Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İfadə (Riyaziyyat)
Hər hansı bir dəyərə bərabərlənməmiş ya da bir dəyərlə sərhəd qoyulmamış riyazi fikrə ifadə deyilir. İfadələr sabitlərdən, dəyişənlərdən, əməliyyatlardan, funksiyalardan və digər riyazi simvollardan ibarət ola bilər . Ən sadə ifadə formalarından biri yazıla bilər: 0 + 0 {\displaystyle 0+0} Aşağıdakı kompleks ədəd də bir ifadədir: f ( a ) + ∑ k = 1 n 1 k ! d k d t k | t = 0 f ( u ( t ) ) + ∫ 0 1 ( 1 − t ) n n ! d n + 1 d t n + 1 f ( u ( t ) ) d t . {\displaystyle f(a)+\sum _{k=1}^{n}\left.{\frac {1}{k!}}{\frac {d^{k}}{dt^{k}}}\right|_{t=0}f(u(t))+\int _{0}^{1}{\frac {(1-t)^{n}}{n!}}{\frac {d^{n+1}}{dt^{n+1}}}f(u(t))\,dt.} Xətti ifadə: 8 x − 5 {\displaystyle 8x-5} . İkinci dərəcəli ifadə: 7 x 2 + 4 x − 10 {\displaystyle 7{{x}^{2}}+4x-10} . Rasional ifadə : x − 1 x 2 + 12 {\displaystyle {\frac {x-1}{{{x}^{2}}+12}}} . x + 3 * y = 6 bir ifadə deyil, bir bərabərlikdir. x + 3 * y <6 bir ifadə deyil, bərabərsizlikdir.
İfadə azadlığı
Söz azadlığı, bəzən ifadə azadlığı kimi qeyd olunur — bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir.1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu maddəsində qeyd olunur ki, "Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnu var".1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, "Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir".
Əlaqəli ifadə
Əlaqəli ifadə – iki, yaxud bir neçə əlaqəni tutuşdurmaq üçün əlaqə (münasibət) operatorlarının (məsələn, “kiçikdir”, yaxud “böyükdür”) istifadə olunduğu ifadə. Əlaqəli ifadənin nəticəsi Bul kəmiyyəti (doğru/yalan) olur. Bax: BOOLEAN, RELATIONAL OPERATOR. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Həyat tərzi
Həyat tərzi (lat. modus vivendi) — konkret tarixi sosial-iqtisadi münasibətlər üçün, davranışının, ünsiyyətinin, düşüncə tərzinin xüsusiyyətlərini xarakterizə edən bir insanın fərdi və kollektiv həyatının metodu və formaları. Həyat tərzi, bir insanın dünyadakı fəaliyyətinin, maraqlarının və inanclarının ifadə etdiyi bir forma. Həyat tərzinin əsas parametrləri işdir (gənc nəsil üçün araşdırma), insanların həyatı, ictimai-siyasi və mədəni fəaliyyəti, eləcə də müxtəlif davranış vərdişləri və təzahürləri. Bir insanın həyat tərzi sağlamlığını təyin edən əsas amildir. Həyat yolu — müəyyən edilmiş həyat tərzi: istehsal vasitələrinə mülkiyyətin xarakteri siyasi, iqtisadi, sosial münasibətlər aparıcı ideologiya və s.Həyat tərzi — əsasən gündəlik həyata yönəlmiş bir fərdin və ya qrupun davranış nümunələrinin məcmusu. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir. Həyat tərzi varlığın xarici formaları ilə qiymətləndirilir, bunlara daxildir: iş və boş vaxtın təşkili iş dünyasından kənar peşələr məişət cihazı davranış qaydaları dəyər üstünlükləri, zövqlər və s. == İstinadlar == == Ədəbiyyat == Возьмитель, А. А. Образ жизни : Концепция, сущность, динамика : Автореф. дис.
Tərzi Avşar
Tərzi Avşar Azərbaycani – şair. == Həyatı == Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Tərzi Əfşar
Tərzi Avşar Azərbaycani – şair. == Həyatı == Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Vampir həyat tərzi
Vampir həyat tərzi və ya vampir subkulturu – vampirlər haqqında müasir mədəniyyətdə yayılmış tezislər əsasında qurulan alternativ həyat tərzlərindən biridir. Vampir həyat tərzi daha çox qotik həyat tərzinin elementləri əsasında qurulsa da, bu cür həyat sürən insanlarda eyni zamanda sadizm subkulturasının elementləri də sezilməkdədir. Aktiv vampirizmə qanla qidalanmaya əsaslanan sanqinari vampirizm və xüsusi auraya malik olduqlarını düşünən insanların daxil olduğu psixi vampirizm daxildir.
Üç tərzi siyasət
"Üç tərzi siyasət" (türk. Üç Tarz-ı Siyâset) — türk millətçiliyinin ideoloqlarından olmuş Yusif Akçura tərəfindən yazılmış məqalə. == Tarixi == "Üç tərzi siyasət" Yusif Akçura 1904-cü ildə Qahirədə "Türk" adlı qəzetdə qələmə aldığı məqalədir. Daha sonra kitab olaraq nəşr edilmişdir. == Məğzi == Yusif Akçura Osmanlı dövlətinin təməl dövlət siyasəti olaraq Osmanlıçılıq, Panislamizm, Türkçülük olmaqla 3 siyasəti müqayisə edərək incələmişdir. Yusif Akçura "Üç tərzi siyasət" əsərinin girişində yazır ki, Osmanlıda Qərbdən təsirlənərək güc qazanmaq, tərəqqi etmək üçün üç yol təklif edilib: Osmanlıya tabe olan millətləri birləşdirərək vahid Osmanlı milləti yaratmaq Xilafət haqqının Osmanlı hökmdarlarında olmasından yararlanaraq, bütün müsəlmanları bu hökumətin tabeliyində siyasi olaraq birləşdirmək, yəni panislamizm siyasəti. İrqə söykənən siyasi bir türk milləti təşkil etmək === Osmanlı milləti yaratmaq === Yusif Akçura yazır ki, birinci təklifdəki məqsəd o idi ki, Osmanlıdakı müsəlman və qeyri-müsəlman əhaliyə eyni siyasi haqlar tanınır, eyni vəzifələr tələbə olunur. İnsanlara fikir və din azadlığı verilir, yekunda amerikan milləti kimi Osmanlı milləti yaradılır. Bu çətin əməliyyatın nəticəsində Osmanlı dövləti köhnə sərhədlərini mühafizə edəcəkdi. Yusif Akçura Osmanlı milləti anlayışının Sultan II Mahmudun dönəmində yarandığını yazır.
