Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tənqidçi
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Bu şəkildə tənqidin bir alışqanlıq kimi edilməsi müşahidə olunur.
Jurnalist
Jurnalist — Jurnalist xəbər və ya digər cari məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir. Jurnalistin işi Jurnalistika adlanır. Jurnalist ümumi məsələlər ilə işləyə və ya müəyyən məsələlərdə ixtisaslaşa bilər. Amma əksər jurnalistlər ixtisaslaşmağa meyillidirlər və digər jurnalistlər ilə əməkdaşlıq edərək bir çox mövzuları əhatə edən jurnallar və ya qazetlər hazırlayırlar. Məsələn, bir idman jurnalisti idman dünyasında olan xəbərləri işıqlandırır, amma bu jurnalist bir çox fərqli mövzuları əhatə edən qəzetin bir hissəsi ola bilər. == Rol və öhdəlikləri == 'Müxbir' (jurnalistika) mənbələrində təqdimat etmək, reportajlar aparmaq, araşdırma etmək və hesabat vermək üçün məlumatları araşdıran, yazan və hesabat verən bir növ jurnalistdir. Yazı yazmaq kimi işin istehsal hissəsindən fərqli olaraq bir jurnalistin işinin məlumat toplama hissəsi bəzən reportaj adlanır. Jurnalistlər vaxtlarını xəbər otağında işləmək ilə hadisələrin şahidi olmaq yaxud insanlarla görüşmək arasında bölüşdürə bilər. Müxbirlər xüsusi bir reportaj sahəsində vəzifəyə təyin edilə bilər. jurnalist termininə müxtəlif redaktorlar, rəyçilər, köşə yazarları və vizual jurnalistlər, məsələn, fotojurnalistlər (fotoqrafiyadan istifadə edən jurnalistlər) daxil ola bilər.
Con Beyn (tənqidçi)
Con Piter Beyn (ing. John Peter Bain; 8 iyul 1984, Spennimur, Darem, Böyük Britaniya – 24 may 2018, Şarlott, Şimali Karolina, ABŞ; əsasən TotalBiscuit, The Cynical Brit və TotalHalibut psevdonimləri ilə tanınır) — Böyük Britaniya videooyun tənqidçisi, kiberidman icmalçısı, YouTube kanalı müəllifi. "Eurogamer"in verdiyi məlumata görə, Beyn yeni hazırlanmış indi oyunlar və oyun xəbərləri üzrə təhlil mövzularını əhatə edən şərh videoları ilə böyük tamaşaçı icması əldə etmişdir. Beyn səmimiliyi, oyun sənayesində istehlakçı mövqeyini qoruması və təsirli tənqid videoları ilə tanınırdı. Beynin YouTube kanalı iki milyondan çox abonentə malik idi. Beyn 2015-ci ilin oktyabr ayında düz bağırsaq xərçəngi olduğu açıqlamış, ancaq fəaliyyətinə 2018-ci ilin aprel ayına qədər davam etmişdir. Beyn peşəsindən rəsmi olaraq, 2018-ci ilin aprel ayında təqaüdə çıxmışdır. Bunun səbəbi xəstəliyinin müalicəolunmaz hala gəlməsi idi. O, 24 may 2018-ci il tarixində 33 yaşında vəfat etmişdir. == Həyatı == Con Piter Beyn 8 iyul 1984-cü il tarixində Böyük Britaniyanın Darem qraflığında yerləşən Spennimur qəsəbəsində anadan olmuşdur.
Qurban Bayramov (tənqidçi)
Qurban Bayramov (tam adı: Bayramov Qurban Fərman oğlu; 30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi. Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N. Tusi adına ADPU-nin filologiya fakültəsini (1963–1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967–1971). Hərbi xidmətdə olmuş (1967–1968), aspirantura təhsili almışdır (1970–1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir. 1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman", "Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq" elmi-nəzəri, "Yaralı Vətənin yaralı övladları" bədii-publisist kitabları var. Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M. Ə. Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M. H. Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər" kimi tədqiqat işləri vardır.
Əkbər Ağayev (tənqidçi)
Əkbər Ağayev (azərb. Əkbər Məmməd oğlu Ağayev‎; 21 mart 1915, Şuşa – 2 mart 1989, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), Azərbaycanın Əməkdar ali məktəb işçisi (1981), filologiya elmləri doktoru (1972), professor. Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayev Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1940-1941-ci illərdə Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirmişdir. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil almışdır. Əkbər Ağayev Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra "İzvestiya" qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında işləmişdir. Daha sonra Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır. Əkbər Ağayev eyni zamanda elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim. kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləmişdir.
Əməkdar jurnalist
Azərbaycan Respublikasının əməkdar jurnalisti — uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri ad.
