. Od dilləri: Dini və Poetik Təcrübə Antologiyası (Tongues of Fire: An Anthology of Religious and Poetic Experience) 1985. Müqəddəs Müharibə: Səlib yürüşləri və onların bugünkü dünyaya təsiri. (Holy War: The Crusades and their Impact on Today's World.) 1988. Məhəmməd: Peyğəmbərin tərcümeyi-halı (Muhammad: A Biography of the Prophet.) 1991.
Karen Blinksen
Karen Blinksen (ing. Baronessa Karen Kristenze von Bliksen-Fineke; 17 aprel 1885[…] – 7 sentyabr 1962[…]) — danimarka və ingilis dilində əsərlər yazan danimarkalı müəllif və yazıçı. İngilis dilli ölkələrdə İsak Dinesen, alman dilli ölkələrdə Taniya Bliksen, Oskeola və Pierre Andrezel təxəllüsləri ilə məşhurdur. Karen Keniyada yaşayarkən yazdığı Afrika xaricində əsəri vəBabetta bayramı hekayəsi ilə məşhurlaşıb. Bu iki əsər əsasında çəkilən filmlər Oskar mükafatına layiq görülüb. O, həmçinin Danimarkada hekayələr toplusu olan Yeddi Qotik Nağıl əsəri ilə tanınır. Blinksenin bir neçə dəfə Ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi də irəli sürülüb. == Həyatı == === Erkən həyatı === Karen Dinesen, Kopenhagenin şimalında, Runqstedlund malikanəsində dünyaya gəldi. Atası Vilhelm Dinesen (1845–1895), Yutlandiya torpaq mülkiyyətçilərinin ailəsindən olan bir yazıçı və ordu zabiti idi; həyat yoldaşı İnqeborq Vestenholz (1856–1939) varlı bir Unitar burjua tacir ailəsindən idi. Karen Dinesen, üç bacı və iki qardaşdan ibarət bir ailədə ikinci uşaq idi.
Karen Cromie
Karen Cromie (24 sentyabr 1979 – 28 yanvar 2011) — İrlandiyalı Paralimpiyaçı, İngilis avarçəkmə və basketbol idmançısıdır. Pekin 2008 Olimpiadasında Paralimpiya Divizionunda yarışdı və beşinci oldu. 2005–2006-cı illər arasında Cromie GB Əlil arabalı Basketbol Milli Komandasının tərkibində basketbol oynamış və gümüş medal qazanmışdır. 2009-cu ildə İrlandiya Paralimpiya Basketbol komandasına seçilmiş və 2011-ci ildə 31 yaşında intihar edərək ömrünü başa vurmuşdur.
Karen Dəmirçyan
Karen Dəmirçyan (17 aprel 1932, İrəvan, Ermənistan SSR, SSRİ – 27 oktyabr 1999, İrəvan) — SSRİ partiya xadimi Ermənistan KP MK-nın birinci katibi
Karen Ebbot
Karen Ebbot (ing. Karen Ebbot; 23 yanvar 1973, Filadelfiya, Pensilvaniya) — Əvvəllər Karen Ebbot kimi tanınan Abbott Kahler amerikalı tarixi qeyri-bədii ədəbiyyat müəllifi.Onun kreditlərinə İkinci Şəhərdə Günah, Amerika Gülü, Yalançı, Cazibədar, Əsgər, Casus və Eden Parkının Hauntingi daxildir. == Yaradıcılığı == "İkinci Şəhərdə Sin" məşhur Amerika fahişəxanası olan Everleigh Club və klubun sahibləri Ada və Minna Everli bacılarının əsl hekayəsindən bəhs edir. Amerikan Rose striptizçi Gipsi Rose Linin hesabıdır. Yalançı, Temptres, Əsgər, Casus vətəndaş müharibəsi zamanı casus olmuş dörd qadının əsl hekayəsindən bəhs edir. Edenin Ghost Parkı, hüquq praktikasını atıb viski biznesinə başlayan Corc Remus adlı alman mühacir haqqındadır. Remus iki ildir ki, "qaçaqçıların kralı" titulunu qazanıb. Ebbot Smithsonian İnstitutu tarix bloqunun müəllifidir "Past Imperfect" və eyni zamanda Nyu Yorker üçün yazır. İkinci Şəhərdə günah Amerikanın məşhur fahişəxanası Everleigh Club və klubun sahibləri Bacı Edi və Minni Everlinin əsl tarixini izah edir.
Karen Fonteyn
Karen Fonteyn (29 yanvar 1969) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Karen Fonteyn Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Karen Fonteyn Olimpiadanın gümüş medalına sahib olub.
Karen Gillan
Karen Şeyla Qillan (ing. Karen Sheila Gillan; 28 noyabr 1987, İnverness, Şotlandiya) — şotland aktrisa və model. == Həyatı == Karen İnverness, Şotlandiyada anadan oldu və böyüdü. Qardaşı və bacısı olmayan Qillanın atası Reymond Con Qillan və anası Marie Qillan (evlilikdən əvvəlki soyadı: Peterson) Kinmiliesdə yaşayır. 7 yaşında pianinoda ifa etməyi öyrənən aktrisa, gənc yaşda aktrisalığı sevməyə başladı və bəzi gənclik teatr qruplarında yer aldı. On altı yaşında karyerasını davam etdirmək üçün Edinburqa köçdü. Buradakı Telford kollecində HNC Aktyorluq kursunu bitirdi. On səkkiz yaşı tamam olanda İtaliya Conti Teatr Sənətləri Akademiyası adlı dram məktəbində oxumaq üçün Londona köçdü və buradan Ədəbiyyat fakultəsi diplomunu alaraq məzun oldu. == Karyerası == İtaliya Conti-də təhsil həyatında davam edərkən moddelik agentliyində işə götürüldü və 2007 London Moda Həftəsində modellik etdu. == Şəxsi həyatı == 2011-ci ildə Fashion Targets Breast Cancer (FTBC)-in kompaniyasında yer aldı.
Karen Horni
Karen Horni (16 sentyabr 1885[…] – 4 dekabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir. == Həyatı == K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.