Maraqların ifadə edilməsi
Maraqların ifadə edilməsi — Qabriel Almond tərəfindən elmi dövriyyəyə buraxılan və siyasi sistemin siyasi partiyalar tərəfindən cəmiyyətin subyektlərinin (fərdlər və sosial qruplar) mövcud siyasi sistemə olan tələblərini müəyyənləşdirməsindəki funksiyasını ifadə edən bir siyasi elm termini. Mənafelərin əsas ifadə formaları seçkilərdə səsvermə, vətəndaşların etiraz fəaliyyəti, qeyri-rəsmi birləşmələrin və ictimai hərəkatların kollektiv fəaliyyətidir. == Həmçinin bax == Maraqların cəmlənməsi == İstinadlar == == Ədəbiyyat == Gabriel Almond. Interest Groups in the Political Process. 52 (American Political Science Review). 1958. (also published in Comparative Politics, pp. 128–156, ed. Macridis and Brown) Herbert Victor Wiseman. Political Systems.
Məhlulun qatılığının ifadə üsulları
Məhlulun qatılığı - onun komponentləri arasındakı miqdarı nisbətlə xarakterizə olunur. Məhlulun qatılığının, yəni həll olan maddənin həllediciyə nisbətən miqdarının müxtəlif ifadə üsulları vardır. == Faizli məhlul == Məhlulda həll olan maddənin həllediciyə nisbətən miqdarı faizlə göstərilərsə belə məhlul faizli məhlul adlanır. Faizli məhlulun bir neçə xüsusi halı vardır: Çəki faizi - Bu halda qatılıq həll olan maddənin məhlulun 100 çəki hissəsindəki çəki hissələrinin sayı ilə ifadə edilir. Məsələn, xörək duzunun 10 faizli məhlulu o deməkdir ki, məhlulun hər 100q-nın 10q-ı NaCl və 90q-ı H2O-dan ibarətdir. Molekulyar faiz - Qatılıq həll olan maddənin məhlulun 100 mol hissəsindəki qram-molekul sayı ilə ifadə edilir. Atom faizi - Komponentləri elementlərdən ibarət olan bərk məhlullarda qatılığın atom faizləri ilə ifadə edilməsi daha münasibdir. Belə halda qatılıq komponentin sistemin 100q- atomundakı qram-atomlarının sayı ilə müəyyən edilir. == Molyar və molyar məhlulun qatılığı == Bu halda məhlulun qatılığı, onda həll olan maddənin qram-molekul (molların) sayı ilə ifadə edilir. Həll olan maddə miqdarının qram molekullarla ifadəsində onun ya məhlulun bir litrinə və ya həlledicinin 1kq-na olan nisbəti müəyyən edilir.
Heyvanlarda gecə həyat tərzi
Heyvanlarda gecə həyat tərzi — bu addım canlılarda onunla əlamətdardır ki, günün gecə saatları aktiv olur və gündüz saatlarında isə yatırlar. Bu tip heyvanlarda eşitmə qabiliyyəti olduca yüksək olur və görmə mövcud vəziyyətə uyğunblaşmışdır. Bunlara canavarlar, kirpilər, yarasalar və digərlərini misal çəkmək olar. == Səbəblər == Bu canlıların gecə həyat tərzi keçirləri aşağıdakı səbənblərdən doğmuşdur: Dida resurslarında rəqabət. Eyni ərazidə, eyni qida ilə qidalanan canlılardan biri gündüz digəri isə gecə həyt tərzi keçirərsə bu artıq rəqabətlilik yaratmaz. Mısal: Qırğılar (gündüz) və Bayquşlar (gecə). Görünməzlik. Yırtıcılara nəzər saldıqda onlar şikarları tərəfindən aşkar edilmirlər. Məsələn: Şirlər həm gecə həmdə gündüz həyat tərzi keçirə bildiyindən, onların şikarları olan zebr və antiloplar gecə yaxşı görmədiyindən asan ova çevrilirlər. Gəmiricilər gündüz asan Yırtıcı quşlar tərəfindən asan şikara çevrildiyindən gecə həyat tərzi keçirirlər.
Tərzi-hərəkət budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür? Adətən, baş cümlədə elə, belə əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər, əsasən, feili xəbərə aid olur. Bu zaman hərəkətin tərzi mənasında başa düşülür. Məs: Elə (necə?) çağırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş vəzifəsində budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud tabelilik bağlayıcısı olur.
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında filmi rejissorlar Yalçın Əfəndiyev və Zaur Məhərrəmov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir. == Məzmun == Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Tərəzi
Tərəzi (fars. برج میزان‎) - varlıqların kütləsini ölçmək üçün cihaz. Müxtəlif növləri var: qollu, elektron və s.
Qianna Terzi
Qianna Terzi (yun. Γιάννα Τερζή; 7 may 1980, Saloniki) — Yunanıstan müğənnisi və bəstəkarı. O, "Oneiro mou" mahnısı ilə Yunanıstanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == Qianna Terzi 1 dekabr 1980-ci ildə Yunanıstanın Saloniki şəhərində anadan olmuşdur. O, Yunanıstanın tanınmış pop musiqiçilərindən biri olan Pasxalis Terzisin qızıdır. Terzi öz musiqi karyerasını başlatmaq üçün 20 yaşında ikən Afinaya köçmüş və gənc ifaçının Cobalt Music albom şirkəti ilə əməkdaşlığı nəticəsində 2006-cı ildə Gyrna to kleidi adlı debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və həmin şirkət ilə ortaq iş sayəsində 2008-ci ildə onun ikinci studiya albomu Ase me na taxidepso satışa buraxılmışdır. Bir müddət sonra Terzi Amerika Birləşmiş Ştatlarına köçmüş və orada Interscope Records albom şirkəti ilə yeni istedadların axtarışında əməkdaşlıq etmişdir.27 oktyabr 2017-ci il tarixdə Qianna Terzinin "Oneiro mou" mahnısı ilə Yunanıstanın ERT telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcək olan 20 ifaçından biri olduğu təsdiqlənmişdir. 8 noyabrda isə Terzinin yarışmanın finalına iştirak hüququ qazanan beş iştirakçıdan biri olması ERT tərəfindən təsdiqlənmişdir. Beş finalçıdan ikisinin mahnısında yunan musiqisindən yetərincə istifadə olunmaması səbəbi ilə Yunanıstan telekanalı həmin iki iştirakçını finaldan diskvalifikasiya etmiş və beləliklə Terzi ilk üçlüyə qalmışdır.