Eldar İsmayılov (jurnalist)
Eldar İsmayılov Xankişi oğlu (1948, Ağdam) — Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı və təhsili == Eldar İsmayılov 9 yanvar 1948-ci ildə Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəb illərində təsviri incəsənət, musiqi, poeziya sahələrində istedad və bacarığı ilə diqqəti cəlb edib. Üzeyir Hacıbəyov adına Ağdam Orta Musiqi Məktəbində təhsil alıb, qiyabi yolla Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Bir müddət Ağdam Şəhər 2 saylı Orta Məktəbdə rəsm və musiqi müəllimi işləyib. 1966-cı ilin oktyabr ayından 1977-ci ilədək Ağdamda çıxan "Lenin yolu" qəzeti redaksiyasında müxbir işləyib. Elə həmin ildən Azərbaycan Televiziyası ilə sıx əməkdaşlığa başlayıb, uzun illər televiziya efirində bir-birindən maraqlı, çoxsaylı süjet və proqramları ilə çıxışlar edib. 23 fevral 1979-cu ildə Azərbaycan SSR Dövlət Teleradio Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar üzrə xüsusi müxbiri təyin edilib, 1991-ci ilin oktyabrına kimi bu vəzifədə çalışıb. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. O, həm də "Kommunist", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakinski Raboçi", habelə Moskvada nəşr edilən "Selskaya jizn", "Sovetskaya kultura", "Komsomolskaya pravda" qəzetlərində, həmçinin SSRİ-nin Mərkəzi Teleradiosunda çoxmilyonlu oxucuların və seyrçilərin görüşünə gəlib.1988-ci ildən Xankəndindən məcburi köçkündür.
Elman Babayev (jurnalist)
Elman Məmmədov (jurnalist)
Elman Telman oğlu Məmmədov (15 may 1950, Düdəngə, Noraşen rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Şərurun səsi qəzetinin baş redaktoru. == Həyatı == Elman Məmmədov Şərur rayonunun Düdəngə kəndində sadə bir kəndli ailəsində dünyaya gəlib. 1969-cu ildə orta təhsilini Düdəngə kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olur. === Ailəsi === Ailəli olub (həyat yoldaşı 2013-cü ildə vəfat edib), 2 oğlu (1-i 2016-cı ildə vəfat edib), 2 qızı, 10 nəvəsi, 2 nəticəsi var. == Əmək fəaliyyəti == 1966-cı ilin sentyabr - 1967–ci ilin fevral ayına qədər Rayon pambıqtəmizləmə zavodunda fəhlə; 1967–ci ilin fevral – 1967–ci ilin oktyabrına qədər Düdəngə kəndində Dimitrov adına kolxozun üzvü; 1968-ci ilin oktyabr – 1970-ci ilin mart ayına qədər "İşıqlı yol" qəzetində mürəttib; 1970-ci ilin mart – 1971-ci ilin dekabr tarixinə kimi "İşıqlı yol" qəzetinin mətbəəsində çapçı; 1971-ci ilin dekabr – 1974-cü ilin may ayına qədər "İşıqlı yol" qəzetində çapçı və briqadir; 1974-cü ilin may – 1975-ci ilin avqustuna qədər "İşıqlı yol" qəzetində ədəbi işçi; 1975-ci ilin avqust – 1992-ci ilin sentyabr ayına qədər "İşıqlı yol" qəzetinin şöbə müdiri; 1992-ci ilin sentyabr ayından hal-hazırkı vaxta qədər "Şərurun səsi" qəzetinin baş redaktoru. == Mükafatları == 4 may 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi adına layiq görülmüş; 21 iyul 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunmuş; 21 iyul 2010-cu ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti adı verilmişdir.
Elxan Əliyev (jurnalist)
Əliyev Elxan Hacıağa oğlu — Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı və fəaliyyəti == Elxan Hacıağa oğlu Əliyev 24 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1949-cu ildə musiqi məktəbini, 1950-ci ildə isə orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra təyinatla göndərildiyi Şahbuz rayon gəzeti redaksiyasında məsul katib kimi işə başlamışdır. 1957-ci ildə o, "Şərq qapısı" qəzetində işləməyə göndərilir və 1965-ci ilədək redaksiyada məktublar, mədəni-məişət və kənd təsərrüfatı şöbələrinin müdiri kimi fəaliyyət göstərir. Bu arada o, SSRİ Jurnalistlər İttifaqının üzvü olur. 1965-ci ildən 1972-ci ilədək Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktor vəzifəsində, 1972-1974-cü illərdə isə Azərbaycan KP Naxçıvan şəhər Komitəsi şöbə müdiri vəzifəsində çalışır. Jurnalistika sahəsində zəngin təcrübəyə malik olduğu, işgüzarlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1974-cü ilin mart ayında Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin olunur. Elə həmin il o, Ulya Noraşen seçki dairəsindən Naxçıvan MSSR Ali Sovetinə deputat seçilir. 1989-1992-ci illərdə o, jurnalist fəaliyyətinə qayıdaraq Naxçıvan Muxtar Respublikasının "Şərq qapısı" qəzetinin baş redaktor müavini vəzifəsində işləmişdir.
Emin Axundov (jurnalist)
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu‎; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı. == Həyatı == Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib. === Ailəsi === Ailəlidir, üç övladı var. == Əmək fəaliyyəti == 1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.