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun . Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz - amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Araqacotn mərzi
Araqatsotn mərzi (erm. e.ə. Արագածոտնի մարզ, l.ə. Araqatsotni marz) — Ermənistan Respublikasında I dərəcəli inzibati–ərazi vahidlərindən biri. İnzibati mərkəzi Əştərək şəhəridir.
Araqatsotn mərzi
Araqatsotn mərzi (erm. e.ə. Արագածոտնի մարզ, l.ə. Araqatsotni marz) — Ermənistan Respublikasında I dərəcəli inzibati–ərazi vahidlərindən biri. İnzibati mərkəzi Əştərək şəhəridir.
Ararat mərzi
Ararat mərzi (erm. Արարատի մարզ) — Ermənistan Respublikasında I dərəcəli inzibati–ərazi vahidlərindən biri. İnzibati mərkəzi Artaşat şəhəridir.
Armavir mərzi
Armavir mərzi (erm. Արմավիր) — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Ölkənin qərbində Ağrı və Alagöz dağları arasındakı dərədə yerləşir. Mərkəzi Armavir şəhəri olan mərz şimaldan Araqatsotn, cənub-şərqdən Ararat mərzləri ilə, şərqdən İrəvan şəhər-mərzi ilə, qərbdən və cənubdan isə Türkiyə Respublikası ilə həmsərhəddir. Türkiyə ilə sərhədin uzunluğu 50 km-ə yaxındır.
Geğarkunik mərzi
Geğarkunik, Göyçə mahalı — Qərbi Azərbaycannda Göyçə gölünü hər tərəfdən əhatə edən bir vilayətdir (marz). Bu mahal Kəvər (Kəvər) (Gavar), Bəyazid (Göyçə rayonu), Qırmızıkənd (Çəmbərək), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis) rayonlarından ibarətdir. İnzibati mərkəzi Kəvər (Gavar) şəhəridir. Bu vilayət Göyçə mahalını və Qaraqoyunlu mahalının Çəmbərək rayonuna aid olan 6 kəndi əhatə edir. Mahal şimaldan Tovuzqala (Tovuz mahalı), cənubdan Dərələyəz mahalı (Vayots dzor mərzi), qərbdən Dərəçiçək və Qırxbulaq mahalları (Kotayk mərzi), Vedibasar mahalı (indiki Ararat mərzinin ərazisində mövcud olmuş 3 mahaldan biri), şərqdən isə Azərbaycan rayonları olan Gədəbəy, Dəşkəsən, Kəlbəcər ilə əhatələnib. == Vilayətdəki kəndlər == Çəmbərək rayonu — Qaraqaya, Yanıqpəyə, Çaykənd, Gölkənd, Bəriabad, Əmirxeyir, Toxluca, Ardanış, Ağbulaq, Cil, Şorca, Qoturbulaq, Cıvıxlı Basarkeçər rayonu — Daşkənd, Nərimanlı, Ağkilsə, Pəmbək, Qızılvəng, Şişqaya, Zod, Qanlı, Yuxarı Zağalı, Sətənağac, Kəsəmən, Göysu, Dərə, Subatan, Sarıyaqub, Çaxırlı, Zərkənd, Canəhməd, Yarpızlı, Böyük Məzrə, Kiçik Məzrə, Qaraqoyunlu, Qoşabulaq, İnəkdağı, Babacan, Kərkibaş, Qayabaşı, Qaraiman, Ağyoxuş, Yuxarı Şorca, Aşağı Şorca, Qırxbulaq, Gödəkbulaq, Tüskülü, Qamışlı, Aşağı Zağalı Aşağı Qaranlıq rayonu — Kolagirən, Mədinə, Aşağı Alıcalı, Əliqırıq, Vəliağalı, Yuxarı Qaranlıq, Göl kəndi, Yuxarı Adıyaman, Aşağı Adıyaman, Dəlikdaş, Təzəkənd, Əbdülağalı, Aşağı Gözəldərə, Zolağac Kəvər rayonu — Ağzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd, Noradüz Sevan rayonu — Zeynalağalı, Şəhriz, Ördəkli, Əfəndi, Çubuqlu, Çırçır, Yayçı == Göycə mahalı kəndlərinin siyahısıBu siyahı 1829–1832-ci illərdə İ.Şopen tərəfindən aparılmış kameral siyahıyaalınmanın nəticələrinə əsasən tərtib edilmiş siyahılardan götürülmüşdür.1.Bığlı Hüseyn, 2.Zeynalağalı, 3.Rəhmankənd, 4.Ağqala, 5. Əyrivəng, 6. Qızılcıq (Əbulkəndi), 7.Noradüz, 8.Qışlaq, 9.Kəvər, 10. Qul Əli, 11.Kosa Məmməd, 12.Paşakənd, 13.Dəliqardaş, 14.Küzəcik, 15. Başkənd, 16.Heyranıs, 17.Atamxan, 18.Vəliağalı, 19. ==
Kotayk mərzi
Kotayk mərzi (erm. Կոտայքի մարզ) — Ermənistan Respublikasında I dərəcəli inzibati–ərazi vahidlərindən biri. İnzibati mərkəzi Hrazdan şəhəridir.
Loru mərzi
Loru mərzi (erm. Լոռու մարզ Lorru marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Şimalda Gürcüstanın Aşağı Kartli diyarı, şərqdə Tovuz mərzi, cənubda Dərəçiçək mahalı və Karbi mahalı, qərbdə Şirak mərzi ilə həmsərhəddir. Gürcüstanla sərhəd xətti 110 km–dir. İnzibati mərkəzi Böyük Qarakilsə şəhəridir. == Tarix == Mərz ölkənin şimalında Gürcüstanla sərhəddə, tarixi Loru mahalı ərazisində yerləşir. 7 noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Alaverdi, Quqark, Taşir, Spitak, Stepanavan və Tumanyan rayonları ləğv edilərək onların hesabına Loru mərzi təşkil edilmişdir. == Coğrafiya == Mərzin ərazisi 2011–ci il siyahıyaalınması zamanı 3.789 km² idi. Yeni inzibati dəyişikliklərdən sonra mərzin ərazisi 10 km² artaraq 1 yanvar 2012–ci il tarixindən etibarən 3.799 km² təşkil edir. Ərazinin 251.154 hektarı kənd təsərrüfatı üçün yararlı hesab edilən torpaqlardır, ondan 42.075 hektarı əkin sahələridir.
Sünik mərzi
Sünik mərzi (erm. Սյունիք) — Ermənistan Respublikasının 10 mərzindən (əyalətindən) biri. Ölkənin cənubunda, tarixi Zəngəzur mahalı ərazisində yerləşir. Mərkəzi Qafan şəhəri olan mərz şimaldan Vayoc dzor mərzi, cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir. == Tarixi == 7 noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Qafan,Sisiyan,Meğri, Gorus rayonları ləğv edilmiş və onların hesabına Sünik mərzi təşkil edilmişdir. == Coğrafiyası == Mərz Ermənistanın cənubunda dağlıq ərazidə yerləşir, qərbdən Zəngəzur dağları ilə əhatə olunub. Oxçuçay, Bazarçay, Meğri çayları əsas çaylarıdır.
Tavuş mərzi
Tovuz mərzi (erm. Տավուշ) — Ermənistan Respublikasının 10 mərzindən biri. Ölkənin şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir. Tarixi Qazax qəzasının tərkibində olmuşdur. Mərkəzi İcevan şəhəri olan mərz şimaldan Gürcüstan, cənubdan Geğarkunik (Göyçə mahalı), cənub-qərbdən Kotayk (Dərəçiçək mahalının ərazisi), qərbdən Loru (Dağlıq Borçalı və Pəmbək mahalı) mərzləri ilə, şərqdən isə Azərbaycan rayonları olan Qazax, Ağstafa, Tovuz, Gədəbəy ilə əhatələnib. Keçmiş İcevan, Dilican, Şəmşəddin və Noyemberyan rayonlarını əhatə edir. Azərbaycanlılar yaşamış Qaraqoyunlu mahalının bir hissəsi bu ərazidə yerləşir. Qaraqoyunlu mahalının digər hissəsi isə Göyçə mahalının Krasnoselsk rayonu (indiki Çəmbərək rayonu) ərazisində yerləşir. == Etimologiyası == 1995-ci ildən sonra əraziyə, ermənilər tərəfindən tarixi saxtalaşdırmaq üçün verilmiş ad. Ərazinin əsl adı Tavus adlanmışdır.
Tərəzi (astrologiya)
(lat. Libra) Tərəzi — Astrologiya ya görə yeddinci Zodiak nişanı. Yaz gün bərabərliyi nöqtəsi indən başlayaraq Ekliptika nın 180°-dan 210°-dək uyğun gələn sektoru. Tərəzi bürcünün hamisi Venera planeti hesab edilir. Qərb astrologiya sına görə hesab edilir ki, Günəş Tərəzi bürcündə 24 sentyabr dan 22 oktyabr dək yerləşir. Vedi astrologiya sına görə isə o orada 16 oktyabr dan 15 noyabr dək yerləşir. Tərəzi bürcü astronomiyadakı Tərəzi bürcü deyil. Orada Günəş 31 oktyabr dan 22 noyabr dək olur. Bağlı olduğu keyfiyyətlər: hava. Metalı: bürünc.Rəngi – bənövşəyi Digər əlamətləri : Aparıcı motivi – ədalətli mühakimə yürütmək və kamilləşmək.
Tərəzi (astronomiya)
Tərəzi bürcü — səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. "Tərəzi"də parlaq ulduz yoxdur, amma onu himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə "Tərəzi"ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. == Tərəzi ulduzları == Göydə dördbucaqlı şəklində düzülmüş ən parlaq ulduzlardandır: α Tərəzi, Zuben Əl-Cənubi, Parıltılıq dərəcəsi: 5,15m, 2,75m β Tərəzi, Zuben Əl-Şimali; γ Tərəzi, Zuben Əl-Əqrəb; δ Tərəzi — dəyişkən ulduz. Parıltılıq dərəcəsi 4,8m — 6,0m; σ Tərəzi — dəyişkən ulduz..α və β tərəzinin birləşdirici xəttini, а γ и σ — tərəzi qapanlarını təşkil edir.
Tərəzi (bürc)
Tərəzi (astrologiya) — Astrologiya ya görə yeddinci Zodiak nişanı. Tərəzi (astronomiya) — səmada 534 kvadrat dərəcəlik sahəni tutur.
Şirak mərzi
Şirak mərzi (erm. Շիրակ) — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Ölkənin şimal-qərbində yerləşən mərz şərqdən Loru, cənubdan Araqacotn mərzləri ilə, qərbdən Türkiyə, şimaldan isə Gürcüstan respublikaları ilə həmsərhəddir. Mərzin mərz mərkəzi Gümrü şəhəridir. Şirak mərzi 1995-ci ildə Amasiya rayonu, birləşməsi nəticəsində əmələ gəlmişdir.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
İradə Həsənova
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. == Həyatı == İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — BalaxanımAkademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola == Filmoqrafiya == Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri (film, 1997) Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
İradə Mehri
İradə Mehri (tam adı: İradə Bayram qızı Mehrəliyeva; 18 fevral 1982, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == İradə Mehri 1982-ci il fevralın 18-də Bakıda anadan olmuşdur. 1990-cı illərdə Cücələrim Ansamblında rəqs dərsləri almışdır. 1999-cu ildə Bakı Musiqi Məktəbində təhsilə başlamışdır. 2013–2015-ci illərdə bir sıra ifa (Amma yenədə, Sevmişdim-Aldandım, Sənsiz olmur, Suallarım var) etdiyi mahnılar hitə çevrilərək, müğənnini populyarlaşdırmışdır. Subaydır. 1 övladı var. Hazırda sənətini davam etdirməkdədir. == Karyerası == Talıb Talenin sözlərinə və aranjiman etdiyi Amma yenədə mahnısı uzun illər hit mahnılar siyahısında qalmaqdadır. Müğənni bir çox populyar ifaçılar ilə dueti oldu, bunlardan Ramil Sədalı, Məna Əliyev, Mürsəl Səfərov, Talıb Tale və digərləri ilə duet və iş birliyi olmuşdur.
İradə Rövşən
İradə Rövşən — Azərbaycanlı memar alim, AMEA Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri, Azərbaycan Memarlar İttifaqının üzvü. == Həyatı == İradə Rövşən qızı Abdullayeva (Məmmədova) 15 may 1968-ci il tarixdə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur (1990), Azərbaycan Memarlar İttifaqının üzvüdür (2013). İradə Abdullayeva 1975-1985-ci illərdə Zaqatala şəhərindəki 2 saylı rus orta məktəbində orta təhsil almışdır. X sinifdə oxuyanda həm də Leninqrad (İndiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunun hazırlıq kursunu qiyabi bitirmişdir. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə qurtararaq ali təhsil almışdır. Əmək fəaliyyətinə 1991-ci ildə Şəki şəhərindəki AMEA Şəki Regional Elmi Mərkəzində başlamışdır. 1998-ci ilədək burada laborant, baş laborant və kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1998-2004-cü illərdə Sankt-Peterburq şəhərində yaşayıb işləmiş və 2004-cü ildə yenidən Şəkiyə qayıdıb AMEA Şəki Regional Elmi Mərkəzində əvvəlki işinə davam etmişdir. == Əmək fəaliyyəti == Şəki Regional Elmi Mərkəzində işləyəndə kollektivin böyük hörmətini qazanmış İradə xanımın bilik və bacarığı alimlərin də nəzərindən qaçmamış və ona elmi iş üzərində fəaliyyətini davam etdirməyi tövsiyə etmişlər.