Emin Hüseynov (jurnalist)
Emin Rafiq oğlu Hüseynov (4 dekabr 1979, Bakı) — azərbaycanlı jurnalist, insan hüquqları üzrə aktivist. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri. Azərbaycanda həbs olunmaqdan yayınmaq üçün, o, gizlənməyə məcbur oldu. Müəyyən müddətdən sonra Emin Hüseynov Azərbaycandan qaçdı və hal-hazırda İsveçrədə məcburi köçkün kimi yaşayır.
Etibar Məmmədov (jurnalist)
Etibar Məmmədov (Etibar Teyyub oğlu Məmmədov; 27 noyabr 1975, Kirovabad) — Azərbaycan jurnalisti, teleaparıcı, araşdırma, ictimai-siyasi, xəbər və sənədli jurnalistika üzrə ekspert, sənədli filmlər rejissoru. == Həyatı və təhsili == Etibar Məmmədov 1975-ci il noyabrın 27-də Gəncə şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhəri 4 nömrəli orta məktəbdə orta təhsil alıb. 1993–1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politogiya İnstitutunun politologiya fakültəsində bakalavr pilləsində, 1997–1999-cu illərdə isə həmin institutun "Magistratura" şöbəsinin "Milli Təhlükəsizlik və siyasi strategiya" ixtisasında təhsil alıb. Bakalavr və magistr pillələrində təhsilini əla diplomla başa vurub. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == === Jurnalistika fəaliyyəti === 1998–2002-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin tərkibində "ANC ÇM" radiosunda "İsti-isti" ictimai-siyasi verilişinin və Xəbərlərin aparıcısı, 2000-ci ildən isə ANS TV-də "Xəbərçi" proqramı və "Nəzər Nöqtəsi" verilişinin aparıcısı və aparıcı redaktor olub. 2002–2008-ci illərdə ATV telekanalının Xəbərlər Xidmətində çalışıb. Telekanalın Xəbərlər Xidmətinin əsas qurucularından biridir. "Son Xəbər" informasiya buraxılışının və "Həftə Sonu" analitik-informasiya buraxılışının aparıcısı olub.
Hacı Hacıyev (jurnalist)
Hacı Əliheydər oğlu Hacıyev (18 fevral 1925, Bakı – 23 fevral 2008, Bakı) — tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər Birliyinin sədri (1989–2006), Azərbaycanın əməkdar jurnalisti (1985). == Həyatı == Hacı Hacıyev 1925-ci il fevralın 18-də Bakı şəhərində kommersant ailəsində anadan olmuşdur. Burada şəhər məktəbində orta təhsilini başa vurmuşdur (1943). Bakıda emal sexində hesablayıcı işləmişdir (1942). Ordu sıralarında xidmət etmişdir (-1950). Tərxis olunandan sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1950–1957). "Azərbaycan gəncləri" qəzetində ədəbı işçi, şöbə müdiri (1950–1953), Azərbaycan radiosunda məsul redaktor və baş redaktor (1953–1959), Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor (1959–1961), "Ekran" Yaradıcılıq Birliyinin sədri (1968–1970) , Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalında baş redaktor (1970–1974) vəzifələrində çalışmışdır. Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi (1974–1989) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuşdur (1989–2006). 2006-cı ildən qurumun fəxri sədri seçilib.
Həmid Həmidov (jurnalist)
Həsən Həsənov (jurnalist)
Həsən Həsənov (azərb. Həsən Zal oğlu Həsənov‎; 30 avqust 1954, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002–2022), "Azərbaycan Respublikasının əməkdar jurnalisti" (2005), "Vətənə xidmətə görə" ordeni laureatı (2014). Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri (2017). == Həyatı == Həsən Həsənov 1954-cü il avqustun 30-da Göyçə mahalının Ardanış kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1977-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə zabit kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Ensiklopediyasında fəaliyyətini davam etdirmiş, "Uşaq Ensiklopediyası"nın və bir sıra ensiklopedik məlumat kitablarının hazırlanmasında iştirak etmişdir. "Vətən səsi" qəzetində şöbə müdiri, "Amal" və "Yeni Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini postlarını tutub. "Respublika" qəzetində baş redaktor müavini, Azərbaycan Televiziyasının "Xəbərlər" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində televiziya üzrə sədr müavini olub.