İradə Rəşidova
İradə Rəşidova (tam adı: İradə Mehman qızı Rəşidova; d. 1975) — aktrisa. == Həyatı == İradə Rəşidova 1975-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Çəkildiyi filmlər == 1. Bianka – ("Otello", V. Şekspir) 2. Nastinka – ("Ağ gecələr", M. F. Dostoyevski) 3. Gülçöhrə — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundov) 4. Pərizad – ("Hekayəti xırsi quldurbasan", M. F. Axundov) 5.
İradə Səyya
İradə Vaqif qızı Gözəlova — Azərbaycan teatr rejissoru, Gəncə Dövlət Dram Teatrının baş rejissoru. == Həyatı == İradə Vaqif qızı Gözəlova 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasına qəbul olunmuş, 2003 ildə bitirmişdir.1999 –2003 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib 2003–2009 il. Azərbaycan Dövlət "YUĞ" Teatrında rejissor işləyib. 2009 ildə Moskva şəhərində yerləşən A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasına qəbul olunmuş və 2011-ci ildə bitirmişdi.2014 ildə Gəncə Dövlət Dram teatrina baş rejissor vəzifəsinə təyin olunmuşdur, hal-hazirda bu vəzifədə çalışır.2017-ci il 10 martda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Quruluş verdiyi tamaşalar (2000–2015) == "Lay-lay" – (A.P. Çexovun hekayələri əsasında) – rejissor (Azərbaycan Dövlət"YUĞ" teatrı) "Ömər…Ömər…Ömər" – (Ömər Xəyyamin rübailəri əsasında) — rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Səni görüm"- müəllif və rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Qəribə oğlan" (İlyas Əfəndiyevin) — rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Bəlayi-eşq" (M. Fizulinin qəzəlləri əsasinda) — rejissor (Azərbaycan Dövlət"YUĞ" Teatrı) "Pulxafan" — rejissor (Moskva şəhərində, Meyerxold adına mərkəzdə); "Oğlum"- müəllif və rejissor (Moskva şəhərində,Meyerxold adına mərkəzdə) "Ailə səhnələri" (A.Yablonskaya) — (Moskva çəhərində, "Dok" teatrında) "Mən debiləm"( N.Duxaninanın) — (Moskva şəhərində, Meyerxold adına mərkəzdə) "Alisa, sən hara?"-rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Rus Dram Teatrı) "Leyli və Məcnun" Nizami Gəncəvi (xip-xop muzikl) — rejissor, ssenari müəllifi (H.Əliyev adına Sarayda) "Evlənmə" (N.V.Qoqol) –rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "1001 gecə" — rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Mingəçevir Dram Teatrı) "Şah İsmayil Xətai" — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev) — (Azərbaycan Dövlət Musiqi Teatrı) "Dağ Qadin və ya inadçının ram edilməsi" (V. Şekspir) — (Udmurtiya Rus Dram Teatrında, İjevsk şəhərində) "Mənim günahım" (İlyas Əfəndiyev) — (Azərbaycan Dövlət Musiqili Teatrı) "999-cu gecə" ("1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağılı əsasında) — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Sabir" (Şəfaət Mehdiyev) — (Azərbaycan Dövlət Gəncə Teatrı) == İştirak edib == Moskvada keçirilən Çexov adina gənc rejissorlsar seminarında; Londonda olan "Royal Court" teatrında stajirovkada; Sankt-Peterburqun Aleksandrinka teatrında stajirovkada; Ukraynada "Lyutıy fevral" festivalında "Səni görüm" tamaşasına görə mükafat; Ukraynada "Klassika bu gün" festivalinda Qoqoln "Evlənmə" tamaşasına göre mükafat Udmurtiyanin Rus Dram Teatrında Şekspirin "Dağ Qadin və ya inadçının ram edilməsi" tamaşasına göre mükafat. Udmurtiyanın İjevsk şəhərində " Şekspir dünyası" laboratoriyanin qalibi olub.
İradə Tuncay
İradə Tuncay (9 noyabr 1959, Bakı) — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. == Həyatı == İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. ”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. == Ailəsi == Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.
İradə Vəkilova
İradə Vəkilova (İradə Ağacavad qızı Vəkilova 20 avqust 1935 – 30 may 1998) — Azərbaycanlı jurnalist, publisist, ssenaristi, Əməkdar jurnalist, Azərbaycanda ilk müstəqil informasiya agentliyi olan "AssA-İradə"nin qurucusu == Həyatı və təhsili == İradə Vəkilova 1935-ci ildə 20 avqustda anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Moskvada sovet və xarici ölkə jurnalistləri üçün birillik xüsusi məktəbi qırmızı diplomatla bitirmişdir. === Vəfatı === İradə Vəkilova 1998-ci ildə 30 mayda vəfat etmişdir. Bakıda II Fəxri Xiyabanda dəfn olunmuşdur. === Ailəsi === Mənsur Vəkilovun həyat yoldaşı olmuşdur. İki övladı vardır: Məmmədrza (1964) və Rəna (1971). Dayısı Riza Abdullayev Türkmənistan SSR-nin xarici işlər naziri olmuşdur. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === Bir il Komsomolskaya pravda qəzetində tərcübə keçmişdir. 1957-ci ildən o dövrün populyar qəzeti olan "Molodjou Azərbaydjana" qəzetində işləsə də, bu nəşrdə 1953-cü ildən yazılar dərc olunmuşdur.
İradə Xəlilova
İradə Xəlilova — biologiya elmləri üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin rektoru. == Elmi fəaliyyəti == 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Biokimya şöbəsinin baş elmi işçisi olmuşdur. 2014-cü ilin iyul ayına kimi Yeni Zelandiyanın Otaqo Universitetinin Patologiya kafedrasının tədqiqat mərkəzində elmi işçi və baş elmi işçi kimi çalışmışdır. 2014-cü ilin sentyabr ayından XƏzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlamış, 2015-ci ilin oktyabrında hüceyrə patologiyasının tədqiqat mərkəzinin direktoru təyin olunmuşdur. 20-dən çox elmi məqalənin müəllifidir. == Üzvlüyü == Society of Free Radical Research Australasia (SFRR Europe & SFRR Australia) Union Allergists and Immunologists Commonwealth of Independent States (CIS) == Elmi əsərləri == . Khalilova IS, Dickerhof N, Mocatta TJ, Bhagra CJ, McClean DR, Obinger C, Kettle AJ. (2018). A myeloperoxidase precursor, pro-myeloperoxidase, is present in human plasma and elevated in cardiovascular disease patients.