Həsən Məmmədov (jurnalist)
Həsən Səməd oğlu Məmmədov (10 aprel 1930, Şamaxı, Çuxuryurd) — jurnalist, şair. == Həyatı == Həsən Səməd oğlu Məmmədov 10 aprel 1930-cu ildə Şamaxının Çuxuryurd kəndində anadan olub. Çox zəngin və maraqlı həyat yolu olan Həsən Məmmədov ağır müharibə illərində orta təhsil almaq imkanından məhrum olmuş, lakin cəmi dörd sinif oxusa da ona 8-ci sinfi bitirmək haqqında şəhadətnamə verilmiş və o bir qohumunun məsləhəti ilə tibb texnikumuna daxil olaraq feldşer ixtisasına yiyələnmişdir. Uşaqlıqdan şeir yazmağa böyük həvəsi olan Həsən Məmmədov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, lakin sonradan jurnalistika şöbəsində oxuyub. 1954-cü ildə universiteti bitirəndən mətbuatda çalışan H.Məmmədov jurnalist kimi ilk dəfə "Azərbaycan pioneri" qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta "Dəmirçi" kino-ssenarisi çap edilən Həsən çox gənc yaşlarından oxucuların məhəbbətini qazana bilib. Həsən Məmmədov eyni zamanda bu qəzetdə elan olunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində iştirak edərək ikinci mükafata layiq görülüb. Bundan sonra o, daha bir səhnə əsəri yazıb. Yaradıcılığa hekayələrlə başlayan Həsən bu ilk səhnə əsərləri ilə şöhrət qazanıb və bir-birinin ardınca yazıçının "Darıxmışam" (1962), "Gözəlliklər şəhəri" (1964), "Sən belə deyilsən" (1966), "Sarı çiçək" (1968) və başqa hekayə topluları nəşr edilib. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Həsən iki ildən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirib.
Jurnalist Həmkarları İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Murad Əliyev (jurnalist)
Mübariz Əhmədov (jurnalist)
Əhmədov Mübariz Ataxan oğlu (12 iyun 1969, Musalı, Saatlı rayonu – 13 sentyabr 2023, Bakı) — fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti. 1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan "Azərbaycan" qəzetinin təsisçisi və ilk baş redaktoru.[mənbə göstərin] Mübariz Əhmədov 12 iyun 1969-cu ildə Saatlı rayonunun Musalı kəndində dünyaya gəlib. Udlu tayfasının Qızılquş Əhməd nəslindəndir. Atası 1914-cü ildə anadan olmuş Əhmədov Ataxan Mansur oğlu 15 yaşındaykən Güney Azərbaycanın Biləsuvar rayonunun Udlu kəndindən təxminən 1929–1930-cu illərdə Qüzeydəki Biləsuvarın Ağpost (hazırda bu kənd Nərimankənd adlanır) kəndinə xalasına sovqat gətirib geri qayıdanda sərhəddən buraxılmayıb. O, 1937-ci ildə bu kəndin bir çox sakinləri ilə birgə güya İrana keçmək cəhdinə görə siyasi motivlərlə Cənubi Qazaxıstana sürgün olunub. 1959-cu ildə bəraət alaraq, ailəsi ilə birlikdə Azərbaycanın Saatlı rayonunun Musalı kəndinə gəlib və orada məskunlaşıb. Mübariz Əhmədov 1983-cü ildə Saatlı rayonu Nərimankənd orta məktəbinin 7-ci və 1984-cü ildə Saatlı şəhər M. Əzizbəyov adına orta məktəbinin 8-ci sinfini, 1988-ci ildə Əli Bayramlı (Hazırda Şirvan şəhəri) Sənaye Texnikumunu bitirib hərbi xidmətə yollanıb. 1988–1991-ci illərdə Sakit Okean Hərbi Dəniz Donanmasında xidmət edib, 1998-ci ildə Rusiyada (Vladivostok şəhərində) Uzaq Şərq Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Tələbəlik illərində "Avanqard" adlı qəzetlə əməkdaşlıq edib, "Primoriya Azərbaycan Diasporu" ictimai təşkilatının yaradılmasında fəal iştirak edib. 1999-cu il 18 mayda Vladivostokda "Azərbaycan" ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis edib və Azərbaycan, əsasən Qarabağ həqiqətlərini təbliğ etməyə başlayıb.
Məmməd Məmmədov (jurnalist)
Məmməd Məmmədov (tam adı: Məmməd Yarəli oğlu Məmmədov; d.4 iyul 1962; Şərur, Çərçiboğan k. − ö. 21 may 2011) — 2010-cu ilin noyabr ayında üçüncü dəfə Ali Məclisin deputatı seçilmişdi. Azərbaycan Respublikasının əməkdar jurnalisti olmuşdur. Məmməd Məmmədov 1962-ci il iyul ayının 4-də Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1969–1979-cu illərdə Çərçiboğan kənd orta məktəbində ilk təhsilin alıb, 1979-cu ildə Naxçıvan Dövlət Universitetinin (o vaxtkı Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun) tarix ixtisasına qəbul olunub və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Həmin ildən doğulduğu kənddə tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə ikinci təhsilini almışdır. Məmməd Məmmədov orta məktəbdə oxuduğu illərdən jurnalistliyə böyük həvəs göstərmiş, şagird ikən "Şərq qapısı"nda, rayon qəzeti "İşıqlı yol"da müxtəlif mövzuda yazıları dərc olunub. Jurnalistikaya marağı onu elə bu sahəyə yönləndirmişdir.
Namiq Əhmədov (jurnalist)
Namiq Qədim oğlu Əhmədov — Əməkdar jurnalist. Namiq Əhmədov (Qədimoğlu) 1 sentyabr 1959-cu ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Orta təhsilini Alakol kənd orta məktəbində alıb. 1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 1982-ci ildə təhsilini başa vurub. Ailəlidir, 3 övladı var. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbə olarkən mətbuatda çalışmış, universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetinin müxbiri olmuşdur. Azərbaycan radiosunda və müxtəlif media qurumlarında ardıcıl çıxış etmişdir. 1982-ci ildə universiteti bitirdikdən sonra könüllü olaraq orduya zabit səfərbərliyininə qoşulmuş, Sibir, Belarus, Uzaq Şərq hərbi dairələrində "Sovetskiy voin", "Suvorovskiy natsk" kimi ordu qəzetlərində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Hərbi xidmətdən sonra Sov. İKP MK-nın Bakı Ali Partiya Məktəbinə göndərilmişdir.
Namiq Əliyev (jurnalist)
Nizami Məmmədov (jurnalist)
Məmmədov Nizami Şamil oğlu (21 mart 1933, Bakı – 20 aprel 1974, Bakı) — Radio və televiziya diktoru, səs tembrinə görə Azərbaycanın "Levitanı" adlandırılırdı. Jurnalist, filologiya elmləri namizədi. Məmmədov Nizami Şamil oğlu 1933-cü ilin mart ayının 21-də Bakıda dövlət qulluqçusu ailəsində anadan olmuşdur. İstedadlı jurnalist, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin diktoru, SSRİ Jurnalistlər İttifaqının üzvü (1960), filologiya elmləri namizədi (1974). S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şö’bəsini (1956) və Bakı Ali Partiya Məktəbini (1971) bitirmişdir. 1951-ci ildən Azərbaycan radiosunda diktor işləməyə başlamış, 1958-ci ildən xarici ölkələrə radio yayımı redaksiyasında böyük redaktor vəzifəsində çalışmış, 1968-ci ildə Azərbaycan televiziyasında diktor tə’yin edilmişdir. O, Böyük Vətən müharibəsinə həsr olun: muş bədii və sənədli filmlərdə məşhur diktor, SSRİ xalq artisti, Ümumittifaq radiosunun diktoru Yuri Borisoviç Levitanı (1914-1983) dublyaj etmişdir. Çox çəkmədən respublikada bir diktor kimi məşhurlaşan Nizami Məmmədovu “Azərbaycanın Levitam” adlandırmışlar. Nizami Məmmədov Azərbaycan radiosunda Gənclər üçün Verilişlər Redaksiyasında (1962-1964), Cənubi Azərbaycan redaksiyasında böyük redaktor işləmiş, televiziyaya yenidən diktor vəzifəsinə qayıtmış, 1971-ci ildən ömrünün sonunadək “Gənclik” redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır. İste’dadlı jurnalist işlədiyi dövr ərzində “Tələbə klubu”, “Nəsillərə nümunə”, “Hünər”, “İlham”, “Sabahın ustaları”, “Məş’əl” silsilə verilişlərinin və “Zaqatala qızıl gülü” televiziya filminin ssenari müəllifi olmuşdur.
Nurəddin Babayev (jurnalist)
Nurəddin Həsən oğlu Babayev (23 mart 1921, Gəncə – 25 sentyabr 1991) — yazıçı-jurnalist, alim, professor (1981), publisist, pedaqoq, Əməkdar incəsənət xadimi (1982). Nurəddin Babayev 23 mart 1921-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Həsən Babayev və Zəhra Babayevanın ailəsində intellektual mühitdə böyüyən Nurəddin Babayevin böyük əmisi Çar ordusunun generalı olmuşdur. O, uşaq yaşlarında olarkən ailə Bakı şəhərinə köçmüş və Babayev orta məktəbi burada bitirmişdir. Ali təhsilini 1944-1949-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alan Nurəddin Babayevə o dövrün tanınmış ədib və mütəfəkkirlərindən dərs almışdır. Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və başqaları Nurəddin Babayevin həyatında böyük rol oynayıblar. Nurəddin Babayev jurnalistlik fəaliyyətinə 1940-1941-ci illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi başlamışdır. 1941-1943-cü illərdə II Dünya müharibəsi dövründə ön cəbhədə döyüşlərdə iştirak etmiş, ağır yaralanaraq baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. Nurəddin Babayev 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1953-cü ildən isə "Uşaqgəncnəşirdə" baş redaktor və eyni zamanda, olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Memarlıq tənqidi
Memarlıq tənqidi və ya memarlığın tənqidi, ümumiyyətlə bir bina haqqında onun tarixi prosesdəki əhəmiyyətini tədqiq edən və ya özünəməxsusluğunu vurğulayan və ya əhəmiyyətli bir sahədə və ya məqsədlə həyata keçirilməsinə dair bir yazı və ya fikirdir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə çıxan bir çox qəzetdə, incəsənət və memarlığın işıqlandırıldığı hissələrdə memarlıq tənqidinə də yer verilir. Bu, ümumiyyətlə qəzetlərin incəsənət hissəsində olsa da, bəzi hallarda əmlak hissələrində və ya digər hissələrində də ola bilər. Ada Louise Huxtable qəzetlərdə memarlıq tənqidçisi kimi fəaliyyətə başlayan ilk şəxslərdən biri olmuşdur. 1963-cü ildən ABŞ-nin New York şəhərində çıxan beynəlxalq əhəmiyyətli bir qəzet olan New York Times üçün məqalələr yazmağa başlamışdır. 1930–1950-ci illər arasında Lewis Mumford, əsasən memarlıq tənqidi istiqamətindəki əsərlərini New Yorker jurnalında yazmışdır.