İradə Zeynalova
İradə Aftandil qızı Zeynalova (20 fevral 1972, Moskva) — rusiyalı jurnalist, müxbir, teleaparıcı. NTV-də "Vesti nedeli"( 'Həftə nəticələri') proqramının müəllifi və aparıcısı (2016-cı ildən). Bundan əvvəl Kanal Birdə (2012-2016) "Vremya" ("Vaxt") proqramının bazar buraxılışına ev sahibliyi edib və eyni zamanda Böyük Britaniya (London) və İsrail (Tel-Əviv) və eyni zamanda Böyük Britaniya (London) Kanal Birin müxbir bürosunun rəhbər olub. Rusiya Televiziyası Akademiyasının üzvü, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır. 20 fevral 1972-ci ildə Moskvada metis ailəsində anadan olub: atası Aftandil Isabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseevnanın milliyəti rusdur. Svetlana Zeynalovanın (1977-ci il təvəllüdlü) böyük bacısıdır. İdrak və tərbiyə baxımından İradənin daha çox Azərbaycanlı, Svetlanadan daha çox rus olduğu qeyd olunur. == Bioqrafiyası == Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə MATI (K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini) bitirib. İxtisası - ərimələrin yüksək sürətlə bərkiməsi nəticəsində əldə edilən toz materialları və qoruyucu örtüklər üzrə proses mühəndisliyi.
İradə azadlığı
İradə azadlığı (yun. τὸ αὐτεξούσιον və ya τὸ ἐφ᾽ ἡμῖν, lat. liberum arbitrium) — şəraitdən asılı olmayaraq insanın seçimetmə imkanının olması. İradə azadlığı problemi hələ çox qədim zamanlardan insanları düşündürmüş və zaman-zaman bu problem haqqında düşünüb daşınanlar məsələyə müxtəlif prizmalardan yanaşaraq çeşidli münasibətlər bildirmişlər. Bu problem düşüncə tarixində ən mühüm və mübahisəli məsələlərdən biri kimi tarixə düşmüşdür. İradə azadlığı problemin qoyuluşu insanların təbii maraqlarıyla yanaşı həm də onlarda etdikləri əməllərə, atdıqları addımlara görə məsuliyyət daşıyıb daşımaması kimi çox vacib sosial-psixoloji məsuliyyət məsələsilə sıx bağlı olmuşdur. Bu səbədən də iradə azadlığı problemi istər müxtəlif fəlsəfi-ideoloji cərəyanlar arasında, istərsə də dinlərdə qızğın mübahisə obyektinə çevrilmişdir. Birincilər öz görüşlərində müəyyən əqli mülahizələrdən çıxış edirdilərsə, ikincilər əsas etibarilə ilahi buyruqlara, dini mətnlərə söykənmişlər. Bununla belə, bir sıra diniideoloji cərəyanlar öz görüşlərində dini prinsiplərlə yanaşı əqlin mühakimələrinə də geniş yer vermişlər.
İradə İbrahimova
İradə İbrahimova (3 aprel 1980, Bakı) — Azərbaycanlı müğənni. == Həyatı == İradə İbrahimova əslən Ağstafa rayonundan olub Bakı şəhərində doğulub və uşağ vaxtından musiqini sevib. Bakıda keçirilən "Ümid- 95" müsabigənin qalibi olub. 2001-ci ildə peşəkar səhnəyə ilk addımlarını atarkən o, bəstəkar Xanım İsmayılqızı ilə işləyib. Onun ilk "Qəm qalası" (2002) adlı albomu da bu bəstəkarla olan müştərək işin məhsuludur. Repertuarında retro və xalq mahnılarından əlavə, 50-dan yuxarı məhz onun özü üçün yazılmış mahnılar var. 4 disk buraxıb, 1 dəfə Heydər Əliyev adına Sarayda çıxış edib (2004-ci il). 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. == Uşaqlıq İlləri == 1980-cı il aprel ayının 3-də İbrahimovlar ailəsində 2-ci qız olaraq dünyaya göz açmışdır. Ailəsi adını İradə qoyur.
İradə İsaq
İradə İsaq (İradə Muradova; 1 sentyabr 1980, Bakı şəhəri, Azərbaycan SSR) — elmi işçi, ANS TV-nin aparıcısı. == Həyatı == İradə İsaq (Muradova) 1 sentyabr 1980-cı ildə Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. Aparıcı qədim türk tayfalarından olan Bayandur tayfasındandır. 1918-ci ildə erməni-müsəlman münaqişəsi zəminində Laçın rayonunun Bayandur kəndi bütün kənd sakinləri ilə birgə Tərtər rayonuna deportasiya edilib və aparıcının orada yaşayan babası İsaq Ağa oğlu Muradov ailəsi ilə birgə həmin rayona köçmək məcburiyyətində qalmışdır. 1985-1996-cı illərdə Yasamal rayonundakı 31 saylı tam orta məktəbdə orta təhsilini alıb. 1998-2003-cü illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin bakalavrı, 2003-2005-ci illərdə isə magistri olub. 2008-ci ildən həmin fakültənin doktorantıdır. Hazırda "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" adlı elmi iş üzərində çalışır. 2005-2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb.
İradə İsgəndərova
İradə Həbib qızı İsgəndərova (7 iyun 1958-ci il, Bakı) - Hüquqşünas, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səadət Sarayının - Bakı Nikah evinin müdiri (2020-ci ildən) == Həyatı == İradə İsgəndərova 07 iyun 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bül-bül adına musiqi məktəbinə daxil olmuş, 1975-ci ildə 15 N-li orta məktəbi fərqlənmə ilə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə məsləhətçi vəzifəsinə qəbul edilmişdir. 1983-cü ildən isə Ali Məhkəmənin Plenum və Prezidium Katibliyinin müdiri vəzifəsində çalışmışdır. 1985-1990-cı illər Ali Məhkəmənin hakimi. 1990-cı ildə Bakı şəhər Məhkəməsində məsləhətçi, sonradan sədrin köməkçisi vəzifəsində işləmişdir. 1998-ci ildən 2003-cü ilədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində şöbə müdiri vəzifəndə çalışmışdır. 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışır.
İradə Əlili
İradə Əlili (tam adı: İradə Zülfəli qızı Əliyeva; 20 aprel 1964, Azərbaycan) — Azərbaycan mədəniyyət işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, kitabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü. == Həyatı == 1964-cü il 20 apreldə Sabirabad rayonunda anadan olub. Uşaqlığının və gəncliyinin bir hissəsi Azərbaycanın Sumqayıt şəhərində keçib. 1981-ci ildə Sabirabad rayonu 1 saylı orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə daxil olmuş və 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmişdi. Daha sonra 1988-ci il Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 1994-cü ildə ali məktəbi bitirmişdir. Tarix elmləri üzrə fəlsəfə doktorudur. == Fəaliyyəti == İradə Əlili Rusiya, Türkiyə və s. ölkələrdə konfranslarda iştirak etmişdir. Həm kitabxanaçı, həm də bu sahəni tədris edən müəllimədir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinində müəllimə, Mədəniyyət Nazirliyinin mədəniyyət işçilərinin ixtisas artirma kursunda müəllimə işləmişdir.
Con Terri
Con Corc Terri (ing. John George Terry; 7 dekabr 1980, London, İngiltərə) — ingilis futbolçu, müdafiəçi və İngiltərənin "Çelsi" futbol klubunun kapitanı. 2006-2010 və 2011-2012-ci (fevral ayına qədər) illərdə İngiltərə milli futbol komandasının eks-kapitanı, dördqat İngiltərə çempionu. Teri 2005 və 2008-ci ildə Çampionlar liqasının ən yaxşı müdafiəçisi seçildi. Həm də 2005-ci ildə PFA Players İlin oyunçusu mükafatını aldı.İndi Çelsi FCdə 26 nömrəli formanı geyməkdədir. Con Teri ilk milli komandadakı qolunu başla Braziliyaya atdı. İngiltərə Milli Futbol Komandasının formasını da geyən Teri bu günə qədər oynadığı 66 matçda 7 qol vurdu. 1998dən bəri Çelsi FC ilə müqaviləli olan oyunçu, yalnız 2000-ci ilin sonundan 2 ay üçün Nottinqham Foresta kirayəlik getmişdir. Dövrün ən müvəffəqiyyətli müdafiəçilərindən biri olaraq qəbul edilən Terry, sürpriz qolları ilə tanınmaktadır.Çelsi 2005-ci ildə 50 il sonra Premier League çempion olduğunda çempionluq kubokunu kapitan olaraq qaldırmışdər. Həm də David Beckhamın İngiltərə milli komandasının kapitanlığını buraxmasının ardından kapitanlığına gətirilmişdir.
Hafsiya Herzi
Hafsiya Herzi (fr. Hafsia Herzi; 25 yanvar 1987, Manosk) —Tunis-Əlcəzair əsilli Fransa aktrisası. == Həyatı == Hafsiya Herzi 25 yanvar 1987-ci ildə Fransanın Manosk şəhərində anadan olub. O, 13 yaşında Notes sur le rire telefilmində rol alıb. Getdikcə püxtələşən Hafsiya Herzi Plus belle la vie и Sous le soleil filmlərində çəkilib. Hafsiya Herzi 2005-ci ildə Əbdüllətif Keşişin Kus-kus və barabulka filmində Rum roluna dəvət alıb.
Terri Adams
Terri Adams — Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sabiq prezidenti == Mükafatları == Azərbaycanda dəniz neft sənayesinin inkişafında, bu sahədə beynəlxalq əməkdaşlığın qurulmasında və onun genişləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1998-ci il tarixli, 671 nömrəli Fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Xüsusi Hərbi İdarə
Xüsusi Hərbi İdarə (türk. Özel Harp Dairesi) — Soyuq Müharibə dövründə Türkiyədə, Baş qərargahın nəzdində ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO-nun əməkdaşlığı ilə qurulduğu irəli sürülən gizli təşkilat. Avropada İkinci Dünya Müharibəsindən sonra müxaliflərin (əsasən kommunistlərin) iqtidara gəlməsinin qarşısını almaq üçün qurulan "Qladio" adlı əks-partizan təşkilatının Türkiyədəki davamına siyasi ədəbiyyatda Xüsusi Hərbi İdarə, hərəkətləri reallaşdıranlara isə əks-partizan deyilmişdir. NATO-un xüsusi hərbi təlimatlarına görə üzv ölkələrdə qurulan NATO qurumları, Türkiyədə əvvəl Səfərbərlik Tədqiq Təşkilat adı ilə təşkilatlanmış sonra birbaşa Baş qərargah komandanlığına tabe olan Xüsusi Hərbi İdarənin tabeçiliyi altında və onun mülki qolu olan əks-partizan olaraq fəaliyyət göstərmişdir.
İradə Ağasıbəyli
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. == Həyatı == İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — BalaxanımAkademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola == Filmoqrafiya == Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri (film, 1997) Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
İradə Aşumova
İradə Süleyman qızı Aşumova (25 fevral 1958, Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən güllə atıcısı və məşqçisi. 1974-1991-ci illərdə Sovet İttifaqı yığmasını, 1991-2015-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Üç dəfə — 1985, 1998 və 2002-ci illərdə Dünya Çempionatlarının gümüş medallarına sahib olan İradə Aşumova 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurdu. İradə Aşumova Azərbaycan idmanında xidmətlərinə görə 2002-ci və 2004-cü ildə illərdə "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == İradə Aşumova 1958-ci il fevralın 25-də Bakı şəhərində anadan olub.İradə Aşumova evlidir, 2 oğlu var. Onun əri güllə atcılığı üzrə məşqçi Vladimir Lunyovdur, oğlu isə güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Ruslan Lunyovdur. == Karyerası == İradə Aşumova birinci uğuruna 1985-ci ildə Mexico şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin nəticələrinə əsasən İradə Aşumova 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində gümüş medalın sahibi oldu.1986-cı ildə İradə Aşumova Zul şəhərində (Almaniya) baş tutan World Cup turnirində 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində bürünc, 25 metr məsafəyə atəşaçma turnirində isə qızıl medala sahib oldu.İradə Aşumova 1991-ci ildən beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi. İradə Aşumova Azərbaycan bayrağı altında birinci uğuruna 1994-cü ildə Milan şəhərində (İtaliya) baş tutan World Cup turnirində 10 metr məsafəyə hava tapançasından atəşaçma və 25 metr məsafəyə atəşaçma turnirində bürünc medallara sahib oldu.1996-cı ildə isə İradə Aşumova Havana şəhərində (Kuba) World Cup turnirində bürünc, Milan şəhərində (İtaliya) World Cup turnirində isə gümüş medala sahib oldu.İradə Aşumova 1996-cı ilin 18 iyul-4 avqust tarixlərində Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında mübarizə apardı. İradə Aşumova əvvəlcə iyulun 21-də 10 metr məsafəyə hava tapançası ilə atəşaçma turnirinin təsnifat mərhələsində mübarizə apardı.