Postmodernizmin tənqidi
Postmodernizmin tənqidi bəhsi keçən fəlsəfənin əks yanaşmasıdır. Postmodernizm tənqidçiləri əsasən onun mənasız olduğu, obskurtanizmi təbliğ etdiyi və nisbilikdən istifadə etdiyi fikirlərini irəli sürürlər. Ümumilikdə, bu fəlsəfənin tənqidi postmodernlə əlaqəli müxtəlif hərəkatlara hərtərəfli hücum kimi başa düşülməməlidir. Mövzuya dair çıxışlar çox vaxt postmodern fəlsəfə, arxitektura və ədəbiyyat kimi fərqli ola biləcək xüsusi sahələrə istinad edir. Bu, həmçinin postmodernizmi post-strukturizm, mədəni relyativizm və "nəzəriyyə" kimi müəyyən tendensiyalarla məhdudlaşdıra bilər. Məsələn, bir filosof postmodern kinematoqrafiya haqda müsbət fikirdə olduğu halda Fransız postmodern düşüncəsini tənqid edə bilər. Bu sahədə məşhur tənqidçilərdən sayılan Eşbi ən yaradıcı postmodern əsərlərini geniş layihələrin bütün inventarlarına hücum etmədən tənqid edir. Filosof Noam Çomski postmodernizmin mənasız olduğunu iddia edir və düşünür ki, o analitik və ya ampirik məlumatlara heç bir şey əlavə etməz. Həqiqətən, onların nəzəriyyələrinin prinsipləri nədir? Hansı sübutlar əsasında qurulur?
Teatr tənqidi
Teatr tənqidi — Teatrşünaslıq elminin teatrın çağdaş yaradıcılığını izləyən, onun repertuarı və ya hansısa yeni tamaşası barədə operativ tənqidi-təhlili məqalələr, resenziyalar yazan qolu. Teatrşünaslıq İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. Bakı, 2017.
Tənqidi nəzəriyyə
Tənqidi nəzəriyyə (ing. critical theory) — sosial və humanitar elmlərin biliklərinə, habelə artan transdissiplinarlığa və refleksiv siyasiləşməyə əsaslanaraq, emansipasiya məqsədləri üçün cəmiyyəti və mədəniyyəti nəzərdən keçirən və tənqid edən yanaşmalar, cərəyanlar və (nəzəri) diskurslar məcmusu. Hərfi mənada "tənqidi nəzəriyyə" termini özündə tənqidə və biliyə və ya hər hansı bir sahədə mövcud vəziyyətə refleksiv münasibətə əsaslanan müxtəlif yanaşma və bilikləri toplayır, həmçinin "öz biliklərinin obyektlərinin meydana gəlməsini izah etməyə" çalışır. Фурс В. Н. Социальная философия в непопулярном изложении. — Вильнюс: ЕГУ, 2006. — 184 с. — ISBN 9985-9878-0-2. на других языках Green M. Cultural studies // A Dictionary of Cultural and Critical Theory / Eds. M. Payne, J. R. Barbera. — Oxford, UK; Cambridge, USA: Wiley-Blackwell, 1998.
Tənqidi realizm
Tənqidi realizm – ədəbi cərəyan. XIX əsrin birinci yarısında Fransada romantizmlə eyni vaxtda tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin Stendal və Onore de Balzak kimi klassikləri meydana çıxdı, Qərbi Avropada və Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O zaman Avropada realizmə natural məktəb də deyirdilər, əslində natura və reallıq sözləri eyni mənaya gəlirdi və bunlar sinonim terminlər idi. Realizm sözünün mənası da ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə əsaslanması və bədii uydurmaya verilən yerin azlığı mənasını daşıyırdı. Lakin sonradan realizm termini daha artıq işlənməyə başladı. Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist gerçəkliyinə aid idi. Balzak kimi tənqidi realistlər insanın bədii təsvirində sentimentalizmin və romantizmin nailiyyətlərinə prinsipial bir şey əlavə etməmişdilər. Onların əsas yeniliyi burjua cəmiyyətini təhlil və tənqid etmək, insanların qüsur və problemlərini, qəddarlığını açıb göstərməklə bağlı idi. Məhz bu xüsusiyyətlər tənqidi realistlərin ədəbi tərəqqiyə verdikləri əsas töhfələr idi.