İradə Bağırova
İradə Səid qızı Bağırova — Azərbaycan alimi, tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Ümumi tarix" şöbəsinin müdiri. == Həyatı == İradə Səid qızı Bağırova 1956-cı il fevralın 12-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə əla oxuduğu ilə əlaqədar M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin üçüncü kursuna qəbul olunmuşdur. 1979-cu ildə MDU-ni bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutuna təyinat almışdır və həmin İnstitutda baş laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən 1985-ci ilədək Tarix İnstitutunun aspiranturasında (əyani şöbəsində) oxuyub. 1979-cu ildən 2004-cü ilədək baş laborantdan aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. == Elmi fəaliyyəti == İ. S. Bağırova 1987-ci ildə "XX əsrin əvvəllərində Azərbaycanda baş verən inqilabi hərəkatın müasir qərb tarixşünaslığında işıqlandırılması" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1997-ci ildə İ. S. Bağırovanın "XX ərin əvvəllərində Azərbaycanın siyasi partiyaları və təşkilatları (1900–1917-ci illər)" adlı fundamental monoqrafiyası çap olunub. Monoqrafiyada müəllif əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq partiyanın və siyasi təşkilatların mövcudluğunu müəyyən edib, onların siyasi proseslərdə rolunu göstərmişdir.
İradə Əliyeva
İradə Azad qızı Əliyeva (27 dekabr 1991; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == İradə Əliyeva 1991-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Sabunçu rayonunda 310 nömrəli tam orta məjtəbdə təhsil alan İradə Əliyeva, ali təhsilini 2008-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında (ADBTİA) alıb. Əvvəl voleybolla məşğul olub. 2005-ci ildən isə nizə atma ilə məşğul olur. Şəxsi məşqçisi Bəxtiyar Zeynalovdur. == Karyerası == İradə Əliyeva 2015-ci ildə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında 44.18 metr nəticə ilə turnirin qalibi oldu. 2016-cı ilin avqust ayında İradə Əliyeva Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. İradə Əliyeva nizə atma turnirində 42.58 metr nəticə ilə gümüş medala sahib oldu.
İradə Ələsgərova
İradə Ələsgərova (tam adı: İradə Hacı qızı Ələsgərova; d. 12 noyabr 1956, Ağdam şəhəri, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (15.07.2015), Tarix üzrə fəlsəfə doktoru (2015), Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Naşirlər və Poliqrafistlər Birliyinin (2012) üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin bədii-texniki tərtibatı üzrə eksperti, "Azərbaycan" nəşriyyatında İstehsalat şöbəsinin müdiri, Azərbaycan Texniki Universitetində *Poliqrafiya mühəndisliyi* ixtisası üzrə diplom müdafiəsi üzrə Dövlət Komissiyasının sədri (2022, 20023), Bakı Dövlət Universitetinin "Kitabşünaslıq və informasiya" kafedrasının s/h (saat hesabı) müəllimi, Əmək veteranı, Respublika" qəzetinin ştatdankənar müxbiridir. == Həyatı == İradə Ələsgərova 12 noyabr 1956-cı ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır: atası Hacı Salman oğlu Ələsgərov orta məktəbdə kimya-biologiya (APİ), anası, Tofiqə Hüseyn qızı Qurbanova dil-ədəbiyyat (BDU-nun məzunu) fənnlərini tədris edib. İradə şəhər 1 saylı orta məktəbi (1965–73) əla qiymətlərlə bitirib. 1972 və 1973-cü illərdə orta məktəb şagirdləri arasında keçirilən riyaziyyat üzrə respublika olimpiadalarının qalibi olub. Orta təhsillə yanaşı, 7 illik Ağdam şəhər 1 saylı musiqi məktəbini də ekstrerni imtahan verib (fortopiano sinfi) vaxtından əvvəl, yəni 6 ildə bitirib. İvan Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunda (1973–78) təhsil alan ilk azərbaycanlıdır (D № 259288 Q-11).01.08.1978-ci ildə ali təhsilli mütəxəssis kimi "Dövlətnəşrkom"un "Yeni kitab" mətbəəsinə təyinat alıb. Cild sexində usta kimi işə başlasa da, az bir vaxtda mühəndis (çap sexi), yeni texnika, kəşf, ixtira və səmərələşdirici təkliflər üzrə mühəndis, Baş mexanik vəzifələrinə irəli çəkilib, 22.06.1979-cu ildə müsabiqə yolu ilə "Dövlətnəşrkom"da Baş mühəndis vəzifəsinə təyin olunub. İ.Ələsgərova 1975-ci ildən (1978-ci ilə qədər assistent, 1978-ci ildən mütəxəssis-ekspert qismində) bu günə kimi dövlət səviyyəli təftiş komissiyalarının işində (nəşriyyat-poliqrafiya, elm, təhsil, mədəniyyət üzrə) mütəxəssis-ekspert qismində iştirak edir.
İradə Əyyubova
Əyyubova İradə Hafiz qızı (13 iyul 1971, Bakı) — Tatarıstan Respublikasının mədəniyyət naziri. == Həyatı və təhsili == 13 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib. Daha sonra Tatarıstana köçərək orada Tatar Biznesə Təşviq İnstitutunda hüquqşünas təhsilini alıb. == Fəaliyyəti == 10.1994–06.1998 — "Nijnekamskşina" ASC — mühəndis proqramist 06.1998–07.2000 — "Nijnekamsk" Kommersiya Mərkəzi — baş mütəxəsis 07.2000–04.2004 — Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi — şöbə müdiri, komitə sədrinin müavini 04.2004–09.2005 — Kazan şəhər administrasiyasının kadrlar şöbəsinin müdiri 09.2005–08.2006 — Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi — sədr 08.2006–07.2008 — Tatarıstan Respublikası İqtisadiyyat Nazirliyi — şöbə müdiri 07.07.2008–22.05.2011 — Tatarıstan Respublikası Mədəniyyət nazirinin müavini 23.05.2011–21.11.2015 — Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini 22.11.2015–30.05.2016 — Tatarıstan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi 31.05.2016–03.05.2018 — Tatarıstan Respublikasının Dövlət Arxiv İşləri Komitəsinin sədri 03.05.2018 — hazırda — Tatarıstan Respublikasının mədəniyyət naziri == Ailəsi == Ailəlidir bir qızı var. == Mükafatları == 2014-cü ildən Tatarıstan Respublikasının əməkdar iqtisadçısıdır.