Tənqidi savadlılıq
Tənqidi savadlılıq — mediada yerləşdirilmiş diskriminasiyanı tapmaq bacarığı. Bu, mediada və yazılı materialda təbii olaraq rast gəlinən qərəzli güc münasibətlərini stimullaşdıran mesajları təhlil edərək müəllifin sözlərindən kənarda oxumaqla və müəllifin cəmiyyətin normaları haqqında fikirlərini çatdırma tərzini araşdıraraq, irqi və ya gender bərabərsizliyini özündə əks etdirən fikirlərin olub olmadığını müəyyən etmək üçün edilir. Tənqidi savad və tənqidi düşüncə oxşar addımları əhatə edib və üst-üstə düşə bilsə də, onlar bir-birini əvəz edə bilməz. Tənqidi düşüncə problemi həll edəndə, məntiq və zehni təhlili əhatə edən bir proses vasitəsilə həll etdikdə tətbiq olunur. Bunun səbəbi tənqidi təfəkkürün əsas diqqəti öz arqumentlərinin sübutlarla kifayət qədər dəstəklənməsinə və aydın olmayan və ya aldadıcı təqdimatın olmamasına yönəldir. Beləliklə, tənqidi təfəkkür xarici aləmi dərk etməyə və onların bu cür dəlillər üçün əsaslandırmalarını qiymətləndirərək öz arqumentlərindən kənarda başqa arqumentlərin olduğunu dərk etməyə çalışır, lakin tənqidi təfəkkür yüklənmiş bir iddianı ortaya qoymaqdan uzağa getmir. Tənqidi təfəkkürün ilk dəfə aşkar etdiyi bu iddialarda yer alan qərəzləri anlamlandırmaq üçün tənqidi savadlılıq problemi müəyyən etməkdən kənara çıxır, həm də cəmiyyətin yazılı və ya şifahi mətnlərini yaradan güc dinamikasını təhlil edir və sonra onların iddialarını şübhə altına alır. Buna görə də, tənqidi savad bu mətnlər daxilində siyasətin dilini və ifadəsini, siyasətin nəzərdə tutulan mənasını çatdırmaq üçün qrammatikanın müəyyən aspektlərindən necə istifadə edildiyini araşdırır. Tənqidi savadın tətbiqi tələbələrə mətnin hazırlandığı sosial və tarixi kontekstlərə əlavə olaraq həm də mətnin müəllifinə meydan oxumağa imkan verir. Çap mənbələrinə əlavə olaraq, tənqidi savadlılıq bu məlumat formalarının kimə məxsus olduğuna, kimə xitab edildiyinə və bu müxtəlif mətnləri yaratmaqdakı məqsədlərə baxaraq media və texnologiyanı da qiymətləndirir.
Tənqidi düşüncə
Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili. Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir. Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur. Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizm və sosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur. Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir.
Tənqidi təfəkkür
Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili. Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir. Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur. Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizm və sosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur. Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir.
Mühakimə qabiliyyətinin tənqidi
Mühakimənin tənqidi (alm. Kritik der Urteilskraft‎), həmçinin Mühakimə qabiliyyətinin tənqidi kimi tərcümə edilən alman filosofu İmmanuel Kantın 1790-cı ildə yazdığı kitabdır. Bəzən "üçüncü tənqid" olaraq adlandırılan Mühakimə Xalis zəkanın tənqidi (1781) və Praktik zəkanın tənqidi (1788) əsərlərindən sonra gəlir.
Praktik ağlın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Praktik zəkanın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Xalis zəkanın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Sovet ədəbi tənqidi
Sovet ədəbi tənqidi — Xarakter və mahiyyətini başa düşmək üçün sovet ədəbiyyatının ideologiya ilə əlaqələrinə diqqət yetirmək lazımdır. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının yaradılması, tezliklə onun güclü və mütəşəkkil bir təşkilata çevrilməsi, bütün yazıçıları öz ətrafında birləşdirməsi həmin zərurətdən irəli gəlmişdir. Öz növbəsində SSRİ Yazıçılar İttifaqlarının ayrıca ədəbi tənqid bölmələri, tənqid işinə baxan katibi var idi. Sovet İttifaqı sosial mahiyyətinə görə kommunist rejimi olduğundan ədəbiyyatın və ədəbi tənqidin də sosial mahiyyət kəsb edilməsinə çalışmış, buna yalnız 30-cu illərdən başlayaraq nail olunmuşdu. Sovet ədəbiyyatına və eləcə də ədəbi tənqidinə qoyulan əsas prinsipləri var. Həyatın necə əks olunması, yazıçının bütövlükdə dünyagörüşünün əsərdə necə əks olunması nəzərdə tutulur. Müxtəlif ictimai siniflərin, qrupların baxışlarının, əqidələrinin, ideallarının ədəbiyyatda və sənətin digər növlərində təzahür etməsidir, sinfiliyin bu və ya başqa mənada mənafe şəklində ədəbiyyata nüfuzudur. Ədəbiyyatda sinfilik ideyası sinifli cəmiyyətdə sinifsiz ədəbiyyatın qeyri-mümkünlüyü haqqında tezisə əasalanır. Təsadüfi deyil ki, sovet ədəbiyyatında ədəbiyyat iki sinifə-fəhlə və kəndli sinfinin mənafeyinə xidmət etməli idi. Belə bir fikir var ki, yazıçının dünyagörüşündə sinfilik ideyası onun yaradıcılıq imkanları ilə bir araya sığmır.
Müəllif hüquqlarının tənqidi
Müəllif hüquqlarının tənqidi (ing. Criticism of copyright) — müəllif hüquqları qanunlarının və onların cəmiyyət, yaradıcılıq və iqtisadiyyat üzərindəki təsirinin müzakirəsini əhatə edir. Müəllif hüquqları əsərlərin qorunması və müəlliflərin yaradıcılığının təşviq edilməsi məqsədini daşısa da, bəzi tənqidçilər bu sistemin müəyyən çatışmazlıqlar və problemlər yaratdığını irəli sürürlər. == Əsas tənqidlər == Müddətin çox uzun olması Müəllif hüquqları adətən müəllifin ölümündən sonra bir neçə onillik (çox vaxt 70 il) davam edir. Tənqidçilər iddia edirlər ki, bu müddət çox uzundur və yaradıcılığı məhdudlaşdırır. Onlar hesab edirlər ki, müəllif hüquqlarının çox uzun müddət qüvvədə qalması əsərlərin ictimai mülkiyyətə keçməsini gecikdirir və cəmiyyətin həmin əsərlərdən azad şəkildə istifadə etməsinə mane olur. İctimai mülkiyyətin məhdudlaşdırılması Müəllif hüquqlarının çox uzun müddət qorunması mədəniyyətə və ictimai mülkiyyətə mənfi təsir göstərə bilər. İctimai mülkiyyətə keçmiş əsərlər bütün cəmiyyətə aid olur və onlardan sərbəst şəkildə istifadə etmək mümkündür. Müəllif hüquqları ilə qorunan əsərlərin istifadəsi isə məhdudlaşdırılır, bu da yaradıcılığın inkişafını ləngidə bilər. İnnovasiyaya maneələr Müəllif hüquqları bəzən innovasiya və yeni yaradıcılıq prosesinə maneə ola bilər.
Təmiz idrakın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Təqibçi
Təqibçi (lat. Porzana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Tənqid
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Bu şəkildə tənqidin bir alışqanlıq kimi edilməsi müşahidə olunur.
Teatr tənqidçisi
Teatr tənqidi — Teatrşünaslıq elminin teatrın çağdaş yaradıcılığını izləyən, onun repertuarı və ya hansısa yeni tamaşası barədə operativ tənqidi-təhlili məqalələr, resenziyalar yazan qolu. Teatrşünaslıq İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. Bakı, 2017.
Təqlidçi demokratiya
Təqlidçi demokratiya (buna kvazidemokratiya, psevdodemokratiya, dekorativ demokratiya, manipulyativ demokratiya, süni demokratiya, marionet demokratiya da deyilir) - bu formada əslində hakimiyyət bir qrupun, hakim partiyanın, şəxsin əlində cəmləşir. Ancaq belə hesab olunur ki, guya, xalq hakimiyyətini özü formalaşdırır.
Təqlidçi hüceyrələr
AYNA NEYRONLARI (Təqlidçi hüceyrələr) 1990-cu ildə elm adamları məməlilərdə beynin necə işlədiyini, şərtləndiyini, öyrəndiyini və bir şeyə qarşı niyə maraq duyduğunu bilmək üçün bir çox tədqiqatlar aparmışdılar. Bunlardan birində meymunların beyninə elektrik voltlarını qeyd edən elektrodlar yerləştirdilər. Daha sonra meymunlara yemək üçün banan verdilər. Elm adamları, meymunların bananları yediyi zamanda beyinlərinin bəzi bölgələrində (premotor korteksdə F5 nahiyəsi və Broca sahəsində ) elektriklənmələr olduğunu müşahidə etdilər. Daha sonra bir tədqiqatçı meymunun qarşısında iştahala banan yeməyə başlayanda, meymun banan yemədiyi halda, sanki banan yeyirmiş kimi beynindən yüksək voltlarda elektriklənmə başladı. Bir başqası eyni işi edərkən, beyindəki eyni mərkəzə aid bənzər bir qrup neyronda elektrik fəaliyyətləri artmağa başladı.(lakin hərəkət etdiklərində baş verən elektrik fəaliiyətlərindən biraz az). Bioloji bir qaynaq xaricində, bəzi hisslər (iştaha, şəhvət, və s.) təspit etmədiyimiz bir yol ilə meymunları, insanları ve quşları qarşısındakını təqlid etməyə məcbur edirdi. Nəticədə "ayna neyron "lar bir sözlə "təqlidçi neyron"lar adı verilən bəzi beyin hüceyrələri də aktiv vəziyyətə keçirdi. Ayna neyronlar, əsasən eşitmə və görmə olmaq üzrə bütün duyğular vasitəsiylə, xarici dünyadan gələn siqnalları alıb, sanki onların surətini saxlayan hüceyrələrdir. Bu neyronlar təqlid etmə və qarşıdakını öyrənmə kimi bir müddətdə özlərinə verilmiş rolu həssas bir şəkildə əks etdirir və adamı əlində olmadan təqlidə meyilli hala gətirməkdədir.